Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
BƏT
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.
Abdullah Bəttal
Abdullah Bəttal (ərəb. عبدالله البطال‎; VIII əsr – 740, Afyonkarahisar) — Əməvilər xilafətinin Bizans imperiyasına qarşı başlatdığı bir neçə yürüşdə iştirak edən müsəlman sərkərdə. Bəttalın həyatı ilə bağlı tarixi faktlar azdır, kakin onun ölümündən sonra ətrafında psevdo-tarixi və əfsanəvi ənənə geniş şəkildə böyümüşdür və Seyyid Bəttal Qazi kimi həm ərəb, həm də sonrakı dövrlərdə yaranmış türk epik ədəbiyyatında məşhur bir şəxsiyyətə çevrilmişdir. == Həyatı == Abdullah Bəttalın mənşəyi və ya erkən həyatı barədə heç bir şey məlum deyil. Çox sonrakı illərə aid olan məlumatlar onun əslən Antakya və ya Şam şəhərindən olduğunu, həmçinin Əməvilər ailəsinin mövlası olduğunu iddia edir. Əlavə olaraq, ona Əbü Məhəmməd, Əbü Yəhya və ya Əbü Hüseyn kimi adətən tanındığı müxtəlif günyələr verilir. Qəbilə mənsubiyyəti əvəzinə Əntəqi, yəni antioxiyalı nisbəsinin istifadəsi onun ərəb mənşəli olmaya biləcəyini göstərir. Buna görə də Abdullah adı onun islamı daha sonralarda qəbul etməsi ehtimalını daha gücləndirir. Çünki bu ad ərəb dilindən tərcümədə "Allahın qulu" mənasını verir və erkən islam dövründə tez-tez dini yeni qəbul edənlərə verilirdi. Xalid Yəhya Blekinşip irəli sürür ki, o, Bizans salnaməçisi Övliya Feofan 727-ci ildə gerçəkləşmiş Nikeyanın mühasirəsində qeyd etdiyi "Əmr" adlı şəxs ola bilər.
Bətlimus
Klavdi Ptolemey (yun. Κλαύδιος Πτολεμαῖος lat. Claudius Ptolomaeus; təq. 100[…], güm. Ptolemey Hermi[d], Roma Misiri[d], Roma imperiyası – təq. 170[…], güm. İsgəndəriyyə, Roma Misiri[d], Roma imperiyası) və ya Bətləmius (az.-əski. بطلمیوس‎) — antik yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu. Klavdi Ptolemeyin adı öz dövründə yaşamış tarixçilərin əsərlərində çəkilmir. Onu çox vaxt Ptolemey şahlarının sülaləsinə aid edirlər.
Bəttal Qazi
Bəttal Qazi (690, Malatya – 740) — Xalq qəhrəmanı. == Həyatı == Bəttal Qazi və ya Seyid Bəttal Qazi, VIII əsrdə yaşadığı təxmin edilən və haqqında müxtəlif inanclar buraxmış bir xalq qəhrəmanıdır. Malatya Sərdarı Hüseyn Qazinin oğludur. Anası Səidə Xatun türk əsllidir. Bəttal Qazi Malatyada doğulmuşdur. Doğulduğu və yaşadığı evin yeri hələ də mövcuddur. xarabalıq halında qorunur. Uzun illər xalqa yemək paylanan xeyriyyə yeri kimi istifadə olunmuşdur. Haqqında Övliya Çələbinin Səyahətnamə əsərində bəhs edilmişdir. Malatyada doğulduğu yerə öz adı verilmişdir.
