Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hayla
Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır. Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir. Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər.
Ayila Yussuf
Ayila Yussuf (4 noyabr 1984[…], Laqos) — Nigeriya futbolçusu.
Hatila vadisi Milli Parkı
Hatila vadisi Milli Parkı (türk. Hatila Vadisi Millî Parkı) ― Türkiyənin şimal-şərqindəki Artvin ilində yerləşən milli park. Park Kaçkar dağlarının şərq ucundakı dik tərəfli çay vadisini əhatə edir. Bölgə Qara dənizə yaxındır. Aralıq dənizi iqliminin hakim olduğu ərazinin isti yayı və sərin qışı var və il ərzində bol yağıntı alır. Vadi müxtəlif bitki və heyvan icmalarını yaşayış yerləri ilə təmin edir. == Park == Hatila çayı Çorox çayının qoludur və dərəsi üzərində çoxsaylı şəlalələri olan dar, dik yamaclı, V şəkilli vadi yaratmışdır. Ərazidəki süxurlar əsasən vulkanik mənşəlidir və fərqli mənzərə yaratmış qeyri-adi geomorfoloji quruluşa və geologiyaya malikdir. Park təxminən 16 900 hektarlıq ərazimi əhatə edir. Vadinin aşağı hissələri quru və isti olsa da, yuxarı hissələri sərin və rütubətlidir və qışda qar örtüyü ilə örtülür.
Hayla ifaçılığı və haylaçılar
Bayılma
Bayılma, özündəngetmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Hacılar
Hacılar (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Hacılı
Kəndlər Hacılı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd. Hacılı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Hacılı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Sarı Hacılı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Hadılı
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Hailar
Hailar (Çincə: 海拉尔区|Pinyin: Hǎilā'ěr Qū; Monqolca: ᠬᠠᠶᠢᠯᠠᠷ və ya ᠲᠣᠭᠣᠷᠢᠭ; Romanizasiya: Qayilar toɣoriɣ) Çinin Daxili Monqolustan Muxtar Rayonuna tabe olan Hulunbuir şəhərinin bir rayonudur. Hailar rəsmi olaraq bir rayon olmasına baxmayaraq, ərazisinin böyük olmasına görə şəhər hesab olunur. Ərazisi 1,440 km² olan rayonun, əhalisi 2010-cu ilin statistikasına görə 249,472 nəfərdir. Hailar regional ticarət və nəqliyyat mərkəzidir və rayon Hailar Dongshan hava limanına xidmət edir.
Hamilə
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Hamiləliyin əlamətləri == Adam xəstələnəndə nə baş verdiyini daha tez anlayır, çünki harasısa ağrıyır, qızarır, ya temperaturu qalxır. Hamiləliyi müəyyən etmək bir az çətindir. Qadının heç bir yeri ağrımır, şişmir, temperaturu qaydasında olur. Amma xəstəlik kimi, hamiləlikdən də vaxtında xəbər tutmaq yaxşıdır. Hamiləliyin əlamətlərini 3 qrupa bölürlər; şübhəli, etibarlı və dəqiq əlamətlər. == Hamiləliyin diaqnostikasi == Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur. Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə yaranmamasına baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir: Dispepsiya əlamətləri, xəncərvari çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürcək ifrazının artması, ürəkbulanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrah hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- hərislik.
Hayfilm
Ermənifilm, və ya Hayfilm — bədii filmlər çəkən Ermənistan kinostudiyalarından biri. == Tarixçə == 1923 — Ermənistanda "Dövlət kinosu" qurumu yaranır. 1928 — adını dəyişdirib "Ermənikino" qoyulur. 1938 — adını dəyişdirib "İrəvan kinostudiyası" qoyulur. 1957 — adını dəyişdirib "Ermənifilm" qoyulur. 1959 — kinoxronika və televiziya filmləri sektoru "Ermənistan sənədli filmlər studiyası" adı altında ayrılır. 1966 — kinostudiyaya Amo Bəynəzəryanın adı verilir. 2005 — kinostudiya ABŞ-də yaşayan erməni diasporasının nümayəndələri olan Cerard Qəfəsçiyan və Sərkisyan ailəsinə mənsub olan "Armen Studios" kompaniyasına satılır. Qurumun yeni yiyəsi studiyaya 10 il ərzində 66 milyon dollar yatıracağını öhdəliyini üzərinə götürür.
