Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Angel Beats!
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!, azərb. Mələk ritmləri!‎) — Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar və hər ikisi "Kanon", "Air" və "Clannad" vizual romanlarının istehsalında iştirak etmişdilər. Anime serialı Yaponiyada 2010-cu ilin 3 aprelindən 26 iyununa kimi yayımlanmışdır. Birinci OVA seriyası 2010-cu ilin dekabrında, ikinci OVA seriyası 2015-ci ilin iyununda buraxılmışdır. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində olan personaj öldükdən sonra yaddaşını itirən Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyasındakı bir məktəbə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır.
Angel Qahona
Angel Qahona (tam adı: Angel Eduardo Qahona Lopez, isp. Ángel Eduardo Gahona López, 14 yanvar 1976, Manaqua – 21 aprel 2018, Blufilds[d]) — Nikaraqua jurnalisti, müxbiri və kinooperatoru. O, 21 aprel 2018-ci ildə, Prezident Daniel Orteqaya qarşı keçirilən etiraz aksiyaları zamanı "Noticiero El Meridiano" internet kanalı üçün "Feysbuk" sosial şəbəkəsində birbaşa efirdə olarkən öldürülmüşdür. Hadisə Nikaraqua ictimaiyyətində böyük iğtişaşa səbəb olmuşdur. == Bioqrafiya == Angel Eduardo Qahona Lopez 14 yanvar 1976-cı ildə Nikaraquanın paytaxtı olan Manaqua şəhərində keşiş ailəsində anadan olmuşdur. O, bir müddət Venezuelada yaşamış, burada kameralarla məşğul olmuşdur. Ali təhsilini Nikaraquanın Karib Sahilinin Muxtar Regionları Universitetində rabitə elmləri üzrə alan Qahona, məzun olduqdan sonra Blufilds şəhərində köçmüşdür. Qahona 2004-cü ildə Miqelyuit Sandoval ilə evləndikdən sonra həyat yoldaşı ilə birlikdə "Noticiero El Meridiano y Meridiano Radio" təşkilatına qoşulmuşdur. Burada, Qahona müxbir, Sandoval isə təqdim edən olaraq işləmişdir. === Şəxsi həyatı === Evli idi, iki uşağı var idi.
Morbid Angel
Morbid Angel — 1984-cü ildə Floridada yaranmış death metal qrupu. == Qrup haqqında == Morbid Angel 1984-cü ildə Floridada yaranmış death metal qrupudur. Qrupun 1989-cu ildə hazırladığı Altars of Madness adlı albomu Böyük Britaniyanın Terrorizer musiqi jurnalının "Top 40 ən böyük death metal albomu" siyahısında ilk sırada yer almışdır. Decibel jurnalı isə "ən yaxşı death metal gitaristi" siyahısında Trey Azagthoth'u birinci sıraya layiq görmüşdür. Morbid Angel ABŞ'da albomları ən çox satan üçüncü (445.000, Cannibal Corpse və Deicide'dan sonra) death metal qrupudur. Qrupun üçüncü albomu "Covenant" 127.000 satış ilə bütün dövrlərin ən çox satan death metal albomu olmuşdur. Qrupun orijinal musiqi bəstələri Satanizm, akkultizm və Anti-Xristian mövzusu üzərində qurulmuşdur. 1991-ci ildə alman jurnalı Rock Hard-ın keçirdiyi sorğuda, qrupun "Altars of Madness" albomu bütün dövrlərin ən yaxşı metal albomları siyahısında 12-ci yeri tutmuşdur.
Angel Beats! musiqisi
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!, azərb. Mələk ritmləri!‎) — Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı. Anime serialının istehsalında Cun Maeda böyük rol oynamışdır. Ssenarini o yazmış, musiqini Anant-Garde Eyes qrupu ilə birlikdə bəstələmiş, Na-Ga ilə birlikdə personajları dizayn etmişdir. Maeda və Na-Ga vizual roman brendi olan Key şirkətinin əməkdaşlarıdırlar. 2015-ci ildə Key anime əsasında vizual roman istehsal edib buraxmışdır. "Angel Beats!" diskoqrafiyası iki studiya albomundan, bir yığma albomdan, səkkiz sinqldan, bir saundtrekdən və bir remiks albomundan ibarətdir. Orijinal saundtrek 2010-cu ildə Key Sounds Label tərəfindən istehsal olunmuşdur. Saundtrek musiqisi Cun Maeda və Anant-Garde Eyes qrupu tərəfindən bəstələnmişdir.
