Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avans
Avans (fr. avance — əvvəlcədən) və ya əvvəlcədən ödənilmiş xərclər — iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəri. Avans ilə ilkin ödəniş qarışdırılmamalıdır. Bu terminlər ümumi xüsusiyyətlərə malik olmasına və üst-üstə düşən nəticələrə səbəb olmasına baxmayaraq, tamamilə fərqli hüquqi hərəkətləri təyin edir. Fərq ondadır ki, müqavilə yerinə yetirilmədiyi təqdirdə pozuntuya cavabdeh tərəf depoziti itirir (əmanət alan şəxs məsuliyyət daşıyırsa, onu ikiqat məbləğdə qaytarır). Bu qayda əvvəlcədən ödənişlərə şamil edilmir. Bundan əlavə, depozitdən fərqli olaraq, avans yalnız öhdəliyin icrası kimi köçürülür, lakin müqavilənin təminatı forması kimi deyil. == Haqqında == Kredit şərtləri ilə çatdırılma üçün əvvəlcədən ödəmə tələb olunur, ümumiyyətlə müqavilə dəyərinin 10-40% -i və son hesablaşmaya daxil edilir; 100% Avans nadir hallarda tətbiq olunur. Öhdəliklərin yerinə yetirilməməsi halında, əvvəlcədən ödəniş geri qaytarılır. Böyük müqavilələr olduqda, Avansın qaytarılması bank zəmanəti ilə təmin edilir.
Avans kapitalı
Avans kapitalı — istehsalın təşkilinə, avadanlığın alınmasına, sahibkarlıq fəaliyyətinə başlamasına mənfəət əldə etmək məqsədi ilə sərf olunan pul (və ya hər hansı digər əmlak). Müvəkkil kapitalın əmək vasitələrində — müxtəlif alətlərdə, avadanlıqlarda, tikililərdə təcəssüm olunmuş hissəsinə əsas kapital deyilir. Digər hissəsi — xammal və materialların dəyəri, əmək haqqı — dövriyyə kapitalına aiddir. Avans kapitalı (ing. advanced capital) — gəlir əldə etməzdən əvvəl bir layihəyə əvvəllər yatırılmış pul və ya əmlak dəyərləridir. Vəsaitlər, adətən, yeni bir müəssisənin yaradılması da daxil olmaqla, onun sonrakı həyata keçirilməsi üçün konkret tapşırıq üçün nəzərdə tutulmuşdur. İstehsal vasitələrinin əldə edilməsi, biznesin təşkili, gələcəkdə mənfəət gətirəcəyini vəd edən biznes layihələrinin həyata keçirilməsi üçün nəzərdə tutulan avans kapital. Başqa sözlə, avans kapitalı kapitala qoyulmuş avansdır. Belə kapital adətən konkret layihə üçün onun sonrakı həyata keçirilməsi (yeni müəssisənin, firmanın yaradılması, yeni biznesin təşkili) məqsədi ilə verilir.
Avanson (Yuxarı Alplar)
Avanson (fr. Avançon, oks. Avançon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05011. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 352 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 248 yaşda olan (15-64 yaş arasında) 172 nəfər iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.4%, 1999-cu ildə 71.4%). Fəal olan 172 nəfərdən 145 nəfər (80 kişi və 65 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi.
Avansər (Vərziqan)
Avansər (fars. اوانسر‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə).
Mirzə Yusif xan Avansəri
Mirzə Yusif xan Mirzə Əhməd oğlu Avansəri (?-?)—diplomat. Mirzə Yusif xan Mirzə Əhməd oğlu Avansəri Təbriz şəhərində anadan olmuşdu. Əslən Qaradağ vilayətinin Qərbi Dizmar mahalının Avansər kəndindəndirlər. Ünlü müctəhid Hacı Mirzə Məhəmmədəli Avansərinin nəvəsidir. Mirzə Yusif xan Avansəri mükəmməl mədrəsə təhsili almışdı. Sonra Tehran universitetində oxumuşdu. İngilis, fransız və bir çox şərq dillərini bilirdi. Mirzə Yusif xan Avansəri İranın Xarici işlər nazirliyində işə düzəlmişdi. Bir müddət Londonda İran səfirliyində münşi vəzifəsində çalışmışdı. Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998, 192 səh.