Bətəlqeyzə
Alpha Orionis (α Orionis, qısaldılmış Alpha Ori, α Ori) adlı Bətəlqeyzə (Betelgeuse, Beteljöz, Betelguex, Betelgeuze, Beteiguex), göydəki doqquzuncu parlaq ulduz və Orion bürcündə ikinci parlaq ulduzudur. Fərqli dərəcədə qırmızı rəngdədir. Bətəlqeyzə, Qış Üçbucağı asterixini təşkil edən və Qış Hexagon mərkəzini qeyd edən üç ulduzdan biridir. M1–2 spektral növü, adi gözlə görülən ən böyük və parlaq ulduzlardan biri olan qırmızı ifrat nəhəng kimi təsnif edilən bir ulduzdur. Əgər Bətəlqeyzə Günəş sisteminin mərkəzində olsaydı, onun səthi tamamilə Merkuri, Venera, Yer, Mars və ehtimal ki, Yupiterin orbitlərini örtən asteroid kəməri boyunca uzanacaqdı. Bətəlqeyzə, 10 milyon yaşın altında, yüksək kütləsi səbəbiylə sürətlə inkişaf etmişdir. Orion şəhərinin ulduzlarını ehtiva edən Orion OB1 Cəmiyyətinin doğulduğu yerdən bu qaçaq ulduz, ulduzlararası mühitində 30 km / s sürətlə hərəkət edərək müşahidə edilən 4-çarpaz geniş yay yaratdı. == Kəşf edilməsi == Bətəlqeyzənin parlaqlığının dəyişməsini, ilk dəfə 1836-cı ilda Con Herşel tərəfindən Astronomiya Ana Xəttlərində müşahidələrini nəşr etdiyi zaman təsvir edildi. 1836-cı ildən 1840-cı ilədək Bətəlqeyzə Riqeldən 1837-ci ildə çıxdı və yenidən 1839-cu ilin noyabrında əhəmiyyətli dəyişikliklər oldu. Bir onillikdə tənəzzüldən sonra; 1849-cu ildə Herschel 1852-ci ildə zirvəyə çatan qısa dəyişkənliyə diqqət yetirdi.
İbn Bətutə
İbn-Bətutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (25 fevral 1304–1377) — ərəb səyyah və tacir. Digər ərəb səyyahlarından fərqli olaraq, olduğu ölkələrin əhalisi haqqında daha çox maraqlanmışdır. 22 yaşında Mərakeşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində olmuş, daha sonra Fələstin Məkkəyə getmişdir. Məkkədən geri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı keçərək Rusiyaya daxil olmuş və Sibirə yollanmışdır. Rusiyadan İstanbula qayıdaraq Orta Asiyaya, buradan isə Əfqanıstandan keçməklə Hindistana yola düşmüşdür. Hindistanda dövlət xidmətinə götürülən səyyah 1342-ci ildə Çində olur. Daha sonra Maldiv adalarında, Mərakeşdə, təkrar İspaniya, Saxarada olmaqla 1377-ci ildə vəfat edir. İbn Bətutə orta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında olan ərazilərdə olan yeganə səyyah olmuşdur. Onun qarşıya qoyduğu əsas məqsəd XIV əsrin ikinci yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi. İbn Bətutə 1342-ci ildə dəniz yolu ilə Ərəbistana qayıtmış, özü ilə olduğu ölkələr haqqında zəngin məlumatlar gətirmişdir.
Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi
Əbu Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsi (1052[…], Badaxos[d], Estremadura – iyul 1127, Valensiya) — Əl-Farabi və İbn Badja kimi Neoplatonizmin və Neopifaqorçuluq təlimlərinin təsiri altında olan İspan-ərəb filosofu idi. Qısa olaraq İbn əl-Sid və ya ispanca Abenalsid kimi tanınmışdır. İspaniyanın hər tərəfində olmuş, yarımadanın müxtəlif fəlsəfi məktəbləri ziyarət etmişdir. Fəlsəfəni dinə uyğunlaşdırmaq problemi təkcə Şərqdə deyil, həm də Qərbdə (Əndəlüs) müsəlman məşşailərinin fəlsəfi təlimlərinin əsas mövzusu olmuşdur. Şərqdə Kindinin, Farabinin, İbn Sinanın, Miskəveyhin, Qərbdə isə Bətəlyövsinin, İbn Bəccanın, İbn Tüfeyl və İbn Rüşdün fəlsəfi yaradıcılığında sözügedən problem tədqiqat obyekti olaraq seçilmişdir. Problemə münasibət bildirmiş Əndəlüs məşşai fi losofl arından biri də Əbu Məhəmməd Abdullah ibn Məhəmməd ibn əs-Seyyid əl-Bətəlyövsidir (1052- 1127). Din-fəlsəfə problemi haqqında “Kitab əl-hədaiq fi l-mətalib əl-a`liyə əl-fəlsəfi yyə əl-a`visə” adlı kitab yazmış Bətəlyövsi hesab edirdi ki, əvvəlki nəsillərdən qalma mədəni irs və fəlsəfə başlanğıcını, əslində, peyğəmbərlərin vəhyi biliklərindən götürür. Miskəveyh kimi Bətəlyövsi də dinlə fəlsəfə arasında ziddiyyətin olmamağı ideyasını irəli sürür, yunan fi losofl arının, xüsusən Sokrat, Platon və Aristotelin fəlsəfi yaradıcılığının monoteist məzmun daşıdığını iddia edirdi . Bəzi müəlliflər (Yusif Musa, Rəşid Özbalıqçı və s.) hesab edirlər ki, filosofun bu mövqeyi islam dünyasında fəlsəfəyə marağı artırmaq məqsədi güdmüşdür. Bətəlyövsi Farabi və İbn Sinanı yunan fəlsəfəsini başa düşməməkdə ittiham etmiş, “Allah “küll”ü (bütövü) bilsə də, “cüz”i bilmir” iddiasının sui-təfahümün məhsulu olduğunu irəli sürmüşdür.
