Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İrəvan
İrəvan (erm. Երևան, BFƏ: jɛɾɛˈvɑn) — Ermənistanın paytaxtı və ən böyük şəhəri. Ermənistan və dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir. Razdan çayı boyunca yerləşən İrəvan ölkənin inzibati, mədəni və sənaye mərkəzidir. 1918-ci ildən Ermənistan tarixində on dördüncü və Ararat düzənliyində və ya onun ətrafında yerləşən yeddinci paytaxtdır. Şəhər həm də Erməni Apostol Kilsəsinin ən böyük yeparxiyası və dünyanın ən qədim yeparxiyalarından biri olan Araratian Papa Yeparxiyasının iqamətgahı kimi xidmət edir. İrəvanın tarixi eramızdan əvvəl 8-ci əsrə, eramızdan əvvəl 782-ci ildə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Erebuni "böyük bir inzibati və dini mərkəz, tam kral paytaxtı kimi nəzərdə tutulmuşdu". Mərhum qədim Erməni Krallığı dövründə yeni paytaxt şəhərlər yaradıldı və İrəvanın əhəmiyyəti azaldı. İran və Rusiyanın hakimiyyəti altında 1736–1828-ci illərdə İrəvan xanlığının və 1850–1917-ci illərdə İrəvan Qubernatorluğunun mərkəzi olmuşdur.
Bicəvan (Miyanə)
Bicəvan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, Türkman qəsəbəsindən 13 km. qərbdədir.
Ağakəndi (İrəvan)
Ağakəndi - Qapan vilayətinin Sisəcan nahiyəsində kənd adı. == Toponimik izah == Ağakəndi - 1468-ci ildə Qapan vilayətinin Sisəcan nahiyəsində kənd adı. 1727-ci ilə aid mənbədə Ağayi kimidir ki, bu da Ağaya məxsus mənasındadır. Həmin mənbədə deyilir ki, kənddə cəmi 1 müsəlman (azərbaycanlı) ailəsi yaşayır. 1661-ci ilə aid sənəddə onun ermənicə Aqants adlandığı göstərilir. == Həmçinin bax == Qafan Zəngilan == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Ağazor (İrəvan)
Ağadərəsi, Katnaxpyur, Aqadzor — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. Kəndin adı erməni dilinə kalka edilərək Aqadzor (dzor erməni dilində dərə deməkdir) formasında işlədilir. Toponim Azərbaycan dilində "varlı, zadəgan, mülkədar" mənasında işlənən ağa və III şəxsin təkinin mənsubiyyət şəkilçisi (-si) qəbul etmiş dərə sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı II növ təyini söz birləşməsi formasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Katnaxpyur (Südlü bulaq) qoyulmuşdur. == Toponimik izah == 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1728-ci ilə aid türkcə mənbədə kəndin Həsən adlı şəxsə (mülkədara) mənsub olması qeyd olunur (Timari Həsən karyei Aqadzor). XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə (150, 358) Aqasor kimidir. Bu göstərir ki, kəndin adında ermənicə dzor-dərə sözü yoxdur, əks halda ermənicə yazılışda Aqasor yazılmazdı.
Babaxanlı (İrəvan)
Babaxanlı (İrəvan) — İrəvan xanlığının Şörəyəl mahalında kənd adı. == Toponim == Babaxanlı (İrəvan) İrəvan xanlığının Şörəyəl mahalında kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. XVII əsrin əvvəllərinə aid erməni mənbəyində Babaxana kimidir. Babaxan kəndin əsasını qoymuş əmirin adıdır. Kəndin digər adı Bozçalu.XV əsrdə qızılbaşların Bozçalu tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Babaxan bu tayfanın əmirlərindən biri olmuşdur. == Həmçinin bax == İrəvan xanlığı Azərbaycan türkləri == Ədəbiyyat == Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
Bilək (İrəvan)
Bilək — İrəvan xanlığının Dərələyəz mahalında kənd adı 1828–1832-ci illərdə kənddə ermənilər də yerləşmiş və əhali qarışıq olmuşdur. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1728-ci ilə aid arxiv sənədində Bələk kimidir.. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Qara Noqay dairəsində Bilax-Su toponimləri [133] ilə mənaca eynidir. Ehtimal ki, türk dillərində bələk, bəlik — təpə sözündəndir.
Bulaqbaşı (İrəvan)
Bulaqbaşı — İrəvan xanlığının Gərnibasar mahalında kənd adı 1590-cı ildən məlumdur 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır.
