BEH

is. [ ər. ] Bütün təəhhüdün, ya sifarişin yerinə yetirilməsini təmin etmək üçün işi icra edən şəxsə qabaqca verilən pul. Beh almaq. Beh vermək. Behi qaytarmaq (sövdəni pozmaq, dəbbələmək).
– Faytonçu Mürsələ, üç yoldaş hər birimiz, bir manat beh vermişdik ki, filan günü atları qoşub gəlsin, bizi aparsın. C.Məmmədquluzadə.
Bu tacirlər evə müştəri gözü ilə baxdılar, Ağayevlə sövdələşdilər, beh verib, elə həmin gün köçdülər. S.Rəhman.

BEÇƏLƏMƏK
BEHBAZAR
OBASTAN VİKİ
Anthemis behboudiana
Anthemis behboudiana (lat. Anthemis behboudiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Ayətullah Behcət
Məhəmmədtağı Behcət (1913-17 may 2009) — İslam alimi, din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Həzrəti Ayətullah Məhəmmədtağı Behcət 1913-cü ilin sonlarında Gilan əyalətinin dindar Fumən şəhərində dünyaya gəlmişdir. Ömründən 16 ay keçdikdə anası vəfat edir və o, uşaqlıqda yetimliyin acılığını dadır. Ayətullah Məhəmməd Təqi Behcətin atası Kərbəlayi Mahmud Behcət Fumən şəhərinin etimadlı insanlarından idi və öz işlərindən əlavə xalqın problemlərini də həll edirdi. Mühüm sənədlər onun şahidliyi və təsdiqi ilə həyata keçirdi. O, ədəb və zövq əhli idi və böyük həvəslə Əhli – Beyt barəsində xüsusilə İmam Hüseyn (ə) haqqında şeir yazırdı. Aradan yarım əsr keçməsinə baxmayaraq, bu şeirlər hələ də o diyarın məddahlarının dillər əzbəridir. Ayətullah Behcət uşaqlıqda belə, Əhli – Beytə, xüsusilə İmam Hüseynə (ə) bağlı olan bir ata tərəfindən tərbiyə olunmuş və həmin məclislərdə iştirak etməklə bu yığıncaqların nuraniliyindən istifadə edərək böyümüşdür. Uşaqlıqdan oynamaqdan çəkinərmiş, istedad və iman nuru üzündə seçilərdi və elm öyrənməyə olan böyük eşqi rəftarında açıqca görünürdü. === Təhsili === İbtidai dini təhsilini Fumən mədrəsəsində başa vurduqdan və ərəb ədəbiyyatına yiyələndikdən sonra 1929-cu ildə ön dörd yaşında dini təhsilini təkmilləşdirməkdən ötrü İraqa yola düşür.
Ayətullah Behişti
Məhəmməd Behişti (23.10.1928 İsfahan - 28.6.1981 Tehran) - Ayətullah. == Həyatı == Şəhid Seyid Məhəmməd Behişti 1928-ci il oktyabrın 23-də İsfahanın Lumban məhəlləsində anadan olub. Atası İsfahan ruhanilərindən və imam-camaat idi. Anası isə tanınmış alim və müctəhid Ayətullah Hacı Mir Məhəmməd Sadiq Xatunabadinin qızı idi. == Təhsili == Seyid Məhəmməd 1942-ci ildə 14 yaşında orta təhsilini yarımçıq qoyaraq İsfahan elmi hövzəsində dini təhsil almağa başlayır. O, dini hövzəsində səkkiz ildə oxumalı olduğu dərsləri dörd ildə başa çatdıraraq, 1946-cı ildə, yəni 18 yaşında təhsilini davam etdirmək üçün Qum elmi hövzəsinə yollanır. Höccətiyyə mədrəsəsinin kiçik və sadə hücrələrinin birində məskunlaşan Seyid Məhəmməd tezliklə Şəhid Mütəhhəri və Seyid Musa Sədr kimi tələbələrlə tanış olur. O, dini dərslərin birinci mərhələsini altı ayda təkmilləşdirdikdən sonra 1947-ci ildə ali fiqh və üsul dərslərində, o cümlədən Şəhid Mütəhhəri ilə birlikdə İmam Xomeyninin fiqh və üsul dərslərində iştirak etməyə başladı. Həmçinin o, gənc tələbələrə də dərs deyirdi. Seyid Məhəmməd orta təhsilini yarımçıq buraxıb dini dərsləri öyrənməsinə rəğmən dini dərslərlə yanaşı, yarımçıq qoyduğu dərsləri də davam etdirməyə başladı.