Adans.
Mişel Adanson (fr. Michel Adanson; 7 aprel 1727[…], Eks-an-Provans[d] – 3 avqust 1806[…], Paris) — Fransa təbiətçisi və səyyahı. == Adansonun şərəfinə adlandırılan takson == Adansonun şərəfinə Əməköməcikimilər fəsiləsinə aid Adansoniya (Adansonia) cinsi adlandırılmışdır. Həmin cinsə Afrika və Avstraliyanda olan bir çox bitkilər, o cümlədən də, məşhur Adansonun Afrika səyahətində təsnif etdiyi baobab (Adansonia digitata) ağacı daxildir.
Avan
Avan (Ermənistan)
Vans
Vans (fr. Vence, oks. Vença, Vènço) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Vans kantonu . Kommunanın sahəsi — 39,23 km², əhalisi — 18 931 nəfərdir (2006) artım tendensiyası ilə: 19 241 nəfər (2012), əhalinin sıxlığı 490,5 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 19 160 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 19 241 nəfər.
Artur Evans
Sir Artur Con Evans (8 iyul 1851[…] – 11 iyul 1941[…]) ― Britaniya arxeoloqu. O, Krit adasında Minoy sivilizasiyasına məxsus olan Knos sarayını taparaq məşhur olmuşdur.
Avanes İoannesyan
Avanes Ayrapetoviç İoannesyan (1881, Şuşa – 28 iyul 1938, Bakı) — sovet dirijoru, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin (Dövlət Şərq Orkestrinin) təşkilatçısıdır. == Həyatı == Avanes İoannesyan 1881-ci ildə Şuşada anadan olmuşdur. 1900-cü ildə realnı məktəbindən məzun olduqdan sonra qızlar gimnaziyasında musiqi müəllimi işləməyə başlamışdır. 1925-ci ildə Azərbaycanda qadınlardan ibarət ilk xalq çalğı alətləri orkestrinin yaradılmasında da Avanes İoannesyanın xidmətləri olmuşdur.
Avant Browser
Avant Browser — Internet Explorer əsaslı bir web brauzer.
Evans Kiplaqat
Evans Kiplaqat (5 mart 1988, Keniya) — Azərbaycanı təmsil edən yüngül atlet. == Karyerası == Evans Kiplaqat Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, marafon turnirində 2:15:32 saat nəticə göstərdi və olimpiadanı 155 atlet arasında 28-ci pillədə başa vurdu.
Evans burnu
Evans burnu (ing. Cape Ewans) — Mak-Medro boğazında, Ross adasının qərb sahilərində yerləşən burun. Burun qayalıqdan ibarətdir və şimal hissəsində Erebus buxtası yerləşir. Burun ilk dəfə 1901-1904-cü illər təşkil olunmuş «Diskaveri» ekspedisiyası zamanı Robert Skott tərəfindən Skuary burnu olaraq adlandırılmışdır. Skottun ikinci «Terra Nova» (1910—1913) ekspedisiyası zamanı isə burunun adı Kral donanmasının leytenantı Edvard evansın şərəfinə adlandırılmışdır. Burun Robert Skottun ikinci ekspedisiyası zamanı qərargah olmuşdur. Bu baza 1914—1917-ci illər Ernest Şekltonun rəhbərlik etdiyi Britanoiyanın Transantartika ekspedisiyası zamanı istifadə edilmişdir.Tikili hal-hazırda da qalır və Skott daxması (ing. Scott's Hut) adlanır 1987 - 1992-ci illər ərzində Beynəlxalq Qeryi-Hökumət ekologiya təşkilatı olan Qrinpisə aid Dünya Okeanı vbazası fəaliyyət göstərmişdir. Evans burnu insanın Antrakridada ilk addımları baxımından olduqca əhəmiyyətli ərazidir. Bu səbəbdən bölgə 1997-ci ildə Antraktidanın xüsusi qorunan ərazisi elan edilmişdir.
Evans qambiti
Evans qambiti — şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-c4 Ff8-c5 4. b2-b4. gedişləri ilə başlanan debüt 1824-cü ildə ingilis V. Evans kəşf edib.
