BƏHRAM

Leksik mənası farsca “cinləri qovan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

BƏHMƏNGÜLÜ
BƏXŞİŞ
OBASTAN VİKİ
Bəhram
Bəhram, bəzən Bəhrəm — Kişi adı. I Bəhram — Sasani şahənşahı. II Bəhram — Sasani şahənşahı. Bəhram Gur — Sasani şahənşahı. Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Bəhram Çələbi — Azərbaycan yazıçısı. Bəhram Əfşar — İran televiziyasının xəbər ankeri. Bəhram Bağırzadə — tanınmış Azərbaycan aktyoru, şoumen, naşir. Bəhram Mansurov — tarzən, Azərbaycanın xalq artisti. Bəhram Osmanov — Azərbaycan teatr rejissoru, aktyor.
Bəhram (Mərənd)
Bəhram (fars. بهرام‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,573 nəfər yaşayır (373 ailə).
Bəhram Ağayev
Ağayev Bəhram Cəfər oğlu (1884, Sərab, Şərqi Azərbaycan ostanı – 7 noyabr 1956) — peşəkar inqilabçı, İranda Məşrutə inqilabı və 1-ci Rusiya inqilabının iştirakçısı , "Ədalət" təşkilatının yaradıçılarından biri və MK-nın sədri. RSDFP-nın üzvü. == Həyatı == "Ədalət" təşkilatının yaradıçılarından biri olan Ağayev Bəhram Cəfər oğlu 1884-cü ildə İranda anadan olmuşdur. 1904-cü ildən Sov.İKP üzvü. 1903-cü ildə inqilabi hərəkata qoşulmuş, Bakı proletariatının 1904 il dekabr ümumi tətilində, 1905–07 illər inqilabında iştirak etmişdir. 1905–11 illər İran inqilabının iştirakçılarından idi. Bakı Sovetinin (1917), RK(b)P BK-nın üzvü olmuşdur. 1918 ildən "Ədalət"-in sədri seçilmişdi. Gilan inqilabının iştirakçısı idi. AK(b)P MNK Rəyasət hey'əti və Azərbaycan SSR MİK üzvü seçilmişdir.
Bəhram Aşurov
Bəhram Aşurov (1 iyul 1943, Qax rayonu – 24 iyul 1994, Bakı) — Azərbaycanda damar cərrahiyyəsinin əsasını qoymuş alimlərdən biri, 1991–1992-ci illərdə Azərbaycan Tibb Universitetinin birinci prorektoru, tibb elmləri doktoru, professor. == Həyatı == Bəhram Məhəmmədrəsul oğlu Aşurov 1 iyul 1943-cü ildə Qax rayonunda anadan olmuşdur. 1950–1960-cı illərdə Qax rayonunda orta təhsil almış və məktəbi gümüş medalla bitirmişdir. O, 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1966-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1964–1966-cı illərdə tələbə ikən Semaşko adına şəhər xəstəxanasının cərrahiyyə şöbəsində tibb qardaşı kimi işə başlamışdı. İnstitutu bitirdikdən sonra 1966–1967-ci illərdə Mingəçevir şəhər xəstəxanasında cərrah işləmişdir. 1967–1969-cu illərdə Elmi Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun kardiologiya şöbəsində 2 illik kliniki ordinatura keçmişdir. Ordinaturada oxuduğu illərdə Bəhram Aşurov görkəmli kardioloq, professor Cahangir Abdullayevin rəhbərliyi altında "Qaraciyərin sirrozlarında elektrolit mübadiləsinin vəziyyəti" mövzusunda namizədlik dissertasiyasını tamamlamış və 1970-ci ildə müdafiə etmişdir. O, kiçik elmi işçi vəzifəsində institutda saxlanmış və 1970–1972-ci ildə institutun elmi katibi vəzifəsində işləmiş, 1972–1973-cü illərdə institutun pulmonologiya laboratoriyasına baş elmi işçi seçilmişdir. 1973-cü ildə isə respublikada yeni təşkil edilmiş damar cərrahiyyəsi şöbəsinə baş elmi işçi vəzifəsinə keçirilmişdir.
