Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Attaşe
Attaşe (fr. attaché, hərfi mənası — təhkim edilmiş) — ilk diplomatik rütbə, aşağı diplomatik vəzifə. Azərbaycanda birinci diplomatik ranq. Attaşe diplomatik nümayəndəliyin tərkibində müəyyən ixtisaslaşmış sahə üzrə akkreditiv dövləti təmsil edir, həmin sahə ilə bağlı məlumat toplayır. Onun bu fəaliyyəti bəzən qanuni casusluq kimi qiymətləndirilir. == Ümumi məlumat == Bütün dövlətlərin qanunvericiliyinə əsasən xarici işlər nazirinin əmri ilə diplomatik nümayəndəliklərin və xarici işlər idarələrinin 2-3 illik iş təcrübəsi olan əməkdaşlarına verilir. Hərbi, hərbidə niz, hərbi-hava Attaşeləri — diplomatik nümayəndəliyin vəzifəli şəxsləri; olduqları dövlətin hərbi qüvvələri qarşısında öz ölkələrinin müvafiq qoşun növlərini təmsil edir və diplomatik nümayəndəyə bütün hərbi məsələlər üzrə kömək göstərirlər. Kommersiya (ticarət), maliyyə, kənd təsərrüfatı, elm və texnika, balıqçılıq üzrə Attaşelər — diplomatik nümayəndəliyin diplomatik heyəti üzvləri; xarici əlaqələrin müəyyən sahəsində xüsusi funksiyaları həyata keçirirlər. Mədəniyyət məsələləri üzrə Attaşe — diplomatik nümayəndəliyin diplomatik heyəti üzvü; olduğu ölkə ilə mədəni əlaqələrin inkişafı məsələlərinə baxır. Mətbuat Attaşesi (press-attaşe) — diplomatik nümayəndəlikdə mətbuat məsələlərinə baxan vəzifəli şəxs.
Attika
Attika — Orta Yunanıstanda, Afinanın özünün və kənd təsərrüfatı ilə məşğul olan ətraf ərazilərdən ibarət olan Afina polisinin yerləşdiyi vilayət.
Attila
Attila və ya Atilla (bilinmir, Qafqaz – 453[…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı. Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib. Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır.
Atiye
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Attika (periferiya)
Attika (yun. Περιφέρεια Αττικής) — periferiya, Yunanıstanın inzibati-ərazi vahidi. Yerli rəhbərliyin regional idarəsi və inzibati bölmənin bir hissəsidir. 2011-ci ildən etibarən "Kallikratis" proqramına əsasən Attikaın desentralizasiya idarəsinə daxildir. Metropol rayonu olan Afina, Yunanıstanın paytaxtı, Attikaya daxildir. 2011-ci il siyahıyaalınmasına görə əhalinin sayı 3,827,624 nəfərdir. Ərazisi — 3808.101 kvadrat kilometrdir. Sıxlıq kvadrat kilometr başına 1005.13 nəfərdir. İnzibati mərkəzi Afinadır. Ərazisinə Afina, Pirey, Şərqi Attika və Qərbi Attika nomlar daxildir.
Attila (ad)
Atilla (Avropada Attila) — qədim türk dilində İdil çayını adlandırmaq üçün işlədilən Atıl/Atal sözünə "-lı" səkilçisinin artırılması ilə meydana gələn Atıllı sözündən və ya Gotik dilindəki "atte" yəni "ata" mənasını verən sözdən gəldiyi təxmin edilir. Xüsusilə Türkiyə və Macarıstanda oğlan uşaqlarına verilən geniş yayılmış addır. Attila — dünyanın ən məşhur sərkərdələrindən biri. Attila Olgaç — Türkiyə aktyoru. Atilla Jorma — dilçilik üzrə elmlər doktoru (2008) Atilla Maralanlı — yazıçı Attila Borhidi — Macarıstan botaniki. Attila Szalai — müdafiəçi kimi çıxış edən Macarıstan milli futbolçusu Attila İlhan — şair, yazıçı, jurnalist və tənqidçi.
