Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bambaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Banbaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859–1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Bağbaşı
Novbarlıq, həmçinin bağbaşı — nişanlı oğlanların qız evinə göndərdikləri meyvə sovqatı. Adətən müxtəlif meyvələrin ilk barından (novbar) ibarət olan novbarlıq bir və ya bir neçə xonçada qız evinə aparılır. Novarblıq gətirilən qaba şirniyyat qoyub oğlan evinə qaytarırdılar. Azərbaycanda novarblıq adəti indi də qalmışdır.
Başbaşı
Başbaşı — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərinin inzibati ərazi vahidində yaşayış məskəni. == Haqqında == Başbaşı kəndi Araz çayının sahilində, Naxçıvan şəhərindən 12 km məsafədə cənub-qərbdə yerləşir. O, Culfa - Bu Uluxanlı (indiki Ermənistan) dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Buranın daimi əhalisi var. Naxçıvan duz mədəni Başbaşı dəmiryol stansiyası vasitəsilə buraya gətirilir. Hazırda stansiyadan qatarların görüşmə nöqtəsi kimi istifadə olunur. Burada bir terminal var. Kənd 3,2 hektar ərazini əhatə edir.
Raubazı
Raubazı (Qaraç-balk:Raubazı-Terek) — balkarların islama qədər inanclarına aid olan müqəddəs ağac. Ağac Yuxarı Balkariyada Şaurdat kəndində yerləşib. Bəzi mənbələrdə bu ağacın şam, palıd və ya vəhşi armud ağacı olduğu qəbul edilir. Raubazı ağacına inamın necə yarandığı haqqında fərqli fikirlər mövcuddur: Bu adət qədim sabir hunlarından gəlir. Onlar özləri Tenqriyə ağac obrazında sitayiş edirdilər. Bu ağaclarda digər müqəddəs ağaclar kimi ağılın, canın və hisslərin olduğu qəbul edilirdi. Raubazıdan yaxşı məhsuldarlıq, var dövlət, övladların rifahı və xəstəliklərdən müalicə istənilirdi. Ağaca qurbanlar gətirilirdi və onun ətrafında müqəddəs adətlər və toy adətləri keçirirdilər. Onun adını heç harda birbaşa çəkməzdilər adının yerinə onu bildirmək üçün "İman-terek" (Qaraç-balk:İman ağacı) adlandırardılar. İnsanların düşüncələrinə əsasən Raubazı ona sitayiş etməyənlərə ziyan vura bilərdi.
Babalı
Babalı (Cəlilabad) — Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Babalı (Çaldıran) — Bəbəli — Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Babarı
Babarı (az.-əski. بابارێ‎, fars. بابارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 59 nəfər yaşayır (25 ailə).
Alekseyevka (Talbazı)
Alekseyevka (başq. Алексеевка, rus. Алексеевка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 8 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 43 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (92%) üstünlük təşkil edir.
Hidrogen bombası
Hidrogen bombası — Nüvə silahının növü. Hidrogen bombası atom bombasından qat-qat güclüdür.Hidrogen bombasında reaksiyanın başlaması üçün atom bombasından istifadə edilir.
Hindistan zambarı
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
Kasset bombası
Kasset bombası və ya çoxluqlu bomba, “bomba içindəki bomba” olaraq bilinən bir silah növüdür. Bomba havada açılır və içindəki kiçik bombalar dağılaraq partlayır və bu səbəbdən təsir sahəsi çox genişdir. Dünyada 19 Aprel günü, Beynəlxalq Kasset Bombalarına Qarşı Fəaliyyət Günü olaraq müəyyən fəaliyyətlərlə qeyd edilir.
Napalm Bombası
Napalm bombası — müəyyən ədəddə yanıcı mayenin jeleləşdirilmiş benzin ilə qarışığı. II Dünya müharibəsində, Harvard Universitetinden Louis Fieserin başçılıq etdiyi bir kimya qrupu tərəfindən inkişaf etdirildi. İlk olaraq Sakit Okeanda Tinian müharibəsində istifadə edildi. Vyetnam müharibəsi fotoqrafı olan Kim Phuc, demişdir ki, "Napalm təsəvvür edə biləcəyiniz ən qorxunc silahdır. Su 100 dərəcədə qaynayır, napalm isə 800–1200 dərəcə istilik yaradır." Bəzi vəziyyətlərdə, sürətli öldürdüyündən, qurbanlar çox ağrı çəkmir. Lakin sağ qalanlarda 3. və 2. dərəcəli yanıqlar yaranır. ABŞ, Vyetnam müharibəsinin sonlarına doğru daha güclü bir Napalma ehtiyacı olduğunu, əsas napalm inhisarçısı DOW Chemicala bildirdi. Bundan sonra daha qorxunc Napalm-B silahı yaradıldı.
