Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Citrus
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. == Botaniki xarakteristikası == Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
Fitnes
Fitnes — söz mənası olaraq "Sağlam və formada olmaq"dır. Bir çox məşqə söykənən bir idmandır. Digər bütün idmanlardan fərqli olaraq təməldə əzələlərin tək-tək alətli ya da alətsiz işlədilməsiylə möhkəmləşdirilməsi və gücləndirilməsi məqsəd qoyular. Əsasən bütün idmanların təməlidir. Çünki hər idman budağında bədəndə ağırlıqlı istifadə edilən əzələ qrupları vardır. Bu əzələ qruplarına kondisyon qazandırılması üçün fitness məşqlərinə müraciət edilər. Hər məqsədin məşq proqramı bir-birindən fərqlidir. Fitness idmanında bir standartdan söz edilə bilməz. Yəni, hər yaşın, hər həyat tərzinin və bədən tipinin bir-birindən fərqli olaraq bir mütəxəssis tərəfindən izlənilən iş şəkli olmalıdır. 16 yaşında bu İdmana başlaya bilərsiniz.
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634–644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.
Hitler
Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[…], Braunau-am-İnn doğum evi[d], Avstriya-Macarıstan – 30 aprel 1945[…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). == İlk illəri == Uşaqlığı Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür. Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur. Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.
Sitrus
Sitrus (lat. Citrus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Əsasən ABŞ, Çin, Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, Mərakeş, Aralıq dənizi ölkələrində bitir. Dünyanın subtropik və tropik zonalarında yayılmış. 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri dadına, tərkibindəki limon turşusuna, şəkər, C, P, B qrupu vitamnnləri, karotin (A provitamini) olmasına görə fərqlənir. Sitrus bitkilərinin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabıqından ətriyyatda, yeyinti sənayesində işlədilən efir yağı (2—3,5%) alınır. Sitrus bitkiləri şaxtaya az davamlıdır.
CITES
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Hiyrə
Hiyrə (ərəb. الحيرة‎ süry. ܚܝܪܬܐ) — bugünkü Nəcəf şəhəri ilə Kufə arasında yerləşən bir şəhər idi. == Tarixi == Hiyrə—Ləxmilər dövlətinin paytaxtı idi. Hiyrə əhalisi (Qəhtani qəbiləsindən) cənubdan mühacirət etmiş və onlar Ədnani qəbiləsi ilə bir yerdə məskunlaşmışlar. Ləxm qəbiləsinin nüfuzu Hiyrə və onun ətrafında genişlənib qüvvətləndi. Onlar Fərat çökəkliyindən əlavə, Ərəbistanın daxilinə də nüfuz etdilər. Hiyrə dövləti bir sədd kimi səhra ilə İranın işğal etdiyi ərazilər arasında yerləşmişdir. Bu dövlətin şahları bir tərəfdən səhrada yaşayanların Sasani torpaqlarına hücumunun qarşısını alır, digər tərəfdən isə İranın köməkliyi ilə Rum imperiyasının müttəfiqi olan Qəssanilərlə müharibə edirdilər. Ləxmilərin dövləti VII əsrin əvvəlinə qədər davam etmişdir.
Vitre
Vitre (Alye) — Fransada kommuna, Overn regionunda yerləşir. Vitre-le-Fransua (rayon) — Fransanın Şampan-Arden rayonlarından biri. Fujer-Vitre (rayon) — Fransanın Bretan regionun rayonlarından biri.
Stres
Stres — çətin vəziyyətlərlə qarşılaşdığımız zaman bədənimizin və zehnimizin yaşadığı təzyiq və ya gərginlik hissi. Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə, əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stres. Tibb lüğətində stres adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stres heç zaman olmayıb.
Edqars Riters
Edqars Riters (6 iyun 1887 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Edqars Riters Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edqars Riters birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Eva Hitler
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Hitler (dəqiqləşdirmə)
Hitler
Hitler salamı
Hitler salamı (alm. Hitlergruß‎) — Nasist salamlaşması adı ilə də tanınan və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri tərəfindən yaradılmış salamlaşma forması. Hitler salamı verən şəxs Adolf Hitlerə və onun apardığı siyasətə öz bağlılığını ifadə etməkdədir. Hitleri salamı vermək 1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözü gedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. Günümüzdə keçmiş adı ilə Hitler salamı olaraq bilinən Nasist salamı vermək Almaniya və Avstriyada cinayət məsuliyyəti daşıyır. 1923-cü ilin əvvəllərinə qədər Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan şəxslər öz liderlərini yuxarı istiqamətdə tam şəkildə açılmış qol hərəkəti ilə salamlamaqda idi. Adolf Hitler kütlə qarşısında ona ünvanlanan Hitler salamına sağ əlini qaldırır, dirsəyini yuxarı doğru bükərək cavab verirdi. Çox yaşa Hitler və Hitlerə Salam olsun kimi anlamlara gələn Hitler salamı alman dilində Heil Hitler! olaraq adlandırılmışdır.
