Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəhai
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Ədyal
Ədyal bir növ yataq ləvazimatındandır ki, ümumiyyətlə istifadəçini qızdırmaq üçün xüsusilə də yatmaq vaxtı nəzərdə tutulan böyük bir parçadır.Ədyallar qalınlıq və məqsədlərinə görə döşəkağıları ilə fərqlənir;ən qalın dəşəkağı hələ də ən yüngül ədyaldan daha incədir. Ədyallar ümumiyyətlə, istilik üçün istifadə olunur, halbuki döşəkağıları gigiyena, rahatlıq və estetik üçün istifadə olunur.
Bədəl
Bədəl — kişi adı. Bədəl bəy Bədəlbəyli — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti. Təxəllüs Ümmügülsüm Bədəl — Türkiyəni təmsil edən həndbolçu. Yaşayış məntəqələri Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Əli Bədəl (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Digər Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü.
Abdullah Bəttal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Bərham Saleh
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Bəttal Qazi
Bəttal Qazi (690, Malatya – 740) — Xalq qəhrəmanı. == Həyatı == Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir.
Bəysal dağı
Bəysal dağı – Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı qövsvari şaxəsinin suayrıcında, Axura kəndindən 3 km şimalda yerləşən dağ (hünd. 1911,7 m). Üst Permə aid Şahbulaq, Dəvəölən və Bəysal lay dəstələrinin cənub-qərbə maili yatan əhəngdaşılarından təşkil olunmuş yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin mərkəzində müşahidə edilən submeridional istiqamətli Axura antiklinalının tağ hissəsində yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli eyniadlı qırılma keçir. Şimal-qərb və cənub-şərq yamaclarında şimal-şərq istiqamətli faylar izlənilir. Şimal-şərq yamacından keçən şimal-qərb istiqamətli Yuxarı Yaycı-Tənənəm üstəgəlməsi boyu Üst Permin əhəngdaşıları Orta Eosenin Lütet mərtəbəsinin Dərəlik lay dəstəsinin çökmə süxurları ilə təmasa gətirilmişdir.
Badal Muradyan
Badal Muradyan (8 yanvar 1915, Çubuxçu, Eçmiədzin qəzası – 30 sentyabr 1991, İrəvan) — Ermənistan SSR Nazirlər Sovetinin 4-cü sədri. == Həyatı == 1966-cı il sentyabrın 30-da erməni elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağla bağlı XXIII qurultaya ünvanladıqları məktub respublika KP MK bürosunda müzakirə edildikdən sonra birinci katib Anton Koçinyan və Ermənistan Nazirlər Sovetinin sədri Badal Muradyanın birgə imzası ilə Moskvaya geniş cavab göndərildi. Cavabdan aydın olur ki, əslində elm və mədəniyyət xadimlərinin adından XXIII qurultaya göndərilmiş müraciət elə Ermənistan rəhbərliyinin fikridir. Onlar Sov.IKP MK-ya yazırdılar ki, Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin müraciətdə qaldırdığı məsələ birinci dəfə deyil və bundan əvvəl də, xüsusilə son vaxtlar böyük alimlər qurupu, yaradıcılıq birlikləri, ziyalıların nümayəndələri, fəhlələr, kənd təsərrüfatı işçiləri, tələbələr və digərləri bu məsələ ilə bağlı Sov.IKP MK və Ermənistan KP MK-ya çoxsaylı analoci məktub və müraciətlər göndəriblər. Məktub və müraciət müəlliflərinin fikrincə, bu torpaqların Ermənistana qaytarılması xalqlar arasında dostluğu daha da möhkəmləndirəcək, Lenin milli siyasətinin təntənəsini bir daha nümayiş etdirəcək. Koçinyan və Muradyan belə bir əhval-ruhiyyənin Dağlıq Qarabağ vilayəti əhalisi arasında yayıldığını və bunun ifadəsi kimi vilayətdən Ermənistan KP MK-ya əhalinin müxtəlif qruplarının çoxsaylı müraciətlər göndərdiyini vurğulayırdı. Onlar xatırladırdılar ki, erməni xalqı və digər xalqlar üçün ərazi məsələləri həyati əhəmiyyət kəsb edir. Bunu onlar Ermənistan ərazilərinin 2/3 hissəsinin, guya Ermənistanın qərb vilayətlərinin Türkiyə tərəfindən “qəsb” edilməsi ilə izah edirdilər. Koçinyan və Muradyan yazırdılar: “Indiki vaxtda Türkiyə tərəfindən ələ keçirilmiş torpaqların qaytarılması məsələsinin qoyulmasının məqsəduyğun olmadığı əhali tərəfindən anlayışla qarşılansa da, Qarabağ və Naxçıvanın Ermənistan SSR-ə qaytarılması ilə bağlı məsələlərdə biz ciddi çətinliklərlə üzləşirik”.