Aşıq Behbud
Aşıq Behbud Əli oğlu Nəbiyev — aşıq. == Həyatı == 1897-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalının Basarkeçər rayonundakı Qoşabulaq kəndində anadan olmuşdur. Atası Əli kişinin maddi vəziyyətinin ağırlığından Behbud heç bir təhsil almamışdır. Gənc yaşlarından İnəkdağı kəndində dayısı Aşıq Qəhrəman Alırza oğlunun yanında şəyirdlik etmişdir. Oxumağı və yazmağı bacarmadığı halda, fitri istedada malik olan Behbud iki il ərzində aşıqlıq sənətinin incəliklərini dərindən öyrənmişdir. Bir müddətdən sonra sərbəst aşıqlıq etmişdir. Ermənilərin törətdiyi soyqırımının ağır nəticələri onların ailəsindən də yan keçməmişdir. O, ata-anasını, qardaş-bacısını və yaxın qohumlarını itirmişdir. Cavanlıq dövrünün ictimai-siyasi ziddiyyətlərin, iqtisadi çətinliklərin baş alıb getdiyi bir vaxta düşdüyündən, başqa yaşıdları kimi gənc aşığın da həyatı çətin və dözülməz olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq o, öz doğma kəndində ailə həyatı qurmuş və yaşamışdır.
Baba bəy Behbud
Baba bəy Behbud və ya Baba Behbudov (1897, Şuşa – 10 iyul 1970, İstanbul) — mühacir, Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Qarabağ üsyanında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Baba Behbudov 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub. == Döyüş yolu == === Azərbaycan Cümhuriyyətində === Hərbi məktəbi bitirdikdən sonra zabit kimi Qarabağ süvari alayında xidmətə başlayıb. Bir zabit olaraq 1918-ci ilin sonlarından etibarən Qarabağda erməni separatçıların zərərsizləşdirilməsi məqsədilə Şuşada və ətraf bölgələrdə xidmət edib. 1919-cu ilin yanvar ayında keçirilən baxış yoxlaması zamanı Baba bəyin xidmət etdiyi süvari alayı göstərdiyi xidmətə görə hərbi nazirin şəxsi təşəkkürünü alıb. 1920-ci ilin martın 21-də erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfil hücum edərək, Əsgəran keçidini ələ keçirib üsyana başladılar.
Bağ-behişt xalçaları
Bağ-behişt xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynamışdır. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Behbud xan Cavanşir
Behbud xan Azad xan oğlu Cavanşir (12 (24) iyul 1878, Azad Qaraqoyunlu, Cavanşir qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 18 iyul 1921, Konstantinopol, Osmanlı imperiyası) — Azərbaycanın dövlət xadimi, siyasətçi, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu. == Həyatı == Behbud xan Cavanşir 24 iyul (köhnə təqvimlə 12 iyul) 1878-ci ildə Tərtər nahiyəsinin Azad Qaraqoyunlu kəndində dünyaya gəlib. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olub və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxuyub. Almaniyaya 1899-cu ilin oktyabr ayında gəlmiş və "Königliche Bergakademie zu Freiberg" – indiki Frayberq Texniki Universitetinə daxil olmuşdur. O, burada ilk azərbaycanlı tələbə olaraq 4380 nömrəli tələbə bileti ilə qeydiyyata düşmüşdür. Təhsilini 22 dekabr 1903-cü ildə Dağ-Mədən mühəndisi ixtisası üzrə "yaxşı" qiyməti ilə başa vurmuşdur. Alman dilini mükəmməl bilən Behbud xan ingilis dilini öyrənmək üçün Londona gedib, bir il burada kurs keçdikdən sonra 1907-ci ildə vətənə qayıdıb, Şibayevin neft sənayesində çalışmağa başlayıb. == Siyasi fəaliyyəti == 1907-ci il avqustun 28-də Cavanşir uyezdinin rəisinin Daxili İşlər Nazirliyinə yazdığı raportunda deyilir: "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizli fəaliyyət göstərən "Difai" antidövlət komitəsinin rəhbərləri Əhməd bəy Ağayev, Qara bəy Qarabəyov, Məmməd Həsən Hacınski, İsa bəy Aşurbəyov, Behbud bəy Cavanşirski və Niftalı bəy Behbudovdur". Bu raport çarizm xəfiyyəsinin adları çəkilən ziyalıların vaxtaşırı Behbud bəyin Qarabağın Azad Qaraqoyunlu kəndindəki evində yığılmasından xəbərdar olduğunu göstərir. 1907-ci ilin payızında tam məxfı qrifi ilə Daxili İşlər Nazirliyinin Cavanşir uyezdinin rəisinin Tərtər stansiyasından yazdığı 29 saylı məktubda həmin ilin 28 avqustunda yazılmış məlumata bir daha istinad olunaraq "Xeyriyyə cəmiyyəti pərdəsi altında gizlənərək dövlət əleyhinə fəaliyyət göstərən "Difai" komitəsinin rəhbərləri"nin ad və soyadları yenidən açıqalanır.
Behiştiyan
Behiştiyan (azərb. Beşdiyan, بئش‌دیان‎) — İranın Qəzvin ostanında kənd. Eyniadlı şəhristanın Avəc bölgəsinin Qərbi Xərəqan kəndistanında, Avəc qəsəbəsindən 15 km. şimaldadır.