Bəhram Bağırzadə
Bəhram Bağırzadə (tam adı: Bəhram Arif oğlu Bağırzadə; 4 sentyabr 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan aktyoru, şoumen, naşir, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı və fəaliyyəti == Bəhram Arif oğlu Bağırzadə 1972-ci il sentyabrın 4-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. O, 1979–1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası teatr rejissorudur. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olmuşdur. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır.
Bəhram Beyzai
Bahram Beyzai (fars. بهرام بیضایی‎; 26 dekabr 1938, Tehran) — İran rejissoru və ssenaristi.
Bəhram Gur
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
II Bəhram
II Bəhram — 276–293 illər arasında Sasani dövlətinin şahı. I Bəhramın (273–276) oğludur.
I Bəhram
I Bəhram (h.: 273–276) — Sasani dövlətinin dördüncü hökmdarıydı. Sadəcə bir il taxtda qalan qardaşı I Hörmüzdən (272–273) sonra şah oldu.
Nihad Bəhram
Nihad Bəhram (18 noyabr 1946, Qars, Qars ili), Türk şairi, yazar və qəzetçi. Əsl adı Mustafa Nihad Bəhramoğludur. Evli olan Nihadın Mavi adında bir qız övladı vardır. Qəzetçilik üzrə ali təhsil almışdır. İlk şeiri 1967-ci ildə dərc olunmuşdur. Qəzetçilik həyatına 1970-ci ilin Mart ayında başlamış və "Xalqın Dostları" dərgisindəki Aprel, 1971-ci il tarixli 13-cü sayından etibarən yazı işlərindən məsul olmuşdur. 1975-ci ildə qardaşı Ataol Bəhramoğlu ilə birlikdə Militan dərgisini buraxmışdır. 1972-ci ildə nəşr etdiyi ilk şeir kitabı "Həyatımız Üstünə Şeirlər"ə qadağa qoyulmuş və yazılarına görə 12 Mart tarixində hərbi həbsxanasında iki il azadlıqdan məhrum olmuşduru. Həpsxanadan çıxdıqdan sonra bir müddət qəzetçiliklə məşğul oldu. Vətən qəzetində ələ aldığı Dəniz Gəzmiş, Yusif Aslan və Hüseyn İnanın həyat və mücadilələrindən bəhs edən yazıları "Darağacında Üç Fidan" adı altında kitablaşdırıldı.
V Bəhram
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
Bəhram Hüseynov
Bəhram Bəhlul oğlu Hüseynov (4 iyun 1956, Bakı – 10 fevral 2023) — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti. == Həyatı == Bəhram Hüseynov 1956-cı il iyun ayının 4-də Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirmişdir və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışmışdır. 1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilmiş, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışmışdir. 1993–1994-cü illərdə ABŞ-nin Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olmuş və birgə layihədə iştirak etmişdir. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirmişdir. 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışmışdır. 1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilmişdir. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışmışdır. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışmışdır.
Bəhram Mansurov
Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (12 fevral 1911, Bakı – 14 may 1985, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olmuşdur. Qədim İçərişəhərdə yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evdə Bəhram Mansurovun musiqişünas babası Məşədi Məlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqiçilər bu məclisə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuşlar. Balaca Bəhramın yaşadığı bu evdə cürbəcür xalq çalğı alətləri var idi. Böyüklər evdə olmayanda o,tarlardan birini götürüb kökdən salana kimi çalırdı. Bahramın babası Məşədi Məlik muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri olmuşdur. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınır. Bəhram Mansurovun əmisi Mirzə Mansur isə uzun müddət konservatoriyada çalışmışdır.
