Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Antal Requli
Antal Requli (mac. Reguly Antal; 1819, Zirts —1858, Budapeşt) — macar dilçisi və etnoqrafı. == Həyatı == 1819-cu ildə anadan olmuşdur. Reguly Peşte Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1839-cu ilin yayında Almaniyaya səyahət etmiş, daha sonra Skandinaviyaya getmişdir. Stokholmda Finlandiyadan sürgün edilən Arvidsonla qarşılaşmışdır. Onunla görüşdükdən sonra Reguly Sibirdə yaşayan vogullar və ostyaklar arasında bir tədqiqat səyahəti etmişdir. Macarıstan Elmlər Akademiyasının maddi və mənəvi dəstəyini əsirgəməyən Reguly 1841-ci ilin yayında Rusiyaya getmişdir. Moskvada iki il qalaraq bilgilərini artıran Reguly böyük Sibir səyahətinə hazırlaşmışdır. O, sadəcə rus dilini öyrənməklə kifayətlənməmiş, züreyn, çeremis, mordvin və çuvaş dilləri ilə məşğul olmuş, Ural bölgəsi haqqında çoğrafi, tarixi və etnoqrafik bilgilər əldə etmişdir.
Antal Serb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur.1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir. === Təhsili === Budapeşt Universitetində alman və ingilis ədəbiyyatı üzrə təhsil almağa başlamış və 1924-cü ildə elə burada doktarantura təhsilini də başa vurmuşdur.
Antal Szerb
Antal Serb (mac. Szerb Antal; d. 1 may 1901, Budapeşt, Avstriya-Macarıstan – ö. 27 yanvar 1945, Balf, Sopron, Macarıstan) — Macarıstan yazıçısı, alimi, ədəbiyyat tarixçisi və tərcüməçisi. Macar ədəbiyyatının ən mühüm yazıçı, tənqidçi və ədəbiyyat tarixçilərindən biridir. Pendangron mifi (mac. A Pendragon legenda, 1934) və Səyyah və ay işığı (mac. Utas és holdvilág, 1937) adlı romanları ilə beynəlxalq aləmdə məşhurluq qazanmışdır. == Həyatı == 1901-ci il may ayının 1-də Budapeştdə yəhudilikdən katolikliyə keçmiş ailədə anadan olmuşdur.1938-ci ildə jurnalist-yazıçı Aladar Balindin qızı Klara Balint ilə evlənmişdir. === Təhsili === Budapeşt Universitetində alman və ingilis ədəbiyyatı üzrə təhsil almağa başlamış və 1924-cü ildə elə burada doktarantura təhsilini də başa vurmuşdur.
Dora Antal
Dora Antal (d. 9 sentyabr 1993) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Dora Antal, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Dora Antal, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Frederik Antal
Frederik Antal (mac. Antal Frigyes; 21 dekabr 1887, Budapeşt – 4 aprel 1954, London) — macar sənətşünas. == Həyatı == 21 dekabr 1887-ci ildə Budapeştdə Yəhudi əsilli Macar ailəsində anadan olmuşdur. Ali məktəbi hüqüqşünas ixtisası üzrə bitirdikdən sonra, Frederik Antal sənətşünaslıq ixtisasına yiylənmək qərarına gəlmişdir. 1914-cü ildə Vyanada Maks Dvorakın rəhbərliyi altında sənətşünaslıq sahəsi üzrə doktorluk dissertasiyasını müdafiə etmişdir. Univeristet illərində o, Bila Balaj, Görgi Lukaz və başqaları tərəfindən formalaşdırılan “Bazar günü dairəsi” adlı intellektual qrupun üzvlərindən biri idi. == Karyerası == Frederik Antal öz karyerasına 1914-cü ildə Budapeşt Milli İncəsənət Muzeyində könüllü olaraq başlamışdır. 1919-cu ildə o, muzeyin idarə heyətinin sədri vəzifəsinə təyin olunsa da, bir neçə ay sonra Macarıstan Sovet Resprublikasının dağılması ilə ölkəni tərk etmişdir. 1923-cü ilə qədər İtaliyada yaşadıqdan sonra Berlinə köçərək burada “Sənətşünaslıq ədəbiyyatı haqqında mühüm məlumatlar “ adlı qəzetin redaktoru vəzifəsində çalışmışdır. Lakin Nasist partiyasının Almaniyada yüksəlməsi ilə başlayan qarışıqlıq nəticəsində Frederik Antal yenidən yaşadığı ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Atal türkmənləri
Atal türkmənləri (türkm. Аталың түркменлери Atalyň Türkmenleri) — Rusiyanın Həştərxan oblastının Atal kəndində yaşayan və türkmənlərin bir qolu olan xalq. 5 qəbilədən ibarət olan Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə buraya köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinin nəslidən gəlirlər. Bu türkmənlərin gəldikləri yer kimi Manqışlaq yarımadası qəbul edilir.Dini baxımdan sünni müsəlmandırlar. == Tarix == Əsilləri Mnaqışlar yarımadasından XVII və XVIII əsrin əvvəllərində köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinə dayanır. 5 qəbilədən (Mamıt, Gökler, Tever, Qoldağlı, Yaxşıxoca) ibarətdirlər. Bundan əlavə, kənddə adları türkmən dilində açıqlanmayan, ehtimal ki, Xəzər xaqanlığından qalma Peçenek soyları (Ellindel, An-Bollar, Arindan, İrrahir, İntedaal) da vardır. Müasir Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə köç edən İğdır türkmənlərin nəsilləridir. Manqışlaq yarımadasından, Çovdur və Soyunaji tayfaları ilə birlikdə türkmən ığdır tayfasından ayrıldı. Onların sıraları fərdi köçəri türkmən ailələri tərəfindən 1813-cü ilə qədər artırılmağa davam etdi, P.I. Nebolina, 600 manqışlaq türkməninin son qrupu, aşağı Volqaya yerləşdi.