Hitçens ülgücü
Hitçens ülgücü (ing. Hitchens's razor) — yazıçı Kristofer Hitçens tərəfindən ifadə edilən epistemoloji ülgücdür və iddianın həqiqiliyinə dair sübut yükünün iddianı irəli sürənə aid olduğunu ifadə edir. Bu öhdəlik yerinə yetirilmirsə, iddia əsassızdır və iddianın opponentlərinin onu rədd etməsi üçün daha çox müzakirəyə ehtiyacları yoxdur. Hitçens ülgücü "Dəlil olmadan iddia edilə bilən, dəlil olmadan rədd edilə bilər" şəklində ifadə etmişdir. == Mənşə == Jurnalist, müəllif və məşhur ateist Kristofer Hitçens in adını daşıyan konsepsiya, Okkkamın ülgücünə bənzəyir. Ülgüc Hitçensin 2007-ci ildə nəşr olunan Tanrı Böyük deyil: Din Hər Şeyi Necə Zəhərləyir adlı kitabında yer alır. Fövqəladə olmayan iddialara belə baş vurmaq yerinə, Saqan standartından ("Fövqəladə iddialar fövqəladə dəlil tələb edir") daha güclü bir mövqe tələb edir. Ülgüc 19-cu əsrdə istifadə olunan quod grātīs asseritur, grātīs negātur (sübutsuz iddia olunan, sübutsuz rədd edilə bilər) latınca atalar sözü ilə müqayisə edilmişdir. == Həmçinin bax == İblislərlə dolu dünya.
Kinema Citrus
Kinema Citrus Co., Ltd. (株式会社キネマシトラス, Kabuşiki-qayşa Kinema Shitorasu) — 3 mart 2008-ci ildə təsis edilmiş Yaponiya animasiya studiyası. Studiya Suqinamidə, Tokioda yerləşir. Bisnes direktorları isə Muneki Oqasavara, Yuiçiro Matsuka və Masaki Taçibanadır. Əsas işləri 2009-cu ildə Bones ilə birgə yaratdıqları Tokyo Magnitude 8.0 və .hack//Quantum adlı 3 seriyalı OVA-dır. == İşləri == === Anime serialları === Tokyo Magnitude 8.0 (2009; BONES ilə birlikdə) Higepiyo (2009) Oshiri Kajiri Mushi (2012) Code:Breaker (2012) Yuyushiki (2013) Black Bullet (2014; Orange ilə birlikdə) Barakamon (2014) Is the Order a Rabbit??
Klara Hitler
Klara Hitler (qızlıq soyadı Pölzl) (d. 12 avqust 1860 — ö. 21 dekabr 1907) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin anasıdır. == Ailə keçmişi və evliliyi == Atası Johann Baptist Pölzl, anası isə Johanna Hiedler idi. Ailə həkiminin qeydlərində yazdıqlarına görə, çox səssiz, şirin və sevimli bir qız idi. 1876-cı ildə 16 yaşındakı Klara Alois Hitlerin evində qulluqçuluğa başladı. Gənc Klara Alois Hitlerin ögey əmisi Johann Nepomuk'un 16 yaşlı nəvəsi idi. Ancaq bundan narazı olan Alois Hitlerin xanımı Matzelsberger'in istəyilə Alois Hitler Klaraya başqa bir iş tapdı. Ancaq çox keçmədən Matzelsberger 23 yaşında ikən ağciyər xəstəliyinə tutuldu. Ağır xəstəlik günlərində balaca uşaqlara və xəstə Fanni'yə baxmaq üçün Klara Pölzl yenidən Aloisin evinə gəldi.
