Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağabəyim Ağa
Ağabəyim ağa (Ağabacı; v. 1832, Qum) — azərbaycanlı şairə, Qarabağ xanlığının ikinci xanı İbrahimxəlil xanın qızı və Qacar şahı Fətəli şahın xanımı, bir digər məşhur şairə Xurşudbanu Natəvanın bibisi. Şeirlərini Ağabacı ləqəbi ilə yazmışdır. == Həyatının erkən dövrü == Ağabəyim ağa 1780-ci ildə Xankəndi şəhərində, Xanbağında anadan olub. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah "hər iki tərəfin xatircəmliyi üçün" İbrahimxəlil xana öz qızı Ağabəyim ağanı (Xurşidbanu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahimxəlil xan bu nikaha qol qoyur və öz sevimli qızını Qacar hökmdarı Fətəli şaha ərə verir (1801). Beləliklə, Ağabəyim ağa 1797-ci ildə Qarabağdan Tehrana gəlin köçür. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu.
Ağabəyim ağa (Ağabacı)

Ağabəyim ağa Cavanşir

Ağabəyli
Ağabəyli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Bu soyadı olan tanınmış insanlar Mirzə Ağabəyli — aktyor, rejissor assistenti, verilişlərdə və arxiv kadrlarda iştirak edən Ağaxan Ağabəyli — Kənd təssərrüfatı elmləri doktoru, professor, Şahin Ağabəyli — "Milli Yol" qəzetinin (2006) və "Poliqon" informasiya agentliyinin təsisçisi Kəndlər Ağabəyli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Ağabəyli (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd.
Ağakərim
Ağakərim (tam adı: Kərim Novruzov; 1 may 1964, Maştağa, Bakı, Azərbaycan SSR) — Azərbaycan meyxanaçısı. == Həyatı == === Erkən illəri === 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır. === Yaradıcılığı === Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb. 2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür. === Şəxsi həyatı === Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.
Ağasəlim
Ağasəlim — kişi adı.
Ağabəy
Ağabəy (Təkab) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə ərazisinə daxil olan kənd. Ağabəy (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd.
Aydın Ağabəyov
Aydın Ağabəyov (azərb. Ağabəyov Aydın Fazil oğlu‎) — Dünya Kikboksinq Federasiyasının beynəlxalq dərəcəli azərbaycanlı hakimi, Azərbaycan Kikboksinq Federasiyasında hakimlər kollegiyasının sədri, V İslam Həmrəyliyi Oyunlarının beynəlxalq dərəcəli hakimi == Həyatı == Aydın Ağabəyov 21 mart 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasından oxumuşdur, 1986-cı ildə isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olunmuşdur. 2000-ci ildə buradan məzun olduqdas sonra Ağabəyov 2003-cü ildən 2007-ci ilə qədər Milli Aviasiya Akademiyasında Avianəqliyyat istehsalatının təşkili üzrə təhsil almışdır. == Fəaliyyəti == Bakalavr təhsili başa çatdırdıqdan sonra Ağabəyov 2000–2001-ci illərdə hərbi xidmətdə olmuşdur. === Hava limanı === Hərbi xidmətdən qayıtdıqdan sonra Ağabəyov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərnişinlərə xidmətin təşkili üzrə agent, növbə rəisi kimi müxtəlif vəzifələrdə çalışmışdır. O, 2002–2009-cu illərdə "Silk Way" Aviaşirkət MMC-nin "Groun Handlinq Company" filialında, 2009–2012-ci illərdə isə "VİP Aviation Services Company" MMC-nin sürətli keçid filialında çalışmışdır. Həmçinin, Ağabəyov 2012–2016-cı illərdə "Silk Way West Airlines" Aviaşirkət MMC-nin "Baku Cargo Terminal"ında çalışmışdır. === Kikboksinq === Ağabəyov 1997-cu ildən Azərbaycan Kikboksinq Federasiyasının üzvüdür. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin kikboksinq bölməsinin idmançısı və məşqcisidir.
