Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • CANPOLAD

    polad ruhlu, polad ürəkli; güclü, qüvvətli, qorxmaz(Çin dilində « böyük sədrəzəm» mənasında olub, sərkərdə və əmirlərə verilərdi)

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • CANPOLAD

    Farscadır, “canı polad kimi möhkəm olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • CANPOLAT

    polad ruhlu, polad ürəkli; güclü, qüvvətli, qorxmaz(Çin dilində « böyük sədrəzəm» mənasında olub, sərkərdə və əmirlərə verilərdi)

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • CANBULAD

    canı polad kimi olan; polad ürəkli, polad canlı

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • XANPOLAD

    xan Polad; polad kimi möhkəm xan

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • QANPOLAD

    polad kimi möhkəm xan; qüvvətli, güclü, yenilməz

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • XASPOLAD

    saf polad, xalis polad; möhkəm, sağlam

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • AYPOLAD

    Ay poladı, Ay kimi təmiz polad

    Tam oxu »
    Azərbaycan kişi adlarının izahlı lüğəti
  • TƏRBİYƏ

    1. TƏRBİYƏ [Canpolad:] Çünki bu həyatın içərisində tərbiyə tapmış xalqı istismar etmək üçün çox çətindir (M.S.Ordubadi); ƏDƏB Hərəkətdə olur ədəb məlu

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • AXŞAMÇAĞI

    AXŞAMÇAĞI – SƏHƏRÇAĞI Axşamçağı Canpoladın qapısı vuruldu (M.S.Ordubadi); Sığırçınlar səhərçağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gət

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • KƏND

    ...□ Kənd salmaq – yaşayış yeri düzəltmək, yeni kənd bina etmək. [Canpolad:] Bu kənd salınandan bu günə qədər oğurluq hadisəsi görünməyibdir. M.S.Orduba

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • İKİNCİSİZ

    sif. İkincisi olmayan, əvəzsiz, tayı, bərabəri olmayan. [Xaspolad:] [Oqtay] Azərbaycan səhnəsinin doğma anası olan ikincisiz böyük bir sənətkar, sarsı

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • QAROVULÇU

    ...istəyirəm, – deyə Şeyda gözlərini Arazın gözlərinə dikdi. A.Şaiq. Xaspolad qarovulçunun lovğa-lovğa danışdığını görərkən əsəbiləşdi. M.Hüseyn.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SUFLYÓR

    [fr. souffleur] Artistlərə suflyorluq edən teatr işçisi. [Oqtay:] Xaspolad, haydı, sən də get, suflyordan kitabı al, sözlərinə bax. C.Cabbarlı. Belə b

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SAPSAĞLAM

    ...Şükür, çox şükür, sapsağlam, könlü şad; Bu gün, yarın gəlmək üzrə Qanpolad. H.Cavid. [Kərim baba] yaşlı olduğu halda, daima açıq, geniş çöllərdə yaşa

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • QƏNBƏRQULU

    is. dan. Cəncəl, əngəl, xata. Bu işin qənbərqulusu var. – [Xaspolad:] İnsanın gərək zatında qənbərqulu olmasın. C.Cabbarlı. ◊ (İçindən) qənbərqulu çıx

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • BAĞIR

    ...bağrını dağlar (S.Rüstəm). BAĞIR III f. Bərk qışqırmaq, çığırmaq. Xaspolad bir də ucadan bağırdı (M.Hüseyn).

