Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SPAR
SPAR — Niderlandda yaranmış, pərakəndə ticarətlə məşğul olan şirkət. 1932-ci ildə Niderlandda Adrian van Vell tərəfindən təsis edilib və 2021-ci ildə 48 ölkədə 13.623 satış nöqtəsinə sahibdir. O, 1932-ci ildə Adrian van Well tərəfindən "De SPAR" adlı könüllü baqqal şəbəkəsi kimi təsis edilib. Əsas məqsəd Avropada böyük pərakəndə satış şəbəkələrinin yaranmasına cavab olaraq müstəqil topdansatışçılar və pərakəndə satıcılar arasında əməkdaşlığı davam etdirmək olur. Şəbəkənin adı şüarın ilk hərflərindən yaranıb: "Door Eendrachtig Samenwerken Profiteren Allen Regelmatig", yəni "Biz hamımız əməkdaşlıqdan faydalanırıq" deməkdir. Holland dilində spar sözü "Şam ağacı" deməkdir, bu ağac şirkətin loqosunda təsvir edilib. SPAR konsepsiyası 1940-cı illərin sonlarında Niderlanddan kənara çıxır və Belçika "SPAR"ın fəaliyyət göstərdiyi ikinci ölkə olur. Almaniya şəbəkəyə 1952-ci ildə qoşulur. 1950-ci illərdə SPAR konsepsiyası sürətlə bütün Qərbi Avropaya yayılır. 1953-cü ildə ilk prezidenti Adrian van Vell "SPAR İnternational"l təsis edir və 1957-ci ildə ilk SPAR Beynəlxalq Konqresi Hollandiyada keçirilir.
Saar
Saarland (alm. Saarland‎) — Almaniyanın bir əyalətidir. Paytaxtı Saarbrükken şəhəridir. Əyalət Almaniyanın cənub-qərbində yerləşir. Qərbdə və cənubda Fransa ilə, qərbdə Luksemburq ilə, şimalda və şərqdə isə Reynland-Pfalts əyaləti ilə həmsərhəddir. Əyalət öz adını Reyn çayının bir qolu olan Saar çayından götürmüşdür. Ərazisi 2,568.65 km², əhalisi isə təxminən 1 milyon nəfərdir. Saar Almaniyada ən kiçik əyalətlərdən biridir, ərazisinə görə 4-cü, əhalisinə görə isə 2-ci ən kiçik əyalətdir. 20-ci əsrdə müxtəlif illərdə Fransanın tərkibində olsa da, yenidən Almaniyaya birləşdirilmişdir.
Şüar
Şüar — irqi, siyasi, kommersiya, dini və digər kontekstdə ideya və ya məqsədin təkrar ifadəsi kimi istifadə edilən, ictimaiyyətin üzvlərini və ya müəyyən edilmiş hədəf qrupunu inandırmağa yönəlmiş yaddaqalan motto və ya ifadədir. Oksford lüğəti şüarı "reklamda istifadə olunan qısa və cəlbedici və ya yaddaqalan ifadə" kimi təyin edir. Şüar adətən yaddaqalan, çox yığcam və tamaşaçıları cəlb edən xüsusiyyətlərə malikdir. Sloqan sözü Şotland keltcəsi və irlandca sluagh-ghairm ("sluagh" ordu, "gairm" ev sahibi, "gairm" ağlamaq) kəlimələrinin ingilisləşdirilməsindən olan slogorn sözündən əmələ gəlmişdir. Şüarlar yazılı və vizualdan tutmuş tərənnüm və vulqara qədər dəyişir.
Sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Azəri Star
Azəri Star mahnı müsabiqəsi — 2004–2011-ci illər Azərbaycanda, Space telekanalında yayımlanmış musiqi televiziya müsabiqəsi Azəri Star müsabiqəsi Azəri Star Production tərəfindən hazırlanmışdı. Layihənin yaradıcısı Kemal Cenk İçten idi. İlkin müsabiqə 2004-cü ildə baş tutmuşdu. Müsabiqənin qalibləri SMS vasitəsilə TV izləyiciləri tərəfindən müəyyən olunurdu. Azəri Star müsabiqəsinin baş vokal məllimi – Teymur Əmrah olmuşdu.