Battle Angel (OVA)
Battle Angel (azərb. Döyüş mələyi‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu, azərb. Silah yuxusu‎) – Yukito Kişironun "Battle Angel Alita" manqası əsasında çəkilmiş anime OVA-sı. 1993-cü ildə çəkilmiş, "Paslı mələk" və "Göz yaşı işarələri" adlı iki seriyadan ibarət OVA manqaya giriş xarakteri daşıyır. OVA orijinal manqanın I və II cildlərinin adaptasiyasıdır və xeyli fərqlər var. Manqa müəllifi Kişiro manqa ilə məşğul olduğunu və anime ilə ciddi maraqlanmadığını bildirmişdir. Onun yeni anime adaptasiyası çəkmək planları yoxdur. 21 dekabr 2018-ci ildə böyük büdcəli Hollivud film adaptasiyasının buraxılması planlaşdırılır. OVA yaddaqalan saundtreki və "Cyborg Mermaid" mahnısı ilə xatırlanır. Yaponiyada kifayət qədər maraq əldə etməsə də, ABŞ-də tənqidçilər OVA-nı 1990-cı illərdə ingilis dilinə tərcümə edilmiş ən yaxşı animelərdən biri hesab edir.
Battle Angel Alita
Battle Angel Alita (azərb. Döyüş mələyi Alita‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu, azərb. Silah yuxusu‎) – Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış və Shueisha nəşriyyatının "Business Jump" jurnalında nəşr olunmuş manqa seriyası. Yaponiyada 9 cildi buraxılmışdır. İki cildi əsasında iki seriyalıq OVA adaptasiyası çəkilmiş və Şimali Amerikada ADV Films, Avstraliya və Yeni Zelandiyada isə Manga Entertainment tərəfindən buraxılmışdır. Manga Entertainment animeni ingilis dilinə dublaj da etmişdir. "Alita: Döyüş mələyi" adlı ABŞ bədii film adaptasiyasının 21 dekabr 2018-ci ildə buraxılması planlaşdırılır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibernetika həkimi tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir.
Angel Beats! seriyalarının siyahısı
Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!, azərb. Mələk ritmləri!‎) Na-Ga-nın personaj dizaynerliyi ilə Cun Maedanın orijinal konsepsiyasına əsaslanan 13 seriyadan ibarət Yaponiya anime serialıdır. Maeda ilə Na-Ga "Kanon", "Air" və "Clannad" kimi məşhur oyunları istehsal etmiş Key vizual roman brendinin əməkdaşlarıdırlar. Anime Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən çəkilmişdir. Baş animasiyaçı Katsuzo Hirata da personaj dizayneri olmuş, Maeda ssenarini yazmışdır. Musiqi Maeda və Anant-Garde Eyes tərəfindən bəstələnmişdir və Satoki İidanın səs rejissorluğu ilə Aniplex tərəfindən istehsal olunmuşdur. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində öldükdən sonra yaddaşını itirmiş Yuzuru Otonaşi adlı oğlandır. Otonaşi axirət dünyası məktəbinə qatılır və Yuri Nakamura adlı qızla rastlaşır. Yuri ona Axirət Dünyası Cəbhəsi (死んだ世界戦線, Shinda Sekai Sensen (SSS)) adlı təşkilata qoşulmağa dəvət edir.
Anglo-Frisian dil qrupu
Anglo-Frisian dil qrupu (Anglo-Frisian group, Şablon:Lang-en-short) — Hind-Avropa dillərinin Qərbi Alman qrupuna aiddir və ingilis və friz dillərini əhatə edir. Digər Qərbi Alman dillərindən bir neçə səs dəyişikliyi ilə seçilir. Erkən Anglo-Frizian və Old Sakson dilli əhali dil birlikləri yaratmaq üçün kifayət qədər yaxın yaşayırdılar. Beləliklə , hər iki dil Anglo-Frisian dil qrupuna xas olan bəzi xüsusiyyətləri paylaşır . Ancaq ümumi mənşəyinə baxmayaraq, Anglo- və Frizian-qrupları tamamilə fərqlidir. Bu, Norse və Fransızların güclü təsiri ilə bağlıdır. Friz dili qrupu hazırda Hollandiya və ona bitişik Aşağı Alman dialektləri ilə böyük üst-üstə düşdüyünə görə Qərbi Alman dialekt kontinuumuna daxil edilmişdir. Digər tərəfdən, ingilis dilləri friz dilindən daha çox Şimali Alman və qeyri-german dillərinin təsirinə məruz qalmışdır.
Battle Angel Alita dünyası
Battle Angel Alita və ya Yaponiyada tanınan adı ilə Gunnm Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış manqa seriyasıdır. Manqa seriyasında kibertibb mütəxəssisi Daysuke İdo tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita kəllə ovçusuna çevrilir və özünün kim olduğu öyrənmək qərarına gəlir. Yukito Kişiro daha sonra "Ashen Victor" adlı spin-off manqası və "Battle Angel Alita: Last Order" ilə "Battle Angel Alita: Mars Chronicle" adlanan iki sikvel manqası yaratmışdır. Manqaka Yukito Kişiro manqa seriyasına uyğun olaraq postapokaliptik dünya yaratmışdır. Hadisələrin böyük hissəsi XXVI əsrdə Tiferes və Xarabalıq adlanan iki şəhərdə baş verir. "Ashen Victor" manqasında isə hadisələr əsasən Xarabalıq və Bedlenddə cərəyan edir. Xronoloji baxımdan üç manqada hadisələr ümumilikdə 20 il ərzində baş verir. "Last Order" manqasına dünyanın izahı daha geniş verilmişdir.
