BAMBILI

sif. dan. Ləyaqətsiz, vecsiz, qeyri-ciddi, boş, yüngül, gülünc, avara, lüt.
[Şeyx Nəsrulla:] Həmin bu mərəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq… C.Məmmədquluzadə.
[Əbdürrəhman bəy:] Mən niyə dəli oluram, dəli sənin kimi olur ki, belə bambılı dərviş başına ip salıb dəli kimi oynadır. N.Vəzirov.

// is. Qeyri-ciddi, dəyərsiz, ləyaqətsiz adam, avara.
A kişi, gənə bu bambılılar bilmirəm xalqdan nə istəyirlər? C.Məmmədquluzadə.
Mahalın beş-on bambılısı yığılıb bir yerə, nədi-nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAMBILI bambılı bax 1. ləyaqətsiz; 2. avara
  • BAMBILI ləyaqətsiz — vecsiz — qeyri-ciddi — yüngül

Antonimlər (əks mənalı sözlər)

  • BAMBILI BAMBILI – AĞIR Həmin bu mərkəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq

Etimologiya

  • BAMBILI Farscadır, “fırıldaq”, “hoqqa”, “anormal” anlamlarında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BAMBAŞQA
BAMBÚK

Digər lüğətlərdə