Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəddua
Bəddualar — inanc və dualar kimi İraq-türkman folklorunda möhkəm yer alan janrlardandır. Xalqın keçmiş həyat tərzini, adət-ənənəsini, etik və estetik görüşlərini tədqiq etmək baxımından bəddualar xüsusi əhəmiyyət kəsb edir. Professor Azad Nəbiyev Azərbaycan folklorunda qarğışlardan danışarkən onları üç qrupa bölmüşdür: mərasimlərlə, məişətlə, mifoloji və dini təsəvvürlərlə bağlı yaranan qarğışlar. Demək olar ki, Kərkük dolaylarında təsadüf edilən bədduaları da təxminən üç qrupa bölmək olar: Dini təsəvvürlərin təsiri ilə yaranan bəddualar. Mərasimlərlə bağlı yaranan bəddualar. Məişətlə bağlı yaranan bəddualar. Iraq türkman folklorunda məişətlə bağlı yaranan bəddualar daha çoxdur.
Beddu Amanq
Beddu Amanq (7 avqust 1936, Makasar – 9 yanvar 2021) — İndoneziyalı iqtisadçı. 1995–1998-ci illərdə İndoneziyanın Qida Naziri vəzifəsini icra etmişdir. O, həmçinin, Dövlət Lojistik Agentliyinin (BULOG) rəhbəri idi. Qacah Mada Universitetinin Kənd Təsərrüfatı fakültəsini, sonra isə 1977-ci ildə Kənd Təsərrüfatı Sosial-İqtisadiyyat Bölməsini və magistr dərəcəsini bitirmişdir. 1981–1984-cü illərdə ABŞ-nin Deyvis Kaliforniya Universitetinin iqtisadi inkişaf doktoru dərəcəsini almışdır.
Feddea
Feddea (lat. Feddea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Feddea cubensis Urb.
Budda
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Bediha Tunadağı
Bediha Tunadağı (20 avqust 1985, Qaziantep) — Türkiyəli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkiyəni təmsil edir. Bediha Tunadağı İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır. == Karyerası == 1.63 m boyu olan Bediha öz doğma şəhərini təmsil edən Qaziantep Halter İhtisas S.K klubunun üzvüdür. Bedihanın baş məşqçisi Mehmet Doğandır. 2012-ci ilin iyul ayında Bediha beynəlxalq turnirlərdə karyerasının ən yaxşı nəticəsini əldə etmişdir. O, bu uğura Rusiyanın Kazan şəhərində keçirilən Avropa Çempionatında dördüncü yeri tutmaqla nail olmuşdur. Bediha 2012 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmişdir.
Dik Beddouz
Dik Beddouz (ing. Richard Herbert "Dick" Beddoes; d. 1926 – ö. 24 avqust 1991) — Kanadalı idman jurnalisti. O, "Vancouver Sun" və "The Globe and Mail" qəzetlərində, daha sonra isə televiziya və radioda işləmişdir. == Super seriya == 1972-ci ilin yazında SSRİ və Kanadanın ən güclü xokkeyçiləri arasında 8 oyundan ibarət yarışın keçirilməsi barədə razılıq əldə edildiyi zaman "The Globe and Mail" qəzetinin işçisi olan Dik Beddouz belə iddia edir ki, kanadalılar 8 görüşün hər birində qələbə qazanacaq. O, öz fikrində ciddi olduğunu sübut etmək üçün belə bir vəd də verir: "Əgər ruslar cəmi 1 oyunda belə qələbə qazana bilsə mən öz məqaləmi borş ilə birlikdə yeyəcəm. Redaktor qeydi: Hər ehtimala qarşı əlinizin altında xama saxlayın". Lakin elə ilk oyun SSRİ-nin 7:3 hesablı qələbəsi ilə başa çatır. Vəziyyət belə olduqda isə Dik Beddouz verdiyi vədi tutmalı olur.
Feddea cubensis
Feddea (lat. Feddea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Feddea cubensis Urb.
Bedia Güləryüz
Bedia Güləryüz (türk. Bedia Güleryüz) — türk rəssam. İlk türk qadın rəssamlardan olan Bedia xanım, nəsillər boyu xəttatlıq ilə maraqlanan və məşğul olan bir ailədən gəlməsinə baxmayaraq, rəssamlıq sənətinə yönəlmiş və İnas Sanayi-i Nefise Məktəbinə daxil olmuş, dizayn dərslərini Feyhaman Duran, sənət tarixini Əhməd Haşim və anatomiya dərslərini Nurəddin Əli Bəydən almışdır. Burada impressionizm ixtisası üzrə təhsil almış və bundan sonra Berlində, sonra isə Nyu-Yorkda ali təhsilini davam etdirmişdir. Berlində qaldığı müddət ərzində Artur Kampf ilə çalışan Güləryüz, Türkiyədə Gözəl Sənətlər Birliyinin son dövrlərində Nazlı Ecevit ilə birlikdə sərgilərdə iştirak etmişdir. Açıq hava rəssamı olan Bedia xanım əsərlərinə təbiətlə başlayıb və təbiətlə bitirmişdir. 49-cu Ankara Rəsm Sərgisinə "Boğaziçi Çubuqlu", "Köhnə İstanbul-Zeyrək", "Natürmort və Çiçəklər" adlı əsərləri ilə qatılmışdır.