Attila Borhidi
Attila Borhidi (mac. Attila Borhidi; 28 iyun 1932, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Attila Borhidi toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Buxus acunae Buxus baracoensis Cissampelos reticulata Coccothrinax cupularis Coccothrinax fagildei Coccothrinax guantanamensis Coccothrinax miraguama subsp. roseocarpa Coccothrinax yunquensis Ekmaniopappus Euphorbia munizii Garcinia aristata Leucocroton havanensis Meriania leucantha subsp. nana Ouratea × acunae Palicourea tomentosa Pseudomiltemia filisepala == Əsərləri == Rubiaces de México, 2006, en castellano, 512 pp., ISBN 963-05-8265-1. Gaia Zold Ruhaja, 2002, en húngaro, 331 pp., ISBN 963-508-335-1. Borhidi, Attila. Phytogeography and vegetation ecology of Cuba // by A. Borhidi; [translated by A. Borhidi, J. Podani, Iringo K. Kecskés]. Budapest: Akadémiai Kiadó, 1991.
Attila Olgaç
Attila Olgaç (28 iyul 1944, Ankara) — Türkiyə teatr və serial aktyoru.
Attila Szalai
Attila Árpád Szalai (20 yanvar 1998, Budapeşt) — müdafiəçi kimi çıxış edən Macarıstan milli futbolçusudur. O, Türkiyə Superliqa komandalarından olan “Fənərbağça”da çıxış edir.
Attila İlhan
Attilâ İlhan (15 iyun 1925, Menəmən, İzmir ili – 10 oktyabr 2005 və ya 11 oktyabr 2005, İstanbul) — Türk şair, yazıçı, jurnalist və tənqidçi. Attila İlhan Türkiyə Cümhuriyyətinin ən görkəmli şairlərindən biridir. == Həyatı == Attila İlhan 1925-ci il iyun ayının 15-i Menemendə doğulub. Onun tam adı Attila Hamdi İlhandır. İlk və orta təhsilinin böyük hissəsini İzmir və atasının işi ilə bağlı olaraq getdikləri müxtəlif bölgələrdə bitirdi. İzmir Atatürk Litseyinin birinci sinfində Nazim Hikmətin şerləri ilə bir qıza yazdığı məktuba görə 1941-ci ilin fevral ayında, 16 yaşında həbs olunaraq məktəbdən uzaqlaşdırılır. Üç həftə nəzarət altında qalır və nəticədə iki ay həbsxanada yatır. Türkiyənin heç bir yerində təhsil ala bilməyəcəyi haqqında qərar verilir və beləliklə o, təhsilinə ara vermək məcburiyyətində qalır. Lakin sonradan Danıştayın qərarı nəticəsində 1944-cü ildə onun oxumaq imkanı yenidən bərpa olunur və o, İstanbul Işık Litseyinə daxil olur. Litseyin son sinfində əmisindən xəbərsiz "CHP Şiir Armağanı"nda Cabbaroğlu Məhəmməd şeri ilə bir çox tanınmış şairi geridə qoyuraq ikinci yerə layiq görülür.
Ettore Bastianini
Ettore Bastianini — İtalyan opera müğənnisi. == Həyatı == Ettore Bastianini 24 sentyabr 1922-ci ildə Via Paolo Mascagni (indiki Via di Stalloreggi) ərazisində anadan olmuşdur. Uşaq yaşlarından məzlumluqla böyümüş və atasını görməmişdir. Uşaqlıq illərində o, Gaetano Vanni adlı aşpazın yanında köməkçi kimi işləyirdi. Ettorenin səsini kəşf edən aşpaz Gaetano ona Siena kilsəsindəki xorda çıxış etməyə kömək edir. 1937-ci ildən xorda çıxış edən Ettore 1939-cu ildə musiqiçi ailəsi olan Fathima və Anselmo Ammanatidən vokal dərsləri almağa başlayır. İlk dəfə olaraq 1940-cı ildə bir sıra konsertlərdə çıxışlar edir.
