Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilgah qalası
Bilgəh qalası — Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir. Qala XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. "Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, 17 metrdir. Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi.
T-killah
Aleksandr İvanoviç Tarasov (Taras və T-killah təxəllüsləri ilə tanınır; 30 aprel 1989, Moskva) — rus rep/hip-hop/R’n’B ifaçısı. 2010-cu ildə «Над землей» mahnısı ilə tanınmışdır. Bu mahnını o ilk dəfə duet şəklində məşhur müğənni - Anastasiya Koçetkova ilə ifa edir. Aleksandr 30 aprel 1989-cu ildə Moskvada anadan olmuşdur. O, Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Akademiyasında, sonra isə Moskva İqtisadiyyat məktəbində təhsil alıb. Amma onun uşaqlıq arzularından biri musiqiçi olmaq idi. Buna görə də o musiqi təhsili alır. Səhnə təxəllüsü olan T-killah-ı Aleksandr eyniadlı içki ilə (tekila) uğursuz tanışlığından sonra götürüb. Aleksandrın əsas hobbiləri - musiqi və idman, xüsusilə - futbol və basketboldur. Aleksandr həmçinin boksla və 7 il ərzində peşəkar voleybolla məşğul olub.
Bilgah Beach Hotel
"Bilgah Beach Hotel" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri, Bilgəh qəsəbəsində beşulduzlu otel. "Absheron Hotel Group"a məxsusdur. "Bilgah Beach Hotel" kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan "Jumeirah Group"un MDB məkanında ilk hoteli idi. Dörd ilə tikilən hotelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır. Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 28 dekabr 2011-ci il tarixində "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışında iştirak ediblər.
Jumeirah Bilgah Beach Hotel
"Bilgah Beach Hotel" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhəri, Bilgəh qəsəbəsində beşulduzlu otel. "Absheron Hotel Group"a məxsusdur. "Bilgah Beach Hotel" kompleksi dünyanın 12 ölkəsində beşulduzlu otellərin sahibi olan "Jumeirah Group"un MDB məkanında ilk hoteli idi. Dörd ilə tikilən hotelin inşasında 5 min nəfərədək qədər işçi çalışmışdır. Kompleksin 14 mərtəbəsində 175-i deluks, 37-si isə suit olmaqla 212 nömrə yaradılmışdır. Eyni vaxtda 475 nəfərə xidmət etmək iqtidarında olan kompleksdə ümumi ərazisi 5 min 150 kvadratmetr olan Aqua-Park da yaradılmışdır. Burada, həmçinin tennis kortu, mini futbol, voleybol və basketbol meydançaları vardır. Kompleksin ərazisində mətbəxi, zalı, 3 yataq otağı və eyvanı olan ikimərtəbəli 14 kottec tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri 28 dekabr 2011-ci il tarixində "Jumeirah Bilgah Beach Hotel" kompleksinin açılışında iştirak ediblər.
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Bilbao
Bilbao (Bask dilində: Bilbo) İspaniyanın Şimalındakı, Basklar ölkəsinin (País de Vasco/Euskadi) əhali etibariylə ən böyük şəhəri və Biskay vilayəti nin (Vizcaya/Bizkaia) mərkəzidir. İspaniyanın şimalında şəhər. Əhalisi 352,3 min (2004; şəhərətrafı ilə 1,2 mln.-dan çox). Basklar Ölkəsi muxtar vilayətinin ən böyük şəhəri, Biskayya əyalətinin inz. m. Mühüm nəqliyat qovşağı. Nervyon çayının aşağı axınında, Atlantika okeanının Biskay körfəzindən 13,6 km aralı port (dəniz gəmiləri daxil olur; illik yük dövriyyəsi təqr. 8 mln. t-dur; əsasən, dəmir filizi, çuqun, şərab, konserv, maşın və avadanlıqlar ixrac, daş kömür, neft məhsulları, oduncaq idxal olunur). Sondika beynəlxalq aeroportu.
Bilgəh
Bilgəh – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Əhali 9,3 min (2008). Tam orta məktəb, 2 məktəbəqədər müəssisə, internat məktəbi, mədəniyyət evi, kitabxana, musiqi məktəbi, birləşmiş şəhər xəstəxanası, kardioloji sanatoriya, pansionat, rabitə şöbəsi var. Bilgəh dənizkənarı iqlim kurortudur. İqlimi quru subtropikdir. Yayı isti və quru, qışı mülayimdir. Avqustda orta temp-r 25 °C, yanvarda 0–3 °C-dir. Yağıntının illik miqdarı 200–300 mm; əsasən, şimal (xəzri) və cənub (giləvar) küləkləri əsir. Bilgəh sözünün etimologiyası haqqında müxtəlif fikirlər vardır; S. Aşurbəyli əsərlərində "Bilgəh" adının 18-ci əsrin əvvəllərində bu ərazidə yaşamış "bilgə" türk tayfasının adından götürüldüyünü qeyd edir. Mütəxəssislər indiki Bilgəhin yerində Köhnə Bilgəh olduğunu, onun Əşburan burnu adlandığını da söyləyirlər.
