Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəhri-təvil
Bəhri-təvil — Azərbaycan ədəbiyyatında satirik və lirik səciyyədə, qafiyəli nəsr əsəri. Həcmcə bir-iki səhifədən artıq olmur. Axıcı üslubda yaradılır; cümlələri, hətta çox ifadələri həmqafiyə olduğuna görə birnəfəsə oxunur. "Molla Nəsrəddin" jurnalında, xüsusilə Sabir yaradıcılığında "bəhri-təvil"in olmuşdur.
Bəhri Tanrıqulu
Bəhri Tanrıqulu — Türkiyə taekvondo yığmasının üzvü, 2004-cü il Afina Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya, üçqat Avropa çempionudur.
Bəhri Məmlüklər
Bəhrilər (ərəb. البحرية‎, Bəhriyyə) — Misir, Suriya və Hicazı əhatə edən Məmlük sultanlığını idarə edən qıpçaq-türk əsilli məmlüklərdən və onların nəsillərindən ibarət sülalə. Sülaləyə verilən Bəhri adının mənşəyi Əyyubi sultanı Saleh Əyyubi tərəfindən Nil çayının Roda adasında qıpçaq əsilli əsgərləri qəbul etmək üçün inşa etdirilmiş hərbi düşərgədən gəlir. Bəhrilərdən olan 24 sultandan bəziləri "Bəhriyyə" hərbi düşərgəsində yetişdirilmişdir məmlüklər, bəziləri isə nəsildən-nəsilə keçməklə taxta çıxmışlar. Bəhri hakimiyyətinin sonlarına yaxın sultanlar faktiki olaraq hakimiyyətlərini itirdilər və güclü məmlük əmirləri üçün "siyasi fiqura" çevrildilər. Bəhri sülaləsindən olan Məmlük sultanları Qahirədəki Müqəddəm təpəsində yerləşən Qahirə qalası içərisindəki sarayda yaşayırdılar. 1382-ci ildə sultan Bərkukdan etibarən Bəhrilərin hakimiyyətinə son verildi və Məmlük sultanlığı əsasən çərkəz əsilli Bürci sülaləsi tərəfindən idarə olunmağa başlandı. == Bəhri sultanları == == İstinadlar == == Ədəbiyyat == Clot, Andre (2009), L'Égypte des Mamelouks 1250-1517. L'empire des esclaves Paris:Perrin ISBN 978-2-262-03045-2. (fr.) Tür.
Bəhri sülaləsi
Bəhrilər (ərəb. البحرية‎, Bəhriyyə) — Misir, Suriya və Hicazı əhatə edən Məmlük sultanlığını idarə edən qıpçaq-türk əsilli məmlüklərdən və onların nəsillərindən ibarət sülalə. Sülaləyə verilən Bəhri adının mənşəyi Əyyubi sultanı Saleh Əyyubi tərəfindən Nil çayının Roda adasında qıpçaq əsilli əsgərləri qəbul etmək üçün inşa etdirilmiş hərbi düşərgədən gəlir. Bəhrilərdən olan 24 sultandan bəziləri "Bəhriyyə" hərbi düşərgəsində yetişdirilmişdir məmlüklər, bəziləri isə nəsildən-nəsilə keçməklə taxta çıxmışlar. Bəhri hakimiyyətinin sonlarına yaxın sultanlar faktiki olaraq hakimiyyətlərini itirdilər və güclü məmlük əmirləri üçün "siyasi fiqura" çevrildilər. Bəhri sülaləsindən olan Məmlük sultanları Qahirədəki Müqəddəm təpəsində yerləşən Qahirə qalası içərisindəki sarayda yaşayırdılar. 1382-ci ildə sultan Bərkukdan etibarən Bəhrilərin hakimiyyətinə son verildi və Məmlük sultanlığı əsasən çərkəz əsilli Bürci sülaləsi tərəfindən idarə olunmağa başlandı. == Bəhri sultanları == == İstinadlar == == Ədəbiyyat == Clot, Andre (2009), L'Égypte des Mamelouks 1250-1517. L'empire des esclaves Paris:Perrin ISBN 978-2-262-03045-2. (fr.) Tür.