Ettore Buqatti
Ettore Buqatti (d.15 sentyabr, 1881 - ö.21 avqust, 1947) — italyan avtomobil mühəndisi və dizayneri == Həyatı == Ettore Buqatti 15 sentyabr 1881-ci ildə Milanda anadan olub. Uşaqkən onu Milanda incəsənət məktəbinə qoyurlar. Ettore burada rəssamlıq və arxitektura öyrənib. Ettore Bugatti 1947-ci ildə 66 yaşında beyninə qan sızması nəticəsində Parisdə vəfat edib. == Ailəsi == Buqattilər ailəsi İtaliyaya məşhur rəssam və arxitektorlar bəxş edib. Ettorenin qardaşı Rembrandt da məşhur rəssam olub. Ettore 2 dəfə ailə həyatı qurub. 2 nikahdan onun 5 övladı dünyaya gəlib. Bunlardan ən məşhuru isə şübhəsiz Jan olub. Jan 1909-cu ildə anadan olub.
Ettore Cannini
Ettore Cannini (it. Ettore Giannini) — İtaliya aktyoru, ssenaristi və rejissorudur.
Ettore Giannini
Ettore Cannini (it. Ettore Giannini) — İtaliya aktyoru, ssenaristi və rejissorudur.
Ettore Puriçelli
Ektor ("Ettore") Puriçelli Senya (it. Hector "Ettore" Puricelli Seña ;15 sentyabr 1916, Montevideo – 14 may 2001, Roma) — Uruqvay və İtaliya vətəndaşlığı olmuş keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləyib. == Karyera == Karyerasına doğma Montevideonun "Sentral" komandasında başlayıb. Uruqvayda 5 il oynadıqdan sonra Puriçelli İtaliyanın "Bolonya" klubuna gedir. Bu keçid "Bolonya" tarixinin ən yaxşı dövrlərindən birinə təsadüf edir. İlk mövsümdə (1938–1939) Puriçelli 19 qol vuraraq Aldo Boffi ilə birlikdə İtaliya A Seriyasının bombardiri olur. Komandası isə bütun klubları qabaqlayaraq İtaliya çempionu olur. 1940–41 mövsümündə hər şey təkrarlanır, 22 qolla Puriçelli A Seriyasında ən yaxşı snayperi, "Bolonya" isə İtaliya çempionu olur.
Marselo Aquire
Marselo Aquire (21 yanvar 1993) — Paraqvayı təmsil edən stolüstü tennisçi. == Karyerası == Marselo Aquire Paraqvayı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub. Daha sonra Marselo Aquire Paraqvayı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Marselo Aquire Paraqvayı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Mete Atatüre
Mete Atatüre (türk. Mete Atatüre; d.19 fevral 1975, Kayseri, Türkiyə) — Türk fizik və akademik. Kembric Universiteti fizika kafedrasının müəllimidir. Kvant fizikası sahəsində çalışır. İşığın dərinliyini daha yaxşı anlamaq üçün araşdırma aparmış Atatüre 2015-ci ildə ölçülməsi qeyri-mümkün hesab edilən "işıq səviyyəsinin ölçülməsi" tətbiqini nəzərdən keçirdi. == Həyatı == 1975-ci ildə Kayseri şəhərində anadan olub. 1992-ci ildə Ankara Qazi Anadolu orta məktəbində orta təhsil, 1996-cı ildə Bilkənt Universitetinin fizika fakültəsində ali təhsilini. Boston Universitetinin kvant vizualizasiya laboratoriyasında isə doktorluq təhsilini bitirmiş, dərəcəsini almışdır.2002-2007-ci illərdə Sürix Federal Texnologiya İnstitutunun kvant fotonikası qrupunda Ataç İmamoğlu ilə birlikdə işləmişdir. 2007-ci ildə Kembric Universitetinin Kavendiş Laboratoriyasında müəllim kimi fəaliyyətə başlamışdır. Kembric Universitetində yaratmış olduğu öz tədqiqat qrupu ilə birlikdə kvant fizikası və gələcəyin texnologiyaları üzərində işləyərkən Atatüte 2011-ci ildə dosent adını almışdır.
