Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qara buludlar (mahnı)
Gümüşü buludlar
Gümüşü buludlar-Seraski 1885-ci il == İlk müşahidə == 1885-ci ilin yayında məşhur rus astronomu Seraski ilk dəfə tutqun toran göyün üzündə qeyri-adi, əvvəllər heç bir zaman təsadüf edilməyən, yarım-şəffaf, parlaq, parlaq işıq verən gümüşü-ma-vi rəngli buludlar görmüşdür. Çox keçmədən astronomlar müəyyən etdilər ki, gümüşü buludlar göyün üzündə həmişə görünməyib, yalnız yay aylarında, həm də üzərlərinə üfüqün arxasına keçən günəşin şüaları düşən müddətdə görünür. == Gümüşü buludlar == Son zamanlar müəyyən edilmişdir ki, gümüşü buludlar yerdən 82 km yuxarıda və atmosferin da-ha yüksək qatında olur. Sürəti bəzən saatda bir neçə yüz kilometrə çata bilir. Gümüşü buludlar qütb şəfəqinin əmələ gətirdiyi səviyyənin aşağı sərhəddində də yaranır. Atmosferin yuxarı qatları (aşağı qatlar kimi) əsasən oksigen və azotdan ibarətdir.Gündüz günəşin ultrabənövşəyi şüalarının təsiri altında oksigenin molekulu atomlara parçalanır. Su molekulunu əmələ gətirmək üçün oksigenin bir atomunun 2 hidrogen atomu ilə birləşməsi lazımdır. Atmosferin yuxarı qatlarında hidrogen olmadığı üçün hidrogen atomları, günəşdən atmosferə tünd ləkələrlə əlaqədar olan coşqun fəaliyyəti dövründə düşür. Yuxarıda göstərdiyimiz yüksəklikdə su izah edi-lən formada əmələ gəir. Bu fikir gümüşü buludların məhz günəşin üzərində ləkələr əmələ gəldikdə baş verməsi ilə əlaqələndirilirdi.
Sədəfi buludlar
Sədəfi buludlar və ya Perlamutr buludları — Stratosferdə 20–26 km hündürlükdə müşahidə olunan xırda buz kristallarından və soyumuş su damlalarından ibarət ox nazik buludlardır.
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Buludlar (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
Qara-qala
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri olaraq məscid qeydə alınmışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Təhsil almaq hüququ
Təhsil hüququ — “ikinci nəsil” insan hüquqlarından biri (sosial-iqtisadi və mədəni; ayrı-seçkiliyə yol verilməməsi aspekti birinci nəslin vətəndaş hüququ sayıla bilər). BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi təhsil hüququnun dörd əsas xarakteristikasını müəyyən edir: mövcudluq, əlçatanlıq (ayrı-seçkiliyə yol verilməməsi, fiziki və iqtisadi əlçatanlıq), təhsilin məqbulluğu və uyğunlaşması. Həmçinin “təhsil hüququ yalnız müəllimlərin və tələbələrin akademik azadlığı olduqda həyata keçirilə bilər.” Təhsil hüququnun əhatə dairəsi müxtəlif təhsil səviyyələri üçün fərqli ola bilər - məsələn, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt icbari və pulsuz ibtidai təhsili nəzərdə tutur, lakin yalnız ödənişsiz ali təhsilin mərhələli şəkildə tətbiqini nəzərdə tutur. Burada ayrı-ayrılıqda təhsil azadlığı önə çıxa bilər. == Tənzimləyici çərçivə == Təhsil hüququ İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 13 və 14-cü maddələrində, Uşaq Hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrində təsbit olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 26-cı maddəsində elan edilmişdir. Təhsil hüququ İnsan və Əsas azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının Birinci Protokolunun 2-ci maddəsi, Yenidən İşlənmiş Avropa Sosial Xartiyasının 17-ci maddəsi, İnsan Hüquqları üzrə Amerika Konvensiyasına San Salvador Protokolunun 13-cü maddəsi, Afrika Xartiyasının 17-ci maddəsi İnsan və Xalqların Hüquqları, Uşaq Hüquqları və Rifahı üzrə Afrika Xartiyasının 11-ci maddəsi, Rusiya Konstitusiyasının 43-cü maddəsində, Azərbaycan Respublikasının Konstitusiyasının 421-ci maddəsində, Latviya Konstitusiyasının 112-ci maddəsində, Tacikistan Konstitusiyasının 41-ci maddəsində təsbit edilmişdir. == Məhkəmə təcrübəsi == Beynəlxalq məhkəmə orqanlarında təhsil hüququ ilə bağlı ən mühüm işlərə (ən çox ondan istifadə zamanı ayrı-seçkiliyin qadağan edilməsinə dair) Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsində Polşa и Албании və Albaniyada azlıqların məktəblərinə dair Belçika linqvistik işi (1968), Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (1976), Avropa İnsan Hüquqları Məhkəməsində D. H. və digərləri Çexiyaya qarşı (2007), Hartikainen v. Finland işi (1981) və Ueldmen Kanadaya qarşı (1999) baxılmışdır. ABŞ Ali Məhkəməsində belə işlərə Mayer Nebraskaya qarşı (1923), Pirs Sisterhooda qarşı (1925), Braun Təhsil Şurasına qarşı (1954), Qriffin Şahzadə Edvard Məktəb Şurasına qarşı (1964), Qrin Nyu Kent qraflığı təhsil şurasına qarşı (1968), Viskonsin Yoderə qarşı (1972), Müstəqil San Antoniyo Məktəb dairəsi Rodriqesə qarşı (1973), Aylend Tris Məktəb Dairəsi Pikoya qarşı (1982), Playler Douya qarşı (1982) kimi məhkəmə iddiaları daxildir.
