Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Faiz
Faiz ədədin yüzdə bir hissəsi, "%" ilə işarə olunur. Riyaziyyatın mühüm anlayışlarından biridir. Sözün özü mənşəcə latın sözü olub (per centum), mənası "yüzdə" deməkdir. 1885-ci ildə Parisdə Matye de la Porta "Kommersiya hesabına rəhbərlik" kitabını nəşr edir. Həmin kitabda faiz hissəsindən danışılır ki, bu da "cto" kimi işlənirdi (cento-nun qısaldılmış forması) və nəşriyyatçı çap xətası nəticəsində bu sözü "%" kimi yazmışdır. O zamandan da faiz işarəsi kimi bu cür istifadə olunmağa başlanılmışdı. Diqqətiniz üçün təşəkkürlər == Müəyyənləşməsi == Ədədin faizini tapmaq üçün onu 100%-ə bölüb, verilən faizə vurmaq lazımdır. Faizə görə ədədi tapmaq üçün alınmış ədədi 100%-ə vurub, verilən faizə bölmək lazımdır. Bir ədədin digərinin neçə faizi olduğunu tapmaq üçün birinci ədədi ikinciyə bölüb, 100%-ə vurmaq lazımdır. Onluq kəsri faizlə ifadə etmək üçün onu 100%-ə vururlar: 0,35 = 0,35 • 100% = 35%; 2,3 = 2,3 • 100% = 230% və s.olması Faizi onluq kəsrlə və ya ədədlə ifadə etmək üçün onu 100-ə bölmək lazımdır.
Hafiz
Hafiz (ərəb. حافظ‎) — Quranı əzbər bilən şəxs. Qadın cinsindən olan insanlara hafizə deyilir. == Hədis == Hafiz ərəb dilində "əzbərləyən, mühafizə edən" mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir. Bu termin haqqında vahid tərf yoxdur. Cəmaluddin əl-Mizziyə görə hafiz bildiyi şəxslər bilmədiyi şəxslərdən çox olan şəxsdir. Bəzi hədisşünaslara görə, hafiz 100 min hədisi sənədləri ilə birlikdə əzbər bilən, hədislərin sənədlərini təşkil edən ravilərin tərcümeyi-hallarını, cərh və tədil baxımından hər biri haqqında verilmiş hökmləri bilən hədisçidir. == Həmçinin bax == Hədis == İstinadlar == == Xarici keçidlər == Hədis elmi.
Faiz Əhməd Faiz
Faiz Əhməd Faiz (13 fevral 1911, Sialkot, Britaniya Hindistanı – 20 noyabr 1984, Lahor) — Pakistan şairi, tənqidçi, ictimai xadim. "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı(1962), Beynəlxalq "Lotos" mükafatı laureatı(1975). Urdu və Pəncab dillərində yazmışdır. 1979-cu ildən "Lotos" jurnalının baş redaktoru idi. Sülh və demokratiya, milli azadlıq uğrunda mübarizə yaradıcılığının başlıca mövzusudur. "Kədərli naxışlar" (1941), "Küləyin əlləri" (1952), "Zindan şerləri" (1957), "Sinay vadisi" (1971), "Dost şəhərində axşamlar" (1977) və s. şer toplularının, "Mizan" (1962), "Bizim milli mədəniyyətimiz" (1976) məqalə kitablarının müəllifidir. Bəzi serləri Azərbaycan dilinə tərcümə olunmuşdur.