Bətləmius
Klavdi Ptolemey (yun. Κλαύδιος Πτολεμαῖος lat. Claudius Ptolomaeus; təq. 100[…], güm. Ptolemey Hermi[d], Roma Misiri[d], Roma imperiyası – təq. 170[…], güm. İsgəndəriyyə, Roma Misiri[d], Roma imperiyası) və ya Bətləmius (az.-əski. بطلمیوس‎) — antik yunan riyaziyyatçısı, coğrafiyaçısı, astronomu, astroloqu və filosofu. Klavdi Ptolemeyin adı öz dövründə yaşamış tarixçilərin əsərlərində çəkilmir. Onu çox vaxt Ptolemey şahlarının sülaləsinə aid edirlər.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
BMT
Birləşmiş Millətlər Təşkilatı (ing. United Nations) — 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış "Ümumdünya Hökuməti". Hazırda dünyanın 193 ölkəsi, 500 asılı ərazi, Antarktida materiki, Qərbi Səhra, Dünya okeanı bütünlükdə yer kürəsinin 80 — % ərazisi, BMT-nin mandat sisteminə daxildir. BMT-nin baş qərargahı Nyu-York şəhərində yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İDM-dən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. BMT-nin Nizamnaməsi 1945-ci il 26 iyunda San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il 24 oktyabrda qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. Üzv ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin — onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Bat
Bat (İngiltərə)
Nət
Nət - qəsidənin bir növü. Peyğəmbərin tərifinə, vəsfinə yönəlmiş qəsidə nət adlanır. Orta əsrlərdə yazılan bədii əsərlər adətən minacatla başlayırdı. Minacatdan sonra peyğəmbərin qüdrəti və qüdsiyyətindən söhbət açır, onu tərifləyirdi. Belə qəsidələrə nət deyilir. Nət məsnəvi şəklində yazılır.
İƏT
İslam Əməkdaşlıq Təşkilatı
Bit
Bit (ing. binary digit) — minimal informasiya vahidi olub, iki mümkün məntiqi qiymətdən birini ifadə edir. Bu qiymətləri adətən "0" və "1" (ikilik kod) kimi işarə edirlər. Bit "binary digit" sözlərinin qısaltmasıdır və kompüterdəki ən kiçik informasiya vahididir. Bu termin ilk dəfə 1946-cı ildə Con Taki tərəfindən istifadə edilmişdir. Bir neçə ikilik ədəddən ibarət sıra bit sətri və ya bit vektoru adlanır. Bir çox kompüter sistemlərində səkkiz bitdən ibarət qrup bayt adlanır, lakin bəzi sistemlərdə bu oktet kimi də adlandırılır. Bir baytın yarısı (dörd bit) nibbl adlanır. == Fiziki ifadəsi == Bir bit informasiya istənilən iki müxtəlif vəziyyəti olan rəqəmsal qurğu və ya digər fiziki sistem tərəfindən saxlanıla bilər. Bunlar triggerlərin iki stabil vəziyyəti, elektrik açarı, dövrənin iki müxtəlif cərəyan şiddəti və gərginlik səviyyələri, maqnitləşmə və polyarizasiyanın iki istiqaməti və s.
