Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almalıq
Almalıq (Kəlbəcər)
Ayvalık
Ayvalık (q.yun. Κυδωνίαι; yun. Αϊβαλί və ya Κυδωνίες) Türkiyənın Mərmərə bölgəsinə bağlı Balıkəsir ilinin Egey bölgəsində qalan bir ilçəsi. Egey dənizi sahilindəki ilçə Türkiyənin əhəmiyyətli turizm mərkəzlərindən biridir. == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Ayvalik haqqında səyahət məlumatları var. Ayvalık Belediyesi Ayvalık Kaymakamlığı T.C. Kültür Bakanlığı Ayvalık Tanıtımı.
Almalı
Yaşayış məntəqələri Azərbaycanda Almalı (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Almalı (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Almalı (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Ermənistanda Almalı (Dərələyəz) — Qərbi Azərbaycanın Dərələyəz mahalında kənd. Almalı (Paşalı) — Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı rayonunda kənd. Türkiyədə Almalı (Antalya) — Türkiyənin Antalya ilində şəhər.
Açaluk
Yuxarı Açaluk
Almalıq (Duzluca)
Almalıq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Almalıq (Kəlbəcər)
Almalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuşdur. == Toponimikası == Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının (Kiçik Qafqaz) ətəyindədir. Kəndin ərazisi XIX əsrin ortalarında sarallı tayfasına mənsub səkkiz evdən ibarət elatın qışlaq yeri olmuşdur. Qışlaq cır alma ağacları olan ərazidə yerləşdiyi üçün belə adlandırılmışdır. 1934–1940-cı illərdə yaxınlıqdakı Otaqlar, Gözlübulaq, Ortakənd və Çayqışlaq kəndlərindən köçmələrin bu ərazidə məskunlaşması ilə Almalıq kəndi yaranmışdır. Almalıq "alma ağacları ilə zəngin olan yer; alma bağı" deməkdir. Quba r-nunun Davudoba və Hacıqaib kəndlərində Almalıq adlı iki sahə, Yardımlı r-nunun Vəlixanlı kəndində Almalıq adlı yer qeydə alınmışdır. Almalıq adına Muq dağından tapılmış VIII əsrin əvvəllərinə aid sənədlərdə rast gəlmək olar. Orta əsrlərdə Türkmənistan ərazisində bir neçə Almalık toponimi qeydə alınmışdır.
Almalıq (Yalova)
Almalıq — Türkiyənin Yalova vilayətinin mərkəz rayonunda kənd. == Coğrafiyası == Kənd Yalova şəhər mərkəzindən 8 kilometr aralıdadır.
Almalı (Antalya)
Almalı — Muğla ili ilə sərhədi olan Antalya ilinə bağlı bir şəhər. Antalya şəhərinin 110 km qərbindədir.
Almalı (Bostanabad)
Almalı (fars. المالو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 305 nəfər yaşayır (64 ailə).
Almalı (Daşkəsən)
Almalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zinzahal kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd əvvəllər Almalı adlanan yamacda qonşu Zinzahal kəndindən köçmüş ailələr tərəfindən salınmışdır. Oykonim alma (meyvə ağacı) və -lı (varlıq, bolluq bildirən şəkilçi) komponentlərindən düzəlib, "alma bağı olan kənd" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin yamacında, Gəncəçayın sahilində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Almalı kənd kitabxana filialı, Almalı kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Almalı kənd ümumi orta məktəbi fəaliyyət göstərir. 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 262 000 manat vəsait ayrılmışdır. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Almalı (Dərələyəz)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14–16 km qərbdə, Elpin kəndinin şimalında yerləşir. Toponim almalı türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 172 nəfər, 1886-cı ildə 231 nəfər, 1897-ci ildə 277 nəfər, 1904 - cü ildə 313 nəfər, 1914- cü ildə 345 nəfər, 1916-cı ildə 360 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalanlar kəndlərinə dönə bilmişdir. Burada 1922- ci ildə 100 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 145 nəfər yalnız azərbaycanlı yaşamışdır . 1938-39-cu illərdə azərbaycanlılar kənddən köçürülərək 1939-cu ildə kənd ləğv edilmişdir.