Bəndovan (İrəvan)
Bəndovan — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində Bəndəvan kimidir. == Əhalisi == XIX əsrin ortalarında ermənilər məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Azərbaycan dilində (əsli farsca) bənd — axan suyun qarşısını kəsmək üçün tikilmiş sədd sözündəndir. XIX əsrdə suvarma kanallarına nəzarət edən adam bənduvançı adlanırdı. Azərbaycanda Bəndovan (Qaradağ rayonu) kənd adı ilə mənaca eynidir.
Bəndovan (İrəvan )
Bəndovan — İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı. == Toponimi == 1728-ci ilə aid mənbədə Şirakel nahiyəsində Bəndəvan kimidir. == Əhalisi == XIX əsrin ortalarında ermənilər məskunlaşdıqdan sonra azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Azərbaycan dilində (əsli farsca) bənd — axan suyun qarşısını kəsmək üçün tikilmiş sədd sözündəndir. XIX əsrdə suvarma kanallarına nəzarət edən adam bənduvançı adlanırdı. Azərbaycanda Bəndovan (Qaradağ rayonu) kənd adı ilə mənaca eynidir.
Bərgüşad (İrəvan)
Bərgüşad, Berkaşat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. İrəvan xanlığının Sərdarabad mahalında kənd adı. == Tarixi == == Toponim == Bərgüşad İrəvan xanlığının Sərdarabad mahalında kənd adı Ucar rayonunda Bərgüşad kəndinin adı kimi, XVI əsrdə Qızılbaş tayfalarından olan Bərgüşad tayfasının adını əks etdirir. Orta əsrlərdə Zəngəzurda yaşamış Sofulu tayfası ilə bərabər mənşəcə Naxçıvanın Kənkər tayfa birləşməsinə mənsubdur. Tayfa orta əsrlərdə Zəngəzurun Bərgüşad mahalının adı ilə adlanmışdır. Mahalın adı mənbələrdə ilk dəfə XIV əsrdən çəkilir. Bərgüşad həm də Qubadlı və Zəngilan rayonlarından axan çayın (yuxarı axınında Bazarçay) adıdır. Çay dağın adı ilə adlanmışdır. Dağın adı qədim türk dilində berik möhkəmləndirilmiş və şat "qayalı yüksəklik", dağ beli, çoxlu dərəsi olan alçaq sıra dağlar, vadilərin birləşdiyi yer sözlərindəndir. Ermənicə bəzi toponimlərdə şat (əsli farscadan olan şəhr ədalət, mahal sözü ilə bağlıdır) sözü ilə əlaqəsi yoxdur.
Qaraqala (İrəvan)
Qaraqala - İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı == Tarixi == 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli nahiyəsində Qarabulaq kəndinin nəzdində oba kimi qeyd olunmuşdur == Toponimi == Qala adlarında "qara" sözü çox halda qara rəngini ifadə etmir. Qalanın divarları qara rəngə çala bilməzdi. Ona görə ki, təbiətdə qara rəngli daş yoxdur. Fikrimizcə "Qaraqala"ların əksəriyyəti türk dillərində qarrı "əski", "köhnə", "qədim" sözünün danışıqda "qara" formasını kəsb etməsi nəticəsidir. Bə'zi adlarda isə "qara" sözü ərəb dilində qəryə "kənd" mə'nasındadır. Qaraqala "köhnə (qədim) qala" mə'nasındadır. (Türkmənistanda Qarrıqala qala adları ilə müqayisə edin).
Qazıyevlər (İrəvan)
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. İrəvan zadəgan nəslindəndirlər. == Soyun yaranması == Soyun ulu babası Axund Xəlil qazıdır. Axund Xəlil Kərim oğlu Qazızadə (1815–1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş Axund Xəlil qazının Abdulla, Həsən bəy Qaziyev adlı oğlanları vardı. Axund Molla Xəlil Qazızadə və oğlu Molla Abdulla Qazızadə İrəvan Quberniya Ruhani Məclisinin üzvü olmuşdular. Qazıyevlərin İrəvan quberniyasında Reyhanlı adlı mülkləri vardı. 1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü. == Soyun tanınmış nümayəndələri == Molla Məhəmmədbağır Qazızadə — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq.
İrəvan Köşkü
İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. == İnşası və fəaliyyət tarixi == Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı. == Memarlıq xüsusiyyətləri == Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir.
