Bağçalı (Ağbaba)
Bağçalı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Amasiya rayonun ərazisində kənd.
== Tarixi ==
Güllübulaq kəndinin yaylaq yеrində yaranmışdır. 1918–20-ci illərdə azərbaycanlılar buradan ermənilər tərəfindən qovulmuş, erməni soyqırımına məruz qalmışlar. Azərbaycanlılar qovulduqdan sonra kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
== Əhalisi ==
1886-cı ildə 162, 1897-ci ildə 240, 1905-ci ildə 277, 1914-cü ildə 236 nəfər azərbaycanlı yaşamışdır. Qazax еlinin Qarapapaq tayfasından ibarət əhalisi 1921-ci ildə Türkiyəyə köçdükdən sonra kənd dağılmışdır.
== Toponimi ==
Toponim bağça sözünə -lı şəkilçisi artırmaqla yaranmış fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Əsli Baxşalı, еhtimal ki, şəxs adındandır.