Active Directory
Active Directory (AD) Windows domen şəbəkələri üçün Microsoft tərəfindən hazırlanmış kataloq xidmətidir. O, əksər Windows Server əməliyyat sistemlərinə proseslər və xidmətlər dəsti kimi daxil edilir. Əvvəlcə Active Directory yalnız mərkəzləşdirilmiş domen idarəçiliyi üçün istifadə edilmişdir. Bununla belə, Active Directory, kataloqa əsaslanan şəxsiyyətlə bağlı xidmətlərin geniş spektri üçün çətir başlığına çevrildi. Active Directory Domain Service (AD DS) rolu ilə işləyən server domen nəzarətçisi adlanır. O, Windows domen tipli şəbəkədəki bütün istifadəçiləri və kompüterləri autentifikasiya edir və onlara icazə verir, bütün kompüterlər üçün təhlükəsizlik siyasətlərini təyin edir və tətbiq edir, proqram təminatı quraşdırır və ya yeniləyir. Məsələn, istifadəçi Windows domeninin bir hissəsi olan kompüterə daxil olduqda, Active Directory təqdim edilmiş istifadəçi adı və parolu yoxlayır və istifadəçinin sistem administratoru və ya adi istifadəçi olduğunu müəyyən edir. Həmçinin, o, məlumatın idarə edilməsinə və saxlanmasına imkan verir, autentifikasiya və avtorizasiya mexanizmlərini təmin edir və digər əlaqəli xidmətlərin tətbiqi üçün çərçivə yaradır: Sertifikat Xidmətləri(Certificate Services), Active Directory Federasiya Xidmətləri (Active Directory Federation Services), Yüngül Kataloq Xidmətləri (Lightweight Directory Services) və Hüquqların İdarə Edilməsi Xidmətləri (Rights Management Services). == Tarix == Bir çox informasiya-texnoloji səylər kimi, Active Directory də Şərhlər üçün Sorğu (RFC) istifadə edərək dizaynın demokratikləşməsi nəticəsində yaranmışdır. RFC prosesinə nəzarət edən İnternet Mühəndisliyi İş Qrupu (IETF) geniş iştirakçılar tərəfindən təşəbbüs edilən çoxsaylı RFC-ləri qəbul etdi.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. == Tire == Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. == Uzun tire == Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Atiye (albom)
Atiye - türk müğənni Atiyə Dənizin ikinci studiya albomu. == Albom haqqında == 24 mart 2009-cu ildə "Atiye" adlı ikinci studiya albomunu Sony BMG etiketi ilə satışa buraxan müğənni, bu albomun ilk video klipini Murad Küçük-ün rejissorluğu ilə Muamma adlı mahnıya çəkmişdir. Bu mahnısı Billboard Türkiyənin Top 20 listində 5-ci yerə, MTV Türkiyənin 5+TR siyahısında isə ilk həftədə 1-ci yerə yüksəlmişdir. Bu albomda Nazan Öncelin mahnısı olan "Aşkına da sana da" və Teoman ilə duet olaraq oxuduğu "Kal" adlı mahnıları da dinləyicilər tərəfindən rəğbət qazanmış və hitə çevrilmişdir. Albomun ikinci klipi "Salla" adlı mahnıya çəkilib. Bu klip də həmçinin Murad Küçük tərəfindən çəkilmiş və iyun ayında yayımlanmışdır. Mahnı Powertürk, Kral TV və Number One TV-də 4, MTV Türkiyə və Billboard Türkiyədə isə 3-cü yerə qədər yüksəlmişdir. Alboma daxil olan "Muamma" və "Salla" sinqlları Balkan ölkələrində də uğurlu olmuş və Balkanika TV-də yayımlanmışdır. Albomun üçüncü klipi olaraq noyabr ayında "Deli ya" adlı mahnı seçilmiş və bu mahnıya klip Kıbrısda çəkilən konsertdən götürülmüş hissələrlə düzəldilmişdir. Albomun dördüncü video klipi də Teomanla birlikdə oxuduğu duetə-Kal duetinə olmuşdur.
Atiye (serial)
Atiye (ing. The Gift) — Türkiyə istehsalı internet serialı. Yazıçı Şengül Boybaşın Dünyanın oyanışı adlı əsərinə əsaslanır. == Mövzu == İstanbul əsilli bir rəssam Atiye, universal sirrlərə sahib olduğu və keçmişi ilə əlaqəli bir arxeoloji bir yer araşdırmaq üçün bir macəraya imza atır. == Çəkilişlər == Serial çəkilişləri Göbeklitepe- də aparılmaqdadır.
