Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Amman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Odman
Odman - türk və altay xalq mədəniyyətində kiçik oğul mənasını verir. Otman, Otoman və ya Utman olaraq da deyilir. Ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan uşaq. Nağıllardakı daim müvəffəqiyyətli olan kiçik oğul fiqurudur. Türk mədəniyyətində böyük qardaşlar özlərinə yeni ev açar lakin ən kiçik oğul evdə qalar. Beləcə ocaq atəşinin davamını təmin edər. Osmanlı İmperatorluğunun kurcusu Osman Bəyin gerçək adının Otman olduğunu irəli sürən tarixçilər vardır. Bu adın İslamiyyəti qəbul edən türklərdə səs bənzəməsi ilə Osmana çevrildiyi deyilməkdədir. Hətta məcaz olaraq Səlcuqlu Dövlətinin varisi olduğu və digər bəyliklər içində olduqca kiçik olduğu halda Anadoludakı türk dövlətinin ocağını davam etdirdiyi üçün bu adla uyğun içində olduğu da düşünülə bilər. Həqiqətən də bu ad Avropa qaynaqlarında Ottoman olaraq iştirak edər.
İdman
İdman (ing. sport) — insanların müəyyən qayda üzrə təşkil edilmiş hərəkəti. ABŞ-nin elm adamlarının uzun müddətli araşdırmalarından sonra idmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir və Olimpiya Oyunları kimi böyük yarışlarda yalnız bu tərifə cavab verən idman növləri qəbul edilir. Avropa Şurası kimi digər təşkilatlar fiziki elementi olmayan fəaliyyətləri idman növü kimi təsnif etmir. İdmanla məşğul olmağın orqanizmə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.
Idman Azərbaycan
'İdman TV' — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində yaradılan, Azərbaycanın ilk idman kanalı. İdman TV 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin şəxsi təşəbüsü ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində yaradılmışdı. Kanal 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmişdir. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır. İdman kanalının yaradılması ilə bağlı Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqənin nəticələri 2008-ci il iyulun 18-də açıqlanıb. Müsabiqəyə üç iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti – "AzTV Sport", "Lider" televiziyası – "Olimp TV" və "Rebrandinq" MMC – Sport Kanal Klub (SKC) sənəd təqdim etmişdi. İdman TV kanalı bu günə kimi Azərbaycan milli futbol komandasının, Azərbaycan Premyer Liqasının, Azərbaycan Kubokunun, İngiltərə Premyer Liqası, La Liqanın, İspaniya Kral Kubokunun, İtaliya A Seriyasının, Bundesliqanın, Ukrayna Premyer Liqasının, UEFA Çempionlar Liqasının və UEFA Avropa Liqasının seçmə və əsas mərhələlərinin, UEFA Superkubokunun, UEFA Avropa Kubokunun, FİFA Dünya Kubokunun, Olimpiya oyunlarının və 2015 Avropa Oyunlarının oyunlarını və qarşılaşmalarını yayımlamışdır. 6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir. 12 oktyabr 2015-ci il tarixində isə 24 saatlıq yayım rejiminə keçmişdir. 16 sentyabr 2019-cu il tarixində "İdman Azərbaycan" olan telekanalın adı dəyişdirələrək "İdman TV" olmuşdur.
