İsa Astamirov
İsa Astamirov (1952, Qazaxıstan SSR – 27 yanvar 2000, Qroznı) — Çeçen hərbçi və dövlət xadimi, tanınmamış Çeçen İçkeriya Respublikası liderlərindən biri, İçkeriya milli ordusunun briqada generalı, Çeçen İçkeriya Respublikasının müstəqilliyi uğrunda hər iki Çeçenistan müharibəsinin fəal iştirakçısı. ÇİR Silahlı Qüvvələrinin Cənub-Qərb istiqaməti komandirinin qərargah rəisi, həmçinin Gelayevin 1-ci müavini (Xızır Xaçukayevin 1995-ci ildə hərbi rütbəsinin yüksəlməsindən sonra) olur.
İqtisadiyyat naziri (1997), Baş nazirin iqtisadiyyat üzrə müavini (1998) işləmişdir. 27 yanvar 2000-ci ildə Qroznıda vəfat etmişdir. Çeçen İçkeriya Respublikasının Prezidenti Aslan Masxadovun fərmanı ilə o, ölümündən sonra Çeçen İçkeriya Respublikasının ali mükafatı olan “Millət şərəfi” ordeni ilə təltif edilmişdir.
İsa Astamirov 1952-ci ildə çeçenlərin deportasiyasından sonra Qazaxıstan Sovet Sosialist Respublikasında anadan olmuşdur. Elə ilk təhsilinidə orada almışdır. Qazaxıstanda ali təhsil belə alır.
İxtisasca inşaat mühəndisi olaraq fraəliyyət göstərir. Bir müddət Sverdlovsk və Perm vilayətlərində işləyir.