Energy Star
Energy Star – ABŞ hökumətinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Environmental Protection Agency, EPA) 1992-ci ildə "Energy Star" adı ilə dərc etdirdiyi tövsiyələrə uyğun olaraq monitorların və fərdi kompüterlərin enerji sərfi. Bu tövsiyyələrə görə fərdi kompüter "yatma" rejimində 30 vattdan artıq enerji sərf etməməlidir. Bu proqramda iştirak könüllüdür. Bu tövsiyələrə əməl edən şirkət öz məhsullarını xüsusi işarə ilə damğalamaq (markalamaq) hüququ qazanır.
Erjebet Şaar
Erjebet Şaar (mac. Schaár Erzsébet; 27 iyul 1908[…] – 29 avqust 1975[…], Budapeşt) — Macarıstan heykəltaraşı, Mihai Munkaçı mükafatı laureatı (1962), Macarıstan Xalq Respublikasının əməkdar heykəltaraşı (1972). == Həyatı == Usta Jiqmond Kişfaludi-Ştrobl onun müəllimi olmuşdur. 1932-ci ildə o, ən yaxşı gənc rəssam nominasiyasında "Siney" mükafatına layiq görüləndə, ilk peşəkar sərgisini təşkil etdi və mütəxəssislərin diqqətini çəkdi. 1935-ci ildə heykəltaraş Tibor Vilt ilə evləndi. Qadın fiqurları, cütlükləri və ölən əsgərləri təsvir edən bir sıra heykəllərin müəllifidir. Heykəllər təbii görünsün deyə asan kəsilən yüngül polistirol materialından istifadə edirdi. 1970-ci ildə Budapeştin Müçarnok salonunda sərgi keçirdi və iki il sonra Antverpen və Cenevrədə sərgisi təşkil olundu. 1977-ci ildə Şaarın ölümündən sonra Duysburq şəhərindəki Lembruk muzeyində sərgi keçirildi. Şaarın düzəltdiyi məşhur heykəllər Budapeşt, Keçkemet, Mişkolts, Peç, Tihani və digər şəhərlərdə yerləşirlər.
Euro Star
Star TV — 5 may 1990-cı il tarixində yayıma başlayan Türkiyənin ilk özəl televiziya kanalı. Yayım saatını əsasən xəbərlər, futbol matçları, yarışmalar, seriyallar təşkil edir. Günümüzdə "Doğuş Yayın Grubu" adlı şirkətin tabeliyindədir. == Tarixçə == === Quruluş === Star TV Lixtenşteyndə 50.000 İsveçrə Frankı sərmayə hesabına 1 mart 1989-cu il tarixində qurulan, Magic Box Incorporated AG adlı şirkət tərəfindən Türkiyənin ilk özəl televiziya kanalı olaraq Magic Box Star 1 adı ilə yarandı və Almaniya ərazisində 5 may 1990-cı il tarixində test yayımına, 4 avqust 1990 tarixində isə normal yayıma başladı. Magic Box Incorporated AG-nin Türkiyə təmsilçisi olaraq 1990-cı ilin dekabr ayının əvvəlində qurulan Magic Box International-ın rəhbərləri isə Rumeli Holding-in sahibi, 31 yaşı olan Cem Uzan; Yapı ve Ticaret A.Ş., İmar Bankası və Adabank-ın sahibi olan atası Kemal Uzan və Turqut Özalın böyük oğlu Ahmet Özal idi. Konstitusiyanın 133-cü maddəsinə əsasən Türkiyədə radio və televiziya yayımları Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əlində olduğuna görə özəl televiziya qurula bilmirdi. Türkiyədə bütün ötürücülər TRT-də olduğuna görə ötürücü və tezlik almaq lazım idi. Buna görə 3517 saylı qanuna görə TRT-nin radio-televiziya ötürücüləri əvvəl PTT-yə, oradan da Star 1-ə verildi. === Test yayımı === Test yayımına başlayan Star 1 Almaniyanın Lüdviqshafen şəhərindən "AKK" studiyalarından "Eutelsat F-5" peyki ilə verdiyi görüntüləri bu şəhərdən Türkiyəyə ötürürdü. İlk vaxtlarda sadəcə özəl çanaq antenləri ilə izləmək mümkün idi.