Bühal (Əhər)
Bühal (fars. بهل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 849 nəfər yaşayır (158 ailə).
Bədəl Bədəlov
Bədəl Bədəlov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial məsələlər üzrə vitse-prezidenti (2011–2023). == Həyatı == Bədəlov Bədəl Şamil oğlu 1961-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. Milliyyətcə Qaraqoyunlu türküdür. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. Mühəndislik fəaliyyətinə "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" trestinin 2 saylı Tikinti-quraşdırma idarəsində başlamış, böyük iş icraçısınadək yüksəlmişdir. 1997–2003-cü illərdə "Dənizdə neft və qazçıxarma" İstehsalat Birliyinin "Xəzərdənizneftqaztikinti" Trestinin Tikinti-quraşdırma İdarəsinin və Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəisi vəsifələrində çalışmış, 2003-cü ildə "Azərneftyanacaq" Neft Emalı Zavodunun (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) əsaslı tikinti üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 2005–2007-ci illər ərzində ARDNŞ-nin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun direktoru, 2007–2011-ci illərdə isə Sosial İnkişaf İdarəsinin rəisi olmuşdur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin Sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. 28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib. 2010-cu ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür.
Bəhai dini
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Bəhai məbədləri
Bəhai Məbədləri (ing. Bahá'í House of Worship) bəhai ədəbiyyatlarında mašriqu-l-'aḏkār (ərəb. مشرق اﻻذكار‎) olaraq adlandırılan Bəhai dininə məxsus dünyanın müxtəlif ölkələrində yerləşən ibadət və duaların oxunması üçün nəzərdə tutulmuş məbədlər. Mašriqu-l-'aḏkār ifadəsinin ərəb dilindəki tərcüməsi Allahın xatırlandığı, yad olunduğu yer mənasında işlədilir. Hər bir İbadət Evinin öz tərtibatı vardır, lakin onlar bir sıra memarlıq tələblərinə də uyğun olmaldırlar ki, bu da onlara vahid bir məzmun verir. Bütün Bəhai Məbədləri doqquz guşəli və bir günbəzli olmalıdır. Qərbdə ilk İbadət Evi 1953-cü ildə ABŞ-da, İllinoys ştatında, Çikaqonun yaxınlığında, Miçiqan gölünün sahilində tikilmişdi. Onun memarlıq həlli şərqin və qərbin memarlıq üslublarını birləşdirir və hər il milyonlarla ziyarətçi qəbul edir. Dünyada hazırda 123 yer gələcək məbədlər üçün ayrılmışdır. Gələcəkdə hər bir yerli Bəhai icmasının öz məbədi olacaqdır.
Bəhai qanunları
Bəhai qanunları — Bəhai dininin əsasında yaranmış qanunlar toplusu. Qanunlar Bəhai dinin peyğəmbəri Bəhaullahdan təsdiq edilmiş mətnlər, Əbdül-Bəha Abbas, Şövqi Əfəndi və Ümumdünya Ədalət Evinin təfsirlərini özündə birləşdirməkdədir. Bəhai olan şəxslərdən dinin ümumi prinsiplər və qaydalarına əməl etməkləri gözlənilir. == İstinadlar == == Ədəbiyyat == Smith, Peter. An Introduction to the Baha'i Faith. Cambridge: Cambridge University Press. 2008-04-07. 257. ISBN 978-0-521-86251-6.
Bəhai terrasları
Bəhayi bağları (Hayfanın asma bağları) - Bəhailik dininə məxsus özəl bağ. Hayfa şəhərində yerləşən bu bağ 18 terrasdan ibarətdir. Terraslar və Babın məbədi Karmel dağındadır. Ümumən ərazi Hayfa şəhərinin ərəblər yaşayan Vadi Nisnas və Hadar Karmel rayonuna aiddir. Bəhai bağları İsrailin turizm baxımdan ən görməli məkanlarından biri hesab olunur. Bağların memarı iran mənşəli memar Fariborz Sahbadır. Ümumi mühəddislik quruluşu Hayfanın Karban and Co. şirkətinə məxsus. Ərazi Ümumdünya Bəhai Mərkəzi ilə birlikdə Qərbi Qalileyin YUNESKO-nun Ümumdünya İrsinə daxil. == Simvolikası == Terraslar Babın ilk on səkkiz şagirdlərini tərənnüm edir.