    Tam oxu »
    Azərbaycan dilinin omonimlər lüğəti
  • MÜRƏKKƏBLİK

    ...bilir ki, onu dərin və çıxılmaz bir quyuya atmışlar (M.İbrahimov); Xaspolad onların heyrətinə səbəb olan bir sadəlik və yüngüllüklə dedi (M.İbrahimov

    Tam oxu »
    Azərbaycan dilinin antonimlər lüğəti
  • CƏNCƏL

    ...xatalı adamdan gen dolanmaq məsləhətdi (H.Abbaszadə); QƏNBƏRQULU Xaspolad: İnsanın gərək zatı qənbərqulu olmasın (C.Cabbarlı); ƏNGƏL (bax); QALMAQALL

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • SAPAND

    is. Daş atmaq üçün qədim silah. [Xaspolad:] …Sapandımı görmədin? Budur bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, başın-

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • HAQSIZ

    ...Haqsız yerə – əbəs, nahaq, heç bir ehtiyac olmadan, boş yerə. [Qanpolad:] Səlim! Burax, haqsız yerə tökmə qan. H.Cavid. Xanım haqsız yerə [Sarıköynəy

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • BAĞIRMAQ

    ...M.Müşfiq. [Səriyyə xala] bağırmaq, ağlamaq istəyir, bacarmırdı. M.İbrahimov. Xaspolad bir də ucadan bağırdı. M.Hüseyn. □ Bar-bar bağırmaq – şiddətlə,

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ORUC

    ...günçıxandan günbatana qədər heç bir şey yeyib-içməmək, ac qalmaq. [Xaspolad:] Vallah, indi heç orucluqda da oruc tutmuram. C.Cabbarlı. Orucunu yemək

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ƏVVƏL

    ...(M.Ə.Sabir); İRƏLİ [İbad:] Üç gün bundan irəli iki yoldaşımız, Xaspolad və Qarabəkir, qazyonnu poçt üstə düşürlər, bir-iki güllə atan kimi igid çapar

    Tam oxu »
    Azərbaycan dilinin sinonimlər lüğəti
  • YARMAQ

    ...yoxsa vallah, bu daşnan vurub başınızı yararam. C.Məmmədquluzadə. [Xaspolad:] Sapandımı görmədin? Budur bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra ç

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • SÜD

    ...məmnunluğunu bildirən ifadə. [Səlma:] Südüm halal olsun, oğul! Qanpolad! H.Cavid. Anasının südü halal olsun! – yaxşı, nəcib uşaq haqqında. Halal süd

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÇEVİRMƏK

    ...ardı-arası kəsilmədən bıqdıracaq dərəcədə təkrar etmə mənasında. [Xaspolad:] Görmürsən, Oqtay, keçən qış bir söz demişəm, hələ çevir tatı, vur tatı.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • DÜZ

    ...kənara sapmadan, dübbədüz. Nişanı düz vurmaq. Düz nişan almaq. – Xaspolad … düz dəstəbaşının kəlləsini nişan alıb bağırırdı… M.Hüseyn. 7. Əd. mənasın

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ÇIXMAQ

    ...addımlarla sakin olduğu evin pilləkənlərini yuxarı çıxırdı. S.Hüseyn. Xaspolad kəndin ortasındakı hündür təpəyə çıxdı. M.Hüseyn. 5. Göyərmək, bitmək,

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • KƏNAR

    ...Mövzudan kənara çıxmaq; 2) bir qədər aralanmaq, azacıq uzaqlaşmaq. Xaspolad dəstədən kənara çıxıb əsgəri kazarmaya doğru getdi. M.Hüseyn. Kənara tull

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • CAN

    ...[Səlma:] Həsrəti könlündə can verən övlad; Ah! Qəhrəman oğul! Nakam Qanpolad! H.Cavid. Qılınclar, nizələr keçdi döşündən; Cəllada can verdi, dilində:

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • YER

    ...zari Həsənin. Aşıq Həsən. [İsmət:] Ah, qanın yerdə qaldımı, Qanpolad?! H.Cavid; 2) nəzarətsiz qalmaq, baxımsız qalmaq, köməksiz qalmaq, himayəsiz qal