İrəvan bayrağı
İrəvan bayrağı (erm. Երևանի դրոշ) — Ermənistan Respublikasının paytaxtı İrəvan üçün istifadə olunan rəsmi bayraq. Bayraqda ağ fon üzərində İrəvan gerbini çevrələyən 12 qırmızı üçbucaq Ermənistanın keçmiş 12 paytaxtını simvolizə edir. Ağ fon isə təmizliyin və sadəliyin simvoludur. Bayraqda istifadə olunmuş rənglər Ermənistan bayrağının rəngləri eynidir, bu isə İrəvan şəhərinin paytaxt kimi Ermənistan üçün əhəmiyyətini simvolizə edir. Bayrağın son dizaynı 27 sentyabr 2004-cü ildə təsdiq olunmuşdur.
İrəvan gimnaziyası
İrəvan kişi gimnaziyası — 14 yanvar 1832-ci ildə açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi. 1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Bu gimnaziyada görkəmli pedaqoq, maarifçi Firidun bəy Köçərli 10 il — 1885–1895-ci illərdə gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüsnxət müəllimi kimi fəaliyyət göstərmişdir. Gimnaziyada təhsil müddəti 4 il olmuşdur. 1883-cü ildə gimnaziyada 37 azərbaycanlı oxuyurmuş. Gimnaziyanın ilk buraxılışı 1885-ci ildə olmuşdur. İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri İsmayıl bəy Şəfibəyov olmuşdur. 1919 bağlanmışdır. == Müəllimləri == Molla Tağı Mahmud oğlu — ana dili və şəriət müəllimi (1836-cı il dən 1856-cı ilədək); Mirzə Ələkbər Elxanov — ana dili və şəriət müəllimi (1856-cı ildən 1885-ci ilədək); Firidun bəy Köçərli — ana dili və şəriət müəllimi (1885-ci ildən 1895-ci ilədək); İsmayıl bəy Şəfibəyov; Rəhim Xəlilov; Mirzə Məmmədvəli Qəmərlinski; Axund Məmmədbağır Tağızadə. == Məzunları == İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdi xan İrəvanski, məşhur alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru.
İrəvan livası
İrəvan livası— 1727 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi İrəvan idi. İrəvan livası nahiyəyə bölünürdü.
İrəvan metropoliteni
İrəvan metropoliteni (erm. Կարեն Դեմիրճյանի անվան Երևանի Մետրոպոլիտեն; bütöv adı — Karen Dəmirçiyan adına İrəvan metropoliteni) — Ermənistanın İrəvan şəhərində mövcud olan metro xətti. == Tarixi == Metro İrəvan şəhərində ilk dəfə olaraq 7 mart 1981-ci ildə istifadəyə verilmişdir. Bir xətt üzərində yerləşən metro 10 stansiyadan ibarətdir. Xəttin ümumi uzunluğu 12,1 km-dir. Adi sxem üzrə vaqonlar «Dostluq» stansiyasından «Qaryagin Njde meydanı» stansiyasına hərəkət edir. Metro xətti bir istiqamətli olduğundan vaqonlar «Çarbax» stansiyasından «Şenqavit» stansiyasına gəldikdən sonra maşinist qatarın digər hissəsində yerləşən kabinadan vaqonları geriyə əks istiqamətdə aparmalı olur. Səkkiz stansiyanın isə gələcəkdə tikintisi planlaşdırılır. Metropolitenin tikintisinə hələ 1972-ci ildən başlanmışdır. İlk əvvəl yeraltı tramvay xətti kimi planlaşdırılmışdır.
İrəvan qalası
İrəvan qalası (erm. Երևանի բերդը Yerevani berdē; rus. Эриванская крепость E'rivanskaya krepost' ; fars. قلعه ایروان‎, Ghaleh-ye Iravân) — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmiş qala. Səfəvilər dövlətinin sərhəddlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar "Rəvan" sözü dialektdə "İrəvan" kimi işlədilmişdir. Qala Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra isə İrəvan adlandırılıb. Qalada 8 məscid, 800 ev olub, burada isə yalnız azərbaycanlılar yaşayıb. Sonralar Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582–1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirir. == Tarixi == Çuxursəəd ərazisində üç qala olmuşdur. Onlardan biri 1583-cü ildə Çuxursəəd vilayətinin müvəqqəti olaraq Osmanlı imperiyası tərkibində olduğu zaman Fərhad Paşa tərəfindən strateji cəhətdən vacib yerdə, Zəngiçayın sahilində inşa etdirilmişdir.
