AĞAYANA
AĞAZADƏ
OBASTAN VİKİ
Axund Mirbağır Ağa Ağazadə
Axund Mirbağır Ağa Ağazadə — görkəmli azərbaycan ruhanisi və ictimai xadimi. Mirbağır Ağa Ağazadə 1857-ci ildə Salyan şəhərinin köhnə Bərəüstü məhəlləsində siravi ruhani Hacı Zeynalabidinin ailəsində anadan olmuşdur. Salyanda yaradılmış mədrəsədə (onun yaradıcısı Mir Heydər ağa olmuşdur) ilk təhsilini almışdır. O, şeyx Əbdül Səməd Ağa, Seyid İbrahim Salyani, Axund Mirzə Xəlilullah və b. Ilə birlikdə 1887-ci ildə ona dərs deyən müctəhidlər Seyid Kazım Təbatəbai və Ayətullah Şərəbyani ona Nəcəfül- Əşrəf şəhərinə oxumağa getməyi məsləhət görmüşlər. Onunla birgə bir neçə azərbaycanlı da təhsilini həmin ruhani məktəbində davam etdirmişdir. Göstərilən Ruhani Akademiyasında astronomiya, riyaziyyat, həndəsə, nəbatət, təbabət elmlərinə mükəmməl yiyələnən Mirbağır Ağa böyük elm sahibi kimi tanınmışdır. Bundan başqa o, bir nurlu sima kimi ağsaqqal, sözünün yerini bilən, əsasən vətənpərvər olaraq özünü tanıtmışdır. Nəcəfül-Əşrəfdə müvəffəqiyyətlə təhsilini başa vurduqdan sonra imtahan verərək "Qərineyi – İctihad" ali ruhani adı ilə 1909-cu ildə Salyana dönmüşdür. O, Salyana təhsil alarkən evləndiyi seyid Mirsəfiyyə ilə qayıtmışdır və ondan bir oğlu və üç qızı anadan olmuşdur.
Ağazeynal A.Qurbanzadə
Ağazeynal Alı oğlu Qurbanzadə (12 mart 1938, Astara) — Coğrafiya elmləri doktoru, professor. == Həyatı == Professor Ağazeynal Qurbanzadə 12 mart 1938-ci ildə Azərbaycanın Astara şəhərində anadan olumuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin “Coğrafiya” ixtisasına daxil olmuş, 1962-ci ildə “İqtisadi coğrafiya” ixtisası üzrə başa vurmuşdur. 1968-ci ildə ADU-nun əyani aspiranturasına daxil olan A.Qurbanzadə 1974-cü ildə “Arazboyu regionunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi tədqiqi” mövzusunda namizədlik, 2006-cı ildə isə “Azərbaycan Respublikasının aqrar funksional strukturunun ərazi təşkili” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, 2012-ci ildə professor elmi adını almışdır. 1971-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayan A.Qurbanzadə ömrünü bu ali təhsil ocağına bağlayaraq, burada elmin inkişafı ilə bərabər, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermiş, rəhbərliyi altında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. 1996-2002-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) “Coğrafiya və ekologiya” kafedrasını yaradaraq, ona rəhbərlik edən görkəmli alim respublikanın ali məktəbləri arasında ilk dəfə olaraq LDU-nun nəzdində “Coğrafi ekologiya” laboratoriyasını təşkil etmişdir. Eyni zamanda o, bir müddət Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. Coğrafiyaya fundamental elm kimi yanaşan professor Ağazeynal Qurbanzadənin analitik təhlillərinin əsasında konseptual mövzular dayanır.
