1. Xörəyi dada gətirmək üçün ona qatılan kəskin dadlı, şor ağ kristal maddə. Xörək duzu.
□ Daş duzu – bax daşduz.
…Duzu dağlardan daş kəsən kimi kəsirlər ki, belə duza daş duzu deyirlər.
Dəniz duzu – dəniz suyunu buxarlandırma yolu ilə hasil edilən duz.
Duzuna baxmaq – şit və ya şor olduğunu bilmək üçün xörəyin dadını yoxlamaq, dadmaq.
2. kim. Turşu hidrogeninin bütünlüklə, ya qismən metalla əvəzlənməsi məhsulundan ibarət olan kimyəvi birləşmə, maddə. Bertole duzu.
3. məc. Sözə, danışığa kəskinlik verən, onu daha da maraqlı edən xüsusiyyət; dad, ləzzət, məzə. Nitqində duz yoxdur. Sözünün duzu yoxdur.
// məc. Özünü sevdirəcək xüsusiyyət, cazibə. Onda duz yoxdur.
◊ Çörəyinin duzu olmamaq – qədri bilinməmək, zəhmətinə qiymət verilməmək.
Duz kimi yalamaq – çox əzizləmək, bağrına basaraq hədsiz mehribanlıq göstərmək, qucaqlaşmaq, çoxlu öpmək.
[Əzim baba] Səlimin boynunu qucaqlayıb onu duz kimi yaladı.
Kəramət uşaq əzizləyən, balasını duz kimi yalayan analardan deyildi.
Duza qoymaq – 1) şoraba qoymaq;
2) məc. lüzumsuz yerə işlətməyib saxlamaq.
Duzunu dadmaq – 1) birinin çörəyini yemək;
2) təsirini görmək, hiss etmək.
Bu hərif, deyəsən, mənim materialımın duzunu dadmayıb. “ ”.
Duzunu qaçırmaq – bayağılaşdırmaq, ləzzətdən çıxarmaq, rəğbətdən salmaq.