İrəvan qapısı
İrəvan qapısı və ya Xəlfəli qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın qərb tərəfində yerləşir. Qalanın digər iki qapısı isə Gəncə və Ağoğlan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən “Qafqaz” qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: “Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, “Şuşa qayası” adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir.” Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, «Иллюстрация» qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Pənahəli xanın dövründə inşa edilmiş qala qapısı XVIII əsrdən etibarən İrəvan qapısı və ya Xəlfəli qapısı adlandırılırdı. Bu qapıdan çıxan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. İrəvan qapısı da Şuşa qalasının digər iki qapısı kimi Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilmişdir.
İrəvan quberniyası
İrəvan quberniyası — Rusiya imperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi İrəvan şəhəri idi. == Quberniyanın tarixi == 1849-cu il iyunun 9-da İrəvan quberniyası yaradıldı. Yeni quberniya və quberniya orqanları 1850-ci il yanvarın 1-dən fəaliyyətə başladı. Bütün keçmiş "Erməni vilayəti", o cümlədən Aleksandropol qəzası (Axalkalaki sahəsi olmadan) və Muğru sahəsinin bir hissəsi yeni yaradılmış İrəvan quberniyasına daxil oldu. Quberniya beş qəzaya: İrəvan, Aleksandropol, Novobayazet, Naxçıvan və Ordubada bölündü. Göründüyü kimi İrəvan quberniyası tərkibində Ordubad xüsusi qəza kimi ayrılmışdı. Bəzi qəzalar sahələrə bölünmüşdü. İrəvan quberniyasında Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələri var idi. Naxçıvan qəzası isə Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü.
İrəvan qəzası
== Coğrafi mövqe == İrəvan qəzası İrəvən quberniyasının orta cənub hissəsində yerləşmiş və cənub-qərbdə İranla həmsərhəd olmuşdur. Relyef cəhətcə qəza şimal-şərqdə dağlıq və cənub-qərbdə ovalıq hissədən ibarət olmuşdur. Qəzanın ovalıq hissəsi Araz çayı boyunca uzanır, Şərur-Dərələyəz qəzası ilə sərhəddində ən alşaq hissəsi dəniz səviyyəsindən 2667 fut hündürlüyə malikdir. Qəzanın ən hündür nöqtəsi İrəvan şəhəri yaxınlığında olub, dəniz səviyyəsindən 3200 fut hündürlüyə malikdir. Qəza vulkanik dağ silsiləsinə malikdir. Göyçə gölü əhatəsində olan bu silsilə Aqamanqan (Ağaməngən?) (10173 fut), və Ağ-dağ kimi sönmüş vulkanlara malikdir. Rusiya İmperatorunun 9 iyun 1849-cu il fərmanı ilə İrəvan quberniyası yaradılmışdır. 1850-ci il yanvar ayının 1-dən qüvvəyə minən həmin inzibati-ərazi bölgüsünüə görə İrəvan quberniyasının tərkibində 5 qəza vardı: İrəvan qəzası, Aleksandropol qəzası, Novobəyazid qəzası, Naxçıvan qəzası və Ordubad qəzası. İrəvan qəzası 4 nahiyədən ibarət idi: Zəngibasar nahiyəsi Sürməli nahiyəsi Şərur nahiyəsi Sərdarabad nahiyəsi 1913 cü ildə Kəndləri Əli Məhəmməd qışlağı Arınc, Арамусское — с. Aramus, Арминское — с.
İrəvan sancağı
İrəvan sancağı — Liva-i İrəvan (İrəvan livası) Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi.
İrəvan teatrı
İrəvan Dövlət Azərbaycan Dram Teatrı — İrəvanda yaradılan azərbaycandilli ilk teatr. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərən dövlət teatrlarından biri. == Tarixi == Teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilmişdir. Tarixçi-alim İsrafil Məmmədovun araşdırmalarında o, bildirir ki, İrəvanda Azərbaycan teatrının tarixi ən azı 1880–81-ci illərdən başlayır. İrəvanda çıxan "Psak" ("Çələng") qəzeti 1882-ci il 10 aprel, 7-ci sayında "Fars teatrı" adlı geniş rəy dərc edib. Məqalədə yazılır ki, kasıb tələbələrə xeyriyyə məqsədilə İrəvan türklərindən ibarət teatr həvəskarları Vasaq Mədətov Nəzminin "Tamahkarlıq düşmən qazanır" tamaşasını 1881-ci ilin ikinci yarısında birinci dəfə, 1882-ci il aprelin 2-də ikinci dəfə oynamışlar. Teatrın ilk illərində (1880–1882) İrəvanda həvəskar aktyorlar tərəfindən tamaşalar təqdim olunurdu. 1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firudin bəy Köçərli İrəvanda teatr tamaşası təşkil edir. Həmin tamaşa — M. F. Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında mədəni hadisəyə çevrilir, lakin F. Köçərli, 1895-ci ildə İrəvanı tərk edir. Bundan sonra teatra 18 yaşlı Yunis Nuri rəhbərlik etmişdir.