Bedia Müvahhit
Bedia Müvahhit (türk. Bedia Muvahhit; doğum adı Əminə Bedia Şekip, Emine Bedia Shekip; 1896, Kadıköy, İstanbul ili – 20 yanvar 1994, İstanbul) — Türkiyə aktrisası. O, ilk müsəlman aktrisalarından biri hesab olunur. == Bioqrafiya == Bedia Müvahhit 16 yanvar 1897-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulun Kadıköy məhəlləsində prokuror Şekip bəyin və həyat yoldaşı Refiki xanımın ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Böyükada adasındakı Müqəddəs Antuan məktəbində almışdır. Müvahhit məktəbi bitirdikdən sonra İstanbulda Notr-Dam-de-Sion Fransız liseyinə daxil olmuşdur. Bedia türk və fransız dillərinə əlavə olaraq, yunan dilini də bilirdi. Bedia Müvahhit 20 yanvar 1994-cü ildə İstanbul Universiteti Xəstəxanasında vəfat etmişdir. O, Aşyan qəbiristanlığında dəfn edilmişdir.
Bedra qəzası
Bədrə qəzası (ərəbcə: قضاء بدرة) — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Bədrə şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 3.650 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Bədrənahiyyəsi (ərəbcə: ناحية بدرة), Сasuən nahiyyəsi (ərəbcə: ناحية جصان) və Zəhəb nahiyyəsi (ərəbcə: ناحية الذهب). == Əhalisi == 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 20.601 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Bədrə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 2,26%-ni təşkil edirdi. === Etnik tərkibi === Qəza əhalisi əsasən türkmanlar olsa da burada həm də az sayda ərəblər və kürdlər da məskunlaşıblar. Türkmanlar qəzanın inzibati mərkəzi Bədrə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.
Benua Amon
Benua Amon (fr. Benoît Hamon) — Fransız siyasətçi, Fransanın keçmiş təhsil naziri.
Benua Badiaşil
Benua Badiaşil Mukinayi (26 mart 2001, Limoj) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === 5 fevral 2018-ci ildə Badiaşil Monako klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Badiaşil peşəkar karyerasında debütünü 11 noyabr 2018-ci ildə Pari Sen-Jermen klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa 1 görüşündə Monako rəqibinə 0–4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Badiaşil Fransada anadan olmuşdur. Valideynləri isə Konqo vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir. == Şəxsi həyatı == Badiaşil Monako klubunda peşəkar futbolçu kimi çıxış edən Loik Badiaşilin kiçik qardaşıdır.
Benua Furneron
Benua Furneron (fr. Benoît Fourneyron, 31 oktyabr 1802, Sent-Etyen – 31 iyul 1867, Paris) — su turbinini ixtira etmiş fransız mühəndisi və siyasətçisi. == Həyatı == Bir riyaziyyatçının oğlu olan Furneron 1816-cı ildə Sent-Etyen mühəndislik məktəbindən məzun olduqdan sonra Le Kreusodakı dəmir fabrikində işə başladı, sonra Ales və Bessec mədən müəssisələrində vəzifələndirilmişdir. Bu dövrdə müəllimi Klaud Bardinin "turbin" olaraq adlandırdığı yeni bir növ su çarxı üzərində araşdırmalarına girişmişdir. Bardinin mövzuya bağlı məqaləsi Elmlər Akademiyası və Sənaye Təşviq Dərnəyi tərəfindən rədd edilmişdi, amma Fourneron işlərini davam etdirmiş və 1827-ci ildə 6 a.g.-nə sahib bir turbin inkişaf etdirmişdir. Bu təchizatda axış halındakı su bir rotorun ətrafında müəyyən bucaqlarda yerləşdirilən qanadlara çarparaq rotorun dönməsini təmin edirdi. Fourneron 1837-ci ildə dəqiqədə 2.300 dövr edə bilən, 80 faiz daha məhsuldar, 60 a.g.-lük, diametri 30,4 sm olan və yalnız 28 kq ağırlığında bir turbin düzəltmişdir. Fourneronun su çarxından çox daha təsirli və məhsuldar olan turbini şaquli bir şaftla üfüqi bir çarx kimi yerləşdirilirdi. Turbin qısa müddətdə Avropa və ABŞ-dakı toxuma sənayesində geniş şəkildə istifadə edilməyə başlanmışdır. Amma Fourneronun su turbininin gerçək əhəmiyyəti cihazın 1895-ci ildə Niaqara şəlaləsində elektrik istehsalçılarının yerləşdirilməsi ilə daha yaxşı aydın olmuşdur.
