Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağlarot
Ağlarotu (lat. Lythrum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Çoxillik ot bitkisidir. Uzunsov, qarşı-qarşıya düzülmüş yarpaqları var. Çiçəkləri qırmızı, uzun sünbülvaridir. Meyvəsi qutucuqdan ibarətdir, açıq-qəhvəyi rəngli toxumları isə uzunsov-yumurta şəklindədir. İyun-iyul aylarında çiçəkləyir. == Azərbaycanda yayılması == Azərbaycanda 6 növü yayılıb. == İstifadəsi == Tibdə dərman məqsədilə bir növündən istifadə edilir. Bitki çiçək açan dövrdə toplanır, açıq havada qurudulur.
Söyüdyarpaq ağlarot
Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin ağlarotu cinsinə aid bitki növü. == Təbii yayılması == Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir. == Botaniki təsviri == Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır.
Ağlarotu
Ağlarotu (lat. Lythrum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Çoxillik ot bitkisidir. Uzunsov, qarşı-qarşıya düzülmüş yarpaqları var. Çiçəkləri qırmızı, uzun sünbülvaridir. Meyvəsi qutucuqdan ibarətdir, açıq-qəhvəyi rəngli toxumları isə uzunsov-yumurta şəklindədir. İyun-iyul aylarında çiçəkləyir. == Azərbaycanda yayılması == Azərbaycanda 6 növü yayılıb. == İstifadəsi == Tibdə dərman məqsədilə bir növündən istifadə edilir. Bitki çiçək açan dövrdə toplanır, açıq havada qurudulur.
Söyüdyarpaq ağlarotu
Söyüdyarpaq ağlarotu (lat. Lythrum salicaria) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin ağlarotukimilər fəsiləsinin ağlarotu cinsinə aid bitki növü. == Təbii yayılması == Söyüdyarpaq ağlarotu boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, İran, Monqolustan, Hindistan, Çin, Koreya, Tibet, Şimali Afrika, Şimali Amerika, Avstraliya, Rusiya və Qafqazda yayılmışdır. Azərbaycanın bütün rayonlarında arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 1900 m qədər) bitir. == Botaniki təsviri == Hündürlüyü 25-130 sm olan yumşaq tüklü, çoxillik bitkidir. Gövdəsi düz, budaqsız və ya budaqlanandır. Yarpaqları 5-10 sm uzunluqda, 1-2 sm enində oturaq, qarşılıqlı və ya növbəli, lansetvari, uzunsov-lansetvari, bəzən uzunsov və ya yumurtavari-uzunsovdur, hər iki tərəfdən tüklüdür. Çiçəkləri 1-2 mm uzunluqda, sümbülvari çiçəkqrupuna toplanmışlar, al-qırmızı, bəzən çəhrayı rəngdədir. Qutucuq 3-5 mm, toxumları uzunsov-yumurtavari, sivriləşmiş, açıq qəhvəyi rəngdə, 1 mm uzunluqdadır.
Ağlarotukimilər
Ağlarotukimilər (lat. Lythraceae) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. == Sinonimləri == Ammanniaceae Horan. Blattiaceae Engl. Duabangaceae Takht. Lagerstroemiaceae J.Agardh Lawsoniaceae J.Agardh Punicaceae Bercht. & J.Presl, nom. cons. Salicariaceae Juss., nom. illeg.
Ağalarov
Ağalarov — Azərbaycanda daha çox işlədilən soyad. Araz Ağalarov — iqtisad elmləri doktoru. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti. Abbas Ağalarov — Azərbaycan və Sovet boksyoru Həsən bəy Ağalarov — Rusiya hərbçisi, çar ordusunun generalı İdris Ağalarov — Azərbaycan SSR xalq artisti, opera müğənnisi Emin Ağalarov — biznesmen, bəstəkar, müğənni. İlyas bəy Ağalarov — çar ordusunun polkovniki. Əlövsət Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. Yusif bəy Ağalarov — General-mayor Əbdülhüseyn bəy Ağalarov — ADR dönəmində maliyyə şöbəsinin rəisi Rifət Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Fərhad bəy Ağalarov — ADR ordusunun polkovniki Əliqulu Ağalarov — Azərbaycanın əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor Mirabdulla Ağalarov — SSRİ İdman Ustası, Neftçala UGİM-də məşqçi müəllim. Cəfər Ağalarov — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor.