Aygün Attar
Aygün Attar (1962, Qubadlı) — professor, Türkiyənin Giresun Universitetinin rektoru (2012–2016). == Həyatı == Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012–2016-cı illərdə Türkiyənin Giresun Universitetinin rektoru olmuşdur. == Mükafatları == Aygün Attar Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına mükafatına layiq görülüb. 15 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib == Elmi fəaliyyəti == Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür. === Kitabları === Aygün Attar (Haşimzade).
Sarah Attar
Sarah Attar (27 avqust 1992, Eskondido, Kaliforniya, Amerika Birləşmiş Ştatları) — Səudiyyə Ərəbistanı təmsil edən marafonçu. Sarah Attar Səudiyyə Ərəbistanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sarah Attar birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Həmin il Londonda baş tutan yarışlarda Sarah Attar 800 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 2:44.95 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı. Sarah Attar növbəti Olimpiadasına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 16 dəqiqə 11 saniyəyə qət edərək 157 marafonçu sırasında 132-ci yeri tutdu.
Ağtərə
Ağtərə (lat. Parnassia) — daşdələnkimilər fəsiləsinə aid çoxillik ot bitkisi. Cinsin adı Yunanıstanda müqəddəs yerlərdən sayılan Parnas dağlarının adı ilə bağlıdır. Qədim miflərə görə Apollo bu dağlarda yaşamışdır. Bitki bəzək-bağçılıqda geniş istifadə olunur. Azərbaycan florasında ancaq Bataqlıq ağtərəsi növü bitir.
Xatirə
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Attika (desentralizasiya idarəsi)
Attika (yun. Αποκεντρωμένη Διοίκηση Αττικής, ΑΔΑ) — Yunanıstanın yeddi desentralizasiya idarəsindən biri. 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir. Attikaya 1 periferiya daxildir — Attika. İnzibati mərkəzi Afina cəmiyyətidir. İdarəetmə rəhbəri (koordinator) yunan hökuməti tərəfindən təyin olunur. Rəhbər koordinatoru — Spiros Kokinakis (Σπυρίδων (Σπύρος) Κοκκινάκης).
Atiye (serial, 2019)
Atiye (ing. The Gift) — Türkiyə istehsalı internet serialı. Yazıçı Şengül Boybaşın Dünyanın oyanışı adlı əsərinə əsaslanır. == Mövzu == İstanbul əsilli bir rəssam Atiye, universal sirrlərə sahib olduğu və keçmişi ilə əlaqəli bir arxeoloji bir yer araşdırmaq üçün bir macəraya imza atır. == Çəkilişlər == Serial çəkilişləri Göbeklitepe- də aparılmaqdadır.
Tahirə Cəfərova
Tahirə Cəfərova (Cəfərova Tahirə Ənvər qızı; d. 1940. Bakı, Azərbaycan SSR, SSRİ) — Fin ədəbiyyatı tərcüməçisi, yazıçı == Həyatı == Cəfərova Tahirə Ənvər qızı 1940-cı il aprelin 19-da Bakıda anadan olub. 1957-ci ildə 124 nömrəli məktəbi qızıl medalla bitirib. Eyni dərəcədə həm riyazi, həm də ədəbi bacarığa malik olaraq və o zaman “fiziklər və liriklər haqqında” aparılan debatları nəzərə alaraq sənət seçimində fizikaya üstünlük verib - S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə qəbul olunub, 1962-ci ildə oranı “nəzəri fizika” ixtisası üzrə qırmızı diplomla bitirib.T.Cəfərova 1962-1964-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda kiçik elmi işçi işləyib. Sonra 1965-1968-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında yarımkeçiricilər kafedrasında professor V.L.Bonç-Bruyeviçin rəhbərliyi altında təhsil alıb, aspiranturanı qurtarandan Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda (EAFİ) işləyib. Həmin vaxt onun taleyində köklü dəyişiklik baş verib, o, sənətini dəyişmək qərarına gəlib, çünki ədəbiyyat və xarici dillər onu uşaq vaxtından cəlb edirdi. T.Cəfərova 1970-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinin qiyabi bölməsinə, 1972-ci ildə isə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olunub. Bu iki ali məktəbdə sessiyalar müxtəlif vaxtda keçirildiyi üçün o, iki təhsil müəssisəsini asanlıqla qurtarıb. 1970-1972-ci illərdə Morneftdə neft hasilatı platformasında ingilis dili tərcüməçisi işləyib.