Ağazeynal Qurbanzadə
Ağazeynal Alı oğlu Qurbanzadə (12 mart 1938, Astara) — Coğrafiya elmləri doktoru, professor. == Həyatı == Professor Ağazeynal Qurbanzadə 12 mart 1938-ci ildə Azərbaycanın Astara şəhərində anadan olumuşdur. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin “Coğrafiya” ixtisasına daxil olmuş, 1962-ci ildə “İqtisadi coğrafiya” ixtisası üzrə başa vurmuşdur. 1968-ci ildə ADU-nun əyani aspiranturasına daxil olan A.Qurbanzadə 1974-cü ildə “Arazboyu regionunda kənd təsərrüfatının ərazi təşkilinin coğrafi tədqiqi” mövzusunda namizədlik, 2006-cı ildə isə “Azərbaycan Respublikasının aqrar funksional strukturunun ərazi təşkili” mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, 2012-ci ildə professor elmi adını almışdır. 1971-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyətə başlayan A.Qurbanzadə ömrünü bu ali təhsil ocağına bağlayaraq, burada elmin inkişafı ilə bərabər, yüksəkixtisaslı kadrların hazırlanması işinə böyük töhfələr vermiş, rəhbərliyi altında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunmuşdur. 1996-2002-ci illərdə Lənkəran Dövlət Universitetində (LDU) “Coğrafiya və ekologiya” kafedrasını yaradaraq, ona rəhbərlik edən görkəmli alim respublikanın ali məktəbləri arasında ilk dəfə olaraq LDU-nun nəzdində “Coğrafi ekologiya” laboratoriyasını təşkil etmişdir. Eyni zamanda o, bir müddət Azərbaycan Kooperasiya Universitetində kafedra müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. Coğrafiyaya fundamental elm kimi yanaşan professor Ağazeynal Qurbanzadənin analitik təhlillərinin əsasında konseptual mövzular dayanır.
Ağazeynalabdin Tağıyev
Tağıyev Ağazeynalabdin Sadıq oğlu — Hacı Zeynalabdin Tağıyevin nəvəsi, repressiya qurbanı. 1893-cü ildə doğulmuşdur Peterburqun toxuculuq institutuna bitirib. Zeynal təhsilini başa çatdırıb Bakıya qayıdır. Londona getmiş, toxuculuq sənətini dərindən mənimsəmək üçün. Qayıdandan sonra Hacı Zeynalabdin Tağıyev fabrikində ingilis rəisin əli altında işləyirdi. Sovet hökuməti onu direktor təyin etdi. Zeynal on ildən çox o vəzifədə işlədi. 1932-ci ildə KQB tutdu. 1934-cü ilə qədər dustaqda qaldı və azadlığa çıxdı. 1937-ci ildə yenə tutdular və tez də azad etdilər.
Ağaziyarət (Ərak)
Ağaziyarət — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Fərmihən bölgəsinin Yuxarı Fərəhan kəndistanında, Fərmihən qəsəbəsindən 18 km şimal-qərbdədir.
Ağazor (İrəvan)
Ağadərəsi, Katnaxpyur, Aqadzor — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Kəndin adı erməni dilinə kalka edilərək Aqadzor (dzor erməni dilində dərə deməkdir) formasında işlədilir. Toponim Azərbaycan dilində "varlı, zadəgan, mülkədar" mənasında işlənən ağa və III şəxsin təkinin mənsubiyyət şəkilçisi (-si) qəbul etmiş dərə sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı II növ təyini söz birləşməsi formasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Katnaxpyur (Südlü bulaq) qoyulmuşdur. == Toponimik izah == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1728-ci ilə aid türkcə mənbədə kəndin Həsən adlı şəxsə (mülkədara) mənsub olması qeyd olunur (Timari Həsən karyei Aqadzor). XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə (150, 358) Aqasor kimidir. Bu göstərir ki, kəndin adında ermənicə dzor-dərə sözü yoxdur, əks halda ermənicə yazılışda Aqasor yazılmazdı.