Luru-Odman
Luru-Odman (fr. Louroux-Hodement) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03153. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 351 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 266 nəfər arasında (15-64 yaş) 180 nəfər iqtisadi fəal, 86 hərəkətsiz (fəaliyyət göstərici 67,7%, 1999-cu ildə 67.4%) idi. Fəal 180 nəfərdən 117 nəfəri (69 kişi və 48 qadın), 63 nəfəri işsizdir (38 kişi və 25 qadın). 86 hərəkətsiz 26 nəfər arasında şagird və ya tələbə, 10 nəfər - təqaüdçü, 50 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Naxçıvanda idman
Naxçıvanda idman-Naxçıvan Muxtar Respublikasında idman. Güc, çeviklik və bacarıq tələb edən güləş, at çapmaq, qılınc və gürz oynatmaq, nizə və ox atmaq, üzmək, qaçmaq və s. ənənəvi idman növləri sahəsində keçirilən yarışlar hər zaman bölgədə populyar olmuş, əhali tərəfindən rəğbətlə qarşılanmışdır. 1924-cü ildə yaradılmış Naxçıvan Bədən Tərbiyəsi Şurası 1930-cu ilədək futbol, yüngül atletika, cıdır, akrobatika, ağır atletika, güləş, voleybol yarışlarının və başqa idman oyunlarının təşkilatçısı olmuşdur. 1937-ci ildə ağır atletika üzrə Azərbaycan birinciliyi Naxçıvanda keçirilmişdir. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafında "Dinamo", "Spartak", "Burevestnik", "Məhsul" idman cəmiyyətlərinin, "Ehtiyat Əmək Qüvvələri" cəmiyyətinin (1998-ci ildən Təhsil idman mərkəzi adlanır) böyük rolu olmuşdur. 1940-cı ildə muxtar respublikada 5320 idmançı, 61 idman qurğusu mövcud olmuşdur. 1946-cı ildə Naxçıvanda idmanın 9 növünü təmsil edən 250 nəfərlik gənclər idman məktəbi, 1949-cu ildə isə Naxçıvan şəhər təhsil sistemində 10 idman növünü əhatə edən uşaq-gənclər idman məktəbi yaradılmışdır. 1950-ci ildə bədən tərbiyəsi və idmanla məşğul olanlarm sayı 15481 nəfər, bədən tərbiyəsi kadrlarının sayı 71 nəfər, idman qurğuların sayı 230-a (1 stadion, 12 idman zalı, 197 idman meydançası, 19 atıcılıq tiri, 10 uyğunlaşdırılmış zal və s.) çatmışdır. 1959-cu ildə Azərbaycan Respublikası "Məhsul" cəmiyyətinin Yunan-Roma güləşi (klassik güləş) yarışlarında Naxçıvanın komandası birinci yerə çıxmışdır.
Qol (idman)
Qol (ing. goal — məqsəd) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qapı xəttindən keçirilmə bir xal sayılır (reqbidə bir neçə xal). Oyunlarda rəqib qapısından daha çox top (şayba) keçirən komanda qalib sayılır.
Qətərdə idman
Qətərdə idman sektoru iştirakçı və tamaşaçı baxımından futbola istiqamətlənib. Bundan başqa yüngül atletika, basketbol, həndbol, voleybol, dəvə yarışı, cıdır yarışı, kriket və üzgüçülük idman növləridə geniş yayılmışdır. Ölkədə keçirilən ən böyük idman tədbiri, paytaxt Dohada 2006-cı ildə keçirilən Asiya Oyunlarıdır. FİFA 2 dekabr 2010-cu ildə 2022 FİFA Dünya Çempionatını Qətərdə keçirəcəyi qərarını açıqladı. Qətərdə futbol yerli və xarici futbolçuların iştirak etdiyi ən populyar idman növüdür. Ölkənin peşəkar futbol liqası iki mərhələlidir. Qətər Ulduzlar Liqası kimi tanınan ən yüksək mərhələ son bir neçə il ərzində xeyli genişləndi. 2009-cu ildə Qətər Ulduzlur Liqası iştirakçılarının sayı 10-dan 12-ə yüksəldi. 2013-cü ilin may ayında isə iki klub daha əlavə edildi və birinci divizyada iştirak edən klubların ümumi sayı 14-ə çatdı. Al Sadd Futbol Klubu ölkənin ən populyar futbol klubudur.
Sara Radman
Sara Radman (d. 20 iyul 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Sara Radman 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Sara Radman 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Kamilla Pfeffer və Katrin Pul ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Sergey Adyan
Sergey İvanoviç Adyan (erm. Սերգեյ Հովհաննեսի Ադյան, rus. Серге́й Ива́нович Адя́н; 1 yanvar 1931, Quşçu, SSRİ – 5 may 2020, Moskva) — erməni əsilli Rusiya riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2000-ci ildən, 1991-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü). Riyazi məntiq, alqoritmlər nəzəriyyəsi və onların cəbrə tətbiqi üzərində işləmişdir. Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülmüşdür. SSRİ Elmlər Akademiyasının Pafnuti Çebışev mükafatı (1963). Rusiya Federasiyasının Dövlət mükafatı (1999). "Şərəf" ordeni (2011). "Riyaziyyata həsr olunmuş həyat" adlı "Dinastiya" fondu mükafatı (2014). Профиль С. И. Адяна на официальном сайте РАН С. И. Адян к 75-летию со дня рождения Биография (англ.) в проекте Mac Tutor History of Mathematics archive Фотопортрет С. И. Адяна в галерее выдающихся учёных МГУ «Портрет интеллекта», созданной в 2005 г.