Biregan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Bireqan
Birgan, Bireqan, və ya Biregan — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kuhrəng şəhristanının Mərkəzi bəxşində şəhər.Əhalisinin əksəriyyəti bəxtiyari elinin Həftləng qolundan ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
İrəvan tramvayı
İrəvan tramvayı (erm. Երևանյան տրամվայ) — Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən tramvay sistemi. İrəvanın tramvay sistemi 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyanın maliyyə dəstəyi ilə at-dəmir yolu şəklində açılır. XX əsrin ikinci yarısında tramvayda 12-yə qədər marşrut mövcud olur. Bunlara 2 tramvay deposu xidmət göstərir. Tramvay xətti 21 yanvar 2004-cü ildə bağlanılır. İrəvanda tramvay sisteminin bağlanması zamanı bir marşrut fəaliyyət göstərirdi. Ermənistan ərazisində yalnız İrəvan şəhərində tramvay xətti mövcud olmuşdur. == Tarix == Ermənistanda tramvayın indiyə qədər mövcud olduğu yeganə şəhər İrəvan idi. 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyan İrəvan şəhər at-dəmir yolu açdırı.
İrəvan trolleybusu
İrəvan trolleybusu (erm. Երևանյան տրոլեյբուս) — Ermənistanın İrəvan şəhərində fəaliyyət göstərən trolleybus sistemi. Trolleybus xətti 16 avqust 1949-cu ildə fəliyyətə başlamışdır. Hazırda beş xətt fəaliyyət göstərir (1, 2, 9, 10, 15). İrəvan trolleybus sistemi İrəvanın bir ictimai nəqliyyat şəbəkəsini təşkil edir. Gümrü trolleybus sistemi 2005-ci ildə bağlandığından Ermənistanın tək trolleybus sistemi olmuşdur. Vaxtı ilə böyük bir sistem olmuşdur. 300 trolleybusdan ibarət olan sistem 20 xəttə sahib idi. Burada əsasən Çexoslavakiya istehsalı olan Skoda 9TR, 14Tr və ya Sovet istehsalı olan ZiU-682 modelləri istifadə edilirdi. == Maşrutlar == Hazırda beş xətt fəaliyyət göstərir.
Bağrəvan
Bağrəvan — Azərbaycanda tarixi qala-şəhər. Qalanın harada yerləşdiyi dəqiq məlum deyil. Ərəb coğrafiyaşünası Yaqut-əl Həməvi (1179-1226) Bağrəvanın Şirvan yaxınlığında, Bab-əl Əbvab (Dərbənd) vilayətində, İran tarixçisi Həmdullah Qəzvini isə Muğanda yerləşdiyini yazıb. Qala-şəhər VII əsrdə ərəblərə ciddi müqavimət göstərib. Ehtimal ki, XIII əsrdə Azərbaycana monqol yürüşləri zamanı dağıdılıb.
Bəcirəvan
Bəcirəvan şəhəri — qədim şəhər Bəcirəvan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Bəcirəvan (İmişli) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Bəcirəvan (Bərdə) – Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Bərəvat
Bərəvat— İranın Kirman ostanının Bəm şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,388 nəfər və 3,950 ailədən ibarət idi.
Bərəğan
Bərəğan- İranın Əlburz ostanının Savucbulaq şəhristanının Çendar bəxşinin Bərəğan dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 378 nəfərdən və 139 ailədən ibarət idi.
Pirçəvan
Pirçəvan — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında qəsəbə. == Tarixi == Zəngilan dedikdə əslində Pirçivan şəhəri nəzərdə tutlmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pirçivan yaxud da Pircavan olmuşdur, amma sözün kökündə Pir sözü olduğu üçün yaxud da tariximizi təhrif etmək məqsədiylə rayona 1930-cu ildə Zəngilan adı verilmişdir. İlk adı Pirçivan olan rayon mərkəzi isə yalnız 1957-ci ildən Zəngilan adlandırılmışdır.