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
OBASTAN VİKİ
Canpolad Budaqov
Canpolad Budaqov — Uşu-sanda üzrə Avropa (1996-cı il) və Dünya (1999-cu il) birincisi; Azərbaycan yığmasının sabiq məşqçisi
Canpolad Rzayev
Canpolad Rzayev (26 fevral 1968, Ağdam rayonu – 26 fevral 1992, Xocalı) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1968-ci il 26 fevral Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canpolad raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq vətənə döndü. == Döyüşlərdə iştirakı == Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi…erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların, körpələrin başlarını kəsir, evləri yandırırdılar. Bu xəbəri alan Canpolad tankına oturaraq Qaraqaya kəndinə üz tutdu. Burada xeyli erməni quldurunu sərrast atəşlərlə məhv edən cəsur döyüşçü yüzlərlə dinc sakinin mühasirədən çıxmasına şərait yaratdı. Hər tərəfdən atəşə məruz qalan Canpolad döyüş meydanında qəhrəmancasına həlak oldu.
Canpoladzadə Hüseyn Paşa
Canpoladzadə Hüseyn Paşa (ö. 16 fevral 1680) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Canpoladzadə Mustafa Paşanın oğlu olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra 1664-cü ilin yanvarında qapıçılar kəndxudası, 1664-cü ilin aprelində ikinci, 1665-ci ilin mayında isə baş miraxur olaraq xidmət etməyə başladı. 1671-ci ilin iyulunda vəzir rütbəsiylə Bosniya, 1672-ci ilin aprelində Budin, 9 iyun 1673-cü ildə Misir bəylərbəyi təyin edildi. Ancaq 16 may 1675-ci ildə vəzifədən alındı və Van bəylərbəyi oldu. Bu vəzifədə ikən 16 fevral 1680-ci ildə vəfat etdi. == Mənbə == Sicill-i Osmani III. İstanbul: Mehmed Süreyya. səh. 39.
Canpoladzadə Mustafa Paşa
Canpoladzadə Mustafa Paşa (ö. iyun 1636) — Osmanlı sultanı IV Murad dönəmində kaptan-ı dərya olan dövlət xadimi. Əli Paşanın oğlu olub, Əndərunda yetişmiş, 1629-сu ildə baş miraxur təyin edilmişdir. 1630-cu ildə vəzir rütbəsiylə kaptan-ı dərya təyin edilmişdir. 1633-cü ildə vəzifədən alınaraq Anadoluya sürgün edildi. Burada artan zülmü və özbaşınalığı səbəbilə 1636-cı ilin iyununda edam edilmişdir. Oğlu Hüseyn Paşadır. == Mənbə == Sicill-i Osmani IV cild, səh. 165.
Xaspolad
Xaspolad — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaspolad oyk, sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) ətəklərindədir. Kəndin keçmiş adı Xaspolad qışlağı olmuşdur. Kəndin ərazisi XVIII əsrdə Xaspolad adlı şəxsə məxsus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir və kəndin adındakı qışlaq sözü də ixtisara uğramışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 367 nəfər əhali yaşayır.
Daşpolad Tayib
Daşpolad Tayib (uyğ. تاشپولات تېيىپ, çin. ənən. 塔西甫拉提・特依拜, pinyin: tǎxīfǔlātí tèyībài; 1958) — uyğur əsilli Çin coğrafiyaşünası. 2010-cu ildən 2017-ci ilədək Sincan Universitetinin prezidenti vəzifəsində çalışmış olan Tayibə Çin hökumətinin keçirdiyi gizli məhkəmədə ölüm hökmü verilmişdir. == Həyatı == Daşpolad Tayib 1958-ci ildə Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda, yerli bir uyğur ailəsində anadan olmuşdur. Tayib 1978-ci ildə coğrafiya təhsili almaq üçün Sincan Universitetinə daxil olmuş və 1983-cü ildə oradan məzun olmuşdur. O, 1988-ci ildə Yaponiyaya, Tokio Elm Universitetində magistr və doktorantura təhsili almaq üçün getmiş və burada 1992-ci ilin martında tətbiqi coğrafiya üzrə mühəndislik fəlsəfə doktoru olmuşdur. Tayib 1993-cü ildə Sincan Universitetinin Coğrafiya fakültəsində professor vəzifəsinə təyin edilmişdir. O, 1996-cı ildə Sincan Universitetinin sədr müavini vəzifəsinə təyin edilmiş və 2010-cu ildə Sincan Universitetinin prezidenti, o cümlədən universitetdə Çin Kommunist Partiyası katibinin müavini vəzifəsinə təyin edilmişdir.Daşpolad Tayib 2008-ci ildə Fransa-mərkəzli Praktiki Ali Tədqiqatlar Məktəbindən fəxri doktorluq dərəcəsi almışdır.