Bəhai təqvimi
Bəhai təqvimi — Bəhailikdə istifadə edilən bir təqvimdir. Təqvim 21 mart 1844-də qəbul edilmişdir.
Molla Bədəl
Molla Bədəl — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 18 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim dini anlayış bildirən molla sözü ilə Bədəl şəxs adı əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Keçmişdə Rəhimabad və Rəfiabad da adlanmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Yexeknut qoyulmuşdur. Kənddə 1873-cü ildə 300 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 360 nəfər, 1904-cü ildə 335 nəfər, 1914-cü ildə 355 nəfər, 1916-cı ildə 252 nəfər, 1918-ci ilin əvvəlində 335 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Ümmügülsüm Bədəl
Ümmügülsüm Bədəl (8 fevral 1995, Fəthiyə, Muğla ili) — Türkiyəni təmsil edən həndbolçu. Ümmügülsüm Bədəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Ümmügülsüm Bədəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Şeyx Bəhai
Şeyx Bəhai və ya Şeyx Bəhaəddin Amili (18 fevral 1547 və ya 27 fevral 1547, Bəəlbək, Osmanlı Suriyası – 1 sentyabr 1621, İsfahan, Səfəvilər) — alim, təsəvvüf əhli, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronom. Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bəəlbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bəəlbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhid Əvvəl, Şəhid Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər.
Bedlam
Bedlam ilk olaraq Londonda yerləşən ruhi xəstələr üçün hospitaldır. Daha sonra bedlam sözü xaos, qarmaqarışıqlıq mənasını verməyə başladı. == Tarixi == Bedlam hospitalı məşhur Taueronun qabağında tikilmişdir. Onu 1330-cu ildə burada xəstəxana tikilmiş, 1377-ci ildə isə ruhi xəstələr üçün xəstəxanaya çevrilmişdir. 1403-cü ildə burada cəmi 9 xəstə var idi. 1815-ci ildə bu xəstəxananın yerində burada nəhəng ruhi hospital tikilmişdir. Burada xəstələri zəncirlə bağlayıb, ac saxlayırdılar.
Bethel
Bethel (ing. Bethel) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Bədəl bəy Bədəlbəyli
Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyli (1875, Şuşa – 12 sentyabr 1932, Bakı, Azərbaycan SSR) — müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, Əfrasiyab Bədəlbəyli və Şəmsi Bədəlbəylinin atası, Fərhad Bədəlbəylinin babası. == Həyatı == Bədəl bəy Bəşir bəy oğlu 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər real məktəbində oxumuşdu. Bədəlbəylilər nəslinin qocaman nümayəndəsi Bədəl bəy Bədəlbəyli xalq maarifçisi idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirdikdən sonra o, bir müddət Şuşada müəllimlik etmişdi. Lakin Bədəl bəyin pedaqoji fəaliyyəti XX əsrin əvvəllərindən Bakı şəhəri ilə bağlı olub: belə ki, o, 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir vəzifəsində çalışmışdı. O, xalq kütləsi daxilində maarifçiliyin, təhsilin vacibliyini və gərəkliyini açıqlayırdı. Bununla bərabər Bədəl bəy mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin ən fəal üzvü olmuşdu. Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy özünü aktyor kimi də dəfələrlə sınamışdır.
Hacı Bədəl körpüsü
Hacı Bədəl körpüsü — Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpü. ХIХ əsrdə Dəmirçilər kənd sakini, mötəbər insan, şer yazmaqda fitri istedad sahibi оlan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilmişdir. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla) əhəng və yumurta sarısından istifadə оlunmuşdur. Bu körpü 15 kəndin Qubadlı rayоnunun mərkəzi ilə əlaqəsini bərpa etmişdir. Körpünün son dərəcə maraqlı arxitekturası vardır. Belə ki, körpü kükrəyən, yaz gələndə yerə-göyə sığmayan, hər an kükrəyib daşan dağ çayının (Ağa çayı) üstündə salınmışdır. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından körpü tağbənd formasında idi. Onun ortasında dayaqlar qoyulmamışdı. Belə etməkdə məqsəd kükrəyib daşan dağ çayının maneəsiz axını üçün idi. Bu tariхi abidə də 31 avqust 1993-cü ilə qədər оlduğu kimi qalırdı.
