Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Busir
Busir — 7-ci əsrin sonundan 8-ci əsrin əvvəllərinə qədər Xəzər xaqanlığına hökmdarlıq etmişdir. Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular. Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır. Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konistantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü. == İstinadlar == == Ədəbiyyat == Togan, Zeki Velidi. Hazarlar md.
Boksit
Boksit (Al2O3 x nH3O) — Mineral. == Xassələri == Gizli kristalikdir. Torpaqvari aqreqatlarda, oolitlərdə və giləbənzər kütlələrdə rast gəlinir. Sərtliyi 3, xüsusi çəkisi 3,5-dir. Sarımtıl-boz və ağ rənglərdə rast gəlinir. Tutqun parıltıya malikdir. Qarışıqlarından asılı olaraq aşağıdakı növlərini göstərmək olar: dəmirli boksit- tərkibi 2%-ə qədər dəmir saxlayır; gilli boksit - tərkibi 2%-ə qədər SiO2 saxlayır. == Əhəmiyyəti == Alüminium hasil edilən əsas filizdir. == İxracı == 1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln t boksit filizi istehsal edilmişdir.
Luksor
Əl-Üqsür (ərəb. الأقصر‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 202.232 nəfərdir (2006).
Bokser mühərriki
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Butmir mədəniyyəti
Butmir mədəniyyəti — Bosna çayının (Bosniya) yuxarı və orta axarında Son Neolit – Erkən Eneolit dövrünə (e.ə. 5200–4600) aid abidələrin lokal qrupu. == Təsviri == Adı 1893–1906-cı illərdə tədqiq olunmuş Butmir məskənindən (Sarayevo şəhəri yaxınlığında) götürülmüşdür. Ocaqları bayır tərəfdə yerləşən yarımqazma və yerüstü möhrə evlərdən ibarət kiçik kənd yerləri, həmçinin çaxmaqdaşı alətləri emalatxanalarının qalıqları aşkar olunmuşdur. Butmir mədəniyyətinə aid qaracilalı kasalar, bardaqlar, səhənglər, altlıqlı piyalələr, armudvarı amforalar, sivri oturacaqlı və konusvarı qablar, oyma, yaxud cızma və nöqtəşəkilli naxışlarla (kannelür, spiral, üçbucaq, romb və ziqzaqlar) bəzədilmiş dördayaqlı “mehrablar”, həmçinin naxışsız kobud keramika tapılmışdır. Antropomorf və zoomorf heykəltəraşlıq mövcud olmuşdur. Çaxmaqdaşıdan düzəldilmiş bıçaqşəkilli lövhələr, ərsinlər və oxlara rast gəlinmişdir. Təsərrüfatın əsasını toxa əkinçiliyi (buğda, arpa, mərci), qaramal, donuz yetişdirilməsi təşkil edirdi. Butmir mədəniyyətinə Vinça mədəniyyətinin güclü təsiri olmuşdur. Herseqovina, Dalmasiya, Adriatik dənizi adalarında Butmir mədəniyyətinə yaxın Xvar-Lisiçnitsi qrupu abidələri yayılmışdır.
Kerem Bursin
Kerem Bursin (4 iyun 1987, İstanbul) — türk aktyoru və prodüseri.Hollivudda çəkilən filmlərdə ingiliscə və türkcə rollar aparır.