Atal Bihari Vacpai
Atal Bihari Vacpai (hind अटल बिहारी वाजपेयी; 24 dekabr 1924 – 16 avqust 2018[…], Yeni Dehli) — Hindistan dövlət və siyasi xadimi, 1999–2004-cü illərdə Hindistanın 14-cü Baş naziri.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Afital
Afital — okeanın fitobentostdan məhrum olan dib hissəsi. Buraya günəş şüaları çatmır, qaranlıq zonadır. == Haqqında == Afital bitkilərin aşağı yayılma sərhədindən dərində yerləşən dənizdibi zonalar. Epibatial, mezobatial, infrabatial və hadal (dərinliyi 6–7 km-dən artıq) zonaları əhatə edir. Hidrobiologiyada bu termin göllərin bitkisiz dərinlik zonası kimi başa düşülür. == Həmçinin bax == == Mənbə == "Biologiya lüğəti" kitabı, Bakı, "Çaşıoğlu" mətbəəsi. 2011, səh. 33 Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Aktau
Aqtau / Ağdağ (qaz. Aqtau) — Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində Manqışlaq yarımadasında yerləşən şəhər. Şəhər 1964-1991-ci illər aralığında Şevçenko adlandırılıb, hal-hazırda Manqıstau əyalətinin əyalət mərkəzidir. == Tarixi == Aqtaunun yerləşdiyi ərazi neft və uran ehtiyatları ilə zəngin olduğundan SSRİ dövründə 1961-ci ildə bu ərazidə yeni yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Salınan yeni yaşayış məntəqəsi isə 1963-cü ildə şəhər statusu aldı. Şəhərin adı 1963-cü ildən 1991-ci ilə kimi Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə Şevçenko adlandırılsa da 1991-ci ildə şəhərin adı dəyişdirilərək Aqtau (aq [aқ] -ağ, tau [тау] -dağ; Ağdağ) edildi.
Aktual
Aktual [alm. Aktuell; fr. Actual; osm. tr. bilfiil; tr. Güncel; ər. فع actualis – bacarıqlı] - içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası, əhəmiyyəti olan, danışılan anda ortaya çıxan, yaxud da var olan deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir – al şəkilçisi artı-rılmışdır. Aktual sözü azərbaycan dilində müxtəlif anlamlarda işlənməktədir. Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazım-lılıq, vaciblik dərəcəsini bildirmək üçün işlədilir.
Altar
Altar (isp. Gran Desierto de Altar) — Meksika ərazisində yerləşən Sonora səhrasının təribini hissəsini təşkil edən qumlu səhra. Səhra Kaliforniya körfəzinin şimal sahillərində qərarlaşır. Uzunluğu 40 km, eni isə 100 km təşkil edir.
Altay
Altay — kişilərə verilən ad. Şəxslər Altay Yusifoğlu — nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi, Altay Zahidov — Azərbaycan jurnalisti. Fəxrəddin Altay — Türkiyəli hərbçi və siyasətçi.Yerlər Altay Respublikası — Rusiya Federasiyası subyektlərindən biri, muxtar inzibati- ərazi vahidi. Altay diyarı — Rusiya Federasiyası subyektlərindən biri, inzibati- ərazi vahidi. Altay vilayəti — Çində bir vilayət. Altay — Altay vilayətinin paytaxtı. Altay dağları — Asiyada dağ sistemi.Digər Altay tankı — Türkiyədə istehsalı planlaşdırılan tank. Altay — Türkiyənin futbol klubu. Altaylılar — türk xalqlarından biri. Altay dilləri — Ural-Altay dillərinin Altay qoluna verilən ad.