Neytron bombası
Neytron bombası — İnfrastruktura toxunmadan və radiasiya yaratmadan, ancaq canlı qüvvəni məhv edən silah. Neytron bombasının konsepsiyasını ilk dəfə ABŞ fiziki Samuel Koen 1958-ci ildə təklif edib. İnfrastruktura toxunmayan və radiasiya yaratmayan, ancaq canlı qüvvəni məhv edən neytron bombasının ilk sınağı 1963-cü ildə Nevada poliqonunda keçirilib. ABŞ prezidenti Cimmi Karter 1978-ci ildə silahın hazırlanmasını dayandırıb, ancaq 1981-ci ilə layihə yenidən işlənilməyə başlanılıb.
Tüstü bombası
Tüstü bombası, tüstü qumbarası, duman bombası, duman qumbarası, duman şaşkası kimi də tanınan tüstü şaşkası, siqnal vermək, hədəfləri yaxud eniş zonalarını müəyyənləşdirmək və ya təyin etmək, həmçinin də bölmələrin hərəkətində tüstü pərdəsi yaratmaq üçün istifadə olunan partladıqdan sonra tüstü yayan qumbara növüdür.
Vulkan bombası
Vulkan bombası (rus. бомбы вулканические, ing. volcanic bomb) — vulkan kraterindən plastik halda atılan, havada soyuyub bərkiyərək müəyyən forma alan lava parçası. Daxili hissəsi adətən məsaməli, xarici qabığı isə şüşəli olur. Lavanın qatılığından asılı olaraq vulkan bombaları müxtəlif formada olur: qatı lavanın bombası açıqçatlı olub, çörək qabığını xatırladır, duru bazalt lavası iyvari, kürəvi, armudvari və ucları dartılmış, quyruqlu bombalar əmələ gətirir. Uzun müddət plastik halda qalan çox duru lavalar qoğalvari bomba əmələ gətirir. Vulkan bombası nüvəsi bəzən kənar süxurdan və ya bərkimiş lavadan ibarət olur. Sonuncular "bürünmüş" vulkan bombası adlandırılır. Vulkan Vulkan boğazı Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Çar Bombası
Çex batbatı
Qara batbat (lat. Hyoscyamus niger) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli, çiçəkləri bulaşıq sarı rəngdə dibçəyə oxşayır. Toxumu böyrəyi xatırladır. Bitki bütünlüklə xoşa gəlməyən bihuşedici qoxuya malikdir. Bat-bat atropin, hiostiamin, skopalamin alkaloidləri ilə zəngindir. Bitkinin bütün hissələri, xüsusilə toxumu zəhərlidir.
Əl bombası
Əl qumbarası — içi partlayıcı və ya kimyəvi maddələrlə doldurulan və bir partlama xüsusiyyəti daşıyan kiçik bir partlayıcı növüdür. Bu partlayıcı əksər hallarda əl ilə atılır. Əl qumbaraları 3 növdən ibarətdir: Ziyanverici qumbaralar Kimyəvi qumbaralar Təlim qumbaraları Bu qumbaralar tərkibində çoxlu plastik partlayıcı və çox qəlpə mövcuddur. Kimyəvi qumbaralarda , ednatol (etilen di nitro amin)və pirik asit turşusu mövcuddur . Bombanın qəlibini civə fülminat və ya qurğuşun azodürden əmələ gətirilir və partlamanın təsirini artırır. Təlim qumbarası hərbi təlim zamanı istifadə olunur. Tərkibində çox vaxt barıt və ya C2 olur ziyanverici gücü digərlərinə nisbətən daha azdır . Müdafiə tipli qumbaralar hücum tipli qumbaralara nəzərən daha təsirlidir və tərkibində çoxlu metal olduğuna göre daha ağırdır. Hücum tipli qumbaralarının qəlpə təsiri demək olar ki yoxdur. Hücum tipli qumbaralar mudafiə tipli qumbaralara nisbətən daha çox səs çıxarır və ses düşməniöldürməkdən daha çox ses üzündən şoka salamaqdır .