Yazı (qeydə almaq)
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Bud sümüyü başının bağı
Bud sümüyü başının bağı ya Budun girdə bağı (lat. ligamentum capitis femoris et ligamentum teres femoris) — bud-çanaq oyanağına aid bağlardan olub, geniş bir surətdə köndələn bağ nahiyəsində aypara səthin ucları arasından başlayıb, bud sümüyü başı çuxurcuğuna bağlanır. Bud sümüyü başının bağı lifli dəstələrdən təşkil olaraq sinovial zar ilə örtülmüşdür. Onun uzunluğu 2—2,5 sm-ə bərabərdir. Bəzən bu bağa heç təsadüf edilmir. Vəzifəsi bud sümüyü bağına qan damarlarını ötürməkdir. == Mənbə == Prof.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Hacı Qara
Yaşayış məntəqələri Hacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Həsən Qara
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Maaday-Qara
Maaday-Qara — həcminə görə ən böyük – 7738 sətirdən ibarət Altay qəhrəmanlıq dastanıdır. Nəzm şəklindədir. "Maaday-Qara" mətnlərindən biri 1963-cü ildə S. S. Surazakovun A. Q. Qalkindən yazıya aldığı variant hesab edilir. İki hissədən ibarət olan dastanın birinci – giriş hissəsində Qara-Qula xanın qoca bahadır Maaday-Qaranın yurduna basqını və onu əsir aparmağından danışılır. İkinci – əsas hissədə Maaday-Qaranın dağda qoca qarı tərəfindən böyüdülmüş oğlu Köqüdey-Merqenin qəhrəmanlıqlarından bəhs olunur. Baş qəhrəmanın Köqüdey-Merqen olmağına baxmayaraq, dastan yaşlı atanın adı ilə yaranmışdır. Süjet quruluşuna, məzmununa görə belə adlanma genetik-tipoloji xüsususiyyət kimi özünü türk xalqlarının qəhrəmanlıq dastanlarında geniş səviyyədə göstərir. Buna səbəb ural-altay xalqlarının qədim ortaq inanclarına görə, əcdad kultunun tanrı qavrayışından sonra ən müqəddəs səviyyədə tutulmağı təsəvvürüdür. "Maaday-Qara"da qədim türk dastanlarına xas süjet tipi, poetika xüsusiyyətlərinə, motvlərə, şamançılıq mifologiyası elementlərinə, kultlara çox rast gəlinir. Qeyd olunan ortaq cəhətlər nəticəsində V. V. Radlovun XIX əsrin ortalarında yazıya aldığı "Xan Pudey" və A. Q. Qalkinin "Maaday-Qara" dastanları arsında çox yaxınlıqlar var.
Qara (ad)
Qara — Azərbaycanlı adı. Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Qara Yuluq Osman bəy — Ağqoyunlu tayfa başçısı. Fəxrəddin Qutlu bəyin ikinci övladıdır. Qara Qarayev — görkəmli sovet və Azərbaycanlı bəstəkar və pedaqoq Qara Balakişiyev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Qara (dəqiqləşdirmə)
Qara — rəng. Qara (film, 2005) — rejissor Sanjay Leela Bhansalinin dram filmi.
Qara Afrika
Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır. Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir. bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi. E.ə.
Qara Ay
Qara Ay (ブラックムーン一族, Burakku Mūn Ichizoku) və ya Qara Ay klanı — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında düşmən qrup. Qara Ay manqa seriyasının ikinci arkının, orijinal animenin ikinci mövsümünün və ikinci animenin 15-26-cı seriyalarının əsas düşmən qrupudur. Buna görə də seriyanın ikinci arkı "Qara Ay" adlanır. DiC ingilis adaptasiyasında qrup Neqamun soyu adlanır. Qara Ayın üzvləri Günəş sistemində yerləşən uydurma Nemesis planetindəndirlər. Planet "mənfi enerjinin planeti" kimi təsvir olunur, gözlə görünmür və ancaq Rentgen şüaları ilə tapıla bilir. Qara Ayın üzvlərinin hamısının alınlarının ortasında aşağı doğru yönəlmiş qara aypara işarəsi vardır. Bundan başqa Qara Ayın üzvləri onlara teleportasiya bacarığını verən Qara Kristaldan hazırlanmış xüsusi sırğalar taxırlar. == Aparıcı üzvlər == === Ölüm fantomu / Müdrik adam === Ölüm fantomu (デス・ファントム, Desu Fantomu) və ya Müdrik adam (ワイズマン, Waizuman) — Xaosun gələcəkdən gəlmiş ölümsüz forması. Seriya başlamazdan əvvəl o Kristal Tokio şəhərində adi insan kimi yaşayırdı.