Benua Mandelbrot
Benua Mandelbrot (fr. Benoît B. Mandelbrot; 20 noyabr 1924[…], Varşava, Polşa – 14 oktyabr 2010[…], Kembric, Massaçusets) — fransız və amerikan riyaziyyatçısı, fraktal həndəsənin yaradıcısı, fizika üzrə Volf mükafatı (1993) laureatı. == Həyatı == Benua Mandelbrot 1924-cü ildə Varşavada Litva yəhudilərinin ailəsində anadan olmuşdur.Onun anası Bella Lurye həkim, atası Karl Mandelbrot isə xırvatçı olmuşdur. Amma onun əmisi Şolem Mandelbroyt Fransada yaşamış və kifayət qədər tanınmış riyaziyyatçı olmuşdur. Şolem Mandelbrot məşhur "Nikola Burbake" ləqəbli riyaziyyatçılar qrupunun üzvü olmuşdur. Benua 12 yaşı olanda ailəsi ilə birlikdə Parisə emiqrasiya edir. Müharibənin başlamasından sonra Mandelbrotlar ailəsi alman işğalından azad olan Fransanın cənubundakı Tulle şəhərciyinə qaçırlar. Benua orada məktəbə getsə də, tezliklə oxumağa marağını itirmişdir. Amma Benua Mandelbrot özündəki qeyri-adi riyaziyyat vergisini kəşf edir, o müharibədən dərhal sonra Paris Politexnik məktəbinin tələbəsi olur. Məlum olur ki, Benua əla fəza təxəyyülünə malikdir.
Benua Pulvord
Benua Pulvord (fr. Benoît Poelvoorde 22 sentyabr 1964[…], Namür) komediya aktyoru, yazıçı və ssenaristdir. == Həyatı == Anası satıcı, atası isə sürücü olan Puelvoorde atasını uşaq yaşlarında itirib. İbtidai təhsilini Godinne İsa Məsih adına ibtidai məktəbində almış, amma 17 yaşında təhsilini yarımçıq qoyaraq buradan ayrılmışdır. Təhsilini Félicien Rops Texniki İnstitutunda davam etdirmişdir. Burada o Rémy Belvaux ilə tanış olmuşdur. Ali təhsili müddətində teatra olan həvəsi və atipik tərcümə qabiliyyəti ilə seçilən aktyor həmçinin özündə fotoqraflıq, qrafik dizayn bacarıqlarını inkişaf etdirmişdir. Bu bacarıqlarını Brüsseldə "École de recherche graphique" şirkətində daha da təkmilləşdirən aktyor 1988-ci ildə ilk qısa metrajlı filmində çəkildi. == Karyera == 1992-ci ildə aktyor həmkarları Delvaux və Bonzel ilə birlikdə ilk tam metrajlı filmini təqdim etdi. Film tərcümədə "Insan iti dişlərir" (Man Bites Dog — C'est arrivé près de chez vous) adlanır.
Böyük Budda
Tyantan Budda və ya daha çox məşhur olan Böyük Budda (çin dilində 天壇大佛) — böyük brünc rəngdə olan Buddanın statuyasıdır. Lantau adasında Po Lin monastrı yaxınlığında Honkonqda yerləşən bu statuya buddistlərin əsas sitayiş yeri olduğundan bu dinə sitayiş edən xalqların nümayəndələri bura daha çox gəlir. Böyük Budda insan və təbiət arasındakı əlaqəni, hormoniyanı simvolizə edir. Buddistlərin əsas dini mərkəzi olan Honkonqda yerləşir. Gözəl və qeyri-adi arxitekturaya malik olan Böyük Budda dünya turistlərin də diqqətini cəlb edib və bu səbəbdən ilbəil buraya gələn turistləri sayı artır. == Ümumi məlumat == Statuetin hündürlüyü 34 m, çəkisi isə 250 tondur. Ən hündür budda olan Böyük Budda 2007-ci ildə brüncdən hazırlanmışdır (ən hündürü Tayvanda Qaoskyunededi). Ən hündür hissəsinə qalxmaq üçün gələnlər 268 pilləkan qalxmalıdılar. Bununla yanaşı avtomobil yoluda vardır. Böyük Budda şimala, digərləri isə cənuba baxır.
Jülyen Benda
Jülyen Benda (Fransızca:Julien Benda; (26 dekabr, 1867 -7 iyun, 1958) — fransız yazıçısı, filosof. == Həyatı == Jülyen Benda 26 dekabr 1867 - ci ildə yəhudi ailəsində anadan olub. “İntellektualların satqınlığı” kitabı ilə məşhurlaşıb. Jülyen Benda 7 iyun 1958-ci ildə vəfat edib.