Əbukir döyüşü
Əbukir döyüşü — 25 iyul 1799-cu ildə general Napoleon Bonapartın başçılığı ilə 11 000 nəfərlik fransız qoşunu ilə 18 000 nəfərlik Osmanlı qoşunu arasında Misirin Əbukir burnunda baş verən döyüş. Türk qoşunları Əbukir burnuna fransızların Misirdən çıxarılmasında Osmanlıya dəstək verən Böyük Britaniya donanmasına məxsus gəmilərlə, admiral Sidni Smitin rəhbərliyi altında gətirilmişdilər. Napoleon 10 000 piyada və 1 000 süvari ilə döyüşə girərək Osmanlı qoşunlarını məğlub edir və 2 avqustda Əbukir yenidən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə Britaniya donanması tərəfindən məruz qaldığı biabırçı məğlubiyyətin əvəzini çıxmış olur. == Döyüşdən əvvəl == Napoleon Bonapart 1798-ci ilin payızında Misir ekspedisiyası zamanı bu torpaqları işğal etdikdən sonra faktiki olaraq bu yerlərin hökmdarına çevrilir. 1799-cu ildə o, Suriyanı ələ keçirmək üçün Misiri tərk edir. İngilislərin köməyinə arxalanan türklər vəziyyətdən istifadə edərək Misiri geri almaq üçün Seyid Mustafa Paşanın başçılığı altında 18 000 nəfərlik ordunu 14 iyulda ingilis gəmiləri ilə Əbukir burnundan Misir sahillərinə çıxarırlar və 16 iyulda əraziyə sahib olurlar. İrəliləməkdən çəkinərək müdafiə mövqeyi tutmağı qərara alırlar. Buna qarşı Napoleon Bonapart Fələstindən geri dönməyi və 11 000 nəfərlik ordu ilə Əbukir uğrunda döyüşə girməyi qərara alır. == Döyüşün gedişi == İki saatlıq hazırlıqdan sonra hər iki tərəf artilleriya duelinə başlayır.
Əbukir körfəzi
Əbukir (ərəb. أبو قير‎) — Misirin Aralıq dənizi sahillərində, Nil çayının mənsəbinə yaxın ərazidə yerləşən körfəz. Körfəzin qərbində, Əbukir şəhərindən şimal-şərqdə Nelson adası yerləşir. 1-2 avqust 1798-ci ildə İskəndəriyyədən 15 km şimal-şərqdə yerləşmiş Əbukir körfəzində, Əbukir burnu yaxınlığında məşhur Əbukir dəniz döyüşü baş vermişdir. Bu döyüş admiral Nelsonun başçılığı altında olan Böyük Britaniya hərbi donanması ilə Misir ekspedisiyasında iştirak etmiş Fransa donanması arasında baş vermiş və fransızların biabırçı məğlubiyyəti ilə sona yetmişdir. 1960-cı illərin sonlarında körfəzdə təbii qaz yatağı aşkarlanmışdır.
Bakir Abbasov
Abbasov Bakir Sovet oğlu ( 3 mart 1965; Qırılı, Ağstafa rayonu - 21 aprel 1994; Füzuli rayonu, Azərbaycan) - Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbasov Bakir Sovet oğlu 3 mart 1965-ci ildə Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusunun tərkibində Kuxet şəhərində həqiqi hərbi xidmət çəkmişdir. 1993-cü ildə yenidən könüllü olaraq ordu sıralarına qoşularaq, ilk öncə Seyfəli paliqonunda təlim keçmiş sonra isə Füzuli rayonuna yollanmışdır. 1994-cü ilin 21 aprelində Füzuli ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilib.
Bakir Məhərrəmov
Bakir İsmayıl oğlu Məhərrəmov (7 may 1960) — neftçi-geoloq, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru (2005), "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti (2014–2015). [mənbə göstərin] == Həyatı == Bakir İsmayıl oğlu Məhərrəmov 7 may 1960-cı ildə Gədəbəy rayonunda, Şınıx mahalının Göyəlli kəndində ziyalı ailəsində anadan olmuşdur.1977-ci ildə, Çayrəsullu 10 illik kənd orta məktəbini fərqlənmə ilə bitirmiş, 1978-ci ildə Azərbaycan Neft-Kimya İnstitutuna (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nə qəbul olunmuş və əmək fəaliyyətini dayandırmadan axşam şöbəsində təhsil almışdır. 