Qara Ağac
Qaraağac, Karaağac və ya Qarağac: Kəndlər Qaraağac (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qaraağac (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Qaraağac (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaraağac (Sədərək) — Azərbaycanın Sədərək rayonunda kənd. Qarağac (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaraağac (Meşkinşəhr) Qaraağac (Urmiya) — Qaraağac (Şəbüstər) Qaraağac (Əbhər) Qaraağac-i Köşk (Çaroymaq) Qaraağac-i Pain (Germi) Qaraağac-i Bala (Germi) Çaylar Qarağac (çay) — İranın Fars ostanında çay. Dağlar Qarağac — İsmayıllı rayonu ərazisində dağ. Qarağac — Zəngilan rayonu ərazisində dağ. Təxəllüslər Günay Qaraağac — Türk dilçisi, professor, doktor. Digər Qarağac — bitki cinsi.
Qara Balakişiyev
Qara Əmirxan oğlu Balakişiyev (11 iyul 1994, Əmiranlar, Xocavənd rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qara Balakişiyev 11 iyul 1994-cü ildə Xocavənd rayonunun Əmiranlar kəndində anadan olmuşdur. 2000–2011-ci illərdə Xocavənd rayon 4 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Qara Balakişiyev 2012–2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. === Aprel döyüşləri === 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Qara Balakişiyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə qarşı tərəfin müdafiə və hücum qüvvəsinin azaldılmasında fərqlənmişdir.
Qara Bulaq
Azərbaycan Qarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qara Cöyrəoğlu
Qara Cöyrəoğlu (1866, Qızılhacılı, Tiflis quberniyası – 1929) — xalq qəhrəmanı. == Həyatı == 1918-cı ildə Borçalıda erməni-daşnak quldur dəstələrinə qarşı mübarizə aparmışdır. Cöyrə oğlu Qara 1918-cı ildə Borçalıya soxulan Andranikin daşnak quldur dəstələrini geri oturtmuşdu. Ermənilər Dürnik kəndi tərəfdən Qızılhacılıya hücum edərkən, Cöyrə oğlu Qara onların qabağını saxlamış, düşmən itki verərək, qaçmağa məcbur olmuşdu. Qanlı döyüşlərdən biri tarixə " Bolus döyüşü" adı ilə daxil olan və indiki Bolnisi uğrunda gedən döyüş idi. Andronikin 800 nəfərlik quldur dəstəsi Bolnisiyə hücum etdikdə, Xaçınlı kəndinin erməniləri də onlara qoşulmuşdu. Cöyrə oğlu Qara Qızılhacılıdan İsrafil ağanın köməyinə gəlmişdi. Ağ çərkəzi paltarda, ağ atın belində olan Cöyrə oğlu Qaranı görəndə, ermənilərin bir hissəsi silahlarını ataraq qaçmışdı. Yel dağı yaxınlığındakı vuruşmada Cöyrə oğlu Qaranın dəstəsi Axalkələkdə, Sağamoyda, Boqdanovkada azğınlıq edən erməni dəstəsini darmadağın etmişdi. Qara Cöyrə oğluna Azərbaycan Xalq Cümhuriyyəti yardım göstərmiş, ona silah və sursat göndərmişdir.
Qara Cəngavər
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen başlayır" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
Qara Cəngavərlər
Qara Cəngavərlər — Sinqapur Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün F-16 təyyarələri istifadə olunur. Təyyarələr Sinqapur bayrağının rənglərinə boyanmışdır. == Tarixi == Eksadron Sinqapur dövlətinin yaranmasınan 8 il, Sinqapur Hərbi Hava Qüvvələrinin yaranmasında 5 il sonra 1973-cü ildə yaradılmışdır. Əvvəlcə komanda Osprey Red adlanırdı. 1974-cü ildən etibarən Qara Cəngavərlər adlanmağa başladı. Komandanın ilk şou təyyarəsi Hawker Hunter olmuşdur. 2000-ci ildən etibarən komanda 6 ədəd F-16 təyyarəsi ilə aviaşoular həyata keçirir. 2014-cü ildən təyyarlərə ağ-qırmızı dizayn saxlanılmaqla ay və 5 ulduz əlavə olunmuşdur.
Qara Daş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qara qarğa
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Üstüpü
Üstüpü (əvvəlki adı: Ustupu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Çənnəb kənd inzibati ərazi dairəsi tərkibindəki Ustupu kəndi Üstüpü kəndi adlandırılmış, Çənnəb kənd inzibati ərazi dairəsinin mərkəzi Çənnəb kəndindən Üstüpü kəndinə keçirilmiş, Çənnəb kənd inzibati ərazi dairəsi Üstüpü kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Dağ ətəyindədir. Yerli əhali kəndin adını Üstüpü kimi tələffüz edir. Yaşayış məntəqəsi kimi hələ səfəvilər dövründən (XVI əsr) məlumdur. Yerli əhalinin məlumatına görə kəndin üst tərəfində pir olduğuna görə kənd Üstüpir adlandırılmış sonralar oykonim bir qədər dəyişilmişdir. Azərbaycan dilinin qərb qrupu dialektində ustupulu/ustuflu/ustublu "səliqəli, abad" mənalarında işlənir.Güman etmək olar ki, kəndin adı elə bu məna ilə bağlıdır. 2003- cü ildən kəndin adı Üstüpü kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 36 km şimal-qərbdədir. Çənnəb və Məzrə kəndləri ilə qonşudur.