Faiz bəndi
Faiz dərəcəsi
Faiz dərəcəsi — müəyyən bir müddət (ay, rüb, il) hesablanmış kredit alıcısının istifadə etdiyi üçün ödədiyi kredit məbləğinin faizi ilə göstərilən məbləğ. Pul nəzəriyyəsi baxımından faiz dərəcəsi bir dəyər anbarı kimi pulun qiymətidir. Faiz gəliri — müxtəlif formalarda (borclar, kreditlər) borcda kapital təmin edilməsindən əldə edilən gəlir və ya qiymətli kağızlara yatırımlardan əldə edilən gəlirdir. == Faiz dərəcələrinin tarixi == Son iki əsrdə baza faizləri ya milli hökumətlər, ya da mərkəzi banklar tərəfindən təyin edilmişdir. Məsələn, ABŞ Federal Ehtiyat Fondunun dərəcəsi 1954-2008 arasında% 0,25 ilə 19% arasında, İngiltərə Bankının baza faizləri 1989 ilə 2009 arasında% 0,5 ilə% 15 arasında dəyişmişdir və Almaniyada baza nisbətlərində yayılma 1920-ci illərdə% 90-dan 2000-ci illərdə təxminən 2% -ə qədər dəyişdi . 2007-ci ildə Hiperinflyasiya spiralini aşmağa çalışarkən, Zimbabve Ehtiyat Bankı kredit faizlərini% 800-ə qaldırdı . == Faiz dərəcələrinin növləri == Faiz dərəcələrinin bir neçə növü vardır === Sabit və üzən dərəcələr === Faizənin zaman keçdikcə dəyişib-dəyişməməsindən asılı olaraq sabit və üzən faiz dərəcələri mövcuddur: Sabit faiz dərəcəsi sabitdir, müəyyən bir müddət üçün müəyyən edilir və heç bir şərtdən asılı deyildir. Üzən faiz dərəcəsi dövri olaraq nəzərdən keçirilməlidir. Faiz dəyişikliyi müəyyən göstəricilərin dalğalanmasına əsasən həyata keçirilir. Bu cür göstəricilərin klassik nümunəsi London banklararası təklif dərəcəsidir (LIBOR, London banklararası kredit bazarındakı orta ölçülmüş faiz dərəcəsi).
Faiz xərcləri
Hafiz (Bostanabad)
Hafiz (fars. حافظ‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 185 nəfər yaşayır (41 ailə).
Hafiz Abdullayev
Hafiz Abdurrəhmanov
Hafiz Baxış
Hafiz Baxış (tam adı:Baxışov Hafiz Həbib oğlu), (1932–1989) – Azərbaycan şairi. == Həyatı == Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirmişdir. 1950–1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləmiş, 1952 – 1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakultəsində təhsil almışdır. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olmuşdur. 1956–1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyat sarayının direktoru vəzifəsində çalışmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərmişdir. İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc olunmuşdur, "Samur – Dəvəçi kanalı" adlı ilk şeiri də həmin qəzetin 1957-ci il 9 fevral tarixli sayında , "Zirvə" adlı ilk poeması isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra o altı poema qələmə alsa da lirik şair kimi tanınmışdır. İyirmidən çox şeirinə musiqi bəstələnmişdir.
Hafiz Baxşəliyev
Hafiz Baxşəliyev (1 aprel 1980, Naxçıvan) — Azərbaycan idmançısı, dünya və Avropa çempionu. Kikboksinq üzrə Avropa çempionatının gümüş (2006), dünya çempionatının bürünc (2007) mükafatçısı, üç qat dünya çempionudur (2004, 2006, 2008). == Həyatı == Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1986–1996-cı illərdə orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsinin məzunu olub. 2000–2001-ci illərdə hərbi xidmətdə qulluq etmişdir. == Fəaliyyəti == Kikboksinqə 1997-ci ildə başlayıb. 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə dünya, avropa çempionatlarının qızıl, gümüş və bürünc medalçısı olmuşdur. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarda Azərbaycanı ilk dəfə təmsil etmişdir.
Hafiz Cəfərov
Hafiz Yusif oğlu Cəfərov (26 aprel 1946, Bakı) — atıcılıq üzrə Azərbaycanlı məşqçi. Olimpiya çempionu Zemfira Meftahətdinovanın məşqçisi. == Həyatı == Hafiz Cəfərov 26 aprel 1946-cı ildə Bakı şəhərində anadan olub. Hafiz Cəfərov 1970-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. == Fəaliyyəti == Hafiz Cəfərov 1976-cı ildən atıcılıq üzrə Azərbaycan yığmasının baş məşqçisidir. Bu müddət ərzində onun tələbələrindən, Valeri Timoxin Dünya Çempionatlarının gümüş medalları qazanıb, Zemfira Meftahətdinova isə Olimpiya çempionu olub. Hafiz Cəfərov 2000-ci ildə "Şöhrət" ordeninə, 2004-cü ildə "Tərəqqi" medalına, 2008-ci ildə isə "Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb.
