Ah, ədalət!
Ah, ədalət! — qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər.
== Məzmun ==
Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir. Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur.
== Filmin üzərində işləyənlər ==
Əsər müəllifi: Nafilə Abuzərli
Rejissor: Mirzə Əliyev
Operator: Abbasağa İmanov
Rəssam: Rəfael Əlizadə
== Rollarda ==
Nazir Rüstəmov — Hüseyn Cavid
Azad Şükürov — Cavidin tərəfdarı
Məleykə Məmmədova — Mişkinaz Cavid
Əfqan Soltanov — Cavidin tərəfdarı
Kazım Abdullayev — Cavidə qarşı çıxan
Rafiq İbrahimov — Cavidə qarşı çıxan
Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan
== Film haqqında ==
Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.