Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bertolen
Bertolen (fr. Bertholène, oks. Bertolena) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12026. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 140 km şimal-şərqdə, Rodezdən isə 17 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 999 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 652 nəfər (15-64 yaş arasında) 504 nəfər iqtisadi cəhətdən, 148 hərəkətsiz (fəaliyyət göstərici - 77.3%, 1999-cu ildə 70.9%) idi.
Bertol.
Antonio Bertoloni (it. Antonio Bertoloni, 8 fevral 1775 — 17 aprel 1869) — İtaliya botaniki. == Əsərləri == Amoenitates italicae. 1819. (ital.) Pralectiones rei herbariae. 1827. (ital.) Dissertatio de quibusdam novis plantarum speciebus et de Bysso antiquorum. 1835. (ital.) Florula guatimalensis. 1840.
Bertolt Brext
Bertolt Brext və ya Bertolt Breşt, (Üqen Bertolt Fridriş Breşt adıyla doğuldu, 10 fevral 1898[…], Auqsburq, Almaniya imperiyası, Bavariya Krallığı – 14 avqust 1956[…], Şərqi Berlin) — Alman şair, dramaturq, teatr rejissoru və teatr islahatçısı idi.
Bertolt Breşt

Klod Lui Bertolle
Klod Lui Bertolle(fr. Claude Louis Berthollet; 9 dekabr 1748, Talluar (Savoyya) — 6 noyabr 1822, Arkey) — fransız kimyaçısı. == Həyatı == Klod Lui Bertolle 1785-ci ildə xlorun ağardıcı xassəsini, bataqlıq qazını, ammonyakı tədqiq etmişdir. 1792-ci ildə kalium-xlorat duzunu sintez etmişdir ki, bu da hazırda “Bertole duzu” adlanır. J.Prust ilə Klod Lui Bertolle (1748-1822) arasında baş verən və 7 il (1801-1808) davam edən məşhur mübahisədə R.J.Hayui Prustun mövqeyini müdafiə etmişdir. Lakin Bertole ilk dəfə olaraq bəzi birləşmələrin dəyişən tərkibə malik olmaları barədə faktların mövcud olmasını çox düzgün göstərmişdir. O, həmçinin müxtəlif birləşmələrin eyni formalı kristal quruluşa malik olması barədə öz fikirlərini irəli sürmüşdür. Müəyyən vaxt keçdikdən sonra aydın oldu ki, Bertollenin fikirləri təsadüfi fikir deyil, düzgündür. 1819-1821-ci illərdə izomorfizm və polomorfizm xassələrini kəşf edən alman alimi Eylqard Mitçerlix (1794-1863) Bertollenin fikirlərini təsdiq etmişdir.
Bertels
Bertels Yevgeni Eduardoviç (13 (25) dekabr 1890, Sankt-Peterburq – 7 oktyabr 1957[…], Moskva) — şərqşünas. SSRİ EA müxbir üzvü (1939), Özbəkistan (1944) və Tacikistan əməkdar elm xadimi (1946). İran EA (1944) və Ərəb EA (Dəməşqdə) müxbir üzvü (1955). SSRİ Dövlət mükafatı laureatı (Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarına görə, 1948). == Həyatı == 1920-ci ildə Petroqrad Universitetinin Şərq dilləri fakültəsini bitirmiş, ömrünün sonunadək SSRİ EA Şərqşünaslıq İn-tunda (1930 ilədək SSRİ EA Asiya Muzeyi) işləmişdir. Y.Bertels fars, tacik və bir sıra türkdilli xalqların ədəbiyyat tarixi sahəsində görkəmli mütəxəssis olmuşdur. Sufizm və sufi ədəbiyyatına, Firdovsi, Sədi, Cami, Nəvai və b. klassiklərin yaradıcılığına, Yaxın və Orta Şərq xalqlarının mədəniyyət tarixinə həsr olunmuş əsərlərin müəllifidir. "İslam Ensiklopediyası"nın fəal müəlliflərindən olmuşdur. Y.Bertels Firdovsinin "Şahnamə", Nizaminin "İsgəndərnamə" (Ə.Əlizadə ilə birlikdə) əsərlərinin elmi-tənqidi mətnini hazırlamış, mətnşünaslığa dair nəzəri məqalələr yazmışdır.