Məhəmməd Bedur
Qautama (Budda)
Buddizm (sanskr. बुद्ध धर्म, buddha dharmaIAST; pali बुद्ध धम्म, buddha dhamma, "Aydın təlim"; çin. 佛教 fójiào) — e.ə. I minilliyin ortalarında Qədim Hindistanda meydana gəlmiş və əsası Siddhartha Qautama tərəfindən qoyulmuş dini-fəlsəfi təlim. Buddizm Brahmanizmin qollarından biridir. Bu din Hindistan sərhədlərini aşaraq bütün şərq regionunu öz çənginə almışdır. Buddizmin zərif irfani düşüncələrə malik olması və dünyanın ən çox əhalisi olan regionunda yayılması səbəbindən bu dinin davamçıları çoxdur. Qeyd etmək lazımdır ki, son zamanlar Avropa və Amerikaya da təsir göstərməyə və adları çəkilən ərazilərdə yayılmağa başlamışdır. Buddizm fərdi mənəvi təkamül və həyatın mahiyyətini dərindən qavrama üsuludur. Buddizm dünyanın ən qədim dinlərindən biridir.
Qautama Budda
Budda (sanskr. गौतमबुद्धः सिद्धार्थ शाक्यमुनि; ən tezi VII əsr və ən geci V əsr – ən tezi VI əsr və ən geci IV əsr) — Buddizmdə ən müdrik varlıq. Buddizmə görə mütləq kamilliyə çatmış və başqalarına dini nicat yolunu göstərməyə qadir olan şəxs, Buddizm dininin banisi. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısında 4-cü, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 67-ci şəxs olaraq daxil edilib. Budda Himalaya ölkəsinin zadəgan, kral ailəsində doğulub. Hələ uşaq ikən Asita adında yaşlı və hikmətli bir adam sarayı ziyarət edir. Ruhani bir insan olan Asita Buddanın atasına oğlunun bəşəriyyətin xilaskarı olacağını müjdələyir. Sonradan Budda Şahzadə Qautama adını alır. Atası sevimli oğlu üçün hər cür həyat şəraitini, rahatlığı təmin edir. Oğlunun yaxşı bir kral olmasını istəyirdi.
Sen-Benua
Sen-Benua (rayon)
Əl-Beyda
əl-Beyda — xəzərlərin paytaxt şəhəri. Tədqiqatçılar onu İtil şəhəri ilə eyniləşdirirlər.
Omayma Bediu
Omayma Bediu (27 yanvar 1998) — Tunisi təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Tunisi Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/8 final mərhələsində Fransa nümayəndəsi Şirin Bokliya məğlub olaraq olimpiadanı 9-cu pillədə başa vurub.
Bellua-an-Frans
Bellua-an-Frans (fr. Belloy-en-France) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1.784 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 26 km şimalında, Serji belediyyənin 24 km şərqdə məsafədə yerləşir.
Leşanda Budda heykəli
Leşanda Budda (Mayterey) heykəli — Yer kürəsinin ən hündür Budda heykəllərindən biridir və minilliklər boyu, dünyanın ən hündür heykəltəraşlıq əsəri olmuşdur (Volqoqradda “Ana Vətən” yaranana qədər). Çinin Leşan şəhər dairəsinin Şizhonq rayonunda Sıçuan əyalətinin üç çayının qovuşduğu yerdə, Linqyunşan dağında qayanın qalınlığında oyulmuşdur. Buddanın (Maitreyin) üzü qarşıda yerləşən müqəddəs Emeyşan dağına çevrilir. Buddanın başı dağla bərabər hündürlüyə yüksəlir və ayaqları çaya dirənir. Buddaya münasibətdə cənub və şimal divarlarında bodhisattvanın 90-dan çox daş təsviri həkk olunub. Heykəlin yaradılması üzərində iş Tan imperiyası dövründə, 713-cü ildən başlayaraq 90 il davam etmişdi. Heykəlin hündürlüyü 71 m, başının hündürlüyü demək olar ki 15 m, çiyin aralığı demək olar ki 30 m, əl barmağının uzunluğu 8 m, ayaq barmağının uzunluğu 1,6 m, burnunun uzunluğu 5,5 m-dir. XVII əsrin ortalarına qədər, Böyük Buddanın bədəni başına qədər, əvvəl Böyük Təsvirin Pavilyonu adlanan 13 mərtəbəli "Dasyanqe" məbədi ilə gizlədilmişdi. Bu bina sonradan yanğın nəticəsində məhv olmuşdu. Böyük Budda heykəli YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır.
Bədbuy səhləb
Əyn-Bəyda
Əyn-Bəyda (Umm-el-Buaqi)