İMDAD

is. [ ər. ] Kömək, yardım; darda qalmış bir adamın köməyinə yetişmə, dadına yetmə.
Koroğlunun dəlilərdi imdadı; Qılınc çəkdi, hasil ola muradı. Koroğlu”.
Görüşdülər, öpüşdülər o qəhrəmanlar; Birbirinin xilaskarı, imdadı kimi. S.Vurğun.
[Qız] əlləri ilə oğlanın iri çiyinlərinə elə ilişmişdi ki, deyərdin, bundan nə isə kömək, imdad gözləyir. Mir Cəlal.

□ İmdad etmək (eləmək, qılmaq) – kömək etmək, dadına yetmək.
Könül şəhrin çalıb yəğmaladı qəm ləşkəri, Zakir; Neçin imdad qılmaz, bəs deyirdin padişahım var. Q.Zakir.
Çün natəvanü zarü zəifəm firaqdən; Bu gün də yar etməsə imdad, ağlaram. X.Natəvan.
Sən könül fürsət tapıb ol yarə qurban, kim sənə; Gər əlimdən gəlsə, billah, mən də imdad eylərəm. S.Ə.Şirvani.

İmdada qoşmaq – bax imdadına qoşmaq (yetmək).
[İblis:] Heyhat, olamaz dərdinə bir kimsədən imdad; İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad. H.Cavid.

İmdada yetirmək – köməyə çatdırmaq, dada yetirmək. Çünki hicran ələmi saldı məni zindanə; Ey əcəl, rəhm elə, sən özün imdada yetir. Heyran xanım.
İmdaddan düşmək – gücdən düşmək, əldən düşmək, qocalmaq. O, imdaddan düşüb, heç bir şeyə yaramır.
İmdadı kəsilmək – hər şeydən ümidi kəsilmək, köməksiz qalmaq. Oğlu öldü, imdadı kəsildi.
İmdadına qoşmaq (yetmək, çatmaq, gəlmək) – bərk ayaqda, çıxılmaz vəziyyətdə qalmış bir adamın dadına çatmaq, köməyinə gəlmək.
[Gülsənəm:] Səndən başqa bizim imdadımıza yetən yoxdur. S.S.Axundov.
[Kimon:] Çatdı imdadına bu qız, ey xan! A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İMDAD imdad bax kömək
  • İMDAD kömək — yardım
İMARƏT
İMDADSIZ

Digər lüğətlərdə