Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Averm
Averm (fr. Avermes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Mylen kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03013. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3814 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 2561 nəfər (15–64 yaş) arasında 1877 nəfər iqtisadi fəal, 684 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə 73,5%) idi. Fəal 1877 nəfərdən 1735 nəfər (858 kişi və 877 qadın), 142 nəfər işsiz (70 kişi və 72 qadın) idi. 684 hərəkətsiz 205 nəfər arasında şagird və ya tələbə, 356 nəfər təqaüdçü, 123 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Avers
Avers (alm. Vorderseite‎, it. dritto, fr. avers, lat. adversus — "üzü tərəfə çevrilmiş") — sikkə və medalların üz və əsas tərəfi. Avers reversin əks tərəfidir. Termin qədim dövrlərdən əmələ gəlib. Əvvəlcə bu söz sikkənin alt ştempel vasitəsi ilə zərb olunan tərəfi mənasını verirdi (lat. adversus — "üzü tərəfə çevrilmiş"). Sikkə işinin xüsusiyyətlərini nəzərə alaraq, bu hissədə "daha vacib" təsvirlər yerləşdirilirdi, üst ştempeldə isə "daha az vacib" olanlar.
Avart (mifologiya)
Avart (q.yun. ᾌβαρτος, Ábartos) — qədim yunan mifologiyasında personaj. Avart sonrakı dövrlərə aid ənənəyə görə, Attikanın sonuncu çarı olan əfsanəvi Kodrun nəslindən idi. Onu Kodrun nəslindən olan Deoit və Perikl ilə birlikdə fokeyalılar göndərmişdir, çünki ioniyalılar Fokeya şəhərini yalnız Kodrun nəslinin nümayəndələrinin idarə etdiyi halda öz ittifaqlarına qəbul etmək niyyətində idilər. Bu mifik versiya İoniyanın qərbi Anadolunun məskunlaşmasında Afinanın dominant rolu vurğulamaq üçün nəzərdə tutulmuşdu.
Avern (Fransa)
Avern (fr. Avernes) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament —Val-d’Uaz. Əhalisi — 776 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 45 km şimal-qərbində, Serji belediyyənin 16 km qərbdə yerləşir.
Herman Abert
Hermann Abert (alm. Hermann Abert‎; 25 mart 1871[…], Ştutqart – 13 avqust 1927[…], Ştutqart) — Almaniya musiqişünası. O, qədim və orta əsrlər musiqisi, opera tarixi üzrə tədqiqatlar aparmışdır. Abert Volfqanq Amadey Motsart haqqında monoqrafiyanın müəllifidir.
Nikolas Apert
Nikolya Apper (17 noyabr 1749, Şalon-an-Şampan – 1 iyun 1841, Massi[d]) — fransız ixtiraçı. == Həyatı == Təzə yeməklərin bağlı qablarda uzun müddət sağlam bir şəkildə qoruna biləcəyi fikrini ilk inkişaf etdirən adam, parisli Nikolya Apperdir. 1795-ci ildə Fransa hökuməti, qidaların konserv olaraq saxlana biləcəyi bir üsulu bulana 12 min frank mükafat veriləcəyini eşitdirdi. Bu mükafatın cazibəsinə qapılan Nikolya Apper ticari baxımdan da praktik bir tətbiq etdi. Mədən qablar yerinə şüşə qabları seçdi. Yenə də bu günün tənəkə konserv sənayesi, quruluş fikirini Apperin cəhdlərinə borcludur. Nikolya Apperin işlərinin nəticəsi ilk dəfə 1804-cü ildə sınandı. Dənizçilik Naziri, Apperin konservlərindən bir qisiminin Bresdəki dəniz əsasına göndərilməsini əmr etdi. Burada, qablar üç ay açılmadan saxlandı. İlk nümunələrin araşdırılmasından sonra, Paris Sağlamlıq Müdirliyinə bu hesabat göndərildi: "Qabdakı ət suyu çox ləzzətli.