Tahirə Həsənzadə
Tahirə Dadaş qızı Həsənzadə — Azərbaycan tarixçisi, mənbəşünas tədqiqatçı alim, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru. == Həyatı və elmi fəaliyyəti == Tahirə Dadaş qızı Həsənzadə 1942-ci ildə Bakının Ramana qəsəbəsində neftçi-mühəndis ailəsində anadan olmuşdur. O, 1965-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1969-cu ildən isə elmi fəaliyyətə başlamaqla həyatını Respublika Əlyazmaları Fondu, indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlamışdır. T. Həsənzadə elmi-tədqiqat müəssisəsinə gəlişinin ilk günündən bu zəngin xəzinədəki əlyazmalar, əski çap kitabları, tarixi-etnoqrafik sənədlər və əski əlifbada dərc olunmuş dövri mətbuatı, kitab və mətbuat tarixini araşdırmaqla Azərbaycan tarixşünaslıq elmi üçün böyük əhəmiyyət kəsb edən, indiyədək araşdırılmamış yazılı mənbələri öyrənməyə başlamışdır. O, uzun illər gərgin elmi fəaliyyətilə dörd monoqrafiya, üç tərcümə əsəri, bir kataloq və üç əski əlifbadan mətni taransfoneliterasiya edilmiş əsərin, 120-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Tarixçi alim yazılı mənbələr üzərində uzunmüddətli gərgin əməyinin nəticəsi olaraq 1994-cü ildə Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Müdafiə Şurasında "Məhəmmədhəsən xan Etimadüssəltənənin ictimai-siyasi fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını, 2012-ci ildə isə Bakı Dövlət Universiteti Tarix fakültəsi nəzdindəki Birdəfəlik Müdafiə Şurasında "XVIII-XIX əsrlər Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. T. Həsənzadənin elmi araşdırmalarında Əfşarlar və Qacarlar hakimiyyəti dövrünün görkəmli ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin mənbələr əsasında işıqlandırılması başlıca yer tutur. O, tədqiqatlarında farsdilli mənbələrə müraciət etməklə Azərbaycan tarixini araşdırmaq baxımından, indiyədək az öyrənilmiş, hər iki sülalənin hakimiyyəti illərində türk əsilli dövlət xadimləri, sərkərdələr, diplomatlar və s. haqqında geniş məlumat verir. Həmin dövrlərə aid yazdığı "XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər" (2007) və "XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" (2014) monoqrafiyalarını iranlı alim Mehdi Bamdadın "Tarixi-ricali-İran" adlı beşcildlik əsəri əsasında qələmə almışdır.
Tahirə Kərimova
Tahirə Həzi qızı Kərimova (28 aprel 1935, Bakı – 11 aprel 2023, Bakı) — Azərbaycan professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Tahirə Kərimova 28 aprel 1935-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinə daxil olub və 1960-cı ildə fizika fakültəsini fizika ixtisası üzrə bitirib. 1961–1965-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Energetika İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitunun aspiranturasına qəbul olub və 1970-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. Sonrakı illərdə kiçik elmi işçı vəzifələrində çalışıb. 1991-ci ildən "Yarımkeçiricilərin elektron spektraskopiyası" lobaratoriyasına rəhbərlik edib. T. H. Kərimova fizika-riyaziyyat elmlər namizədi (1970-ci il), fizika-riyaziyyat elmləri doktoru (1986-cı il), professor (2001-ci il). === Vəfatı === Tahirə Kərimova 11 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əsas elmi istiqaməti == Əsas elmi istiqaməti yarımkeçirici birləşmələrin enerji spektrinin tədqiqidir.
