XEYİRXAHLIQ

XEYİRXAHLIQ Fikrimi soruşanda elə belə də dedim; Xeyirxahlıqdı vallah-billah mənim məqsədim (R.Rza); İLTİFAT Çağır özgələri, göstər iltifat; De: “Nə əmr etsəniz, elan eylərəm” (M.Rahim); KƏRAMƏT ..Bəlkə ağanın fəzilətinin kəramət və mərhəmətindən mənim həmşəhərlilərim bibəhrə qalmasınlar (C.Məmmədquluzadə); LÜTFKARLIQ Lütfkarlıq göstərib, .. ayrıca otaq verən mehmanxana sahibəsi Nərgizin gözündə yüksəldi (B.Bayramov).

XEYİRXAH
XEYİRLİ
OBASTAN VİKİ
Xeyirxahlıq
Xeyirxahlıq — insan insanın dostu, yoldaşı və qardaşıdır. Xeyirxahlıq insanlar arasındakı münasibətlərdə təzahür edir, təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana çıxır. Hələ ən qədim yazılı abidəmiz olan "Avesta"da həyat xeyirlə şərin mübarizəsi şəklində verilir və bu mübarizənin gec-tez xeyirin qələbəsi ilə bitəcəyi göstərilir. Bu da onu göstərir ki, xeyirin şər üzərindəki qələbəsi bəşərin öz arzusu, öz amalıdır. Şair və yazıçılarımız da öz əsərlərində həmişə xeyirxahlığa geniş yer vermiş, xeyirin şər üzərindəki qələbəsini əks etdirmişlər. Bu cəhətdən dahi şairimiz Nizami Gəncəvinin "Xeyir və Şər" mənzum hekayəsi diqqəti daha çox cəlb edir. "Yeddi gözəl" poemasında Çin şahzadəsinin söylədiyi bu hekayətdə xeyirlə şərin mübarizəsi əks etdirilir. Əsərdə Xeyir, kürd və kürdün qızı xeyirxah qüvvələr, xeyirxahlığı təmsil edən surətlərdir. Şər isə burada pisliyi, mənfiliyi əks etdirir. Susuz səhrada Xeyir bir içim su üçün Şərə yalvarır, ona qiymətli ləl təklif edir, lakin Şər öz adı kimi iş görərək nəinki Xeyirə su vermir, əksinə, gözlərini də çıxararaq onu tək-tənha qoyub gedir.

Digər lüğətlərdə

в круг вспе́ниваться раску́сывание шныря́ть колгота́ наряди́ться отра́вный прико́льщик проку́сываться тенелюби́вый albatross althea apostrophize Doombook foreign balance gastful imbibe Japan Margot owse safety exploder underbake white meat буфет ревун