Skvoş (idman)
Skvoş (ing. Squash) — topla və raketka ilə iki nəfərin (cütlərdə dörd) oynadığı idman növü. Skvoş Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan və gələcəkdə Yay Olimpiya Oyunlarının proqramına salına biləcək idman növüdür. Dünya Skvoş Federasiyasının (WSF) 100-dən çox üzvü vardır. Mənşəyi 1500-cü illərin Fransasına söykənən bu idman növü insanların əyləncə məqsədi ilə divara top vurması ilə başlamışdır. Oyun əsil məşhurluğunu 1830-cu ildə London şəhərində Harrov məktəbində bir qrup tələbənin öz meydançalarının boşalmalarını gözləyərkən divara top vurmaları ilə qazanmışdır. Oyunun ilk kurortları burada hazırlanmışdır. Oynandığı kort bir tərəfi açıq, bir tərəfi qapalı olan kubu xatırladır. Bu kort tenis kortundan daha kiçik olub divarları xüsusi taxtadan hazırlanır. Geyim və raketka cəhətdən tennisə bənzəyir, amma skvoş topu tennis topundan daha kiçikdir və kauçukdan hazırlanır.
Sumqayıtda idman
1949-cu ildə şəhər statusu alan Sumqayıta keçmiş SSRİ-nin və Respublikamızın müxtəlif bölgələrindən insanların axını başlandı. Qısa müddət ərzində sənaye müəssisələrinin, müxtəlif idarə və təşkilatların tikintisinə start verildi, digər sahələrlə yanaşı bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində tədbirlərin görülməsi üçün şəhərə gənc mütəxəssislər cəlb olundu. İlk məşqlər yaşayış massivlərinin ərazisində olan futbol meydançalarında, 1; 2; 4 (indiki 38) və 8 saylı orta məktəblərin idman zallarında və açıq tipli idman qurğularında aparılmışdır. Şəhərdə ilk idman qurğuları olan İnşaatçı stadionu 1956-cı ildə, Metallurq klubu (indiki Polad İK) 1959-cu ildə, "Əlvanmetal" istehsalat birliyinin idman zalı (indiki "Alüminiumçu" idman evi) 1962-ci ildə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1966-cı ildə tikilərək idmançıların istifadəsinə verildi. Bu işlər məqsədyönlü şəkildə davam etdirilmiş, hazırda İdman Komplekslərinin və qurğularının (açıq və örtülü tipli) sayı 211-ə çatdırılmışdır. 1960-cı illərdə Rauf Əfəndiyev tərəfindən gimnastika Oktay Hüseynov, Xəlil Səfiyev tərəfindən boks; Ramiz İbrahimov, Elman Tahirov tərəfindən yunan-roma güləşi; Kamal Abbasov, İsmayıl Məmmədov tərəfindən sərbəst güləş; İsmayıl Əhmədov, Əlipənah Həşimov tərəfindən sambo; Stanislav Kuvayev, İsay Abramaşvili tərəfindən futbol; Mariya Podsuk, Aleksey Mazin, Faiq Babayev tərəfindən atletika; Əziz və Kamal Nurməmmədov qardaşları, Nəsir Zeynalov tərəfindən ağır atletika; Alik Cəfərov, Sergey Koçkin tərəfindən basketbol; Nikolay Əliyev, Şamil Həsənov, Sahib Əliyev, Anzor Kusov tərəfindən voleybol; Yuri Oparin tərəfindən stolüstü tennis; Viktor Françuk, Sergey Şevçuk tərəfindən velosiped; Çingiz Orucov tərəfindən qılıncoynatma; Vladimir Korotkiy tərəfindən həndbol; Yuriy Abdullayev, Hamlet Rzayev tərəfindən şahmat; Abram Yelizarov tərəfindən dama idman növlərinin, 1970-ci illərdən İsa Qasımov, Əhməd Rəcəbli və Ənvər İsgəndərov tərəfindən müvafiq olaraq otüstü hokkey və cüdo, 1980-ci ilin sonu 90-cı ilin əvvələrindən Əzizağa Verdiyev, Ələkbər İmaməliyev tərəfindən müvafiq olaraq karate və taekvan-do idman növlərinin təməli qoyulmuş və inkişaf etdirilməyə başlanılmışdır. Qısa müddət ərzində Sumqayıt nəinki Respublikada, eləcədə keçmiş Sovetlər birliyində özünün idman ənənələri ilə tanındı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandıqdan sonra Ölkə idmançıları tezliklə dünyanın ən mötəbər idman arenalarında keçirilən Avropa, Dünya birincilikləri, çempionatları və Olimpiya Oyunlarında Respublikamızı layiqincə təmsil edərək üç rəngli bayrağımızı ucaltmış, himnimizi səsləndirmişlər. Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Sumqayıt idmançılarının da özünə məxsus payı vardır. Fəaliyyətə başladığı 1995-ci ildən şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən uşaq, yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı, kütləviliyinin artırılması, onların vətənpərvərlik ruhunda böyüməsi, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində coxsaylı tədbirlər keçirilmişdir.