Bəhram Mirzəyev
Mirzəyev Bəhram Rüstəm bəy oğlu (1891–1974) — professor (1960), pedaqoq, əməkdar elm xadimi. == Həyatı == Rüstəm bəyin dördüncü oğlu Bəhram bəy 16 aprel 1891-ci ildə Şuşa şəhərində dünyanı tanımışdı. Bəhram bəy haqqında tədqiqatçı-jurnalist Vasif Quliyev araşdırma aparıb. Həmin araşdırmanı yazımızda verməyi gərəkli bildik. Vasiq Quliyev yazır: "Bütün ziyalılar kimi rus ordusunun polkovniki Rüstəm bəy Mirzəyev də oğlu Bəhram bəyi orta təhsil almaq üçün Şuşada dövrün ən nüfuzlu təhsil müəssisələrindən sayılan real məktəbə qoymuşdu. O, oğlunu da özü kimi hərbçi görmək istəyirdi. Ona görə də tətillərdə, istirahət günlərində, xüsusi ilə də, yay aylarında Bəhram bəyi özü ilə Xankəndində xidmət etdiyi qərargaha aparır, oğlunu hərbi işə alışdırmağa çalışırdı. Bəhram bəy hələ lap balacaykən artıq at minməyi, silahla davranmağı, güllə atmağı bacarırdı. Lakin sinifdən-sinifə keçdikcə onda dəqiq elmlərə, xüsusən də, fizika və riyaziyyat fənlərinə meyl daha da artırdı. Bu meylin də əsas səbəbi bir tərəfdən müəllimlərinin maraqlı dərs keçməsi, digər tərəfdən də məktəbdə müasir avadanlıqla və cihazlarla təchiz olunmuş fizika və riyaziyyat kabinetləri idi.
Bəhram Məmmədli
Bəhram İdris oğlu Məmmədli (5 yanvar 1946, Qaryagin rayonu – 2 dekabr 2019, Bakı) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti. == Həyatı == Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində dövlət qulluqçusu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi. == Təhsili və karyerası == 1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş,1961–1965-ci illərdə Ü. Hacıbəyov adına Ağdam musiqi texnikumunda təhsil almış, 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin direktoru işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda "Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə" mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 1994–2002-ci illərdə Naxçıvan Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmiş, 2003-cü ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Bəhram Məmmədzadə
Bəhram Mənsurov
Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (12 fevral 1911, Bakı – 14 may 1985, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Bəhram Mansurov 1911-ci il fevralın 12-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olmuşdur. Qədim İçərişəhərdə yaşayan Mansurovların evi sanki bir muğam ocağı idi. Bu evdə Bəhram Mansurovun musiqişünas babası Məşədi Məlik bəyin təşkilatçılığı ilə musiqi gecələri təşkil olunur və doğma Azərbaycanımızın hər yerindən muğam biliciləri, xanəndələr, musiqiçilər bu məclisə toplaşırdılar. Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi şəxsiyyətlər də bu məclislərin qonağı olmuşlar. Balaca Bəhramın yaşadığı bu evdə cürbəcür xalq çalğı alətləri var idi. Böyüklər evdə olmayanda o,tarlardan birini götürüb kökdən salana kimi çalırdı. Bahramın babası Məşədi Məlik muğam ustası və milli musiqinin ilk təbliğatçılarından biri olmuşdur. O, Azərbaycanın musiqi mədəniyyəti tarixində Bakı və Abşeronda klassik muğam məclislərinin qurucusu kimi tanınır. Bəhram Mansurovun əmisi Mirzə Mansur isə uzun müddət konservatoriyada çalışmışdır.
Bəhram Nərimanov
Bəhram Nərimanov — Əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyatı == Azərbaycanda idman akrobatikası üzrə ilk SSRİ idman ustası adını alan Nərimanov 1959-1972-ci illərdə Azərbaycan yığma komandasının baş məşqçisi olub. O, 1960-1972 və 1994-2000-ci illərdə Azərbaycan İdman Akrobatikası Federasiyasının sədri vəzifəsində çalışıb. Nərimanov ölkə prezidenti tərəfindən bədən tərbiyəsi və idmanın inkişafındakı əməyinə görə "Şöhrət" ordeninə layiq görülüb. Həmçinin prezident təqaüdçüsü olan akrobat 80-dan çox elmi məqalənin müəllifidir. Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Bəhram Nərimanov 10 iyun 2010-cu ildə 77 yaşında dünyasının dəyişib.
