Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Selma Lagerlöf
Selma Ottiliya Lovisa Lagerlöf (isv. Selma Ottiliana Lovisa Lagerlöf; 20 noyabr 1858[…] – 16 mart 1940[…]) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909) == Həyatı == İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıxmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoxsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi.
Selma Laqerlöf
Selma Ottiliya Lovisa Lagerlöf (isv. Selma Ottiliana Lovisa Lagerlöf; 20 noyabr 1858[…] – 16 mart 1940[…]) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909) == Həyatı == İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıxmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoxsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi.
Selma Neuhaus
Selma Neuhaus (16 oktyabr 1981) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Selma Neuhaus Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Selma Rza
Selma Rza (5 fevral 1872, Konstantinopol – 5 oktyabr 1931, İstanbul) — ilk Türk qadın jurnalisti.. O həmçinin ilk hekayə yazan Türk hekayəçidir. Onun ölmündən sonra onun adını "Feraçeli" ləqəbi ilə əbədiləşdiriblər. Bəzən o "Selma Rza Feraçeli" kimi adlanırdı. == Tərcümeyi halı == O 1872-ci ilin fevral ayının 5-də anadan olmuşdur. Onun atasının adı Əli Rza idi. O Avstriya və Belçika Osmanlı imperiyasının diplomatı olmuşdur. Selma Rzanın anası isə Nailə xanım Avstriyalıdır. O ilk təhsilini İstanbulda almışdır. O Parisə Fransaya 1898-ci ildə səyahət edərkən böyük qardaşı Əhməd Rza ilə görüşür.
Səlma Gürbüz
Selma Gürbüz (türk. Selma Gürbüz) — Türk rəssam və heykəltaraş. O, Türkiyənin çağdaş rəssamlıq sahəsində öndə gedən adlarından biri olmuşdur. Əsərləri Londondakı Britaniya Muzeyində, Parisdəki Galerie Maeght Kolleksiyasında, İstanbulda Santral İstanbulda, İstanbul Bilgi Universiteti, İstanbul Modern və Proje 4L və Ankaradakı Rəsm və Heykəl Muzeyindədir. Rəssamlıqdan başqa heykəltaraşlıq, toxuculuq, oyma kimi müxtəlif formalarda əsərlər də hazırlamış, Ömər Kavurun “Əqrəbin səyahəti” (1997) və “Qarşılaşma” (2002) filmlərinin bədii rejissorluğunu da üzərinə götürmüşdür. == Həyati == 1960-cı ildə İstanbulda anadan olmuşdur. Rəssamlıq təhsilinə 1978-ci ildə İngiltərədəki Ekseter Universitetində rəssamlıq, fotoqrafiya və teatr sahəsində başlamışdır. 1980-1982-ci illərdə Ekseter İncəsənət Dizayn Kollecində rəssamlıq və heykəltaraşlıq təhsili alıb. 1984-cü ildə Mərmərə Universiteti Gözəl Sənətlər Fakültəsinin Rəssamlıq fakültəsini bitirib. İlk fərdi sərgisini 1986-cı ildə İstanbulda açıb.
Qelma
Qelma (ərəb. قالمة‎) — Əlcəzairin şimal-şərqində şəhər. Eyniadlı vilayətin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Saybuz çayının sağ sahilində, dəniz səviyyəsindən 256 metr yüksəklikdə yerləşir.Qelma ölkənin paytaxtı Əlcəzairdən təxminən 390 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalisi 120,847 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Selva
Selva (isp. selva, lat. silva — meşə) — Ekvatorial meşələr-selva adlanır, Amazon və Orinoko ovalığının, Braziliya və Qviana yaylalarının xeyli hissələrini tutur. Afrika meşələrindən sahəsinin, rütubətliyin, bitki və heyvanlar aləminin çox olması ilə fərqlənir. == Bitki örtüyü == Bitki örtüyü çoxmərtəbəli olub, seyba, kakao, heveya, palma və qovun ağaclarından ibarətdir. == Torpaqları == Torpaqları qırmızı-sarı ferraritdir. == Heyvanlar aləmi == Heyvanları ilanlar (anakonda, boa), meymun, kisəlilər, yaquar və s. == Selvalar == Selva Cənubi Amerikada Meksikada Selva Selva Konqoda Selva Yeni Qvineyada == Xarici keçidlər == Tropik meşələr Comunidad Nativa de Queros Selva Perú Cusco Arxivləşdirilib 2009-03-31 at the Wayback Machine Portal Selva Lluviosa (ing.). Yağışlı Selva Arxivləşdirilib 2010-11-06 at the Wayback Machine (ing.).