Dark Angel (musiqi qrupu)
Dark Angel (azərb. Qaranlıq mələyi‎) — 1981-1992 və 2002-2005-ci illərdə mövcud olmuş ABŞ musiqi qrupudur. "Dark Angel" musiqi qrupu 2013-cü ildə yenidən formalaşmışdı. == Yaranma == "Dark Angel" musiqi qrupu 1981-ci ildə Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Dauni şəhərində formalaşmışdı. Musiqi heyətinin tərkibinə Cim Durkin (ing. Jim Durkin), Don Doti (ing. Don Doty) və Rob Yan (ing. Rob Yahn) daxil idi. Bu qrupun 1985-ci ildə "We Have Arrived" adlı albomu işıq üzü görür. Albomun treklərinin stilləri hevi-metal və spid-metal janrlarına bənzəyirdi.
Battle Angel Alita: Mars Chronicle
Battle Angel Alita: Mars Chronicle (azərb. Döyüş mələyi Alita: Mars xronikası‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm: Kasei Senki (銃夢火星戦記, azərb. Silah yuxusu: Mars müharibə xronikaları‎) – Yukito Kişiro tərəfindən yazılan və çəkilən manqa seriyası. "Battle Angel Alita" manqa seriyasının davamıdır. "Battle Angel Alita: Last Order" manqasının sikveli olan bu manqa "Battle Angel Alita" franşizinin son hissəsidir. == Məzmun == Manqada hadisələr Yoko (Alita) və Erikanın Qelda tərəfindən mina ərazisindən xilas edilməsi ilə başlayır. Daha sonra süjet indiki vaxta çəkilir: Alita ZOTT-dan bir neçə il sonra əvvəllər yaşadığı yerdəki yetimxananı ziyarət etmək üçün Marsa yollanır. O, burada Erika ilə tanış olur və dərhal Mars güc mübarizəsinə daxil olur. Süjet xətti yenə Yuko və Erikanın uşaqlıqlarına qayıdır. İkisi yollarını ayırır və Erikanın Marsda gizli xəzinə axtaran Baron Muster adlı cinayətkarla olan macəralarından bəhs edilir.
Battle Angel Alita fəsillərinin siyahısı
"Battle Angel Alita" və ya Yaponiyada tanınan adı ilə "Gunnm" Yukito Kişiro tərəfindən çəkilmiş və yazılmış manqa seriyasıdır. Manqa seriyasının yayımlanması 15 dekabr 1990-cı ildə Shueisha nəşriyyatının "Business Jump" jurnalında başlamış, 1 aprel 1995-ci ildə isə başa çatmışdır. Bu müddət ərzində manqanın 53 fəsli çap olunmuşdur. Manqa Alita adlı (orijinal yapon versiyasında Qalli) yaddaşını itirmiş kiborq qızdan bəhs edir. Daysuke İdo adlı kibertibb mütəxəssisi tərəfindən tullantıların arasından tapılmış Alita əslində kim olduğunu və keçmişini öyrənməyə çalışır. Hadisələr XXVI əsrdə Tiferes (orijinal yapon versiyasında Salim) və Xarabalıq adlı uydurma şəhərlərdə cərəyan edir. Shueisha nəşriyyatı manqanın fəsillərini tankobon cildlərdə toplamışdır. İlk cild 19 sentyabr 1991-ci ildə, sonuncu – 9-cu cild isə 19 iyul 1995-ci ildə buraxılmışdır. Yukito Kişiro manqanın davamı xarakteri daşıyan daha iki manqa seriyası yaratmışdır. Birincisi, "Battle Angel Alita: Last Order" manqa seriyası 18 noyabr 2000-ci ildən 28 yanvar 2014-cü ilə kimi nəşr olunmuşdur.
Battle Angel Alita personajlarının siyahısı
Battle Angel Alita və ya Yaponiyada tanınan adı ilə Gunnm Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış manqa seriyasıdır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibertibb mütəxəssisi Daysuke İdo tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir və özünün kim olduğu öyrənmək qərarına gəlir. Manqa seriyasında bir çox personajdan istifadə olunmuşdur. Manqa əsasında iki seriyalıq OVA və Hollivud film adaptasiyası çəkilmişdir. OVA və filmdə bəzi personajlarda dəyişikliklər edilmişdir. == Əsas personajlar == === Qalli / Alita === Garyi (ガリィ?) Səsləndirən: Miki İto; Canlandıran: Roza Salazar Alita ya da Yaponiyada tanınan adı ilə Qalli seriyanın əsas protaqonistidir. Daysuke İdo Xarabalıqda onun salamat qalmış beynini tapır, ona yeni bədən düzəldir və ona Alita (Qalli) adını verir. Alita Daysuke İdo tərəfindən tapılanda Panzer Kunst adlı qədim döyüş texnikasından başqa heç nəyi xatırlamadığını kəşf edir.
