Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bosniya və Hersoqovina şəhərlərinin siyahısı
Bosniya və Hersoqovina şəhərləri.
Bosniya və Herseqovina
Bosniya və Herseqovina (bosn. və xorv. Bosna i Hercegovina, serb. Босна и Херцеговина) — cənub-şərqi Avropada dövlət. Bosniya və Herseqovina Balkan yarımadasına yerləşir. Şərqdə Serbiya, cənub-şərqdə Monteneqro, şimalda və cənub-qərbdə Xorvatiya ilə həmsərhəddir. Cənubda isə 24 kilometrlik uzunluğunda Adriatik dənizinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Sarayevo, ümumi sahəsi 51,129 kvadrat kilometrdir. Bosniya və Herseqovina ərazi quruluşu baxımından konfederativ ölkədir. Ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar.
Hersoqovina sancağı
Herseqovina sancağı (türk. Hersek Sancağı, bosn. , serb. , xorv. Hercegovački sandžak) — müasir Bosniya və Herseqovina, Xorvatiya, Çernoqoriya və Serbiya ərazisində mövcud olan Osmanlı İmperiyasının sancağı. Tarixi bölgənin adı "Köhnə Hersoqovina". 1470-ci ildə fəth edilmiş Serbiya torpaqlarında yaradılmışdır. Elə həmin dövrdə Hersoqovina sancağına Brda və Primorye kimi çernoqoriya torpaqları da daxil oldu, həmin vaxt Köhnə Çernoqoriya Skadar sancağının tərkininə daxil olmuş oldu. Sancağın inzibati mərkəzi əvvəlcə şərqi Hersoqovinada, Foča və Pljevlja bölgələrində yerləşirdi. 1580-ci ildən — sancak Bosniya əyalətinin bir hissəsi olaraq mövcudluğunu qorudu, 1833-cü ildə isə Bosniya Herseqovinada Hersoqovina əyaləti adlı muxtariyyət meydana gəldi. .
Bosniya və Herseqovina Federasiyası
Bosniya və Herseqovina Federasiyası (bosn. və xorv. Federacija Bosne i Hercegovine) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya Serb Respublikasıdı).
Bosniya və Herseqovina Respublikası
Bosniya və Herseqovina Respublikası — müasir Bosniya və Herseqovina ərazisində mövcud olan dövlət. Dövlət 1992-ci ildə Yuqoslaviyadan ayrılaraq müstəqillik deklorasiyası imzalasından Deyton sazişinin tam olaraq tətbiqindən sonra 1997-ci ilə qədər mövcudluğunu saxlamışdır. Dövlət ərazisinin böyük hissəsində Bosniya müharibəsi getmişdir. Müharibənin gedişində ölkə ərazisində milli azlıqlar olan serblər və xorvatlar tərəfindən tanınmayan dövlətlər qurulmuşdur. Xorvatlar Xorvat Hersek-Bosna Respublikası, serblər isə Serb Respublikasını qurmuşdur. Özünün mövcudluğunun ilk iki ilini dövlət boşnakların maraqlarını qoruyurdu. Bu dövrdə dövlət respublikanın az bir hissəsinə nəzarət edirdi. Vəziyyət 1994-cü ildə Vaşınqton müqaviləsinin imzalanmasından sonra dəyişmişdir. Nəticədə bosniya və xorvatlardan ibarət olan koalisiya qurulur. 1995-ci ilin sonlarında Deyton sazişinin imzalanması ilə alyansa Serb Respublikasında qatılmışdır.
Bosniya və Herseqovina bayrağı
Bosniya və Herseqovina bayrağı (bosn. zastava Bosne i Hercegovine) hərəkətli tərəfində geniş, mavi rəngli şaquli bir lent və lentin üst hissəsində yerləşən sarı düzbucaqlı üçbucaqdan ibarətdir. Bayrağın qalan hissəsi üçbucağın hipotenuzu boyunca yeddi tam beşbucaqlı ağ ulduz və yuxarıda və aşağıda iki yarım ulduzlu mavi rəngdədir. Üçbucağın üç təpə nöqtəsi Bosniya və Herseqovinanın üç əsas etnik qrupunu (və ya "yaradıcı xalqları"): Boşnaklar, xorvatlar və serbləri təmsil edir. Üçbucaq Bosniya və Herseqovina ərazisinin təxmini formasını təmsil edir. Avropanı təmsil edən ulduzların sayının sonsuz olması nəzərdə tutulur və beləliklə yuxarıdan aşağıya doğru davam edirlər. Bayraqda neytrallıq və barışıq ilə əlaqəli rənglər — ağ, mavi və sarı iştirak etmişdir. Bunlar həmçinin ənənəvi olaraq Bosniya mədəniyyəti və tarixi ilə əlaqəli rənglərdir. Mavi fon isə Avropa bayrağının təsiridir. Bosniyanın milli bayrağı Bosniya və Herseqovinanın təsis qurumlarından olan Bosniya və Herseqovina Federasiyası regional bayrağı kimi də istifadə olunur.
