Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Caiz
Mübah (ərəb. مباح‎) və ya caiz — İslam dininə görə axirət savabının yazılması haqqında heç bir dəlil olmayan bəyənilən əməldir. Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az.
Çih Çin-Şui
Çih Çin-Şui (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. Çih Çin-Şui Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Çin cır limon
Çin cır limonu
Çji Çin-Lon
Çih Çin-Lonq (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. Çih Çin-Lonq Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 13-cü pillənin sahibi olub.
Anthemis chia
Anthemis chia (lat. Anthemis chia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Typhlodromus cuii
Typhlodromus cuii (lat. Typhlodromus cuii) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus cuii Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Çzin sülaləsi
Çzin sülaləsi (çin. sadə. 晉朝, pinyin: Jìn Cháo 265—420) — Üç çarlıq dövründən Şimal və Cənub sülaləri dövrünədək Çin ərazisində hökmranlıq etmiş altı sülalədən biri. Çzin dövləti hərbi sərkərdə Sıma Yan tərəfindən qurulmuşdur. Budövr Çin tarixinə Çzin dövrü kimi taxil olmuşdur. Qərbi Çzin çin. ənən. 西晉, sadə. 西晋, pinyin: Xï-Jìn: 265–316 Şərqi Çzin çin. ənən.
Teodoziya Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.
Yan Tsıj
Yan Tsıj (a.sorb Jan Cyž, alm. Johann Ziesche‎; 13 yanvar 1898 – 21 sentyabr 1985, Bautzen) — Yuxarı Sorb yazıçı, nəşirçi, hüquqşünas və ictimai xadim. O, Sorb Xalq Radasının sədri və Bautzen inzibati dairəsinin sədri olub. Yakub Çişinski adına Ədəbi Mükafat laureatı. 1898-ci il yanvarın 13-də Lusatyan Juritsı kəndində anadan olub. Orta təhsilini Praqanın tarixi Mala Strana rayonunda alman gimnaziyasında alıb. Charles Universitetində hüquq təhsili alıb. 1921-ci ildə Lusatian gəncləri üçün "Sxadzovanka" adlı 47-ci gənclərin yay düşərgəsi-festivalını təşkil edib. Hüquq elmləri üzrə elmlər doktoru alimlik dərəcəsini müdafiə etmişdir. 1926-1932-ci illərdə Kottbusda Sorb Xalq Bankının filialında işləmişdir.
Ceija Stojka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. == Həyatı == Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Jurinea chia
Jurinea consanguinea (lat. Jurinea consanguinea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Salvia chia
Salvia chia Sessé & Moc. — Salvia hispanica bitki növünün sinonimi. Salvia chia Colla — Salvia hispanica bitki növünün sinonimi. Salvia chia Fernald — Salvia potus bitki növünün sinonimi.
Beji Caid Essebsi
Beji Kaid əs-Sebsi, Əl-Baci Qaid əs-Səbsi (ərəb. الباجي قائد السبسي‎; 29 noyabr 1926[…], Sidi-Bu-Said[d], Tunis Fransa protektoratı[d] – 25 iyul 2019[…], Tunis hərbi xəstəxanası[d]) — Tunis dövlət və siyasi xadimi, Tunisin 6-cı prezidenti. 2011-ci il 27 fevral — 24 dekabr tarixlərində ölkənin 10-cu baş naziri, 1981–1986-cı illərdə xarici işlər naziri və 1960-70-ci illərdə digər nazir və s. dövlət vəzifələri tutmuşdur. == Həyatı == Beji Kaid əs-Sebsi 1926-cı ilin 26 noyabr tarixində Tunisin liman şəhəri olan Sidi-Bu-Səiddə anadan olub. İlk təhsilini vətənində aldıqdan sonra ali təhsil almaq üçün Fransaya yollanıb. Paris şəhərində hüquq üzrə təhsil aldıqdan sonra 1952-ci ildə vəkillik karyerasına başlayıb. Əs-Sebsinin ilkin siyasi fəaliyyəti 1941-ci ildə başlayır. Parisdə aldığı təhsili başa vurduqdan sonra ölkəsinə qayıdır və burada baş nazir Həbib Burguibanın müşvariri olaraq işləyir. 1965–1969-cu illər aralığında Tunisin daxili işlər naziri, 1969–1970-ci illərdə isə müdafiə naziri vəzifəsində çalışır.
Çzin (265-420)
Çzin sülaləsi (çin. sadə. 晉朝, pinyin: Jìn Cháo 265—420) — Üç çarlıq dövründən Şimal və Cənub sülaləri dövrünədək Çin ərazisində hökmranlıq etmiş altı sülalədən biri. Çzin dövləti hərbi sərkərdə Sıma Yan tərəfindən qurulmuşdur. Budövr Çin tarixinə Çzin dövrü kimi taxil olmuşdur. Qərbi Çzin çin. ənən. 西晉, sadə. 西晋, pinyin: Xï-Jìn: 265–316 Şərqi Çzin çin. ənən.