Abbas Ağalarov
Abbas Fərhad oğlu Ağalarov (1911, Azərbaycan – 1967) — Azərbaycan boksunun banilərindən biri, SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim. 1936-cı ildə Abbas Ağalarov ilk dəfə boks üzrə azərbaycanlı idman ustası dərəcəsini almışdır. 1937-ci ildə SSRİ Çempionatlığında final pilləyə yüksəlmişdir, "Dİnamo" Bakı cəmiyyətinin üzvü idi. Etdiyi mükəmməl çıxışdan sonra "Buravestnik" (Буревестник) və "Dinamo"-nun baş məşqçisi təyin olunur.Onun yetirmələrindən Azərbaycan boksuna öz töhvələrini vermiş, dünya ve avropa çempionları yetişdirmiş Rauf Cabbarov uzun müddət Boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olmuşdur. Abbas Ağalarov Rus ordusunun qeneral-leytenantı Həsən bəy Ağalarovun nəslindən idi. O, həm də Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda boks kafedrasına rəhbərlik edirdi. Məşhur idmançı, məşqçi və pedaqoq Abbas Ağalarov 1967-ci ildə 56 yaşında dünyasını dəyişdi.
Araz Ağalarov
Ağalarov Araz İsgəndər oğlu (8 noyabr 1955, Bakı, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri doktoru. Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti. == Həyatı == Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olmuşdur. 1977-ci ildə Bakı Politexnik Universitetinə qəbul olmuş, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedərək aspiranturaya daxil olub. 1977–1983-cü illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1983–1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub. Ümum ittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasında işləməyə başlayıb. 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub. == Fəaliyyəti == 1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dən olan tərəfdaşları ilə Comtech adlanan kompüter texnologiyaları sərgisi təşkil edib.
Cəfər Ağalarov
Ağalarov Cəfər Həsən Ağa oğlu — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Cəfər Ağalarov 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-1954-cü illərdə Bakı şəhərinin 8 saylı orta məktəbində oxumuşdur. 1954-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Neftmexanika" fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin institutu bitirmişdir. 1959-cu ildən 1960-cı ilədək 55 saylı poçt qutusu müəssəsində mühəndus işləmişdir. 1960-cı ildən 1999-cu ilədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda (indiki AMEA RMİ) böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi və şöbə rəhbəri vəzifəsində işləmişdir. 1966-1967-ci illərdə "Dinamik möhkəmlik" laboratoriyasında kiçik elmi işçi, 1967-1974-cü illərdə "Dalğa dinamikası" şöbəsində böyük elmi işçi, 1974-cü ildən "Dalğa dinamikası" şöbəsində şöbə müdiri olmuşdur. 1961-1964-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutununun aspiranturasında oxumuşdur. 1965-ci ildə "Qeyri-xətti, özlü elastiki mühitlərdə dalğaların yayılması" mövzusunda namizədlik dissertasiyası, 1981-ci ildə "Çevik rabitələrin zərbə təsirində özünü aparmasının nəzəri-eksperimental araşdırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən bu günədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1999-cu ildən bu günədək Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyir.
Emin Ağalarov
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Mirabdulla Ağalarov
Mirabdulla Ağalarov — SSRİ İdman Ustası, Neftçala UGİM-də məşqçi müəllim. == Həyatı == Ağalarov Mirabdulla Mazan oğlu 28 fevral 1954-cü ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Keçmiş SSRİ İdman Ustası Ağalarov,hal-hazırda Neftçala UGİM`də sərbəst güləş üzrə məşqçi müəllim olaraq işləyir. Rus və Türk dillərini bilir. Ailəlidir 3 övladı,5 nəvəsi var.