Hayidə
Hayidə (10 aprel 1942, Tehran – 20 yanvar 1990, San-Fransisko, Kaliforniya) — İran müğənnisi. İranın Tehran şəhərində anadan olub və 1990-cı ildə vəfata yetişib. Müğənninin mahnılarının İranda çoxlu pərəstişkarı var.
Haylar
Haylar — Ermənistan yaylasının şimal-qərbində yaşamış qəbilə icması. Hayasa-Azzi dövlətinin əsas əhalisi idi. == Tarixi == Hay tayfaları hetlərdən şərqdə yaşayırdılar. Het padşahı Hattusilisin "Avtobioqrafiyası"nda e.ə. XVI–XV əsrlərdə Het dövlətinin zəifləməsindən istifadə edən qonşu tayfalar və padşahları onun ərazisinə dərindən nüfuz etmişdilər. Xüsusilə uzaqlara, cənuba kasklar nüfuz edir və onlardan şərqdəki tayfalar da böyük uğur qazanmışlar. Azzilər Yuxarı Ölkəni işğal edərək "Samuxa dağını sərhəd edir", işuvalılar isə Fəratın sağ sahilini keçərək Teqaramanı tutmuşdular. == Dil == Hayasa ölkəsinin etnik tərkibi və dili haqqında məlumatlar o qədər fraqmentlidir ki, bu barədə müəyyən fikir formalaşdırmaq hələ də çətindir. Hayasa-Azzi ölkəsinin sakinlərinin hurri tayfalarına mənsub olması fikri üstünlük təşkil edir, lakin hayların Hind-Avropa mənşəli olmasının lehinə arqumentlər də vardır. Gevork Caukyan fərziyyə kimi ortaya çıxan bu nöqteyi-nəzəri daha da inkişaf etdirmişdir.
Manila
Manila (filip. Maynila, [majˈnilaʔ]) ― Filippinin paytaxtı və əhalisinə görə ikinci ən böyük şəhəri. 2019-cu ilədək dünyanın ən sıx məskunlaşmış şəhəri olmuşdur. Şəhər 18 iyun 1949-cu ildə "Manila Şəhərinin Yenidən Baxılmış Nizamnaməsi" adlı 409 saylı Respublika Qanununun qəbul edilməsi ilə muxtarlıq almışdır. Manila Metro Manila bölgəsindəki bələdiyyələrdən biri olan şəhər, ölkənin ən böyük adası olan Luzonda Manila Körfəzinin şərq sahilində yerləşir. Manila 10 milyondan çox insanın yaşadığı bir metropoliten sahəsi olan inkişaf etməkdə olan bir mərkəzdir. Metro Manila Milli Paytaxtı Ərazisi (NCR) olaraq da bilinən 17 şəhər və bələdiyyədən ibarət olan Manila şəhərinin bir hissəsidir. Manila, 1,5 milyondan çox sakini olan Filippinlərin ikinci ən məşhur şəhəridir. Yalnız ölkənin keçmiş paytaxtı olan Quezon City bundan daha populyardır. == Etimologiya == Şəhərin Filippin dilindəki adı olan Maynilà, "indiqo (bitki cinsi) olan yer" mənasını verən may-nilà ifadəsindən gəlir.
Tayılqa
Хаditа
Ayılar
Ayılar (lat. Ursinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Hayasa
Hayasa-Azzi və ya Azzi-Hayasa (Hettcə: Ḫaiaša, erm. Հայասա) — Son Tunc dövründə Erməni yaylasında hökm sürmüş iki krallıqdan ibarət konfederasiya. Konfedrasiya, Cənubi Trabzonda hökm sürmüş Hayasa, və Fərat çayı ilə Hayasanın arasında mövcud olmuş Azzi krallıqlarından meydana gəlmişdir. Hayasa-Azzi konfedrasiyası, e.ə. XIV əsrdən etibarən Hettlərlə savaşmış, bu savaşlar nəticəsində, e.ə. 1190-cı illərdə Het dövləti tənəzzül etmişdir. === III. Tudhaliyanın hakimiyyətindən əvvəl (е.ə. 1500–1340-cı illər) === 1920-ci illərdə İsveçrəli tədqiqatçı Emil Forrer tərəfindən deşifrə edilen Hett yazıları Van Gölü ətrafındakı bir dağ ölkəsindən bəhs etməkdədir. Bu ölkənin adı Hayasa və/vəya Azzidir. Bəzi tədqiqatçılara görə, Azzi İşuvanın şimalında yerləşdirilərkən, digərləri Hayasa və Azzinin eyni dövlət olduğunu qəbul edirlər.