Əli Bədəl (Bicar)
Əli Bədəl (fars. علي بدل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (8 ailə). Əhalisini kürdlər təşkil edir.
Hacı Bədəl məscidi
Hacı Bədəl məscidi - XIX əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanda "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Hacı Bədəl məscidi 1854-cü ildə Basqal qəsəbəsinin Dəmirçibazar məhəlləsində tikilib. Məscidin sifarişçisi Hacı Bədəl Məşədi ağa oğlu olub. Basqalın Qoşabulaq məhəlləsindən olan Hacı Bədəl məscidi qızı Sitarə xanımın şərəfinə inşa edib. Məscidin tikinti işlərinə Allahi və Məşədi Səttar adlı bənnalar rəhbərlik ediblər. Məscidin həyətində türbə də yerləşir. Burada Seyid Ümbülbanu adlı şəxs dəfn edilib. Deyilənə görə, o, İmam Cəfər Sadiqin (ə.s) nəslindən gəlib.
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü.
Medal
Nişan və ya Medal (fr. medaille, lat. metallum) — dövlət, cəmiyyət və ya ictimai təşkilat qarşısında xüsusi xidmətlərin mükafatlandırılması və ya hansısa yubiley münasibətilə insanların təltif edilməsi üçün üstü qabarıq şəkilli və səbəbi göstərilən yazısı olan metallik (çox zaman dairəvi) nişan. Medalın üz (avers) və arxa (revers) tərəfi olur. Bir sıra hallarda arxa tərəfində medalın sıra nömrəsi qeyd edilir. Bir çox hallarda medallar kolodkaya (üzərinə xüsusi rəngli parça sarınmış metal lövhə) bərkidilir. Medalların əksəriyyəti arxasındakı iynə ilə sinədən yuxarı paltara bərkidilir. Medallar aşğıdakı tiplərədə olur : Dövlət medalları Azərbaycan Demokratik Cumhuriyyətinin medalları Azərbaycan medalları SSRİ medalları ABŞ medalları Nazirlik medalları İctimai təşkilatların medalları Xarici ölkə medalları Türkiyə medal və dövlət nişanları Rusiya medalları Həmçinin: Stolüstü medal Məktəb medalı İdman medalı == Maraqlı faktlar == Böyük Britaniya qanunlarına görə hökumətin razılığı olmadan Britaniya tələbələri xarici ölkələrin dövlət mükafatlarını qəbul edə bilməzlər.
Bəhai dini və təhsil
Bəhai dinində təhsilə xüsusi önəm verilir. Bəhai müqəddəs yazılarında Allahın təkliyi və insanlığın birliyi ilə yanaşı ümumi və icbari təhsildən də danışılır. Bəhaullah, Bəhai dininin peyğəmbəri yazır: "İnsana qiymətli daşlarla zəngin bir mədən kimi bax. Ancaq təlim-tərbiyə nəticəsində ondakı cəvahirat üzə çıxar və bəşəriyyət ondan fayda götürər." Bəhaullah, Kitabi-Əqdəsdən sonra nazil olmuş lövhləri: Lövhi-Məqsud, səh. 132. [1] Bəhai təlimləri incəsənət, iqtisadiyyat, elm və peşələrin öyrənilməsindən əlavə mənəvi və ruhani təlimə də diqqət yetirilməsinə diqqəti çəkir. Təhsilə edilən bu vurğu ictimai və milli səviyyədə inkişafa vasitə kimi qəbul edilir. Bütün bəhailərin insanlığın yararına olan işlə məşğul olmalıdırlar və Bəhai təlimi də onların buna hazırlamalıdır. == Məqsəd == Ümumi icbari təhsilin bir məqsədi Bəhai qısa namazında vurğulanır. Allahın insanları yaratma səbəbi odur ki, bizim hər birimizin onu tanıyaq və sevə bilək.
Bediha Tunadağı
Bediha Tunadağı (20 avqust 1985, Qaziantep) — Türkiyəli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Bediha Tunadağı İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır. == Karyerası == 1.63 m boyu olan Bediha öz doğma şəhərini təmsil edən Qaziantep Halter İhtisas S.K klubunun üzvüdür. Bedihanın baş məşqçisi Mehmet Doğandır. 2012-ci ilin iyul ayında Bediha beynəlxalq turnirlərdə karyerasının ən yaxşı nəticəsini əldə etmişdir. O, bu uğura Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında dördüncü yeri tutmaqla nail olmuşdur. Bediha 2012 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmişdir.