Bosniya və Herseqovina coğrafiyası
Bosniya və Herseqovina Avropanın cənub-şərqində yerləşir. Ölkənin sahəsi 51,1 min km²-dir. Şimal, cənub və qərb hissəsində Xorvatiya (932 км), şərqində Serbiya (357км), cənub-şərqində isə Monteneqro (249 км) ilə sərhədə malikdir. Sərhədlərinin ümumi uzunluğu 1459 km-dir. Sahəsinə görə dünya ölkələri arasıında 128-ci yerdədir. Ərazisinin 99,8% quru, 0,2% su sahəsidir. Bosniya-Herseqovinanın şimal ərazisi istisna olaraq Dinar öndağlığı daxilində yerləşir. Ərazisi bir-birinə paralel şəkildə şimal-qərbdən cənub-qərbə uzanır. Bu silsilələr arasında ölkənin iri şəhər və qəsəbələri yerləşir. Silsilələrin hündürlüyü mərkəzdən Xorvatiya sərhədinə doğru artır.
Bosniya və Herseqovina dinarı
Bosniya və Herseqovina dinarı (Bosniya dinarı) (bosn. Bosanskohercegovački dinar) — Bosniya və Herseqovina Respublikasında 1992—1998-ci illərdə istiadə edilən pul vahidi. == Tarixi == 1 iyul 1992-ci ildə Bosniya Və Herseqovina Xalq bankı özünün milli valyutası olan dinarı dövrüyəyə buraxır. Dövrüyəyə buraxılan 10, 25, 50, 100, 500 və 1000 dinar nominallarla yanaşı Yuqoslaviya dinarıda istifadə edilirdi. 10 noyabr 1992-ci ildə 10 dinar banknotları istifadəyə verilir. 15 avqust 1994-cü ildə denominasiya (10 000:1) gerçəkləşdirilir. Bosniya dinarı Bosniya və Herseqovina Respublikasının yeganə pul vahidi elan edilir. İkinci buraxılış banknotlar istifadəyə verilir (10, 20, 50, 100 və 500 dinar). Alman markasına uyğun məzənnə müəyyən edilir: 100 dinar = 1 marka. Dinar faktiki olaraq bosniya-müsəlmanlarının nəzarət etdiyi ərazilərdə istifadə edilir.
Bosniya və Herseqovina incəsənəti
Bosniya və Herseqovinanın incəsənəti dedikdə — Bosniya və Herseqovinanın əyalətində tarixdən əvvəlki dövrlərdən bu günə qədər yaşayan xalqların (Boşnaklar, Serblər və Xorvatlar) incəsənəti nəzərdə tutulur. == Qədim miras == === Ümumi məlumat === İndiki Bosniya və Herseqovinanın hüdudlarında bir çox mədəni təbəqə yaranmışdır. Onların görünüşü və itməsi müxtəlif xalqların ölkə ərazisinə köçü ilə əlaqədardır.
Bosniya və Herseqovina kondominiumu
Bosniya və Herseqovina kondominiumu — 1878—1908-ci illərdə Avstriya-Macarıstan və Osmanlı İmperiyası (faktiki olaraq Avstriya-Macarıstanın inzibati tabeliyində idi) tərəfindən formal olaraq idarə olunan ərazi. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya olunmuşdur; 1919-cu ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının tərkibinə daxil oldu. Rusiya-Osmanlı müharibəsinin nəticəsində 1878-ci ildə imzalanan Berlin müqaviləsinin şərtlərinə əsasən Bosniya əyaləti Avstriya-Macarıstan qoşunu tərəfindən işğal olundu, lakin rəsmi olaraq Osmanlı İmperiyasının bir hissəsi kimi qalırdı (bax: kondominium). İşğal illəri ərzində Avstriya-Macarıstan hakimiyyəti vilayəti imperiyanın iqtisadi və siyasi strukturuna daxil etmək və orada bir sıra əhəmiyyətli iqtisadi və mədəni dəyişikliklər keçirməyə nail oldu. 1908-ci ildə Avstriya-Macarıstan tərəfindən anneksiya oldu və ölkənin tərkibinə daxil edildi. == Tarixi == === İşğalı === 1877-1878-ci illərdə baş verən Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra Böyük güclər Berlin Konqresini təşkil etdilər, orada Bosniya vilayətinin Avstriya-Macarıstanın nəzarəti altına verilməsi qərara alındı. Ərazi Avstriya-Macar qüvvələri tərəfindən tutulmuşdur. Avstriya-Macarıstan həmçinin Sancak bölgəsinə də qoşunlarını yeritmişdir. Bosniyanın işğalı üçün Avstriya-Macarıstan komandanlığı 6-cı, 7-ci, 20-ci və 28-ci piyada diviziyaları, cəmi 82 113 əsgər və zabit, 13 313 at və 112 silah istifadə etmişdir. Qoşunların komandanlığını general Yozef Filipoviç həyata keçirirdi.
