Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ah...! (albom)
Ah...! – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 11 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Cavanşir Quliyevə aiddir. Albomdakı İtkin gəlin mahnısı, İtkin gəlin serialının saundtrektidir. Albomdakı Tənha qadın mahnısı Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirmiş qadınlara həsr olunmuşdur. Albomdakı Son gecə mahnısı Cənubi Azərbaycanlı şair Piruz Dilənçinin Son görüş adlı şeirinə bəstələnmişdir. Son görüş adlı şeir şairini şəxsi həyatı haqqındadır. Albomdakı Ot kökü üstə bitər adlı mahnı, 1999-cu ildə lentə alınan və ssenarisi Vaqif Səmədoğluna məxsus olan, Yaşıl eynəkli adam-2 filmində səsləndirilmişdir.
AH-1 Kobra
AH-1 Kobra Vertolyotu (AH-1 Cobra)- Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, hərbi döyüş vertolyotu. Tədricən AH-64 Apaçi vertolyotu ilə əvəz edilməkdədir. Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunur. AH-1 uzun müddət ABŞ ordusunun əsas hücum helikopteri olub, lakin sonradan AH-64 Apaçi ilə əvəz olunub. Lakin modernizasiya olunmuş variantları müxtəlif ölkələrin ordularında istifadə olunmaqdadır. Bell AH-1 SuperCobra ikimotorlu versiyası ABŞ dəniz piyadaları korpusunun əsas hücum helikopterlərindən biri olaraq qalmaqdadır. Ordu xidmətindən çıxarılan AH-1 helikopterləri meşə yanğınlarına qarşı mübarizədə istifadə olunmağa yönəldilib. == Lahiyələndirmə == AH-1 helikopterinin layihələndirilməsi dünyada ən çox istehsal olunmuş helikopterlərdən olan UH-1 Iroquois ilə yaxından bağlıdır. UH-1 hava süvarisi nəzəriyyəsini reallaşdırmağa imkan vermişdi, belə ki yeni taktika ABŞ qüvvələrinin geniş ərazidə çox yüksək dərəcədə mobil olmasını tələb edirdi. Əvvəlkindən fərqli olaraq onlar eyni yerdə dayanıb uzun müddətli döyüş aparmır, mövqe qorumaqla məşğul olmurdular.
AH-64 Apache
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur. Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır.
AH-64 Apaçi
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur. Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır.
Ah, Vətən (mahnı)
Ah, vətən — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Almas İldırıma, musiqisi isə Cavanşir Quliyevə məxsusdur. Mahnı vətənpərvərlik mövzusundadır. Aygün Kazımova 1996-cı ildə İstabulda keçirilən ilk "Türkivyon" mahnı müsabiqəsində çıxış etmişdir. 42 ölkə arasında keçirilən müsabiqədə, Aygün Kazımova üçüncü yeri tutmuşdur.
Ah Jae-Hyung
Ah Jae-Hyung (8 yanvar 1965) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ah Jae-Hyung Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medala sahibi olub.
Ah W Noss
Nensi Ajram "Ah W Noss" (Ərəbcə: آه ونص) albomunu 2004-cü il 12 apreldə çıxartdı. Albomun adının mənası ayrı-ayrılıqda "Hə və yarısı" sözləri olsa da, mahnının bütövlükdə adı "Yəqin ki" deməkdir. Bu albom, 2003-cü ildə çıxmış "Ya Salam" albomunun davamı olan layihə idi. 2003-cü ildə bu albom Nensi Ajramı Ərəb musiqisinin zirvəsinə qaldırmışdı. "Ah W Noss" albomunun mahnıları 2003–2004-cü illərdə yazılıb. Janrı — Ərəb popu. İstehsalçı şirkət — Megastar / Relax-In. Prodüser — Jiji Lamara. Aparıcı sinql "Ah W Noss" bir neçə həftə birinciliyə təsir edərək, əsas musiqi kanallarında efirə verildi. 2004-cü ilin yayında yeni sinqlının əsasında Nensi böyük dünya turuna başladı.