Bəhram
Bəhram, bəzən Bəhrəm — Kişi adı. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Atabəyli — “Tərəqqi” medalı ilə təltif olunmuş diaspor nümayəndəsi Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor I Bəhram — Sasani dövlətinin dördüncü hökmdarı II Bəhram — Sasani dövlətinin şahı.
Bəhruz
Bəhruz — Azərbaycanlı kişi adı.
Bəhrəm
Bəhram, bəzən Bəhrəm — Kişi adı. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Atabəyli — “Tərəqqi” medalı ilə təltif olunmuş diaspor nümayəndəsi Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor I Bəhram — Sasani dövlətinin dördüncü hökmdarı II Bəhram — Sasani dövlətinin şahı.
Bəxşiş
Bəxşiş (fars. بخشش‎) — çaypulu, ianə və Yaxın Şərq və Cənubi Asiyada siyasi korrupsiyanın və rüşvətin müəyyən formalarından biri.
Kəhriz
Kəhriz və ya su lağımı (fars. كاريز‎) — arid zonalarda qrunt sularını, bəzi hallarda isə layarası suları toplamaq və öz axarı ilə yer səthinə çıxarmaq üçün yaradılmış yeraltı qurğu sistemidir. Su lağımını peşəkar kənkanlar qazır. Maili lağım (hündürlüyü 1–14 m, eni 0,5–0,8 m) şəbəkəsindən ibarət olan bu sistem müxtəlif dərinlikli şaquli quyular vasitəsilə birləşdirilir. Su lağımları bir-biri ilə şaquli quyuların vasitəsilə birləşdirilir. Əvvəlcə baş quyu(gümana quyusu),sonra isə qalan quyular qazılır. Baş və gümana quyusu bu quyuların ən dərini, eləcə də, ilk quyuları isə ən dayazı və sonuncusudur. Su lağımı daş və ya bişmiş kərpiclə tağbəndvarı hörülür Sistemə toplanan qurunt suları son quyunu keçməklə yer səthinə çıxır. Bəzən lağımın suyunu çoxaltmaq üçün su verən baş quyudan neçə istiqamətdə lağım atılır. Lağımın suyundan su təchizatında və suvarmada istifadə olunur.
Pəhriz
Pəhrizi müşahidə edərək, metabolik prosesləri asanlıqla normallaşdırmaq, immunitet sistemini gücləndirmək, həzm sistemini sabitləşdirmək və rifahı yaxşılaşdırmaq olar. Diyetoloqlar gündə ən azı 4 dəfə yeməyi məsləhət görürlər: kəsirli yeməklər metabolik prosesləri sürətləndirdiyi üçün arıqlamağa və bədəndəki artıq yağdan qurtulmağa kömək edir. Yemək arasındakı fasilələr orta hesabla 4–5 saat olmalıdır. Bundan əlavə, səhər yeməyi , nahar və şam yeməyi müddəti vacibdir. Beyinin yeməkdən 20 dəqiqə sonra toxluq siqnalı verməyə başladığı bilinir, buna görə də tələsməyin. Tələsik bir yemək həddindən artıq yeməyə səbəb ola bilər, çünki sadəcə doymuş olduğunuzu anlamaq üçün vaxtınız yoxdur. "Altıdan sonra yeməyin" qaydası arıqlayan qadınların ən böyük səhvlərindən biridir. Belə bir strategiya, bədənin aclıq hissi səbəbiylə daim stres yaşayacağına və nəticədə həddindən artıq ehtiyat yağının yığılmasına gətirib çıxaracaqdır. Həm sağlamlığınızı, həm də şəklinizi qorumaq üçün axşam yeməyinizdə proteinli qidalar yeməlisiniz, yağlar və karbohidratlardan, həzmi çətin olan qidalardan çəkinin. Ən yaxşısı, axırıncı yemək yatmadan əvvəl 3–4 saatdan gec olmasa.
Təfriş
Təfriş — İranın Mərkəzi ostanının şəhərlərindəndir. Həm də Təfriş şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,914 nəfər və 4,254 ailədən ibarət idi.