Benqal (personaj)
Benqal (ing. Bengal) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış komiks personajı. == Nəşr olunma tarixi == Personaj Fabian Nikiyeza və Ron Lim tərəfindən yaradılmış və ilk dəfə "Daredevil" komiksinin 1988-ci ilin sentyabrından nəşr olunmuş 258-ci sayında peyda olmuşdur. == Bioqrafiya == Əsl adı Duk No Trandır. Vyetnam müharibəsi dövründə bir Vyetnam kəndində böyümüşdür. Müharibə zamanı Qırmızı qurd, Ulli Linkoln və Maykl Ceyns də daxil olmaqla kəndində qətliam törətmişdirlər. Duk amerikalıların vertolyotuna dırmaşmağa çalışmış, amma digər əsgərlərin etirazlarına baxmayaraq Ceyns tərəfindən təpiklə uzaqlaşdırılmışdır. İllər sonra böyüyən Duk Benqal adını alaraq ABŞ-yə gedir və kəndində qətliam törədmiş əsgərlərdən intiqam almaq istəyir. Ulli Linkoln Daredevilin qorumasına sığınır, Daredevil Benqalı məğlub edir. Benqal daha sonra ata Maykl Ceynsə hücum edir.
Benqal dili
Benqal dili — Hindi dillərindən biridir. Banqladeş Xalq Respublikasının və Hindistanın Qərbi Benqaliya ştatının rəsmi dövlət dilidir. Bu dildə bütölükdə 175 milyon əhali danışır. İki əsas dialektə bölünür: qərb dialekti (Navadvip bölgəsinin əsas dialekti), şərq dialekti (Dəkkə bölgəsinin dialekti). Benqal dlinin özünün xüsusi yazısı vardır. Cins kateqoriyası yoxdur, bu dildə 4 hal vardır. Mübtəda ilə xəbərin uzlaşması (həm şəxsə, həm də nəzakət formasına görə) geniş yayılıb. Söz sırası: mübtəda, tamamlıq, xəbərdir (MTX).
Benqal fişəngi
Benqal fişəngləri bizə qədim Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı. Əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək, siqnalizasiya) məqsədilə istifadə edilirdi. Beləliklə fişəng vasitəsilə hansısa bir hadisə barədə yaxın və uzaq ərazidəki əhaliyə xəbər çatdırar, siqnal verərdilər. azırkı müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, "benqal fişəngləri"ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur. Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlif cür "benqal fişəngləri" istehsal olunmaqdadır.
Benqal hili
Benqal körfəzi
Benqal körfəzi — Hind okeanının şimal-şərqində yerləşən körfəz. Sahillərində Hindistan, Banqladeş, Myanma və Şri-Lanka yerləşir. Qərbdən Hindustan yarımadasıyla, şərqdə Myanma sahilləri və Andaman və Nikobar adalarının ada qövsələri ilə məhdudlaşdırılıb. Körfəzin şimal qurtaracağında tarixi Benqaliya vilayəti yerləşir, elə körfəzin adı da bu vilayətə görə adlanıb. Dünyanın ən böyük körfəzidir. Benqal körfəzinə Krişna, Qodaveri, Qanq, Brahmaputra, Çauveri, Mahandi , İravadi və Menqxna çayları tökülür. Körfəzin şimal-şərqində isə "Cox's Bazar" adlı dünyanın ən uzun çimərliyi yerləşir (120 km), bu istirahət zonası eyni adlı şəhərdədir. Hidroloji, hidrokimyəvi və başqa parameterlərə görə Benqal körfəzi dənizlərə aid olunur == Etimologiyası == Qədim hind mətnlərinə əsasən, körfəz Mahodbahi adlanırdı. Antik xəritələrdə körfəz ya Sinus Qanqetikus yada Qanqetikus Sinus (tərcüməsi — Qanqın körfəzi) yazılırdı. Çola dövləti körfəz ətrafı əraziləri zəbt edəndə isə bura Çola gölü kimi tanınırdı.
