Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boyer-Əhməd dialekti
Buyer Əhməd dialekti Lur dilinin dialektlərindəndir və Boyer-Əhməd elinin danışan dilidir ki, Kohgiluyə və Boyer-Əhməd ostanının mərkəzi Yasucda danışılır.Bu dialekt çox az fərq ilə Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanı,Fars ostanının Məməsəni şəhristanı Və Buşehr ostanının Genave şəhristanı və Deyləm şəhristanında da yayqındır.Bəxtiyari dialektinə yaxındır.
Boyer-Əhməd şəhristanı
Boyer-Əhməd şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Yasuc şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 212,552 nəfər və 43,490 ailədən ibarət idi.
Kohgiluyə və Boyer-Əhməd ostanı
Kohgiluyə və Buyer Əhməd ostanı - İranın cənub-qərbində ostan. Mərkəzi Yasuc şəhəridir . Ostanın ərazisi 15.563 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 634.299 nəfər əhali yaşayır . Bu vilayətin hazırkı Qubernator 22 sentyabr 2021-ci ildən Əli Əhmədzadə.
Abomey
Abomey — Beninin Zu departamentinin paytaxtıdır. Abomey kommunası 142 kvadrat kilometr ərazini əhatə edir və 2012-ci ildə 90.195 nəfər əhalisi var idi.Abomey, Abomey Kral saraylarına, 1600–1900-cü illərdə Dahomeya krallarının yaşadığı və 1985-ci ildə UNESCO tərəfindən Ümumdünya irsi olaraq seçilmiş kiçik ənənəvi evlərin toplusuna sahibdir. == Tarix == Abomey 17-ci əsrdə Dahomeya krallığının (1600–1904) paytaxtı olaraq qurulmuşdu. Şəhər Do-Aklin, padşahının oğlu tərəfindən təsis edilmişdir. 1700-cü illərdə Dahomey sürətlə genişlənərək ətrafdakı bir çox krallıqları mənimsədi və qul ticarəti ilə zənginləşdi. Bir neçə cəhddən sonra fransızlar 1692-ci il noyabrın 16-da kral Behanzini məğlub etdilər. Bundan sonra şəhərin əhəmiyyəti azaldı. Bu gün şəhər daha az əhəmiyyət kəsb edir, lakin yenə də turistlər arasında məşhurdur və sənətkarlıq mərkəzi kimi tanınır. == Abomey Kral sarayları == Abomey Kral Sarayları, Fon xalqının 17-ci əsrin ortaları və 19-cu əsrin sonları arasında inşa etdiyi bir qrup torpaq tikililərdir. Qərbi Afrikanın ən məşhur və tarixən əhəmiyyətli ənənəvi yerlərindən biri olan saraylar UNESCO-nun Ümumdünya irsi siyahısına daxildir.Şəhər altı qapısı olan 10 kilometr (6 mil) çevrəsindəki bir palçıq divar ilə və beş fut dərinlikdə bir xəndəklə qorunurdu.
Bozyer
Bozyer (yüksəklik) — Goranboy rayonunda yüksəklik. Bozyer (Türkiyə) — Türkiyədə kənd.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri.Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Abyek
Abyek (digər adı Oba) — İranın Qəzvin ostanının şəhərlərindən və Abyek şəhristanının mərkəzidir. Şəhərin keçmiş adı Obadır, Rza şah Pəhləvi dövründə Abyekə dəyişdirilib. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 47,233 nəfər və 11,989 ailədən ibarət idi. === Milli tərkibi === Əhalisi əsasən yerli Azərbaycan türklərindən ibarət olsa da,burada çox az sayda başqa millətlərin nümayəndələri də yşayır ki onların da demək olar bütünü əmək miqrantlarıdırlar.