BƏƏ
Birləşmiş Ərəb Əmirlikləri (Ərəbcə: الإمارات العربية المتحدة - Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şarja,Umm Əl-Quveyn, Rəs-Əl-Xeymə, Əcmən və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
Bəm
Bəm — İranın Kirman ostanının şəhərlərindən və Bəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,823 nəfər və 19,572 ailədən ibarət idi. Parfiya dövründə (b.e.ə.247- b.e. 224) salındığı təxmin edilən və Sasanilər imperatorluğu dövründə önəmli bir mərkəz olan şəhərə X əsrdə gələn ərəb səyyah İbn-i Həval, Surət-ul Ərz adlı kitabında , şəhərin qalasından və əl işləməli geyimlərin gözəlliyindən danışır. Bu şəhərin əl toxumalı geyimləri o qədər məşhur olub ki hədda onu Mərkəzi Asiya və Misirdən də alarmışlar.Farsların qurduğu bu şəhər Səfəvi xanədanlığı zamanında yüksək inkişaf dövrü yaşadı. Bəm səhralıqda olmağına baxmayaraq bu gün olduğu kimi qədim zamanlarda da ənkinçilik mərkəzi olmuşdu. Tarixən güclü bir qalaya sahib olması isə onun hərbi bir mərkəz rolunda da iştirak etməsini şərtləndirmişdi . Bəm qalasının tikililərindən bu günə qədər qalan hissələri əsas etibarı ilə 12-ci əsrdə tikilmiş və 6 km2 sahəyə malikdir. Kərpicdən tikilmiş qala 13000 insanın yaşaya biləcəyi bir qaladır. Burada 1850-ci ilə qədər yaşayış olmuşdur.
Bəst
Bəst — Orta Şərqdə tətil və sığınacaq anlayışı. Adətən bəst yeri kimi müqəddəs məqbərələr, pir yeri, məscid və yaxud camaat tərəfindən hörmətlə yanaşılan bir yer seçilirdi. Bəst məhkəməyə qədər insanların özbaşına olaraq cəzalandırılmasının qarşısını alırdı. Burada hətta quldurlar da sığınacaq tapırdı. Bəst həm də etiraz əlaməti kimi bazarların, emalatxanaların və karxanaların bağlanmasına da deyilirdi. == Bəst 19 əsrdə == Bəst 19 əsrdə. 19 əsrdə Orta Şərqdə bəst kimi xarici ölkələrin səfirliklərini, teleqraf və poçt stansiyalarını da istifadə edirdilər. 19 əsr görkəmli Orta Şərq siyasi xadimi Mirzə Tağı xan Əmir Kəbir bəsti ləğv etmək üçün müəyyən tədbirlərə əl atmışdı. Belə ki, onun 1848–1851 illərdə keçirdiyi islahat tədbirləri ruhanilərin narazılığına səbəb olmuşdu və onun ruhanilərlə ilk qarşıdurması, Təbrizdə, şeyx-ül-islam Əli xan Əfşarın bu şəhəri "on ikinci imamın şəhəri" elan etməsindən sonra baş vermişdi. Bu o demək idi ki Təbriz bütün vergilərdən azad olunur.
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
Dündar bəy
Dündar bəy (1210 – 1288) — Süleyman Şahın oğlu, Ərtoğrul Qazinin qardaşı və Osman Qazinin əmisi olmuşdur. 80 yaşına yaxın olarkən Osman Qazi tərəfindən şəxsən öldürülmüş və bu hadisə, Osmanlı imperiyasında idarəetmədə sülalə üzvlərinin nüfuz sahibi olmaq üçün bir-birlərini öldürmələrinin başlanğıcını qoymuşdur. Dündar bəyin öldürülməsini bir çox Osmanlı tarixçisi müxtəlif şəkildə nəql etmişdir. Nəşridəki rəvayətə görə; Biləcikdə Təkfurun əyləncəsinə qatılan Osman Qaziyə, Təkfur əlini öpdürmək istəmiş və bunu edən Osman Qazi özünün qürurunun Təkfur tərəfindən alçaldıldığını düşünmüşdür. Bu alçaldıcı davranışı unutmayan Osman Qazi, bəyliyinin başçısı olduqdan təkfurdan intiqam almaq istəmiş və təkfura qarşı hərbi kampaniyaya başlamışdır. Dündar bəy isə Osman Qazinin bu səfərinə qarşı çıxaraq "Germiyanoğulları və ətrafdakı kafirlər onsuz da bizə qarşı düşməndir və bu təkfuru da bizə qarşı çevirsən, onda bizim yaşayış yerimiz olmayacaq" demişdir. Bu sözlər Osman Qazini qəzəbləndirmiş və Osman Qazi Dündar bəyi kamanının taxtası vuraraq öldürmüşdür. Son dövr Osmanlı tarixçilərindən Xeyrullah Əfəndi isə hadisəni belə izah etmişdir: Dündar bəylə Osman Qazi arasında müntəzəm bir qarşıdurma yaşanmış və Dündar bəy istəmədən Osman Qazinin bəyliyini qəbul etməli olmuş və buna görə də mütəmadi şəkildə Osmana qarşı mövqe tutmuş, hətta Biləcik Təkfuru ilə də bu mövzuda razılığa gəlmiş və Osmana qarşı sui-qəsd hazırlamağa cəhd etmişdir. Onun bu cəhdi Osman Qazi tərəfindən öyrənilmiş və Dündar bəyin əfvi qəbul edilmədiyi üçün öldürüldüyünü bildirmişdir.