Təhrif
Təhrif — hər hansı bir şeyi əsl məcrasından və ya malik olduğu vəziyyətdən çıxarmaq, yaxud onu dəyişməyi nəzərdə tutan ərəb mənşəli söz. Başqa sözlə, təhrif bir növ dəyişmək və əvəz etməkdir. Lakin təhrif bu sözlərin mənasını vermir. Təhrifin bir neçə növü var. Onların ən əhəmiyyətlisi söz və məna təhrifidir. Söz təhrifi hansısa mövzunun zahiri görkəmini dəyişməkdən ibarətdir. Məsələn, hər hansı deyimdən bir cümlənin çıxarılması və ona bir cümlənin əlavə edilməsi. Yaxud, cümlələrin yeri elə dəyişilir ki, deyimin mənası orijinaldan fərqlənir, yəni bir sözlə deyimin görkəminə və sözünə toxunulur. Məna təhrifində isə sözə və zahiri görkəmə toxunulmur. Söz olduğu kimi qalır, lakin onu deyən şəxsin məqsədi düzgün izah olunmur.
Təhrik
Təhrik etmə — sözlə və ya başqa şirnikləndirici vasitələrlə birini bir iş görməyə vadar etmə, sövq etmə, meyilləndirmə, həvəsləndirmə.
Şəhriz
Şəhriz — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Sevan rayonunda, indiki Ermənistan Respublikası Geğarkunik mərzində kənd Rayon mərkəzindən 6 km məsafədə, Göyçə gölünün yaxınlığında, İrəvan - Sevan yolunun üstündə, Zəngi çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, XIX əsr rus mənbələrində qeyd edilmişdir. Kəndin digər adı «Kərimkənd» olmuşdur. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Geğamavan qoyulmuşdur. Ermənilər buraya 1828-1829 - cu illərdə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür.
Bəhai
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Cəhri
Cəhri — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilmiş, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Oykonim xalq toponimik termini olan cəhir/cühür sözünün fonetik dəyişməsi olub, "çayın alçaq sahili" deməkdir. Cəhri qəsəbəsi çox qədim yaşayış məskəni olmuşdur. Bunu onun hazırda yerləşdiyi ərazidə aparılan qazıntılar nəticəsində aşkar olunmuş kurqanlar və 2-3 min ilə qədər yaşı olan küp qəbirlər və qəbirlərdən çıxan gildən hazırlanmış qablar və müxtəlif məişət əşyaları sübut edir. 1904-1905 ci illərdə erməni soyğunlarına məruz qalmış, Araz-Türk Cumhuriyyətinin yaradılmasında əsas dayaq nöqtələrindən və stratejik mərkəzlərindən biri olmuşdur. 1921-ci il inzibati ərazi bölgüsünə görə Cəhri Naxçıvan qəzasının rayonlarından biri olmuşdur. Bu rayonun mərkəzi Cəhri kəndi olmuş, onun tərkibində 1 qəsəbə 20 kənd olmuşdur. 1929-cu ildə Ermənistan SSR-ə verilən kəndlərdən (Sultanbəy, İtqıran, Almalı, Ağxaç) 1921-ci ildə bu rayonun tərkibində olmuşdur. 19 iyun 2020-ci ildə Cəhri kəndinə qəsəbə statusu verilib.
II Bəhram
II Bəhram — 276–293 illər arasında Sasani dövlətinin şahı. I Bəhramın (273–276) oğludur.
I Bəhram
I Bəhram (h.: 273–276) — Sasani dövlətinin dördüncü hökmdarıydı. Sadəcə bir il taxtda qalan qardaşı I Hörmüzdən (272–273) sonra şah oldu.
Kəhriz (Bicar)
Kəhriz (fars. كهريز‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 312 nəfər yaşayır (61 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Kəhriz (Miyanə)
Kəhriz (fars. كهريز‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 174 nəfər yaşayır (35 ailə).
Kəhriz (Sayınqala)
Kəhriz (fars. كهريز‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 147 nəfər yaşayır (31 ailə).
Kəhriz (Səlmas)
Kəhriz (fars. كهريز‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 354 nəfər. yaşayır (64 ailə).
Kəhriz (Tarım)
Kəhriz və ya Xürrəmabad (az-əbcəd. کهریز‎, fars. خرم‌آباد کهریز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 432 nəfər yaşayır (130 ailə).