Elçin Ağazadə
Elçin Ağazadə (30 avqust 1981, 26 Bakı Komissarı rayonu) — Azərbaycanlı rejissor, prodüsser. == Həyatı == Elçin Fizuli oğlu Ağayev 30 avqust 1981-ci ildə Azərbaycan SSR-in paytaxtı Bakı şəhərinin, Səbail rayonunda dünyaya gəlib. 1988-ci ildə Bakı şəhəri, Səbail rayonunda 190 saylı tam orta məktəbdə təhsil almağa başlamış, 1999-cu ildə Hüseyn Cavid adına 132 № t.o.m-də tam orta təhsilini bitirib. 2000–2015-ci illərdə ilk şəxsi fəaliyyətinə səs rejissoru kimi başlamış, 2015-ci ildən rejissor kimi fəaliyyətinə davam edir. Reklam, klip, sosial çarxlar və daha sonra isə sənədli filmlərin rejissorluğunu edib. Bir çox işlərdə prodüsser kimi də fəaliyyət göstərmişdir. Autizm sindromlu uşaqlara həsr etdiyi "Uğur böcəyi" qısametrajlı filmi ABŞ-nin Florida ştatında keçirilən "15 dəqiqə çərçivə" adlı Beynəlxalq Kino Festivalının "Ən yaxşı sosial film" nominasiyasında 1-ci yeri tutmuşdur.Quruluşçu rejissoru olduğu qısametrajlı "28” bədii-sənədli filmi 2021-ci ildə Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB), Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, TRT, Anadolu Agentliyi və Boğaziçi Kültür Sanat Vəqfinin təşkilatçılığı ilə ilk dəfə keçirilən Diaspora Beynəlxalq Qısa Film Festivalında 120 ölkədən təqdim edilən 3123 film arasında münsiflər heyəti tərəfindən final mərhələsinə seçilən 24 filmdən biri kimi 27-29 avqust tarixlərində İstanbulun “Atlas” kinoteatrında nümayişi təşkil edilib.2022-ci ildə İran İslam Respublikasında keçirilən "Beynəlxalq Ərbəin Festivalı"nda rejissoru olduğu "Başqa Həyat" sənədli filmi ən yaxşı film nominasiyası üzrə qalib olmuşdur.2022-ci ilin 2 aprel – 2 may tarixlərində Ramazan ayı boyunca Xəzər TV-də yayımlanmış Hacı Şahin Həsənlinin qonaq olduğu "Ramazan sevinci" adlı verilişin rejissoru olub. 2022-ci ildə 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında rejissoru olduğu "Səs" qısametrajlı bədii filmi festivalın Panorama bölməsində iştirak hüququ qazanmışdır.Ailəlidir, Məhəmməd və Əbəlfəzl adlı 2 oğlan övladı var. == Filmoqrafiya == Rejissoru olduğu bədii və sənədli filmlər "Cənnət Ətri" , "Cənnət ətri 2" "Zamana sığmayan Nəsimi" "Başqa həyat" "Klassik Ədəbiyyatımızda İmam Hüseyn (4 hissə)" "Səngərdə Azan" "Uğur böcəyi" "28" filmi "Boş yelləncək" "A day with Rafa" (Azərbaycan çəkilişlərinin prodüsseri və rejissoru) "Səs" (qısametrajlı bədii film) "Gənclik" (sənədli film) "Problem yoxdur" (sənədli film) "Qəhrəmanlıq salnaməsi Elşən Səfərov zirvəsi" (sənədli film) Şəhid Əmir Kazımov haqqında "Gülərüz şəhid" sənədli filmi'Rejissoru olduğu sosial çarxlar "Həyatını zəhərləmə" "Hər şey səndən başlayır" "Bibi Heybət" "Evdə qal" "Stop Armenian terror" "Xalqın sevgisi" "1 İyun Beynəlxalq Uşaqlar Günü" "28 May" "Xoş gəldin, Ramazan" "Azərbaycan. Qusar.
Emin Ağazadə
Emin Valik oğlu Ağazadə () — Azərbaycanlı şəhid. == Həyatı == Ağazadə Emin Valik oğlu 1991-ci il mart ayının 22-də İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. === Təhsili === İlk təhsilini Ceyhun Həsənov adına Kürdmaşı kənd orta məktəbində alıb. == Hərbi xidməti == Müharibənin başladığını eşitdikdən sonra hərbi komissarlığa gedib könüllü olaraq qeydiyyatdan keçib. Oktyabrın 5-i təlimlərə çağrılıb. 2 həftə təlimlərə qatıldıqdan sonra ön cəbhəyə yollanıb. Cəbrayıl uğrunda gedən döyüşlərdə 2 gecə qəhrəmancasına vuruşub. Oktyabrın 25-i Laçın istiqamətində gedən döyüşlərdə gizli şəkildə postu tərk edib xüsusi təyinatlılara qoşulub döyüş bölgəsinə gedib və şəhidlik zirvəsinə yüksəlib..