Hafiz Fətullayev
Hafiz Nürəddin oğlu Fətullayev (24 fevral 1944, Bakı – 20 yanvar 2015, Bakı) — Azərbaycan kinorejissoru, ssenatist, aktyor. == Həyatı == Hafiz Fətullayev 24 fevral 1944-cü ildə Bakıda anadan olub. Məşhur Fətullayevlər nəslinin davamçısıdır. Aktyor Fateh Fətullayev və rəssam Nüsrət Fətullayevin qardaşı oğlu, bəstəkar Nurəddin Fətullayevin oğludur. M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirdikdən (1970) sonra, Azərbaycan Dövlət Dram Teatrında işləyib. 1977–1990-cı illərdə Azərbaycan Dövlət Televiziyasında işləyib. Lider TV-də çalışıb. 1991-ci ildən "Rimur" müstəqil kinokompaniyasının rəhbəri idi. "Qırmızı qatar" və "Müqəddəs odda yanaram" filmlərinin rejissoru olub. Hafiz Fətullayev uzun sürən xəstəlikdən sonra 70 yaşında Bakıda vəfat etmişdir.
Hafiz Hacxalıl
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov 1981) — Azərbaycan şairi. == Həyatı == 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var. == Təhsili == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. == Yaradıcılığı == “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”, "İşıq", "Sevgi də bir vətəndir" , "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Hal-hazırdakı fəaliyyəti == Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.
Hafiz Hacıyev
Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993). == Həyatı == Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir. 1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir. 1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır. === Ailəsi === Ailəlidir, 3 övladı var. İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur. İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur.
Hafiz Heydərov
Hafiz Həsənov
Hafiz Həziyev
Hafiz Məmmədov
Hafiz Məmmədov (rəssam) — rəssam. Hafiz Məmmədov (sahibkar) — Bakı FK-nın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti.
Hafiz Paşayev
Hafiz Mir Cəlal oğlu Paşayev (2 may 1941, Bakı) — azərbaycanlı diplomat və fizik, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikası xarici işlər nazirinin keçmiş müavini, "ADA" Universitetinin rektoru. == Həyatı == Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir. 1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir 1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir. 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.
Hafiz Quliyev
Hafiz Məhərrəm oğlu Quliyev — Azərbaycan Dövlət Akademik opera və balet teatrının baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru. == Həyatı == Hafiz Quliyev 10 may 1960-cı ildə Cəbrayıl rayonu Quycaq kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirmiş və gənc mütəxəssis kimi Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına işləməyə göndərilmişdir. 1996-cı ildə o, teatrın baş rejissor vəzifəsinə təyin olunmuşdur. Bu gün teatrın repertuarında özünəməxsus yer tutan S.Ələsgərovun "Solğun çiçəklər", Ü.Hacıbəylinin "Leyli və Məcnun", "Arşın mal alan", "O olmasın, bu olsun", "Koroğlu", "Əsli və Kərəm", Z.Hacıbəyovun "Aşıq Qərib", F.Əmirovun "Sevil", Ş.Axundovanın "Gəlin qayası", R.Mustafayevin "Vaqif", Firəngiz Əlizadənin "Intizar", C.Cahangirovun "Xanəndənin taleyi", N.Əliverdibəyovun "Cırtdan", M.Kajlayevin "Valida", Ş.Musaoğlu "Beş qapı" əsərləri H.Quliyevin quruluşunda səhnəyə qoyulmuşdur. H.Quliyev Mədəniyyət və İncəsənət Universitetində rejissor və aktyor sənətindən, Milli Konservatoriyada opera sinifindən dərs deyir, Dosentdir. Eyni zamanda Ü.Hacıbəylinin məşhur "Arşın mal alan" əsərinə Ankara opera və Balet teatrında 2 dəfə 2003 və 2013-cü illərdə, Samsun Dövlət Opera və Balet tearında 2 dəfə 2009 və 2018ci illərdə, Belarusiya Akademik Musiqili Teatrında, Çin Xalq Respublikasının Pekin Milli Operasında "Tiainqo" teatrında, Moskvada, Bolqarıstanda Kdjalı Dövlət Teatrında və Sofiya şəhərində, Ü.Hacıbəylinin "Leyli və Məcnun" Tacikistanın Düşənbə Akademik Dövlət Opera və Balet teatrında və b. teatrların kollektivinin iştirakı ilə və bir çox ölkələrdə tamaşalar qoymuşdur. Çexiyada, Koreyada Beynəlxalq festivalda iştirak etmişdir, Beynəlxalq İpək yolu festivalı üçün 8 tamaşa hazırlamışdır. Bir çox Dövlət əhəmiyyətli tədbirlərin rejissoru olmuşdur.