Bəhram Nəsibov
Bəhram Nəsibov (Bəhram Paşa oğlu Nəsibov; 22 iyun 1942, Aşağı Rəfədinli, Qaryagin rayonu – 1998, Bakı) — bəstəkar, şair, tarzən və gitaraçı. == Həyatı == Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. 12 yaşı olanda atasını itirir. 1962–1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "Qarabağ" dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Vuruldum, ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib.
Bəhram Osmanov
Bəhram Osmanov (tam adı: Bəhram Məcid oğlu Osmanov; 1 oktyabr 1962, Kirovabad) — Azərbaycanın teatr rejissoru, aktyor, Azərbaycan (2007) və Kalmıkiya (2014) Respublikalarının əməkdar incəsənət xadimi, 2012-ci ildən 2022-ci ilə qədər Gənc Tamaşaçılar Teatrının baş rejissoru çalışıb == Həyatı == Bəhram Məcid oğlu Osmanov 1985-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1987-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluşçu rejissor kimi çalışan B. Osmanov T. Vilyamsın "Şüşə heyvanxana", B. Vahabzadənin "Hara gedir bu dünya?", "Cəzasız günah", Y. O’Nilin "Qarağaclar altında məhəbbət", V. Babanlının "Ana intiqamı", Ə. Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular", "Köhnə ev", "Varlı qadın", "Mesenat", C. Cabbarlının "Ədirnə fəthi", U. Şekspirin "Kral Lir", Sofoklun "Şah Edip", N. Həsənzadənin "Pompeyin Qafqaza yürüşü", R. Novruzovun "Hələ "sevirəm" deməmişdilər", H. İbsenin "Oyuncaq ev" tamaşalarına maraqlı səhnə həlli vermişdir. İstedadlı rejissor B. Osmanov Füzuli Dövlət Dram Teatrında "Diribaş adamlar" (V. Şukşin), Gəncə Dövlət Dram Tetrında "At ilinin birinci ayı" (R. Novruzov), Lənkəran Dövlət Dram Teatrında "Yudif" (A. Tammsaars), "Günahsız müqəssirlər" (A. Ostrovski), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Cəza" (Ə. Əmirli), Azərbaycan televiziyasında "6 saylı palata" (A. Çexov), "Bəyaz gecələr" (F. Dostoyevski), "Yurd yeri" (E. Mehrəliyev), "Qu quşunun məhəbbəti" (Şahin) tamaşalarının quruluşçu rejissoru olmuşdur. 2012-ci ildən 2022-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. == Ailəsi == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, teatr xadimi Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Esmiralda Osmanovanın həyat yoldaşıdır. Teatr rejissoru Ayla Osmanovanın atasıdır == Mükafatları == Əməkdar incəsənət xadimidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2014-cü ildə Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2018-ci ildə Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının festival və tədbirlərində, həmçinin Rusiya və Azərbaycan teatrları arasında yüksək peşəkarlıq, dostluq və mədəni əlaqələrin inkişafına görə Ümumrusiya Teatr Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 28 oktyabr 2019-cu ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Bəhram Pənahov
Pənahov Bəhram Xıdır oğlu (2 iyul 1987, Qardaşkənd, Sabirabad rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 2 iyul 1987-ci ildə Sabirabad rayonunun Qardaşkənd bölgəsində dünyaya gəlmişdir. 1992-ci ildə Sabirabad rayonu M.Məmmədov adına Nizamikənd tam orta məktəbinin birinci sinfinə qəbul olub. == Döyüş yolu == Pənahov Bəhram Xıdır oğlu 2005-ci ildə Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıbƏsgərlik illəri Qazax rayonunun “N” saylı hərbi hissədə keçib. 2007-ci ildə hərbi xidməti müvəffəqiyyətlə başa vurub doğma kəndinə geri qayıdıb. Bəhram 12 iyul 2020-ci ildə Tovuz döyüşlərində iştirak etmişdir. Daha sonra Sabirabad rayon Hərbi Komissarlığına gedərək könüllü olaraq ordu sıralarına yazılır. Bəhram “N” saylı hərbi hissənin tərkibində Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu döyüş əməliyyatı Xocavənd istiqamətində olub. Bəhram Pənahov müharibənin bitməsinə 9 saat qalmış , 9 noyabr 2020-ci il tarixdə son döyüşünü aparıb və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Bəhram Rəcəbzadə