Selya
Selya (isp. Sella) — İspaniyada yerləşən, şəhər və bələdiyyə. Bələdiyyə Marina-Baxa ərazisinin 38.72 km² hissəsini əhatə edir. 2010-cu ilin siyahıya alınmasına görə əhali 649 nəfərə çatmışdır. Şəhər mərkəzdən 50 km məsafə uzaqlıqdadır.
Səlmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Şəlman
Şəlman — İranın Gilan ostanında yerləşən şəhər. Şəlman əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Səma
Yerin Qorunan Tavanı: Atmosfer Əksər hallarda bizim xəbərimiz olmadığı halda hər planetə olduğu kimi, Yerə də çoxlu sayda meteorit düşür. Digər planetlərə düşdükdə nəhəng kraterlər meydana gətirən bu meteoritlərin Yerə zərər verməmələrinin səbəbi planetimizi əhatə edən atmosferin düşən meteoritlərə qarşı güclü müqavimət göstərməsidir. Meteorit bu müqavimətə çox dözmür və sürtünmə nəticəsində yanaraq kütləsinin böyük hissəsini itirir. Beləliklə, böyük fəlakətlərə səbəb ola bilən bu təhlükə atmosfer sayəsində aradan qaldırılır. Göy üzünün "qorunmuş tavan" olmasının ən mühüm nümunələrindən biri Yeri əhatə edən maqnetik sahədir. Atmosferin ən yuxarı təbəqəsi “Van Allen” adlandırılan maqnetik qurşaqdan ibarətdir. Bu qurşaq Yerin nüvəsinin malik olduğu xüsusiyyətlər nəticəsində əmələ gəlib. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementləri ehtiva edir. Ancaq daha mühüm olan budur ki, nüvə iki fərqli formadan ibarətdir: daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-biri ətrafında hərəkət edir.
Səlma xanım Sultan
Səlma xanım Sultan (13 aprel 1914 – 13 yanvar 1942) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Səlma xanım Sultan 13 aprel 1914-cü ildə anasının Ortaköydəki sarayında dünyaya gəldi. Anası Sultan Muradın qızı Xədicə Sultan, atası isə onun ikinci əri Rauf Hayri bəydir. Hələ 4 yaşında ikən valideynləri boşanmış, 10 yaşında ikən isə 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi anası və qardaşıyla birlikdə sürgün edilmişdir. Beyrutda məskunlaşan ailə, Rauf Hayri bəyin göndərdiyi məvaciblə yaşamağa davam etsə də, qısa zaman ərzində atasının həbs olunmasıyla, bu gəlir mənbəyini də itirdilər. 1931-ci ildə Osmanlı sülaləsindən 2 sultanın - Dürrüşəhvar Sultan və Nilüfər xanım Sultanın dünyanın ən zəngin müsəlmanı olan Heydərabad nizamının oğullarıyla evlənməsinin ardından, Xədicə Sultan da qızı Səlma xanıma ər namizədi axtarmağa başladı. Ancaq bütün var-dövlətini itirən və sürgün edilən bir sultanın qızı üçün namizəd tapmaq olduqca çətin oldu. Nəhayət, Kotvara rajası Seyid Sacid Hüseyn Əli namizəd olaraq uyğun görüldü və Səlma xanım, uzun illər ailəsinə xidmət edən xədim Zeynəl ağayla birlikdə 1937-ci ildə Hindistana gəlin köçdü. Toy mərasimindən bir neçə ay sonra anası Xədicə Sultan iflic keçirərək vəfat etdi. İstanbuldakı saray yaşantısı və Beyrutdakı kosmopolit həyat tərzinin ardından, Səlma xanım düşdüyü yeni mühitə uyğunlaşa bilmədi.
Səlma Aliyə Kavaf
Səlma Aliyə Kavaf (1 iyul 1962, Dənizli) — türk siyasətçisi, müəllimi. Dövlət naziri Kavaf 2007-2009-cu illərdə Ədalət və İnkişaf Partiyasından Dənizli millət vəkili kimi millət vəkili vəzifəsini tutub. O, Dənizlidən seçilən ilk qadın millət vəkilidir. İngilis dilini bilən Kavaf evlidir və bir övladı var. == Həyatı == Səlma Aliyə Kavaf 1962-ci ildə Niyazi və Gülseren Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İki bacısından biri olan Səma Ramazanoğlu da özü kimi siyasətçidir. İbtidai və orta təhsilini Dənizlidə bitirmişdir. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Türkologiya bölməsini bitirib. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinə tabe olan liseylərdə 7 il müəllim kimi çalışmışdır. Özəl sektorda menecer olaraq da işləyib.
Camalabad (Səlmas)
Camalabad (fars. جمال اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər. yaşayır (50 ailə).