Boyar
Boyar — rus knyazlıqlarında və sonralar Rusiya dövlətinin ilk vaxtlarında Böyük knyazdan sonra dövlətin idarə edilməsində mühüm rol oynayan yüksək zümrə, iri əyan. == Etimologiya == Boyar sözünün etimologiya-sı ilə bağlı müxtəlif fikirlər irəli sürülməkdədir. Bəzi alimlər boyar sözünün slavyan mənşəli olduğunu və döyüş mənasına gələn "boy" sözündən əmələ gəldiyini hesab edirlər. Digər alimlər isə sözün türk mənşəli olduğunu və varlı kişi mənasını daşıyan "bay ar" sözlərindən törədiyini iddia edirlər. == X-XIII əsrlər == İlk dövrlərdə boyarlar torpaq sahibliyi ilə yanaşı həm də knyazın məsləhətçisi hesab olunurdular. Onlar varislərin təyin edilməsində, diplomatik danışıqlar zamanı və s. yaxından iştirak edirdilər. boyarların toxunulmazlıq, habelə digər bir knyazın xidmətinə keçmək hüququ var idi. Onlar həmçinin döyüşlərdə knyaz ordusunda vuruşmalı idilər. XII əsrdə mərkəzi hökumətin zəifləməsi ilə birlikdə boyarların gücü də artmışdı == XIV-XVII əsrlər == XIV əsrdən etibarən bəzi xırda knyazlar da boyar adlanmağa başlandı və əmlak boyarları adı verilən boyarlar meydana gəldi.
Boyur
Boyur — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Boyur kəndi dağətəyi ərazidədir. Toponim qədim türk sözü olan və "dağ döŞü", "dağ yamacı" mənalarını bildirən bair sözünun yerli tələffüz formasıdır. Ərazini relyef cəhətdən təsvir edir.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Buyer
Buyer (nid. boeier) – 1) buz üzərində hərəkət etmək üçün xüsusi xizəklər və ya təkərlər üzərində qurulan yelkənli yüngül konstruksiya (kirşə, kabinə, platforma). Yaxşı küləkli havada Buyerin sürəti 120 km/saata çatır. 2) Birdorlu, yastıdibli yelkənli yük gəmisi; uzzunluğu 20 metrədək olurdu. XVI-XVII əsrlərdə göllərdə, dənizin sahilə yaxın yerlərində üzmək üçün istifadə edilirdi. == Mənbə == Buyer // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 135.
Abıyev İlkin
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Aydın Abıyev
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Ağacan Abiyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Ağacan Abıyev
Abiyev Ağacan Qulam oğlu (24 noyabr 1937, Bakı) — 2005–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü. == Həyatı == Ağacan Abiyev 1937-ci il noyabrın 24-də Bakının Bülbülə qəsəbəsində dünyaya gəlib.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası kafedrasının müəllimi olub. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışib. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası var. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. 1957-ci ildən "Neftçi" İdman Cəmiyyətində məşqçi işləyib. İdman ustası və beynəlxalq dərəcəli hakimdir.
Bayram Apoyev
Bayram Fəti oğlu Apoyev (Apoyev Bayram Fəti oğlu (Ağrıdağ)) — tanınmış alim-şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü; "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi". == Həyatı == B.F.Apoyev 15 aprel 1957-ci ildə Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur. 1964- 1974-cü illərdə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kənd orta məktəbində təhsil almışdır. 1978-ci ildə V.İ.Lenin adına APİ-ni ( indi ADPU ), 1988-ci ildə Azərb. ETPEİ –nin (indi Azərbaycan Respublikası Təhsil İnstitutu) aspiranturasının əyani şöbəsini bitirmişdir. 1989-cu ildə “ İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təlimin keyfiyyətinə təsiri ” mövzusunda dissertasiya müdafiə edib pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1991-ci ildə müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim, 1994-cü ildə həmin kafedrada dosent vəzifəsinə seçilmişdir. 1994-2002-ci illərdə Pedaqogika və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.2007-ci ildən hal-hazıra kimi Pedaqoji fakültəsinin dekanı vəzifəsində işləyir.100- ə yaxın elmi əsərin, o cümlədən 22 adda elmi monoqrafiya, dərslik, dərs vəsaiti və elmi- metodik vəsaitin,100-dən yuxarı qəzet məqaləsinin müəllifidir.2017-ci ildə " Nizami Gəncəvinin pedaqoji ideyalar sistemi " mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Ailəlidir, iki oğlu, iki qızı var. == Kitabları == 1.
Bozyer (yüksəklik)
Bozyer — Goranboy rayonu ərazisində yüksəklik. == Ümumi məlumat == Xalq arasında Bozaran da adlanır. Yamacları yarğanlara parçalanmışdır. Hündürlüyü 194 m. Oronim boz (yarımsəhra, zəif bitki ortuklu, bozqır) və yer (əslində yar qədim türk mənşəli soz olub "yarğan", "dərə" mənalarında işlənir) komponentlərinin birləşməsindən düzəlib, "bozqır torpaqlı yarğan" mənasındadır.