Altel
«ALTEL» (qaz. «Алтел» ЖШС) — Qazaxıstanda mobil operator. İlk Qazaxıstan mobil operatoru. Şirkət 2G / GSM (900 MHz), 3G / UMTS (850/900 MHz), 4G/LTE və LTE Advanced (1800 MHz) standartlarında mobil xidmətlər göstərir. 1994-cü ildə Qazax-İngilis ASC Beset International tərəfindən qurulmuşdur. Şirkət Kazakhtelecom SC-yə məxsusdur. 2010-cu ildə ALTEL respublikada ilk dəfə 3G texnologiyasını tətbiq etdi. 2012-ci ilin dekabr ayında Qazaxıstanda ALTEL 4G markası altında 4G texnologiyasının ilk ticari təqdimatı baş tutdu. 3 ildən çoxdur ki, Altel Qazaxıstanda 4G lisenziyalı yeganə operator idi. Qazaxıstan Respublikası Məclisi (parlamenti) millət vəkilləri 4G şəbəkələrində xidmətlərin inhisara alınmasından narahatlıqlarını ifadə etdilər .
Ammal
Ammal (ərəb. عمال‎)— Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 102 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 62 kilometr (39 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 28 kilometr (17 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 8505 nəfər idi.
Apata
Apata (yun.
Aprel
Aprel — Qriqori təqvimi ilə ilin dördüncü ayıdır. 30 gündən ibarətdir. Yaz fəslinin ikinci ayıdır. Aprel ayı gözəllik və bahar ilahəsi olan Afroditanın adı ilə bağlıdı.rXX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə neysan (نئی‌سان) adlandırılmışdır.
Aptek
Aptek (Yunanca: apotheke(anbar) ) - reseptlə dərman hazırlayan, hazır dərman və digər tibbi mallar saxlanan və satılan tibbi müəssisə. == Etimologiya == XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə dəvaxana (دواخانا) adlandırılmışdır. == Keçidlər == Vikianbarda Aptek ilə əlaqəli mediafayllar var.
Apton
Apton (Kvebek)
Aqtau
Aqtau / Ağdağ (qaz. Aqtau) — Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində Manqışlaq yarımadasında yerləşən şəhər. Şəhər 1964-1991-ci illər aralığında Şevçenko adlandırılıb, hal-hazırda Manqıstau əyalətinin əyalət mərkəzidir. == Tarixi == Aqtaunun yerləşdiyi ərazi neft və uran ehtiyatları ilə zəngin olduğundan SSRİ dövründə 1961-ci ildə bu ərazidə yeni yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Salınan yeni yaşayış məntəqəsi isə 1963-cü ildə şəhər statusu aldı. Şəhərin adı 1963-cü ildən 1991-ci ilə kimi Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə Şevçenko adlandırılsa da 1991-ci ildə şəhərin adı dəyişdirilərək Aqtau (aq [aқ] -ağ, tau [тау] -dağ; Ağdağ) edildi.
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Astaf
Astaf — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim ast (aşağı, çökək) və af (a/ab/ob) sözlərindən düzəlib, "dərə çay" və ya "çay dərəsi" deməkdir.Bundan başqa Astaf toponimini Ağstafa (yaxınlıqda yerləşən rayon) toponimi və onun daha qədim variantı olan, orta əsr qaynaqlarında qeyd edilən Axıstabad toponimi ilə də müqayisə etmək və əlaqələndirmək olar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qaflanqala silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Astaf kənd kitabxana filialı, Astaf kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Astaf kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Astaf kənd tibb məntəqəsi yerləşir.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Avdal
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. Avdal (Tovuz) — Tovuz rayonunda kənd.
Axtala
Aşağı Axtala — Ermənistan Respublikasının Loru mərzində şəhər. Yuxarı Axtala — Ermənistan Respublikasının Loru mərzində kənd. Axtala (selav) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda selav. Axtala (mədən) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda mədən yeri. Axtala (çay) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Allahverdi rayonu ərazisində çay. Axtala monastır kompleksi — Loru mahalında, Allahverdi rayonu ərazisində erməni-gürcü monastırı və qalası.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Ağtala
Ağtala (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ağtala (Qaraqoyunlu) — Çəmbərək rayonunda kənd. Ağtala — Qax rayonunun Qoşaqovaq kəndi ərazisində duz.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.