Foça (Bosniya və Herseqovina)
Foça (bosn. Foča, serb. Фоча / Foča, xorv. Foča) — Srbine (Srbinje/Србиње) — Bosniya və Herseqovinanın cənub-şərqində, Drina çayı üzərində yerləşən bir şəhər. Serb Respublikasına daxil olan Foça bələdiyyəsinin və Foça regionunun inzibati mərkəzidir. == Coğrafiyası == Foca Monteneqro və Serbiyanın sərhəddinə yaxın, qayalı Herseqovina və meşəli Bosniyanın kəsişməsində, Drina çayına tökülən Çexotin çayının mənbəyində yerləşir. Bosniya və Herseqovinanın ən yüksək nöqtəsi olan Maqliç dağı (2386 m) inzibati vadid ərazisində yerləşir. Bosniya və Herseqovinada yeganə və Avropadakı ən böyük toxunmamış meşə olan Peruçisa burada yerləşir. Suteska Milli Parkında ölkənin ən gözəl şəlaləsi və Tara çayının kanyonu vardır. Dərinliyinə görə Avropada ən böyük və dünyada ikincidir.
Pale (Bosniya və Herseqovina)
Pale (bosn. Pale, serb. Пале / Pale, xorv. Pale) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan 10 km cənub-şərqdə yerləşir. Serb Respublikasına daxil olan Pale icmasının mərkəzidir. Şəhərdə dağ-kurortu fəaliyyət göstərir. Bosniya müharibəsi illərində şəhər Serb Respublikasının paytaxtı olaraq bilinirdi. Serb Respublikasının konstitusiyasına görə, Sarayevo bu respublikanın paytaxtıdır. Deyton sazişinə görə Bosniya və Herseqovina Federasiyasının tərkibinə daxildir. Hal-hazırda paytaxt əslində Banya Luka şəhərinə köçürülür.
Tuzla (Bosniya və Herseqovina)
Tuzla (kiril Тузла) — Bosniya və Herseqovinada şəhər. Şəhər, Tuzla Kantonunun mərkəzi və Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən iqtisadi, elmi, mədəni, səhiyyə və turizm mərkəzidir. Tuzla, Sarayevo və Banya Lukadan sonra Bosniya və Herseqovinadakı ən böyük üçüncü şəhərdir. 2013 əhali siyahıyaalmasının nəticələri, bələdiyyənin 120,441 əhaliyə sahib olduğunu göstərir. Tuzlada bir təhsil mərkəzi və iki universitet yerləşir. Həmçinin, şəhər duzlu göl turizminə görə Bosniyanın ən güclü iqtisadiyyatlarından biridir. Tuzla şəhəri mərkəzi parkında duzlu göl olan Avropadakı tək şəhərdir. Şəhərin mərkəzi parkına hər il 100 mindən çox insan ziyarət edir. Şəhərin tarixi IX əsrə qədər gedib çatır. Tuzlanın müasir tarixi, Osmanlı İmperiyasında əhəmiyyətli bir qarnizon şəhəri halına gəldiyində, yəni 1510-cu ildən başlamışdır.
Bosniya
Bosniya (bosn. Bosna, serb. Босна, xorv. Bosna) — Bosniya və Herseqovinanın böyük bir hissəsini təşkil edən tarixi vilayəti. Dinar öndağlığı ilə Ortadunay çökəkliyi ilə ayrılır. Bosinyanın sahəsi 41 min km² təşkil edir. Bu isə Bosniya və Herseqovinanın 80 % ərazisini təşkil edir. Ölkənin cənub hissəsində isə Hersoqovina vilayəti qərarlaşır. Bosniya və Hersoqovina vilayətləri arasında sərhəd dəqiq bəlli olmasa belə İvan-Planinə görə götürülür. Hər iki vilayət orta əsrlərdən bir-biri ilə sıx bağlıdır.
Bosniya və Hersoqovina 2010 Avroviziya Mahnı Müsabiqəsində
Bosniya və Herseqovinanı Osloda keçiriləcək 2010 Avroviziya Mahnı Müsabiqəsində Vukajin Brajic adlı gənc müğənni təmsil edəcək. Artıq təmsilçinin müsabiqədə ifa edəcəyi mahnı da məlumdur. Vukajin Brajic "Munja I Grom" ("İldırım və şimşək") mahnısını ifa edəcək.