Dauren Abayev
Dəuren Əskerbek oğlu Abayev (qaz. Дәурен Әскербекұлы Абаев; d. 18 aprel 1979, Almatı, Qazaxıstan SSR, SSRİ) — Qazax diplomat, bürokrat və siyasətçi. Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri (2016–2019), Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Naziri (2019–2022) və Mədəniyyət və İdman Naziri (2022–2023). == Həyatı == Dauren Abayev 18 aprel 1979-cu ildə Qazaxıstan SSR-in Almatı şəhərində dünyaya gəlmişdir. Dauren Abayev Əl-Fərabi adına Qazax Dövlət Milli Universitetində baklavr, Niderland Krallığının Leyden Universitetində magistr təhsili almışdır. 2001-2003-cü illərdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyət göstərmişdir. 2003-2007-ci illərdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı və Hollandiya Krallığındakı Səfirliklərində diplomatik xidmətdə çalışmışdır. Dauren Abayev 2013-cü ildə Qazaxıstan Respublikası Prezidentinin müşaviri və mətbuat katibi təyin edilmişdir. O, 2016-cı ildə Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri vəzifəsinə təyin olunmuşdur.
Mirzə Abayev
Mirzə Abayev (oset. Абайты Мирза erm. Միրզա Աբաև; v. 1994, Cəbrayıl) — milliyyətcə osetin olan ermənilər tərəfindən döyüşmüş Qarabağ müharibəsinin iştirakçısı. == Müharibədə iştirakı == Mirzə Abayev 1992-ci ildə 36 nəfərlik dəstə ilə Şimali Osetiyadan Qarabağa ermənilər tərəfdən döyüşmək üçün gəlib. Dəstə üzvlərinin 30 nəfəri osetin, digərləri isə erməni, rus və kabardinlər idi. Qarabağ döyüşlərinə qədər Abayev gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. İlk olaraq Monte Melkonyanın komandanlığı altında Martuni alayında döyüşlərə başlayır. Daha sonra isə milliyyətcə osetin olan əsgərlərdən ibarət dəstəyə rəhbərlik etməyə başlayır və ölümünə qədər də bu dəstənin rəhbəri olur. Öz dəstəsi ilə bir çox vacib döyüşlərdə iştirak edir.
Qəzənfər Aloyev
Qəzənfər Aloyev (Qəzənfər Vəli oğlu Aloyev; 17 avqust 1985, Ermənistan) — kapitan, Sərhəd Qoşunlarının komandanının əmri ilə Sərhəd Qoşunlarının yaradılmasının 90 illiyi münasibətilə medalçısı, Müdafiə nazirinin əmri ilə Silahlı Qüvvələrin yaradılmasının 90 illiyi münasibətilə medalçısı. == Həyatı == Qəzənfər Aloyev 1985-ci ildə 17 avqustda Qərbi Azərbaycanda anadan olub. 1992-2000-ci illərdə Bakı şəhər N.Nərimanov rayonu Montin qəsəbəsində yerləşən 57 saylı tam orta məktəbin 8-ci sinifini bitirmiş. 2000-2003-cü illərdə C.Naxşıvanski adına Hərbi Litseyin məzunu olmuşdur. 2003-2007-ci illərdə MTN-nin H.Əliyev adına Akademiyasının məzunu olmuşdur. == Fəaliyyəti == 2007-2013-cü illərdə DSX-də müxtəlif vəzifələrdə xidmət etmiş: Zastava rəisinin döyüş hazırlığı üzrə müavini; Zastava rəisinin əvəzi; DSX Akademiyasında Taqım komandiri; DSX Akademiyasında bölük komandirinin əvəzi; DSX Akademiyasında poliqon rəisinin müavini; DSX Akademiyasında poliqon rəisinin əvəzi; DSX Aviasiyasında Mühafizə və Təminat bölüyünün komandiri; DSX Aviasiyasında Silah və sursat bölməsinin rəisi; NMR DSX Qərargah zabiti.2017-2018-ci illərdə Bizneslə məşğul olmuş; “HARALAR TRAVEL” adında turizim şirkəti yaratmış; Moskva şəhərində şəxsi biznesi yaratmış;2019-cu ildən Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) “HARALAR TRAVEL” MMC şirkətini fəaliyyətini genişləndirərək beynəlxalq sərnişindaşıma şirkəti yaratmış. Aşağıdakı marşurutlar üzrə fəaliyyət göstərir : “BAKI-TƏBRİZ-BAKI” “BAKI-TEHRAN-BAKI” “BAKI-İSTANBUL-BAKI” “BAKI-NAXÇIVAN-BAKI” 2019-cü ilin iyul ayından “HARALAR TRAVEL” MMC şirkətlər qrupu “WHITE CITY” uşaq futbol klubunun sponsoru olmuşdur. 2020 ci il HARALAR futbol klubunun prezidenti 2020-ci ilin yanvar ayından “MAYOMED” klinikasının Baş direktorudur. 2020 - ci ildə Caspian Enerji Clubun Tibbi Turizim departamentin rəhbəri. 2020-ci ilin mart ayından Azərbaycan Respublikası Milli Qəhrəmanlarının Tanıtma İctimai Birliyinin Bakı şəhər Nərimanov rayon Nümayəndəliyinin sədr müavini təyin olunub.