Alman mediatizasiyası
Alman mediatizasiyası (alm. deutsche Mediatisierung‎) — 1802–1814-cü illərdə Almaniyada və ətraf bölgədə çoxlu sayda Müqəddəs Roma imperiyası mülklərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi yolu ilə baş verən əsas yenidənqurma layihəsi. Müqəddəs Roma imperiyasının əksər teokratik knyazlıqları, azad imperiya şəhərləri, dünyəvi knyazlıqlar və digər kiçik özünü idarə edən qurumları müstəqil statuslarını itirərək, qalan dövlətlərin tərkibinə daxil oldular. Mediatizasiya prosesinin sonunda alman dövlətlərinin sayı təxminən 300-dən cəmi 39-a endirildi. Alman dövlətlərinin kütləvi mediatizasiyası və dünyəviləşdirilməsi almanların təşəbbüsü ilə deyildi. İnqilabçı Fransa və Napoleonun amansız hərbi və diplomatik təzyiqinə məruz qalaraq başlanan bu proses 1945-ci ilə qədər Almaniya tarixində əmlak və ərazilərin ən geniş şəkildə yenidən bölüşdürülməsini təşkil etdi.
Adnan Əhmədzadə
Adnan Uqla
Adnan Uqla (ərəb. عدنان عقلة‎) (1950, Qüneytirə – təq. 1982) — Suriya radikal islamçısı, Mübariz avanqardın lideri. Təşkilat Suriyada uğursuz islamçı qiyamda iştirak edən Müsəlman qardaşlığına bağlı sünni silahlı qruplaşma idi. O, xüsusilə də Mübarizə avanqardının ən xarizmatik və nüfuzlu siması kimi tanınır. == Erkən həyatı == Atası çörəkçi olan Adnan Okla 5 yanvar 1951-ci ildə Suriyada, Qüneytirə mühafəzəsində orta təbəqə bir ailədə anadan olmuşdur. əyalətində orta səviyyəli ailədə anadan olmuşdur. Okla inşaat mühəndisliyi üzrə təhsil almış, həmçinin Suriya Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. == Suriyada islamçı qiyamı == Adnan Okla 1979-cu ildə Hələb Artilleriya Məktəbi qırğınının planlaşdırılmasında əsas rol oynamışdır. Okla 1981-ci ilin yanvarında Mübariz avanqardın Müsəlman qardaşlığından ayrı bir təşkilat olduğu elan etmiş və Suriya hökumətinə qarşı mübarizəni davam etdirdiyini iddia etmişdir.
Alman milliyətçiliyi
Alman milliyətçiliyi (alm. Deutscher Nationalismus‎) — almanların və almanosferin vahid milli dövlətdə birliyini təşviq edən ideoloji anlayış. Alman milliyətçiliyi almanların bir millət və bir xalq olaraq vətənpərvərliyini və milli kimliyini önə çəkir. Alman milliyətçiliyinin ən erkən mənşəyi pangermanizmin yüksəlməyə başladığı Napoleon müharibələri dövründə romantik milliyətçiliyin meydana çıxması ilə əlaqələndirilir. Alman milli dövləti ideyası Napoleon Bonapartın rəhbərliyi altında Fransanın alman ərazilərini işğal etməsinə cavab olaraq mühüm siyasi qüvvəyə çevrilməyə başladı. XIX əsrdə almanlar alman milli dövlətinin Avstriya imperiyasını istisna edən "Kiçik Almaniya"dan, yoxsa Avstriya imperiyasını və ya onun almandilli hissəsini əhatə edən "Böyük Almaniyadan" ibarət olub-olmaması ilə bağlı alman məsələsini müzakirə etmişdilər. Prussiya kansleri Otto fon Bismarkın başçılıq etdiyi fraksiya Kiçik Almaniya yaratmağa müvəffəq olmuşdur. Aqressiv alman milliyətçiliyi və ərazi genişlənməsi hər iki dünya müharibəsinə səbəb olan əsas amil idi. Birinci Dünya müharibəsindən əvvəl Almaniya Britaniya və Fransaya rəqib olmaq ümidi ilə müstəmləkə imperiyası qurmuşdu. 1930-cu illərdə nasistlər hakimiyyətə gələrək Böyük German Reyxini yaratmağa çalışırdılar.