Murad Ağalarov
Murad Ağalarov (Tam adı:Murad Sultan oğlu Ağalarov ; d.1918; Rusiya, Volqoqrad vilayəti, Savinka k. - ö.1985) — geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Murad Ağalarov Rusiyanın Volqoqrad vilayətinin Savinka kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirərək kimya ixtisasına yiyələnib. 1954-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə institutunda neft-mədən kimyası laboratoriyasının müdiri işləmişdir. == Elmi fəaliyyəti == Elmi tədqiqatlarının sahəsi: geokimya, hidrokimya, hidrogeologiya. Onun elmi işlərinin nəticələri neft yataqlarının lay sularının brom, yod, bor və başqa qiymətli komponentləri çıxarılmasında, lay sularının stratiqrafik aidiyyatını təyin etməkdə və həmçinin neft yataqlarına vurulan mədən sularının hazırlanmasında və onların sututumlarına ötürülməsi zamanı təmizlənməsində tətbiqini tapmışdır. M.Ağalarov 120-dən çox elmi əsərin, bir neçə monoqrafiyanın, o cümlədən "Azərbaycanın əsas neft yataqlarının hidrogeokimyası", "Neft yataqlarının lay sularının fiziki-kimyəvi sınanması"nın müəllifidir. 15 elmlər namizədi hazırlamışdır.
Nahid Ağalarov
Nahid Musa oğlu Ağalarov (19 dekabr 1983; Goranboy rayonu, Azərbaycan SSR — 23 noyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Nahid Ağalarov 1983-cü il dekabrın 19-da Goranboy rayonunda Xan Qərvənd kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Nahid Ağalarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nahid Ağalarov noyabrın 23-də Şuşa istiqamətində minaya düşməsi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nahid Ağalarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rifət Ağalarov
Rifət Ağalarov (19 aprel 1952, Salyan, Salyan rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1952-ci il aprelin 19-da Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Azərbaycan Milli İstiqlal Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 84 saylı Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür.
Vüsal Ağalarov
İdris Ağalarov
İdris Fərhad oğlu Ağalarov (20 oktyabr 1917, Tiflis, Tiflis quberniyası – 4 may 1975, Bakı) — Azərbaycan opera müğənnisi (lirik bariton), Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Bariton səsə malik İdris Fərhad bəy oğlu 20 oktyabr 1917-ci ildə Tiflisdə anadan olmuşdur. 1939-cu ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1943-cü ildə konservatoriyanı (S. K. Qolskayanın sinfi) bitirmişdir. Şahvələd (Qlier, "Şahsənəm"). Yavər (C. Cahangirov, "Azad") və başqa operalarda oxumuşdur. İdris Ağalarov 4 may 1975-ci ildə Bakıda vəfat edib.
İsmayıl Ağalarov
İsmayıl Əbdülhüseyn bəy oğlu Ağalarov (1910-1977) — II Dünya Müharibəsi iştirakçısı. == Həyatı == İsmayıl Həqqi bəy Əbdülhüseyn bəy oğlu Ağalarov 1910-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. İlk təhsilini o zaman Şamaxıda "Taxtalı məktəb" deyilən məktəbdə almışdır. Bu məktəbə ona görə "Taxtalı məktəb" de-yilirdi ki, 1831- ci illərdə tikilmiş bu bina taxtadan tikilmişdi. 1930-cu illərdə bu bina uşaq evi (el arasında "Yetimxana"), sonra da idarə binası oldu. İsmayıl bəy 17 yaşında ikən 1927-ci illərdə ailəsi ilə Bakı şəhərinə köçdü və burada Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil oldu. Təhsilini bitirdikdən sonra təyinatla 3 il Şamxor (indiki Şəmkir) rayonunda müstəntiq işlədikdən sonra Bakı şəhərinə qayıtdı. 1938-ci ildə Sənaye və mülki inşaat ixtisası üzrə Azərbaycan Sənaye İnstitutuna daxil oldu. Bütün bunlar İsmayıl Həqqinin elm və biliyə can atdığını göstərirdi. Dərin bilik və təşkilatçılıq bacarığına malik olan gənc İsmayıl İnstitutun 3-cü kursunda oxuyarkən İnstitut Həmkarlar təşkilatının sədri , sonra da, o zamankı Dzerjinski rayon Partiya Komitəsinin katibi seçilir.