Fərrux bəy
Fərrux bəy (təq. 1547 – təq. 1615) — kalmıkəsilli Səfəvi dövrü minatür rəssamı. Azərbaycanda, eləcə də Hindistanda miniatur sənətinin inkişafinda rolu olan şəxslərdən biridir. Təxminən 30 yasına qədər Təbriz və Qəzvində saray emalatxanasında işləmiş rəssam bir sıra portret tipli əsərlər və kitab illustrasiyaları çəkmişdir. “Əsir duşmüş sərkərdə Bayram oğlan”, “Əlində badə tutmuş qız”, Əmir Xosrov Dəhləvinin “Xəmsə”si üçün işlədiyi 7 miniatur rəssamın yaradıcılığının Təbriz dövrünə aid əsərləridir. Fərrux bəy 1576-ci ildə Hindistana gedərək uzun müddət Kabil və Lahorda saray kitabxanasında işləmişdir. Rəssamın Hindistanda olarkən yaratdiğı portret və sujetli əsərlərin vaxtilə Mir Seyid Əlinin rəhbərliyi ilə təşəkkül tapmış Moğol miniatur məktəbinin sonrakı inkişafında əhəmiyyətli rolu olmuşdur. Sənət tarixçiləri Con Seyler və Ellen Smart İbrahim Adil şahın Dekkan illustrasiyasında Fərrux bəyin imzasına rast gəliblər. Bu imza həm də tamamilə oxşar üslub seçimlərinə və kompozisiya təsvirlərinə əsaslanaraq, Bicapur sultanlığında Fərrux bəy tərəfindən tamamlanan daha çox rəsm əsərinin müəyyən edilməsinə kömək etmişdir.
Gündoğdu bəy
Gündoğdu bəy (1196, Əhlat – Söğüt, Biləcik ili) — 1196-cı ildə Süleyman Şahın oğlu kimi anadan olub. Böyük qardaşı Sunqur Təkin, qardaşları Ərtoğrul Qazi və Dündar bəydir. Süleyman Şah Fərat ətrafında boğulandan sonra qardaşı Ərtoğrul Qazi ilə fikir ayrılığı yaşamış və böyük qardaşı Sunqur Təkin başda olmaq şərti ilə qəbilənin əksəriyyəti məmləkətləri Ahlata geri qayıtmışdır. == Həyatı == Gündoğdu bəyin həyatı haqqında kifayət qədər məlumatlar mövcud deyildir. Əldə olan məlumatlara görə, qardaşı Ərtoğrulla məmləkət iddiası aparmış və nəhayət, Ərtoğrul bəy, Dündar bəy və şərikləri Söğütə, Gündoğdu bəy, Sunqur Təkin bəy və qəbilənin əksəriyyəti isə Əhlata getmişdir. == Qardaşları == Böyük qardaşı Sunqur Təkin, digər qardaşları isə Ərtoğrul Qazi və Dündar bəydir və Gündoğdu bəy özü Süleyman Şahın ikinci böyük oğludur.