Avet Avetisyan
Avet Markosoviç Avetisyan (rus. Аве́т Маркосо́вич Аветися́н; əsl soyadı Voskanyan; 12 (24) noyabr 1897, Tiflis – 29 mart 1971, İrəvan) — Ermənistan-sovet aktyoru, SSRİ xalq artisti. == Həyatı == Avet Markosoviç Avetisyan 25 noyabr 1897-ci ildə Rusiya imperiyasının bir hissəsi olan Tiflis şəhərində anadan olmuşdur. O, 1922-ci ildən İrəvanda yerləşən Qabriel Sundukyan adına teatrın yaradıcılarından olmuşdur. Avetisyanın yaratdığı obrazlarda milli xüsusiyyətlər və yumor güclüdür. Əsas rolları: Zambaxov ("Xatabala", Qabriel Sundukyan), Saqatel ("Şərəf naminə", Aleksandr Şirvanzadə), Balabəy ("Təcrübə tarlası", Nairi Zaryan), Kuligin ("Tufan", Aleksandr Ostrovski), Dostiqayev ("Dostiqayev və başqaları", Maksim Qorki). 1926-cı ildən kinoya çəkilmişdir ("Pepo", "Zəngəzur" və s.). O, 1942-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Avetisyan 29 mart 1971-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində vəfat etmişdir. == Təltif və mükafatlar == Avet Avetisyan 1941-ci ildə SSRİ Dövlət mükafatına, 1962-ci ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür.
Leon Vert
Leon Vert (ing. Léon Werth; 17 fevral 1878 — 13 dekabr 1955) — fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı. Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur. == Kitabları == 33 jours (33 gün) Clavel chez les majors (Mayor Klavel) La maison blanche (Ağ ev) Clavel soldat (Əsgər Klavel) Cochinchine (Koçin-çin) Le destin de Marco (Markonun taleyi) Le monde et la ville (Dünya və şəhər) Impressions d'audience Saint-Exupéry, tel que je l'ai connu (Mənim tanıdığım Sent-Ekzüperi) Caserne 1900 Déposition / Journal 1940 - 1944 Voyages avec ma pipe (Çubuğumla birgə səyahət) Une soirée à L'Olympia (Olimpiyada gecə) == "Balaca şahzadə" == Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb: "Leon Vertə. Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm.
Kap Vert yarımadası
Kap Vert yarımadası (fr. Cap-Vert — yaşıl burun) — Afrikanın Atlantik okean sahillərində yerləşən yarımadası. Yarımadada Afrika materikinin ən ucqar qərb nöqtəsi olan Almadi burnu yerləşir. Yarımadanın cənub hissəsində seneqalın paytaxtı olan Dakar qəralaşır. == Coğrafiyası == Kap Vert yarımadası bir neçə keçmiş vulkanın adanın Dəniz cərəyanları vastəsi ilə toplanan qumun sayəsində materikə birləşmişdir. Yaeımada üçbucaq formaya malikdir. Bu ucu mic olan yarımada Almadi burnundan cənub-çərq istiqamətdə əyilir və gəmiçilik üçün əlverişli liman əmələ gətirir. Yarımadanın relyefi qayalıqdır. Materikə doğru isə qumluqlar üstünlıük təşkil edir. Paytaxtın qərb rayonlarında yerləşən Madlen adasında dünyanın ən kiçik milli parkı yerləşir.
Lil Uzi Vert
Symere Woods və ya səhnə adı ilə Lil Uzi Vert (31 iyul 1995, Filadelfiya, Pensilvaniya) — Amerikalı repçi, müğənni və söz yazıçısı. Filadelfiyada anadan olan Lil Uzi ilk dəfə 2015-ci ildə Atlantic Recordsa məxsus olan DJ Dramanın da sahib olduğu Generation Now etiketi ilə yayımladığı mixtape albomu Luv Is Rage ilə tanındı. 2016-cı ildə ilk single mahnısı "Money Longer" Billboard Hot 100 siyahısında 54-cü yeri tutur və bununla RIAAda 4x-Platinum mükafatını qazanır. Mahnı 2016-cı ildə Lil Uzinin növbəti albomu olan Lil Uzi Vert vs. the Worldda aparıcı rol oynayır. Alboma daxil olan digər mahnı "You Was Right" Hot 100-də 40-cı yerə sahib olur, albom isə Billboard 200-də 37-ci yeri tutur. 2016-cı ilin sonunda isə Migos qrupu ilə birgə yayımladıqları "Bad and Boujee" Billboardda 1-ci nömrə oldu. 2017-ci idə yayımlanan və Billboard 200-də 1-ci yeri ələ keçirən Luv Is Rage 2 adlı ikinci studiya albomunda yer alan "XO Tour Lif3", "The Way Life Goes" və Sauce It Up" Uzinin hit mahnılarından bəziləri oldu. 60-cı Grammy mükafatında Ən Yaxşı Rep İfası və Ən Yaxşı Yeni Sənətçi mükafatı’na namizəd göstərilən repçi, 2020-ci ildə sürpriz bir albom olaraq Eternal Atakei yayımladı. == Diskoqrafiya == === Studiya albomları === Luv Is Rage 2 (2017) Eternal Atake (2020) === EPləri === Purple Thoughtz EP Vol.