Cevat Selam
Cavad İslam Əli oğlu Salamov (türk. Cevat Selam) — Azərbaycan və Türkiyə alimi. == Həyatı == Cavad Salamov (Cevad Selam)12 oktyabr 1946-cı ildə Bakı şəhərində doğulmuşdur. 1964 cü ildə Bakıdakı 199 saylı orta məktəbi bitirmiş, Həmin il Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 2-ci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakultəsinə oxumağa göndərilmişdir. 1971 ci ildə həmin Universiteti bitirən Cavad Salamov Moskva şəhərinin Dubna Qəsəbəsində yerləşən Atom Nüvə Araşdırmaları İnstitutunda aspiranturaya başlamış və 1971-ci ildə "Deformasiyalı Nüvələrdə Maqnetik Dupol Təsirləri" mövzusunda elmi işini müdafiə etmiş və 1977-ci ildə "Atom Nüvələrində İzovektor Təsirləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ilə qədər Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda işləmişdir. 1988-ci ildə başlayan Azərbaycanın Milli Azadlıq Hərəkatında ön sıralarda yer almış, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olmuşdur. 1996-cı ildə Kütahya Dumlupınar Universitetinə dəvət edilərək Fizika bölməsində Professor olaraq 2002-ci ilə qədər fəaliyyət göstərmişdir. 2002-2011-ci illərdə Eskişehir Anadolu Universitetində elmi fəaliyyətini davam etdirmişdir.
Dərab (Səlmas)
Dərab (fars. ‎‎داراب‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər. yaşayır (39 ailə).
Həftvan (Səlmas)
Həftvan (fars. هفتوان‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının şimal sahilində yerləşir. Dəniz səviyyəsindən 1 392 metr təşkil edir. Məlhəm Urmiya şəhərindən 70 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6 313 nəfər yaşayır.
Kəhriz (Səlmas)
Kəhriz (fars. كهريز‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər. yaşayır (64 ailə).
Lalla Salma
Lalla Salma — Mərakeş Krallığının birinci xanımı Lalla Salma 1978-ci ildə mayın 10-da Mərakeşin Fəs şəhərində dünyaya gəlib. Salma Mərakeş kralı VI Məhəmmədlə 2002-ci ildə ailə həyatı qurub. Onların Moulay Həsən və Lalla Xədicə adında iki övladı var. Kraliça Rabat şəhərində təhsil alıb. ONA Group şirkətində informasiya xidmətləri sahəsində mühəndis vəzifəsində çalışıb. O, HİV-QİÇS və xərçəng xəstəliklərinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrə səfərlər edib. Məhz bu məsələləri müzakirə etmək üçün Salma xüsusi səfir kimi Tunis və Səudiyyə Ərəbistanı olub. == Mənbə == Birinci xanımlar fotolarda – Lalla Salma.
Mirabad (Səlmas)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər. yaşayır (24 ailə).
Məlhəm (Səlmas)
Məlhəm (fars. ملحم‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 405 metr təşkil edir. Məlhəm Urmiya şəhərindən 65 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4 576 nəfər. yaşayır.
Pelma absconditum
Bulbophyllum absconditum (lat. Bulbophyllum absconditum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum absconditum növü Sumatra-dan Sakit okeanın cənub-qərb sahillərinə qədər ərazilərində yayılmışdır. == Sinonimləri == Bulbophyllum absconditum subsp. hastula J.J.Verm. (1993) Bulbophyllum neocaledonicum Schltr. (1906) Bulbophyllum ochrochlamys Schltr.
Pelma ankylorhinon
Bulbophyllum ankylorhinon (lat. Bulbophyllum ankylorhinon) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum ankylorhinon növü Papua-Yeni Qvineya üçün endemik növdür. == Sinonim == Pelma ankylorhinon (J.J.Verm.) Szlach.
Pelma bacilliferum
Bulbophyllum bacilliferum (lat. Bulbophyllum bacilliferum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum bacilliferum növü Malukudan Papuasiyaya qədər yayılmışdır. == Sinonim == Bulbophyllum melanoxanthum J.J.Verm. & B.A.Lewis Pelma bacilliferum (J.J.Sm.) Szlach. & Kulak Pelma melanoxanthum (J.J.Verm. & B.A.Lewis) Szlach.
Pelma colliferum
Bulbophyllum colliferum (lat. Bulbophyllum colliferum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum colliferum növü Yeni Qvineya üçün endemik növdür. == Sinonim == Bulbophyllum niveosulphureum Schltr. Bulbophyllum papulilabium Schltr. Pelma colliferum (J.J.Sm.) Szlach.