Ağabəyli (Ağcabədi)
Ağabəyli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Ağabəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Ağabəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağabəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı Azərbaycanın qədim kəbirli tayfasına məxsus eyniadlı nəslin adı ilə əlaqədardır. Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir. Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli kəbirli tayfasının bir qoludur. == Coğrafiyası və iqlimi == Kənd Qarqarçayın sahilində yerləşir. Ağabəyli kəndinin ərazisi 5.3 km²-dir. == Əhalisi == Əhalisi 626 nəfərdir. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Ağabəyli (Ağsu)
Ağabəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun Çaparlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağsu çayının sahilində, Şirvan düzündədir. Tam adı Hacı Ağabəylidir. Oykonim ağabəyli nəslinin adını əks etdirir. Bu etnonimlə bağlı Şamaxı rayonunda Ağabəyli (1933), Ağdam və Ağsu rayonlarında Ağalarbəyli (1917–1961), Ağsu rayonunun Bozavand kəndində Ağaboy qobusu, Qax rayonunun Zərnə kəndində Ağabəylilər obası və s. qeydə alınmışdır. Ağabəylilər kəbirlilərin ağabəyalı qoluna məxsus bir nəslin adıdır. == Din == Kənddə Ağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Ağabəyli (Meşkinşəhr)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (12 ailə).
Ağabəyli (Sulduz)
Ağabəyli (fars. اقابيگلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (97 ailə).
Hüseyn Ağabəyov
Hüseyn Rəhim oğlu Ağabəyov (1898, Şamaxı – 28 fevral 1956, Bakı) — Azərbaycanın tibb alimi, tibb elmləri doktoru (1935), professor (1938), Azərbaycan SSR əməkdar həkimi (1942). == Həyatı == Hüseyn Ağabəyov 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Tibb İnstitutunda mama və ginekologiya kafedrasının professoru (1938-1941, 1943-1956), Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu (1949-1950) işləmişdir. Tədqiqatları qadın xəstəliklərinin öyrənilməsinə həsr olunmuşdur.
Mais Ağabəyov
Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı – 17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur. Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.
Mayis Ağabəyov

Mirzə Ağabəyli
Mirzə Qasım oğlu Ağabəyli (29 avqust 1950, Buzovna) — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsində çalışıb.
Mirzə Ağabəyov

Məmməd Ağabəyov
Məmməd Heydər oğlu Ağabəyov (1908, Təbriz – 1987) — geologiya-mineralogiya elmləri doktoru. Məmməd Ağabəyov İranın Təbriz şəhərində anadan olub. 1916-cı ildə Bakıya köçüb. 1935-ci ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) dağ-mədən fakültəsini bitirmişdir. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) ilk təşkilatçılarından biri və 1943-cü ilə qədər onun ilk direktoru olmuşdur. Böyük Vətən müharibəsi illərində "Elektrokəşfiyyat" trestinin rəisi, 1945-ci ildən ömrünün sonuna qədər isə Geologiya İnstitutunda işləmişdir. 1945-ci ildə "Böyük Qafqazın cənub-şərq batımının tektonikasında diapirizmin rolu haqqında" mövzusunda namizədlik, 1962-ci ildə isə "Azərbaycanın neft yataqlarının geoloji quruluşu və onların əmələgəlməsi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. O, Azərbaycanın depressiya zonalarının geologiyasını, onların əmələgəlməsi, tektonik strukturlarda neftin, qazın miqrasiyası və yataqlarda toplanması məsələlərini dəqiq öyrənmişdir. 1962-1963-cü illərdə Mərakeşdə neft və qaz üzrə BMT eksperti işləmişdir. O, məşhur geoloq, tektonist və neft üzrə mütəxəssisdir.
Oktay Ağabəyov
Oqtay Ağabəyov
Rəna Ağabəyli
Rəna Ağabəyli (3 yanvar 1942, Kirovabad) — Genetik, Biologiya elmləri doktoru, professor. Rəna Ağaxan qızı Ağabəyli 1942-ci il yanvar ayının 3-də Gəncə şəhərində tanınmış ziyalı, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, professor Ağaxan Ağabəylinin ailəsində dünyaya gəlmişdir. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1966-1969-cu illərdə Azərbaycan ЕА Botanika İnstitutunun aspiranturasında təhsil alarkən Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutuna ezam olunmuşdur. Müasir metodlara yiyələnərək böyük elmi təcrübə toplamış R.A.Ağabəyli 1972-cü ildə “Genetika” ixtisası üzrə “Yeni kompleksli kimyəvi mutagenlərin sitoloji və sitogenetik aktivliyinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1992-ci ildə “Antioksidantlar və antioksidant fermentlər mutasiya prosesinin tənzimlənməsində” mövzusunda doktorluq dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. R.A.Ağabəyli 1972-cı ildən Azərbaycan EA Fizika İnstitutunun Fiziki-kimyəvi biologiya sektorunda böyük elmi işçi, 1983-1987-ci illərdə həmin sektorun elmi katibi vəzifələrində çalışmışdır. 1980-ci ildə SSRİ EA AAK-nın qərarı ilə o, baş elmi işçi (indiki dosent) adına layiq görülmüşdür. 1987-ci ildən etibarən onun elmi taleyi Botanika İnstitutuna bağlanmış və artıq 35 ildir ki, fasiləsiz olaraq bu elm ocağında aparıcı elmi işçi, eksperimental mutagenez qrupunun rəhbəri kimi müxtəlif vəzifələrdə çalışmış və hazırda o, İnstitutun “Geobotanika” şöbəsinin baş elmi işçisidir. 2005-ci ildə o, professor elmi adına layiq görülmüşdür.