İzmir bombası
İzmir bombası (İzmir ləhcəsində qısaca bomba) və ya ingilis dilli mənbələrdə pralinli içli qurabiyə (ing. Praline Stuffed Cookies) — adətən şokolad yağı ilə doldurulan türk mətbəxinə aid qurabiyə. Qurabiyənin adı onun İzmir şəhərindən gəldiyini ifadə edir. O, ilk öncə İzmirdə yayımlanıb, halbuki Türkiyənin müxtəlif KİV-lərində onun mənşəyi haqqında fərqli məlumat verilir. Google Trends verdiyi məlumata görə, 2020-ci ildə İzmir bombası resepti Türkiyədə 6-cı ən çox axtarılan resept idi. Şirniyyatın mənşəyi Osmanlı mətbəxində mövcud olan mürəbbəli məcidiyyə adlı ərik mürəbbə ilə doldurulmuş qurabiyədən gəlməsinin deyilir. İzmir bombası sosial şəbəkələrdə geniş şəkildə reklam olduğuna görə yayımlanıb. İzmirin Alsancak məhəlləsində yerləşən "Çelebi Unlu Mamulleri" adlı şirniyyat evi iddia edir ki, qurabiyənin orijinal resepti ona aiddir. Ənənəvi şokoladlı bombasından başqa həmçinin püstəli, kokoslu, karamelli, ağ şokoladlı, albalılı və s. növ bombalar mövcuddur.
Atom Bombası
Nüvə silahı (atom silahı) — atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20–80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. == İlk atom bombaları haqqında == İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan çıxardıqdan sonra Yaponiyanın Xirosima (avqustun 6-da) və Naqasaki (avqustun 9-da) şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdır. Xirosimada 200 minə yaxın adam ölmüş və itkin düşmüş, sonralar şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam ölmüşdür. == Müasir nüvə silahları == Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər "atom bombası" adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə (hidrogen) bombaları var.
Aviasiya bombası
Aviasiya bombası — yerüstü, dəniz və hava hədəflərinə zərbə endirmək üçün təyyarə və digər uçuş aparatlarından buraxılan döyüş sursatı növü. Aviasiya bombasın atom, fuqas, qəlpəli, zirehdələn, tankvuran, kimyəvi və s. növləri var.
Balqabaq bombası
Balqabaq bombalar (ing. Pumpkin bombs) — Manhetten layihəsi tərəfindən hazırlanmış və İkinci dünya müharibəsində ABŞ Hərbi Hava Qüvvələri Yaponiyaya qarşı istifadə olunub. Balqabaq bombası Gonbul plutonium bombasının oxşar replikasının eyni ballistik və rəftar xüsusiyyətlərinə malik olsa da, qeyri-nüvə yüksək partlayıcısı kimi istifadə olunmuşdur. Bomba əsasən məşq və təlim məqsədilə istifadə edilmiş və 509-cu kompozit qrupunun Hiroşima və Naqasakinin atom bombardmanında icra olunmuşdur. Bomba öz adını sursat gövdesinin yağ ellipsoidal formasından götürmüşdür və bombalara daha xarakterik olan, ordu jarqonundan tədricən rəsmi sənədlərə keçmişdir.
Bambara dili
Bambara dili — Malidə Bambara qəbiləsinin danışdığı dil. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. == Mənbə == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh. 4.
Bambara qəbiləsi
Bambaralar — Malidə ən böyük qəbilə və xalq. Malidə ən böyük qəbilə olan Bambara qəbiləsinin öz dili var. Onlar Bambara dilində danışırlar. Bambara dili Malidə daha geniş yayıldığı üçün milli dil kimi qəbul edilmişdir. Bambara qəbiləsinin nümayəndələri ailələrə bölünür ki, bu ailələr onların üzvlərinin üzlərindəki çapıq və cizgilərlə bir-birlərindən ayrılırlar. Kişilər üzlərində daha çox gözə çarpan və daha dərin çapıqlar çəkməyə çalışırlar. Hazırda dövlət uşaqların və gənclərin üzlərinin bu cür çapıqlarla yaralanmasına icazə vermir. XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 4.
Bombalı maşın
Bombalı maşın və ya bomba yüklənmiş maşın bir maşına yerləşdirilən və partladılan partlayıcı maddələrdir. Adətən sui-qəsd, siyasi sui-qəsd, terror və ya partizan müharibələrində istifadə olunur.