Kəhriz (Urmiya)
Kəhriz (fars. كهريز‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.553 nəfər yaşayır (560 ailə). Əhalisi Azәrbaycan türklərinin qolu olan Kürəsünni boyunun törəmələridir. Kəhrizlilər sünni-hənəfi inanclıdır.
Kəhriz (Xudabəndə)
Kəhriz (fars. كهريز,‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 210 nəfər yaşayır (52 ailə).
Behraz
Behraz (fars. بهراز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 685 nəfər yaşayır (235 ailə).
Behrud
Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır. == Tarixi == Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir..
Bellis
Qızçiçəyi (lat. Bellis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bellis L.-cinsin adı yunancadan "gözəl" kimi tərcümə olunur. Aralıq dənizi sahillərində, Amerikada, Avstraliyada və Yeni Zelandiyada yayılmış qızçiçəyi cinsinin 80 növü məlumdur. Gülçülükdə bir növdən istifadə olunur. Çoxillik qızçiçəyi (B.perennis) çoxillik ot bitkisidir. Azərbaycanda müxtəlif rəngli formaları yabanı halda geniş yayılmışdır. Birinci il yarpaqları, ikinci il çiçək saplağı tək-tək səbətlərdə inkişaf edir. Çiçəkləri yastı dilcikli ya da boruşəkilli olur. Çiçək qrupunun mərkəzində boruşəkilli sarı dişciyi var.
Bəlqis
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır. Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır. == İslama görə == Nəml surəsində 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır. Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
Iberis
Pulcuqotu (lat. Iberis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitkinin adının mənşəyi hələki təyin olunmayıb. Qədim Yunanıstanda bu bitkini İberis adlandırmışlar. Yabanı halda İberis əsasən Cənubi Avropada bitir. Müasir gülçülükdə İberis cinsinin 4 növündən istifadə olunur ki, onlardan da 2 növü birillikdir. Acı iberis (İ.amara) yabanı halda Aralıq dənizi sahillərində bitir.Hazırda bu bitkinin mədəni formaları və sortları geniş yayılmışdır. İberisin bütün mədəni formaları taclı iberis (İ.a.var.coronaria V oss) adlanır. Çətirli iberis digər növlərdən fərqli olaraq aşağı hissədə kol şəklini alır, hamaşçiçəkləri isə formalarını itirmirlər.İberisi toxumla, qələmlərlə və kolun bölünməsi ilə çoxalmaq olar. Qələmləri yayın əvvəlində kəsir və solmuş hamaşçiçəklərin yuxarı hissəsini vaxtaşırı kəsmək lazımdır.
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Tetris
Tetris (rus. Тетрис) — Aleksey Pajitnov tərəfindən yaradılan kompüter oyunu. İctimayətə 6 iyun 1984-cü ildə təqdim edilib. İlk dəfə Çin xalq respublikasında buraxılıb.
Tədris
Tədris termini aşağıdakı mənalarda istifadə oluna bilər: təlim; dərs vermə; dərs oxuma, təhsil alma, dərs keçmə. Məsələn, ali məktəbdə xarici dillərin tədrisi, tədris planı. Tədris fənni – təhsil müəssisələrində öyrənilmək üçün elmin, texnikanın, incəsənətin, istehsalat fəaliyyətinin müəyyən sahəsindən seçilmiş bilik, bacarıq və vərdişlər sistemi. Tədris institutları – elm və mədəniyyətin müxtəlif sahələri üçün ali ixtisas təhsilli mütəxəssis, elmi və pedaqoji kadrlar hazırlayan ali təhsil müəssisələri. Tədris planı – hər hansı tədris müəssisəsində öyrənilən tədris fənnlərinin tərkibini və vaxtını müəyyənləşdirən, bunları illik və bütün təhsil müddəti üçün bölüşdürən sənəd. Tədris proqramı – hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəd. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Behişt
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır. İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır. Bunlar: 1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9) 2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər.
Ophris
Neottia (lat. Neottia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Ibidium Dryand. ex Salisb. Triorchis Petiver ex Nieuwl.
Detris
Felicia (lat. Felicia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.