Sabir Ağabəyov
Sabir Ağabəyov (tam adı: Sabir Məmməd oğlu Ağabəyov) — Azərbaycan diplomatı. Sabir Ağabəyov Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2007-ci il tarixli Sərəncamı ilə iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında, 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə Mavritaniya İslam Respublikasında, 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Seneqal Respublikasında, 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Mali Respublikasında, 10 iyul 2008-ci il tarixli Sərəncamı ilə Qambiya Respublikasında, 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Həmin vəzifələrdə qalmaqla Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2011-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) daimi nümayəndəsi təyin edilmiş və 25 sentyabr 2012-ci il tarixində bu vəzifəsindən geri çağırılmışdır. Sabir Ağabəyov Azərbaycan Respublikasının Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrindən Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Sərəncamı ilə geri çağırılmış və eyni gün imzalanmış digər Sərəncamla Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.
Şahin Ağabəyli
Şahin Ağabəyli - “Milli Yol” qəzetinin (2006) və “Poliqon” informasiya agentliyinin təsisçisi Şahin Ağahüseyn oğlu Ağabəyli 1976-cı ildə Neftçala rayonunda anadan olub. 1997-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbini bitirib. Jurnalist fəaliyyətinin ilk illərində “Bakı həftəliyi”, “Bizim yol” qəzetlərində çalışıb. 2003-cü ildə “Milli Yol” qəzetini, 2006-cı ildə “Poliqon” informasiya agentliyini təsis edib. Şahin Ağabəyli 2010-cu il oktyabrın 27-də Ələt-Astara magistralında, Qaradağ rayonu ərazisində yol qəzasına düşərək həlak olub.
Ağakərim (ad)
Ağakərim — kişi adı.
Ağasəlim Şükürov
Ağasəlim Səmədağa oğlu Şükürov (9 sentyabr 1963, Əli-Bayramlı – 24 mart 2023, Bakı) — Sovet İttifaqının hərbi tərcüməçisi və Azərbaycan Respublikasının diplomatı. == Həyatının erkən dönəmi və təhsili == Ağasəlim Səmədağa oğlu Şükürov 9 sentyabr 1963-cü il tarixində Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1971–1981-ci illərdə Bakı şəhəri 49 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1981–1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bitirmişdir. == Diplomat kimi fəaliyyəti == === Sovet İttifaqında === 1988–1991-ci illərdə SSRİ Müdafiə Nazirliyinin xətti ilə İraq Respublikasında hərbi tərcüməçi vəzifəsində çalışmışdır. === Azərbaycan Respublikasında === 1993–1997-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı İdarəsində 3-cü katib və 2-ci katib vəzifələrində çalışmışdır. 1997–2000-ci illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 2-ci katib, 2000–2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri, 2002–2006-cı illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində 1-ci katib vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri İdarəsində şöbə müdiri vəzifəsin təyin edilmiş, bundan sonra 2008–2010-cu illərdə Azərbaycan Respublikasının Liviyadakı Səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə Azərbaycan Respublikasının Liviyadakı, 2015–2022-ci illərdə Azərbaycan Respublikasının Livan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Şükürov Azərbaycanı 30-dan çox dövlətdə müxtəlif diplomatik missiyalarda təmsil etmişdir. O, xarici ölkələri səfərlər zamanı Heydər Əliyevi müşayiət etmiş və bir sıra ikitərəfli görüşlərdə iştirak edərək ərəb dili üzrə tərcüməçilik etmişdir.