Hafiz Rahim
Hafiz Rahim (19 noyabr 1983 - 9 iyul 2020) - Sinqapur peşəkar futbolçusu. == İlk illəri == Hafiz Rəhim 19 noyabr 1983-cü ildə Sinqapurda anadan olub. == Futbol karyerası == 2011-2020 illəri arasında Sinqapur Milli Futbol Komandasında və 2006-2011 illəri arasında Geylang International futbol komandasında oynayıb. == Ölüm == Hafiz Rəhim 9 iyul 2020-ci ildə Sinqapurda baş verən yol qəzası nəticəsində 36 yaşında öldü.
Hafiz Rüstəm
Hafiz Rüstəm (tam adı: Mir Hafiz Mir Əşrəf oğlu Rüstəmov); 8 yanvar 1951 – şair-publisist, şərqşünas-tərcüməçi == Həyatı == 1951-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Əslən Yardımlı rayonunun Bərcan kəndindəndir. 1958-ci ildə Quba şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Yardımlı rayonunun Bərcan kəndində 8 illik məktəbi (1966), Telavar kəndində orta məktəbi (1968) bitirib. Bakı Dövlət Universiteti-nin Şərqşünaslıq fakültəsində təhsil alıb (1970 – 1975). Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”də kiçik redaktor (1978), redaktor (1983), Xarici dillər redaksiyasının müdiri (1994), baş redaktor (2002 - 2004) vəzifəsində işləyib. 2006-cı ildən “Kövsər” nəşriyyatının baş redaktorudur. Uzun illər boyu yüzlərlə dərslik, dərs vəsaitlərinin, elmi-pedaqoji ədəbiyyatların rəyçisi, redaktoru olmuş, onların ideya-məzmun, dil-üslub, orfoqrafik və s. cəhətdən qüsursuz çıxmasında öz yaradıcı əməyini əsirgəməyib. Moskva və Lvov şəhərlərinin siyasi-hərbi məktəblərində (1976 – 1980), İİR-nin Bakıdakı səfirliyində (1995 – 2000) əsas iş yerindən ayrılmamaqla tərcüməçi işləyib.
Hafiz Süleymanov
Hafiz Süleymanov (23 yanvar 1967, Sumqayıt) — Türkiyənin tanınmış ağır atleti. İndiyədək iki dəfə dünya çempionu, beş dəfə isə Avropa çempionu titulunu qazanıb. == Həyatı == Hafiz Süleymanov 1967-ci il sentyabrın 20-də Sumqayıt şəhərində anadan olub. Orta təhsilini də Sumqayıtda alıb. 1982-ci ilin oktyabr ayında Sumqayıt şəhərində "Polad" idman klubunda ağır atletikaya başlayıb. 1985-ci ildə gənclər arasında SSRİ çempionu olub. 1986-cı ildə hərbi xidmətə yollanıb. Hərbi xidmətdə idmançı olduğu üçün Moskvada-ÇSK-da keçib və əsas fəaliyyətlərinə orada başlayıb. == Fəaliyyəti == 1986-cı ildə gənclər arasında Avropa çempionu olub. Dünya 3-cülüyünü qazanıb.
Hafiz Təmirov
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov 1981) — Azərbaycan şairi. == Həyatı == 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var. == Təhsili == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. == Yaradıcılığı == “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”, "İşıq", "Sevgi də bir vətəndir" , "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Hal-hazırdakı fəaliyyəti == Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.
Ağız
Ağız — İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur. Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir. Altda: Ağız döşəməsi olur.