Battle Angel Alita: Holy Night and Other Stories
Battle Angel Alita: Holy Night and Other Stories (azərb. Döyüş mələyi Alita: Müqəddəs gecə və digər hekayələr‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm Gaiden (銃夢外伝, azərb. Silah yuxusu qaydeni‎) – Yukito Kişiro tərəfindən yazılmış və çəkilmiş manqa. "Battle Angel Alita" manqa seriyası üçün qayden xarakteri daşıyır. == Məzmun == Manqa 4 qısa hekayədən ibarətdir: "Müqəddəs gecə", "Supersonik barmaqlar", "Evə qayıdış" və "Barjack rapsodiyası". Hadisələr "Battle Angel Alita" ilə "Battle Angel Alita: Last Order" manqaları arasında zaman dilində baş verir. Qaydendəki bəzi personajlar orijinal manqada görünməmişdir. "Müqəddəs gecə" hekayəsi s.d. 571-ci ildə baş verir. Tiferesdən atılan Daysuke İdo sirli gənc qadını xilas edir.
Anql
Anql — tayfa.
Anqel Qahona
Angel Qahona (tam adı: Angel Eduardo Qahona Lopez, isp. Ángel Eduardo Gahona López, 14 yanvar 1976, Manaqua – 21 aprel 2018, Blufilds[d]) — Nikaraqua jurnalisti, müxbiri və kinooperatoru. O, 21 aprel 2018-ci ildə, Prezident Daniel Orteqaya qarşı keçirilən etiraz aksiyaları zamanı "Noticiero El Meridiano" internet kanalı üçün "Feysbuk" sosial şəbəkəsində birbaşa efirdə olarkən öldürülmüşdür. Hadisə Nikaraqua ictimaiyyətində böyük iğtişaşa səbəb olmuşdur. == Bioqrafiya == Angel Eduardo Qahona Lopez 14 yanvar 1976-cı ildə Nikaraquanın paytaxtı olan Manaqua şəhərində keşiş ailəsində anadan olmuşdur. O, bir müddət Venezuelada yaşamış, burada kameralarla məşğul olmuşdur. Ali təhsilini Nikaraquanın Karib Sahilinin Muxtar Regionları Universitetində rabitə elmləri üzrə alan Qahona, məzun olduqdan sonra Blufilds şəhərində köçmüşdür. Qahona 2004-cü ildə Miqelyuit Sandoval ilə evləndikdən sonra həyat yoldaşı ilə birlikdə "Noticiero El Meridiano y Meridiano Radio" təşkilatına qoşulmuşdur. Burada, Qahona müxbir, Sandoval isə təqdim edən olaraq işləmişdir. === Şəxsi həyatı === Evli idi, iki uşağı var idi.
Anqel şəlaləsi
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. == Haqqında == Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Kleman Lanqle
Kleman Lanqle (fr. Clément Lenglet; 17 iyun 1995, Madrid) — Fransa milli komandasının və İspaniyanın Barselona klubunun müdafiəçisi. == Həyatı == 17 iyun 1995-ci ildə Fransada anadan olub.
Şahzadə Çanqle
Çanqle (长乐公主) — Qərbi Vey dövlətindən şahzadə, Göytürklərin ilk xatunu. 551-ci ilin iyunu Bumın xaqanla evlənmişdir.
Anqlo-sakslar
Anqlosakslar — şimali german tayfaları (anqllar, sakslar, habelə yutlar və frizlər). V əsrin ortalarından VI əsrin axırlarına qədər davam edən Britaniyanın anqlosaks istilası britlərin əksəriyyətinin qırılması, qalanlarının isə Uelsə, Şotlandiyaya və qitəyə (indiki Bretan) sıxışdırılması ilə nəticələndi. Normand istilasına kimi mövcud oldular.
Anql-Afrikalılar
Anql-Afrikalılar – CAR-da xalq. == Ümumi məlumat == Bir qismi Zimbabve, Namibiya, Yeni Zelandiya, Avstraliya, B.Britaniya, Kanada və ABŞ-də yaşayırlar. Sayı təqribən 2 mln. nəfərdir (1995). Anql-Afrikalılar ingilis dilinin Cənubi Afrika dialektində danışırlar. Afrikaans dili də yayılmışdır. Dindarları xristiandır. Anql-Afrikalılar B.Britaniyalıların nəsilləridir. Onların etnogenezində İrlandiya, Almaniya, Hollandiya və Fransadan, həmçinin Afrikadakı ingilis müstəmləkələrindən köçüb gələnlər də iştirak etmişlər. İlk dəfə 1620-ci ildə bura gələn ingilislər 19-cu əsrin əvvəlinədək hollandlar tərəfindən assimilyasiya edilmişdir.