Vasili Bartold
Vasili Vladimiroviç Bartold (3 (15) noyabr 1869, Sankt-Peterburq – 19 avqust 1930[…], Leninqrad) — şərqşünas, türkoloq, tarixçi, akademik, rus şərqşünaslıq məktəbinin banilərindən biri. == Həyatı == Vasili Vladimiroviç Bartold 3 noyabr 1869-cu ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, Peterburq Universitetinin Şərq dilləri fakültəsinə daxil olmuş və 1891-ci ildə oranı bitirmişdir. Həmin ildə də elmi – pedaqoji fəaliyyətə başlamışdır. Vasili Vladimiroviç Bartold 1930-cu il avqust ayının 19-da Sankt-Peterburq şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Yaxın və Orta Şərq xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dininə aid 400-dən çox əsəri vardır. Bartold rus şərqşünaslıq məktəbinin banilərindəndir. 1899-1900-cü illərdə yaratdığı "Türküstan monqol istilası dövründə" əsərinə görə ona "Şərq tarixi üzrə "doktor" elmi dərəcəsi verildi. Bartold islam dini tarixinə dair əsərlərində ərəb və qərbi Avropa alimlərinin islam dininə münasibətlərinə tənqidi yanaşaraq, islam dini haqqında geniş material toplayıb, dinin yaranması və yayılması tarixi haqqında yeni görüşlərini ortaya qoymuşdur. Bartold qədim slavyanlardan yazan ərəb müəlliflərinin əsərləri üzərində yorulmadan və məhsuldar işləmişdir.
Vladimir Bartold
Vladimir Bartol (24 fevral 1903 – 12 sentyabr 1967, Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — sloveniyalı yazıçı. Ən məşhur əsəri 1938-ci ildə yazdığı "Ələmut" romanıdır. "Ələmut" əsəri sonradan bir çox dillərə çevrilmi və dünya səviyyəsində Sloveniya ədəbiyyatını təmsil edən əsərlər sırasına qatılmışdır. == Həyatı == Bartol 24 fevral 1903-cü ildə indiki Triestin yaxınlığında Sveti İvan kəndində doğulmuşdur. O vaxtlar Triest Avstriya-Macarıstan imperiyasının tərkibində olub, indi İtaliya sərhədlərinə daxildir. Qreqor Bartol və Marica Bartol Nadlisekin üçüncü uşağı idi. Ata-anası ona son dərəcə geniş təhsil vermişdi. Anasından rəsm və biologiya öyrəndi. Avtobioqrafiya şəklində yazdığı hekayələrində Bartol özünü həddindən həssas, zəngin bədii təxəyyül gücü olan və bir az da qəribə uşaq kimi göstərir. Kiçik avtobioqrafik hekayələrində Bartolun bir çox fərqli mövzu ilə maraqlandığını görmək olar: biologiya, psixologiya incəsənət, teatr və ədəbiyyat.
Yevgeni Bertels

Çeçilia Bartoli
Çeçilia Bartoli (it. Cecilia Bartoli (4 iyun 1966[…], Roma) — italyan mezzo–sopranoçu opera müğənnisi. == Bioqrafiyası == 4 iyun 1966 cı ildə Romada peşəkar opera müğənniləri Ancelo Bartoli və Silvana Baççoninin ailəsində dünyaya gələn Çeçilia 9 yaşında ikən Toska operasında çıxış etmişdir. Roma it. Accademia Nazionale di Santa Cecilia — Müqəddəs Çeçilia Milli Akademiyasında oxuyan Çeçilia Bartoli trombon üzrə ixtisaslaşır. Valideynləri ayrıldıqdan sonra atası Riminidə tenor kimi karyerasını davam etdirir. Anası isə qızının talantına və qabiliyyətinə inanaraq onun vokal üzrə ilk və yeganə pedaqoqu olur. İlk şöhrəti ona 1986 cı ildəki it. Fantastico televiziya şousundakı, Coakkino Rossininin Sevilya bərbəri operasından Leo Nuççi ilə ifa etdiyi duet qazandırmışdır. Şounu izləyən Rikardo Muti onu dərhal La Skala teatrına dinlənilməsi üçün dəvət etmişdir.