Kris Evans
Kris Evans (aktyor) (d. 1981) — ABŞ aktyoru. Kris Evans (alim) (d. 1951) — Britaniya alimi.
Li Evans
Li Evans (ing. Lee John Martin Evans; 25 fevral 1964, Bristol) — komediya janrına daxil olan ingilis aktyor, yazıçı və musiqiçi. Channel 4-də 100 Ən Yaxşı Komediyaçıda 17-ci sırada qərarlaşıb. == Bioqrafiyası == Li Evans İngiltərədə anadan olub. Ailəsi 1975-ci ildə məktəbdə oxuduğu Esseks köçərək Bristoldan ayrıldı. İngiltərədə bir stand komediyaçı kimi məşhurdur. Bir turda rekord vuran 12 milyon funt sterlinqə sahib olmuşdur. Li Evans atasının peşəsini miras aldı. Eyni zamanda Bristol və Esseksdəki gecə klublarında məşhur bir komediya şousu ifaçısı idi. Hezer Naddsla evləndi və bir övladı var.
Li Zvans
Li Evans (ing. Lee John Martin Evans; 25 fevral 1964, Bristol) — komediya janrına daxil olan ingilis aktyor, yazıçı və musiqiçi. Channel 4-də 100 Ən Yaxşı Komediyaçıda 17-ci sırada qərarlaşıb. == Bioqrafiyası == Li Evans İngiltərədə anadan olub. Ailəsi 1975-ci ildə məktəbdə oxuduğu Esseks köçərək Bristoldan ayrıldı. İngiltərədə bir stand komediyaçı kimi məşhurdur. Bir turda rekord vuran 12 milyon funt sterlinqə sahib olmuşdur. Li Evans atasının peşəsini miras aldı. Eyni zamanda Bristol və Esseksdəki gecə klublarında məşhur bir komediya şousu ifaçısı idi. Hezer Naddsla evləndi və bir övladı var.
İndiana Evans
İndiana Rouz Evans (ing. Indiana Rose Evans; 27 iyul 1990, Sidney, Yeni Cənubi Uels, Avstraliya) — Avstraliya aktrisası, müğənnisi və bəstəkarı.
Evans sindromu
Evans sindromu – pozitiv kardiolipin AT, idiopatik trombositopeniya, Kumbs müsbət hemolitik anemiya ilə xarakterizə olunur.
Avan (Ermənistan)
Avan — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. İlk dəfə VI əsrdən məlumdur. Bu kənddə 590-611-ci illərdə Bizans tərəfdarı olan katolikos otururdu. Mənbədə kəndin "İsmayıl vələdi Abdullah" adlı bir şəxsə (mülkədara) məxsus olduğu və orada türklərin yaşadığı qeyd olunur. Lakin 1886-cı ilə aid məlumatda kəndin əhalisinin erməni olduğu yazılmışdır. XVIII əsrin ortalarına aid ermənicə mənbədə bu kəndin Qatar-Göl monastırına mənsub olması göstərilmişdir. == Toponimiyası == XIX əsrdə Türkiyədə Avanos ("os" yunan dili mənşəli şəkilçidir) qəzası, XVIII əsrin ortalarında İrəvan əyalətinin Qarni nahiyəsində Avanik, Batum əyalətinin Artvin dairəsində Avana, Tiflis quberniyasının Telavi qəzasında Avanis-Xevi ("Avan dərəsi"), həmin quberniyanın Borçalı qəzasında Ovandərə, Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Oban , Dağlıq Qarabağda Evan kənd adları ilə sıra təşkil edir. Alban tarixçisi Musa Kalankatlı VI əsr hadisələri ilə əlaqədar olaraq Dəbil (Dvin) yaxınlığında Avan məntəqəsinin adını çəkir ("Alban tarixi", II kitab, 48-ci fəsil).
Avan (Vərziqan)
Avan (fars. اوان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (96 ailə).
Avan Yüzbaşı
Avan Yüzbaşı (fars. آوان یوزباشی‎, erm. Ավան հարյուրապետ; 1670, Loru – 1735, Qarabağ bəylərbəyliyi) — erməni əsilli sərkərdə, üsyançı. O, Səfəvi-Osmanlı müharibəsi (1730-1736) zamanı vəziyyətdən istifadə edərək üsyan çıxarmışdır. == Bioqrafiya == Avan və ailəsi əslən loruludur. Onlar 1717-ci ildə Qarabağ bəylərbəyliyi ərazisində yerləşən Şuşaya köçmüşdür. O burada Yüzbaşı (kapitan) adını qazanmışdır. Regiondakı ermənilər Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşündən çox ilhamlanmışdır. Avan Yüzbaşı və yaxın yoldaşları 1722-ci ildə Gəncə şəhərinə rus zabitləri ilə görüşməyə getmişdir. XVII–XVIII əsrlərdə Sünikin cənubu olan Zəngəzur ermənidilli əhalinin üsyan mərkəzinə çevrilir, 1700-cü illərdə o, Sünik və Qarabağ məliklərinin də iştirak etdiyi milli azadlıq hərəkatını yaratmışdı.
Avan bazilikası
Avan Bazilikası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Qırxbulaq mahalında, Ellər (12. 10. 1961 – ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə qədim türk xristian məbədi. == Tarixi == Məbəd 592 – 598 – ci illərdə inşa edilmiş və dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır. 1939 – 1941 – ci illərdə məbəddə ermənilər tərəfindən bərpa işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Tədqiqatçılar indiki məbəd binasının hansısa qədim bir məbədin özülləri üstündə inşa olunmasını qeyd edirlər. Məbəd ərazisində arxeoloji tədqiqatlar zamanı qərb divarı yaxınlığından xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılmışdır. Binanın indiki qalıqları iki hissəli platforma üzərində yerləşmişdir. Gümbəz və tavan uçduğundan divarlara ağıqlıq düşməmiş və nisbətən sağlam qalmışdır. Qərbi Azərbaycan ərazisindəki tarixi – memarlıq abidələrini tədqiq etmiş erməni tədqiqatçı Toros Toromanyan qeyd edir ki, məbədin üstündə beş günbəz olmuşdur ki, onlardan da biri böyük olmaqla mərkəzdə, digərləri isə kiçik olmaqla onun ətrafında yerləşmişdir.
Kris Evans (aktyor)
Kristofer Robert "Kris" Evans (d. 13 iyun 1981, Boston) – ABŞ aktyoru. Evans Marvel Kinematoqrafiya Kainatının filmlərində Kapitan Amerikanı və Fantastik dördlük filmlərində Conni Ştormu canlandırmasına görə tanınır. Karyerasına 2000-ci ildə "Qarşı cins" teleserialı ilə başlamışdır. Bundan bir çox filmlərdə görünmüşdür: "Uşaqlara aid olmayan kino", "Gün işığı", "Skott Pilqrim dünyaya qarşı", "Qar kürələyən", "Hədiyyə edilmiş" və s. 2014-cü ildə "Biz getməmişdən qabaq" filmi ilə dram debütünü etmişdir. == Həyatı == Boston şəhərində anadan olmuş, Sadböri qəsəbəsində böyümüşdür. Anası Liza Konkord Gənclik Teatrında rəssamlıq direktoru, atası Robert diş həkimi idi. İki bacısı var: Karli və Şanna. Karli Nyu-York Universitetinin nəzdində Tiş İncəsənət məktəbində oxuyub və Linkoln-Sadböri Regional Liseyində müəllimdir.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Sen-Pol-de-Vans
Sen-Pol-de-Vans (fr. Sen-Pol-de-Vans) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban (kanton)|Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 7,26 km², əhalisi 3338 nəfərdir (2006) artım tendensiyası ilə: 3548 nəfər (2012), əhalinin sıxlığı 488,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 3533 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 3548 nəfər.
Avranş (rayon)
Avranş (fr. Avranches) — Fransanın Normandiya regionun rayonlarından biri (fr. Arrondissement). Departamenti — Manş. Suprefektur — Avranş. 2015-ci il üçün əhalinin sayı 134,905 nəfərdir. Əhalinin sıxlığı 71 nəfər / km² təşkil edir. Ərazisi — 1888 km².
Avranş (şəhər)
Avranş (fr. Avranches) — Fransanın şimal-qərbində yerləşən Normandiya regionun Manş departamentin əsas şəhəri və liman. Eyni adın rayon və kanton mərkəzidir. Renn şəhərinin 74 km şimaldan və Kan şəhərindən 103 km cənub-qərbdə, La Se çayının və İngilis Kanalının birləşməsindəki yerləşir. == Tarixi == Antik dövrdə, Ingena adlandırılmış və Qalik qəbiləsinin mərkəzi idi. 56-cı ildə Sezar tərəfindən fəth edildikdən sonra Legedia adlandırıldı. Şəhər yüzillik müharibə dövründə dəfələrlə ələ keçirildi, dini müharibələr zamanı 1562-ci ildə hugenotlar tərəfindən məhv edildi. == Demoqrafiyası == Əhali sayının dinamikası, nəf.
Avaş çayı
Avaş (bəzən yazılışda Havaş; afar. We'ayot; somali. Webiga Dir ) — Efiopiyanın əsas çayıdır. Çay axını tamamilə Efiopiya sərhədləri daxilindədir. Avaş çayı Qarqori gölü ilə başlayan və Cibuti ilə sərhəddəki Abbe gölü ilə bitən, Tacura körfəzinin başlanğıcından 100 kilometr (62 mil) məsafədə yerləşən bir-biri ilə əlaqəli göllər zəncirinə axır. Corc Huntiqforda görə Awash çayı XVI əsrdə Dir qəbiləsinin böyük çayı adlanırdı və müsəlman dövlətlərinə qədər uzanırdı. == Coğrafiya == Efiopiya Mərkəzi Statistika Agentliyinin yaydığı məlumatlara görə, Avaş çayının uzunluğu 1200 kilometrdir. Frank Riçardson Encyclopædia Britannica Eleventh Edition-dakı məqaləsində çayı belə təsvir edir: "quru mövsümdə eni təsminən 200 fut (61 m), dərinliyi 4 fut (1.2 m) olan dərin bir axındır və su əvvəlki səviyyəsindən 50–60 metr (160–200 ft) yuxarı qalxır və beləliklə hər iki sahili boyunca düzənliklər su altında qalır." == Tarix == İnsanlar növün başlanğıcından etibarən Avaş vadisində yaşayırdılar. Orta Avaş insanlara qədərki çox sayda hominid qalıqlarının tapıldığı yer olmuşdur. Təxminən 9 N-dən aşağı olan Avaş vadisi Afar xalqının və İssa qəbiləsinin ənənəvi evidir.
Abant
Haband — V-VII əsrlərdə Albaniyanın Arsak əyalətində mahal adı. Ermənicə yazılışda əvvəlinə "h" səsinin əlavəsi ilə "Habant" kimidir. Albaniya ərazisində erkən orta əsrlərdə iki Abant vardı. Biri Alazanın yuxarı axınında, onun Lonati çayı ilə birləşdiyi yerdə çay adı. E.ə. 65-ci ildə Roma ordusu ilə Alban ordusu arasında qanlı vuruşma bu çayın sahilində baş vermişdir. Gürcüstanın Telavi rayonununda olan bu çayın adı indi də qalmaqdadır — Abant adlanır. Digəri Yuxari Qarabagda. Axırıncı dəfə 1727-ci ilə aid mənbədə təxminən Gədəbəy rayonu Şamlıq kəndinin yaxınlığında Avan kimi çəkilir. Qədim türkmənşəli Aban tayfa adındandır.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Abano
Abano — Tiflis quberniyasının Telavi qəzasında çay adı. == Toponimkası == Abano- Tiflis quberniyasının Telavi qəzasında çay adı. Antik mənbələrdə Abant. Albanların e.ə.66-cı ildə Roma ordusu ilə döyüşü bu çayın kənarında olmuşdur. 1590-cı ildə İrəvan əyalətinin Karbi nahiyəsində Avan, İrəvan əyalətinin Dərələyəz nahiyəsində Abana, Batum əyalətinin Artvin dairəsində Avana kənd adları ilə mənşəcə eynidir. Qafan toponimi də bu sıraya aiddir. Abano qədim türk mənşəli Aban tayfasının adındandır. Abano — Çava rayonunda kənd adı. Abano — Kareli rayonunda kənd adı.
Alyans
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Acanos
Çaqqalqanqalı (lat. Onopordum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Acanos Adans. Acanthium Heist. ex Fabr.