Anql-Avstraliyalılar
Anql-Avstraliyalılar, avstraliyalılar – Avstraliyanın əsas əhalisi, xalq. == Ümumi məlumat == Sayı 13,8 mln. nəfərdir (2000). Həmçinin Yeni Zelandiya, Papua–Yeni Qvineya, B.Britaniya, ABŞ və s. ölkələrdə yaşayırlar. İngilis dilinin Avstraliya variantında danışırlar. Dindarları xristiandır. Anql-Avstraliyalılar etnogenezində, əsasən İrlandiya, Şotlandiya və İngiltərədən, həmçinin İtaliya, Almaniya və Niderlanddan köçüb gələnlər iştirak etmişlər. 19-cu əsrin 50-ci illərində qızıl yataqlarının kəşf edilməsindən sonra B.Britaniyadan bu yerlərə mühacirət daha da gücləndi. Avstraliyanın müstəmləkələşdirilmə dövründə aborigenlər – avstraliyalılar və tasmaniyalılar məhv edilir və ya əlverişsiz ərazilərə sıxışdırılırdı.
Anql-Hindlilər
Anql–Hindlilər, (avrasiyalılar, ferinqlər, paranqlar, topaslar) – Hindistanda etnik qrup. == Ümumi mlumat == Sayı 45 min nəfərdən çoxdur (2000). Anql-Hindlilər avropalılarla (portuqallar, hollandlar, fransızlar, ingilislər və b.) hindlilərin qarışıq nikahları nəticəsində meydana gəlmişdir. Avstraliya, Kanada və Avropa ölkələrində də yaşayırlar. İngilis dilində danışırlar. Dindarları xristiandır. Əsasən şəhərlərdə yaşayırlar. İdarəçilik, təhsil, tibb, mədəniyyət, dəmiryolu nəqliyyatında və digər sahələrdə çalışırlar.
Anql-Kanadalılar
Anql-Kanadalılar – Kanadanın iki əsas xalqından biri. == Ümumi məlumat == Sayı 10,8 mln. nəfərdir (1995). B.Britaniya, ABŞ və s. ölkələrdədə yaşayırlar. İngilis dilinin Kanada variantında danışırlar. Dindarları xristianlardır. 16–20-cı əsrlərdə Avropadan (ingilislər, şotlandlar, irlandlar, almanlar, hollandlar və s.), sonralar isə ABŞ-dən köçüb gələn qrupların inteqrasiyası nəticəsində formalaşmışlar. Müasir mədəniyyətlərində Amerikanın təsiri güclüdür.
AEGEE
AEGEE (fr. Association des États Généraux des Étudiants de l'Europe) , yaxud Avropa Tələbələr Forumu, Avropanın ən böyük, transmilli tələbə təşkilatlarından biridir. 1985-ci ildə Parisdə əsası qoyulan AEGEE, hal-hazırda öz əlaqələrini genişləndirərək Avropanın 40 ölkəsinin 147 şəhərindən olan 13.000 tələbəni özündə birləşdirir. İdarə heyəti və baş ofisi Brüsseldə olan AEGEE-nin Rusiya, Türkiyə və Qafqaz da daxil olmaqla, Avropadakı universitet şəhərlərində 200 -dən çox yerli şöbələri (antenna) mövcuddur. Qeyri-hökumət, siyasi cəhətdən müstəqil, heç bir gəlir marağında olmayan bu təşkilat bütün sahələrdən və fakültələrdən olan tələbələrin və gənclərin üzünə açıqdır. Təşkilatın əsas məqsədi bərabərhüquqlu, demokratik və sərhədsiz - vahid Avropa məkanı yaratmaqdır. Hər il şəbəkə daxilində yüzlərlə konfrans, təlim və tədbirlər təşkil edilir. Həyata keçirilən bütün layihələr və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. == Təşkilatın tarixi == 1985 Assosiasiyanın əsası 16 Aprel 1985-ci ildə EGEE 1 konfransının (États Généraux des Étudiants de l'Europe) nəticəsi olaraq Parisdə: Leyden, London, Madrid və Milandan olan tələbələrin toplantısı zamanı qoyulmuşdur. Bu toplantı Parisdəki beş “Grandes Écoles” ilə birlikdə qurucu prezident Franck Biancheri tərəfindən təşkil edilmişdir.