Bəhram Xudaverdi oğlu Rəcəbzadə (3 avqust 1991, Urmiya) — "Altın Kurt" ləqəbli peşəkar Azərbaycan kikboksçusu. Kikboksinq üzrə 3 qat İran və 8 qat super liqa (İran və Türkiyə) çempionu, 3 qat Azərbaycan çempionu, 2009-cu ildə Antalyada keçirilmiş WOF açıq Avropa və 2011-ci il WOF ağır çəkidə (91+) dünya çempionu, Asiya çempionu, Avropa 2-cisi, WKF-nın dünya kəməri sahibi, 2013-cü ildə Afinada keçirilmiş WPKA dünya versiya üzrə dünya kəmərinin sahibi, əməkdar məşqçi. 2019-dan "Glory" kikboksinq ilə müqaviləlidir. == Həyatı və kariyerası == Bəhram Rəcəbzadə 1991-ci ildə Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. 7 yaşından etibarən idmanla məşğul olmağa başlayıb. Ilk nailiyyəti 10 yaşında olub. Kikboksinq üzrə 3 qat İran çempionu və 8 qat super liqa çempionudur. O, 2009-cu il WOF açıq Avropa, 2011-ci il WOF dünya çempionudur. WKF-nın dünya kəməri sahibidir. 2013-cü ildə WPKA dünya (Afina), 2016-cı ildə isə kikboksinq üzrə Azərbaycan çempionu olmuşdur.
Bəhram V
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
Bəhram Zahidov
Bəhram Zahidov (11 iyul 1951, Qaravəlli, İmişli rayonu) — 2004–2016-cı illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor, Dünya Azərbaycanlıları Konqresinin üzvü, Hüquq Elmləri üzrə Respublika Problem Şurasının sədr müavini vəzifəsində çalışmışdır, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Yusif Məmmədəliyev adına mükafat laureatı, Respublika Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Hüquqşünaslar Birliyinin üzvü. == Həyatı == Bəhram Zahidov 1951-ci ildə İmişli rayonunun Qaravəlili kəndində anadan olmuşdur. Orta məktəbi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, SSRİ Baş Prokurorluğunun Sankt-Peterburq şəhərindəki İstintaq İşçilərini Təkmilləşdirmə İnstitutunu uğurla başa vurmuşdur. Qəsdən adam öldürmə ilə, narkobizneslə, terrorizmlə və mütəşəkkil cinayətkarlıqla mübarizənin cinayət hüquqi və kriminoloji problemlərinə həsr edilmiş çoxsaylı əsərlərin müəllifi, beynəlxalq ekspertdir. Taleyində Heydər Əliyevin müstəsna rolu olduğunu tez-tez vurğulayan Bəhram Zahidov, deyir: == Fəaliyyəti == 1992-ci ildə Azərbaycan Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının aspirantı olmuş və 1999-cu ildə "Qısqanclıq motivi ilə qəsdən adam öldürmə, onunla mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır. 2002-ci ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ və kriminologiya" kafedrasının doktoranturasına qəbul edilmiş, BMT-nin və Azərbaycan hökumətinin sifarişi əsasında tədqiqatlar apararaq "Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin aktual problemləri (cinayət-hüquqi və kriminoloji istiqamətlər)" mövzusunda doktorluq dissertasiyasını 22 oktyabr 2015-ci ildə BDU-nin nəzdində yaradılmış Dissertasiya Şurasında uğurla müdafiə etmiş və hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Qərarı ilə "Cinayət hüququ və kriminologiya, cəza icra hüququ" ixtisası üzrə professor elmi adı verilmişdir. 2003-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının, 2014-cü ildə Avropa Təbiət Elmləri Akademiyasının, 2015-ci ildə Rusiya Federasiyasının Hüquq Elmlər Akademiyasının, 2016-cı ildə Türk Dünyası Beynəlxalq Hüquq Akademiyasının həqiqi üzvü-akademiki seçilmişdir. Narkobiznes və terror üzrə Beynəlxalq Ekspertdir. 1975–1976-cı illərdə Sovet Ordusunda- Moskva hərbi dairəsində xidmətdə olmuşdur.