Samson Abioye
Samson Abioye (d. 25 mart 1991 – ö. 28 iyul 2017) — Nigeriya kompüter proqramçısı və internet sahibkarı. 2013-cü ildə o, Ladoke Akintola Universitetində təhsil alarkən müdafiə işi kimi tələbələrin ölkə səviyyəsindəki imtahanları üçün onlara praktiki kömək edən onlayn test platforması olan nı yaratmışdır. Ölümünə qədər pass.ng saytında baş icraçı direktor kimi fəaliyyət göstərmişdir. == Karyerası == 2014-cü ildə Airtel Catapult-a-Startup müsabiqəsində pass.ng layihəsi ilə qalib gəlməzdən əvvəl müvəqqəti olaraq universitetdə İKT şöbəsində çalışmışdır. O, həmçinin, 2013-cü ildə Nigeriyada Kompüter Elmləri üzrə Milli İstehsalçılara təqdim olunan ən yaxşı proqramçı mükafatının qalibi olmuşdur. == Ölümü == Abioye 28 iyul 2017-ci ildə səhər saatlarında vəfat etmişdir. Ölümündən sonra, Pulse Nigeria onun ölümünü "Nigeriyada texnologiya sahəsini şok edən" başlığı altında yayımlamışdır.
Vasif Abiyev
Vasif Vaqif oğlu Abiyev (28 dekabr 1986; Lənkəran, Azərbaycan — 5 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasif Abiyev 1986-cı ildə Lənkəran şəhəri Nərimanabad 1 qəsəbəsində anadan olub.. Evli və bir oğlu var idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş əsgəri olan Vasif Abiyev könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü yazılıb. Fizuli və Hadrutun azad edilməsində iştirak edib. Vasif Abiyev oktyabrın 5-də Füzuli istiqamətində şəhid olub. 1 dekabr 2020-ci ildə Lənkəranda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Abiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vasili Abayev
Vasili İvanoviç Abayev (oset. Абайты Васо; 2 (15) dekabr 1900, Kobi[d], Tiflis quberniyası, Rusiya imperiyası – 18 mart 2001[…] və ya 12 mart 2001, Moskva) — sovet və Rusiya filoloqu, dilçisi, iranşünası, diyarşünası. == Həyatı == Vasili İvanoviç Abayev 15 dekabr 1900-cü ildə indiki Gürcüstanın Kobi kəndində anadan olmuşdu.Sankt-Peterburq Universitetinin ictimai elmlər fakültəsini bitirmişdi. (1925). Vasili Abayev 12 mart 2001-ci ildə Moskva şəhərində vəfat edib. == Elmi fəaliyyəti == Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ. Abayev olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. == İstinadlar == == Xarici keçidlər == Абаев В. С. Общегуманитарные аспекты теоретического языкознания Статья в электронной энциклопедии «Кругосвет» V. İ. Abayev.