Gəray bəy
Gəray bəy — 1931-ci ildə şair Səməd Vurğunun "Komsomol poeması"nın əsas qəhrəmanlarından biri. Azərbaycan ərazilərində sovet hakimiyyəti qurmağa çalışan bolşeviklərə qarşı döyüşən köhnə bəy və qaçaq. == Personajın təsviri == Gəray bəy sovet hökumətinə, gənc kommunist Bəxtiyar və onun komsomol dəstəsinə qarşı çıxır. Köhnə quruluşun tərəfdarıdır. Peykanlıda söz sahibidir və geniş torpaq mülklərinə sahib bəydir. Bir mülkədar kimi onun özünəməxsus əqidəsi var və Gəray bəy bu əqidəyə sadiqdir. Bütün varlılar kimi sovet hökuməti Gəray bəyin də var dövlətini əlindən alıb. Bu səbəbdən də o, yaxın adamları ilə birlikdə dağlara çəkilərək qaçaqlıq edir və yeni qurulan hökumətə qarşı barışmaz düşmənçilik edir. Humay adlı qızı var və Humay, komsomol Bəxtiyarın dəstəsində vuruşan Şəkər bəyin oğlu gənc komsomol Cəllala sevgilidir. == Personajın ətrafında cərəyan edən hadisələr == Gəray bəy Dikdaş dağının ətəyində bolşevik dəstəsi ilə vuruşan zaman komsomol Bəxtiyarın açdığı atəşlə qolundan yaralanıb və elə həmin gündən bir qolu topal qalıb.
Həmzət bəy
Həmzət bəy (avar. ХӀамзат-бек; 1789, Böyük Qosatl, Avar Xanlığı - 19 sentyabr 1834, Xunzax, Avar Xanlığı) — Qafqaz İmamətinin II imamı. 1830-cu ildə Car-Balakəndə çarizmə qarşı başlayan üsyanda üsyan rəhbəri Şeyx Şabana kömək etmişdir. Lakin sonra çarizmin hiyləsi nəticəsində öz qoşunu ilə üsyandan ayrılmışdır.
Koçi bəy
Koçi bəy (ö. təq. 1650) — Sultan IV Murad və qardaşı Sultan I İbrahimə təqdim etdiyi risalələri ilə tanınan XVII əsr Osmanlı müəllif, filosof və dövlət adamı. == Həyatı == Əsl adının Mustafa olduğu və "Koçi"nin isə ləqəbi olduğu bildirilir. Digər qaynaqlarda ləqəbi "Koca" və "Kuçi" olaraq da keçməkdədir. Doğum tarixi, həyatı və vəfat tarixi haqqında dəqiq bilgilər əlimizdə yoxdur. Qardaşının Rusiyada, Koçi bəyin Osmanlıda olduğu kimi yüksək müşavirlik etdiyi bildirilir. Gəncliyində Rumelidə Albaniyanın Göricə (Korçë) qəsəbəsindən devşirilərək Əndərun məktəbinə qəbul edilmişdir və burada təhsil görmüşdür. Sultan I Əhməddən (1603-1617) IV Murada qədər Əndərunda müxtəlif odalarda vəzifədə olmuşdur. IV Murad (1623-1640) dövründə xas odaya alındı.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külüg Bəy
Külüg Bəy xan — əsl adı Xu olan xaqan əmisinin ölümündən sonra taxta çıxmışdı. Onun dövründə üsyanlar baş qaldırdı. Yuelouvu (掘羅勿) adlı sərkərdənin üsyana başlaması və özünə Şato türklərini kömək olaraq çağırması Uyğur xaqanlığının çöküşünü sürətləndirən xəbərlərdən idi. Şato türklərinin Ordu-Balıq şəhərini mühasirəyə aldığı zaman intihar etdi. Yerinə Uge xan keçdi.
Kət Deluna
Ketlin Emperatris Deluna — ABŞ-lı pop musiqi və R&B müğənnisi.
Mahmud bəy
Mahmud bәy Çobanoğlu (türk. Mahmud Bey Çobanoğlu; v. 1309, Kastamonu, Kastamonu ili) — Çobanoğlu bәyliyinin 4-cü vә son hökmdarı. Yavlaq Arslanın 2 oğlundan biridir (digәri Әli bәydir). Onun 1309-cu ildә Candaroğlu Süleyman bəy tәrәfindәn öldürülmәsinden sonra Çobanoğlu dövlәti süquta uğramışdır.
Manat (Büt)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Mehrəli bəy
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.