Avila
Avila (Latınca: Abila və ya Óbila) – İspaniyanın Kastiliya və Leon Muxtar Regionundakı vilayət və bu vilayətin mərkəzi şəhər. Tarixi Köhnə Kastiliya regionunun cənubunda yerləşir. Şəhər İspaniyanın 1117 metr hündürlüyü ilə ən yüksək əyalət mərkəzidir. Madridə olan məsafəsi 115 km-dir. 2005-ci il hesablamalarına görə şəhərin əhalisi 53.000 nəfərdir. Şəhərin tarixi əraziləri 1985-ci ildə UNESCO tərəfindən Dünya İrsi elan edilmişdir.
Bayıl
Bayıl — Bakıda yaşayış məntəqəsi. "Bayıl" sözü Azərbaycan dilinin bəzi dialektlərində "arxac", "heyvan saxlanan yer" mənasında işlənməkdədir. == Təhsil == == İdman == Məntəqə ərazisində Bayıl stadionu fəaliyyət göstərir.
Ayıca
Ayıca (lat. Arctia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Arctia brachyptera H. Edwards, 1881 Arctia caja Linnaeus, 1758 Arctia festiva Hufnagel, 1766 Arctia flavia Fuessly, 1779 Arctia intercalaris Eversmann, 1843 Arctia ladakensis O. Bang-Haas, 1927 Arctia olschwangi H. Edwards, 1881 Arctia opulenta H. Edwards, 1881 Arctia rueckbeili Fuessly, 1779 Arctia villica Linnaeus, 1758 Syn.
Asila
Asilə və ya Asiləh (ərəb. أصيلة‎) — Mərakeşin Atlantik okeanı sahillərində yerləşən şəhər. Tanca-Tetuan-Əl-Hüseyma inzibati ərazi vahidində yerləşir. == Tarixi == Müasir şəhərin yerində ilk yaşayış məskənləri eramızdan əvvəl 1500-cü ildə Finikiyanın koloniyası kimi mövcud olmuşdur. Roma imperiyası dövründə isə burada Karfagenin Zilis şəhəri yerləşirdi. Şəhər Mərakeşdə hökm sürən müxtəlif müsəlman sülalələrin hakimiyyəti altında olmuşdur. 1471-ci il avqustun 24-də şəhər portuqallar tərəfindən ələ keçirildi. Portuqallar tərəfindən şəhər ətrafında qala inşa edildi və bir neçə il ərzində şəhər əhəmiyyətli ticarət mərkəzlərindən birinə çevrildi. Vasko Mouzinyo de Kevedonun (1611) "Afrikalı Afonso" adlı epik poemasında şəhərin Portuqaliya kralı V Afonso tərəfindən fəth edilməsi tərənnüm edilmişdir.
Eynəkli ayılar
Eynəkli ayılar (lat. Tremarctinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Hacı Hacılı
Hacılar (Ağcabədi)
Hacılar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Hacılar kəndi Boyat kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacılar kənd inzibati-ərazi vahidi yaradılmışdır. Əhalisi 560 nəfər. == Topoimikası == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycanın bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında "Hacılar" yaşayış məntəqəsi mövcuddur. == Tarixi == === Tarixi abidələri === Kənddə eneolit dövründən qalan abidələr və qədim qəbristanlıq var. Qəbristanlıq YUNESKO tərəfindən tarixi abidə kimi qeydə alınmışdır.
Hacılar (Ağdaş)
Hacılar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.
Hacılar (Bərdə)
Hacılar — Azərbaycan Respublikasının Bərdə rayonunun Hüseynalılar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.