Ah Çibek Arığ
Ah Çibek Arığ — Xakaslara aid qədim türk dastanı. Dastanın meydana çıxmasının içərisində keçən qəzi qavramlar və ifadələrdən yola çıxaraq Afanasyev mədəniyyəti ilə əlaqələndirilərək e.ə. IV minilliyə qədər getdiyi düşünülməkdədir. == Haqqında == Ah Xan ölkəsində altı başlı ağ qayadan doğulan Ah Çibek Arığ fövqəladə formada atı ilə birlikdə qayadan çıxmışdır. Heybətli görünüşə malik olan qəhrəman ox və yayda məharətli olmuşdur. Ah Xanı öldürüb, ölkəsini yağmalayan Ay Molat ilə qarşı-qarşıya gələn Ah Çibek Arığ düşmənini iki dəfə öldürməsinə rəğmən dirildirilərək qarşısına dikilməsindən sonra onunla güləşmiş vı nəhayət onu öldürmüşdür. Müxtəlif ölkələrdə müxtəlif döyüşlərə qatılan Ah Çibek Arığ son olaraq Ay Molatı öldürdükdən sonra onun yerinə yeni hakim qoymuş, nəsihətlər vermiş və yurduna geri dönmüşdür.Edilən müayinələr nəticəsində ümumiyyətlə qəhrəmanlıq dastanlarında fövqəladə doğulma, adı, fiziki xüsusiyyətləri, at, döyüş geyimləri və avadanlıqları, macəraya girən və macəraya girən adətlərin Huban Arığ dastanında da olduğunu söyləmək olar. Məqalədə xüsusi diqqət tələb edən xüsusiyyətlər, dastanda olan və əsrlər boyu mifoloji infrastrukturu sayəsində özlərini qorumağı bacaran, sehrli əşyalara sahib olmaq, yeraltı getmək, forma dəyişmək, hava hadisələrinə müdaxilə etmək, ölüləri diriltmək və xəstəni təmin etmək üçün fövqəladə varlıqların köməyidir. sehr). Bütün bu xüsusiyyətlər ilk dövr şamanlarının xüsusiyyətləridir və tam nizamlı bir döyüşçü, yaxşı bir lider və dünya nizamını təmin etməkdə qabaqcıl bir qəhrəman olan Huban Arığ, araşdırmada ən dəyərli olan Sibir Türk dastanlarının qəhrəmanları arasındadır.
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon[d]) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. == Həyatı == Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. == Bəzi çəkildiyi seriallar == Sus və Çal!
Ah, ədalət! (film, 1997)
Ah, ədalət! qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər. == Məzmun == Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir. Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur. == Filmin üzərində işləyənlər == Əsər müəllifi: Nafilə Abuzərli Rejissor: Mirzə Əliyev Operator: Abbasağa İmanov Rəssam: Rəfael Əlizadə == Rollarda == Nazir Rüstəmov — Hüseyn CavidAzad Şükürov — Cavidin tərəfdarı Məleykə Məmmədova — Mişkinaz CavidƏfqan Soltanov — Cavidin tərəfdarıKazım Abdullayev — Cavidə qarşı çıxanRafiq İbrahimov — Cavidə qarşı çıxan Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan == Film haqqında == Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.
Bell AH-1Z Viper
Bell AH-1Z Viper, H-1 yüksəltmə proqramı çərçivəsində Birləşmiş Ştatların Dəniz Piyadaları üçün hazırlanmış Bell AH-1 SuperCobranın üzərində qurulmuş Amerika mənşəli cüt mühərrikli hücum helikopteridir. AH-1Z dörd bıçaqlı, rulmansız, kompozit əsas rotor sisteminə, qaldırılmış sürətlər qutusuna və yeni hədəf nişan sisteminə malikdir. İstehsal edən Bell Huey ailəsinin ən son üzvlərindən biri olan AH-1Z, variant məktubunun hərbi fonetik əlifbası tələffüzünə əsaslanaraq “Zulu Cobra” olaraq da adlandırılır. == İnkişaf == === İnkişaf etdirilmiş model === AH-1Z-nin görünüşü əsasən Bell 412-dən dörd bıçaqlı əsas rotor sistemi ilə təchiz olunmuş AH-1S olan Bell 249-a əsaslanır. Bu vertolyot Bellin Cobra II dizaynını 1980-ci ildə Farnborough Airshowda göstərdi. Cobra II, Hellfire döyüş raketləri, yeni hədəfləmə sistemi və təkmilləşdirilmiş mühərriklərlə təchiz ediləcəkdi. Sonrakı Cobra 2000 təklifinə General Electric T700 mühərrikləri və dörd bıçaqlı rotor daxil edildi. Bu dizayn ABŞ Dəniz Qüvvələrinin diqqətini cəlb etdi, lakin büdcə yetərli olmadı. 1993-cü ildə Bell İngiltərənin yeni hücum helikopteri proqramı üçün AH-1W əsaslı bir versiya təklif etdi. Törəmə CobraVenom müasir bir rəqəmsal kokpit təqdim edirdi və TOW, Hellfire və ya Brimstone raketlərini daşıya bilirdi.