Billava
Billava yaşayış yeri — Şərur rayonunda, Axura kəndinin cənub-şərqində, hər tərəfdən dağlarla əhatələnmiş dərədə son orta əsrlərə aid arxeoloji abidə. Yaşayış yeri XX əsrin ortalarınadək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Yerüstü tədqiqatlar nəticəsində Billava kəndi yaxınlığında şirli gil qab parçaları əldə edilmişdir. Abidəni IX-XX əsrlərə aid etmək olar. Hündür təpənin üzərində aşkar edilən nekropolda qəbirlərin hamısı qiblə istiqamətindədir. Başdaşıları yonulmamış, yastı daşlardan qoyulmuşdur. Bəzi qəbirlərin ətrafı dördkünc formada çaydaşıları ilə əhatələnmiş, bəzilərinin isə üstü tamamilə daşla örtülmüşdür. Nekropolun ərazisindən orta əsrlərin inkişaf etmiş dövrünə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.45.
Birlad
BIRLÁD — (rum. Bârlad [bɨrˈlad])Ruminiyanınnın ş.-ində, Vasluy judetində şəhər. Əh. 67,3 min (2006). Moldova yüksəkliyinin c.-unda, Bırladçayının (Siret çayının qolu) sahilindədir. Nəql. qovşağı (o cümlədən Buxarest–Kişinyov avtomobil yolu). Arxeoloji məlumatlara görə, təqr. 13 əsrin 2-ci yarısında yaranmışdır, yazılı mənbələrdə 15 əsrdən qeyd olunur. 1401 ildən Moldova knyazlığının tərkibində olmuşdur; Krım tatarlarının, osmanlıların, kazakların və polyakların yürüşləri zamanı dəfələrlə dağıdılmışdır (1440, 1659, 1711).
Bizlan
Bizlan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Bizlan kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Bəzi tədqiqatçılara görə, toponim qədim İran dillərindəki vis (ev) və lan (hasar, divar) sözlərinin birləşməsindən əmələ gəlib, "divarla əhatə olunmuş ev, hasarlı ev" mənasındadır. Əslində Bizlan "dağla əhatə olunmuş" kimi izah edilməlidir. Kənd Baş Qafqaz silsiləsinin cənub-şərq ətəyində, Bakı-Muğanlı-İsmayıllı magistral yolu üstündə yerləşir. Bizlan kəndində 92 ev, 115 təsərrüfat var. Kənd əhalisinin ümumi sayı 466 nəfərdir. ki onunda 239 nəfəri kişi, 227 nəfəri qadındır. Bizlan kənd orta məktəbinin açılışında H.Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva iştirak etmişdir. Kənd məktəbində 70 şagird təhsil alır.
Allah
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Bella
Bella — ad. Bella Svon — Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. Bella Çao — Bella Porç — Filiipin əsilli amerikalı internet ulduzu və müğənni. Bella Davidoviç — yəhudi əsilli sovet-amerikan pianoçusu. Bella Hadid — Fələstin əsilli amerikalı model.
Bilal
Bilal — kişi adı. Bilal Həbəşi — Məhəmməd peyğəmbərin (s) səhabəsi. İlk müəzzin. Bilal Dadaşov — Azərbaycanın Əməkdar elm xadimi Bilal Dündar — Avropa Azərbaycan Konqresinin vitse-prezidenti Bilal İsmayılov — filologiya elmləri doktoru, professor. Bilal Kiçibəyov — Azərbaycan alimi. Bilal Əliyev — Azərbaycan müğənnisi; Azərbaycanın xalq artisti.
Gilah
Gilah—Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi ləzgilərin məskunlaşdığı kəndlərdəndir. Oykonim gilək etnoniminin bir qədər təhrifə uğramış formasıdır. Kənd Qusar maili düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 98 nəfər əhali yaşayır.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. Silahlar iki yerə bölünürlər: soyuq və odlu. Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Billi
Billi — ad. Billi Vaylder — ABŞ rejissoru, ssenaristi və prodüseri Billi Co Armstronq – amerikalı musiqiçi, müğənni, gitaraçı Billi Kid — cinatərkar. Billi Uaytlou — britaniyalı aktrisa.