AGLAE
AGLAE (fr. Accélérateur Grand Louvre d'analyse élémentaire) – Parisdə yerləşən Luvr muzeyinin şüşə piramidasının altında, 15 metr dərinlikdəki zirzəmidə saxlanılan muzeyin zərrəcik sürətləndiricisi. 1988-ci ildən bəri muzeyin bir parçasıdır.Araşdırmaçılar əsərlərin hazırlandığı maddələri öyrənmək və orijinallıqlarını təsdiqləmək üçün AGLAE-nin proton və alfa zərrəcik şüalarını istifadə edir. Bir obyektin tərkibindəki elementlərin miqdarı və kombinasiyaları, mineralın çıxarıldığı mədənlərə və obyektin nə vaxt hazırlandığına dair barmaq izi kimi məlumat verə bilər. == İstifadəsi == Alimlər AGLAE-dən Fransız hökumətinin Napoleon Bonaparta hədiyyə etdiyi bir qılınc qınının təmiz qızıldan hazırlandığını yoxlamaq (həqiqətən elə idi) və "Oturmuş Katib" adlı 4500 illik Misir heykəlinin canlı kimi görünən gözlərindəki mineralları müəyyən etmək üçün də istifadə etdilər (qara qaya kristalı, ağ maqnezium karbonat və damarlar üçün də qırmızı dəmir oksid). Bu, müvafiq araşdırma sahəsi üçün istifadə edilən yeganə zərrəcik sürətləndiricisidir.Maşını idarə edən qrupun rəhbəri Kler Paçekodur. Paçeko Bordo Universitetində antik əşyalar sahəsində doktorluq dərəcəsi almaq üçün AGLAE-də ion-şüalanmaları analizləri ilə işə başlamışdır. 2011-ci ildə qrup lideri olan Paçeko sürətləndiricini üç mühəndisdən ibarət olan komandayla birlikdə idarə edir. Fiziklər və mühəndislər araşdırmalarını kuratorlar və sənət tarixçiləri ilə birlikdə aparır.AGLAE-nin ən əhəmiyyətli xüsusiyyətlərindən biri əsərlər üzərində tədqiqat aparılarkən zərər verməməsidir. Əgər söhbət mədəni mirasdan gedirsə bu ilk prioritet olur.
Algae
Yosunlar (lat. Algae) — çoxhüceyrəli orqanizmlər. == Tarixi == torpaqlar digər adı ilə mamırlar Yer kürəsi üzərində 3 milyon il əvvəl meydana gəlmiş və təxminən 1,5–2 milyon il planetimizin vahid canlıları olmuşlar. Bu qədim aerob fotosintezedici orqanizmlərin sayəsində heterotroflar yaşaya bilmişlər. Yer üzərində üzvi maddənin sintezində yosunların mühüm rolu vardır. Bu orqanizmlər günəş düşən durğun sularda dənizdə, hətta qayalar üzərində və s. geniş yayılmışdır. Bunların 125 000-dən çox növləri məlum deyil == Yosunların formaları == Yosunlar ibtidai avtotrof bitkilər olub, əsasən suda yaşayırlar. Lakin onlara yer kürəsinin hidrosferdən əlavə, atmosfer və litosferin bütün sahələrində təsadüf olunur. Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formalı olub, müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar.
Anime
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Ansel
Ansel (fr. Ancelle, oks. Ancela) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05004. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 831 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına və heyvandarlığa (əsasən qoyunlara) əsaslanır. 1950-ci ildən bəri ailə turizmi inkişaf edir.
Angeln
Angeln yarımadası (alm. Angeln‎, dan. Angel, lat. Anglia) — Yutlandiyanın şərqində yerləşən yarımada. Şimaldan Flensburq, cənubdan Şley fiordları ilə əhatələnir. Müasir Almaniyanın şimal-şərqində yerləşən Şlezviq-Holşteyn vilayətinə daxildir. Anqlların ehtimal edilən tarixi vətənidir. Xalqların böyük köçü dövründə, III əsrdən başlayaraq V əsrin ortalarına kimi qonşu alman tayfaları sakslar, yutlar, frizlər o zaman əsasən xristianlaşdırılmış Roma kelt qəbilələri ilə birlikdə Böyük Britaniya adalarına köçürüldülər. Yerli əhalini sıxışdıran anqllar orada üç krallıq yaratdı: şimali anql — Nortumbriya, orta anql — Mersiya və Şərqi İngiltərə. Eramızın VII—X əsrlərində anqllar və sakslar vahid anqlosaks adı altında müasir ingilis millətini əmələ gətirmişdir.
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Apple
Apple — 1976-cı il aprel ayının 1-də Stiv Cobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompüter firması. Şirkətin mərkəzi ofisi ABŞ-nin Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Cobs rəhbərlik etmişdir. Apple Macintosh, iPhone, Macbook, iPod və iPad şirkətin ən tanınan məhsullarıdır. Apple bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompüterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir. 2007-ci il yanvarın 9-da şirkətin adı Apple Kompüterdən Apple-yə çevrilmişdir. Stiv Jobs dəyişikliyi iPhonenin tanıdıldığı MacWorld Expo 2007 açılış danışmasında eşitdirmişdir. Kompüter sözünün çıxarılmasına səbəb olaraq "Apple kompüter" deyildiyində ağla gələn kompüterin onsuz da Mac olduğuna diqqət çəkilmiş, buna görə şirkətin adının bu ankı məhsulları daha yaxşı əks etdirmək məqsədiylə dəyişdirildiyi ifadə edilmişdir. ABŞ-də 2004-cü ilə olan göstəricilərə görə 204.542.560 kompüter satılmış, onlardan 110.400.000 milyon ədədi Apple olmuşdur.