Hesablama buludları
Hesablama buludları (ing. Cloud computing) – kommunikasiya texnologiyalarının köməyi ilə böyük təşkilatlarda yerləşən çoxsaylı kompüterlərin (server, kompüter, data mərkəz və s.) hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşmasını həyata keçirməklə, istifadəçilərin verilənlərinin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemidir. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Magellan buludları
Magellan buludları — anlayış özündə Böyük Magellan Buludu və Kiçik Magellan Buludunu birləşdirir. Bizim kimi şimal yarımkürəsinin digər sakinləri də bu gözəlliyi görməkdən məhrumdurlar. Bu qalaktikalar, yəni Böyük və Kiçik Magellan buludları cənub yarımkürəsindən müşahidə olunur. Hətta binoklsuz və ya teleskopsuz belə, cənub yarımkürəsində onları görmək mümkündür.Təxminən 180 min işıq ili uzaqlıqda yerləşən Magellan Buludları bizim qalaktikamızın çox yaxınındadırlar. Bizim qalaktikamız Süd Yolu qalaktikasının peykləri hesab olunan bu qalaktikalar "cırtdan" qalaktikalar hesab olunur. Cırtdan dedik sizə kiçik bir cisim kimi gəlməsin. Belə ki, Böyük Magellan Buludu 30 min işıq ili genişliyindədir və 1 milyarda qədər ulduza ev sahibliyi edir. Kiçik Magellan Buludu isə bir az daha kiçik olub, 20 min işıq ili genişliyindədir. Bu qalaktikaya isə 3-5 milyon ulduz daxildir. Adlarını təxmin etdiyiniz kimi Magellandan almış olsalar da, 1-ci illərdə fars astronom Əl Rəhman əl Sufi tərəfindən kəşf olunmuşdur.
Alman dәvәquşu lәlәyi, Qara ayıdöşәyi
Matteuccia struthiopteris (lat. Matteuccia struthiopteris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin onocleaceae fəsiləsinin matteuccia cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 40-130 sm olan, yeraltı zoğları yaxşı inkişaf etmiş iri bitkidir. Artıb törəyən yarpaqları artmayanlardan qısadır, novşəkilli qalın saplaqlıdır, lələkvari, xətvari sıx seqmentlidir,qonurdur. Artmayan yarpaqları yaşıldır, ayası enli, ikiqat-lələkvari-bölünmüşdür; birinci sıranın seqmentləri xətvari-neştərvaridir, sivriləşmişdir, ikinci sıranın seqmentləri oturaqdır, tamkənarlıdır, çəpinə əyilmişdir və 30 cütə yaxındır. Saplağı şırımlı-qanadlıdır. Sorusları dəyirmidir. Çoxillikdir. Avqust-sentyabr aylarında sporlayır. == Azərbaycanda yayılması == BQ qərb, BQ şərq, Lənk.
Alman
Almanlar (Almanca: die Deutschen) — qədim germanlardan əmələ gələn xalq, Almaniya, Avstriya, İsveçrə və Lixtenşteynin əsas əhalisi. Ümumi sayları təxminən 140 milyondur. Bundan başqa Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Braziliyada, Qazaxıstanda və s. ölkələrdə yaşayan və almanca danışmayan əhali də etnik baxımıdan alman sayılır. == Tarix == Bir etnos kimi almanlar bugünkü Almaniya, Avstriya və qonşu ərazilərdə formalaşıblar. Almanların əcdadı olan german tayfaları e.ə. V əsrdə Skandinaviyadan enib eramızın I əsrinə qədər bu əraziləri ələ almışdılar və burada keltlərlə, slavyanlarla və Ural tayfaları ilə qarışmışdılar. Halbuki "Deutsche" (alman) adı etnik mənada ilk dəfə XV əsrdə Müqəddəs Roma imperiyası dövründə işlənmişdir. İmperiyanın dağılmasından və 1870-ci ildə kiçik alman hersoqluqlarının birləşib vahid Almaniya dövlətinin yaranmasından sonra almanlar tamamilə formalaşmış xalqa çevrilirlər. Orta əsrlərdən başlayaraq ta XX əsrin ortalarınadək almanlar fəal mühacirət proseslərinə cəlb olunmuşdular.
Üstüpü hamamı
Üstüpü hamamı - Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən ən möhtəşəm hamamlardan biri. == Yerləşdiyi ərazi == Hamam Üstüpü kəndinin cənub tərəfində yerləşən Hacalı məhəlləsində, Düylünçayın sol sahilində inşa olunmuşdur. Hamam tikintisində yerli dağ və çay daşından, həmçinin bişmiş kərpicdən istifadə olunmuşdur. Zəmanəmizə dağılmış vəziyyətdə gəlib çatmışdır. == Memarlıq quruluşu == Hamamın girişi qərbdəndir. İndiyədək onun soyunma otağı, yuyunma salonu və tulanbarxanası qalmaqdadır. İnşa olunarkən binanın üç günbəzi olmuşdur. Zaman keçdikcə soyunma otağının günbəzi dağılmışdır. Ancaq şimal günbəz salamat qalmışdır. Hamam şərqdən qərbə doğru yenən yamacda inşa edildiyindən şərq tərəfdə binanın damı yer səviyyəsindədir.