Bertel Torvaldsen
Bertel Torvaldsen (dan. Bertel Thorvaldsen; 19 noyabr 1770[…], Kopenhagen – 24 mart 1844[…], Kopenhagen) — Danimarka rəssam və heykəltaraşı, son klassizmin ən parlaq nümayəndəsi. Romadakı müqəddəs Luka Akademiyasının (1833-cü ildən) prezidenti olmuşdur. Əsərləri əsasən mərmərdəndir. == Həyatı == Bertel Torvaldsen, İslandiyalı taxta istehsalçısı Danimarkada məskunlaşan Qottskalk Torvaldsonun (Gottskálk Þorvaldsson) Skagafjord (Skagafirði) sahillərində doğulan oğludur. Ata adının danimarkalaşmış formasından oğul adını almışdır. Bertel Kopenhagen İncəsənət Akademiyasını bitirib. 1797-ci ildə Romaya yola düşdü və qırx ildən çox İtaliyada oldu. Qədim sənət dünyasının kəşfi onun həyatını dəyişdi və Romaya gəlişini doğum günü kimi qeyd etdi. Kanova özü Torvaldseni Yasonun heykəlinə görə təriflədi (1803) və sonradan danimarkalı heykəltaraş böyük Venesiya varisi olaraq ictimaiyyət tərəfindən qəbul edilməyə başladı.
Bertil Qustav
Şahzadə Bertil (28 fevral 1912-5 yanvar 1997) — 1912-ci il 28 fevralda səhərəyaxın saat 5:30 radələrində anadan olmuşdu. O anadan olanda öz anası tərəfindən əmizdirilmişdi, bununla o illik dayə ənənələrini pozmuşdu. == Həyatı == 16 yaşında Bertil Chrysler model bir maşın sürərkən dostları ilə birlikdə qəza törətdi, dostlarından biri vəfat etdi. Sürücülük vəsiqəsi olmayan şahzadə cərimə olundu. 1955–1964-cü illərdə Londonda hərbi attaşe olan Bertil orda Lilian Deyvis ilə sevgili oldu amma bu münasibətdən çox az adam xəbərdar idi. Lilian ilə evlənəndə şahzadəliyin bitəcəyini bilən Bertil onunla sadəcə sevgili oldu. Lakin qardaşının ölümündən sonra taxtın tək varisi olduğu üçün onun üçün istisna təşkil olundu. Yeni kral XVI Karl Qustav onların evliliyini qəbul etdi. Çünki özünün də övladı yox idi və bu halda vəliəhd şahzadə Bertil olurdu. Lakin XVI Karl daha sonra övlad sahibi oldu.
Bertil Ulin
Bertil Ulin (ing. Bertil Ohlin; 23 aprel 1899[…] – 3 avqust 1979[…]) — isveçli iqtisadçı və siyasətçi. == Həyatı == Bertil Ulin 1917-ci ildə Lund Universitetindən məzun olmuşdur. 1923-cü ildə Harvard Universitetində magistr, 1924-cü ildə isə Stokholm Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1925–1929-cu illərdə Kopenhagen Universiteti, 1929–1965-ci illərdə isə Stokholm İqtisadiyyat məktəbində professor olaraq işləmişdir. Bir müddət Harvard Universitetində qonaq professor olaraq fəaliyyət göstərmişdir. Ölkəsində siyasət ilə məşğul olmuşdur və İsveç Liberal Xalq Partiyasının rəhbəri olmuşdur. Bu partiya 1944–1967-ci illərdə iqtidarda olan İsveç Sosial Demokrat Partiyasından sonra əsas müxalifət partiyası olmuşdur. 1944–1945-ci illərdə II Dünya müharibəsi illərində birgə qurulan hökumət kabinetində Ticarət naziri olaraq fəaliyyət göstərmişdir. İqtisadiyyata ən böyük xidməti Eli Hekşer tərəfindən ortaya atılan beynəlxalq ticarət nəzəriyyəsini təkmilləşdirmək olmuşdur.
Marselen Bertlo
Bertlo Pyer Ejn Marsele (25 oktyabr 1827[…], Paris[…] – 18 mart 1907[…], Paris) – fransız kimyaçısı, akademik, dövlət xadimi. 1827-ci ildə anadan olmuşdur. 1854-cü ildə stearin, palmitin, olein və digər yağların analoqlarını sintez etmişdir. Həmin ildə etileni hidratlaşdırmaqla etil spirtini, 1851-ci ildə benzol, fenol, naftalini, 1862-ci ildə su və karbon (II)oksiddən qarışqa turşusunu almışdır. Asetilen əsasında bir sıra aromatik karbohidrogenləri almağa nail olmuşdur.