Çzin (265—420)
Çzin sülaləsi (çin. sadə. 晉朝, pinyin: Jìn Cháo 265—420) — Üç çarlıq dövründən Şimal və Cənub sülaləri dövrünədək Çin ərazisində hökmranlıq etmiş altı sülalədən biri. Çzin dövləti hərbi sərkərdə Sıma Yan tərəfindən qurulmuşdur. Budövr Çin tarixinə Çzin dövrü kimi taxil olmuşdur. Qərbi Çzin çin. ənən. 西晉, sadə. 西晋, pinyin: Xï-Jìn: 265–316 Şərqi Çzin çin. ənən.
Teodoziya Markovna Brıj
Teodoziya Markovna Brıj (18 fevral 1929, Berejnitsa[d] – 4 iyul 1999, Lvov) — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü. Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir. Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır. Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir.
CGI
CGI (Common Gateway Interface) – CGI texnologiyası dedikdə Internet resurs daxilində baza əlavələrində interaktiv elementlərindən istifadə nəzərdə tutulur. CGI texnologiyası verilənlər axınının bir obyektdən digər obyektə ötürülməsini təmin edir. Ümumdünya şəbəkədə çatlar, konferensiyalar, elan lövhələri, axtarış istemləri bu cür təşkil olunmuşdur. Ümumilikdə CGI texnologiyasının iş prinsipi aşağıdakı kimi qurulmuşdur: *İstifadəçi Veb səhifədə hər hansı formanı doldurur və düyməni basır. Bundan sonra HTML kodunda qurulmuş CGI skriptinin çağırış sətri uyğun CGI proqramını işə salır və ona informasiyanın emalı prosesini ötürür. İstifadəçi tərəfindən daxil olan verilənlər bu proqram vasitəsilə göndərilir, həmin proqram öz növbəsində verilənləri başqa səhifəyə "düzür": ya poçt vasitəsilə və ya hər hansı başqa üsulla. CGI skriptləri Veb serverdə bu məqsədlə ayrılmış direktoriyalarda yerləşirlər. Bu direktoriyalara CGI–BIN qoyulur. Belə proqramların qurulması və yerinə yetirilməsi http-serverə xüsusi icazə ilə yanaşı, istifadəçidə müəyyən bilik və təcrübə tələb edir. CGI texnologiyası iki üsulla realizə olunur: PERL (Practical Extraction and Report Language) dilində yazılmış proqramlardan istifadə etməklə.
CIA
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) — ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub. Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
Cip
Jeep — 1941-ci ildə ABŞ ordusu üçün yaradılmış yüngül nəqliyyat vasitəsi və onu yaratmaq üçün qurulan bir şirkətin adıdır. Chrysler avtomobil qrupuna bağlı bir şirkətdir. Jeep markası bir marka hesab edilməkdən çıxmış və xalq arasında bu cür avtomobillərə markası nə olursa olsun ümumiyyətlə Jeep deyilməyə başlanmışdır.
ÇYİ
Çoxölçülü Yoxsulluq İndeksi, ÇYİ, ing. Multidimensional Poverty Index-MPI) – BMT-nin İnkişaf proqramı çərçivəsində dünya ölkələrində yoxsulluğun səviyyəsini müəyyən etmək üçün 2010-cu ildə Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü mərkəzi tərəfindən hazırlanmış göstərici. Bu, indeksin əsas məqsədi fərdin təkcə maddi-iqtisadi cəhətcə deyil, digər göstəricilər üzrə yoxsul olmasını göstərməkdir. Onun İnsan İnkişafı İndeksindən (İİİ) əsas fərqi ondan ibarətdir ki, İİİ fərdin nələrə malik olduğunu, ÇYİ isə fərdin nələrdən məhrum olduğunu göstərir. ÇYİ BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksinin nəşr olunmasının 20 illiyinə həsr olunaraq yaradılmış, yoxsulluğun ənənəvi gəlirə əsaslan ölçü metodologiyasından fərqli bir metodologiya ilə yoxsulluğu ölçmək üçün bu proqrama daxil edilmişdir. Yaradıcısı Oksford Universitetinin professoru Ceyms Foster hesab olunur. ÇYİ 3 ölçü istiqaməti (dimensions) və 10 göstəriciyə əsasən hesablanır: Təhsil (hər bir göstərici 1/6 nisbətdə götürülür) Təhsil alma illəri: ev təsərrüfatı üzvlərindən heç biri məktəbdə 5 il oxumayıbsa, məhrum olmuş hesab olnurlar. Uşaqların cəlb olunması: məktəb yaşına çatmış hər-hansısa bir uşaq 1-8-ci siniflərdə məktəbə getmirsə, məhrum olmuş hesab olunurlar. Sağlamlıq (hər bir göstərici 1/6 nisbətdə götürülür) Uşaq ölümü: uşaqlardan biri belə ölərsə, məhrum olmuş hesab olunurlar. Qidalanma: hər hansısa bir böyüyün və ya uşağın zəif qidalanması haqqında məlumat varsa, məhrum olmuş hesab olunurlar.