Fərhad Ağazadə
Ağayev Fərhad Məşədi Rəhim oğlu (təxəllüsü Şərqli) (12 avqust 1880, Şuşa – 4 yanvar 1931, Bakı) — Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu (1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist. == Həyatı == Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdu. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900–1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901–1902), Gorus (1902–1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan və "Səadət" məktəblərində çalışmışdır. F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə və A.Əfəndizadə ilə) dərsliyini tərtib etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır.
Mir Sahib Ağazadə
Mir Sahib Ağazadə (Ağayev Sahib Qabil oğlu;23 fevral 1980, Bakı) — Azərbaycan aktyoru, rejissor. == Həyatı == Mir Sahib Ağazadə 1980-ci ildə Bakıda anadan olmuşdur. Bakı İslam Universitetini (1996-2000), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsini (2001-2004) bitirmişdir. 2000-2003-cü illərdə “Zaman” müstəqil teatrında aktyor, rejissor köməkçisi, quruluşçu rejissor vəzifələrində çalışmışdır. Bir müddət sonra özünün “İrfan” adlı müstəqil teatr studiyasını yaradıb. Bu studiada bir neçə tamaşa və kompozisiyaya quruluş verib (2004-2007). Tələbəlik illərindən kurs rəhbəri Vaqif İbrahimoğlunun yaratdığı Yuğ teatrında aktyor, rejissor köməkçisi kimi fəaliyyət göstərib. 2007-ci ildən 2019-cu ilə qədər “Yuğ” Dövlət Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Bir neçə bədii film və serialda aktyor kimi rol alıb. Dövlət tədbirlərinin, yubiley və bədii gecələrinin quruluşçu rejissoru olub.
Mirtalıb Ağazadə
Mirtalıb Heydər oğlu Ağazadə (16 yanvar 1994; İkinci Aşıqlı, Beyləqan rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Ordusunun əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Mirtalıb Ağazadə 16 yanvar 1994-cü ildə Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə orta təhsil almışdır. 23 fevral 2018-ci ildə ailə həyatı qurub 2020-ci il 19 oktyabrda bu evlilikdən bir qız övladı dünyaya gelmişdir və ürək qüsurlu doğulduğu üçün bir müddət sonra, dünyasını dəyişmişdir. == Hərbi xidməti == Mirtalıb Ağazadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə 2021-ci ildə Quru Qoşunlarının sıralarında burada müddətdən artıq hərbi xidmət edən Mirtalıb Ağazadə "Komando" Briqadasının üzvü olaraq hərbi fəaliyyət göstərirdi.2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir.
Mirzə Həbib Ağazadə
Mirzə Həbib Аğаzаdə (1880, Urmiya – 1960, Urmiya) — publisist, azadlıq mücahidi == Həyatı == Mirzə Həbib Аğа bəy оğlu 1880-ci ildəUrmiya şəhərində аnаdаn оlmuşdu. Müкəmməl mədrəsə təhsili аlmışdı. Məşrutə hərакаtındа iştirак еtmişdi. Sоnrа dеmокrаt firqəsinin üzvü оlmuşdu. Mirzə Həbib Mаhmud Qənizаdə, Mаhmud Əşrəfzаdə, Sаdiqülmülк və Müəyyədzаdə ilə bərаbər Urmiyаdа mааrifçiliyə bаşlаmışdı. "Fəryаd" qəzеtinin rеdакsiyа hеyətinə bаşçılıq еtmişdi. Sоnrаlаr bu qəzеtin аdı dəyişdirilib "Fərvərdin" аdı ilə nəşr оlundu. Mirzə Həbibin səyi ilə Irаndа yаyıldı. Çаr оrdusu Urmiyаyа sохulаndа qəzеt bаğlаndı. Qəzеtin fəаllаrı öldürülməyə bаşlаndı.