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Müdaxilə etmədən baş verən bir abort, "spontan abort" olaraq tanınır və hamiləliklərin təxminən 30-40%-ində baş verir.Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir, lakin təhlükəli abort, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ana ölümünün əsas səbəbidir. while making safe abortion legal and accessible reduces maternal deaths.Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri.Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Albert
Albert — Dünyada daha çox işlədilən rus adı. Albert Aqarunov — Azərbaycanın Milli Qəhrəmanı. Tank komandiri. Albert Bitran — rəssam Albert Qonzales — Amerikalı haker və kiber cinayətkar. Albert Starçevski — Rus jurnalisiti; ensiklopediyaçı Albert Tağıyev — Azərbaycan iqtisadçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru.
Aterk
Aterk (Ağdərə) — Adı 29 dekabr 1992-ci ilə qədər Aterk olmuş Həsənriz kəndi. Aterk (qala) — Arsakda qala adı.
Avarn
Avarn (q.yun. Αβαρνεσ) — Anadoluda qədim Bizans şəhəri. Kayseri yaxınlığındakı Kültəpə (Kaniş) və Əlişarda (Ankuva) tapılan, Assuriya dövrünə aid mixi yazı ilə yazılmış kitabələrdə adı qeyd olunur. Ehtimal olunur ki, bu, eyniadlı parçanın toxunma mərkəzidir. Bəzi tarixçilərə görə şəhər indiki Çərmik ərazisində yerləşirdi.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Avdat
Avdat — Petra ilə Qəzzə limanı arasında Buxur Yolu adlanan ticarət yolunun üzərində yerləşən Nəbatilərin mərkəzi şəhəridir. Şəhərin akropolu dəniz səviyyəsindən 655 metr yüksəklikdə Negev dağının yamacında yerləşir. Avdatın tikilmiş hissəsi 85 dunamdır və bütün Avdat Milli Parkı isə 2100 dunam ərazini əhatə edir. Avdat Milli Parkında qədim Nəbati tikililərinin qalıqları, o cümlədən gözətçi qülləsi, yaşayış kompleksi, məbəd tikililəri, şərabçılıq sahəsi , hərbi şəhərcik, yaxşı vəziyyətdə qalmış hamamlar və yenidən qurulmuş kənd təsərrüfatı terrasları var. 2005-ci ildə YUNESKO Avdatı Buxur Yolunun bir hissəsi kimi ümumdünya irsi siyahısına əlavə etdi. == Arxeoloji qazıntılar == Avdatın yaranma tarixi eramızdan əvvəl III əsrə təsadüf edir. Avdat haqqında ilk dəfə Yunan alimi Ptolemeyin “Coğrafiya” əsərində Roma əyaləti Ərəbistanın yeddi yaşayış məntəqəsi siyahısında rast gəlmək olar. Bizanslı Stefan, Herodyanın yazılarına əsaslanaraq, Avdat haqqında yazır ki, nəbatilərin məskənidir, tanrı kimi hörmət edilən padşahlarının adını daşıyır. Nəbatilərin tarixində Obodat (Avdat) adlı üç padşah olub, ancaq ölümdən sonra yalnız I Obodat ilahiləşdirilib. Eramızın I əsrində şəhər köçəri ərəb tayfalarının basqınlarından çox əziyyət çəkirdi.
Avena
Yulaf (lat. Avena) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi == Bu bitki buğda və arpa ilə müqayisədə daha gəncdir. Onu bizim eramızdan əvvəl ikinci minillikdə becərməyə başlamışlar. Uzun illər ərzində yulaf alaq otu sayılırdı, yalnız şimal bölgələrdə daha davamlı olaraq həmin əkin sahələrində becərilməyə başlamışdır. == Xarakteristikası == Yulaf dəyərli ərzaq və yem bitkisidir. Onun qida və yem keyfiyyəti dənin yüksək biolojidəyərilə müəyyənləşdirilir. Yulafın zülalında buğdanın zülalından 10 faiz artıq əvəzedilməz amin turşusu olan lizin (384 mq/100 q) mövcuddur. Yulafın dənində yağın miqdarı 6,2 faizə bərabərdir, bu da digər dənli bitkilərdəki yağın miqdarından artıqdır (çovdar – 2,2 faiz, buğda – 2,5 faiz). İstifadə istiqamətlərinə uyğun olaraq yulafın dəninə spesifik texnoloji tələblər irəli sürülür.
Aversa
Aversa — İtaliyanın Kampaniya regionunda şəhər.
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünya görüşlüdür. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir == Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi.