Bəhram bəy
Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Şirvanşah I Fərrux Yasarın oğlu. == Fəaliyyəti == Şirvanşah I Fərrux Yasarın ölümündən sonra, onun yerinə h.906 (1500)-ci ildə oğlu Bəhram bəy keçdi. O, bir il hakimiyyət sürdükdən sonra h.907 (1501)-ci ildə öz əcəli ilə öldü. Mənbələrdə onun hakimiyyətinə dair heç bir məlumat verilmir. Bu vaxt İsmayıl Təbrizə girmiş, Azərbaycanın böyük bir hissəsini birləşdirmiş, qüdrətli olmuşdu. İsmayıl Şamaxını aldıqdan sonra öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasına çəkilir və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplayır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya getməyi əmr etdi və özü də səfərə çıxdı. Hülafə bəyin qarşısında duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə Gilan Biye Piş əyalətinin hakimi Karkiyə Mirzə Əlidən sığınacaq istəmək məqsədilə gəmi ilə oraya yollandı. .Hürşahın fərziyyəsinə görə, Şeyxşah Rəşt hakimi əmiri Hüsaməddinin sarayında gizlənmişdi. Belə ki, həmin vaxt Əmirlə Səfəvilər arasında düşmənçilik münasibətləri var idi və buna görə də o, Fərrux Yasarın oğluna sığınacaq verə bilərdi.
"Bəhram Gur" stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. == Tarixi == Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. == Stansiyaları == "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Aşıq Bəhram Həsənov
Aşıq Bəhram Həsənov (tam adı: Bəhram Alı oğlu Həsənov) — Azərbaycan aşığı, Qazax Müəllimlər Seminariyasının məzunu. == Həyatı == Aşıq Bəhram 1918-ci ildə Qazaxın Daş Salahlı kəndində anadan olmuşdur. Ustadları Qərbi Azərbaycanın Basarkeçər rayonundan Aşıq Hümbət və Aşıq Sadıx olmuşdur Bir çox qoşma, divani və təcnisləri var. Aşıq Bəhram 1991-ci il aprelin 11-də vəfat edib.
Hakim mərkəzi göstərir... Tofiq Bəhramov
== Məzmunu == Film ilk Azərbaycanlı FİFA futbol referesi Tofiq Bəhramova həsr olunub. İngilis futbol mütəxəssisi Ramseyin bu fikrini həmişə özünə aid edərdi Tofiq Bəhramov: "Futbol mənim həyatımdır. Mən isə yaşamaq istəyirəm..." Adı Azərbaycan futbol hakimləri məktəbinin baniləri sırasında çəkilən, Tofiq Bəhramov özündən sonra gələn futbil hakimlərinin mənəvu ustadıdır... Əlbəttə, ilk Azərbaycanlı FİFA referisinin fəaliyyəti gələcək nəsillər üçün əsl örnək mənbəyidir. Tofiq Bəhramovun adı Müstəqil Azərbaycanın ən iri futbol meydanının ünvan göstəricisidir. Tofiq Bəhramovun adı zirvədə dayanan mayak kimi həmişə ucalıqlara aparan yolu nişan verir.... 1966-cı il, iyulun 30-u, Londonun "Uembli" stadionunda 100 min tamaşaçının izlədiyi, 7-ci dünya çempionatının İngiltərə — AFR yığma komandaları arasında keçirilən final oyununun 100-cü, əlavə vaxtın 10-cu dəqiqəsi. İngilislər qol deyib əllərini havaya qaldırır... Almanlar heç nə baş verməmiş kimi sakitdirlər.... Stadion sukut içindədir...
