Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çuşka dili
Çuşka dili — Kerç boğazının şimalında yerləşən dil. Axilleon burnundan başlayaraq Qara dənizə doğru cənub-qərb istiqamətdə uzanır. Dilin uzunluğu deməknolar ki, 18 km təşkil edir. Dil əsasən xırda kvars üumlarından təşkil olunmuşdur, Çuşka dilinin yaxınlığında bir sıra adalar vardır: Cencik, Lisiy, Krupinin, Qolenkiy. Dilin adı buranın sahillərinə tez-tez Delfinlərin çıxması ilə əlaqədardır. İnsanlar onları dəniz donuzu və donuz balası olan Çuşka adlandırırdılar. 1944-cü ildə dil Krımla Kerç dəmiryolu körpüsü ilə birləşdirilmişdir. Elə həmin ilin qışında buzqıran gəmi körpünü dağıtmışdır. 2007-ci ilin noyabrında dənizdə baş bermiş tufan nəticəsində neft sızması başvermişdir. Üstəlik bölgənin tranzit əhəmiyyətindən doğan çirklənmə də böyük təhlükə doğurur.
Molla Cuma
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Çuka ryori
Yaponiya Çin mətbəxi (Çuka (中華, 中華料理 çuka ryori, hərfi mənada "Çin yeməyi")) - Çindən Yaponiyaya gəlmiş və illər ərzində dəyişilmiş yapon xörəkləri. Bəzi yaponlar səhv olaraq bu xörəkləri Çin sayırlar, lakin çinlilər heç vaxt onları öz xörəkləri hesab etməyib və elə üsulla hazırlamayıblar. Bəzi hallarda onları Çin xörəyi edən yalnız əriştə olur, digər inqridientlər isə Yaponiyadan (hiyaşi-çuka) və ya hətta Avropadan (vetçina) olur. MDB ölkələrində hərdən yosunu səhvən çukka adlandırırlar, lakin bu salata aidiyyəti olmayan xörək də ola bilər.
Bir rumka daha
Bir rumka daha (dan. Druk, ing. Another Round) — danimarkalı rejissor Tomas Vinterberqin 2020-ci ildə ekranlara çıxan filmi. == Süjet == Qırx yaşlarında olan dörd məktəb müəllimi hər gün bir az spirtli içki içməyin onları daha yaradıcı edə biləcəyi fikrini sınaqdan keçirməyə qərar verir. Bununla belə, çox içirlər və hər şey öz axarından çıxır.
Camna
Camna, Yamuna və ya Cumna — Hindistanda ümumi uzunluğu 1376 km olan çay. Qanqın ən uzun və ən yüksək suyu (ildə 110 km³). Mərkəzi Himalayın cənub yamaclarında başlayır, Yamunotri buzlağından (Zaskar silsiləsi) 3255 m yüksəklikdə axır. Hindistanın Haryana və Uttar Pradeş ştatlarından, həmçinin paytaxt Dehlidən axır. Dehlidən əlavə Mathura və Aqra şəhərləri də Camna üzərində yerləşir. Yamunanaqar şəhərinin yaxınlığında, cənuba dönür, Hind-Qanq düzənliyinə baxır və Allahabad şəhərinin yaxınlığında hindular üçün müqəddəs Sanqam təşkil edərək Qanqa axır.
Conka
Conka — malaya dilində djong; təhrif olunmuş Çin dilində çuan — gəmi) — yastıdibli yelkənli yük gəmisi; burun və arxa tərəfi enli, bir qədər yuxarı qalxmış olur. Dəniz sahilinə yaxın və çayda hərəkət üçün ənənəvi Çin və Yapon yelkənli gəmisidir.. Müasir conkalarda dor ağaclarının sayı 3-ədəddir. Üfuqi tamaşalarla əlaqələndirilmiş çiləkəndən olan yelkənləri dördbucaq formasındadır. Conkanın uzunluğu 55 m-ə, eni 9 m-ə, yükgötürmə (yükqaldırma) qabiliyyəti 600 tona qədərdir. Hazırda Cənub-Şərqi Asiya və Uzaq Şərq ölkələrində geniş istifadə edilir. == Mənbə == Milli Azərbaycan Ensiklopediyası. V cild. Bakı,2014, səh,383.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Cubqa
Cubqa — Krasnodar diyarının Tuapse rayonunda şəhər tipli qəsəbə (kurort qəsəbəsi). Cubqa şəhər qəsəbəsinin inzibati mərkəzi. == Coğrafiyası == Qəsəbə Qara dənizin Cubqa körfəzinin sahilində və Cubqa çayının mənsəbində yerləşir. Ərazidə enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük edir. Rayon mərkəzindən 52 km şimal-qərbdə — Tuapse şəhəri yerləşir. Krasnodardan Cubqaya Adıgeysk, Qoryaçıy Klyuç və Xrebtovı marşrutu ilə 108 km uzunluğunda avtomobil yolu gəlir. Cubqa çimərlikləri əsasən qumlu və qumlu-çınqıldır. Burada düşərgələr, avtoturizm bazaları və "Qolubaya buxta", "Qornı vozdux", "İnal" kimi müxtəlif istirahət mərkəzləri fəaliyyət göstərir. Müxtəlif pansionatlar da var. === İqlimi === Cubqa Aralıq dənizi iqlim zonasına daxildir.