İdman fəlsəfəsi
İdman fəlsəfəsi — idman fəlsəfəsi idman növləri haqqında bir fəlsəfədir. İnsan həyatında idman məsələlərini konseptual təhlil edir. Bu mövzular bir çox sahələri əhatə etsə də, əsasən beş kateqoriyaya bölünür: metafizika, etika və əxlaq fəlsəfəsi, hüquq fəlsəfəsi, siyasi fəlsəfə və estetika.
İdman hüququ
İdman hüququ — idman sənayesində idmançıların, klubların, komanda sahibi şirkətlərin, milli və beynəlxalq federasiyaların, Beynəlxalq Olimpiya Komitəsinin və müvafiq dövlət qurumlarının idman fəaliyyətləri və hadisələri ilə bağlı münasibətlərini əmək hüququ və əmək hüququ kimi hüquq sahələri ilə əlaqələndirərək tənzimləyir. İdman azadlığını nəzərə alan rəqabət hüququ qaydalardan ibarət unikal hüquq sahəsidir. İdman hüququ ümumiyyətlə idmanla bağlı sponsorluq müqavilələrini, yayım təşkilatları ilə müqavilələri, idman təşkilatları tərəfindən işə götürülən heyətlə bağlı mübahisələri, idman təşkilatları arasında yaranan problemlərlə bağlı mübahisələri və idmanı tənzimləyən orqanlar tərəfindən idmançılara verilən intizam cəzaları ilə bağlı mübahisələri əhatə edir.
İdman psixologiyası
İdman psixologiyası — idman fəaliyyətində müxtəlif psixoloji mexanizmlərin formalaşması və təzahürünün qanunauyğunluqlarını öyrənən psixoloji elm sahəsi. İdman psixologiyası, psixologiyanın ayrıca bir sahəsi kimi, 1960-cı illərin əvvəllərindən bəri həqiqətən fəaldır. Eyni zamanda, ilk vaxtlarda diferensial psixologiya adlanan, yəni idmançılar arasında fərdi xüsusiyyətlərə görə fərqlərin öyrənilməsinə diqqət yetirilirdi. Bundan əlavə, idmançının stress altında hərəkət etmək imkan və bacarıqları , məşqin effektivliyinin artırılması yolları öyrənilib. Bir az sonra idman psixologiyasının öyrəndiyi məsələlərin əhatə dairəsi nəzərəçarpacaq dərəcədə genişləndi. İdmançıların təkcə fərdi qabiliyyətlərinin deyil, həm də konkret idman növünün xüsusiyyətlərini nəzərə alaraq proqramlar hazırlanmağa başlandı. Bu zaman ümumi, pedaqoji, sosial və inkişaf psixologiyasının nailiyyətlərindən (idmançı ilə fərdi iş, kollektiv məşqlər və s.) istifadə edilmişdir. İdmançıların əqli və fiziki hazırlığını, onların etik, emosional-iradi və kollektivist hazırlığını artırmaq üçün müvafiq məşq komplekslərinin proqramları hazırlanırdı. İdmançıların təkcə yarışlarda iştirakı zamanı deyil, həm də məşq zamanı həvəsləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. İdmançılarda yüksək ixtisaslaşmış qavrayışların formalaşdırılması yolları və vasitələri — məsafə hissi, zaman hissi, hərəkət edən bir obyektin sürətindəki dalğalanmalar, "top hissi", "su hissi", hadisələrin inkişafının gözlənilməsi.