Murad Ağazadə
Murad İkram oğlu Ağazadə (13 avqust 2000, Yevlax — 2 oktyabr 2020, Qarabağ) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1] == Həyatı == Ağazadə Murad İkram oğlu 13 avqust 2000-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Murad Ağazadə Yevlax şəhəri 6 saylı tam orta məktəbdə təhsilini başa vurmuşdu. O, öz nizam –intizamı, həm də idmana həvəs göstərməsi ilə secilmişdi məktəbdə. İdmanın Cüdo növünə böyük həvəs göstərməsi onun respublika yarışlarına vəsiqə qazanmasına səbəb olur və yarışlarda qazandığı uğurlara görə layiq görüldüyü fəxri-fərmanlar, kuboklar elə bu gün də Ağazadələr ailəsinin evini bəzəyir. == Hərbi xidməti == 2018-ci ildə hərbi xidmətə çağrılan Ağazadə Murad İkram oğlu 2020-ci ildə həqiqi hərbi xidmətini başa vuraraq evlərinə dönür. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 2 oktyabr 2020- ci ildə qızğın döyüşlərin birində şəhid olur. 70 gün Murad neytral zonada qaldıqdan sonra, 9 dekabr 2020 –ci il tarixdə Yevlax şəhər şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Ağazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Ağazadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Müzəffər Ağazadə
Müzəffər Abusət oğlu Ağazadə — Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Ali Məhkəmənin elmi-məsləhət şurasının üzvüdür. == Həyatı == Ağazadə Müzəffər Abusət oğlu 1939-cu ildə Masallı rayonunun Müsaküçə kəndində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Masallı rayon məhkəməsində katib işləməyə başlayan M. Ağazadənin əmək fəaliyyətinin sonrakı dövrü yalnız məhkəmə orqanları ilə bağlı olmuşdur. 1961-ci ildə, indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, həmin təhsil müəssisəsini 1967-ci ildə bitirmişdir. Bir oğlu , üç qızı və səkkiz nəvəsi var. == Hakim fəaliyyəti == 1964–1968 — Bakı şəhəri, Oktyabr rayon xalq məhkəməsində iclas katibi, 1968–1969 — Azərbaycan SSR Nazirlər Soveti Hüquq Komissiyasının Məhkəmə Ekspertizası İnstitutunda baş elmi işçi olaraq çalışmışdır . Bundan sonra, Bakı şəhəri, Yasamal rayon məhkəməsində iclas katibi vəzifəsində işləmiş M. Ağazadə Universiteti bitirdikdən sonra, Azərbaycan SSRİ Nazirlər Soveti Hüquq Komissiyasının Elmi –Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutu və Azərbaycan Respublikası Ali Məhkəməsinin nəzarət şöbəsində baş məsləhətçi vəzifələrində işləmişdir. M. Ağazadə 1970–1976-cı illərdə Daşkəsən rayon məhkəməsində hakim,1976–1987-ci illərdə Bərdə rayon məhkəməsinin sədri, 1987–1990-cı illərdə isə Ağdam rayon məhkəməsinin sədri vəzifələrində çalışmışdır. 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinə hakim seçilən M. Ağazadə 2000-ci ildə yenidən həmin vəzifəyə təyin edilmişdir. 2010-cu ildə təqaüdə çıxmışdır.
Məleykə Ağazadə
Məleykə Ağazadə (3 sentyabr 1929, Bakı – 24 aprel 2019) — Azərbaycan aktrisası. == Həyatı == Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxumuşdur. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır.
Nəzakət Ağazadə
Nəzakət Ağazadə (Nəzakət Orucova, d. 13 fevral 1910, Gəncə şəhəri, Yelizavetpol quberniyası–ö. 10 aprel 1979, Bakı şəhəri, Azərbaycan SSR)— dilçi alim, filologiya elmlər doktoru, professor, Həsən bəy Ağayevin qızı == Həyatı == Nəzakət Ağazadə 13 fevral 1910-cu ildə Gəncə şəhərində Həsən bəy Ağayevlə, Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlmişdir. O, ailəsnin 3-cü qız övladı idi. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olan Nəzakət xanımı 1932-də “Müsavat Parlamanı başçısının qızı” olduğu üçün 2-ci kursdan çıxarmışdılar. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. 1948-də Moskvada namizədlik, 1966-da Bakıda doktorluq dissertasiyası müdafiə etmiş, professor adını almışdır. "Azərnəşr"də tanış olduğu Əliheydər Orucovla evlənən Nəzakət xanımın 1942-ci ildə Elxan adlı bir oğlu dünyaya gəlmişdir. Onun həyat yoldaşı da özü kimi professor, EA-nın müxbir üzvü, görkəmli Azərbaycan dilçilərindən biri olmuşdur. == Fəaliyyəti == Nəzakət xanım uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Qulam Rza Ağazadə
Qulamrza Ağazadə (fars. غلامرضا آقازاده‎; 15 mart 1949, Xoy, Qərbi Azərbaycan ostanı) — İran siyasətçisi, İran Nüvə Enerjisi Təşkilatının rəisi. == Həyatı == Qulamrza Ağazadə 15 mart 1949-cu ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub.Tehran universitetinin riyaziyyat fakültəsini bitirib. Qulamrza Ağazadə 1979-cu ildən sonra Tehranda dərc olunan "İslam respublikası" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qulamrza Ağazadə 1985-1997-ci illərdə İranın neft naziri işləyib.