Vladimir Bartol
Vladimir Bartol (24 fevral 1903 – 12 sentyabr 1967, Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — sloveniyalı yazıçı. Ən məşhur əsəri 1938-ci ildə yazdığı "Ələmut" romanıdır. "Ələmut" əsəri sonradan bir çox dillərə çevrilmi və dünya səviyyəsində Sloveniya ədəbiyyatını təmsil edən əsərlər sırasına qatılmışdır. == Həyatı == Bartol 24 fevral 1903-cü ildə indiki Triestin yaxınlığında Sveti İvan kəndində doğulmuşdur. O vaxtlar Triest Avstriya-Macarıstan imperiyasının tərkibində olub, indi İtaliya sərhədlərinə daxildir. Qreqor Bartol və Marica Bartol Nadlisekin üçüncü uşağı idi. Ata-anası ona son dərəcə geniş təhsil vermişdi. Anasından rəsm və biologiya öyrəndi. Avtobioqrafiya şəklində yazdığı hekayələrində Bartol özünü həddindən həssas, zəngin bədii təxəyyül gücü olan və bir az da qəribə uşaq kimi göstərir. Kiçik avtobioqrafik hekayələrində Bartolun bir çox fərqli mövzu ilə maraqlandığını görmək olar: biologiya, psixologiya incəsənət, teatr və ədəbiyyat.
Vasili Vladimiroviç Bartold
Vasili Vladimiroviç Bartold (3 (15) noyabr 1869, Sankt-Peterburq – 19 avqust 1930[…], Leninqrad) — şərqşünas, türkoloq, tarixçi, akademik, rus şərqşünaslıq məktəbinin banilərindən biri. == Həyatı == Vasili Vladimiroviç Bartold 3 noyabr 1869-cu ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu. O, Peterburq Universitetinin Şərq dilləri fakültəsinə daxil olmuş və 1891-ci ildə oranı bitirmişdir. Həmin ildə də elmi – pedaqoji fəaliyyətə başlamışdır. Vasili Vladimiroviç Bartold 1930-cu il avqust ayının 19-da Sankt-Peterburq şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Yaxın və Orta Şərq xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dininə aid 400-dən çox əsəri vardır. Bartold rus şərqşünaslıq məktəbinin banilərindəndir. 1899-1900-cü illərdə yaratdığı "Türküstan monqol istilası dövründə" əsərinə görə ona "Şərq tarixi üzrə "doktor" elmi dərəcəsi verildi. Bartold islam dini tarixinə dair əsərlərində ərəb və qərbi Avropa alimlərinin islam dininə münasibətlərinə tənqidi yanaşaraq, islam dini haqqında geniş material toplayıb, dinin yaranması və yayılması tarixi haqqında yeni görüşlərini ortaya qoymuşdur. Bartold qədim slavyanlardan yazan ərəb müəlliflərinin əsərləri üzərində yorulmadan və məhsuldar işləmişdir.
Berthold E. Şvarz
Berthold Eric Schwarz (24 oktyabr 1924 – 16 sentyabr 2010) — psixiatr və spiritualist və paranormal hadisələr üzrə tədqiqatçı olub. == Erkən həyatı və təhsili == Şvarz Cersi-sitidə anadan olmuşdur; onun atası, Berthold T. D. Şvarz həkim; anası, Tayra Şvarz isə tibb bacısı idi. 1945-ci ildə Dartmut Kollecini Bakalavr dərəcəsi ilə, 1950-ci ildə Dartmut Tibb Məktəbini və Nyu-York Universiteti Tibb fakültəsini tibb elmləri doktoru dərəcəsi ilə bitirmişdir. O, 1950-ci ilin iyulundan 1951-ci ilin iyununadək Hannover, Nyu-Hempşirdə Meri Hiçkok Memorial Xəstəxanasında təcrübə keçib və 1951-ci ildən 1955-ci ilədək Roçester, Minnesota, Mayo Klinik Tibb Məktəbində Psixiatriya üzrə kursunu tamamlayıb. 1957-ci ildə Minnesota Universitetində psixiatriya üzrə magistr dərəcəsi qazanmışdır. == Karyerası == Şvarz 1957-ci ilin martında Amerika Psixiatriya və Nevrologiya Şurası tərəfindən psixiatriya üzrə sertifikat almışdır. O, Amerika Psixiatriya və Nevrologiya Şurasının Diplomatı, Elmin İnkişafı üzrə Amerika Assosiasiyasının və Amerika Psixiatriya Assosiasiyasının görkəmli üzvü idi. O, 1958-ci ildən 1982-ci ilə qədər Nyu Cersi ştatının Montkleyr şəhərində və 1982-ci ildən 2004-cü ilə qədər Florida ştatının Vero Biç şəhərində 45 illik iş təcrübəsinə malik idi.. Şvarz, bir çoxu psixiatriya, psixoanalitik və elektrofizioloji mövzulara yönəlmiş 185-dən çox elmi məqalə yazıb. O, ömür boyu paranormal tədqiqatlara böyük maraq göstərib.