Hisar-i Bəhramxan (Urmiya)
Hisar-i Bəhramxan (fars. حصاربهرام خان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (65 ailə).
Məhəmmədbağır Bəhrami
Məhəmmədbağır Bəhrami (1955, Əsədabad)— İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ilə qədər)
Məlik Bəhram bəy
Məlik Bəhram bəy (?–?) – dövlət хadimi. XV əsrin 2-ci yarısı – XVI əsrin 1-ci yarısında yaşamışdır. Nəsirəddin Tusinin nəslindəndir. Mənbələrin verdiyi məlumata görə, uzun illər Ordubadın kələntəri (şəhər inzibati və mülki idarələrinin başçısı) olmuşdur. Ölümündən sonra yerinə oğlu Hatəm bəy Ordubadi təyin olunmuşdu.
Qışlaqağdaş-i Bəhram (Biləsuvar)
Qışlaqağdaş-i Bəhram (fars. قشلاق اغداش بهرام‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 40 nəfər yaşayır (9 ailə).
Tofiq Bəhramov
Tofiq Bəhram oğlu Bəhramov (29 yanvar 1925, Ağdam, Ağdam qəzası – 26 mart 1993, Bakı) — Azərbaycanlı futbol hakimi, futbolçusu, Azərbaycan Futbol Federasiyası Assosiasiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. 1966-cı ildə İngiltərədə keçirilən 1966 FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır. O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir. Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağdamda anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzası, İncəvar kəndindən (1930-cu illərdə ləğv edilən kənd Ermənistan SSR, Qafan rayonunda yerləşib) didərgin düşmüşdü. Futbolçu karyerasına 1943-cü ildə başlayan Tofiq Bəhramov 6 ay "Spartak" cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində "Burevestnik"-lə oyunda debüt etdi. Bir il sonra Bəhramov artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı "Dinamo"suna yollandı. Daha sonra isə "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib, lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb.
Tofiq Bəhramov adına Respublika Stadionu
Tofiq Bəhramov adına Respublika stadionu — Bakı şəhərində yerləşən stadion. Bu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi milli stadion əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyır və dünyada hakimin şərəfinə adlandırılan yeganə futbol arenasıdır. Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında keçirilib. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarım qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan rus əlifbasının "С" hərfini xatırladır. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. Kommunist Partiyasının 20-ci qurultayından sonra stadion Leninin adını daşıyıb. 1993-cü ildə dünya şöhrətli hakim Tofiq Bəhramov dünyasını dəyişəndən sonra stadion onun adını daşımağa başlayıb. Tofiq Bəhramov adına Respublika stadionu UEFA tərəfindən ilk dəfə 1996-cı ildə beynəlxalq oyunların keçirilməsi üçün lisenziya alıb.