Çim
Çim — otlağın üst qatı. Əsasən çöl və çəmən ot bitkiləri ilə örtülmüş zəminin üst qatı. Daha çox çöldə, dağ yamaclarında və meşəli çəmənliklərdə olur. Rəngi adətən tünd-yaşıldır, strukturu kəsəkli-dənəvər və ya lilli olur. Gücü 3 sm dən çoxdursa, onu, zəminlərin təsnifatında Ad indeksli müstəqil üfuqa ayırılar. O bərkdir və, həcminin yarısından çoxuna canlı bitkilərin kökləri şəbəkəsi işləmişdir. Onu müəyyən edən əlamətlərdən biri odur ki, əgər otların saplarından dartılsa, onda onun üst təbəqəsi qalan zəmindən ayrılır. Əvvəllər yaşayış yerləri üçün və müdafiə istehkamlarında geniş istifadə olunurdu. Müasir vaxtda stadionların, parkların və yaşıllıq zonalarının salınmasından sitifadə olunur.
Çiy
Aphanopleura (lat. Achnatherum) — Qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Achnatherum və Stipa cinsi arasında bir neçə növ dəyişikliyi olmüşdur. İki yaxından əlaqəli cins arasında taksonomiya hələ də qeyri-müəyyəndir. Achnatherum hymenoides növü erli amerikalılara yemək mənbəyi kimi faydalıdır. Achnatherum brachychaetum növü isə ən zərərli ot bitkisi olaraq bilinir. Achnatherum acutum (Swallen) Valdés-Reyna & Barkworth Achnatherum aridum (M.E.Jones) Barkworth Achnatherum bloomeri (Boland.) Barkworth Achnatherum bromoides (L.) P. Beauv. Achnatherum brachychaetum (Godr.) Barkworth Achnatherum calamagrostis (Stipa calamagrostis) (L.) Beauv. Achnatherum capense (L.) P. Beauv. Achnatherum caragana (Trin.
ÇİR
Çeçen İçkeriya Respublikası (çeç. Nóxçiyn Paçẋalq Noxçiyçö; rus. Чеченская Республика Ичкерия) — Sovet İttifaqının dağılmasından sonra Rusiya SFSR-in aid olan keçmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibindəki qismən tanınan dövlət. 1991-ci ilin iyulunda müstəqilliyini elan etdi; Cövhər Dudayev ilk prezidenti olub. Çeçenistanın birtərəfli müstəqilliyini elan etməsi, Rusiya hökuməti ilə separatçılar arasında uzun sürən hərbi qarşıdurma və ciddi itki və dağıntılar yaradaraq, tədricən Şimali Qafqazda gərginliyin artmasına və hərbi qarşıdurmalara səbəb oldu. 1994-1996-cı illərdəki döyüş əməliyyatları nəticəsində Rusiya Silahlı Qüvvələri ÇİR-ni Rusiya Federasiyasına zorla yenidən qatmağa çalışsa da, bu cəhdlər uğursuz oldu. 1996-cı ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq, Rusiya rəhbərliyi Çeçenistandan qoşunlarını geri çəkməli və statusuna dair qərarı 2001-ci ilə qədər təxirə salmaq məcburiyyətində qaldı və bununla da faktiki olaraq separatçı rəhbərliyini tanıdı. 1999-cu ildə İkinci Çeçenistan müharibəsi başladı və 2000-ci ilin yazında Çeçen İçkeriya Respublikası dövlət olaraq faktiki olaraq ləğv edildi. 2007-ci ildə isə Sürgündəki hökumət ləğv edildi, yerinə Qafqaz Əmirliyi quruldu.
Çvi
Çvi və ya tvi — Akan dilinin ləhcələrindən biri. Bu, bəzən ya ayrıca dil kimi, ya da iki ləhcə kimi qəbul edilir: Aşanti-çv və Akvapim-çwi. Qanada Akvapim, Aşanti, Açem, Dençira, Akvamu və Akan mənsubiyyətinə daxil olan digər xalqlar arasında yayılmışdır. Kva ailəsinin Akan dilləri qrupuna aiddir. Danışanların sayı təxminən 1 milyon nəfərdir. Cvi dili latın əlifbası ilə yazılmışdır. Standart latın əlifbası ilə müqayisədə iki əlavə hərf istifadə olunur: Ɛ və Ɔ. Bundan başqa, C, J, Q, V, X və Z hərfləri yalnız alınma sözlərdə istifadə olunur. Bütün digər Akan dilləri kimi, çvi də əhəmiyyətli palatalizasiya, sait harmoniyası və ton kaskadı ilə xarakterizə olunur. Şablon:BSE2 J.E. Redden and N. Owusu (1963, 1995). Twi Basic Course.