Culfa
Culfa bunlara istinad edə bilər: Culfa rayonu — Naxçıvan Muxtar Respublikasının tərkibində rayon; Culfa (Azərbaycan) — Naxçıvan Muxtar Respublikasında şəhər, Culfa rayonunun inzibati mərkəzi; Culfa şəhristanı — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının tərkibində şəhristan; Culfa (İran) — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanında şəhər, Culfa şəhristanının inzibati mərkəzi; Culfa (peşə) — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu.
Cunko
Cunko — Yaponiya qadın adı. Cunko İşida — keçmiş Yaponiya qadın futbolçusu. Cunko Ozava — keçmiş Yaponiya qadın futbolçusu.
Cunya
Cunya — Yaponiya adı. Cunya Tanaka — Yaponiya futbolçusu. Cunya İto — Yaponiya futbolçusu. Cunya Enoki — Yaponiya aktyoru.
Cümlə
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur. Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz. Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir. Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır. Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.
Jumak
Jumak (kor. 주막) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Lukka
Lukka (it. Lucca) — Toskananın yerləşən şəhərdir, eyni adlı vilayətin inzibati mərkəzidir.
Mumya
Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır. Mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir. Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır. İnsanlara qədim zamanlardan mumyanın müalicəvi xüsusiyyətləri məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb. Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s.
Numea
Numea (ing. Nouméa) — Fransanın dəniz ərazisi olan Yeni Kaledoniya adasının paytaxtı. Əhalisi 2004-cü il siyahıya alınmaya görə 91 386 nəfərdir, şəhərətrafı da daxil olmaqla — 146 245 nəfər. Numea düz xətlə Parisdən 16 758 kilometr məsafədədir. Şəhər Yeni Kaledoniyanın cənub-şərqindəki təpəli yarımadasında yerləşir. Nikel əritmə müəssələri vardır. Nikel, dəmir filizi, mis ixrac edilir. Şəhərin 52 kilometrliyində, şimal-qərbində La-Tontuta aeroportu yerləşir. Şəhər daxilində yerli reyslər edən Numea Macenta aeroprtu vardır.
Sumba
Sumba (ind. Pulau Sumba) — İndoneziyaya məxsus olan və Kiçik Zond adaları qrupunda daxil olan adadır. Ada Hind okeanınında, Flores adasından cənubda Sumbava və Timor adaları arasında yerləşir. Adanın uzunluğu 300 km, eni isə 75 km təşkil edir. İqlimi ekvatorial-mussondur. Bu səbəbdə iki fəsilə bölünür: Quru mövsüm (iyun - oktyabr) və rütubətli yağışlar mövsümü (noyabr-mart). Yağıntının böyük miqdarı yanvar-fevral aylarında düşür. Tarixi boyu ada sandal ağacı tədarükü ilə ixtisaslamışdı. Bu səbəbdən adanı sandal adası adlandırırdılar. Adaya ilk avropalılar 1522-ci ildə ayaq basmışlar.
Çumış
Çumış çayı — Rusiyanın Kemerov vilayəti və Altay diyarı ərazisindən axan çay. Ob çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 644 km, hövzəsinin sahəsi isə 23 900 km² təşkil edir. Öz başlanğıclarını Kemerov vilayətinin ərazisində Qara-Çumış və Tom-Çumış çaylarının birləşməsindən götürür. Mənsəbə yaxın iki qola ayrılır. Barnaul şəhərindən 88 km aşağıda Ob çayına tökülür. Çumış çayı əsasən qar suları ilə qidalanır. İllik su sərfiyyatı mənsəbə 74 km qalmış 146 m³/s təşkil edir. Çay noyabrın birinciyarısında donur. Aprelin ikinci yarısında isə buzdan azad olur.
Çüyya
Çüyya (v. e.ə. 7) — Hunların XVI şanyüsü. Digər qardaşları kimi sakit həyat sürən Çüyya 4 il hakimiyyətdə olduqdan sonra vəfat etdi.
Humea
Calomeria (lat. Calomeria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Agathomeris Delaun. === Heterotipik sinonimləri === Humea Sm. Oxiphoeria Dum.Cours. Razumovia Spreng.
Cunda
Cunda (türk. Alibey Adası, Cunda, yun. Μοσχονήσι Moshonisi, Εκατόνησα Hekatonisa) — Türkiyənin qərbində ada. Ada Egey dənizində, Edremit körfəzinin cənub-qərbində yerləşir. Ada Ayvalık ilçəsinin yaxınlığındadır. Cunda Mosko adalar qrupunun ən böyüyüdür. Eləcə də, Egey dənizində olan adaların içərisində sahəsinə görə dördüncüdür. Adanı Yunanıstanın Lesbos adasından 16 km-lik məsafə ayırır. == Ümumi məlumat == Sahəsi 23 km² olan Cunda adası şərqdəki Patrica limanı vasitəsilə iki hissəyə bölünür. Bu iki hissəni nazik bərzəx birləşdirir.
Elsevən (Culfa)
Elsevən (fars. ايل سون‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (5 ailə).
Heydərabad (Culfa)
Heydərabad (fars. حيدراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Humea gracillima
Thiseltonia (lat. Thiseltonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Thiseltonia gracillima (F.Muell. & Tate) Paul G.Wilson (Triba: Gnaphalieae) Sinonim Humea gracillima F.Muell. & Tate Thiseltonia dyeri Hemsl. Calomeria gracillima (F.Muell.