Bəm
Bəm — İranın Kirman ostanının şəhərlərindən və Bəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,823 nəfər və 19,572 ailədən ibarət idi.
Parfiya dövründə (b.e.ə.247- b.e. 224) salındığı təxmin edilən və Sasanilər imperatorluğu dövründə önəmli bir mərkəz olan şəhərə X əsrdə gələn ərəb səyyah İbn-i Həval, Surət-ul Ərz adlı kitabında , şəhərin qalasından və əl işləməli geyimlərin gözəlliyindən danışır. Bu şəhərin əl toxumalı geyimləri o qədər məşhur olub ki hədda onu Mərkəzi Asiya və Misirdən də alarmışlar.Farsların qurduğu bu şəhər Səfəvi xanədanlığı zamanında yüksək inkişaf dövrü yaşadı. Bəm səhralıqda olmağına baxmayaraq bu gün olduğu kimi qədim zamanlarda da ənkinçilik mərkəzi olmuşdu. Tarixən güclü bir qalaya sahib olması isə onun hərbi bir mərkəz rolunda da iştirak etməsini şərtləndirmişdi .
Bəm qalasının tikililərindən bu günə qədər qalan hissələri əsas etibarı ilə 12-ci əsrdə tikilmiş və 6 km2 sahəyə malikdir. Kərpicdən tikilmiş qala 13000 insanın yaşaya biləcəyi bir qaladır. Burada 1850-ci ilə qədər yaşayış olmuşdur.