Üstüpü körpüsü
Üstüpü körpüsü — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Üstüpü kəndinin 18 km-də, Düylünçayın üzərində memarlıq abidəsidir. Uzunluğu 10 paqonometrdir. XIII əsrin sonu - XIX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Yüksək inşaat texnikası səviyyəsində tikilmiş körpü milli memarlıq xüsusiyyətlərini və möhkəmliyini qoruyub saxlamışdır. Hörgüsündə adi yerli daşdan istifadə edilmişdir. Üstüpü körpüsü 1996-cı ildə yenidən qurulmuşdur. Körpünün yenidən qurulması nəticəsində Məzrə və Üstüpü kəndləri magistral yola çıxış əldə etmişdir.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Üstüpü piri
Üstüpü piri — Ordubad rayonunun Üstüpü kəndindən şərqdə, hündür təpənin üzərində ziyarətgah. Bu müqəddəs yer Ordubad rayonunun Üstüpü kəndinin şərq tərəfində, yüksək ərazidə yerləşir. Coğrafi cəhətdən yaşayış məskəninin səviyyəsindən yüksəklikdə yerləşir. Piri bəzən "İsfəndiyar" da adlandırırlar. Qərbdən şərqə uzanan binadan (ölçüsü: uzunu 8,7 m, eni 3,5 m, hündürlüyü 2,7 m) ibarət olan pirdə ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü 50 sm ucalığında hörülüb, qara mərmərlə üzlük çəkilib. Ancaq qəbirin üstündə epiqrafik sənəd — kitabə olmadığı üçün onun mənsubiyyəti haqqında tutarlı elmi fikir söyləmək mümkün deyil. Kənd əhalisindən bəzi adamların fikrincə bu birdə İsfəndiyar adlı müqəddəs şəxsiyyət dəfn olunmuşdur. Yerli əhalinin söylədiyinə görə bu qəbirdə uyuyan mərhumla, kənddən cənub tərəfdə yerləşən Düylün kəndindəki pirdə dəfn olunan şəxs bacı qardaşdırlar. Deyilənə görə buruda dəfn olunan mərhum dəvə ilə bu əraziyə gəlmiş, burada yaşamış, vəfat etdikdən sonra burada da dəfn olunmuşdur.
Üstün Asutay
Üstün Asutay (1938, İstanbul - 4 avqust 2020, İstanbul) — Teatr, kino və serial aktyoru.
Bakının tarixi
Bakı şəhəri — Azərbaycan Respublikasının paytaxtıdır. Müxtəlif dövrlərdə Bakı şəhəri Şirvanşahlar dövləti, Bakı xanlığı, Bakı quberniyası, Azərbaycan Demokratik Respublikası və Azərbaycan Sovet Sosialist Respublikasının mərkəzi olmuşdur. Hal-hazırkı dövrdə isə Bakı şəhəri Azərbaycan Respublikasının paytaxtıdır. == Adın etimologiyası == Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Fars dilində bu adın ilkin forması kimi Baqavan sözündən istifadə edilmişdir. Bu söz Tanrının şəhəri kimi tərcümə olunur. Fars mənbələrində Bakı adının digər bir etimologiyası kimi Bādkube (بادکوبه) kimi yazılan Küləklər şəhəridir. Bakı şəhərinin eramızın V əsrində yarandığından Badükübə sözünü bu dövrdən etibarən istifadə olunduğu ehtimal olunur. === Müxtəlif dövrlərdə şəhərin adlanırılması === == Tarixi == Abşeron yarımadası ərazisində yazılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s.
Bakının mühasirəsi
Bakının işğalı və ya Bakının tutulması — Rusiyanın Xəzəryanı bölgələrə hərbi yürüşü zamanı (1722-1723) baş vermiş döyüşlərdən biridir. Bakının hələ 1722-ci ildə, Dərbəndin alınmasından sonra işğal edilməsi planlaşdırılırdı, lakin dənizdə baş verən davamlı tufanlar bunu həyata keçirməyə imkan vermədi. Bakının dənizdən mühasirəsi 1723-cü ilin iyulunda başladı. 4 günlük güclü bombardmandan sonra bakılılar təslim olublar. == Zəmin == Dərbəndin işğalından sonra Rusiyaya qayıdan I Pyotr böyük hərbi-strateji və iqtisadi əhəmiyyət kəsb edən Bakı qalasını almaq üçün plan tərtib etdi. Bakının tutulması Rusiya imperiyasına Xəzər dənizində iri dəniz limanlarından birini əldə etməyə imkan verirdi ki, bu da gələcəkdə rus tacirlərinə Şərq ölkələri ilə dəniz yolu ilə fəal ticarət aparmağa imkan verəcəkdi. Çar hökuməti Bakının neft yataqlarının istismarında çox maraqlı idi. Abşerondakı neft quyularının əksəriyyəti xanın mülkiyyəti idi. Ağ neft çıxarılan quyular daşla bağlanırdı və bu lövhədə Bakı xanının adı yazılırdı. I Pyotr bu yerlərdə möhkəmlənmək üçün Xəzərsahili vilayətlərdən, xüsusən Bakıdan yerli camaatı – azərbaycanlıları köçürüb, onların torpaqlarında erməniləri, gürcüləri və rusları yerləşdirmək, özünə xaçpərəstlərdən ibarət istinadgah yaratmaq istəyirdi.