Bell AH-1 SuperCobra
Kobra helikopterləri — Amerika Birləşmiş Ştatlarının istehsalı olan bir hücum helikopteridir. Çox saylı istehsalı və ixracı ilə diqqət cəlb etmişdir. Hələ də, Kobra helikopterlərinin inkişaf etdirilmiş versiyası olan Super Kobralar bəzi ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur. Kobra helikopterlərinin ən inkişaf etdirilmiş modeli Super Kobra helikopter (Bell AH-1W) modelinin ABŞ dəniz piyadaları korpusu üçün daha da təkmilləşdirilmiş olan versiyasının üzərində işlərin davam etdirilməsi haqqında müəyyən məlumatlar mövcuddur. Bu modelə də AH-1Z Viper Cobra adı verilmişdir. == Xüsusiyyətləri == Super Kobraların yüksüz ağırlıqları 4670 kiloqram olub yüklü ağırlıqları təxminən 6690 kiloqramdır. 16 metr 26 sm-lik bir uzunluğa malikdirlər. Qanadlarının açıq formada eni təxmini olaraq 13,40 metrdir. Hündürlüyü 5,5 metr civarındadır. Bütün təkmilləşdirilmiş hücum helikopterlərində olduğu kimi bir pilot və bir pilot köməkçisi (silah işlərinə baxır) olmaqla ekipajı iki nəfərdən ibarətdir.
.af
.af — Əfqanıstanın internet kodu
AF Holding
AF Holdinq 1991-ci ildən fəaliyyət göstərən Şirkətlər Qrupudur. Holdinqin baş ofisi Moskvada yerləşir, Bakı və Londonda flialları vardır. AF Holdinq həm Bakıda, həm də xaricdə tikinti, istehsal, əmlak və turizm sektorlarında fəal fəaliyyət göstərir. == Qrup şirkətləri == AF Bank Azərbaycan VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur. Everton Uğur 97 Muradlı AFSAN Plastik AF Pen AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.
AF Holdinq
AF Holdinq 1991-ci ildən fəaliyyət göstərən Şirkətlər Qrupudur. Holdinqin baş ofisi Moskvada yerləşir, Bakı və Londonda flialları vardır. AF Holdinq həm Bakıda, həm də xaricdə tikinti, istehsal, əmlak və turizm sektorlarında fəal fəaliyyət göstərir. == Qrup şirkətləri == AF Bank Azərbaycan VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur. Everton Uğur 97 Muradlı AFSAN Plastik AF Pen AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.
Ha*Ash
Ha*Ash — Pop country üslubunda mahnılar ifa edən Luizianalı musiqi qrupu.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Ağ at mağarası
"Ağ at "— Gürcüstanın qərbində, Abxaziya Muxtar Respublikasının, Qafqaz dağlarının Arabika massivində yerləşən mağara. Mağara inzibati baxımdan Qaqra rayonu ərazisinə aiddir. Mağaranın ümumi uzunluğu — 268 m, dərinliyi — 110 m, sahəsi — 4200 m², həcmi — 40.000 m³, mağara girişinin hündürlüyü — 2300 metrdir. Bəzi mənbələrə görə mağaranın dərinliyi və uzunluğu daha çoxdur: 167 m və 600 m. == Ümumi məlumat == Mağaraya giriş Joekvara çayının troq mənşəli dərəsinin yuxarı hissəsində yerləşir. Mağara Didvake şilsiləsinin şimal yamacında, su ayrıcı xəttə yaxın ərazidədir. Mağara meylli qalereyadan və onu açılan 70 metrlik bir quyudan ibarətdir. Ağ at mağarası əsasən əhəng daşlı, çökmə və karbonatlı süxurlardan təşkil olunub üst yura dövrünə aiddir. Mağara daxilindəki quyuya qar və buz uçqunları səbəbi ilə daxil olmaq mümkünsüz. Ana süxur ilə uçüun arasında illər keçdikcə dar keçid formalaşmışdır.