İzmayıl Aylarov
İzmayıl Aylarov (22 avqust 1924 – 14 dekabr 2018) — Osetin sovet şairi və nasir, publisist. == Bioqrafiyası == 22 avqust 1924-cü ildə Kadisar (indiki Cənubi Osetiya/Gürcüstan) kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsi illərində üç il kolxozda mühasib işləmiş, Mamison aşırımında yolun təmizlənməsində iştirak etmişdir. 1945-1949-cu illərdə Kadisarda ibtidai məktəbdə müəllim işləmişdir. 1953-cü ilə qədər Şimali Osetiya Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsində təhsil alır. Sonra Şimali Osetiyadakı məktəblərdə çalışır, osetin dili və ədəbiyyatını tədris edir. İzmayıl Aylarov 2018-ci ildə dünyasını dəyişir. == Yaradıcılığı == Uşaqlar və böyüklər üçün şeirlər toplusunun, hekayə və romanların müəllifidir. Aylarovun ilk şeirləri rayon qəzetində dərc olunur. Şair ilk toplusunu ("Qakk-qakk, kuıdzı qakk", 1965) uşaqlara həsr etmişdir.
Əliqulu Ağalarov
Ağalarov Əliqulu Behbud bəy oğlu (23 mart 1923, Ordubad, Naxçıvan MSSR – 23 iyun 1982, Bakı) — Azərbaycan alimi, neyrocərrahı, Azərbaycan SSR əməkdar elm xadimi (1971), tibb elmləri doktoru (1967), professor (1970). == Həyatı == Əliqulu Ağalarov 1923-cü il mart ayının 23-də Ordubad şəhərində doğulmuşdur. Orta təhsilini Ordubad şəhərində almışdır. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Bakı ŞHK-ndan orduya çağırılmışdır (1941). İkinci dünya müharibəsinin son günlərinədək hərbi təx. xəstəxanasında cərrahlıq etmiş, gənc tibb mütəxəssisi kimi təcrübə dərsi keçmiş, sənətini daha da kamilləşdirmişdir. Neçə-neçə döyüşçünü ölümün pəncəsindən alıb yenidən döyüşən orduya göndərmiş, faşizm üzərində qabaqcıl bəşəriyyətin tarixi Qələbəsini öz xeyirxah nəcib işi ilə yaxınlaşdırmağa çalışmışdır. Ağalarov bu Qələbəni Avstriyanın paytaxtı Vyana şəhərində cərrahiyyə vzvodunun komandiri kimi tibb xidməti podpolkovniki (1945) rütbəsində qarşılaşmışdır. Ordudan tərxis olunduqdan sonra keçmiş Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunun kiçik elmi əməkdaşı N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun təxliyə cərrahiyyəsi kafedrasının assistenti olmuşdur. Ağalarov 1954-cü ildə qastroenterologiya sahəsində tibb elmləri namizədi alimlik dərəcəsini almışdır.