Benqal pişiyi
Benqal pişiyi (lat. Prionailurus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü. == Haqqında == Cənubi Afrika xallı pişikləri yarımcinsinin Rusiya faunasındakı yeganə nümayəndəsi. Ev pişiyindən iri (bədəninin uz. 90 sm-ədək; quyruğunun uz. 37 sm-ədək), rəngi kürəndir. Şərqi Asiyada, Rusiyada – ən çox Primorye və Xabarovsk diyarı və Amur vilayətinin cənub rayonlarında yayılmışdır. Alçaq dağların enliyarpaqlı (daha az iynəyarpaqlı-enliyarpaqlı) meşələrində yaşayır. Əsasən, kollu cəngəlliklərdə çox olur. Gecə həyatı keçirir, bəzən gündüz ova çıxır.
Benqal pələngi
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Benqal qarakərkəsi
Benqal sultanlığı
Benqal sultanlığı — 1337–1576-cı illər arasında Benqaliya hökm sürmüş imperiya. == Tarixi == Hindistanda Qanq və Brahmaputra çaylarının aşağı məcraları ilə ortaq deltalarını ihtiva ədən Benqal (Benqale) ormanlıq, bataqlıq və nüfusça çox saylı bir bölgə olub 650-ci ildən etibarən Pala və Səna xanədanları tərəfindən idarə edildi. Səna xanədanına mənsup olan Ballal Sən (Vallalə Səna 1108–1119), Qavr (Ləknəvti) şəhərini quraraq buranı bölgənin mərkəzi etdi. Benqal uzun zaman gənəlliklə Dehli sultanları tərəfindən göndərilən valilər və sultanlar tərəfindən idarə edildi. İlk Türk fəthlərindən Baburlu istilasına qədər bölgədə bir çox xanədan hökm sürdü. Benqal, Xələc komandanı Məhəmməd Bəxtiyar tərəfindən 1203–1204-cü illərda Türk hakimiyəti altına alındı və Dehli sultanlığına bağlandı. Muhamməd Bihar fəthindən sonra Dehli sultanı Qütbəddin Aybəgin izniylə Bəngala yürümüş, az bir qüvvəylə son Səna racəsi Lahmaniyəyi məğlbp etmişdi. Nuddəa və Ləknəvtiyi ələ keçirən Muhamməd daha sonra Tibet taraflarına səfər düzənləmişsə də gəri dönüşü sırasında Brahmaputra nəhrini gəçərkən büyük kayıplara uğramıştır. Ondan sonra İzzəddin Muhamməd, Alaəddin Ali b. Mərdan və Hüsaməddin İvaz gibi haləfləri müstakil olarak saltanat sürdülər.
Benqal təqvimi
Benqal təqvimi (benq. বঙ্গাব্দ) — Benqal və Banqladeş ərazilərində istifadə edilən bir günəş təqvimidir. Təqvim Assam, Benqal ərazisində istifadə edilir.
Benqal ədəbiyyatı
Benqal ədəbiyyatı - benqal dilində ədəbiyyat. Cənubi Asyia ədəbiyyatlarından biri. Benqal ədəbiyyatının ən qədim abidələrindən “Çaryagiti” (“Doğru yol nəğmələri”) buddist (tantrik) məzmunlu mənzum mətnlərdir (X–XII əsrlər). Müsəlman fəthindən (XIII–XIV əsrlər) sonrakı ilk dövrlərdə yazılı abidələr demək olar ki, saxlanılmamışdır. XV–XVIII əsrlərdə benqal dilində geniş ədəbiyyat yaranmışdır. Lakin bu ədəbiyyat sanskrit, ərəb və fars dillərində olan ədəbiyyatlarla müqayisədə hind mədəniyyətindən asılı idi. == Tarixi == XIX əsrə qədər benqal dilində nəsr olmamışdır. Poeziya ənənəvi estetik kanonlar çərçivəsində kifayət qədər məhdud mövzular və süjetlər ətrafında yaranmışdı. “Mahabharata”, “Ramayana”, Puranlar dəfələrlə benqal dilinə uyğunlaşdırılmışdır. “Ramayana”nın uyğunlaşdırılmış ən erkən və geniş yayılmış varinatını Krittibaş Ocha yaratmış (XV əsr), Mahabharatanın isə ən məşhur uyğunlaşdırılması Kaşi ram Daşa aid edilir (XVI əsr).
Benqal ənciri
Benqal ənciri (lat. Ficus benghalensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Berhan Şimşek
Bərxan Şimşək (1 mart 1957, Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi. == Həyatı == Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur. 1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb. 78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub. 22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub.