Ayhan Akman
Ayxan Akman (d. 23 fevral 1977, Bursa) — türk məşqçi və keçmiş milli futbolçudur. TRT Spor kanalında şərhçidir. == Klub karyerası == 1998–99 mövsümündə Con Toşakın istəyi ilə 8.750.000 dollar qarşılığında Beşiktaşla müqavilə imzaladı. Üç il ağ-qara klubda forma geyinən Ayhan Akman 81 matçda 19 qol vursa da, zədələri səbəbindən tədricən komandadan uzaqlaşıb. 2000–01 mövsümünün sonunda aldığı zədələr səbəbindən 3 ay müddətində heyətə düşə bilmədi. Zədələndiyi zaman komandanın başında olan və meydana dönə bilməyən alman məşqçi Kristof Daum Akmanın lazımsız olduğunu söylədi. "Beşiktaş"ın "Qaziantepspor" a 3–1 hesabı ilə uduzduğu matçda Ayxan Akmanın klubda gülməsinə əsəbiləşən azarkeşlər hava limanında Ayxanı döyürdülər və təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə hadisələr daha da ciddiləşmədən qarşısı alınıb. Baş verənlərdən sonra Ayxanın ağzından bu ifadələr çıxdı: Eyni dövrdə Mirça Luçesku ilə yeni bir quruluşda olan Qalatasaray klubu, Gheorghe Hagi futbolu buraxdıqdan və Okan Buruk və Emre Belözoğlu İtaliyanın dünyaca məşhur klubu İnterə keçdikdən sonra yarımmüdafiəçi axtarışında Ayhanla maraqlanmağa başladı. Hadisələrdən sonra Beşiktaş klubu Ayxanı 500 min dollar qarşılığında Qalatasaray klubuna Ahmet Yıldırım və Mehmet Aksu ilə birlikdə verib.
İdman sosiologiyası
İdman sosiologiyası — idmana sosial fenomen kimi diqqət yetirən sosiologiyanın alt sahəsi. Sosiologiya və idman arasındakı əlaqə həm də müxtəlif sosial-mədəni strukturların, nümunələrin və idmanla əlaqəli təşkilatların və ya qrupların sahə tədqiqidir.
Məşqçi (idman)
Məşqçi — Məşqə rəhbərlik edən, məşq mütəxəssisi olan idmançıya məşqçi deyilir. Bir idman komandasına, yaxud bir idmançıya istiqamət verən, məşq etdirən bir şəxsdir.
Boris Traykovski adına İdman Mərkəzi
Boris Traykovski adına İdman Mərkəzi (mak. Спортскиот центар „Борис Трајковски“) — Şimali Makedoniyanın Skopye şəhərində çox funksiyalı idman arenası. Arena 2004-cü ildə təyyarə qəzasında həlak olan ölkənin keçmiş prezidenti Boris Traykovskinin şərəfinə adlandırılıb. Həndbol matçları zamanı 6 min, basketbol oyunları zamanı 8 min və konsertlər zamanı on min tamaşaçı tutumuna sahib olur. Şimali Makedoniyanın Basketbol (kişilər və qadınlar), Həndbol (kişilər) və Voleybol üzrə milli komandasının ev sahibliyi etdiyi areanadır. Tamaşaçı oturacaqlarından başqa dörd restoran və idman barı da vardır. Avropa Qadınlar Həndbol Çempionatı 2008 areanada keçirilmişdi. == Tarix == İdman mərkəzinin tikintisinə 2004-cü ilin iyun ayında başlanılır. İdarəetmə planına əsasən, yeni bir idman kompleksinin tikilməsi bir il ərzində başa çatdırılmalı idi. Amma əslində tikinti prosesində gözlənilməz problemlər yarandı və başa çatma müddəti bir neçə dəfə təxirə salındı.
Heydər Əliyev adına İdman Arenası
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri. == Haqqında == İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.
Heydər Əliyev adına İdman-Konsert Kompleksi
Heydər Əliyev adına İdman-Konsert Kompleksi (İKK) — Azərbaycan Respublikası paytaxtının memarlıq incilərindən və Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biri. == Haqqında == İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Ümumi ərazisi 6,1 hektar olan kompleksin tikili sahəsi 3,5 hektardır. Kompleks 7,8 min tamaşaçı tutan baş meydandan, üç salonu, o cümlədən hokkey və buz üzərində fiqurlu konkisürmə, basketbol, bədii gimnastika və kulturizm məşğələləri üçün zalı olan məşq korpusundan ibarətdir. Bu nəhəng idman qurğusunun əsas zalının ölçüləri 70x40 metr, ümumi sahəsi 2800 kvadratmetr, tribunaların tamaşaçı tutumu 7800 nəfərdir. Burada, həmçinin, hər birinin sahəsi 650 kvadratmetr (37x17) olan gimnastika və trenajor zalları, eləcə də, 1600 kvadratmetrlik basketbol (35x45 metr) zalı var. Baş meydandan idmanın 16 növü üzrə yarışlar üçün, həmçinin konsert, kino, sirk tamaşaları, buz üzərində balet, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər üçün istifadə edilə bilər. Kompleksin direktoru Behbuov Rafiq Qəmbər oğludur. İKK-də bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa çempionatı və bir dünya çempionatı keçirilib.