The Last of Us
The Last of Us — Naughty Dog tərəfindən hazırlanan, fəaliyyət-macəra və həyatda qalma-qorxu növlərindəki, Sony Computer Entertainment tərəfindən yalnız PlayStation 3 üçün yayımlanan videooyunu. 10 dekabr 2011'dəki Spike Video Oyunu Mükafatları əsnasında elanı edilmiş olmaqla birlikdə dünya səviyyəsində 14 iyun 2013, Yaponiya'da 20 iyun 2013 satışa təqdim edilmişdir. PlayStation 4 üçün təşkil edilən və The Last of Us Remastered adını daşıyan versiyası isə Şimali Amerika'da 29 iyul, Avropa və Avstraliyada 30 iyul, Birləşmiş Krallıqda isə 1 avqust 2014 tarixlərində nümayiş olunmuşdur. == Haqqında == Oyun bütün dünyanı qucaqlayan və yoluxanları bir neçə saat içərisində insanlara hücum edən varlıqlara çevirən epidermiya xəstəliyinin başlamasından iyirmi il sonrasını, 2033-cü ili mövzu alır. Xəstəlik səbəbiylə mədəniyyət böyük ölçüdə məhv olmuş və fərqli qruplar halında yaşamaq məcburiyyətində qalan insanlar, həyatda qala bilmək üçün bir-birləri və xəstəliklilərə qarşı mübarizə etmək məcburiyyətində qalmışdır. Bu post apokaliptik mühitdəki Amerika Birləşmiş Ştatları'nda keçən oyun, orta yaşlardakı kişi xarakter Joel'un (Troy Baker'ın səsləndirməsi və canlandırması ilə), xəstəliyə qarşı immuniteti olan gənc qız Ellie'yi (Ashley Johnson'ın səsləndirməsi və canlandırması ilə) işıldaquş adlı separatçı bir qrupa çatdırması əsnasında ikilinin başından keçənləri mövzu alır. Oyunun böyük bir qismində Joel, oyunçular tərəfindən nəzarət edilir və qarşılaşılan müxtəlif çətinliklərin öhdəsindən gəlməyə çalışır. Ümumi olaraq müsbət reaksiyalarla qarşılaşan The Last of Us; müxtəlif oyun araşdırmalarını yığan və orta bir bal təyin edən veb saytlarından Metacritic'də 100 üzərindən 95, GameRankings'də isə %95,04'lik orta tutdu. Bu ortalamalarla birlikdə PlayStation 3 platforması üçün ilin və bütün zamanların ən yaxşı on oyunu arasında sadalandı. İlk həftəsində 1,3 milyondan üzərində nüsxə sataraq Grand Theft Auto V 'in ardından, 2013-cü ildə nümayiş olunan oyunlar arasında ilk həftəsində ən çox satılan ikinci oyun oldu.
The Story of Us
“Bizim Hekayə” — rejissor Rob Reynerin çəkdiyi, baş rollarda Bruce Willis və Mişel Pfayferin oynadığı komediya, melodram janrında olan filmdir. == Süjet xətti == Ben və Keti on beş ildir evlidirlər, lakin onlar artıq bir-birləri ilə sakit danışa, öz aralarında razılığa gələ bilmirlər və ayrılmaq ərəfəsindədirlər. Bütün yaxınlaşma cəhdləri evlilik illərində yığılan aqressiyalara görə müsbət nəticələr vermir və mübahisələrlə başa çatır. Ancaq sonda həyat yoldaşları bir-birlərini bütün çatışmazlıqlarla qəbul etməyə güc tapacaqlar ...