Kuzinellus vitreus
Kuzinellus vitreus (lat. Kuzinellus vitreus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Mujeres Libres
Mujeres Libres (Muxeres Libres, isp. Azad qadınlar) — İkinci İspaniya Respublikası dövrünün qadın anarxist təşkilatı. 1936-cı ildə quruldu (Lüsiya Sançes Saornil, Amparo Poch y Gascón və Mersedes Komaposada tərəfindən birlikdə quruldu) və təxminən 30.000 üzvü var. Mujeres Libres, "ikili mübarizə" fikrinə söykənirdi, yəni qadınların bərabərliyi və sosial inqilab uğrunda mübarizə apardılar və bu hədəflərin hər ikisinin eyni dərəcədə vacib olduğunu və paralel olaraq həyata keçirilməli olduqlarını sübut etdilər. Mujeres Libres feminizmin burjua fenomeni olduğuna inandıqları üçün özlərini feminist bir təşkilat kimi tanımaqdan imtina etdilər. Həm də o dövrün digər sol qanadlı İspan qadın təşkilatlarından fərqli olaraq, sözlə hökmranlıq və iyerarxiyanın tamamilə rədd edildiyini elan edən bu təşkilatlarda, anarxist CNT, FAI və FIJL-dən muxtar qalmağa çalışdılar. qadınların hüquqları pozulmuşdu. Bununla birlikdə, Mujeres Libres, fəaliyyətlərini bütün anarxist təşkilatlar tərəfindən aparılan ümumi azadlıq mübarizəsinin bir hissəsi olaraq gördü. LLüsiya Sançes Saornil tərəfindən 1937-ci ildə yazılmış Mujeres Libres himni belə deyilir: Акай Л. Свободные женщины // Наперекор, 1999. №9 Акельсберг М. «Самостоятельность и равенство»?
Məzahir Fitrət
Məzahir Fitrət – şair. Məzahir Fitrət (Mahmudov Məzahir Nəsir oğlu) 1940-cı ildə Gədəbəy rayonunun Fərzalı kəndində anadan olub. 1949-cu ailəsi ilə birlikdə Tovuza köçüblər. 1958-ci ildə Tovuz Şəhər Axşam orta məktəbini bitirib və həmin ilin dekabr ayında Bakıya gəlib, neft mədənində əmək fəailyyətinə başlayıb. 1963-cü ildə ADU-nun filologiya fakültəsinə daxil olub, ancaq bir sıra qeyri-obyektiv səbəblər ucundan dəfələrlə təhsili atıb. 23 yaşlarından sonra mətbuata ayaq açan Məzahir Fitrət ömür boyu çox seyrək və çox çətinliklə çap oluna bilmişdir. 1995-ci ildə vəfat etmişdir.
Paula Hitler
Paula Hitler (d. 21 yanvar 1896 - ö. 1 iyun 1960) — alman siyasətçi və NSAFP-nin lideri Adolf Hitlerin doğma bacısıdır. Paula 6 yaşındaykən təqaüdçü gömrük işçisi olan atası Alois Hitleri, 11 yaşında isə anası Klara Hitleri itirdi. Bu səbəblə Avstriya hökuməti tərəfindən balaca Paula və 18 yaşlı qardaşı Adolfa sosial yardım təsis etdi. Ancaq verilən məbləğ çox az idi və buna görə də qardaşı Adolf öz müavinətinin də bacısına verilməsini qəbul etdi. Daha sonra Vyanaya köçən Paula 1920-ci illərin əvvəllərində yəhudi tələbələrin yaşadığı yataqxananın xidmətçisi kimi çalışdı. Bir müddət katibə olaraq çalışan Paula qardaşının Münhendə keçirdiyi çətin illərində onunla əlaqə saxlaya bilmədi. Yalnız 1930-cu illərin əvvəllərində onunla Vyanada görüşə bildi.
Pitrəç rayonu
Pitrəç rayonu (tatar. Питрәч районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-qərbində yerləşir. Kazan şəhəri, Biektau, Arça, Teləçe, Balık Bişməse, Layiş rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Pitrəç kəndidir. Rayonun ərazisi 1920-ci ilə qədər Layiş və Kazan qəzalarının, 1920-1927-ci illərdə Layiş və Arça kantonlarının, 1927-1930-cu illərdə - Arça kantonunun tərkibinə daxil idi. Pitrəç rayonu 10 avqust 1930-cu ildə qurulmuşdur. Milli tərkib Rayon əhalisi tatarlar (57%) və ruslardan (40%) ibarətdir. Pitrəç rayonu ərazisinə 21 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 74 yaşayış məntəqəsi daxildir.
Proprioseiopsis vitreus
Proprioseiopsis vitreus (lat. Proprioseiopsis vitreus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. Proprioseiopsis vitreus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Roy Piters
Roy Piters (12 iyun 1989) — Niderlandlı peşəkar kişi trek velosipedçisi. Piters Niderlandı beynəlxalq yarışlarda təmsil edir. Piters 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında da iştirak etmişdir.
Sander vitreus
Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir. Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.
Senecio hirtus
Senecio hirtus (lat. Senecio hirtus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.