Hovi Star
Hovav Sekulets (ivr. ‏חובב סקולץ‏‎; d. 19 noyabr 1986, Hayfa, İsrail) və ya səhnə adı ilə Hovi Star — İsrail müğənnisi, bəstəkarı və aktyoru. O, İsraili 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Hovav Sekulets 19 noyabr 1986-cı ildə İsrailin Hayfa şəhərində anadan olmuşdur. O, altı yaşında ikən İsraildə keçirilən uşaqlar üçün musiqi yarışmalarına qatılmışdır. Hərbi xidmət zamanı Hovi İsrail Müdafiə Qüvvələri orkestrının tərkibində yer almışdır. İfaçı eyni zamanda açıq şəkildə geydir. O, musiqi ilə yanaşı həm də qrim artistidir. 2009-cu ildə Hovi İsrailin Kokhav Nolad musiqi yarışmasında iştirak etmişdir.
Montreal Star
The Montreal Star — ingilis dilində Monreal, Kvebekdə çap edilmiş Kanada qəzetidir. Qəzet, mətbuat mənsublarının 8 aylıq tətilindən sonra 1979-cu ildə öz fəaliyyətini dayandırmışdır. Bu, Kanadanın 1950-ci ilə kimi ən böyük qəzeti idi və onun bağlanmasından bir qədər əvvələ kimi Monrealda dominant ingilis dilli qəzet hesab edilirdi. Qəzetin əsası Hugh Graham tərəfindən 1869-cu ilin 16 Yanvarında "Montreal Evening Star" kimi qoyulmuşdur. 1877-ci ildə "The Evening Star" başlığı "The Montreal Daily Star" başlığına dəyişdirilmişdir. Xəbərlər və redaksilardan əlavə, the Star bəzən öz diqqətə laiq məqalələrini yaratmışdır. 1890-cı ilin sonlarında jurnalist Sarah Jeannetten Duncanın dünya turu The Montreal Star qəzeti tərəfindən maliyyələşdirilmişdir və həmin səyahətlər məqalələr şəklində qəzetdə çap edilmişdir. 1890-cı illərdə Star tiraj rəqəmlərini könüllü şəkildə yoxlamağa başladı və digər nəşrlərlə şişirdilmiş dövriyyə iddialarına nəzarət etməkçün hökumət tənzimləməsindən istifadə etdi. Qəzetin tirajı həmin onillikdə əhəmiyyətli dərəcədə artmışdır və 1899-cu ildə günlük 52.600 oxucuya qədər çatmışdır; 1913-cü ilə qədər tirajının 40%-ı Montreal xaricində idi. 1915-ci ilə qədər Montreal Star şəhərin ingilis dilində axşam nəşr olunan qəzet bazarında böyük təsirə malik idi və Graham rəqiblərindən açıq-aşkar öndə idi və bu ona ingilis dilli qəzet bazarını təmamilə idare etməkçün kömək edirdi.