Tahirə Məmməd
Tahirə Məmməd (Tahirə Qəşəm qızı Məmməd;27 iyun 1960, Vayxır, Naxçıvan rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri. == Həyatı == Tahirə Məmməd Naxçıvan MR-nın Babək rayonu Vayxır kəndində ziyalı ailəsində anadan olmuşdur. 1976-1980-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. 1983-86-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1986-cı ildən Ədəbiyyat nəzəriyyəsi şöbəsində təyinatla gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlamış və həmin şöbədə müxtəlif elmi vəzifələr tutmaqla 2012-ci ildə seçki yolu ilə şöbə müdiri seçilmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Tahirə Məmməd 1989-cu ildə filologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır. Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2008-ci ildə dosent, 2011-ci ildə professor elmi adına layiq görülmüşdü. Fəlsəfə doktorluğu dissertasiyası "Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü", elmlər doktorluğu dissertasiyası "XX əsr Azərbaycan dramaturgiyasının poetikası (Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının dramaturgiyası əsasında)" mövzusundadır. Tahirə Məmməd Azərbaycanda Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə ilk qadın elmlər doktorudur.
Tahirə Qürrətüleyn
Tahirə Qürrətüleyn (təq. 1817[…], Qəzvin, Qacar dövləti – 27 avqust 1852, Tehran, Qacar dövləti) — Azərbaycanlı şairə, babilər hərəkatının iştirakçısı. == Həyatı == Tahirə ("pak", "təmiz" deməkdir) Qürrətüleynin ("göz bəbəyi") əsl adı bəzi mənbələrə görə Zərrintac, bəzilərinə görə Fatimə, künyəsi Ümmü Səlimə olmuşdur. Qürrətüleyn 1818-ci ildə İranın Qəzvin şəhərində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır. Atası nüfuzlu müctəhid olub. "Qürrətüleyn" adının mənası iki cür yozulur: "Deyirlər ki, Fatimə təhsilini atasının və ailə üzvlərinin yanında alıb, çox zəkalı şagird olub. O, ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Bu cəhətlərinə görə atası ona çox böyük ehtiram bəsləyib, ona "Qürrətüleyn", yəni "gözün nuru", "əziz övlad" deyə müraciət edib. == Fəaliyyəti == Seyid Əli Məhəmməd Babın başçılıq etdiyi Babilər hərəkatına qoşulmuş, Cənubi Azərbaycanda bu hərəkata başçılıq etmişdir.
Tahirə Tahirova
Tahirə Əkbər qızı Tahirova (7 noyabr 1913, Bayramalı – 26 oktyabr 1991, Bakı) — Azərbaycan diplomatı, dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1959–1983), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1963–1968). == Həyatı == Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur. Türk, ingilis və rus dillərini bilirdi.1983-cü ildə Tahirə Tahirova təqaüdə çıxmış, 1991-ci il oktyabrın 26-da vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir. === Ailəsi === Tahirə Tahirova Şuşa şəhərinin məşhur əsilzadə ailələrindən olan Tahirovlar nəslindəndir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1936-cı ildən elmi işçi kimi başlamış, daha sonra 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışdığı 1942-ci ildən etibarən II Dünya müharibəsi illərində cəbhənin fasiləsiz neft təchizatına cavabdeh idi. 1949-cu ildə isə partiya işindən Azərbaycan Sənaye İnstitutunun "Neft yataqlarının istismarı kafedrası"nda elmi-pedaqoji fəaliyyətinə qayıdaraq, 1953-cü ildə texniki elmlər namizədi dərəcəsini alır. 1959-cu ildə SSRİ XİN-in Diplomatik Akademiyasını bitirir. 1954–1957-ci illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1957–1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri, Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədri, 1959–1983-cü illərdə Azərbaycan SSR xarici işlər naziri və paralel olaraq, 1963–1968-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir.1968-ci ilədək olan dövrdə o, SSRİ-nin müttəfiq respublikalarında (BMT-də öz nümayəndəlikləri olan Ukrayna SSR və Belorusiya SSR istisna olmaqla) mövcud olmuş qaydaya əsasən, xarici işlər nazirinin vəzifəsini digər vəzifələrlə yanaşı icra etmişdi.