İrəvani
İrəvani — Tarixən Azərbaycanda daha çox işlədilən təxəllüs. Daniş Hacı Hüseyn İrəvani — Azərbaycanlı şair və yazıçı Fazil İrəvani — Qafqaz müsəlmanlarının II Şeyxülislamı. İrəvani Aşub — Azərbaycanlı şair və yazıçı Hacı Süleyman İrəvani — XVIII əsrdə yaşamış görkəmli Azərbaycan həkimi və alimi. Məhəmmədhəsən xan Sərdar İrəvani — Yəzd və Kirmanın hakimi. Əmir Əli Sərdari İrəvani Məhəmmədrəhim Mütəqqi İrəvani — Mirzə Qədim İrəvani — XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamı. Nəcəf Şərifi İrəvani — Azərbaycanlı şair və yazıçı Şeyx Əbdülkərim İrəvani — İslam alimi, müctəhid. Hacı Mirzə Ağası İrəvani — 1835–1848-ci illərdə İranın baş naziri.
Şişəvan
Şişəvan və ya Şavan İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Mərkəzi bəxşindəki Qərbi Dizəcrud dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 3,074 nəfərdən və 850 ailədən ibarət idi. Bu kəndin əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Bu kəndin əhalisi əsasən şiə və qismən bəhaidirlər.
Sıravan
Sıravan (fars. سیراوند‎, (az-əbcəd. سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiya == Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. === Bulaqlar === Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). === Milli tərkibi === Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. == İqtisadiyyat == Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.
Yerevan
İrəvan (erm. Երևան, BFƏ: jɛɾɛˈvɑn) — Ermənistanın paytaxtı və ən böyük şəhəri. Ermənistan və dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən biridir. Razdan çayı boyunca yerləşən İrəvan ölkənin inzibati, mədəni və sənaye mərkəzidir. 1918-ci ildən Ermənistan tarixində on dördüncü və Ararat düzənliyində və ya onun ətrafında yerləşən yeddinci paytaxtdır. Şəhər həm də Erməni Apostol Kilsəsinin ən böyük yeparxiyası və dünyanın ən qədim yeparxiyalarından biri olan Araratian Papa Yeparxiyasının iqamətgahı kimi xidmət edir. İrəvanın tarixi eramızdan əvvəl 8-ci əsrə, eramızdan əvvəl 782-ci ildə Urartu kralı I Argişti tərəfindən Ararat düzənliyinin qərb kənarında Erebuni qalasının əsasının qoyulması ilə başlayır. Erebuni "böyük bir inzibati və dini mərkəz, tam kral paytaxtı kimi nəzərdə tutulmuşdu". Mərhum qədim Erməni Krallığı dövründə yeni paytaxt şəhərlər yaradıldı və İrəvanın əhəmiyyəti azaldı. İran və Rusiyanın hakimiyyəti altında 1736–1828-ci illərdə İrəvan xanlığının və 1850–1917-ci illərdə İrəvan Qubernatorluğunun mərkəzi olmuşdur.
Direjan
Direjan (kürd. Dirêjan) — Türkiyənin şərq və cənub-şərq regionlarında, həmçinin İranda yaşayan kürd tayfası. == Etimologiya == Direjan tayfasının adı həmçinin, Dirican, Dirijan və Dirican kimi qeyd edilir. Bir nəzəriyyəyə görə, tayfanın adı türkcədəki "diri" və farscadakı "can" sözlərindən formalaşmışdır, "güclü və qüvvətli" deməkdir. Başqa bir nəzəriyyəyə görə, bu ad kürd dilinin kurmanci dialektində "uzun" mənasında olan "direj" və "uzunboylu insanlar" mənasında olan "direjbun" sözləri ilə əlaqədardır. == Məskunlaşma == İndiki dövrdə Malatya və rayonlarından başqa, müxtəlif şəhərlərlə yanaşı, Sivas, Elazığ, Adıyaman vilayətlərində də məskunlaşıblar. Tayfanın əksəriyyəti Malatya vilayətində yaşayır. Osmanlı imperiyası dövründə onlar Anadolunun şərqi, cənub-şərqi, mərkəzi hissələrində, qismən Qara dəniz regionunda yaşamışlar. Osmanlı dövründə səpələndikləri regionlarda şəraitə görə heyvandarlıq həyat tərzindən ayrılaraq müxtəlif ərazilərə üz tutmuşdular. == İstinadlar == == Əlavə ədəbiyyat == Akın, Fatma.