Bet (hərf)
𐔱 (səslənməsi: /b/; transkripsiyası: B, b) — Alban əlifbasının ikinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ոդեթ (Odet) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "bet" olmalıdır, erməni müəllifin əsas səhvi isə böyük ehtimal alb. 𐔰𐔾𐔸𐕒͞𐔱𐔴𐔸 (alto͞bet — Əlifba) sözünü yanlış oxumuşdur. Gürcü dilçi Roman Lolua və erməni tədqiqatçı Aşot Abramyanın fikrincə erməni əlifbasındakı Բ hərfinin invers formasıdır. Akaki Şanidzenin fikrincə isə bu hərfin orijinal adı "balt" idi və gürc. ერტი ალთას და მეორე ბალთას (ert’i altas da meore baltas — Kim altdır, kim baltdır) deyimi alban dilindən götürülmüşdü. Alban əlifbasında [b] səsinin qarşılığı kimi işlənilib.
Bet-Nəhrin
Bet-Nəhrin (süry. ܒܝܬ ܢܗܪ̈ܝܢ; hərf. (iki) çay vətəni) — Mesopotamiya kimi tanınan regionun süryani dilində adı. Coğrafi baxımdan Fərat və Dəclə çayları (həmçinin onların qolları) arasındakı və ətraf ərazilərə aid edilir. Arami dilindəki ad həm də çaylar arasında deyil, həm də çayların ətrafındakı əraziyə aiddir. Bu ərazi təxminən indiki İraqın demək olar ki, hamısını, Türkiyənin cənub-şərqinin bir hissəsini, İranın şimal-qərbini və daha yaxınlarda Suriyanın şimal-şərqini əhatə edir. Aysorlar Bet-Nəhrinin aborigen sakinləri hesab olunurlar.
Bet (alban hərfi)
𐔱 (səslənməsi: /b/; transkripsiyası: B, b) — Alban əlifbasının ikinci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ոդեթ (Odet) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "bet" olmalıdır, erməni müəllifin əsas səhvi isə böyük ehtimal alb. 𐔰𐔾𐔸𐕒͞𐔱𐔴𐔸 (alto͞bet — Əlifba) sözünü yanlış oxumuşdur. Gürcü dilçi Roman Lolua və erməni tədqiqatçı Aşot Abramyanın fikrincə erməni əlifbasındakı Բ hərfinin invers formasıdır. Akaki Şanidzenin fikrincə isə bu hərfin orijinal adı "balt" idi və gürc. ერტი ალთას და მეორე ბალთას (ert’i altas da meore baltas — Kim altdır, kim baltdır) deyimi alban dilindən götürülmüşdü. Alban əlifbasında [b] səsinin qarşılığı kimi işlənilib.
.net
.net — internet şəbəkəsində ümumi domen adıdır (gTLD). Adını "network (şəbəkə)" sözünün qısaltmasından götürür və ilkin təyinatını şəbəkə texnologiyaları xidmətini göstərən təşkilatların qeydiyyat adıdır (internet-provayderlər və başqa bu növ xidmət edən şirkətlər). Ancaq, heç bir sərti məhdudiyyətlər mövcud deyildir, hal-hazırda domen ümumi təyinatlı ad sahəsidir. O əvvəlki kimi şəbəkə operatorlarının arasında məşhurdur.
Bei
Yuli və Bei haqda məlumat çox azdır. Onların ögey qardaş olduqları və İx Bayan müharibəsində məğlub olduqları bilinir. Hakimiyyət bundan sonra Cənub Hunlarından Şanyü Tuntuhenin oğlu şahzadə Fenhunun əlinə keçdi və hun dövlətləri birləşdi.
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağı Yaşayış məntəqələri Ben (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları) Digər Ben (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Bent
Bent — İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Bent bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,302 nəfər və 822 ailədən ibarət idi.
Ber
Best
Best (Urmiya) — İranda kənd. Best Buy — ABŞ-də yerləşən beynəlxalq elektronik pərakəndə satış həyata keçirən şirkət. Best Of '98 (albom) — The Best (mahnı) — Şəxslər Corc Best — Şiamli İrlandiya futbolçusu. Pit Best — İngilis musiqiçi.
Beta
Beta (ß) — yunan əlifbasının ikinci hərfi, elektron şüalanmasının adı. Alfadan sonra, qammadan əvvəl gələn hərfdir.