Avgit
Avqit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Piroksen qrupunun ən geniş yayılmış, tərkibcə mürəkkəb və dəyişkən mineralıdır: eqirin-avqit–zonal, Na2O və Fe2O3 ilə zəngin olan növ müxtəlifliyi; titan-avqit – TiO2 (4-5 %-dək), Fe2O3 və Al2O3 ilə zənginləşmiş növ müxtəlifliyi; bazaltik avqit – titan və manqanlı növ müxtəlifliyi; leyko-avqit – tərkibində az miqdarda Fe olan avqit və b. == Xassələri == Rəng – qara, yaşılımtıl-qara; Mineralın cizgisinin rəngi – açıq rəngli; bozumtul-yaşılımtıl; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan şəffafadək; Sıxlıq – 3,2-3,6; Sərtlik – 5-6; Ayrılma – {110} prizma üzrə orta; Bölünmə – {100} pinakoidi üzrə çox vaxt (diallaqda) aydın; Sınıqlar – pilləli-qeyri-hamar, qabıqvari; Morfologiya – kristallar: qısa-sütunvari, lövhəli, az hallarda iynəvari, İkiləşmə: çox vaxt {001} üzrə polisintetik və {100} üzrə «qaranquş quyruğu» tipli sadə; Mineral aqreqatları: dənəvər kütlələr, püruzlar. == Mənşəyi və yayılması == Tipik maqmatik mineral olub, qabbrolarda, doleritlərdə, əsası effuziv süxurlarda–andezit, bazalt və fonolitlərdə geniş yayılmışdır. Bəzən ultraəsası süxurlarda, qələvi peqmatitlərdə, kontakt-metasomatik (fenitlər) və metamorfik (çarnokitlər) əmələgəlmələrdə qeyd edilir. Həmçinin ay süxurlarında aşkar olunmuşdur. Birlikdə rast gəldiyi minerallar: plagioklaz, ortoklaz, biotit, nefelin, maqnetit və b. Mineralın tapıldığı yerlər: İlmen və Vişnyovıye dağları, Lovozer tundraları (Rusiya); Daun (Almaniya); Siciliya və Lipar adaları (İtaliya); Overn vilayəti (Fransa). Azərbaycanda çoxsaylı məntəqələrdə rast gəlinən avqit Xəzər dənizinin Lənkəran-Astara sahil qumlarında, Dağlıq Talışda daha geniş yayılmışdır.
Averno
Averno (it. Lago d'Averno) İtaliyada, Kampaniyada göl. Təxminən 2 kilometr (1.2 mil) enində və təxminən 60 metr (200 ft) dərinliyində, demək olar ki, yuvarlaq bir vulkanik kraterdir. Neapol yaxınlığında, Pottsuolidən 4 kilometr (2.5 mil) şimal-qərbdə yerləşir. Gölün yaxınlığında eramızdan əvvəl İtaliya materikindəki ilk yunan koloniyası olan, VIII əsrdə salınmış Kumı şəhəri yerləşirdi. O vaxtdan bəri göl və onun yanındakı mağara Aidin girişlərindən biri hesab olunurdu.Böyük Pyotrun hakimiyyəti dövründə dövlət xadimi və diplomat olmuş Pyotr Tolstoy "Ölü dəniz" adlanan bir gölü təsvir etmişdir.
Aleksandr Averin
Aleksandr Dmitriyeviç Averin 11 aprel 1954-cü il təvəllüdlü təqaüdçü Sovet velosipedçisidir. O, Azərbaycan velosiped məktəbinin yetirməsi, SSRİ-nin əməkdar idman ustası, SSRİ çempionatları və kubokunun 6 qat qalibidi. == Həyatı == 1976-cı ildə SSRİ yığma komandasının heyətində Monreal Yay Olimpiya Oyunlarında iştirak edib, və 17-ci yeri tutmuşdu. 1978-ci ildə SSRİ yığma komandasının heyətində Dünya Turunun qalibi olub. 1980-ci ildə Averin mövsümündə yarışıb, lakin Moskva Olimpiadaları üçün seçilməyib. 1978-80-ci illərdə Tour de l'Avenir-də 1978 və 1979-cu illərdə xalların təsnifatını qazanaraq, 1979-cu ildə ikinci yerə yüksəlib. 1977 və 1979-cu illərdə Tour de France-ın Şərqi Avropadakı ekvivalentini 1977-ci ildə 21-ci və 1979-cu ildə 28-də bitirib. 1977-ci ildə Averin də Küba turunda ikinci yeri tutub.Onun oğlu Maksim Averin də velosipedçidi və Ukraynanı təmsil edib. 2011-ci ildə Trofeo Edildə ikinci yerə layiq görulub.
Amberak (Averon)
Amberak (fr. Ambeyrac, oks. Ambairac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnöv kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12007. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimalda, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 179 nəfər təşkil edirdi. == Görməli yerləri == Kambulan qəsri (XVI əsr).