Betle istiotu
Betle istiotu (lat. Piper betle) - i̇stiot cinsinə aid bitki növü.
Piper betle
Betle istiotu (lat. Piper betle) - i̇stiot cinsinə aid bitki növü.
Lui Aleksandr Bertye
Lui Aleksandr Bertye (fr. Louis-Alexandre Berthier; 20 fevral 1753 — 1 iyun 1815) — Fransa marşalı (1804), Napoleon Fransasının vitse-konnetablı (1807), I Nevşatel knyazı, I Valanjen hersoqu (1805-dən) və I Vaqram knyazı (1809-dan). 1799-1807-ci illərdə hərbi nazir və eyni zamanda 1799-1814-cü illərdə I Napoleonun qərargah rəisi. == İlk illəri == Aleksandr 20 fevral 1753-cü ildə Versalda Topoqrafiya Mühəndis Korpusunun polkovnik-leytenantı Jan Batist Bertyenin (1721 – 1804) və Mariya Fransuaza l'Hulye de la Serin ailəsində dünyaya gəlmişdir. Beş uşaqdan böyüyü olan Lui Aleksandrın üç qardaşı Fransa ordusunda xidmət etmiş və onlardan ikisi Napoleon müharibələri dövründə general rütbəsinədək yüksəlmişdi. == Hərbi karyerası == 17 yaşında orduya qəbul olunmuş və qərargahda xidmət etmişdir. 1780-ci ildə general Roşambo ilə birlikdə Şimali Amerikaya yollanmış və ABŞ İstiqlal müharibəsində Böyük Britaniyaya qarşı döyüşlərdə iştirak etmişdir. Qayıtdıqdan sonra polkovnik rütbəsində müxtəlif qərargah vəzifələrində və Prussiyadakı hərbi nümayəndəlikdə çalışmışdır. Fransa inqilabı dövründə Versal Milli Qvardiyasının qərargah rəisi vəzifəsində kral XVI Lüdovikin bacılarını əhalinin zorakılığından mühafizə etmiş və onların qaçmasına yardım etmişdir (1791). 1792-ci il müharibəsində o birdən-birə Marşal Lüknerin qərargah rəisi təyin edildi və Dümurye və Kellermanın Arqon əməliyyatında əhəmiyyətli rol oynadı.
Semka Sokoloviç-Bertok
Semka Sokoloviç-Bertok (bosn. Semka Sokolović-Bertok; 22 dekabr 1935, Sarayevo – 4 mart 2008, Zaqreb) — Yuqoslaviya və Bosniya aktrisası. 70-dən çox teatr, 50-dən çox film rollarında oynamışdır. Gəncliyində perspektivli şahmatçı olmuşdur, Gənclər arasında Xorvatiya Şahmat Çempionatında 8 dəfə qalib gəlmişdir. == Həyatı == Semka Sokoloviç Bosniya və Herseqovinanın Sarayevo şəhərində bosniya ailəsində anadan olmuşdur. Anası Abida dərzi idi. Atası Rasim maliyyə müfəttişi idi, Semka üç yaşında olanda vəfat etmişdir. Böyük bacısı Badema (1929-1969) müğənni (mezzo-soprano) peşəsində çalışmışdır. Onun əri xorvat şahmatçısı Mario Bertok idi. Zaqrebdə yerləşən Dram İncəsənəti Akademiyasını bitirdikdən sonra Branko Qavella adına Dram Teatrında işləyirdi.
Əlamut (Vladimir Bartol)
Əlamut (sloven. Alamut) — Vladimir Bartolun Həsən Sabbah və Xaşxaşilərdən bəhs edən, adını Əlamut qalasından alan və ilk dəfə 1938-ci ildə slovencə nəşr olunan tairixi romanı. == Məzmun == Roman oxucunu XI yüzilliyə, Böyük Səlcuq Dövlətinin hökmranlığı dövrünə aparır. İslam dini, şərq fəlsəfəsi, hakimiyyət uğrunda mübarizə, dövrün tarixi hadisələri müəllif tərəfindən elə təsvir edilmişdir ki, sanki hər şey oxucunun ətrafında cərəyan edir. İnsan özünü zamanın müasiri kimi hiss edir və əsərin bəxş etdiyi ovsunlu abu-havadan bir an belə ayrılmaq istəmir. == Nəşr və tərcümə == Roman ilk dəfə 1938-ci ildə slovencə nəşr olunub. Daha sonra Rəvan Musayev tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş, 2017-ci ildə Bakı Kitab Klubu tərəfindən 2 dəfə nəşr olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Bakı Kitab Klubu. "Əlamut (tairixi roman)" ( (az.)). kitabklubu.org.