Het
Het dövləti — Anadolunun (Kiçik Asiyanın) şimal-şərq hissəsində Halis (hazırda Qızıl İrmaq) çayının hövzəsində meydana gəlmişdi. Kiçik Asiya hələ qədim zamanlardan dövlətləri diqqəti cəlb edirdi. E.ə. III minilliyin ikinci yarısında Akkad hökmdarları Sarqon və Naram-Suen bu əraziyə hərbi yürüşlər təşkil etmişdilər. Həmin dövrdə burada, gələcək Het dövlətinin ərazisində akkad və assur tacirləri məskən salmış və metal ticarətinin əsasını qoymuşdular. == Tarixi == Assurlular buraya mixi yazı və akkad dilini gətirmişdilər. Tədricən Kaniş müstəqil ticarət məskəninə çevrilmiş və Assurun təsiri altından çıxmışdı. Anadolu ticarət mərkəzləri gümüş, mis, tunc, dəmir alış-verişi ilə məşğul olurdular. Assur şəhərindən qalay alırdılar. Ticarətə yerli əhali də cəlb olunmuşdu.
MET
Budapeşt Metropolitan Universiteti (azərb. Budapeşt Metropolitan Universiteti"‎, mac. "Budapesti Metropolitan Egyetem", ing. "Budapest Metropolitan University") və ya qısaca Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Tələbələrin sayı 6000 yaxındır. Unversitet, 2005-ci ilin yazında Erasmus Universitet nizamnaməsi ilə təltif olunub. Universitetdə biznes, marketinq, incəsənət, mediya, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanən cənubundə yerləşən Hödmezörveşerhey (Hódmezővásárhely) bölgəsindədir. == Tarixi == 2000-ci il – Buapeşt Kommunikasiya Kollecinin əsası qoyuldu və ona dövlət akkeditasiyası verildi. Kollec, ali təhsil, böyükləriüçün təhsil və mütərəqqi peşə təhsil kurslarını beynəlxalq və Avropa Birliyi standartları əsasında tədbiqi rabitə və biznes elmləri sahələrində 2001-ci ildən bəri təmin etməyə başladı.
Set
Set – Qədim Misir mifologiyasına görə səhra, şər və ölüm tanrısı.
Ket
Ketlər
Vbet
Vbet — baş ofisi Ermənistanda yerləşən beynəlxalq mərc şirkəti. 2003-cü ildə Vahe və Vigen Bədəlyan tərəfindən yaradılmış "Vbet" idman mərcləri, onlayn kazino, poker, kiberidman və digər onlayn oyunlar üçün platforma təklif edir. Bu, "BetConstruct"un törəmə şirkətidir. Şirkət 2003-cü ildə Vahe və Vigen Bədəlyan qardaşları tərəfindən təsis edilmişdir. 2004-cü ildə "Vbet" o zaman Ermənistanda yeni bir şey kimi qəbul edilən onlayn veb-saytını istifadəyə vermişdir. 2009-cu ilə qədər "Vbet"in ölkə daxilində 300-dən çox mərc salonu var idi. Sonrakı illərdə şirkət genişlənməyə davam etmiş, təkliflərini və xidmətlərini şaxələndirməyə başlamışdır. 2014-cü ildə şirkət "Vbet" kimi fəaliyyət göstərən yeni ad və kimliklə beynəlxalq bazara çıxmışdır. Elə həmin il sonuncu Kürasao kiberidman lisenziyasını əldə etmişdir. Malta Mərc Oyunları Səlahiyyəti tərəfindən 2015-ci ildə, Birləşmiş Krallıq Qumar Komissiyası tərəfindən 2017-ci ildə, Onlayn Oyunlar üçün Tənzimləmə Orqanı tərəfindən 2018-ci ildə və 2020-ci ildə İsveçin Oyun Tənzimləmə Təşkilatı tərəfindən təsdiq edilmişdir.
Eet
Eet (q.yun. Αἰήτης) — qədim yunan mifologiyasında Kolxida padşahı, günəş tanrısı Helios və Perseidanın oğlu, (və ya Helios və Antoipun), Pasifa və Kirkanın qardaşı. Evmelin yazılarına görə, o, Efir padşahı idi və kolxlar ölkəsinə yola düşərək hakimiyyəti Bunosa keçirdi. Epimenidə görə, korinfli idi və Efiranın oğlu idi. Uşaqları Medeya və Xalkiopa idi.