Əlövsət Ağalarov
Əlövsət İbrahim oğlu Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Əlövsət Ibrahim oğlu Ağalarov 1954-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gəlmişdir. == Təhsili == Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsine daxil olmuş, sonra Univertsitet rəhbərliyi tərəfindən Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmiş, ali təhsilini bu universitetdə başa vurmuş və təyinatla Azərbaycan Dövlət Nəşriyyatına redaktor vəzifəsinə təyin olunmuşdur. == Fəaliyyəti == Bu nəşriyyatda iki il işlədikdən sonra Azərbaycan Dövlətnəşrkomunda Tərcümə Ədəbiyyatı Idarəsində redaktor vəzifəsinə təyin edilmişdir. 4 il bu vəzifədə çalışdıqdan sonra yenidən Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasına şöbə müdiri vəzifesinə göndərilmişdir. Sonralar Baş redaktorun müavini 1992-ci ildən bu günədək isə Nəşriyyatın Baş redaktoru vəzifəsində çalışır. 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir. SSRI Jurnalistlər Ittifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Kitabları == 20-dən çox kitabı Azərbaycan dilinə tərcümə etmişdir (Turgenevin povestlerini, N. Nosovun trilogiyasini, A. Kuleşovun povestlərini, O. Şestinskinin hekayələrini, M. Paviçin "Xəzər lüğəti" tarixi əsərini, Əhmədxan Əbu Bəkirin povestini və s.). 500-dən çox kitabin redaktoru, iki yüzdən çox elmi-publisistik məqalə müəllifi.
Fərhad bəy Ağalarov
Fərhad Ağalarov (azərb. Fərhad bəy Əbülfət bəy oğlu Ağalarov ‎; d. 10 noyabr 1868, Tiflis quberniyası, Qaraçalı kəndi – ?) — ADR ordusunun polkovniki. == Həyatı == Fərhad bəy Əbülfət bəy oğlu 10 noyabr 1868-ci ildə Tiflis quberniyasının Qaraçalı kəndində anadan olub. Şuşa real məktəbini, 1885-ci Nikolayev hərbi kavaler məktəbinə qəbul olmuş, 1888-ci ildə bitirmişdi. Birinci Dünya müharibəsində iştirak edib. 1914–1915-ci illərdə alman cəbhəsində, 1916–1917-ci ildə Urmiyada Levondovskinin dəstəsində xidmət etmişdi. Milli Orduda birinci Azərbaycan süvari alayının komandiri idi. Bakıda qarnizon rəisi olub. 1921-ci ildə sürgünə göndərilib.
Həsən bəy Ağalarov
Həsən bəy Ağalarov (1812, Tiflis, Gürcüstan quberniyası – 1883, Tiflis) — azərbaycanlı Rusiya İmperator Ordusunun general-leytenantı. O, hərbi əməliyyatların gedişində bilavasitə "Müqəddəs Georgi" ordeni ilə təltif edilən ilk azərbaycanlı olmuşdur. Belə ki, 1848–1849-cu illərdə baş vermiş Macar üsyanının yatırılması zamanı 21 dekabr 1849-cu ildə olmuş Debrecen döyüşündə fərqləndiyinə görə bu ordenlı ilə təltif edilmişdir. == Həyatı == Həsən bəy 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub. O, ilk təhsilini Tiflis gimnaziyasında almış və 1834-cü ildə kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-süvari polkunda xidmət etməyə başlamışdır. Az sonra bölük komandiri Həsən bəy Ağalarovun fərasəti və hərbi işdəki nizam-intizamı general-leytenant knyaz Vasili Osipoviç Behbudovun diqqətini cəlb edir. Ona görə də general, poruçik Həsən bəy Ağalarovu qərargah işləri üzrə ən yaxın köməkçisi təyin edir. Qafqaz müsəlman-süvari polkunun bir döyüşçüsü kimi 1834-cü ilin noyabrında Varşavaya xidmət etməyə göndərilmişdir. O, Varşavada qərərgah kapitanı İsmayıl bəy Qutqaşınlı, leytenant Cəfərqulu Bakıxanov (Abbasqulu Bakıxanovun kiçik qardaşı) ilə birlikdə xidmət etmişdir. 1835-ci ilin 8 oktyabrında Varşavada praporşik rütbəsinə yüksəlmişdir.
