abalı 2021
abasbəyi
OBASTAN VİKİ
Abandon
Abandon (fr. abandon — imtina) — əsasən sığorta sahəsində istifadə olunan bu termin hər hansı sığorta hadisəsi zamanı sığortaçının hüquqlarından öz xeyrinə imtina etməsi kimi başa düşülür.Məsələn: Hər hansı bir avtonəqliyyat hadisəsi baş verdiyi təqdirdə zərər vuran avtomobilin sahibi zərərin ödənilməsindən imtina etdikdə,sığorta şirkəti sığortalı(ziyan dəyən) avtomobilə zərəri ödəyir və bundan sonra mülkiyyət hüququnu bir başa sığorta şirkətinə verir(Bu ziyan vurmuş avtomobilin sahibinin məhkəməyə verilərək təzminat alınması və s formada ola bilər). == Abandon (abandonment) == Fiziki və ya hüquqi şəxsin müəyyən hüquq, iddia və tələblərindən (o cümlədən sahiblik və mülkiyyət hüquqları ilə əlaqədar) imtina etməsi; Müxtəlif iqtisadi münasibətlər də tərəflərdən birinin digər tərəfdən üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb etməkdən birtərəfli qaydada imtina etməsi; Tərəf-müqabillərdən birinin hər hansı sövdələşmədən, müəyyən olunmuş cərimə və ya mükafat məbləğini ödəyərək, çıxması; Mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədin istifadə müddətinin başa çatması və ya qüvvədən düşməsi; Sığorta olunanın sığorta olunmuş əmlak üzərində malik olduğu hüquqlarından sığortaçının xeyrinə imtina etməsi. Bu zaman sığorta olunan tam sığorta məbləğini əldə etmiş olur. Adətən, bu halda müvafiq ərizə birtərəfli qaydada imtinaya görə əsasın yaranmasından sonrakı 6 ay ərzində təqdim olunmalıdır. Bundan sonra sığortalanmış əmlakın bütün hüquqları sığortaçıya keçir; Borc münasibətlərində borc verən tərəfin təqdim etdiyi borcdan borc alanın xeyrinə qismən və ya tam imtina etməsi. == Abandon düzəlişi == Abandon düzəlişi əmlakdan imtina şərtlərini təyin edir == Abandon polisi == Nnəzərdə tutulmamış səbəblərdən (soyuqdəymə nəticəsində solistin səs tellərinin zədələnməsi, güclü leysan və s.) hər hansı bir tədbirdən (tamaşa, idman görüşü və s.) imtina olunması halları üçün sığorta polisi.

Digər lüğətlərdə

бинокуля́рность винто́м гра́ве ковш коле́ть копьеви́дно небеззабо́тный око́рщик подше́ек потону́вший разнообра́зие стащи́ть изнури́тельность карту́шка совнархо́з сопра́нный тонкоголо́сый пристяжка чопорка brown belt cecum precook ruleless si редис