Tofiq Bəhramovun heykəli (Bakı)
Tofiq Bəhramovun heykəli — Tofiq Bəhramov adına Respublika Stadionunun yanında yerləşən Azərbaycan təlim-məşq mərkəzinin binasının qarşısında yerləşən azərbaycanlı sovet futbol hakimi Tofiq Bəhramovun şərəfinə ucaldılmış abidə. Abidənin müəllifi heykəltaraş Məmmədnicat Salahovdur.. Bu dünyada futbol hakiminə ucaldılmış ilk abidədir. Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılovun sözlərinə görə 2004-cü ilin may ayının sonlarında Tofiq Bəhramovun heykəlinin yaradılması üçün keçirilmiş müsabiqə bitmişdir. 12 layihə arasından Məmmədnicat Salahovun layihəsi seçilmişdir. Bu layihəyə görə Məmmədnicat Salahov 5 milyon manat mükafat almışdır. Heykəl 2004-cü il oktyabrın 13-də, Tofiq Bəhramov adına stadionun qarşısında, 2006-cı il Dünya kubokunun seçmə mərhələsi çərçivəsində İngiltərə yığması ilə Azərbaycan yığmasının görüşündən əvvəl açılmışdır. Açılış mərasimində AFFA prezidenti Ramiz Mirzəyev, gənclər və idman naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını İlham Əliyevin adından təbrik etdi. Mərasimdə 1966-cı ildə Tofiq Bəhramovun rəhbərlik etdiyi Dünya çempionatının final matçında Almaniyaya qarşı qətiyyətli qolun müəllifi Cefri Herst iştirak etmişdir. Açılış mərasimində FİFA prezidenti Yozef Blatter və İcraiyyə Komitəsinin üzvü Mişel Platinidə iştirak edib.
Çalır Bəhram Mansurov (film, 1971)
Film tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuşdur.
Alay Bəhramov
Alay Bəhramov (11 dekabr 1966, Masallı) — Keçmiş azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan Liqasının 1997–98 və 2001–02 mövsümunun bombardiri. Azərbaycan çempionatları tarixində eyni komandada ən çox qol vuran oyunçular sıralamasında, "Viləş" klubunun heyətində vurduğu 93 qolla, siyahıda futbolçu Nazim Əliyevlə birlikdə 3–4-cü yerləri böluşdurur. == Karyerası == Karyerasına Lənkəranın "Xəzər" komandasında başlayıb. 1989-cu ildə futbol üzrə SSRİ çempionaının ikinci dvizionun 9-cu qrupunda yarışan "Xəzər"in heyətində 32 oyunda meydana çıxaraq 2 qol vurur. 1990-cı ildə Masallının "Viləş" komandasına keçir. "Viləş"in heyəində 11 il çıxış edir. Bu müddətdə 250-dən çox oyunda meydana çıxır və 112 qol vurur. 1997–98 mövsümundə Azərbaycan Çempionatının bombardiri olur. 2001-ci ilin yayında "Şəmkir" klubuna keçir.
Bəhram mirzə Qacar
Bəhram mirzə Qacar (1806–1882) — Qacar şahzadəsi, vali. == Həyatı == Abbas mirzənin ikinci oğlu Bəhram mirzə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Müəzzəddövlə ləqəbini daşıyırdı. 1834-cü ildə Kirmanşah, Lurestan və Xuzistan əyalətlərinin hakimi təyin edilmişdi. Nasirəddin şahın hakimiyyəti dönəmində ədliyyə naziri olmuşdu. 1859-cu ildə, Müzəffərəddin şah Təbrizi vəliəhd kimi idarə edən zaman ona naiblik etmişdi. 1882-ci ildə vəfat edib. == Ailəsi == Bəhram mirzənin törəməsi Müəzzi soyadını daşıyır. Bəhram mirzənin İsmayıl mirzə adlı oğlu vardı.
Ataol Bəhramoğlu
Ataol Bəhrəmoğlu (d. 13 aprel 1942, İstanbul) — şair, yazıçı, tərcüməçi, ədəbiyyatşünas. == Həyatı == Ataol Bəhramoğlu 13 aprel 1942-ci ildə İstanbulda anadan olub. Əslən Azərbaycandan olan atası Hikmət Bəhramoğlunun şərəfinə şeirlərini "Bəhramoğlu" imzasıyla yazıb, amma onun ilk imzası atasının boya-başa çatdığı Gorus bölgəsinin şərəfinə Ataol Gorus olub.

Digər lüğətlərdə