Alessio Bombaci
Alessio Bombaci (27 avqust 1914 – 20 yanvar 1979, Neapol) — İtalyan şərqsünası, türkoloq. Neapolda şərqşünaslıq unistutunun professoru olub. Ərəb, fars, türk dilləri və ədəbiyyatına dair əsərlərin müəllifidir. "Türk ədəbiyyatı tarixi" (1956) kitabında başqa türkdilli xalqların klassikləri ilə yanaşı, İmadəddin Nəsimi və Məhəmməd Füzulidən də ayrıca bəhs olunur. Füzulinin "Leyli və Məcnun" poemasının ingiliscə nəşrinə (1970, London) şairin həyat və yaradıcılığından bəhs olunan geniş müqəddimədə yazılmışdır. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. Bakı, 1978, II hissə, səh. 245.
Neoseiulus rambami
Neoseiulus rambami (lat. Neoseiulus rambami) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Səlcuq Şahbazi
Səlcuq Şahbazi (az-əbcəd. آشیق سلجوق شهبازی‎; 6 yanvar 1962, Ağcaqışlaq, Şərqi Azərbaycan ostanı) — Cənubi Azərbaycan aşığı, İran Aşıqlar Birliyinin sədri. Səlcuq Şükür oğlu Şəhbazi 1962-ci ilin 6 yanvar tarixində keçmiş Miyananın Ağcaqışlaq kəndində anadan olub. 1975-ci ildə ailəlikcə köçüb Tehran şəhərinin Nəmətabad məhəlləsində yaşamışlar. Aşıq Yədullanın məsləhəti ilə tanınmış aşıq və məşhur sazbənd Aşıq Əvəzin yanına gedib ona şəyird olub. Gənc Səlcuq ondan iki müqəddəs peşə öyrənir. Onun biri aşıqlıq, biri də saz düzəltmək peşəsi olur. Düz 4 il ustadıyla bir yerdə olur. 1980-ci ildə hərbi qulluğa yollanır. İki ildən sonra hərbi qulluqdan qayıdanda ustadının vəfatına çox acıyır.
Tağı Şahbazi
Tağı Şahbazi Simurq (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq. Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır. 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.
Zambezi çayı
Zambezi — uzunluğuna görə Afrikada dördüncü çaydır. Çayın hövzəsinin sahəsi 1 570 000 km², uzunluğu isə 2 574 km-dir. Çayın mənbəsi Zambiyada yerləşir. Çay Anqolanın ərazisindən, eləcə də Namibiya, Botsvana, Zambiya və Zimbabvenin sərhədlərindən keçərək Mozambikin ərazısində Hind okeanına tökülür. Bento C.M., Beilfuss R. (2003), Wattled Cranes, Waterbirds, and Wetland Conservation in the Zambezi Delta, Mozambique, report for the Biodiversity Foundation for Africa for the IUCN — Regional Office for Southern Africa: Zambezi Basin Wetlands Conservation and Resource Utilisation Project. Bourgeois S., Kocher T., Schelander P. (2003), Case study: Zambezi river basin, ETH Seminar: Science and Politics of International Freshwater Management 2003/04 Davies B.R., Beilfuss R., Thoms M.C. (2000), "Cahora Bassa retrospective, 1974—1997: effects of flow regulation on the Lower Zambezi River, " Verh. Internat. Verein. Limnologie, 27, 1-9 Dunham KM (1994), The effect of drought on the large mammal populations of Zambezi riverine woodlands, Journal of Zoology, v. 234, p.
Bamblbi (film)
Bamblbi, BamblBi və ya Transformerlər: Bamblbi —2018-ci il istehsalı ABŞ elmi fantastika və döyüş filmi. Transformerlər filmlər seriyasının altıncı filmidir. Film 21 dekabr 2018-ci ildə ABŞ-də ilk baxışa çıxdı və dünya üzrə 468 milyon ABŞ dolları gəlir əldə edərək seriyanın ən az gəlirli filmi oldu. == Rollarda == Heyli Staynfeld — Çarli Vatson rolunda, Bamblibinin 18 yaşlı qız dostu Con Sina — Cek Berns rolunda, ABŞ Ordusunun keçmiş polkovniki və Sektor 7 agenti Xorxe Lendeborq — Quillermo "Memo" Qutierrez Con Ortis — Dr.