Qulamrza Ağazadə
Qulamrza Ağazadə (fars. غلامرضا آقازاده‎; 15 mart 1949, Xoy, Qərbi Azərbaycan ostanı) — İran siyasətçisi, İran Nüvə Enerjisi Təşkilatının rəisi. == Həyatı == Qulamrza Ağazadə 15 mart 1949-cu ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub.Tehran universitetinin riyaziyyat fakültəsini bitirib. Qulamrza Ağazadə 1979-cu ildən sonra Tehranda dərc olunan "İslam respublikası" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qulamrza Ağazadə 1985-1997-ci illərdə İranın neft naziri işləyib.
Sevda Ağazadə
Sevda Ağazadə (6 sentyabr 1958, Bakı) — Televiziya aparıcısı. Ssenari müəllifi, AzTV-nin keçmiş diktoru, hazırda bu telekanalın "Telefilm" yaradıcılıq birliyində aparıcı redaktor. == Həyatı == 1958-ci ilin sentyabr ayının 6-da Bakıda anadan olmuşdur. 7 yaşına qədər Balaxanıda yaşamışdır. Sonra təhsilini Xətai rayonu 56 nömrəli məktəbdə davam etdirmişdir. Orta məktəbi 1975-ci ildə qızıl medalla bitirib indiki Dövlət Neft Akademiyasına daxil olmuşdur. Anası, dayısı, qardaşı, bacısı və oğlu da oranı bitirmişlər. Ali məktəbi bitirəndən sonra Milli Elmlər Akademiyasının Energetika İnstitutuna mühəndis-proqramçı kimi işə götürülmüşdür. Orada 5 il işləmişdir. Sonra eşidir ki, AzTV-də müsabiqə var, müsabiqədə iştirak edir və radioda işə düzəlir.
Sənan Ağazadə
Sənan Nizami oğlu Ağazadə (1 may 2000; Lənkəran, Azərbaycan — 14 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sənan Ağazadə 1 may 2000-ci ildə Lənkəran şəhəri Göyşaban kəndində anadan olmuşdur.2006-cı ildə M.F Səhban adına Göyşaban kənd məktəbinin 1-ci sinifinə gedib, 2017-ci ildə S.Kazımbəyov adına Lənkəran şəhər 6-nömrəli məktəbi bitirmişdir. == Hərbi xidməti == 22 iyul 2019-cu ildə hərbi xidmətə başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Sənan Ağazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı savaşıb. Fizuli döyüşlərində iştirak edib. Minatan batareyanın tuşlayıcısı olmuşdur. Hədəfi sərrast nişan alması sayəsində düşmənin bir neçə hərbi texnikasını və 35 əsgərini məhv edib. Sənan Ağazadə oktyabrın 14-də Füzuli istiqamətində şəhid olub. Lənkəranda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Ağazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Ağazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sənan Ağazadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Yədulla Ağazadə
Yədulla Ağazadə (azərb. Ağazadə Yədulla Bədir oğlu‎) — folklorşünas, ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2014), professor (2019) == Həyatı == Yədulla Bədir oğlu Ağazadə 1950-ci il iyulun 1-də Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhər 5 nömrəli (1957–1961) və Lənkəran şəhər internat (hazırda gimnaziya) (1961–1967) orta məktəblərində almışdır. Bir müddət Lənkəran şəhər meyvə-tərəvəz konserv (1967), Bakı tikinti materialları (1968) və Azərbaycan Boru prokatı zavodlarında fəhlə işləmişdir (1968–1969). 1969–1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (qiyabi) bitirmişdir (1975). Pedaqoji fəaliyyətə Lənkəran rayonunun ucqar Gəgiran kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1971–1973). Daha sonra Gəgiran kənd orta məktəbinin direktoru vəzifəsində (1973–1981), rayonun Ləj kənd orta məktəbində tədris işləri üzrə direktor müavini (1981–1990), Lənkəran şəhər 5 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışmışdır (1990–1998). Lənkəran Dövlət Universitetində fəaliyyətə başladığı gündən (1992) burada baş müəllim(1992–1998), dosent (1998–2015), professor (2016-cı ildən) vəzifələrində çalışmış, hazırda LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professorudur. "Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti" mövzusunda namizədlik (1998), "Azərbaycan poeziyasında satirik poeziyasının təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir (2013).