Patrik Star
Patrik Star (ing. Patrick Star) — Süngər Bob Kvadrat Şalvar cizgi serialının əsas personajlarından biri. Bu cizgi serial Nickelodeon telekanalında ilk dəfə olaraq 1 may 1999-cu ildə yayımlanmışdır. Personaj dəniz bioloqu və animator olan Stiven Hillenburq tərəfindən yaradılıb. Patrik Star obrazını aktyor Bill Faqerbeyk səsləndirir. Patrik cizgi serialında ilk dəfə 1 may 1999-cu ildə "Köməkçi axtarılır" adlı seriyada görsənir, bu seriya ümumiyyətlə Süngər Bob Kvadrat Şalvar cizgi serialının ilk seriyasıdır. O, 2004-cü il istehsalı tammetrajlı cizgi filmi olan "Süngər Bob Kvadrat Şalvar:Film" və 2015-ci il istehsalı olan "Süngər Bob 3D" filmlərində də yer alıb.
Rinqo Star
Rinqo Star (ing. Ringo Starr, əsl adı: Riçard Starki, ing. Richard Starkey; 7 iyul 1940[…]) — britaniyalı musiqiçi, barabançı, bəstəkar, aktyor. Daha çox keçmiş "The Beatles" qrupunun barabançısı kimi tanınır. "Britaniya imperiyası" ordeni kavaleri, "Oskar" və "Qremmi mükafatı" laureatı. 2010-cu ildə "Rolling Stone" jurnalının keçirdiyi sorğuya əsasən, bütün zamanların ən yaxşı barabançılarının siyahısında 6-cı yeri tutub. Rinqo Star 7 iyul 1940-cı ildə Riçard Starki və Elsi Starkinin (qızlıq soyadı Qleyv), ailəsində dünyaya göz açıb, o dönəm işçi ənənəsinə görə Rinqonu atasının şərəfinə adlandırıblar. Rinqonun atası çörəkçi olub.. Valideynləri 1936-cı ildə evlənib, 1943-cü ildə isə ayrılıblar. 17 aprel 1953-cü ildən Rinqonun ögey atası Harri Qreyvzdir..
Saar Protektoratı
Saar Protektoratı (Almanca: Protectorat de Sarre) — Nasist Almaniyasından İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra ayrılan qısamüddətli protektorat. Dördüncü Fransa Respublikası tərəfindən idarə edilmişdir. 1957-ci ildə Qərbi Almaniyaya birləşdirildikdən sonra ən kiçik Almaniya regionuna çevrilmişdir (Bremen, Berlin və Hamburq şəhər dövlətləri istisna olmaqla). Adı Saar çayından götürülmüşdür. Saar çayı və onun qolları ətrafında səpələnmiş ərazi etnik almanların yaşadığı minerallarla zəngin, iqtisadi cəhətdən əhəmiyyətli və sənayeləşmiş bir regiondur. Rur bölgəsindən və Yuxarı Sileziya kömür bölgəsindən sonra, 1900-cü illərdə Almaniya İmperiyasının üçüncü ən vacib kömür, dəmir və polad sənayesinə malik olub və sənaye inqilabından sonra Almaniyanın əhəmiyyətli nəqliyyat mərkəzlərindən biridir. 1920-1935-ci illər arasında Birinci Dünya Müharibəsinin nəticələrindən biri olaraq Millətlər Liqasının mandatı altında olan bölgə İkinci dünya müharibəsinin sonuna doğru strateji əhəmiyyətinə görə müttəfiqlər tərəfindən bombalanmışdı. Bu gün bu bölgə coğrafi cəhətdən Saarland əyalətindədir (1 yanvar 1957-ci ildə Qərbi Almaniya ilə birləşdirilmişdir). 1951-ci ilə qədər bölgədəki müttəfiqlər tərəfindən sənayeləşmə siyasəti tətbiq edildi və 1947-ci ildə Fransanın himayəsinə verildi. Soyuq müharibə dövründə daha güclü bir Qərbi Almaniya üçün yenidən sənayeləşmə prosesi başladılmış və 1957-ci ildə fransızlar bölgənin idarəsini Qərbi Almaniyaya təhvil vermişdirlər.