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Engie
GDF Suez — böyük fransız energetika və qaz şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir. 22 iyul 2008-ci il Gaz de France və Suez şirkətlərinin birləşməsi yolu ilə yaradılmışdır. Əsas şirkət sahibi — Fransanın hökumətidir (35,7 %), aksiyaların 57 % azad müraciətdədir. Direktorlar şurasının sədri və şirkətin baş müdiri - Gérard Mestrallet. Şirkət generasiya, ötürülmə və elektrik enerjisinin, çıxartmanın, nəql etmənin və təbii qazın çatdırılmasının çatdırılması sahəsində, həmçinin alternativ enerji mənbələri sahəsində fəaliyyəti həyata keçirir. Şirkətin personalının sayı — 234,7 min insan (2008-ci il). 2008-ci il ərzində şirkətin gəliri 83,1 milyard avro təşkil etdi, təmiz gəlir — 6,5 milyard avro. Həmçinin GDF Suez Parisdə hər il keçirilən Open GDF Suez nüfuzlu qadın tennis yarışının sponsorudur.
Ankhe
Ankhe (vyet. An Khê) — Vyetnamın Zyalay vilayətində şəhər, birinci dərəcəli inzibati bölgü. Əhalisi 63,118 nəfərdir.Sahildəki Kuinyon və Mərkəzi dağlıqdakı Pleyku arasında mühüm QL-19 magistral yolu üzərində yerləşən Ankhe Vyetnam müharibəsi zamanı strateji əhəmiyyətə malik idi. == Tarixi == 1965-ci ilin avqustunda ABŞ-nin 1-ci süvari diviziyası Ankhe yaxınlığında Kemp Redkliff bazasını qurmuşdu. Həmin ilin sentyabrında şəhərdən 30 km aralıda Annin döyüşü baş vermişdi. Kemp Redkliff 1970-ci ilin sonuna qədər ABŞ ordusunun müxtəlif bölmələri tərəfindən istifadə edilmiş, sonra Vyetnam Respublikası Silahlı Qüvvələrinə təhvil verilmişdir.
Anql (Yuxarı Provans Alpları)
Anql (fr. Angles, oks. Angles) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Andre-lez-Alp kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04007. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 72 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 46 nəfər arasında (15–64 yaş) 26 nəfər iqtisadi cəhətdən fəal, 20 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 56,5%, 1999-cu ildə 58,5%). 26 fəal 25 nəfərdən (15 kişi və 10 qadın) 1 nəfər işsiz idi.
Adele Noyhauzer
Adele Noyhauzer (alm. Adele Neuhauser‎ d. 17 yanvar 1959, Afina) — Avstriyanın teatr və kino aktrisası, Avstriya Film Akademiyasının üzvü. == Bioqrafiyası == 17 yanvar 1959-cu ildə Afinada anadan olmuşdur. Dörd yaşında ailəsi ilə Yunanıstandan Avstriyanın paytaxtı olan Vyanaya köçür. Valideynlər boşandıqda, yunan əsilli atası Qeorq ilə yaşayır. On yaşında biləyindəki vena damarlarını kəsir. Sonra ailədən qaçır, daha bir neçə intihara cəhdlər edir. Adele gənc yaşda aktrisa olmaq istəyir. 1976-1978-ci illərdə Krauss Teatr Məktəbində təhsil alır.
Andlı iclasçı
Andlı iclasçı-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir. == Andlı İclasçılar Kolleqiyası == Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurum.
Andlı öhdəlik
"Andlı öhdəlik" — 1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında bağlanmış saziş. == Haqqında == 1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı. “Andlı öhdəliyə” əsasən: Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı; Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər; Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. == Mənbə == Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı,2007.
Andre Abbal
Andre Abbal (fr. André Abbal; 16 noyabr 1876[…] – 20 iyun 1953[…]) — Fransa heykəltaraşı. O, bir neçə müharibə memorialı üzərində işləmişdir. Abbalın atası və babası da heykəltaraş olmuşdular. O, ən çox "L'Apôtre de la Taille Directe" kimi tanınan "birbaşa oyma" üsulunun qabaqcıllarından biri kimi tanınır.