Almalı (Paşalı)
Almalı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-şərqdə yerləşir. Almalı adlı toponimlərə indiki Ermənistanın Qafan, Keşişkənd (Yeğeqnadzor), Kəvər (Kamo), Paşalı (Əzizbəyov, Vayk) rayonları ilə yanaşı, Azərbaycanda, Türkiyədə geniş bir formada rast gəlmək olur. Bu qənaətə gəlirik ki, Almalı toponimlərinin meyvə adı ilə bağlılığı yoxdur. Almalı türk etnonimidir. Nəcdət Sevinc hələb türkmənlərinin tayfa birliyinə daxil olan tayfalardan birinin almalı adlandığını göstərir. Fikrimizcə, kəndin adı həmin etnonim əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanıilə dəyişdirilib Xndzorud (Almalı) qoyulmuşdur.
Almalı (Qax)
Almalı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Almalı Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Almalı çayının sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi eyniadlı sahədə salındığı üçün belə adlandırılmışdır. Kəndin ərazisində Almalı nuyu (Almalı dərəsi) adlanan başqa bir obyekt də qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, kənd Samux rayonundan gəlmiş ailələr tərəfindən salınmışdır. Digər məlumata görə isə Qərbi Azərbaycandan köç etmiş tərəkəmə tayfalarıdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 414 təsərrüfatda hər iki cinsdən toplam 1.995 nəfər əhali yaşamaqdadır. Əhali müxtəlif Oğuz tayfalarından ibarət etnik Azərbaycan türkləridir. == Toponimikası == Qax rayonunun eyniadlı i.ə.v.-də kənd.
Almalı (Xocalı)
Almalı (əvvəlki adı: Xndzristan) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xndzristan kəndi Almalı kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Almalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. == Tarixi == Kənd dağətəyi ərazidədir. Azərbaycanın şimalı Rusiya tərəfindən işğal olunduqdan sonra burada gəlmə ermənilər məskunlaşmış, kəndin adını da tədricən erməni dilinə tərcümə edərək Xndziristan (erməni dilində "almalı" deməkdir) qoymuşdular. Sovet hakimiyyəti illərində bu adla da rəsmiləşdirilən kənd 1992-ci ildən yenidən Almalı adlandırılmışdır. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Almalı kəndinin əhalisinin faktiki sayı 751 nəfər, qeydiyyatdakı əhalinin sayı 814 nəfər təşkil edirdi.
Almalı (Xoy)
Almalı (fars. المالو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 930 nəfər yaşayır (203 ailə).
Almalı (İşembay)
Almalı (başq. Алмалы, rus. Алмалы) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Petrovski kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 45 km, kənd sovetliyindən (Vasilevka): 3 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 43 km.
Almalı (Əcəbşir)
Almalı (fars. المالو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,386 nəfər yaşayır (308 ailə).
Orta Açaluk
Orta Açaluk (inquş Юкъера-Ачалкхе, Боьтамарзи-Юрт, çeç. Юккъера Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə - Malqobek şəhərindən və Maqas şəhərindən 30 km şimal-qərbdə (yol boyu məsafədə), Açaluk çayının dağlıq vadisində yerləşir. Çay kəndin qərbindən başlayır, Yuxarı Açaluk kəndindən keçir, sonra şimal-şərqə, Orta Açaluk kəndinə, oradan isə Aşağı Açaluk kəndinə istiqamətlənir, Sunja silsiləsindən keçərək Alxançurt vadisinə tökülür. Orta Açaluk kəndindən bir az şimalda, bu çayın sağ qolu olan Mavi Daş adlı kiçik bir çay axır. Kəndin şərqində, Sunjenski silsiləsinin yamacında Alxançurt kanalı çəkilmişdir. Orta Açaluk kəndinin yerləşdiyi Sunja silsiləsinin qərbdən şərqə doğru hündürlüyü azalır. Kəndin şimal-qərbində Babalo zirvəsi (818.1 m), şərqdə - Albaskina dağı (777.9 m) yerləşir. Kənd regional R-296 Mozdok - Çermen - Vladiqafqaz magistral yolu boyunca yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə - Yuxarı Açaluk kəndi, şimal-qərbdə - Qeyrbek-Yurt, şimal-şərqdə - Aşağı Açaluk və cənub-şərqdə - Pliyevo və Qarabulaq şəhəri.