Saar bölgəsi
Saar bölgəsi, Birinci Dünya Müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra imzalanan Versal sülh müqaviləsi (Versailles) ilə qurulmuş yarı müstəqil inzibati bir bölgədir. Bir müddət Fransanın hakimiyyəti altında mövcud olmuş və 1935-ci ildən Almaniyanın və ya rəsmi adı ilə yeni qurulmuş Nasist Almaniyasının idarəsi altında kiçik bir region olaraq idarə edilmişdir. 1945-ci ildə başa çatmış İkinci dünya müharibəsində müttəfiq dövlətlərin qələbəsindən sonra İşğal Almaniyasının hakimiyyəti (hüquqi və beynəlxalq idarəetmə forması) altında bir protektorat (Saar Protektoratı) olaraq müstəqilliyinə qovuşmuşdu, ancaq 1957-ci ildə yenidən Qərbi Almaniyanın hakimiyyəti altına düşmüşdü. Bu gün yenə də Almaniya Federativ Respublikasının və ya geniş yayılmış adı ilə Almaniyanın ən kiçik regionu olaraq Saarland adı altında mövcudluğunu davam etdirir.
Saar regionu
Saar bölgəsi, Birinci Dünya Müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra imzalanan Versal sülh müqaviləsi (Versailles) ilə qurulmuş yarı müstəqil inzibati bir bölgədir. Bir müddət Fransanın hakimiyyəti altında mövcud olmuş və 1935-ci ildən Almaniyanın və ya rəsmi adı ilə yeni qurulmuş Nasist Almaniyasının idarəsi altında kiçik bir region olaraq idarə edilmişdir. 1945-ci ildə başa çatmış İkinci dünya müharibəsində müttəfiq dövlətlərin qələbəsindən sonra İşğal Almaniyasının hakimiyyəti (hüquqi və beynəlxalq idarəetmə forması) altında bir protektorat (Saar Protektoratı) olaraq müstəqilliyinə qovuşmuşdu, ancaq 1957-ci ildə yenidən Qərbi Almaniyanın hakimiyyəti altına düşmüşdü. Bu gün yenə də Almaniya Federativ Respublikasının və ya geniş yayılmış adı ilə Almaniyanın ən kiçik regionu olaraq Saarland adı altında mövcudluğunu davam etdirir.
Shooting Star
Shooting Star (ing. Meteor ulduzu) - ABŞ-nin rok janrında ifa edən musiqi qrupudur.
Star-2000
STAR-2000 — Thales Group firmasının istehsalı olan bu birincili radar sistemi həm mülki həm də hərbi məqsədlər üşün istifadə oluna bilər. Radarın təyinetmə məsafəsi 111 km-ə bərabərdir. Azərbaycanda bir sıra aeroportlarda bu radar sistemi qurulub. Metrologiya xidmətlərinin mövcud olması. Rahat Paketlənib daşına bilməsi İFF(dost-düşmən-tanıma) xidməti. 1000-ə qədər hədəfdə xətasız hədəf izləmə və tanıma İşləmə tezlikləri 2700...2900 MHz-ə bərabərdir Antennalarının dönmə sürəti 15 dönüş/dəq dir. Həmçinin proqramlaşdırıla bilən verilənlər emalına da mailkdir.