Behnam evi
Behnam evi — Əsasən Qacar dövrünün ilk illərində tikilmiş Təbrizdə yerləşən tarixi ev. == Haqqında == Binanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Əsas böyük hissəsi isə Qacarların ilk dövründə tikilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilmiş və ornamentli naxışlar və rəsmlərlə bəzədilmişdir. Ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası iki mərtəbəli simmetrik tikilidir. Ev daxili və xarici həyətlərdən ibarətdir. Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Maqsudiyyə küçəsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyə qədər görünməyən miniatür freskalar aşkarlanıb yenidən mütəxəsislər tərəfindən restavrasiya edilmişdir.
Behnaq (Marağa)
Behnaq (fars. بهنق‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 897 nəfər yaşayır (165 ailə).
Behnəmir
Behnəmir — İranın Mazandaran ostanının Babolsər şəhristanının Behnəmir bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,836 nəfər və 1,813 ailədən ibarət idi.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Behraz
Behraz (fars. بهراز‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 685 nəfər yaşayır (235 ailə).
Behrud
Behrud (əvvəlki adı: Bəhrud) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Biləv kənd inzibati ərazi dairəsi tərkibindəki Bəhrud kəndi Behrud kəndi adlandırılmışdır. == Tarixi == Behrud Ordubad rayonunun Biləv inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Behrud çayının sahilində yerləşdiyi üçün həmin çayın adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdə, Ordubad- Bist avtomobil yolunun kənarında, Gilançayın sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Behrud — Ordubad rayonunda çay. Zəngəzur silsiləsindən axır. Fars dilində behrud "yaxşı çay" deməkdir. Hidronim çayın suyunun içməyə yararlı olduğunu bildirir..
Behrud körpüsü
Behrud körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Behrud kəndi yaxınlığında yerləşən tarixi-memarlıq abidəsi. Üç aşırımlı, uzunluğu 10 paqonmetr olan Behrud körpüsü Gilançay üzərindədir. Körpünün XVII əsrin sonu XVIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Behrud körpüsü inşaat texnikasının müstəsnalığını, memarlıq simasını saxlamışdır. Körpü 1996-cı ildə yenidən qurulmuş, bununla da Ordubad rayonunun Parağa-Tivi-Nəsirvaz kəndləri arasında əlaqələr bərpa olunmuşdur.
Behruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Behruz Maqsudlu
Behruz Maqsudlu- Arxitektor, qrafik dizayner, yazıçı, prodüser və rejissor Maqsudlu Gürgan Hava Limanı və Sari Dəşti Naz Hava Limanı kimi binaların dizaynın və tikintisin etmişdir.
Behruz Təbrizi
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Behrəng
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968, Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Behzad Behzadi
Behzad Behzadi(1927 - 27 fevral 2008)-Azərbaycanlı alim, yazıçı, tərcüməçi və Azərbaycan dili üzrə tədqiqatçı. O, hüquq sahəsində təhsil almış hüquqşünas, 2000-ci illərdə Tehranda nəşr olunan "Azəri" jurnalının redaktoru idi.
Behçet xəstəliyi
Behçet xəstəliyi — ağız boşluğu və cinsiyyət orqanlarının selikli, gözün ağlı qişasının residiv verən xroniki xəstəliyi. Etiologiyası məlum deyildir. Türk dermatoloqu H.Behçet müəyyən etdiyinə görə, onun adı ilə adlanır. Əla­mətləri: ümumi narahatlıq, temperatu­run yüksəlməsi, revmatoid xarakterli ağrılar, muxtəlif böyüklükdə eroziya və xoralar və s. ağız boşluğunda xəstəliyin klinik gedişi aftoz stomatit tipli olur, bəzən tez partlayan suluqlar əmələ gəlir. Ağrının təsirindən xəstənin qida qəbulu və danışığı çə­tinləşir. Suluqlar partladıqdan son­ra yerində səthi eroziya izləri qalır. Behçet xesteliyi cinsiyyət orqanlarında eroziyalı vulvit, balanopostit, az hallarda zəif uretrit, bəzən epididimit törədir. Gözdə müxtəlif xarakterli xəstəliklərə (konyunktivit, keratit, irit, görmə sinirinin atrofiyası və s.) səbəb olur. Residiv verən hipopion-iritdən insan hətta kor ola bilər.Adətən, hər üç orqanda bir vaxtda deyil, bəzən ancaq gözdə və ya cinsiyyət orqan­larında baş verir, ya da simptomu bir orqanda kəskin olduğu halda digərində çətinliklə nəzərə Xəstəlik ağır keçdikdə meninqo-ensefalit, hematuriya, medə-bağırsaq qanaxması, tromboflebit, artalgiya və s.
Behşteyn şəbpərəsi
Behşəhr
Behşəhr — İranın Mazandaran ostanınında şəhər, həm də Behşəhr şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 83,537 nəfər və 22,034 ailədən ibarət idi.
Behşəhr şəhristanı
Behşəhr şəhristanı - İranın Mazandaran ostanında şəhristan. Şəhristanın inzibati mərkəzi Behşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 154,957 nəfər və 40,432 ailədən ibarət idi.

Digər lüğətlərdə