1979–1981-ci illərdə hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra təhsilimi davam etdirərək, 1987-ci ildə universitetin "Geoloji-kəşfiyyat" fakultəsinin "Dağ mühəndisi-hidrogeoloq" ixtisasını bitirmişdir, 1984-cü ildən Azərbaycan Neft Sənayesi Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutunda işləməyə başlamış, 1984–2006-cı illər ərzində "Geoloji-kəşfiyyat işlərinin araşdırılması və layihələndirilməsi" laboratoriyasında böyük texnik, mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır. 1994–1995-ci illərdə könüllü olaraq cəbhəyə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə taqım komandiri kimi iştirak etmişdir. 2005-ci ildə "Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsi və Şamaxı-Qobustan rayonunun onunla həmsərhəd zolağının geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyasını "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə müvəffəqiyyətlə müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülmüşdür. 2006–2011-ci illərdə SOCAR-ın ""Neftqazelmitədqiqatlayihə" İnstitutunun" "Quyuların qazılmasının geoloji əsaslandırılması" laboratoriyasında müdir vəzifəsində, 2011–2014-cü illərdə "Axtarış-kəşfiyyat işlərinin təhlili və quyuların qazılma şəraitinin əsaslandırılması" laboratoriyasında müdir müavini vəzifəsində işləmiş, 2014-cü ildə həmin laboratoriyanın müdiri təyin edilmişdir. 2008–2013-cü illərdə "Amerika Neftçi Geoloqları Assosasiyası"nın bölməsi olan "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin vitse-Prezidenti, 2014-2015-ci illərdə isə "Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti"nin Prezidenti vəzifəsində çalışmışdır. 2006-cı ildən "Neft-qaz yataqlarının geologiyası, geofizikası, axtarışı və kəşfiyyatı"elmi- texniki şura bölməsinin,2014-cü ildən "AzNEFT"İB-də "Axtarış-kəşfiyyat, Neft və qaz Ehtiyatları, Neft və qaz yataqlarının işlənməsi üzrə Daimi fəaliyyət göstərən Komissiya"nın, 2017-ci ildən AMEA-nın "Geologiya və Geofizika İnstitutu"nun Yer elmləri üzrə dissertasiya müdafəsinin elmi seminarının üzvüdür. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 iyul tarixli qərarı ilə dosent elmi adı verilmlşdir. 2017-ci ildə "Neft və qaz sənayesinin inkişafında xüsusi xidətlərinə görə" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Fəxri Fərmanı ilə təltif edilmişdir.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.
Bukar Talibov
Bukar Talibov (12 fevral 1928, Bakı, SSRİ – 13 oktyabr 2003, Mahaçqala) — Sovet və rus dilçisi, fonologiya, tarixi leksikologiya, leksikoqrafiya və ləzgi dillərinin təsviri qrammatikası üzrə mütəxəssis. Filologiya elmləri doktoru (1980), Dağıstan Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının professoru (1994). Abxaziya Elmlər Akademiyasının fəxri akademiki (1997). Dağıstanın əməkdar elm xadimi. Milliyyətcə ləzgidir. == Bioqrafiyası == Bakıda Dağıstanın Axtı kəndindən olan fəhlə ailəsində anadan omuşdur. Doğulduqdan qısa müddət sonra ailə Dağıstana qayıdır və Qasımkənt bölgəsində yaşayır. Dərbənddə pedaqoji məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə Qafqaz filologiyası ixtisası üzrə daxil olmuşdur (1947). 1952-ci ildə Leninqrad Dövlət Universitetindən məzun olur, Saxur dilində bir ismin ayrılması ilə bağlı tezisini müdafiə edir. 1952–1955-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun aspiranturasında oxuyur.
Buker mükafatı
Buker mükafatı (tam adı Man Booker Prize for Fiction - Ədəbiyyat üzrə Men Buker mükafatı, 1968-2002-ci illərdə Buker-Makkonnel mükafatı) — ədəbiyyat sahəsində mükafat, hər il Britaniya Millətlər Cəmiyyəti və İrlandiya Respublikası vətəndaşına verilir. Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən təqdim olunmağa başlanılıb. Həmin vaxtdan 2002-ci ilə qədər onun mükafat fondu 21 min ingilis funt sterlinqinə bərabər olub. 2002-ci ildə Men Qrup şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra mükafat fondu 50 min ingilis funt sterlinqinə qaldırıldı.
Bukit Timah
Bukit Timah (malay Bukit Timah; çin. 武吉知马) — Sinqapurda hündürlüyü 163,63 metr (digər mənbələrə görə 176 m) olan təpə. Bu təpə Sinqapurun ən yüksək zirvəsi hesab edilir. Bukit Timax təpəsi adanın mərkəzində yerləşir. Təpə Sinqapurun mərkəzi bölgəsində, təxminən 10 km şəhər mərkəzindən kənarda yerləşir. Təpənin yerləşdiyi ərazi Bukit Timah adı tanınır. Bölgədə planlaşdırılan rayon da, Bukit Timah (ing. Bukit Timah Planning Area) və ya 11-ci rayon adlanılır (ing. District 11). == Adın mənası və tarixi == «Bukit Timah» — malay dilində «qalaylı təpə» mənasını verir.
Bukit yarımadası
Буки́т (ind. Semenanjung Bukit) — İnmdoneziyanın Bali adasının cənubunda yerləşən yarımmada. Yarımadanın sahəsi 104,13 km², əhalisi isə 64 min nəfərdir. Adının mənası indoneziya dilindən tərcümədə təpə deməkdir. Adanın ən məşhur turizm zonalarından hesab edilir. Bu baxımından yarımadanın şərq qutaracağı olan Nusa-Dua fərqlənir. Burada çoxlu sayda mehmanxanalar və turizm obyektlərinə rastlaşmaq mümkündür. == Coğrafiyası == Bukit yarımadası Malay arxipelaqı, Kiçik Zond adalarına daxil olan Bali adasının cənubunda yerləşir. Təxmini olaraq dairəvi formaya malikdir. Nisbətən qərbdən şərqə doğru uzanır.
Bəkir Mustafayev
Bəkir Dursun oğlu Mustafayev (11 fevral 1898, Axalsıx rayonu[d] – 10 dekabr 1978, Özbəkistan SSR) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 11 fevral 1898-ci ildə Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndində anadan olub. 1941-ci ildə Axaltsixe RHK-dan orduya getmişdir. 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub.Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib. Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib. 10 dekabr 1978-ci ildə vəfat edib. == Təltifləri == Lenin ordeni, "Qızıl Ulduz" medalı ilə təltif edilib. Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Bəkir Nəbiyev
Bəkir Əhməd oğlu Nəbiyev (21 avqust 1930, Ağdaş – 15 mart 2012, Bakı) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur.Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib.1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.Anası Seyid Zəhra 1898-ci ildə Ağdaşın, Üçqovaq kəndinin "Yuxarı başında", gənc yaşlarında dünyasını dəyişdiyi üçün üzünü görmədiyi Mir Sadıq babasının ailəsində doğulub. Namaz qılar,Quran oxuyar, oruc tutardı. Öz davranış və əməlləri ilə daim ailəsinə başucalığı gətirən anası Seyid Zəhra 1967-ci ildə vəfat edib.
Bəkir Tahirov
Bəkir Abbas oğlu Tahirov (29 dekabr 1940, Urud, Sisian rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksək temperaturlu ifratkeşiricilər” laboratoriyasının rəhbəri. == Həyatı == Bəkir Tahirov 1939-cu il dekabrın 29-da Ermənistan SSRın Sisyan rayonunun Urud kəndində anadan olub. 1958-ci Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) “Fizika” fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası nın Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə AMEAnın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Bi1-xSbx xəlitələrində elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən etibarən “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifrat keçiricilər” laboratoriyasına rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Bəkir Tahirov qidalandırıcı tətbiq etməklə Çoxlarski üsulunu təkmilləşdirərək yüksək keyfiyyətli Bi1-xSbx xəlitələrinin monokristallarını almağa nail olmuşdur. O,həmçinin, yüksək yüyürüklüyə malik yarımkeçiricilərdə yayılan helikon dalğalarının (sabit maqnt sahəsində yerləşdirilmiş plazmada yayılan aşağı tezlikli elektromaqnit dalğası) dispersiyasını, polyarizasiyanı tədqiq etmək üçün ölçü-rezonans üsulunu işləyib hazırlamışdır. Tahirov B. A elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektlərinin kompleks şəkildə tədqiqi imkanından istifadə edərək Bi1-xSbx (x≤0,25) bərk məhlullarında yükdaşıyıcıların enerji spektrini və səpilmə mexanizmini (77≤T≤300K) müəyyən etmişdir.
Bəkir Vahab
Bəkir Vahab (17 aprel 1915 – 1944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib. 1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb.
Bəkir Yusifov
Bəkir Yusifov (1956, Laçın) — Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri. == Həyatı == Bəkir Yusifov 1956-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1983-cü ildə V.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunu (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə fəhlə kimi başlamış, texnik-konstruktor, 1981-1984-cü illərdə 10№-li texniki peşə məktəbində azad tələbə həmkarlar ittifaqı komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 16 iyul 1993-cü ildə Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir. AHİK Məclisinin və İcraiyyə Komitəsinin üzvüdür. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı, Rusiya Mülki Aviasiyasının 80 illik, 85 illik yubiley medalları, Rusiya Müstəqil Həmkarlar İttifaqlarının 100 illik medalı, Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqları hərəkatındakı fəaliyyətinə görə" gümüş medalı, Belarus Həmkarlar İttifaqları Federasiyasının "100 illik" medalı, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının "Şərəf nişanı" ilə təltif edilmişdir. Milli Aviasiya Akademiyasının dissertantıdır, 6 monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Bəkir Aslan oğlu Yusifov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Evlidir. İki övladı var.
Bəkir Çobanzadə
Bəkir Vahab oğlu Çobanzadə (krımtat. Bekir Vaap oğlu Çoban-zade; 27 may 1893, Belaqorsk (Krım), Tavriya quberniyası[d] – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), filologiya elmləri doktoru (1920), professor (1922). == Həyatı == Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908–1918). İlk şerlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir.
Natalya Buksa
Natalya İqorevna Buksa (ukr. Ната́лія Ігорівна Букса; doğ. 6 noyabr 1996, Lvov) — Ukrayna şahmatçısı, 20 yaşa qədər qızlar arasında dünya çempionu (2015). Qadınlar arasında qrosmeyster (2015). O, FİDE-nin 2016-cı ilin dekabr ayına olan reytinq siyahısında 2264 xalla 269-cu yerdə qərarlaşıb (Ukrayna şahmatçıları arasında 13-cü yer). Məşqçiləri Vladimir Qrabinski ilə Yuri Privalovdur. Atası şahmat kateqoriyasına malikdir, Buksanı şahmata məhz o həvəsləndirib. İvan Franko adına Lvov Milli Universitetinin tələbəsidir. == Şəxsi həyatı == 2018-ci ilin may ayında azərbaycanlı şahmatçı Rauf Məmmədovla nişanlanıb. == İdman nailiyyətləri == 2004 — 8 yaşa qədər qızlar arasında Ukrayna vitse-çempionu.
Nemət Bəsir
Nemət Bəsir (tam adı: Nemət Ağabala oğlu Hacıyev; 20 mart 1889, Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1943, bilinmir) — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Hacıyev Nemət Ağabala oğlu 1889-cu il martın 20-də Bakı quberniyasının Balaxanı kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Kiçik yaşlarından bədii ədəbiyyata güclü meyl göstərmişdir. Mirzə Ələkbər Sabirlə Balaxanı kənd məktəbində işləməsi və dostluq əlaqəsi onda yazıb-yaratmaq həvəsi oyatmışdır. Şerlərini "Dəli Nemət", "Əyyar", "Məşəl", "Köhnə Əyyar" gizli imzalan ilə dərc etdirmişdir. Onun şerlərindən xoşlanan M.Ə.Sabir rəvayətə görə ona "Bəsir" təxəllüsünü vermişdir. İnqilabdan əvvəl dövri mətbuatda müntəzəm çıxış etmiş, bir sıra kitabları nəşr olunmuşdur. Repressiyaya məruz qalmış şair Sibirə sürgün edilmişdir. Bəzi mülahizələrə görə, sürgündən qayıdarkən yolda acından və soyuqdan vəfat etmişdir.
Trevor Buker
Trevor Buker (25 noyabr 1987) — professional amerikalı basketbolçu. NBA-də Filadelfiya 76ers klubunda çıxış edir. Mövqeyi uzun hücumçudur.
Yekabs Bukse
Yekabs Bukse (latış. Jēkabs Bukse‎, rus. Екабс Буксе; d. 14 iyun 1879, Livoniya, Latviya — 12 may 1942, Solikamsk, Rusiya) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Yekabs Bukse Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etmişdir. == Karyerası == Yekabs Bukse birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. == Tarixçəsi == 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Alen Bokşiç
Alen Bokšić (səslənmə: [bǒkʃitɕ] ; 21 yanvar 1970[…], Makarska, Split-Dalmatiya jupaniyası[d]) — Xorvatiyalı keçmiş peşəkar futbolçu. Karyerasının çox hissəsini Fransa və İtaliyada keçirib. Hücumçu mövqeyində oynayıb. Yaxşı texnikası və fiziki gücü ilə məşhur olub. Xorvatiya milli futbol komandasının tarixinin ən böyük oyunçularından biri kimi qəbul edilir."Marsel" klubu ilə Bokşiç 1992–93 UEFA Çempionlar Liqasının qalibi olur və 1993-cü ildə Avropada ilin futbolçusu sorğusunda dördüncü seçilir. Elə həmin il o, Xorvatiyada ilin futbolçusu seçildi. Futbolçu həmçinin 1997 və 2000-ci illərdə müvafiq olaraq "Yuventus" və "Latsio" ilə iki A Seriyası şempionluğu titulunu qazanıb. Futbolçu 1980-ci ildən A Seriyası tarixində ən yaxşı əcnəbi oyunçulardan biri kimi qəbul edilir.1990-cı ildə İtaliyada keçirilən FIFA Dünya Kubokunda Yuqoslaviya millisinə dəvət alsa da, 20 yaşlı Bokşiç turnirdə meydana çıxmır. Xorvatiya Yuqoslaviyadan müstəqillik qazandıqdan sonra Bokşiç 1990-cı illərdə baş məşqçi Miroslav Blazeviçin rəhbərliyi altında Xorvatiya millisinin əsas hissəsinə çevrilir. O, 1996-cı il Avropa Çempionatında Xorvatiya millisin əsas heyətində yer alır.
Buldır adası
Buldır adası (ing. Buldir Island, aleut. Идмааҳ) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan kiçik ada. == Coğrafiya == Ada su üstü bir qayalığı təşkil edur. Uzunluğu 7 km, eni 3–4 km təşkil edir. Ərazisi dağlıqdır. Əsasən tundra bitkiləri ilə örtülmüşdür. Adada iki vulkan vardır: Buldır (656 m) və Vostoçnı (580 m). Soyuq dəniuz iqliminə malikdir. Duman və atmosfer yağıntıları adı haldır.
Müasir Müsavat
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir beşnövçülük
Müasir beşnövçülük — eyni gün ərzində atıcılıq, qılıncoynatma, sərbəst üzmə, ata minmə və sonda 3000 metrlik qaçışdan ibarət olan idman növüdür. Bu idman növü Union Internationale de Pentathlon Moderne (UIPM) (Beynəlxalq Müasir beşnövçülük federasiyası) tərəfindən idarə olunur. == Tarixi == Bu idman növü müasir olimpiya oyunlarının qurucusu olan Pierre de Kubert tərəfindən yaranmışdır. Oyunun adı yunanca 5 mənasını verən penta sözündən törəyib. İdman ilk dəfə 1912-ci ildə Yay Olimpiya oyunlarında oynandı və oyunun ilk qalibi İsveçli atlet Gösta Lilliehöök oldu. Qadın beşnövçülər isə bu idman növündə 2000-ci ildən keçirilən Yay Olimpiya oyunlarında iştirak etdilər. == Oyun qaydaları == Ümumiyyətlə, beşnövçülüyün qaydası onu təşkil edən idman növlərinin qaydası ilə tam eynidir, lakin at ilə maneələrdən keçmədə idmançılar minəcəkləri atı təyin etmələri üçün püşk atırdılar. İdmançılar turnirdən əvvəl atla 20 dəqiqə ərzində 5 maneədən keçirlər ki, atlarını tanısınlar.
Müasir buzlaşma
== Müasir buzlaşma == Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. === Bazardüzü buzlağı === Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. === Bazaryurd buzlağı === Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin “freydizmi” , Ogüst Kontun “ pozitivizmi” , Ralf Uold Emersonun “Transsendentalizmi” kimi fikirlərlə yanaşı “Postanarxizm” və “SSRİ fəlsəfəsi” kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. == Freydizm == Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu «mən» iki obyektiv qüvvənin– «o» ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. «Moisey və monoteizm» əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. == Əhatə dairəsi == Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir.Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır. Londonda Müasir İncəsənət Cəmiyyətinin əsası 1910-cu ildə tənqidçi Rocer Fray tərəfindən, ictimai muzeylərin yerinə sənət əsərlərini alan şəxsi cəmiyyət kimi qoyulmuşdur.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. == Dövrləşmə == Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Vasili Şukşin
Vasili Makaroviç Şuşkin (rus. Василий Макарович Шукшин; 25 iyul 1929[…] – 2 oktyabr 1974[…]) — rus yazıçısı, kinossenarist, kinoaktyor, kinorejissor. == Həyatı == Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri — həmin ərazinin yetirmələri, ortabab kəndlilər idilər. 1960-cı illərin əvvəlində bir-birinin ardınca Şukşinin bədii əsərləri işıq üzü görməyə başladı. "Həqiqət", "Nurlu ürəklər", "Stepkinin məhəbbəti" hekayələri 1961, "İmtahan", "Dirsəkli vallar", "Jurnalistika fakültəsindən Jelya Seleznyova" əsərləri 1962-ci ildə nəşr olundu. 1963-cü ildə "Gənc qvardiya" nəşriyyatında Şukşinin "Kənd sakinləri" adlı ilk toplusu çapdan çıxdı. Həmin il "Novıy mir" jurnalında onun iki hekayəsi dərc edildi: "Əla sürücü" və "Qrinka Malyuqin" ("Onlar Katundandırlar" silsiləsindən). Bu hekayələr əsasında Şukşin "Belə bir oğlan yaşayır" adlı ilk tammetrajlı filminin ssenarisini yazır. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festivalında "Kalina Krasnaya" ("Qırmızı Başınağacı") əsas mükafata layiq görüldü.
Baksı Muzeyi
Baksı Muzeyi — Türkiyədə fəaliyyət göstərən muzeylərdən biri. == Haqqında == Kitabxana, konfrans, sərgi salonlarından ibarət 40 hektarlıq bir ərazidə yerləşir. 2005-ci ildə tanınmış Türk alimi, professor Hüsaməddin Koçanın təşəbbüsü ilə Baksı Mədəniyyət Vəqfi yaradılmışdır və uzun sürən çalışmalardan sonra məhz bu vəqfin bazası əsasında Baksı Muzeyi müstəqil olaraq 2010-cu ildə istifadəyə verilmişdir. Muzey bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür.
Başir Rameev
Başir Rameev (tatar. Bəşir Iskəndər uğlı Rəmiev, Бәшир Искәндәр улы Рәмиев, rus. Баши́р Исканда́рович Раме́ев; d. 1 may 1918, Baymak, Başqırdıstan, Rusiya) — "Ural" hesablama maşınları ailəsinin baş konstruktoru. O, baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlamışdır. == Həyatı == Başir Rameev 1 may 1918-ci ildə Rusiyanın Başqırdıstan Respublikasının Baymak şəhərində anadan olub. Ziyalı tatar ailəsindən olan Başirin babası Zakar Rameev məşhur qızıl mədənçisi və Rusiya Dövlət Dumasının üzvü olub. Atası İsgəndər Rameev "Başzoloto" trest laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. 1935-ci ildə Başirin ailəsi Ufaya köçür. O, uşaqlıqdan radiotexnika ilə maraqlanır, zirehli qatarın radio ilə idarə olunan modelini hazırlayır və 17 yaşında Ümumittifaq İxtiraçılar Cəmiyyətinin üzvü olur.