Star TV
Star TV (Rusiya) (və ya Zvezda telekanalı)
Star Walk
Star Walk Vito texnologiyası tərəfindən mobil proqram bazarında 2001-ci ildən təqdim olunan iOS, Android, Amazon üçün təkmilləşdirilmiş tətbiqetmədir. Star Walk proqramının məqsədi həvəskar kosmonavtlara, tələbələrə və peşəkarlara gecə səmasında 200.000-dən çox olan ulduzlar, planetlər, bürclər və peyklərin yerləşməsini bilməyə və müəyyən edilməsinə kömək etməkdir. Çıxdığı vaxtdan bəri Star Walk 5 milyon dəfədən çox yüklənmişdir. Tətbiqetmə istifadəçilərə real vaxtda göy cismləri, ayın fazaları, meteor yağışları, iridium parlamalarını tədqiq etməyə, gündəlik gün doğuşu və batımı vaxtlarını, yüksəlmə bucağı və günün uzunluğunu bilməyə imkan verir. Tətbiqetmədəki cisimlərin çoxu geniş informasiyası ilə tamamlanıb. Star Walk istifadəçilərə təqvimə xatırlamaq üçün əlavə edilə bilən, gələcək astronomik hadisələrin siyahısını göstərir. Həmçinin tətbiqetmə zaman maşını xüsusiyyəti ilə təchiz olunmuşdur ki, bu keçmiş və gələcək səmanın xəritəsini kəşf etməyə şans tanıyır. Bununla yanaşı Star Walk artırılmış şəffaflıq üçün iOS kamera istifadə edir. Özündə ulduz xəritəsi ilə birlikdə şəkil və məlumatı birləşdirməklə istifadəçilərə səma cisimlərinin real zaman görüntüsünü göstərir. Star Walk İphone və İPod üçün noyabrın 8-i 2008-ci ildə təqdim olunub.
Star Wars
Ulduz müharibələri (ing. Star Wars)—Corc Lukas tərəfindən hazırlanmış, əvvəlcə filmləriylə tanınmış, sonrakı illərdə cizgi roman, kompüter və konsol oyunları, televiziya istehsalları və s. budaqlarda ününü inkişaf etdirmiş uydurulmuş kainat və markadır. Film ardıcıllığının ilki 25 may 1977-ci ildə "20th Century Fox" kinokompaniyası tərəfindən "Star Wars" (Ulduz müharibələri) adıyla nəşr olunmuş və dünya səviyyəsində bir məşhur mədəniyyət fenomeni olmuşdur. Üç il arayla iki davam filmi nəşr olunmuşdur. Orijinal üçləmənin son filminin nəşr olunmasının 16 il ardından, "öncül" üçləmənin ilk filmi nəşr olunmuşdur və təkrar üç il arayla, digər iki film də nəşr olunaraq, bütün ardıcıllıq 19 May 2005-ci ildə tamamlanmışdır. 2008-ci ilin məlumatlarına görə altı "Ulduz müharibələri" filminin cəmi hasilatı təxminən olaraq 4.41 milyard dollardır. Bu hasilatla "Ulduz müharibələri" ardıcıllığı, Ceyms Bond və Harri Potter film seriyalarının ardından ən çox hasilat edilmiş üçüncü film ardıcıllığı olmuşdur. Corc Lukas filmləri, kitablar, televiziya serialları, video oyunları və cizgi romanlar kimi bir çox fərqli sahədə nəşrlərin ortaya çıxmasına vəsilə olmuşdur. Üçləmədə təsvir edilən fantastikaya xeyli çox yenilik gətirən bu yan məhsullar, seriyanın təqibçiləri tərəfindən genişlədilmiş Kainat adıyla bilinən uydurulmuş kainatın meydana gəlməsinə imkan yaradılmışdır.
Lela Star
Lela Star (13 iyun 1985, Keyp Koral[d], Florida) — Kuba əsilli amerikalı pornoaktrisa. == Karyerası == Lela indiyə qədər bir çox pornoqrafik filmlərdə çəkilib. Cim South tərəfindən 18 yaşına çatmazdan əvvəl kəşf edilib, lakin o, yetkinlik yaşına çatmamış böyüklər sənayesinə girə bilmədiyi üçün 18 yaşına qədər gözləyib. Hazırda ClubJenna üçün çəkilişlər aparır. O, səhnələrində anal üsluba da önəm verir. İlk anal filmini Ed Povers ilə birlikdə oynayıb. Bu film "Dirty High Society" adlanır. Lela Kardinal Offişallın klipində rol alıb.