İqbal Ağazadə
İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd. == Həyatı == İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərin] === Ailəsi === Evlidir, 2 övladı var. == Siyasi fəaliyyəti == Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. 2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.
Əminə Ağazadə
Əminə Həmid qızı Ağazadə (26 mart 1980, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı; Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü (2006), Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının fərdi üzvüdür (2007). == Həyatı == Əminə Ağazadə 26 mart 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır.1986-cı ildə Bakı şəhər 20 №li orta məktəbinə qəbul olunmuş, 1997-ci ildə həmin məktəbi bitirmişdir. 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 2001-ci ildə təhsilimi fərqlənmə diplomu ilə bitirib, ali peşə istiqaməti üzrə bakalavr dərəcəsini almışdır. 2001-ci ildə Bakı Dövlət Universitetinin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistraturaya daxil olmuş, 2003-cü ildə Bakı Dövlət Universitetinin magistraturanı fərqlənmə diplomu ilə bitirib, magistr dərəcəsini almışdır. Ailəlidir, bir övladı var. == Fəaliyyəti == 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Prokurorluq orqanlarında ilk dəfə keçirilən müsabiqədə iştirak etmişdir. Test və söhbət mərhəlsindən ibarət müsabiqədə yüksək bal toplayaraq 27 dekabr 2002-ci il tarixində Bakı şəhəri Sabunçu rayon prokurorluğuna stajor-müstəntiq vəzifəsinə təyin olunmuşdur. 2004-cü ilin fevral ayında bir illik stajorluq müddətini başa çatdırdıqdan sonra uğurla attestasiyadan keçərək, Baş Prokurorluğun Ali Attestasiya Komissiyası tərəfindən bir il sınaq muddəti ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşdur. 2005-ci ilin avqust ayından Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbəsinə ezam olunmuşdur. 2006-cı ilin fevral ayında ona Baş Prokurorluğun Beynəlxalq əlaqələr şöbə prokuroru vəzifəsinin icrası həvalə edilmiş, 28.03.2007-ci il tarixində yenidən təşkil edilmiş Beynəlxalq əlaqələr idarəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur.
Leyli Ağazadə
Leyli Ağazadə (26 avqust 2006) — Azərbaycanı təsmil edən bədii gimnast. == Həyatı == Leyli Ağazadə 2006-cı il avqustun 26-da anadan olub. == Karyerası == Leyli Ağazadə 2020-ci ildə Kiyev şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu. Həmin il Leyli Ağazadə həm də Macarıstanda beynəlxalq turnirin bürünc medalına sahib olduLeyli Ağazadə 2022-2023-cü illərdə Almaniya, Cənubi Koreya, Latviya və Bosniya və Herseqovinada baş tutan beynəlxalq turnirlərdə altı qızıl, üç gümüş və altı bürünc medala sahib oldu.

Digər lüğətlərdə

отгова́ривать поддёрнуться подсуши́ться проступа́ться слизь стра́зовый шейк дефектоско́п зимо́вник квасной патриоти́зм оплеска́ть пренебрежи́тельный триколо́р cerebellar chip log fibrilla half-niece Hebrew sovkhoz watermanship бренчать взрывозащищённый впрыскивание гостиничный хрестоматия