İlkin Abıyev
İlkin İslam oğlu Abıyev (18 yanvar 1995; Biləsuvar rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlkin Abıyev 1995-ci il yanvarın 18-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == İlkin Abıyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İlkin Abıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Abıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Abıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şamil Abayev
Şamil Abayev(oset. Абайты Бекмурзайы фырт Шамил; 1878, Diqora – 8 noyabr 1940, Orconikidze) — Osetin əsilli Sovet şairi və inqilabçısı. == Bioqrafiyası == 1889-cu ildə Xristianovskoye kənd məktəbini bitirir. 1900-1905-ci illərdə kəndində qarğıdalı alışı üzrə alıcı işləyir. 1904-cü ildə fəal inqilabi fəaliyyətinə başlayır və 1905-1907-ci illərdə Şimali Osetiyanın inqilabi hadisələrində iştirak edir. 1910-1917-ci illərdə Şimali Osetiya məktəblərində müəllim işləyir. 1917-ci ildə Şamil Abayev doğulduğu Xristianovskoye kəndində "Kermen" gizli bolşevik təşkilatının təşkilatçısı olur və Kommunist Partiyasına üzv olur. 1919-cu ildə gizli bir partiya konfransında Rusiya Kommuinist Partiyası Osetiya təşkilatının rayon komitəsinin sədri seçilir. Şimali Osetiyada Sovet hakimiyyəti qurulduqdan sonra müxtəlif siyasi vəzifələrdə çalışır. 1935-ci ildə Respublika Müəllimlərin Təkmilləşdirilməsi İnstitutu qurulur və Şamil Abayev onun ilk rəhbəri təyin edilir.
Əhəd Abıyev
Əhəd Mikayıl oğlu Abıyev (15 yanvar 1958, Masallı rayonu) — Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2011–2023), Azərbaycan Respublikasının Milli Məclisi I, II və III çağırış deputatı. == Həyatı == Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Abyek şəhristanı
Abyek şəhristanı — İranın Qəzvin ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abyek şəhəridir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 89,334 nəfər və 23,132 ailədən ibarət idi. Bölgə əhalisinin yerliləri sırf Azərbaycan türkləri olub və elə indi də bölgədə böyük çoxluğu təşkil edirlər. Şəhristanın Zərgər kəndi xüsusilə əhalisinin qaraçıların bir qolu olan zərgərilərdən ibarət olmasına, habelə kənd camaatının özlərinə məxsus qaraçı dilinin zərgəri şivəsində danışmasına görə tanınır.
Abuzər
Abuzər — Azərbaycanlı adı. Abuzər bəy Rzayev — Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər Aydəmirov— Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Abuzər Nadirov – "Laçın" futbol klubunun baş məşqçisi. Abuzər Bağırov — tərcüməçi, tənqidçi, publisist Abuzər Qazıyev — Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010), professor. Abuzər Rəsulov — Optika və molekulyar fizika kafedrasının professoru. Abuzər Xələfov — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi == Həmçinin bax == Abuzər (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Abbər
Abbər (yerli xalqın dilində Obar) — İranın Zəncan ostanında şəhər,Tarım şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,918 nəfər və 1,358 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Tarım kəndistanında, Sirdan qəsəbəsindən 54 km şimal-qərbdədir.
Abuzər (Nir)
Abuzər (fars. اباذر‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (39 ailə).
Abuzər Aydəmirov
Abuzər Əbdülhakimoviç Aydəmirov (29 oktyabr 1933 – 27 may 2005) — Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq yazıçısı (1977), Çeçenistan Yazıçılar Birliyinin sədri (2004–2005) olub. == Həyatı == Abuzər Aydəmirov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Mesket kəndində anadan olmuşdur. İlk təhsilini kəndində almışdır. Sonradan Qroznı şəhərində oxumuşdur. 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı o, da ailəsi ilə birlikdə sürgün edilmişdir. Aydəmirov sürgün illərində kolxoz briqadasında mühasib, məktəb kitabxanaçısı və sovxozda baş mühasib müavini işləyib. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra vətəninə qayıdıb.Abuzər Aydəmirov 1957–1987-ci illərdə doğma kəndində çeçen dili və ədəbiyyatı müəllimi işləyib. 1963-cü ildə Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirib. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqına qəbul edilib.
Abuzər Bağırov
Bağırov Abuzər Musa oğlu (17 dekabr 1954, Gədəbəy rayonu) — tərcüməçi, tənqidçi, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1975-1976). Sovet ordusunda xidmət etmişdir (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur (1977-1978). SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləmişdir (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olmuşdur (1981-1988). Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən).