Al və ağ qızılgül müharibələri
Al və ağ qızılgül müharibələri (ing. The Wars of the Roses) — İngiltərədə Plantagenetlər kral sülaləsinin iki qolu – Lankasterlər (1399–1461) və Yorklar (1461–1485) arasında 1455–1485-ci illərdə hakimiyyət uğrunda baş vermiş daxili müharibələr. Lankasterlərin gerblərində al qızılgül, Yorkların gerblərində isə ağ qızılgüı təsvirləri var idi. Lankasterlər iqtisadi cəhətdən geridə qalmış şimalın və Uelsin baronlarına, Yorklar isə inkişaf etmiş cənub-şərqin "yeni zadəganlar"ına arxalanırdılar. "Yeni zadəganlar" və varlı şəhər əhalisi ticarətin maneəsiz inkişafında maraqlı olduqları üçün Yorkları dəstəkləyirdilər. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan VII Henri hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin (1485–1603) hakimiyyət dövrü başlandı.
.ac
.ac - Askension adasının ölkə internet kodu
.ad
.ad — Andorranın internet kodu
.ae
.ae — Birləşmiş Ərəb Əmirliklərinin internet kodu
.ag
.ag — Argentinanın internet kodu.
Üç üz (film, 2018)
Üç üz (fars. سه رخ‎ — Sə rüx) — Cəfər Pənahinin 2018-ci ildə çəkdiyi dram janrında filmdir. Filmdə iranlı üç qadının taleyindən bəhs edilir. == Filmin mövzusu == Məhdud büdcə ilə çəkilmiş bu minimalist filmdə baş rollarda Behnaz Nəcəfi, Mərziyyə Rzayi və rejissorun özü çəkilib. Film əsasən aktrisa olmaq istədiyi üçün ailəsinin təzyiqləri ilə üzləşən gənc bir qızın həyat hekayəsindən bəhs edir. Ümumilikdə isə filmdə üç iranlı aktrisanın həyatından bəhs edilir. Onlardan biri İslam İnqilabından sonra kinodan getməyə məcbur olan aktrisa, ikincisi müasir populyar aktrisa, digəri isə aktyorluq məktəbinin tələbəsidir. Filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və peşəkar problemlər göstərilir. == Mükafatlandırılması == Cəfər Pənahiyə siyasi fikirlərinə görə İranda iyirmi illik kino çəkmək və ölkəni tərk etmək qadağan edilməyinə baxmayaraq o, qadağa dövründə dörd film ərsəyə gətirmişdir. Bu filmlərdən sonuncusu məhz "Üç üz" filmidir.
Grimgar of Fantasy and Ash
Grimgar of Fantasy and Ash və ya Yaponiyada tanınan adı ilə Hai to Gensou no Grimgar (灰と幻想のグリムガル, Hai to Gensō no Gurimugaru, azərb. Fentezi və Kül Qrimqarı‎) – Eyri Şirayın rəssamlığı ilə Ao Cuumonci tərəfindən yazılan ranobe seriyası. Bir qrup insanın özlərini qəfildən Qrimqar adlı fentezi dünyasında tapmasından və bu dünyaya adaptasiya olub sağ qalmağa çalışmasından bəhs edir. Overlap Bunko tərəfindən 25 iyun 2013-cü ildən bu yana 19 cildi buraxılmışdır. Mutsumi Okubaşi tərəfindən yazılan manqa adaptasiyası 22 aprel 2015-ci ildən 22 iyun 2016-cı ilə kimi Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında serializasiya olunmuşdur. 2016-cı ildə ranobe əsasında A-1 Pictures studiyası tərəfindən 12 seriyalıq anime serialı adaptasiyası çəkilmişdir. Ranobe J-Novel Club və Seven Seas Entertainment, manqa adaptasiyası Yen Press tərəfindən Şimali Amerikada lisenziyalaşdırılmışdır. == Məzmun == Günlərin bir günü bir qrup gənc özlərini Qrimqar adlı fentezi dünyasında oyanmış halda tapırlar. Sadəcə adlarını xatırlayan bu insanlar bu dünyaya haradan gəldiyini bilmirlər, lakin buraya aid olmadıqlarını hiss edirlər. Oyunda ilişdiklərindən xəbərləri olmayan bu insanların tək çarəsi yeni dünyaya adaptasiya olub sağ qalmaqdır.
.bf
.bf — Burkina-Fasonun internet kodu.
.cf
.cf — Mərkəzi Afrika Respublikasının internet kodu.
.nf
.nf — Norfolkun internet kodu.