Allah-Allah türbəsi
Bərdə türbəsi, Allah-Allah türbəsi və ya Nüşabə qalası — Bərdə şəhərində yerləşən tarixi memarlıq abidəsi. XIV əsrdə Bərdədə iki qülləvari türbə tikilmişdir ki, onlardan biri müasir dövrə qədər qalmışdır. Elmi ədəbiyyata 1322-ci il tarixli Bərdə türbəsi adı ilə daxil olan abidənin nə vaxt və kim tərəfindən tikildiyi üstündəki kitabələrdən məlumdur. Bərdə türbəsi hələ XIX əsrdən tədqiqatçıların diqqətini cəlb etmişdir. 1848-ci ildə Bərdəni ziyarət etmiş məşhur şərqşünas Xanıkov abidənin üzərindəki kitabələri oxumuş və bu kitabələr daha sonra 1861-ci ildə Bərdədə olmuş akademik Dorn tərəfindən nəşr edilmişdir. Akademik Dorn eyni zamanda Bərdə türbəsinin təsvirini də nəşr etmişdir. Bərdə türbəsindəki bu kitabə Naxçıvan memarlarının hələ XIV əsrdə məsul binaları tikmək üçün başqa şəhərlərə də dəvət edildiyini göstərməklə, Naxçıvan memarlıq məktəbi ənənələrinin davam etdiyini təsdiqləyən son dərəcə qiymətli bir sənət nümunəsidir. Bərdə türbəsi qülləvari türbələrə xas quruluşda olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin yeraltı hissəsi xaçvari şəkildə olub, abidənin sərdabə hissəsini, yəni cənazənin dəfn edildiyi hissəni təşkil edir. Türbənin bu hissəsi vaxtilə günbəzlə örtülü olmuş və içərisi kaşıdan quraşdırılma ornamentlərlə bəzədilmişdir.
Bellak (rayon)
Bellak (fr. Bellac) — Fransanın Limuzen regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Vyenna. Prefektura — Bellak. Rayon əhalisi 2006-cı ildə 4096 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 23 nəf. / km². Rayon ərazisi — 1780 km².
Billava (Şərur)
Billava — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən kənd. Qurulma tarixi məlum deyildir. Kifayət qədər səfalı yer olmağına baxmayaraq hal-hazırda yaşayış yoxdur. 1955-1965-ci illər ərzində tədricən kənd əhalisi qonşu Axura və digər qonşu kənd olan Tənənəm kəndinə köçürülmüşdür. Günümüzdə Korabulaq adlanan bulağın qərbində kənd qəbirsanlığı yerləşir. Kənd əhalisinin tamamı Azərbaycan Türklərindən ibarət olmuşdur. Kənd əhalisi heyvandarlıq və maldarlıqla məşğul olsa da dəmiyə əkinçiliklə də məşğul olmuşlar. Kəndin quzey yamaclarında noxud və taxılla yanaşı muxtəlif növlər əkilmişdir. Ovculuğun da yayqın olması təsadüfü deyildi. Billava kəndi ərazisində yerləşən füsünkar bir dərə kənarı.
Billava kahaları
Billаvа kаhаlаrı — Billаvа kəndinin cənub-qərbində təpənin yаmаcındа yеrləşir. Bir-birinin yахınlığındа qаzılаn kаhаlаrın uzunluğu 8–12 metr аrаsındа hündürlüyü isə 1,8–2 metr аrаsındаdır. Kаhаlаrın girişi və tаvаnı tаğvаri fоrmаdаdır. Оnlаrın birinin dib tərəfində çırаq qоymаq üçün kiçik tахçа düzəldilmişdir. Kаhаlаrın içərisi uçqun nəticəsində dаğılmış, bəzilərinin girişi isə tаmаmilə örtülmüşdür. Kаhаlаrı XVIII–XX əsrlərə аid еtmək оlаr.
Billava kəndi
Billava — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən kənd. Qurulma tarixi məlum deyildir. Kifayət qədər səfalı yer olmağına baxmayaraq hal-hazırda yaşayış yoxdur. 1955-1965-ci illər ərzində tədricən kənd əhalisi qonşu Axura və digər qonşu kənd olan Tənənəm kəndinə köçürülmüşdür. Günümüzdə Korabulaq adlanan bulağın qərbində kənd qəbirsanlığı yerləşir. Kənd əhalisinin tamamı Azərbaycan Türklərindən ibarət olmuşdur. Kənd əhalisi heyvandarlıq və maldarlıqla məşğul olsa da dəmiyə əkinçiliklə də məşğul olmuşlar. Kəndin quzey yamaclarında noxud və taxılla yanaşı muxtəlif növlər əkilmişdir. Ovculuğun da yayqın olması təsadüfü deyildi. Billava kəndi ərazisində yerləşən füsünkar bir dərə kənarı.