İlyas bəy Ağalarov
İlyas bəy Ağalarov (azərb. İlyas bəy Allahyar bəy oğlu Ağalarov‎; 7 iyun 1860 və ya 1860, Yelizavetpol, Tiflis quberniyası – 18 mart 1913, Yelizavetpol) — çar ordusunun polkovniki. == Həyatı == İlyas bəy Ağalarov 1860-cı il iyunun 7-də Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib. İlyas bəy İkinci Moskva hərbi gimnaziyasında və Pavlov hərbi məktəbində təhsil alıb. Hərbi xidmətə 1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də podporuçik, 1894-cü il avqustun 1-də ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun 26-da podpolkovnik, 1910-cu il dekabrın 6-da isə polkovnik rütbələrini alıb. Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Ağalarova məxsus azsaylı sənədlərdən məlum olur ki, o, Port-Artur döyüşlərində iştirak etmiş və sağ-salamat qayıtmışdır. Sonralar İkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik 1913-cü ildə martın on səkkizində qəfil mərmi partlayışından həlak olub. Bu sərkərdənin məzarı hazırda Gəncədəki İmamzadə məscidinin həyətindədir. Məzarında bu sözlər yazılmışdır: "Qvardiya polkovniki İlyas bəy Ağalarov".
Ağlar söyüd
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Allart van Everdinqen
Allart van Everdinqen (nid. Allart van Everdingen; 1621[…], Alkmar, Şimali Hollandiya – 1675[…], Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, ofort ustası. Skandinaviya mənzərələri ilə məşhur olan Holland qızıl dövrünün hollandiyalı mənzərə rəssamı, qravüraçı və ofort ustası. Mənzərə rəssamları Sezar van Everdinqen (1616-1678) və Yan van Everdinqenin (1600-1656) kiçik qardaşı. Utrextdə Rolant Saverey və Haarlemdə isə Piter de Molinanın (Tempesta) şagirdi olub. == Həyatı == Allart Alkmaarda notarius Peter van Everdinqen və Elizabet Laurensdr van Hoçstratenin ailəsində anadan olub. Məşhur holland tarixşünası Arnold Hubrakenin yazdığına görə, "Hollandiyalı Rəssamların və Rəssamların Böyük Teatrı"nın (De Groote Schouburgh der Nederlantsche Konstschilders en Schilderessen, 1718) tərcümeyi-hallarında təsvir olunan 1630-cu illərin sonu və 1640-cı illərin əvvəllərində o, Utrextdə Rolant Savereydən və Haarlemdə Piter de Molinadan (Tempest) dərs almışdır. 1639-cu ilin avqustundan 1642-ci ilə qədəronun adı Alkmaar şəhər xronikasında çəkilir. == Yaradıcılığı == Allart van Everdinqen qayalar, nəhəng daşlar, tutqun şam ağacları, səs-küylü şəlalələr və buludlu səma ilə dağlıq ərazilərin mənzərələrini təsvir etmişdir. Belə təsvirlər üçün material onun 1644-cü ildə Norveçə səfəri zamanı hazırladığı həyatdan eskizlər idi.
Ağlar-Güləyən (1988)
Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər. == Məzmun == Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.
Aqlar silsiləsi
Aqlar silsiləsi — Culfa rayonu ərazisində cənub-şərq yamacı sıldırımlı alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin şimal istiqamətli Şahqaraş qolundan şərqə ayrılan eyniadlı şaxəsinin qurtaracağında tirə. Aydaş silsiləsinin şimal-qərb qurtaracağında yerləşərək Qaradərəçayın adsız sağ qolları arasında şimal-şərq istiqamətində uzanır. Ən yüksək zirvəsinin hündürlüyü 1224,0 m, ümumi uzunluğu 2,5 km-ə yaxındır. Alt Eosenin İpr mərtəbəsinə aid Arısu və Gilançay lay dəstələrinin, şimal-qərb yamacında isə həmçinin Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə və qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Aydaş maili sinklinalını eninə kəsir.