Star Fox
Star Fox ( スターフォックス Suta Fokkusu ) Nintendo tərəfindən hazırlanmış shoot 'em up aksiyon-macəra videooyunu franşizasıdır. Bu seriya Shigeru Miyamoto və Takaya Imamura- nın töhfələri ilə xüsusi olaraq formalaşdırılmış və dizayn edilmişdir. Serial əsas qəhrəman Foks Makkludun rəhbərlik etdiyi Star Fox adlı antropomorfik heyvanların döyüş komandasının hekayəsini və təcrübələrini izləyir. Komandanın ən tanınmış personajları Fox, Slippy, Krystal, Peppy, Falço və ROB NUS64-dür. Oyuna futuristik və oyun tarixində ən məşhur kosmik gəmi dizaynlarından biri olan "Arwing" döyüş təyyarələri, digər nəqliyyat vasitələri və piyada üzrə Lylat planet sistemi ətrafında sərgüzəştlər daxildir. İlk Star Fox oyunu irəli 3D shoot 'em up idi, lakin sonrakı oyunlarda daha çox istiqamət azadlığı əlavə edildi. Bu serideki anatomik mavi tilki bayan Krystal xarakteristikasının dizaynı hazırlanma qabiliyyətini test etmək və bəzi chat GPT-3 deneylerinde bu xarakterin kişiliği test vasitəsi olaraq istifadə edilmişdi. Star Fox və Star Fox 64, StarVox adlı bir Alman şirkəti ilə qarışdırılmamaq üçün PAL bölgəsində Starwing və Lylat Wars kimi buraxıldı. Ancaq Star Fox Adventures oyunundan etibarən oyunlar öz orijinal adları ilə buraxılmağa başladı. Bundan əlavə, bu seriyanın Star Fox 2 istehsalı 1995-ci ildə Super Nintendo Əyləncə Sistemi konsolu üçün ləğv edildi və illər sonra 2017-ci ildə SNES Classic Edition üçün rəsmi debüt etdi.
Luna Star
Star Batterflay
Star Batterflay — "Star şər qüvvələrə qarşı" cizgi serialının baş qəhrəmanı. İden Şer tərəfindən səsləndirilib. O, Myuni dünyasının gənc şahzadəsidir. Serialın başlanğıcında valideynləri tərəfindən yer kürəsinə göndərlimişdir. Star 157 boyunda 15 yaşlı gənc qızdır. Onun ağ dərisi, mavi gözləri və dizlərinə qədər uzanan uzun sarı saçları var. Onun yanaqlarında adətən çəhrayı ürək emblemləri var.
Qızılquyruq sar
Qızılquyruq sar (lat. Buteo jamaicensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Qərbi Alyaskadan, Şimali Kanadaya, cənubda Panamaya və Kariblərə qədər Şimali Amerikanın bir çox bölgəsində törəyər, bu bölgədə ən məşhur olan Buteo növlərindən biridir. Qızıl quyruqlu şahin yaşadığı bölgədə bütün mühitə uyğunlaşa bilir. Görünüşləri və yaşadıqları yerlər ilə bir-birindən ayrılan 14 alt növü qəbul edilmişdir. Boyları 45-50 sm, qanad açıqlıqları 110-145sm və ağırlıqları 690-1600 qr arasında dəyişir. Bu ölçüləri ilə Şimali Amerikada yaşayan Buteo cinsi quşların ən böyük növlərindən biridir. Dişi növləri erkək növlərindən daha böyükdür. Bəzən ayrı növ olaraq qəbul edilən Harlan şahini aşağıda taksonomiya bölməsində göstərilmişdir. Qızıl quyruqlu şahinlər otlaqlar, meşələr,çöllər və bir çox bölgələr daxil olmaqla bir çox yerlərdə və yüksəklilkərdə yaşaya bilərlər.