Bakının açarı
Bakının Açarı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmidir. Quruluşçu rejissor və ssenari müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib == Məzmunu == Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da Bakının yeraltı şəhərinin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O açarı ələ keçirmək üçün şəhərin ən yaxşı 5 oğrusunu bir araya yığıb açarı rusların Bakıdakı tarix muzeyindən oğurlamaq planı qurur. Ruslar da muzeydə açarın oğurlanmasını gözləyir ki, qoruyucunun izinə düşsünlər. Tanıtım linki == Filmin janrı == Film Macəra janrındadır. == Yaradıcı heyət == Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Elvin Mikail Montaj: Azflix Pro === Aktyor heyəti === Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Urfan Cabbarlı Nərmin Əhməd Vüsal Dastan Anar Əli İbrahim Əlizadə Fidan İsmayılova Maya Hüseynli == Çəkiliş yerləri == • Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Alma
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Buduqlar
Buduqlular, buduqlar və ya buduxlar (özlərini budad adlandırırlar) — ləzgi xalqlarının (qrızlar və xınalıqlarla birlikdə) "Şahdağ milli etnik qrupu" kimi fərqləndirilən Azərbaycanın milli etnik nümayəndələri. Azərbaycan Respublikasının Quba və Xaçmaz rayonlarının Buduq (Budux), Dalıqaya, Pirüstü, Yalavanc, Hacıhüseynli və digər kəndlərində yaşayırlar. Sayları təqribən 5,4 min nəfərdir (2005). Buduq dilində danışırlar. Buduqlar arasında Azərbaycan və rus dilləri də yayılmışdır. Dindarları müsəlmandır. Buduqlarla bağlı ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlar barədə XVIII və XIX əsrin əvvəllərində verilmiş Quba xanlarının – Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir. Hələ XIX əsrin 40-cı illərində Buduqların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar. A. A. Bakıxanovun "Gülüstani-İrəm" əsərində Buduğa və buduqlulara müəyyən yer verilib.
Bulaqlar
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.
Buqunlar
Buqunlar - həmçinin kxovalar - şərqi Hindistanda xalq. Buqunların əsas hissəsi Arunaçal-Pradeş ştatının Qərbi Kamenq dairəsində yaşayır. Onlar Rupa çayının hər iki sahilində yerləşən Vanqxu, Dikxiyanq, Biçom, Ramu, Lali, Situ, Saçida, Liçini, Ditçinq, Manqolam, Sinqçunq, Namfri və Kaspi kəndlərində kompakt şəkildə məskunlaşmışlar. Buqunların ümumi sayı 900 nəfərdir.. Buqun dili Tibet-birma dil ailəsinə aiddir. Buqunlar arasında animistik dini inamlar və həmçinin Tibet buddizmi dini yayılmışdır.
Bəluclar
Bəluclar — Pakistanda, İranda və Əfqanıstanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluc dilinə ən yaxın dil kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşayırlar, İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan bəlucların böyük bir qismi köçəri həyat tərzi sürür.
Çulumlar
Çulumlar (çulımca Çulımnar (Чулымнар)) - Türk xalqlarından biri. Əsasən Rusiyanın Tomsk vilayəti və Krasnoyarsk diyarında yaşayırlar. Milli cəhətdən xakaslara yaxındırlar. 2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiyada 656 nəfər çulum türkü yaşayır. 2010-cu ilin siyahıyaalmasında isə yalnız 355 çulum qeyd olunub. "Çulum / Çulım" adını çox güman ki Çulım çayından alıblar. Özlərini Ös-kijiler (Öс кижилер) (ös kişilər (insanlar)), Pestın-kijiler (Пестын кижилер) (Bizim kişilər (insanlar)), və rusların tarix boyu türk xalqlarını "tatar" adlandırmalarına görə Tatarlar / Çulım tatar (Татарлар / Чулым татар) adlandırırlar. Ruslar vaxtı ilə təhqir, alçaltma üçün onları "isaşnıye" (исашные) (əslində "yasaçnıye" (ясачные) sözünün təhrifi), yəni "yasaq ödəyənlər", və ya "aborigenı", yəni "aborigenlər" olaraq adlandırırdılar; Sibirdə bəziləri hələ də belə ifadələrdən istifadə edirlər.
Kulular
Kulular və ya Kolular– İranın Fars ostanında bir qrup qara dəri xalqdır ki, xüsusilə Fəsa şəhərində yaşayırlar.Kulular, İran Afrikalılarındandırlar.Madam Diyölafua, onların keçmişləri haqqında araşdırma etmişdir.Fəsanın bir sıra kəndlərində kulular sakindirlər.