Billava nekropolu
Billаvа nеkrоpоlu — Billаvа kəndinin хаrаbаlıqlаrındаn şərqdə, hündür təpənin üzərində yеrləşir. Nekropolda qəbirlərin hаmısı qiblə istiqаmətindədir. Bаşdаşılаrı yоnulmаmış, yаstı dаşlаrdаn qоyulmuşdur. Bəzi qəbirlərin ətrаfı dördkünc fоrmаdа çаy dаşlаrı ilə əhаtə еdilmiş, bəzilərinin isə üzəri tаmаmilə dаşlа qаpаdılmışdır. Nеkrоpоlun ərаzisindən Orta əsrlərin inkişаf еtmiş dövrünə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur. Billаvа nеkrоpоlu yаşаyış yеri ilə həmdövr оlub IX-XX əsrlərə аiddir. Nekropolda aparılan tədqiqatlar IX-XX ərslərdə Azərbaycanda nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Birlad (çay)
Birlad — (rum. Râul Bârlad) Rumıniyada çay. Siret çayının sol qolu. Uz. 250 km, hövzəsinin sah.7,6 min km2 . Başlanğıcını Bırlad platosunun q. hissəsindən götürür, əsasən, Moldova yüksəkliyi ilə axır. Yaz daşqınları olur, yayda bəzən quruyur. Suvarmada istifadə olunur; dəyirman qurğuları var. Vasluy,Bırlad, Tekuç şəhərləri Birlad sahilindədir.
Birlan (Urmiya)
Birlan (fars. بيرلان‎‎) və ya Bilan — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Urmiya şəhərindən 8,5 km. cənub-şərqdədir. 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (35 ailə).
Billie Eilish
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb. Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il o, Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu.
Billie Jean
Billie Jean — Maykl Ceksonun dance-pop/R&B janrlarında olan mahnısı. Müğənninin altıncı solo albomu olan Thriller-ə daxil olan mahnının mətninin və musiqisinin müəllifi o özü, prodüseri isə Kuinsi Consdur. İlk öncə Consun bəyənmədiyi mahnı haqqında o, və Cekson fərqli düşüncələrə malik idilər. Mahnı daha çox original bass xətti və Ceksonun vokal ifası ilə yadda qalmışdır. Mahnı səs mühəndisi Brüs Svidien tərəfindən ikinci yeni versiyasının hazırlanmasından sonra 91 dəfə yenidən işlənmişdir. "The Girl Is Mine" sinqlının və "Thriller" albomunun qazandığı böyük uğurdan sonra, "Billie Jean" sinqlı 2 yanvar 1983-cü ildə, albomnan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Həm ABŞ-də, həm də dünyada çox böyük uğur qazanan mahnı, 1983-cü ilin ən çox satılan sinqllarından biri olmaqla, eyni zamanda həm ABŞ-də, həm də BK-da hit paradlara daxil olmuşdur. Digər ölkələrdə də böyük uğur qazanan mahnı, İspaniya və İsveçrədə birinciliyə qədər yüksəlmiş, Avstriya, İtaliya, Yeni Zellandiya, Norveç və İsveçdə ilk onluğa daxil olmuş, Fransada isə yalnız qırx beşinci yerə kimi irəliləyə bilmişdir. Mahnıya, 1989-cu ildə Recording Industry Association of America (RIAA) tərəfindən platinium sertifikat verilmişdir. İki Grammy Awards, bir American Music Award kimi bir çox müxtəlif mükafatlar alan mahnı, maraqlı musiqisi və diqqətçəkən klipi ilə "Thriller" albomunun bütün zamanların ən çox satılan musiqi albomu olmasına təkan vermişdir.
Qıllar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
BILSAT-1
BILSAT-1 — Kosmos Texnologiyaları Araşdırma İnstitutu tərəfindən hazırlanan və inkişaf etdirilən bir müşahidə peyki. Hazırlanmasına 14 milyon dollar xərclənmişdir. BILSAT-1 2003-cü il 27 sentyabr tarixində Rusiyanın 132 nömrəli (Plesetsk kosmodromu) meydançadan Kosmos-3M kosmik qurğusu vasitəsilə kosmosa göndərilmişdir. BILSAT-1 kənd təsərrüfatı, meşə təsərrüfatı, hidroloji, torpaq örtüyü / istifadəsi və xəritələşmə, ətraf mühit və şəhərsalma sahələrinə dair tədqiqatlara həsr edilmişdir. İlk görüntüləri 2003-cü il 18 oktyabr Keyptaun, İskəndərun körfəzi, 30 oktyabrda Türkiyə, noyabr 6-da Küveyt şəhəri olmuşdur.