Almalı (Mahnişan)
Almalı (fars. المالو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 426 nəfər yaşayır (93 ailə).
Almalı bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Almalı dağ
Almalıdağ — Şahbuz rayonunda dağ. Almalı dağ — Şəki rayonu ərazisində dağ.
Almalı Şarlotka
Şarlotka — Rusiyanın məşhur piroqlarından biridi. == Tarixi == Piroqun əsl kökü Fransaya gedib çıxır. Fransız aşbazlarının icad etdiyi Şarlotka sonralar Rusiya mətbəxi tərəfindən bəyənilib mənimsənmişdir. Fransız Şarkotkasında piroqun xəmiri isladılmış çörək dilimlərindən hazırlanır. Rusiya versiyasında isə çörək yerinə sadə biskvit xəmiri hazırlanaraq almaların üstünə tökülür. Piroqun sobada bişməsi hardasa 1 saat çəkməsinə baxmayaraq, hazırlanması 10 dəqiqə çəkir. == Tərkibi == 5 ədəd turşməzə alma (1 kg) 1 xörək qaşığı çörək qırıntısı (suxarik) bir-iki çimdik darçın (zəruri deyil) 4 ədəd yumurta, oda hərarətində (soyuducudan hardasa 30 dəqiqə əvvəldən çıxardın) 1 stəkan şəkər tozu 1 stəkan un bir çimdik vanil və ya bir neçə damcı vanil ekstraktı şəkər kirşanı (pudrası), üstü üçün == Hazırlanma qaydası == Əvvəlcə almaları soyun. Sonra 4 hissəyə bölüb, hər hissəni nə çox nazik, nə də çox qalın dilimlərə doğrayın. Kənarları çıxan tort formasının (23 cm diametri olan) dibini və kənarlarını yağlayın. Əgər belə formanız yoxdursa, onda adi formadan da istifadə edə bilərsiniz.
Almalı Şizər
Almalı Şizər (fars. شیزر‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 362 nəfər yaşayır (133 ailə).
Yuxarı Açaluk
Yuxarı Açaluk (inquş Йоккха Ачалкхе) - İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd. Kənd Açaluk çayının hər iki sahilində, regional mərkəz Malqobekdən 30 km cənub-şərqdə və Maqas şəhərindən 25 km şimal-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimal-qərbdə - Qeyrbek-Yurt kəndi, şimal-şərqdə - Orta Açaluk, cənub-şərqdə - Barsuki və Plievo kəndləri, cənubda - Nazran şəhəri və cənub-qərbdə - Dolakovo və Kantışevo kəndləri.. Açaluk çayı kəndin şimal kənarından axır. Çay əsasən yağışla qidalanır və buna görə yay fəslində tez-tez quruyur. Kəndin mərkəzində, şimal yamacını qəbiristanlıqlar tutan “Bur-boarz” məzarlığı var. Kənd hər tərəfdən təpələrlə əhatə olunmuşdur və ərazi əsasən yüksəklikdədir. Açıq ərazilərdə tez-tez müxtəlif heyvan və bitki növlərinə rast gəlinir: dovşan, tülkü, dovşan, kəklik və s.. Kənddə məşhur adlarda çoxlu təpə var: "İki qəbirin təpəsi", "Köpək təpəsi". Yaxınlıqda qurudulmuş bataqlıqlar var.