Andre Amper
Andre Mari Amper (fr. André-Marie Ampère; 20 yanvar 1775[…], Lion – 10 iyun 1836[…], Marsel) — məşhur fransız fiziki və riyaziyyatçısı. Elektrodinamikanın elmi əsasını yaradanlardan biridir. O, fizika elminə ilk dəfə olaraq "elektrik cərəyanı" anlayışını daxil etmiş, molekulyar cərəyanlar fərziyyəsini irəli sürmüşdür. Amper Paris Elmlər Akademiyasının üzvü olmuşdur. == Fəaliyyəti == Andre Mari Amper zadəgan ailəsindədir. 14 yaşı olarkən Didro və Jan Leron Dalamberin yazdığı 20 cildlik ensiklopediyanı tam oxumuş, təbiət elmləri və riyaziyyat ilə məşğul olmağa başlamışdır. 1801-ci ildə Burk-an-Bresdəki Mərkəzi məktəbin kafedrasına təyin olunmuşdur. 1805-ci ildə Parisin politexnik məktəbində tərcüməçi vəzifəsində çalışmışdır. 1809-cu ildə fəaliyyət göstərdiyi məktəbdə professor adı almışdır.
Andre Antuan
Andre Antuan (fr. André Antoine) — fransız rejissoru, aktyor və teatr nəzəriyyəçisi. == Yaradıcılığı == Parisdə “Azad teatr” (1887) və “Antuan teatrı” (1897) təşkil etmiş, 1906-14-cü illər də “Odeon” teatrının direktoru olmuşdur. E. Zolya, Qonkur qardaşları, L. N. Tolstoy, İ. S. Turgenev, H. İbsen və b.-nın əsərlərini tamaşaya qoymuşdur. Andre Antuan həyatın doğru-düzgün inikasına, obraz və hadisələrin, kütləvi səhnələrin bədiiliyinə, həyatiliyinə, eləcə də tərtibat və geyimin tamaşanın məzmununa uyğun olmasına çalışmış, melodram və meşşan dramaturgiyasının əleyhinə çıxmışdır. Bəzi tamaşalarında naturalizm meyilləri də olmuşdur. A. Antuan 1914-cü ildən teatr tənqidi və kino sahəsində fəaliyyət göstərmişdir.
Andre Aqassi
Andre Kirk Agassi (29 aprel, 1970, Las-Veqas) — erməni əsilli ABŞ-lı tennisçi. 4 böyük dəbilqə serialı tennis turnirlərində də çempionluq qazanmış az sayıda tennisçilərdən biridir.
Andre Baqqaley
Andre Baqqaley (26 fevral 1983) — Birləşmiş Krallıqı təmsil edən stolüstü tennisçi. == Karyerası == Andre Baqqaley Birləşmiş Krallıqı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Anqad
Anqad (31 mart 1504 – 28 mart 1552, Amritsar) — Siqhlərin ikinci qurusudur. (31 mart 1504-28 mart 1552) Quru Nanakın tələbəsi olmuşdur. Qurmuhi əlifba sının yaradıcısıdır.
Anqob
Anqob (fr. enqobe) – dekorativ keramika örtüyü. Saxsı məmulatların rəngini, yaxud səthinin kələ-kötürlüyünü örtmək və bədii tərtibatını zənginləşdirmək üçün istifadə edilir. Ağ və rəngli növləri var. Anqobla qabın həm daxili, həm də xarici səthini örtmək olur. Antik dövrdə dekorativ sənətdə geniş yayılmışdı. Anqob fasadların üzlənməsi üçün məmulatlar və rəngli kərpic istehsalında tətbiq olunur. Adətən səthə çilənir, sonra isə məmulat kürədə bişirilir (yandırılır). Anqobun üzərinə şəffaf mina qatı, müxtəlif naxışlar və s. çəkilə bilər.
Anqol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Anqola
Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. == Ümumi məlumat == Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir. == Adın etimologiyası == "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.
Anqome
Anqome (fr. Engomer) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Kastiyon-an-Kuzeran kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09111. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 275 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 156 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 114 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə 65.5%). Fəal olan 114 nəfərdən 100 nəfər (54 kişi və 46 qadın), 14 nəfər işsiz (10 kişi və 4 qadın) idi. Aktiv olmayan 42 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Anqren
Əngren (özb. Angren, Ангрен) — Özbəkistanın Daşkənd vilayətində şəhər. == Tarixi == Toponim ahəngəran sözündən olub, “dəmirçilər” mənasını daşıyır. Qədim Ahəngəran vadisində və eyni adlı çayın kənarında yerləşir. Şəhər 1942-ci ildə yaranıb. == Coğrafiyası == == Əhalisi == Şəhərin əhalisi 175,4 min nəfərdir (2014). == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Anqut
Qırmızı anqut (lat. Tadorna ferruginea) — Qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid quş növü. Çəkisi 900 q-dan 1,5 kq-adəkdir. Göllərdə yaşayır, Mil düzündə çoxdur. Rəngi kürən (narıncı-xınalı), quyruğu və çalma lələkləri qaradır. Qanadının üstündə ağ ləkə var. Tez-tez səciyyəvi "aanq-aanq" səsi çıxarır. Azərbaycanda həm yuvalayır, həm də qışlayır. Anqutun dişi fərdinin başı daha açıq rəngli, erkəyinin boynunda isə qara halqa olur. 27-29 gün kürt yatır.