Bosniya Krallığı
Bosniya krallığı (bosn. Bosansko kraljevstvo, serb. Краљевина Босна, xorv. Kraljevina Bosna) — Balkan yarımadasının ərazisində, XIV əsrin ikinci yarısından XV əsrin ikinci yarısına qədər mövcud olmuş tarixi dövlət. I Tvrtkonun hakimiyyət illərində (1377–1391) krallıq Balkan yarımadasının ən güçlü dövlətlərindən biri olmuşdur. Mövcudluğunu Osmanlı imperiyası (1463) tərəfindən varlığına son qoyulmuşdur. 1495–1499-ci illər ərzində Bosniya kralı titulunu Yanoş Korvin daşımışdır. O, Macarıstan kralı I Matyaşın oğlu idi. == Tarixi == === XIV əsr === 1353-ci ildə Bosniya banatının Banı 15 I Tvrtko olmuşdur. 1363-ci ildə o, Macarıstan kralı I Böyük Layoşa qarşı müharibəyə başlayır.
Bosniya Posavinası
Bosniya Posavinası — Bosniya və Herseqovinanın şimal-şərqində yerləşən region. Sava çayının cənub sahilində yerləşən iri bir düzənlik. Şimaldan çayla, şimal-qərbdən Motayisa, cənubdan Ozren və Trebava, cənub-şərqdən Maevisa dağları ilə əhatələnmişdir. Bosniya və Herseqovinanın daxili regionları ilə Bosna çayının vadisi, Doboy və Vranduk dərələri ilə keçid vardır. Qərb hissədə isə Ukrina çayının vadisi bu funlksiyanı yerinə yetirir. Faktiki olaraq regionun böyük hissəsi Serb Respublikasının ərazisinə düşür. Bununla belə bura Posav kantonunun iki dairəsidə daxildir. == İqtisadiyyat == Bosniya müharibəsinə qədər xüsusi ilə son on il ərzində region Bosniya və Herseqovinanın ən inkişaf etmiş bölgələrindən biri idi. Bura ölkənin vacib kənd təsərrüfatı, sənaye regionlarından olmuşdur. Region su və meşə resursları ilə zəngindir.
Bosniya böhranı
Bosniya böhranı — 8 oktyabr 1908-ci ildə Avstriya-Macarıstan imperiyasının rəsmi olaraq Bosniya-Herseqovinanı ilhaq etməsilə meydana çıxan beynəlxalq böhrandır. Bəhs edilən dövrdə Bosniya-Herseqovina ərazisi Osmanlı imperiyası tabeliyində idi. 1908-ci ilin oktyabrın 3-də Avstriya-Macarıstanın Parisdəki səfiri Fransanın prezidentinə məktub göndərdi. Məktubda deyilirdi ki, Avstriya-Macarıstan Bosniyanı ilhaq etməyə hazırlaşır və Rusiya, Almaniya və İtaliya Bosniyanın ilhaqına etiraz etmir. 1908-ci ilin oktyabrın 5-də Avstriya-Macarıstanın imperatoru Bosniyanın ilhaq edilməsi haqqında fərman imzaladı. Oktaybrın 6-da Avstriya-Macarıstan hökuməti qismən səfərbərlik elan etdi. Almaniya Avstriyanın hərəkətinə etiraz etmədi. İtaliya isə Avstriya-Macarıstana narazılığını bildirdi. Fransa hökuməti bildirdi ki, Avstriya-Macarıstanın Bosniyanı ilhaq etmək haqqında qərarına hörmətlə yanaşır. == Dövlətlərin münasibəti == === Fransa === Fransa çalışırdı ki, Almaniya Mərakeş məsələsində ona güzəşt etsin.1908-ci il oktyabrın 8-də Rusiya hökuməti bildirdi ki, Avstriya-Macarıstanın aksiyası Berlin müqaviləsinə ziddir və həmin müqaviləni imzalamış dövlətlərin iştirakı ilə müzakirə edilməlidir.
Bosniya dili
Bosniya dili — Bosniya və Herseqovinanın rəsmi dili. Bosniya dili serb-xorvat dilinin regional variantı sayılır.
Bosniya diyarı
Bosniya diyarı (serb. Босанска Крајина, bosn. Bosanska Krajina, xorv. Bosanska krajina) — Bosniya və Herseqovinanın şimal-qərbində yerləşmiş tarixi vilayət. Vilayət üç çay ilə əhatələnmişdi — Sava, Una və Bras. Üstəlik həm də Bosniya və Herseqovinanın tarixi, iqtisadi və mədəni subyekti. Hazırda diyar ərazisi Bosniya və Herseqovinanın iki subyekti arasında bölünmüş halındadır: Serb Respublikası və Bosniya və Herseqovina Federasiyası. Bosniya diyarının şimal-qərbi həm də Boxaç diyarı olaraq tanınır. Bu isə eyni adlı (bosn. Bihaćka Krajina) Bixaç şəhərindən götürülmüşdür.
Bosniya müharibəsi
Bosniya müharibəsi — Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər davam etmiş müharibə. Döyüşün tərəfləri serb birləşmələri, Bosniya müsəlman ordusu və xorvatlar idi. 3 ildən artıq davam edən bu müharibədə 200.000-ə yaxın insan qətlə yetirilmiş (Beynəlxalq Qızıl Xaç cəmiyyətinin məlumatlarında görə bu rəqəm 312 mindir), 2 milyondan çox insan yer-yurdundan didərgin düşmüşdür. Bu müharibədə qətlə yetirilənlərin əksəriyyəti müsəlman bosniyalılar idi və müharibə onlara qarşı soyqırımı xarakteri daşıyırdı[mənbə göstərin].
Bosniya soyqırımı
Bosniyalı Soyqırımı — Bosniya və Herseqovinada 1992-1995-ci illərdə davam edən müharibə zamanı xristian serblər tərəfindən müsəlman bosniyalılara qarşı tətbiq edilmiş soyqırım, etnik təmizləmə və kütləvi qırğınlardır. Bosniya serblərinin nəzarətində olan ərazilərdə baş verən etnik təmizləmə kampaniyası Bosniya müsəlmanları və Bosniya xorvatlarını hədəf aldı. Etnik təmizləmə kampaniyasına məhkumetmə, qanunsuz həbs, kütləvi təcavüz, cinsi təcavüz, işgəncə, şəxsi və ictimai əmlakın talan edilməsi və məhv edilməsi, mülki şəxslərə qarşı qeyri-insani rəftar; siyasi liderlərin, ziyalıların və mütəxəssislərin hədəf alınması; mülki şəxslərin qanunsuz deportasiyası və köçürülməsi; mülki şəxslərin qanunsuz atəşə tutulması; daşınmaz və şəxsi əmlakın qanunsuz mənimsənilməsi və talan edilməsi; evlərin və müəssisələrin dağıdılması; və ibadət yerlərinin dağıdılması daxil idi. Niyyət Bosniya müsəlmanlarını məhv etmək olduğuna görə, bu hadisələrə soyqırım adı verilmişdir.
Bosniya vilayəti
Bosniya vilayəti — əsasən Bosniya və Herseqovina dövlətinin bugünkü ərazisi də daxil olmaqla Osmanlı imperiyasının birinci səviyyəli inzibati vilayətlərindən olub. Bu vilayət, cənubdan Kosovo vilayəti ilə həmsərhəd idi. 1867-ci il inzibati islahatlarından əvvəl vilayət Bosniya əyaləti adlandırılıb. 19-cu əsrin sonlarında olan məlumata görə, vilayətin 46000 km² sahəsi var idi. 1878-ci ildə Avstriya-Macarıstanın Bosniya və Hersoqovinanı işğal etməsindən sonra, Osmanlı vilayəti kimi fəaliyyətini dayandırsa da, formal olaraq Avstriya-Macarıstan tərəfindən idarə olunmasına baxmayaraq, 1908-ci ilə qədər daha otuz il öz mövcudluğunu saxlayıb. 1908-ci ildə Avstriya-Macarıstan rəsmən vilayəti öz ərazisinə birləşdirdi. == İnzibati ərazi vahidləri == Vilayətin sancaqları: Bosniya sancağı İzvornik sancağı Herseqovina sancağı Travnik sancağı Bihaç sancağı == İstinadlar == == Xarici keçidlər == Palairet, Michael R.. „The Balkan Economies c.1800-1914: Evolution without Development“.
Bosniya əyaləti
Bosniya əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Bosniya Serb Respublikası
Serb Respublikası (serb. Република Српска, Republika Srpska) — Bosniya və Herseqovina suveren ölkəni təşkil edən iki siyasi qurumlardan biridir (ikincisi Bosniya və Herseqovina Federasiyasıdır).
Bosniya və Herseqovina markı
Bosniya və Herseqovina markı (Bosniyaca, Xorvatca and Serbcə: konvertibilna marka, Kiril: конвертибилна марка) — Bosniya və Herseqovinanın valyutasıdır. Valyuta 100 feninqə bölünür. Valyutanın abreviaturası KM (latınca) və ya КМ-dir (kirilcə). 200 mark əsginas yalnız bir variantda hazırlanır və bütövlüklə Bosniya və Herseqovina üçün unikaldır. 50 feninqs əsginas 31 mart 2013-cü ildə, 1 mark əsginas 31 mart 2009-cu ildə, 5 mark əsginas isə 31 mart 2010-cu ildə dövriyyədən çıxarılıb. == Tarixi və etimologiyası == Valyuta 1995-ci ildə Deyton sazişi ilə yaradılıb və 1998-ci ildə Bosniya və Herseqovina valyutası kimi Serbiya Respublikası dinarı Xorvat kunasını və Bosniya və Herseqovina dinarını əvəz edib. Valyutanın adı alman dilində olan Mark və Pfeninq sözlərindən gəlir. == Sikkələr == 1998-ci ilin dekabrında 10, 20 və 50 nominalında sikkələr təqdim olunub. Sonralar isə 1,2 və 5 maraka sikkələr təqdim olunub. Sikkələr Bosniyalı dizayner Kənan Zekic tərəfindən tərtib olunub və Llantrisantda Kral sikkəxanasında zərb olunub.
Bosniya və Herseqovina şəhərləri
Bosniya və Hersoqovina şəhərləri.
Azərbaycan–Bosniya və Herseqovina münasibətləri
Azərbaycan–Bosniya və Herseqovina münasibətləri — Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin fevral ayının 9-da qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində "Azərbaycan—Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Mübariz Qurbanlı olmuşdur.. 4 mart 2016-cı il tarixindən 2021-ci ilədək işçi qrupunun rəhbəri Çingiz Qənizadə olmuşdur. 2021-ci il tarixindən etibarən işçi qrupunun rəhbəri Məzahir Əfəndiyevdir.
Bosniya və Herseqovina Mərkəzi Bankı
Bosniya və Herseqovina Mərkəzi Bankı (bosn. Centralna banka Bosne i Hercegovine; xorv. Središnja banka Bosne i Hercegovine; serb. Централна банка Босне и Херцеговине) — Bosniya və Herseqovinanın mərkəzi bankı. Əsas mərkəzi Sarayevo şəhərində yerləşir. Rəhbəri Senad Softiçdir. Bosniya və Herseqovina konvertasiya olunan markasının banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur. Bosniya və Herseqovinada olan bütün banklardan üstündür. Bosniya və Herseqovina hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, ölkəsini beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir.
Bosniya və Herseqovina Silahlı Qüvvələri
Bosniya və Herseqovinanın Silahlı Qüvvələri (Boşnaqca, Xorvatca, Serpcə: Oružane snage Bosne i Hercegovine, OSBIH; Kiril alfabesi: Оружане снаге Босне и Херцеговине, ОСБИХ)Bosniya-Herseqovinanı kənardan gələ biləcək təhlükələrə qarşı qorumaqla vəzifəli olan Boşnak , Xorvat və Serblərdən ibarət olan silahlı qüvvələrdir. Bosniyalı Serblər, 1992-2006 illəri arası ayrı bir ordu olan Srpska Respublikasının Ordusunda xidmət ediblər.[1] Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine == Tərkibi == 2004-ci ildə yaradılan Bosniya Və Herseqovina Müdafiə Nazirliyi, silahlı qüvvələrə cavabdehdir. Silahlı qüvvələrdə təxminən 9.200 fəal və peşəkar hərbçi, 4.600 ehtiyat əsgər və 1.000 mülki şəxsi heyət var.
Bosniya və Herseqovina Sosialist Respublikası
Bosniya və Herseqovina Sosialist Respublikası (serb-xorv. Socijalistička Republika Bosna i Hercegovina, Социјалистичка Република Босна и Херцеговина) — müasir Bosniya və Herseqovina ərazisində mövcud olan dövlət. Yuqoslaviyanın tərkibinə daxil olan 6 müttəfiq dövlətdən biri. Dövlət 1946-cı ildə Bosniya və Herseqovina Xalq Respublikası olaraq təşkil edilmişdir. 1963-cü ildə konstutsiyaya edilən referendum ilə Bosniya və Herseqovina Sosialist Federasiyası adlandırılmışdır. 1992-ci ilin aprelində müstəqil Bosniya və Herseqovina Respublikası olaraq Yuqoalaviyanın tərkibindən çıxmışdır. Xorvatlar Xorvat Hersek-Bosna Respublikası (18 noyabr 1991), serblər isə Serb Respublikasını (9 yanvar 1992) qurmuşdur. Bosniya və Herseqovina bu dövrdə dövlət ərazisinin az bir hissəsinə nəzarət edirdi. Vəziyyət 1994-cü ildə Vaşınqton müqaviləsinin imzalanmasından sonra dəyişmişdir. Nəticədə bosniya və xorvatlardan ibarət olan koalisiya qurulur.
Bosniya və Herseqovina kondominiumu bayrağı
Bosniya və Herseqovina bayrağı (bosn. zastava Bosne i Hercegovine) hərəkətli tərəfində geniş, mavi rəngli şaquli bir lent və lentin üst hissəsində yerləşən sarı düzbucaqlı üçbucaqdan ibarətdir. Bayrağın qalan hissəsi üçbucağın hipotenuzu boyunca yeddi tam beşbucaqlı ağ ulduz və yuxarıda və aşağıda iki yarım ulduzlu mavi rəngdədir. Üçbucağın üç təpə nöqtəsi Bosniya və Herseqovinanın üç əsas etnik qrupunu (və ya "yaradıcı xalqları"): Boşnaklar, xorvatlar və serbləri təmsil edir. Üçbucaq Bosniya və Herseqovina ərazisinin təxmini formasını təmsil edir. Avropanı təmsil edən ulduzların sayının sonsuz olması nəzərdə tutulur və beləliklə yuxarıdan aşağıya doğru davam edirlər. Bayraqda neytrallıq və barışıq ilə əlaqəli rənglər — ağ, mavi və sarı iştirak etmişdir. Bunlar həmçinin ənənəvi olaraq Bosniya mədəniyyəti və tarixi ilə əlaqəli rənglərdir. Mavi fon isə Avropa bayrağının təsiridir. Bosniyanın milli bayrağı Bosniya və Herseqovinanın təsis qurumlarından olan Bosniya və Herseqovina Federasiyası regional bayrağı kimi də istifadə olunur.
HOME.TV (Bosniya və Herseqovina)
«HOME.TV» — «HT Mostar» şirkətinin sahibləndiyi Bosniya və Herseqovina IPTV provayderi. «HOME.TV» müxtəlif mövzulu HD keyfiyyətli telekanalların yayımını təmin edir. == Telekanal xətti == Hal-hazırda «HOME.TV» IPTV tərəfindən təklif olunan proqram paketinə əsasən (2016-cı ilin noyabr ayında), 130-dan çox (əsas təklifdə 67) televiziya kanalı yayımlanır.
Bosniya və Herseqovina Rəyasət Heyəti
Bosniya və Herseqovina Rəyasət Heyəti (serb-xorv. Predsjedništvo Bosne i Hercegovine / Предсједништво Босне и Херцеговине) — Bosniya və Herseqovinada dövlət başçısı vəzifəsinə bənzər kollektiv ali icra hakimiyyəti orqanı. == Tərkibi == Konstitusiyanın V maddəsinə əsasən, rəyasət heyəti eyni vaxtda dörd il müddətinə (2000-ci ilə qədər iki il müddətinə) seçilən üç üzvdən ibarətdir: Bosniya və Herseqovina Federasiyasından bir boşnak və bir xorvat; Serb Respublikasından bir serb. == Rəyasət Heyətinin sədri == Rəyasət Heyətinə seçkilərdən sonra hər 8 aydan bir növbəti rotasiya ilə ən çox səslə Rəyasət Heyətinə üzv olan Rəyasət Heyətinin sədri rəhbərlik edir. Rotasiya prinsipi 1998-ci ildə yaradılmışdır. == Qərarvermə proseduru == Rəyasət Heyətinin qərarları səs çoxluğu ilə qəbul edilir, lakin onun hər bir üzvü veto hüququna malikdir. Bunun üçün o, 3 gün müddətində mübahisəli məsələ ilə bağlı rəyini təmsil etdiyi respublikanın parlamentinə təqdim etməli və orada deputatların 2/3-nin dəstəyini almalıdır.
Bosniya və Herseqovina Futbol Assosiasiyası
Bosniya və Herseqovina Futbol Assosiasiyası (bosn. Fudbalski Savez Bosne i Hercegovine) — Bosniya və Herseqovina futbolunun əas idarəedici orqanı. Mərkəzi ofisi Sarayevo şəhərində yerləşir. Bosniya futbol assosiasiyası 1920-ci ildə Yuqoslaviyanın Sarayevo futbol assosiasiyası kimi yaradılıb. 1992-ci ildə assosiasiya yenidən Bosniya və Herseqovinanın futbol assosiasiyası kimi bərpa edilib. == Tarixi == Bosniya və Herseqovinada futbol tarixi 1903-cü ildə Sarayevo və 1905-ci ildə Mostar şəhərlərində futbol komandalarının yaranması ilə başlayır. Daha sonra Banya Luka, Tuzla, Zenica və Bihaç kimi digər şəhərlərdədə insanlar futbol oyunu ilə tanış olurlar. 1908-ci ildə, ölkə Avstriya-Macarıstanın hakimiyyəti altında olduğu zaman, futbol üzrə ilk yarışlar keçirilməyə başlayır. Birinci Dünya Müharibəsi başlayanda Sarayevoda dörd dini və etnik mənsubiyyətinə görə beş klub var idi. Bunlar Bosniya xorvatlarının "SAŞK", Bosniya serblərinə bağlı "Slaviya", bosniyalıların "Đerzelez" (həmçinin Sarajevski kimi tanınır), Bosniya yəhudilərinin "Makabi Sarayevo" (həmçinin Barko kimi tanınır) və çoxmillətli işçi klubu "RŞD Hayduk" klubları idi.
Bosniya və Herseqovina Roma dövründə
Bosniya və Herseqovina tarixində Roma dövrü — müasir Bosniya və Herseqovina ərazisində Roma imperiyasının hökmranlıq etdiyi dövr. Bu ərazidə Roma hakimiyyəti bir sıra qanlı döyüşlərdən sonra başladı. Müasir Bosniya və Herseqovinanın ərazisi əvvəllər İlliriya əyalətinin bir hissəsi idi. Bölgə bütün imperiya üçün gümüş, mis, dəmir və qurğuşun kimi zəngin mineralların mənbəyinə çevrildi. Romalılar ərazinin və mədən sənayesinin inkişafını sürətləndirmək üçün əyalətdə bir sıra yaşayış məntəqələri, yollar və hərbi şəhərciklər saldılar. Romalıların Bosniyada hökmranlığı yerli əhalinin romanlaşması ilə müşayiət olundu. Yerli xalqlar latın dilindən və əlifbasından istifadə etməyə başladılar, Roma dinini qəbul etdilər. imperiyanın müxtəlif yerlərindən, əsasən də İtaliyadan olan çoxlu mühacirlər Roma ərazisində məskunlaşdılar. == Tarixi == Qədim romalıların gəlişindən əvvəl Balkan yarımadasının ərazisində çoxsaylı İlliriya tayfaları yaşayırdılar. Bu tayfalar arasında indiki Bosniya və Herseqovina ərazisində liburniyalılar, yapodlar (yapidlər), skordisklər yaşayırdılar.
Bosniya və Herseqovina–Yaponiya münasibətləri
Bosniya və Herseqovina–Yaponiya münasibətləri (bosn. Odnosi Japan i Bosna i Hercegovina; yap. 日本とボスニア・ヘルツェゴビナの関係) – Bosniya və Herseqovina ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Bosniya və Herseqovinanın Tokioda səfirliyi, Yaponiyanın Sarayevoda səfirliyi yerləşir. == Tarixi == Yaponiya Bosniyada sülhü təmin etmək üçün 1995-ci ildə yaradılmış Sülhün Tətbiqi Şurasının üzvü olmuşdur. Yaponiya Bosniya və Herseqovinanın müstəqilliyini 23 yanvar 1996-cı ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələrin əsası 9 fevral 1996-cı ildə qoyulmuşdur. 1998-ci ilin fevralında Yaponiyanın Sarayevoda rəsmi nümayəndəliyi açılmışdır. Bu nümayəndəlik 2008-ci ilin yanvarında səfirlik səviyyəsinə qaldırılmışdır. Bosniya və Herseqovinanın Yaponiyadakı səfirliyi 1998-ci ilin dekabrında açılmışdır.
Bosniya və Herseqovina Xorvatiya Respublikası
Bosniya və Herseqovina Xorvatiya Respublikası, Xorvat Hersek-Bosna Respublikası və ya Hersek-Bosna Xorvat Respublikası (xorvat: Hrvatska Republika Herceg-Bosna) Bosniya və Herseqovina ərazisi tanınmamış geosiyasi struktur və kvazi-dövlət olmuşdur. 18 noyabr 1991-ci ildə Bosniya və Herseqovina Xorvat İcması adı altında Bosniya və Herseqovina ərazisində siyasi, mədəni, iqtisadi və regional bir bütöv olaraq elan edilmiş və 14 avqust 1996-cı ildə isə ləğv edilmişdir. 12 noyabr 1991-ci ildə Şimali Bosniyada elan edilmiş olan Bosniya Posavina Xorvat İcması 1992-ci ilin oktyabr ayında Bosniya və Herseqovinaya birləşdirilmişdir. Elan edilmiş sərhədləri daxilində Bosniya və Herseqovina ölkənin təqribi olaraq 30%-lik ərazisini əhatə edirdi, lakin onun üzərində effektiv nəzarətə malik deyildi. Bosniya müharibəsinin əvvəlində regionun bütün hissələri Serb Respublikası Ordusunun nəzarəti altına keçmişdir. Bosniya və Herseqovina silahlı qüvvələri, Xorvatiya Müdafiə Şurası, 8 aprel 1992-ci ildə yaradılmış və əvvəlcə Bosniya və Herseqovina Respublikasının Ordusu ilə ittifaq halında hərbi əməliyyatlar aparmışdır. Onların münasibətləri 1992-ci ilin axırlarında pisləşmiş və bu da öz növbəsində, Bosniya-Xorvatiya müharibəsinə səbəb olmuşdur. Bosniya və Herseqovina Respublikasının Konstitusiya Məhkəməsi 14 sentyabr 1992-ci ildə Bosniya və Herseqovina Xorvat Respublikasını konstitusiyaya zidd elan etmişdir. Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovina Respublikası Hökumətini rəsmən tanımış və dövlət daxilində bir dövlət kimi fəaliyyət göstərirdi, lakin onun rəhbərliyində olan bəziləri bu strukturun ayrılmasını və Xorvatiya ilə birləşməsi fikrini müdafiə edirdi. 28 avqust 1993-cü ildə isə Bosniya və Herseqovina Xorvat Respublikası Bosniya və Herseqovinanın üç respublikadan ibarət olan bir ittifaq kimi nəzərdə tutan Ouen-Stoltenberq planının təklifindən sonra respublika elan edilmişdir.