Almalı yaşayış yeri
Аlmаlı yаşаyış yеri — Хаrаbаlıqlаrı еyniаdlı kəndin yахınlığındа yеrləşir. Еvlər dаş təməl üzərində çiy kərpic və möhrədən inşа еdilmişdir. Bəzi еvlərin divаrlаrınа аğаc tirlər аtılmışdır. Uçub-tökülmüş binаlаrın içərisində dördkünc tахçаlаrа və buхаrılаrа rаstlаnır. Kеrаmikа məmulаtı çəhrаyı rəngdə yахşı bişirilmiş şirli qаblаrdаn və qаrа rəngli çölməklərdən ibаrətdir. Yаşаyış yеrindən аşkаr еdilmiş sахsı məmulаtı XIX-XV əsrlərə аiddir.
Malik
Malik — kişi adı.
Şahmalik Barani
Musiqi icmalı
Musiqi icmalı və ya Musiqili revyu — XX əsrdə musiqili teatrın bir qolu olaraq, üzə çıxmış və inkişaf etmişdir. Musiqi icmalı müasir dövrdə həm Şərq, həm də Qərb Musiqişünaslığı və jurnalistikada geniş yayılmışdır. Gündən-günə yenilənən musiqi texnologiyaları sayəsində musiqi icmalı öz janr mahiyyətini genişləndirmişdir. Belə ki, hazırda musiqi icmalı dedikdə hər yeni gün istehsal edilən CD-disklərin və ya hər yeni gün səhnədə ifa olunan konsertin və ya opera və balet tamaşasının premyerasından dərhal sonra mətbuatda işıqlandırılması başa düşülür. Bu cür yayım musiqi icmalının vacib tərkib hissəsinə çevrilmiş və onu mahiyyətcə musiqi tənqidinə yaxınlaşdırmışdır.
Roza Camali
Roza Camali (fars. رزا جمالی‎‎) - Əslən İran azərbaycanlılarından olan şair, tərcüməçi və dramaturq. Roza Camali 1977-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Roza Camali Tehran İncəsənət Universitetində dramaturgiya üzrə təhsil almışdır. Onun ilk şerlər külliyatı "Bu ölmüş oğlan alma deyil, o ya xiyar, ya da armuddur" adlanır. Bu əsər 1997-ci ildə İran poeziyasında yeni bir üslubun əsasını qoyan əsər kimi çap edilmişdir. Bu əsər İran poeziyasında yeni yaradıcı imkanlar yaratmışdır. Həmin ildə onun ikinci şerlər kitabı nəşr edilmişdir. "Üz düzəltmək" adlanan bu şerlər kitabı tənqidçilər tərəfindən müsbət rəy almışdır. Onun üçüncü şerlər kitabı "Cinayət hekayəsi üçün kofe düzəltmək" adlanır.
Paraseiulus ajmali
Paraseiulus ajmali (lat. Paraseiulus ajmali) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Amarik Sərdaryan
Amarik Davreşoviç Sərdaryan (kürd. Emerîkê Serdar, erm. Ամարիկ Դավրեշի Սարդարյան; 8 fevral 1935, Kürd Pəmbi – 2018) — Ermənistan yazıçısı. Yezidiəsillidir. == Həyatı == Amarik Sərdaryanın valideynləri Davreş Sərdar və Seyrə Xudo kənd sakini idilər. Onun atası İkinci Dünya müharibəsində həlak olan zaman onun altı yaşı var idi. Sonra uşaqlığının qalan hissəsini anası Seyrənin himayəsində böyümüşdür. Artıq 15 yaşında yazıçılığa və jurnalistikaya maraq göstərmişdir. Sərdaryan orta təhsilini Alagöz kəndində almış, Xaçatur Abovyan adına Ermənistan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. Üç ay Alagöz kəndində işləmiş, burada erməni dili ilə yanaşı, kürd dili və ədəbiyyatından da dərs demişdir.