Arif Salmanov
Arif Salmanov Hənifə oğlu -( d.1942-ci ildə Bakı şəhəri) coğrafiya elmlər doktoru
== Həyatı ==
A.H.Salmanov 1942-ci ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakultəsini bitirmişdir.
== Elmi fəaliyyəti ==
O, 1973-cü ildə «Azərbaycanın dəniz sahili zonasında kurort təsərüfatının coğrafi problemləri» mövzusunda namizədlik,
1991-ci ildə isə «SSRİ-nin arid zonaları əhalisinin istirahətinin ərazi təşkili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1991-2000-ci illərdə Azərbaycan EA Coğrafiya institutunun «İqtisadi və sosial coğrafiya» şöbəsinin müdiri işləmişdir. İqtisadi Coğrasiya sahəsində «Rekreasiya Coğrafiyası», «Turizm Sənayesini ərazi təşkili», «Sosial infrastrukturun ərazi təşkili», «Arid rekreasiya sistemi» və «Urbarekresiya kompleksi» konsepsiyalarının müəllifidir. O, «Azərbaycanın dəniz sahili kurort zonasının coğrafiyası», «Cənubda istirahət», «Birləşmiş rekreasiya sistemlərinin yaradılmasının Coğrafi problemləri», «İnsan və mühit rekreasiya» və başqa elmi əsərlərin müəllifidir.