Tulular
Tulu — Qədim türk boyu. == Tarixi == Tulu qolu İli çayının yuxarı və orta axarı ilə Yulduz irmağı və Tarbaqatay arasında, nuşepilər isə Çu və Talas çayları arasındakı sahələrdə yaşayırdılar. Tulu qolunu təşkil edən beş boy bunlardır: çu-mu/koen, hu-lu-u (hulu kiu), şe-şo-ti, tu-ki-İe (Türgiş), şu-ni-şe. çumuqun 处木昆) (kiməklər, çumuqunlüy) huluçzüy 胡禄居 (huluvu küye) şeşeti 摄舍提 (neşetidun) tuçişi 突骑施 (türgişlər, tuçişi xeloşi) şunişi 鼠尼施 (şunişi) Tulu boylarının başında bulunan bəylər çur (çuo), nuşepilərin, başbuqları isə ərkin (se-kin) titulunu daşıyırdılar. Bunlardan əlavə, qərbi göytürklər arasında on-oxlardan başqa bir çox boylar da vardı. "Dədə Qorqud" abidəsində "Tulu quşun yavrusu" ifadəsi var. Bulqarların xaqan, xan soyu Dulo adlanırdı.
Zulular
Zulular — Cənubi Afrikadakı ən böyük etnik qəbilələrdən biri. Zulu dilində danışırlar. == Əcdadları == Zulular əcdadlarını "Mukuru" ("kuru" "qoca, çox qoca" deməkdir) adlandırırlar. Hesab edirlər ki, o həm insanlarla heyvanları, quşları yaratmışdır, həm zululara mədəniyyəti öyrətmişdir, həm də sünnət qaydasını, tabuları vermişdir.
Aleksandr sütunu
Aleksandr sütunu (bəzən onu Aleksandr Puşkinin "Abidə" şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar) — Sankt-Peterburq Saray meydanın mərkəzində yerləşən ampir üslubundakı abidə. Ermitaj muzeyinin tərkibində yerləşir. 1834-cü ildə memar Ogüst Monferran tərəfindən imperator I Nikolayın göstərişi ilə onun böyük qardaşı I Aleksandrın Napoleon Bonapart üzərində qazandığı qələbəyə xatirə olaraq ucaldılmışdır. == Yaranma tarixi == Bu abidə 1812-ci il Vətən müharibəsində qələbəyə həsr olumuş Baş qərargahın tağı kompozisiyasını tamamlamışdır. Abidənin inşası ideyasını məşhur memar Karlo Rossi vermişdir. Saray meydanının məkanını planlaşdırarkən, o meydanın mərkəzində abidə qoymağın vacib olduğunu bildirmişdir. Lakin o daha bir abidənin — I Pyotrun atla olan heykəlinin ucaldılması ideyasını rədd etmişdir. 1829-cu ildə imperator I Nikolayın dilindən öz "unudulmaz qardaşının" xatirəsi üçün müsabiqəni rəsmən elan etmişdir." Ogüst Monferran bu çağırışa möhtəşəm qranit obelisk eskizi ilə gəlsə də, bu variant imperator tərəfindən bəyənilməmişdir. Bu layihənin eskizi hal-hazırda Mühəndislər institutunun kitabxanasında saxlanılır. Monferran 25,6 m (84 fut və ya 12 sajen) hündürlüyündə qranit obelisk ucaldılmasını təklif etmişdir.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-cü ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya "Yüz Sütunlu Zal" Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi. Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. == Təsviri == Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir.
Konstantin sütunu
Konstantin sütunu — 330-cu ildə imperator I Konstantinin şərəfinə, İstanbulun yeddi təpəsindən biri olan və indiki adıyla "Çemberlitaş" olaraq adlandırılan bölgədəki təpədə ucaldılmış bir sütundur. Sütun hər biri 3 ton ağırlığında və 3 metr olan halqalarla bir-birinə bağlanmış cəmi 8 ədəd sütun və bir kürsünün üst-üstə qoyulması ilə yaradılmışdır. == Tarixi == Bizans imperatoru Konstantin sütunu Romadakı Apollon məbədindən sökdürərək uzunluğu 57 m olan bu sütunu əvvəllər Forum Konstantin adı verilən bir meydan olan günümüzdəki yerinə düzəltdirmişdi. İlk qurulan zaman sütunun üzərində doğan günəşi qarşılayan Apollonun heykəli olduqda, 330-cu ildə İstanbula tikildiyində imperator Konstantin bunun yerinə öz heykəlini sütunun üstünə qoydurmuşdu. Daha sonra isə Bizans imperatoru olan Yulian və I Feodosinin heykəlləri qoyuldu. Sütun 1081-ci ildəki ildırım vurması səbəbindən yandı, zədələndi və üzərindəki heykəl aşdı. Bundan sonra I Alexios sütunu düzəltdirmiş və üstündə baza olan bir başlıq ilə böyük bir xaç qoydurmuşdu. 1453-cü ildə İstanbulun fəthindən sonra üzərindəki xaç endirildi və sütun ilk dəfə 1470-ci illərdən sonra I Səlimin dövründə yenilənmişdir. Sonralar, Osmanlı dövründə sütun böyük bir yanğın keçirmiş, sütunun mərmərləri zədələndiyindən, Sultan II Mustafa (1695–1704) sütunun altını divar ilə gücləndirilmiş, dəmir halqalarla möhkəmləndirilmişdir. Bu səbəblə həmin gündən sonra onun adı "Çemberlitaş" adlandırılmışdır.