Emin Bektörə
Emin Bektörə (rum. Emin Bektóre, 1906, Dobriç[d] – 15 aprel 1995, Əskişəhər) — Krım tatarı əsilli folklor mütəxəsisi, etnoqraf, təhsil xadimi və aktivist. == Həyatı == Emin Bektörə 1888-ci ildə Krım tatarı ailənin övladı olaraq Bolqarıstan knyazlığının Dobruca bölgəsində olan və hal-hazırda adı Dobric olan Hacıoğlu Bazarcıq şəhərində anadan olmuşdur. İlk və orta təhsilini Bazarcıqda tamamlamışdır. 15 aprel 1995-ci ildə tarixində həyatını itirmişdir. == Fəaliyyəti == Bektörə Rumıniyadakı Krım tatar folklorunun öncüllərindən biri olaraq qəbul edilir. Müxtəlif Krım tatar xalq oyunları topluluqlarında yer almış, Şahin Gəray, Atilla, Krım və Kök-Köz Bayar kimi didaktik oyunlarının həm mətinlərini yazmış, həm də səhnələşdirmişdir. 1940-cı ildə ailəsiylə birlikdə Türkiyəyə köç edərək, Əskişəhərdə yerləşmişdir. Burada da folklor fəaliyyətinə davam etmişdir. 1941-ci ildən etibarən Əskişəhərdəki xalq evində folklor fəaliyyətlərinə başlamış və xalqevi qapanana qədər xidmət etməyə davam etmişdir.1944-cü ildə Müzəffər Sarısözən ölkə miqyasında etdiyi gəzintilər zamanı Əskişəhərə gəlir.
Şövqi Bektörə
Şövqi Bektörə (d. 1888, Rumıniya – v. 18 dekabr 1961, İstanbul Türkiyə) — Krım tatarı əsilli şair, maarifçi, akademik və siyasi aktivist. == Həyatı == Şövqi Bektörə 1888-ci ildə Rumıniyada anadan olmuşdur. 5 yaşında olarkən ailəsi Türkiyənin Əskişəhər şəhərinə köç etmişdir. Əskişehərdə ibtidai məktəbi bitirdikdən sonra gəldiyi İstanbulda bir çox Krım tatarı ilə tanış oldu. Təhsilini İstanbul universiteti İlahiyyat fakültəsində davam etdirdi. Burada tanıdığı Krım tatarları vasitəsilə qatıldığı Krım Tatar Tələbə cəmiyyətinin fəal üzvü oldu.1918-ci ilin əvvəlində Şövqi İstanbulda Krım mənşəli Türklərdən ibarət Aktiv Gənclər Cəmiyyətinin baş katibi olaraq vəzifə yerinə yetirirdi. Mart ayında, müharibə başa çatdıqda, məhbus mübadiləsində ittiham olunan Qızıl Aypara heyəti ilə Sevastopol və Feodosiyaya yola düşdü. Orada olarkən Krımdan kənarda bilinməyən xəbərləri Bolşevik İnqilabının nələr yaratdığını anladı.
Karl Filip Edmund Bertil
Karl Filip Edmund Bertil (ing. Carl Philip Edmund Bertil və ya rəsmi adı: ing. Prince Carl Philip, Duke of Värmland; d. 13 may 1979, Stokholm, İsveç) — Varmland Dükesi. İsveç şahzadəsi. == Həyatı == Şahzadə Karl Filip 13 may 1979-cu ildə Stokholmda anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra İsveçdə və xarici ölkələrdə təhsil almışdır. Daha sonra İsveç Hərbi-Dəniz Qüvvələrində xidmət edib. Hazırda ehtiyatda olan mayordur. Fotoqrafiya və qrafik dizaynla maraqlanan şahzadə İsveçlə bahəm, ABŞ-də da bu sənətləri öyrənib.
Do Bəralə
Do Bəralə (fars. دوبراله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 203 nəfər yaşayır (53 ailə).