Beyhan Sultan
Beyhan Sultan — 9. Osmanlı sultanı I Səlimin qızıdır. Beyhan Sultan — 18. Osmanlı sultanı Sultan İbrahimin qızıdır. Beyhan Sultan — 26. Osmanlı sultanı III Mustafanın qızıdır.
Reyhal (Əhər)
Reyhal (fars. ريحال‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (45 ailə).
Benqal kərkəsi
Benqal kərkəsi (lat. Gyps bengalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Əbdül-Bəha Abbas
Əbdül-Bəha (23 may 1844, Tehran – 28 noyabr 1921, Hayfa) — Bəhai dininin peyğəmbəri Bəhaullahın böyük oğludur. 1892-ci ildə Əbdül-Bəha atasının vəsiyyətinə əsasən onun varisi və Bəhai dinin ondan sonrakı rəhbəri təyin olunur. O Tehranda əsilzadə ailəsində anadan olmuşdur, belə ki babası Mirzə Abbas Nuri Fətəli şah Qacarın vəziri olmuşdur. 8 yaşı olarkən atası Bəhaullah həbs olunur və ailənin bütün əmlakı müsadirə olunur. 4 ay sonra atasının İrandan sürgün olunması ilə Bağdada gəlirlər və 9 il burada yaşayırlar. O artıq kiçik yaşlarından atasına sədaqət göstərirdi və yeniyetməlik dövründə isə onun katibi olaraq xidmət edirdi. 1863-cü ildə atasının İstanbula, sonra Ədirnəyə və daha sonra da Əkkaya sürgün edilməsi ilə Əbdül-Bəha da ailə üzvü olaraq eyni taleyi yaşayır. 1908-ci ildə 40 illik həbs və sürgün həyatından sonra Gənc Türklər tərəfindən azad edilir. Bundan sonra Əbdül-Bəha Bəhai dinini yaymaq üçün Qərbə, Avropa və Amerika Birləşmiş Ştatlarına səfər edir. Bəhailər üçün Əbdül-Bəha Bəhai dininin 1892–1921-ci illər üçün rəhbəri, Bəhai müqəddəs yazılarının səlahiyyətli və qüsursuz şərhçisi, həmçinin kamil insan nümunəsi kimi qəbul edilir.
Bəhai dini və köməkçi dil
Bəhai dini öyrədir ki, dünya bir beynəlxalq köməkçi dil seçə və öz ana dilləri ilə yanaşı ondan istifadə edə bilərlər. Bu təlimin məqsədi dünya xalqları və millətləri arasında rabitənin təkmilləşdirilməsi və birliyin bəslənməsidir. Bəhai təlimləri bəyan edir ki, bununla belə, beynəlxalq köməkçi dil xalqların mövcud ana dilini zəiflətməməli və müxtəliflikdə birlik prinsipi tətbiq olunmalıdır ki, dünyadakı mədəni müxtəliflik qorunsun. == Təlim və məqsəd == Bəhai dininin təlimləri insanlığın birliyinə böyük diqqət ayırır. Bəhai təlimləri insanlar arasında rabitənin təkmilləşdirilməsini dünya birliyi və sülhü üçün həyati-vacib vasitə kimi görür. Bəhai təlimləri dillərin çoxluğunu birliyin qarşısındakı əsas maneə kimi görür, belə ki, çoxlu dilin mövcudluğu informasiyanın sərbəst axınının qarşısını alır və sıravi insanın dünyadakı proseslər haqqında hərtərəfli perspektiv əldə etməsini çətinləşdirir. Ümumi/beynəlxalq köməkçi dilin seçilməsi və qurumsallaşdırılması prinsipi Bəhai dinin əsas ehkamları arasındadır. Bəhaullah, Bəhai dininin peyğəmbəri, İşraqar və Məqsud Lövhlərində yazır və öyrədir ki, ortaq dilin əskikliyi dünya birliyinin qarşısında əsas baryerdir, belə ki, fərqli dillərdə danışan insanlar arasında rabitənin əskikliyi dünyada sülhün bərqərar edilməsi səylərinə xələl gətirir. O çağırırdı ki, insanlıq köməkçi bir dil seçə və bunu məktəblərdə öz ana dilləri ilə yanaşı öyrədə bilərlə və beləliklə bütün insanlar bir-birini anlayarlar.