Abuzər Nadirov
Abuzər Nadirov (11 fevral 1967, Mişni, Laçın rayonu) – "Laçın" futbol klubunun baş məşqçisi. == Həyatı == Abuzər Süleyman oğlu Nadirov 1967-ci fevral ayının 11-də Laçın rayonunun Mişni kəndində anadan olub. 1974-cü ildə Mişni kənd orta məktəbində 1-ci sinifə getmiş və 1984-cü ildə həmin məktəbi bitirmişdir. Uşaq yaşlarından futbola böyük marağı olub. Ağdamın "Şəfəq" futbol komandasından təkliflər alsada müəyyən ailə çətinliklərinə görə həmin komandada oynamaqdan imtina etmişdir. 1981–1987-ci illərdə Polşada hərbi xidmətdə olduğu zaman idmanın bu növü ilə məşğul olmuşdur. Həmin vaxt bir neçə klubun heyətində Polşanın 2-ci futbol liqasında oynamışdır. Futbol karyerası dövründə daha çox həvəskar klublarda çıxış etmişdir. Qarabağın ermənilər tərəfindən işğalından sonra Qaradağ rayonunda məskunlaşıb. Ümid qəsəbəsində yerləşən məcburi köçkün uşaqlarından təşkil olunmuş "Laçın" komandasında 1997-ci ildən baş məşqçi işləyir.
Abuzər Qazıyev
Abuzər Yusif oğlu Qazıyev (21 sentyabr 1967, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010), professor. == Həyatı == Abuzər Yusif oğlu Qazıyev 9 oktyabr 1967-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kədində dünyaya gəlib. 1989-cu ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunu, 1990-cı ildə Bakı şəhəri Kliniki Təcili Tibbi yardım Xəstəxanasında internaturanı, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında aspiranturanı bitirmişdir. 1990–92-ci illərdə Sumqayıt 1 saylı şəhər poliklinikasında həkim-cərrah işləmişdir. 1995-ci ildə "Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 2005-ci ildə isə "Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildən ATU-nun onkologiya kafedrasında assistent, 2005-ci ildən dosent, 2009-cu ildə isə professor vəzifəsinə seçilmişdir. 2011-ci ildən ATU-nun I müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsində çalışır. 2000–2005-ci illərdə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləmişdir. Hazırda həm də ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının elmi işlər üzrə direktor müavini və Bakı Baş Səhiyyə İdarəsində Baş onkoloqudur. Professor A.Y.Qazıyevin cərrahi fəaliyyət sahəsinə — süd vəzisinin, dərinin, yumşaq toxumaların bəd və xoşxassəli şişlərində müxtəlif cərrahi əməliyyatlar aiddir.
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu (16 dekabr 1907 – 2001) — Optika və molekulyar fizika kafedrasının professoru. == Həyatı == Abuzər Rəsulov 1907-ci ilin 16 dekabrında Şəki şəhərində dəmirçi ailəsində anadan olmuşdur. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik etmişdir. == Təhsili == 1920 və 1921-ci illərdə nümunə-zəhmət məktəbində, 1921-ci ildən 1925-ci ilə qədər isə Şəki Müəllimlər Seminariyasında oxumuş, oranı bitirdikdən sonra 10 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 1926 və 1927-ci illərdə 7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsindən yaranmış birləşmiş məktəbin müdiri vəzifəsində işləmişdir. İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır. == Elmi adları == A.M. Rəsulov 1951-ci ildə "Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması" mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə "Rezinin deformasiya və quruluşu" mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür. == Elmi Fəaliyyəti == A.M. Rəsulov 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmiş və "Azsənaye Şurası"nın Şəkidə olan "Sənaye Texnikomu"na Fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. 1934-cü ildə bu texnikom Şəki şəhərindən Bakıya köçürülmüşdür.
Abuzər Xələfov
Abuzər Alı oğlu Xələfov (25 dekabr 1931, Cil, Basarkeçər rayonu – 27 aprel 2020, Bakı) — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor. == Həyatı == Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. == Fəaliyyəti == A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. Professor Xələfov uzun illər ərzində Sovet İttifaqında – Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvu kimi iştirak etmişdir. A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur.