Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yurmala
Yurmala (latış. Jūrmala‎) — Latviyanın Vidzeme diyarında Riqa körfəzinin sahilində yerləşən kurort şəhəri.
Burğac
Burğac — çilingər aləti olub, yivli bərkidici hissələrin bağlanması və açılması üçün yerinə yetirilən burma hərəkətini icra etmək üçün tətbiq edilir. İlk dəfə burğacın tətbiqinə 17-ci əsrdə rast gəlinir. Metal burğacların 19-cu əsrdə metaləksən dəzgahların ixtirası ilə əlaqədar olaraq əhəmiyyəti artmağa başlamışdır. Ona görə ki, metalların emalı ona qədər çətin olduğundan vintlərin istehsalı da məhdud idi. Vintlər əllə bülövlənirdilər. Burğac dəstəkdən və tildən ibarətdir. Dəstək adətən ağac və ya rezindən, til olan hissə isə metaldan hazırlanır. Dəstəyin diametri 10-40 mm civarında yerləşir. Bu ölçü yivli hissəyə tətbiq olunan fırladıcı momentin qiymətindən asılı olaraq seçilir. Kiçik hissələrin bərkidilməsində dəstəyi kiçik olan burğaclardan istifadə edilir ki, tətbiq olunan qüvvə hissəni zədələməsin.
Burma
Burma — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiyası == == Tarixi == Kənd 1918-ci ildə salınmışdır. == Əhalisi == Əhalisi 433 nəfərdir (2002). === Nəsillər === Cəfəroğluları — 1918-ci ildə kənddə ilk olaraq məskunlaşmış və kənddəki ən böyük nəsildir.
Darçınlı burmalar
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Burana qülləsi
Burana qülləsi – Qırğızıstanın Tokmok şəhəri yaxınlığındakı Qaraxanlıların paytaxtı olan Balasaqundakı qala. == Haqqında == İpək yolu üzərində olan Burana qalası Qaraxanlı dövləti dövründə həm minarə, həm də nəzarət qülləsi funksiyasını yerinə yetirmişdir. IX əsrin sonlarında inşa edildiyi zaman yüksəkliyi 45 metr olan qüllə XV əsrdəki zəlzələdən sonra 25 metrə enmişdir. 1900-cü illərin əvvəllərində əraziyə gələn rus mühacirləri qüllədəki bəzi kərpicləri yeni tikinti layihələri üçün istifadə etdilər. 1970-ci illərdə təməlini bərpa etmək və dağılmaq təhlükəsi ilə üzləşən qüllənin qərb tərəfini təmir etmək üçün təmir layihəsi həyata keçirilmişdir. Buraninsky yaşayış məntəqəsi və onunla birlikdə minarə XIX əsrin ortalarından bəri rus alimləri və yerli tarixçilər tərəfindən tədqiqat obyekti olmuşdur. Onların tədqiqinə yerli tarixçilər F. V. Poyarkov, V. D. Gorodetsky, A. M. Fetisov, N. N. Pantusov, V. P. Rovnyagin və görkəmli rus şərqşünası V. V. Bartold töhfə vermişlər. İnqilabdan əvvəlki dövrdə Qırğızıstan ərazisində arxeoloji tədqiqatların əhəmiyyətinə baxmayaraq, onlar təbiətdə təsadüfi, həvəskar idi. Abidələrin qorunması üçün tədbirlər görülməyib. == Hekayəsi == Qala ilə əlaqəli bir əfsanədə deyilir ki, güclü bir xanın bir qızı dünyaya gəldi.
Burma pişiyi
Burma pişiyi — Birma qısatüklü pişik cinsi. 1930-cu illərdə ABŞ-də Birmadan gətirilmiş pişiyin nəsli əsasında yetişdirilmişdir. Bədəni əzələli, görün düyün dən ağırdır. Başının almacıq sümükləri çıxıq (enlisifət), burnu dibindən əyilmişdir. Gözləri sarı, girdə və ya üst xətti düzlənmişdir. Tükü zərif, parlaq, bədəninə sıx yapışan, tiftiksizdir. Rəngi qəhvəyi, mavi, tünd-qəhvəyi, bənövşəyi, qırmızı, açıq-sarı və onun müxtəlif çalarlarındadır. Burma pişiyinin bədəninin alt hissəsi belinə nisbətən azca açıq rəngdədir. Adamayovuşan və oynaqdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Darçınlı burma
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Carmina Burana (Orf)
Boyern nəğmələri və ya Karmina Burana (lat. Carmina Burana; tam adı."Carmina Burana: Cantiones profanae cantoribus et choris cantandae comitantibus instrumentis atque imaginibus magicis" - Boyern nəğmələri: Musiqi alətlər və ovsunlu rəsmlərin müşayəti ilə müğənnilər və xor qrupları tərəfindən oxunması üçün sekulyar nəğmələr ) – alman bəstəkarı Karl Orf tərəfindən 1935 – 1936 – cı illərdə bəstələnmiş tetral kantata. Əsərin mövzusu orta əsrlərə aid şeirlər dəsti olan "Carmina Burana"dan götürülüb. Əsərin tam adı belədir: "Carmina Burana: Cantiones profanж cantoribus et choris cantandж comitantibus instrumentis atque imaginibus magicis" (Beuern mahnıları: İfaçıları və xorun musuqi alətləri və sehirli görüntülərlə ifa etməsi üçün). "Carmina Burana", "Catulli Carmina" və "Trionfo di Afrodite" kontataları ilə birgə "Trionfo" adlı dəstin tərkib hissəsidir. Carmina Burananın ən məşhur hissəsi əsəri açılışı və bağlanışında ifa edilən "Fortuna Imperatrix Mundi" ("O Fortuna") hissəsidir. == Məzmun == 1934 – cü ildə Orf Carmina Burana əsərinin İohann Andreas Şmeller tərəfindən 1847 – ci ildə yazılmış mətni ilə rastlaşır. Latın və yunan dillərini öyrənən gənc tələbə Maykl Hofmann Orfa "Carmina Burana" toplusuna daxil olan 24 şeirdən hissələri əsərin librettosu üçün seçməyə yardım etmiş və onlardan böyük hissəsi latın dilində, bir hissəsi isə alman dili və qədim Provansal dilində olmuşdur. Seçim geniş mövzu rəngarəngliyini əhatə etməklə XIII əsrdə məşhur olan, XXI əsrdə isə daha çox şans və zənginlik, həyatın keçici təbiəti, Baharın qayıtmasının gətirdiyi əyləncə və zövq, içkinin təhlükəliyi, acgözlülük, qumarbazlıq və şəhvət kimi mövzulardan ibarət idi. == Təqdim == Carmina Burana ilk dəfə 8 iyun, 1937 – ci ildə Frankfurtda, Frankfurt Opera Teatrı tərəfindən (rəhbər: Bertil Vetzelberq, xor Sisilensor, səhnələşdirmə Oskar Volterlin, kostyumlar Oskar Volterlin) ifa edilmişdir.
Karmina Burana (kantata)

Məhəmməd Sofian Bucaca
Məhəmməd Sofian Bucaca (8 noyabr 1983) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. Məhəmməd Sofian Bucaca Əlcəzairi 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Bursada Azərbaycan bayrağı qalmaqalı
Bayraq qalmaqalı — Azərbaycan və Türkiyə münasibətlərində 2009-cu ildə baş vermiş gərgin siyasi mərhələ. == Tarixi == Azərbaycan və Türkiyə arasında "Bayraq qalmaqalı" 14 oktyabr 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra başlanmışdır. Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdir. Bakıdakı Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə 1999-cu ilə qoyulmuş abidənin ətrafından bayraqlar 2009-cu il oktyabrın 16-da götürülmüşdü. Dəmir bayraq dirəkləri kəsilib çıxarılmış, yerinə daş plitələr döşənmişdi. Bursadakı matçda baş verənlərlə əlaqədar olaraq Bursa valisi Şahabəddin Harput 24 oktyabrda keçirdiyi ayrıca mətbuat konfransında bununla bağlı açıqlama verərək bildirmişdir ki, Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarının yerə atılmasına görə bir amir (polis rəisi, yaxud rəis müavini vəzifələrinə uyğun gəlir) və 2 polis əməkdaşı haqda intizam araşdırmasına başlanıb, polislərdən biri işindən kənarlaşdırılıb. Harput demişdir ki, stadiona girişdə, nəzarət və aramalar əsnasında bəzi Azərbaycan bayraqlarının mətbuatda yer alan xoş olmayan görüntüləriylə bağlı valilikdə aparılan araşdırma artıq bitmişdir. Bunun üçün polisin özünün qeydə aldığı kamera görüntüləri, xəbərin yer aldığı 10 beynəlxalq telekanal, 3 yerli kanal, yerli və beynəlxalq mətbuat orqanlarında çıxan foto və xəbərlər incələnmişdir.
Burada başlanmışdır (film, 1974)
Burada başlanmışdır qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda neft və qaz sənayesinin təşəkkül tapması və inkişafının ən mühüm mərhələlərindən söhbət açılır. == Məzmun == Filmdə Azərbaycanda neft və qaz sənayesinin təşəkkül tapması və inkişafının ən mühüm mərhələlərindən, Bakının SSRİ-də birinci neft bazası kimi rolundan, neftçi kadrları hazırlayan əsas tədris ocağı olmasından, qəhrəman neftçilərimizin işindən, neftçi alimlərimizdən, neftçilərimizin Bolqarıstanda, İraqda, Əlcəzairdə, Hindistanda, Əfqanıstanda, Kubada, Suriyada və digər xarici ölkələrdə neft sənayesinin inkişafı sahəsindəki xidmətlərindən söhbət açılır. Filmdə biz əfsanəvi neft ustası Piri kişi və öz işinin professoru Gülbala Əliyev, məşhur neftçilərdən Ağa Nemətulla, Mixail Kaveroçkin və Qurban Abbasov, Sibir bahadırı, geoloq Fərman Salmanov, dəniz buruq ustası Məmməd Qəmbərov, professor Əyyub Tağıyev, akademik Məmmədpaşa Quluzadə və başqaları ilə tanış oluruq. == Festival və mükafat == 1975-ci ildə Kişinyovda VIII Ümumittifaq kinofestivalında film böyük sovet neft tarixinin obrazlı bərpasına görə münsiflər heyətinin xüsusi diplomuna layiq görülmüşdür.
Alisa artıq burada yaşamır
Alisa artıq burada yaşamır (ing. Alice Doesn't Live Here Anymore) Oskar mükafatlı, 1974-cü ilin filmidir. Rejissoru Martin Skorseze, ssenarisi isə Robert Getçeldir. Baş rolun ifaçısı Elen Börstin ən yaxşı qadın roluna görə "Oskar"a layiq görülmüşdür. == Məzmun == Alisa yenicə dul qalmış gənc qadındır. O, 11 yaşlı oğlu ilə yeni həyat qurmaq üçün Montereyə yollanır. Onun məqsədi yenidən müğənni olmaqdır, lakin o Montereyə çatmamış başına bir çox əhvalat gəlir.
Qocalara burada yer yoxdur
Burada qocalara yer yoxdur (ing. No Country for Old Men) — Coel və İtan Koenin Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller filmi. 2008-ci ildə "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə. Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər.
Burada qocalara yer yoxdur
Burada qocalara yer yoxdur (ing. No Country for Old Men) — Coel və İtan Koenin Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller filmi. 2008-ci ildə "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə. == Məzmun == Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər.
Şəfəqlər burada sakitdir (film, 1972)
...Şəfəqlər burada sakitdir (rus. ...А зори здесь тихие) — rejissor Stanislav Rostotskinin 1972-ci ildə çəkdiyi sovet bədii filmi. Film Böyük Vətən müharibəsi illərində baş verən hadisələrdən bəhs edir. Starşina Fyodot Vaskovun (Andrey Martınov) komandalıq etdiyi beş zenitçi qızdan ibarət kəşfiyyat dəstəsi böyük qəhrəmanlıqlar göstərir, sonda Fyodot Vaskovdan başqa bütün kəşfiyyat dəstəsi faşistlərlə döyüşdə həlak olur. Film iki hissəlidir: 1-ci seriya — "İkinci eşelonda" (rus. Во втором эшелоне) 2-ci seriya — "Yerli əhəmiyyət daşıyan döyüş" (rus. Бой местного значения) Almatıda keçirilən Ümumittifaq kinofestivalının birincilik prizi — 1973 Venesiyada keçirilən Venesiya Film Festivalı birincilik prizi — 1972 "Sovet ekranı" jurnalında 1972-ci ilin ən yaxşı filmi sorğusunun qalibi — 1972 "Xarici dildə ən yaxşı film" kateqoriyasında Oskar mükafatı nominasiyası — 1973 SSRİ dövlət mükafatı — 1975 və Lenin komsomolu mükafatı — 1974 Драпеко, Елена. Лиза Бричкина — навсегда. М.: Эксмо, 2005. — 352 с.
Alisa artıq burada yaşamır (film, 1974)
Alisa artıq burada yaşamır (ing. Alice Doesn't Live Here Anymore) Oskar mükafatlı, 1974-cü ilin filmidir. Rejissoru Martin Skorseze, ssenarisi isə Robert Getçeldir. Baş rolun ifaçısı Elen Börstin ən yaxşı qadın roluna görə "Oskar"a layiq görülmüşdür. == Məzmun == Alisa yenicə dul qalmış gənc qadındır. O, 11 yaşlı oğlu ilə yeni həyat qurmaq üçün Montereyə yollanır. Onun məqsədi yenidən müğənni olmaqdır, lakin o Montereyə çatmamış başına bir çox əhvalat gəlir.
Qocalara burada yer yoxdur (film, 2007)
Burada qocalara yer yoxdur (ing. No Country for Old Men) — Coel və İtan Koenin Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller filmi. 2008-ci ildə "Oskar"a olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə, ən yaxşı rejissor işinə görə və ən yaxşı orijinal ssenariyə görə. Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özünə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər.
Bardaça gölü
Bardaça gölü (serb. Језеро Бардача) — Göl və bataqlıqlardan ibarət olan su sistemi Bosniya və Herseqovinanın tərkibinə daxil olan Bosniya Serb Respublikasının şimalında qərarlaşır. Bu su kompleksinə su basmış quru sahələri və meşə sahələri daxildir. == Xüsusiyyəti == Göl təqribi olaraq Banya-Lukadan 30 kilometr aralıda yerləşir. Gölün uzunluğu 5,5 km, eni 1,7 km, maksimal dərinliyi 2,5 metrdir. Gölün ümumi sahəsi 7,32 km²-dir. Göl və ətrafında yerləşən bataqlıqlar qorunan təbiət abidəsi elan edilmişdir. Göl dəniz səviyyəsindən 100 metr yüksəklikdə qərarlaşır. Gölün yerləşdiyi rayon ərazisindən üç çay axır: Matura, Stublaya və Brzaya. Bu üç çay naviqasiya üçün yararlı deyil.
Burça Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.