Nelson sütunu
Nelson sütunu — (ing. Nelson's Column) — Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə. == Tikintisi və dizaynı == Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840–1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə — Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus "HMS Victory" gəmisi durub. Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir.
Onurğa sütunu
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Qartal sütunu
Qartal sütunu — Qatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir. Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir. == Tarixi == Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir. Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir. Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular.
Trayan sütunu
Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodordur. Sütun Ulpiya bazilikasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həm də iki böyük kitabxana arasında yerləşir: yunan və latın kitabxanası == Tarixi == Mark Ulpi Trayan ispan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir. Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada (Müasir Rumıniya ərazisi), Şimali Ərəbistanda və Parfiyada Romaya əvəzolunmaz töhfələr vermişdir. Onun hakimiyyət dövründə Roma imperiyasının sərhədlərinin ən geniş olduğu dövrdür. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. == Tarixi == Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Vulkan sütunu
Vulkan sütunu (rus. столб вулканический, ing. volcanic plug, volcanic column) — vulkan kanalını dolduran və kanalın dağılması zamanı aşınmaya qarşı davamlı olması sayəsində saxlanılan, vulkan məhsullarının qalığı.
Yulian sütunu
Yulian sütunu — Yulian sütunu və ya xalq arasında Belkıs Minarəsi olaraq bilinir. Ankaranın Ulus bölgəsindəki bir obeliskdir. == Tarix == Son bütpərəst Roma imperatoru Yulian 362-ci ildə farslara qarşı müharibə elan edir və yönünün Ankaradan keçdiyi bir yol cızmışdır. İmperatorun ekspedisiyaya gedərkən bir ara verəcəyi və şəhərdə qalacağı xəbəri gəldikdən sonra bütün şəhərdə hazırlıqlar başlayır. Onu şərəfləndirmək üçün Yulian Sütunu qurulur. Sütun əvvəlcə bugünkü Türkiyə İş Bankı İqtisadi Azadlıq Müzeyi binası ilə Dovşan adlı bina arasındakı ərazidə tikilir, lakin yerin düzgün seçilməməsi səbəbi ilə gündən-günə əyilməyə başladığı üçün 1934-cü ildə hazırkı yerinə, Ankara Valiliyinin qarşısındakı Hökumət Meydanına köçürülür. Uzun illərdir heç bir təmir və ya bərpa görməyən Yulian sütunu, Valilik tərəfindən 2001-ci ildə bərpa edilir. == Memarlıq xüsusiyyətləri == Təxminən 15 metr hündürlükdə olan sütun hörgü daşı ilə tikilmişdir. Korint başlığı və sixri gövdəsi olan bir halqa şəklindədir. Başlığın şimala baxan fasadı tamamilə zədələnsə də, ümumiyyətlə yaxşı vəziyyətdədir.
Alma almaya bənzər
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
Basilan
Basilan (taqal Basilan) — Filippinin cənubunda yerləşən ada. == Coğrafi yerləşmə == Filippin arxipelaqına daxil olan 7107 adadan biridir. lokal olaraq isə Sulu arxipelaqının 400 adasından biridir. Adanın sahəsi 1234,2 km², uzunluğu 66 km, eni 44 km təşkil edir. Adada 293 322 nəfər yaşayır (2010). Mindoro adasından 17 km enə malik Basilan boğazı ilə ayrılır. Adanın qərbindən şərqinə dağ silsiləsi keçir. Cənubunda hündürlüyü 1020 metr olan zirvə vardır. == Əhalisi == Ərazisinin 4/5 hissəsi Basilan vilayətinə daxildir. Basilan vilayəti Müsəlman Mindanao Muxtar Bölgəsinə daxildir.
Faminin
Faminin və ya Pambıqlı — İranın Həmədan ostanında yerləşən şəhər, Faminin şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 14019 nəfər və 3634 ailədən ibarət idi. Bu şəhərin köhnə adı "Pambıqlı" olub. Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar .
Kalinin
Kalinin (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kalinin vilayəti — Tver vilayətinin 1990-cı ilə qədərki adı. Kalinin rayonu (Ufa) — Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərinin rayonu. Mixail Kalinin — SSRİ dövlət xadimi.
Bulaqlar (Dərələyəz)
Bulaqlar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Bulaqlar kəndi rayondakı Herher kəndindən 4 km cənubda, Herher çayının sahilində yerləşirdi. Kənd dərədə çoxlu bulaq olan yerdə salındığı üçün Bulaqlar adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1873 - cü ildə 68 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 149 nəfər, 1904 - cü ildə 132 nəfər, 1914 - cü ildə 145 nəfər, 1916-cı ildə 151 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 29 nəfər, 1926-cı 40 nəfər, 1931-ci ildə 63 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənd sakinləri 1948-49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür.