AVAN

ə. «an» c. anlar, çağlar.

ATİYÜZZİKR
AVARƏ
OBASTAN VİKİ
Avan
Avan (Ermənistan)
Avan (Ermənistan)
Avan — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə, Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. İlk dəfə VI əsrdən məlumdur. Bu kənddə 590-611-ci illərdə Bizans tərəfdarı olan katolikos otururdu. Mənbədə kəndin "İsmayıl vələdi Abdullah" adlı bir şəxsə (mülkədara) məxsus olduğu və orada türklərin yaşadığı qeyd olunur. Lakin 1886-cı ilə aid məlumatda kəndin əhalisinin erməni olduğu yazılmışdır. XVIII əsrin ortalarına aid ermənicə mənbədə bu kəndin Qatar-Göl monastırına mənsub olması göstərilmişdir. == Toponimiyası == XIX əsrdə Türkiyədə Avanos ("os" yunan dili mənşəli şəkilçidir) qəzası, XVIII əsrin ortalarında İrəvan əyalətinin Qarni nahiyəsində Avanik, Batum əyalətinin Artvin dairəsində Avana, Tiflis quberniyasının Telavi qəzasında Avanis-Xevi ("Avan dərəsi"), həmin quberniyanın Borçalı qəzasında Ovandərə, Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Oban , Dağlıq Qarabağda Evan kənd adları ilə sıra təşkil edir. Alban tarixçisi Musa Kalankatlı VI əsr hadisələri ilə əlaqədar olaraq Dəbil (Dvin) yaxınlığında Avan məntəqəsinin adını çəkir ("Alban tarixi", II kitab, 48-ci fəsil).
Avan (Vərziqan)
Avan (fars. اوان‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 369 nəfər yaşayır (96 ailə).
Avan Yüzbaşı
Avan Yüzbaşı (fars. آوان یوزباشی‎, erm. Ավան հարյուրապետ; 1670, Loru – 1735, Qarabağ bəylərbəyliyi) — erməni əsilli sərkərdə, üsyançı. O, Səfəvi-Osmanlı müharibəsi (1730-1736) zamanı vəziyyətdən istifadə edərək üsyan çıxarmışdır. == Bioqrafiya == Avan və ailəsi əslən loruludur. Onlar 1717-ci ildə Qarabağ bəylərbəyliyi ərazisində yerləşən Şuşaya köçmüşdür. O burada Yüzbaşı (kapitan) adını qazanmışdır. Regiondakı ermənilər Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşündən çox ilhamlanmışdır. Avan Yüzbaşı və yaxın yoldaşları 1722-ci ildə Gəncə şəhərinə rus zabitləri ilə görüşməyə getmişdir. XVII–XVIII əsrlərdə Sünikin cənubu olan Zəngəzur ermənidilli əhalinin üsyan mərkəzinə çevrilir, 1700-cü illərdə o, Sünik və Qarabağ məliklərinin də iştirak etdiyi milli azadlıq hərəkatını yaratmışdı.
Avan bazilikası
Avan Bazilikası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Qırxbulaq mahalında, Ellər (12. 10. 1961 – ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə qədim türk xristian məbədi. == Tarixi == Məbəd 592 – 598 – ci illərdə inşa edilmiş və dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır. 1939 – 1941 – ci illərdə məbəddə ermənilər tərəfindən bərpa işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Tədqiqatçılar indiki məbəd binasının hansısa qədim bir məbədin özülləri üstündə inşa olunmasını qeyd edirlər. Məbəd ərazisində arxeoloji tədqiqatlar zamanı qərb divarı yaxınlığından xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılmışdır. Binanın indiki qalıqları iki hissəli platforma üzərində yerləşmişdir. Gümbəz və tavan uçduğundan divarlara ağıqlıq düşməmiş və nisbətən sağlam qalmışdır. Qərbi Azərbaycan ərazisindəki tarixi – memarlıq abidələrini tədqiq etmiş erməni tədqiqatçı Toros Toromanyan qeyd edir ki, məbədin üstündə beş günbəz olmuşdur ki, onlardan da biri böyük olmaqla mərkəzdə, digərləri isə kiçik olmaqla onun ətrafında yerləşmişdir.
Avanes İoannesyan
Avanes Ayrapetoviç İoannesyan (1881, Şuşa – 28 iyul 1938, Bakı) — sovet dirijoru, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin (Dövlət Şərq Orkestrinin) təşkilatçısıdır. == Həyatı == Avanes İoannesyan 1881-ci ildə Şuşada anadan olmuşdur. 1900-cü ildə realnı məktəbindən məzun olduqdan sonra qızlar gimnaziyasında musiqi müəllimi işləməyə başlamışdır. 1925-ci ildə Azərbaycanda qadınlardan ibarət ilk xalq çalğı alətləri orkestrinin yaradılmasında da Avanes İoannesyanın xidmətləri olmuşdur.
Avanisxevi
Avanisxevi Tiflis quberniyasının Telavi qəzasında kənd adı. == Toponimkası == Avanisxevi- Tiflis quberniyasının Telavi qəzasında kənd adı.İrəvan xanlığında Avan və Avanik, Dağlıq Qarabağda Evan, Batum əyalətinin Artvin dairəsində Avana, Borçalı qəzasında Ovandərə, Şimali Qafqazın Ter əyalətinin Nazran dairəsində Oban, Şərqi Türkiyədə Avan, İranda Aban və b. toponimlərlə eynidir. Bizcə, etnotoponimdir.
Avanlibulaq
Avanlibulaq — 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində məzrə (əkin yeri). == Toponimik izah == "Avan" (əsli Aban) etnonimindən və "bulaq" sözündən ibarətdir. == Ədəbiyyat == Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistan. Bakı: 1992.
Avanlı (Xudafərin)
Avanlı (fars. اوانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (7 ailə).
Avanpost
Avanpost (fr. avant-poste; hərfi tərcümə – ön oturacaq) — bəzi xarici ordularda keşikçi postu. XVII–XIX əsrlərdə Çar Rusiyasında tətbiq olunmuşdur. İstirahətdə və ya müdafiədə olan qoşunları qəfil hücumdan qorumaq üçün düşmən mövqeyi yaxınlığına göndərilirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия (БСЭ), Третье издание, выпущенной издательством «Советская энциклопедия» в 1969—1978 годах в 30 томах; А — Бюро военных комиссаров / [под общ. ред. А. А. Гречко]. — М. : Военное изд-во М-ва обороны СССР, 1976. — 637 с. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976—1980, т.
Avanqard
Avanqard (ing. Vanguard, fr. avant-garde, hərfi: avant — irəlidə; garde — gözətçi; öncül və baş gözətçi) — öndə gedən, qoşunun irəliləməsinə imkan yaratmaq üçün göznənilməz düşmən həmləsini, diversiyasını dəf edən, donamaya sipər olan hərbi qüvvə, qoşun və ya donama.
Avanqard (Odessa vilayəti)
Avanqard (ukr. Авангард) — Ukraynanın Odessa vilayətinin Ovidiopol rayonunda yerləşən şəhər tipli qəsəbə. == Coğrafiyası == Qəsəbə Ovidiopol rayonunun şimal-şərq hissəsində, Suxolimanskaya çayının yuxarı hissəsində yerləşir. Qəsəbə rayon mərkəzindən 30 km, Odessa şəhərindən isə 10 km uzaqlıqda yerləşir.. == Tarixi == Avanqard qəsəbəsi Ovidiopol rayonunun ən gənc yaşayış məntəqəsidir. Rəsmi olaraq, qəsəbə 22 may 1995-ci ildə qurulmuşdur. Ətraf sahələrdə tapılan kurqanlar qəsəbinin yerləşdiyi ərazinin tarixi olduğunu sübut edir. Qəsəbənin əsası XIX əsrin birinci rübündə qoyulmuşdur. Yerli sakinlər əkinçilik və heyvandarlıqla məşğul olurdu. Bu ənənələr regionun gələcəkdəki iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Avanqard (dəqiqləşdirmə)
Avanqard
Avanqard (incəsənət)
Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti. == Yaranması, yayılması == "Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı. Tanınmış ingilis musiqişünası P. Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir". == Rusiyada avanqard musiqi == Sovet (rus) musiqişünasığında avanqardın iki fazası, iki dalğası ayırd edilir. Y. Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.
Avanqard (kinematoqrafiya)
Avanqard (fr. avant-garde; fr. avant – əvvəl və fr. gard – keşikçi, mühafizəçi) — 1920-ci illərdə Fransada kommersiya kinematoqrafiyasından fərqli olaraq yaranan kinematoqrafiyanın inkişaf istiqaməti. "Avanqard" termini bəzən "eksperimental kinematoqrafiya" anlayışının sinonimi kimi istifadə olunur. Kino avanqardı innovativ ifadə vasitələrindən istifadə, bədii yaradıcılığa eksperimental yanaşma, çox vaxt klassik kino estetikasından kənara çıxmaqla xarakterizə olunur. Bu, Fransa, Almaniya və Rusiyada teatr, rəssamlıq və ədəbiyyatda ümumən innovativ cərəyanlarla sıx bağlıdır. Kino avanqard sənətkarlarının fəaliyyəti digər sənət növlərinin nəzəriyyəsinə əsaslanan kinematoqrafiya nəzəriyyəsinin inkişafı ilə bağlıdır. Avanqard kinoya tez-tez distribusiya baxımından art haus deyilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Ежи Тёплиц.
Avanqard (İşembay)
Avanqard (başq. Авангард, rus. Авангард) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Etkol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 30 km, kənd sovetliyindən (Urqe Etkol): 8 km. ən yaxın dəmiryol stansiyasından (Salavat stansiyası): 47 km.
Avanqard Kursk FK
Avanqard Kursk FK — Rusiya futbol klubu 1946-cı ildə "Spartak" adı altında yaradılan klub 1973-cü ildən "Avanqard" adı ilə çıxış edir. 2007-ci ildə komanda Rusiya çempionatının 1-ci divizionunda çıxış edib. Həmin mövsümü 18-ci pillədə başa vuraraq, yenidən ikinci diviziona yuvarlanıb. 2009-cu ildə ikinci divizionun mərkəz zonasında mübarizə aparan "Avanqard" 2008 mövsümünü ikinci pillədə başa vurub.
Avanqardizm
Avanqard (fr. avant-garde, hərfi mənası: avant — qabaq, irəli; garde — qorumaq, mühafizə etmək) XIX əsrin sonu, XX əsrdə qabaqcıl Avropa incəsənəti. == Yaranması, yayılması == "Avanqard" (fr.avant-garde) sözü Bodler dövründə, yəni XIX əsrin ortalarında yaranmış və öz epoxasının zövqünü qabaqlayan sənətkarlara şamil olunmuşdur. Musiqi kontekstində bu termin yalnız İkinci dünya müharibəsindən sonra, Bulez, Ştokhauzen, Berio, Nono, Ksenakis və XX əsrin ikinci yarısında fəaliyyət göstərən digər bəstəkarların musiqisi ilə əlaqədar istifadə olunmağa başladı. Tanınmış ingilis musiqişünası P. Qriffitsin təbirincə, eyni zaman kəsimində çalışan Amerika bəstəkarlarının yaradıcılığını səciyyələndirərkən adətən başqa terminlər tətbiq olunur. Məsələn, Con Keyc və onun ardıcıllarının yaradıcılığına bir qayda olaraq "eksperimental musiqi" termini şamil edilir. Karter və Bebbittə gəldikdə isə, Qriffitsin təbirincə, onları "avanqardın məftunedici xassəsi çətin ki, cəlb edir". == Rusiyada avanqard musiqi == Sovet (rus) musiqişünasığında avanqardın iki fazası, iki dalğası ayırd edilir. Y. Xolopovun təklif etdiyi dövrləşdirilməyə görə birinci dalğa 1908–1925-ci, ikinci dalğa 1946–1968-ci illəri əhatə edir. Birinci avanqard musiqiyə yeni tonallıq (Messian), mikroxromatika (Vışneqradski, Haba), yeni ritm (Stravinski, Berq), azad atonallıq (Yeni Vyana məktəbi), seriya və dodekafoniya (Şönberq, Vebern) ideyasını gətirmişdir.
Avans
Avans (fr. avance — əvvəlcədən) və ya əvvəlcədən ödənilmiş xərclər — iki əks öhdəliyin olması halında tərəflərdən biri qarşı öhdəliyin icrasına başlamazdan əvvəl öhdəliyini yerinə yetirmək üçün digərinə köçürən müəyyən pul və ya digər əmlak dəyəri. Avans ilə ilkin ödəniş qarışdırılmamalıdır. Bu terminlər ümumi xüsusiyyətlərə malik olmasına və üst-üstə düşən nəticələrə səbəb olmasına baxmayaraq, tamamilə fərqli hüquqi hərəkətləri təyin edir. Fərq ondadır ki, müqavilə yerinə yetirilmədiyi təqdirdə pozuntuya cavabdeh tərəf depoziti itirir (əmanət alan şəxs məsuliyyət daşıyırsa, onu ikiqat məbləğdə qaytarır). Bu qayda əvvəlcədən ödənişlərə şamil edilmir. Bundan əlavə, depozitdən fərqli olaraq, avans yalnız öhdəliyin icrası kimi köçürülür, lakin müqavilənin təminatı forması kimi deyil. == Haqqında == Kredit şərtləri ilə çatdırılma üçün əvvəlcədən ödəmə tələb olunur, ümumiyyətlə müqavilə dəyərinin 10-40% -i və son hesablaşmaya daxil edilir; 100% Avans nadir hallarda tətbiq olunur. Öhdəliklərin yerinə yetirilməməsi halında, əvvəlcədən ödəniş geri qaytarılır. Böyük müqavilələr olduqda, Avansın qaytarılması bank zəmanəti ilə təmin edilir.
Mirzə Yusif xan Avansəri
Mirzə Yusif xan Mirzə Əhməd oğlu Avansəri (?-?)—diplomat. Mirzə Yusif xan Mirzə Əhməd oğlu Avansəri Təbriz şəhərində anadan olmuşdu. Əslən Qaradağ vilayətinin Qərbi Dizmar mahalının Avansər kəndindəndirlər. Ünlü müctəhid Hacı Mirzə Məhəmmədəli Avansərinin nəvəsidir. Mirzə Yusif xan Avansəri mükəmməl mədrəsə təhsili almışdı. Sonra Tehran universitetində oxumuşdu. İngilis, fransız və bir çox şərq dillərini bilirdi. Mirzə Yusif xan Avansəri İranın Xarici işlər nazirliyində işə düzəlmişdi. Bir müddət Londonda İran səfirliyində münşi vəzifəsində çalışmışdı. Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998, 192 səh.
Varlaam Avanesov
Varlaam Aleksandroviç Avanesov (rus. Варлаам Александрович Аванесов; Suren Karpoviç Martirosyan, rus. Сурен Карпович Мартиросян; 24 mart (5 aprel) 1884 və ya 9 sentyabr 1884, Kağızman, Qafqaz diyarı – 16 mart 1930, Moskva) — erməni əsilli sovet dövlət və partiya xadimi. 903-cü ildə Rusiya SDFD-nin üzvü, menşevik, 1914-cü ildən bolşevik. Varlaam Aleksandroviç Avanesov 24 mart 1884-cu ildə Rusiya imperiyasına bağlı Qarsda anadan olmuşdur. O, 1890-cı illərin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907-ci illər inqilabında iştirak etmişdir. Avanesov 1917-ci ildə Petroqrad HİK-nin üzvü olmuş, 2-ci Ümumrusiya Sovetlər qurultayında URMİK üzvü seçilmişdir. URMİK Rəyasət Heyətinin üzvü və katibi (1917–1919), xalq fəhlə kəndli müfəttişliyi komissarının müavini (1920–1924), xalq xarici ticarət komissarının müavini (1914–1925), Ümumrusiya Fövqəladə Komissiyası kolleksiyasının, SSRİ MİK-nin, AXTŞ Rəyasət Heyətinin üzvü olmuşdur. Partiyanın 7–15-ci qurultaylarına nümayəndə seçilmişdir. Avanesov 16 mart 1930-cu ildə Moskva şəhərində vəfat etmişdir.
Avanti çarlığı
Avanti çarlığı (sanskr. अवन्ति) — Mərkəzi Hindistanda, Malva yaylasında qədim dövlət. Müasir Madhya-Pradeş ştatının ərazisində mövcud olmuşdur. Paytaxtı Udcayn şəhəri olmuşdur. Bəzi salnamələrdə Mahişmati şəhəri də Avantinin paytaxtı adlanır. Alimlərə görə, Udcayn və Mahişmati şəhərləri Avantinin müxtəlif hissələrinin paytaxtları olması ehtimalı da mövcuddur. Buddizm dövründə Avanti dinin yayılması üçün bir mərkəzə çevrilmişdir. Buddist salnamələrində Avanti 16 mühüm dövlət arasında qeyd olunur. Avanti bir sıra qonşu əraziləri ilhaq edərək dörd əsas Şimali Hindistan əyalətindən birinə çevrilmişdir. Avanti b.e.
Ruben Avanesov
Ruben İvanoviç Avanesov (erm. Ռուբեն Ավանեսով, rus. Рубе́н Ива́нович Аване́сов; 1 (14) fevral 1902, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1 may 1982, Moskva, RSFSR, SSRİ) — SSRİ dilçisi, Moskva fonologiya məktəbinin yaradıcılarından biri, Moskva Dövlət Universitetinin professoru (1937), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1958). O, Çexoslovakiya Elmlər Akademiyası Dilçilik Cəmiyyətinin fəxri üzvü (1965), Varşava Universitetinin fəxri doktoru (1973), Mayns Elmlər və Ədəbiyyat Akademiyasının (1978) və Sakson Elmlər Akademiyasının (1978) xarici üzvü olmuşdur. Avanesov 1922-ci ildə Moskva Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra (1927) orta məktəbdə, fəhlə fakültəsində işləmişdir. 1932-ci ildə Moskva Şəhər Pedaqoji İnstitutunda rus dili kafedrasının müdiri vəzifəsinə işə başlamışdır. 1937-ci ildən Moskva Dövlət Universitetinin filologiya fakültəsinin professorudur. Avanesov fonologiya, morfologiya, sintaksis və leksikologiya problemlərini öyrənmişdir. O, o vaxtkı gənc Moskva dilçilərinin çevrəsində formalaşmış fonoloji məktəbin ən fəal təbliğatçılarından biri idi.
Anahit Avanesyan
Anahit Avanesyan (21 mart 1981, İrəvan; erm. Անահիտ Ավանեսյան) — Ermənistan hüquqşünası və dövlət xadimi, hazırkı Ermənistanın səhiyyə naziri. O, əvvəllər Ermənistan Xarici İşlər Nazirliyində və əczaçılıq sənayesində hüquqşünas kimi fəaliyyət göstərmişdir. == Həyatı == Anahit Avanesyan 21 mart 1981-ci ildə anadan olmuşdur. O, 1997-ci ildə İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur, oradan 2003-cü ildə mülki hüquq üzrə M.Sc. əldə etmişdir. Avanesyan təhsilini Ermənistan Amerika Universitetində davam etdirərək hüquq üzrə magistr proqramını bitirmişdir. O, 2002–2004-cü illərdə Liderliyin İnkişafı Mərkəzinin liderlik proqramlarında və Cənubi Qafqaz Gənc Qadın Liderlik proqramında iştirak etmişdir. == Karyerası == Avanesyan peşəkar karyerasına 2000-ci ildə Xarici İşlər Nazirliyində və Fövqəladə Hallar Nazirliyinin Dövlət Ehtiyatı Agentliyində hüquqşünas vəzifəsində başlamışdır. O, 2005-ci ildən 2015-ci ilə qədər "Demokratiya Bu gün" QHT-nin hüquqşünası olmuşdur.
Karen Avanesyan
Karen Qareqinoviç Avanesyan (erm. Կարեն Ավանեսյան; rus. Карен Аванесян; 18 sentyabr 1957, Bakı) — Sovet və Rusiya estrada artisti, kino aktyoru, parodist, teleaparıcı, komediyaçı. Rusiyanın əməkdar artisti (2009) == Həyatı və karyerası == 1985-ci ildə Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1978-1988-ci illərdə Azkonsertdə rəssam olub. 1986-cı ildə Moskvada "Parodistlərin paradı" proqramında iştirak edib. 1987-ci ildə VIII Ümumittifaq Estrada Rəssamları Müsabiqəsində diplomla təltif olunub. 1990-1998-ci illərdə Maşa Rasputinanın komandasında işləyib. 1991-1998-ci illərdə Filipp Kirkorov, Maşa Rasputina, Valeri Leontyev, Aleksey Qlızin, İrina Ponarovskayanın solo konsertlərində çalışıb. Bəyin oğurlanması filmində "Bərbər Aşot" rolunda çəkilib.

Digər lüğətlərdə