Xaspolad Qasımov
Xaspolad Fikrət oğlu Qasımov (14 dekabr 1993; Xızı rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaspolad Qasımov 1993-cü il dekabrın 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. 2000-ci ildə Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin I sinifinə getmişdir. 2011-ci ildə isə 11 illik təhsilini başa vurub, hərbi xidmətə yollanmışdır. Xidmətdə olduğu müddətdə nümunəvi hərbi qulluqçu olmuşdur. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Xaspolad Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaspolad Qasımov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xaspolad Qasımov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
İsmayıl Canbulad
İsmayıl Canbulad (1880, Konstantinopol – 1926, İzmir) — Türk siyasətçi. == Həyatı == Çərkəs soyqırımı zamanı Anadoluya köç edən Adıgey Hatko ailəsindəndir. Hərb məktəbini bitirdikdən sonra Manastır və Salonikidə xidmətdə oldu. Konstitusiyalı monarxiyasını elan etmək üçün Makedoniyada əhəmiyyətli işlər görmüşdü. Daha sonra isə İstanbula geri dönərək hərbi məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərməyə başladı. 1909-cu ildə hərbi xidmətdən ayrılaraq Böyükada bələdiyyəsində vəzifəyə təyin edildi. == Fəaliyyəti == 1912-ci ildə İzmit millət vəkili kimi Məclis-i Məbusana daxil oldu. Balkan müharibələrinə könüllü olaraq ehtiyatda olan zabit kimi qoşuldu. Müharibədən sonra Milli Təhlükəsizlik Nazirliyinə. Daha sonra isə Ümumi Təhlükəsizlik İdarəsinə təyin edildi.
Əşrəf Canbolat
Əl-Əşrəf Əbu əl-Nasir Canbolat (ərəb. الأشرف أبو النصر جانبلاط‎ 1455 – 1501) — 30 iyun 1500-cü ildən 25 yanvar 1501-ci ilədək hakimiyyətdə olmuş Misirin Məmlük sultanı.
Məmməd Ağpolad
Məmməd Ağpolad və ya Məmməd Rzayev — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Qarabağ və Zəngəzur döyüşlərində, Əsgəran döyüşündə, Aprel işğalından sonra işğala qarşı baş tutmuş Gəncə və Qarabağ üsyanlarında iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 31 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Məmməd Rza oğlu Rzayev 1897-ci ildə Gəncə şəhərində İmamalı məhəlləsində anadan olub 1914-cü ildə Gəncə şəhər məktəbini bitirdikdən sonra Tiflis şəhərində Mühəndislik məktəbinə daxil olub. 1917-ci ildə son sinifdə oxuyarkən Oktyabr inqilabı zamanı çıxan qarışıqlıqlardan sonra, könüllü olaraq hərbi xidmətə gedib. 8 ay xidmət etdikdən sonra 1918-ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil olub. == Hərbi xidməti == === Azərbaycan Cümhuriyyətində === 1918-ci ilin noyabr ayında zabit namizədi olaraq Gəncə şəhərində yerləşən 1-ci Topçu Tuqayının, 1-ci diviziyasının, 1-ci batareyasına təyin edilib. Hərbi xidmətə başladıqdan sonra Qarabağa göndərilib. Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnak qüvvələrinə qarşı Abdallar və Xanlıq kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib.
Aşıq Xaspolad Coşğun
Aşıq Xaspolad Gülablı (Coşqun) (21 mart 1919, Ağdam, Gəncə quberniyası – 3 iyul 2000, Xındırıstan, Ağdam rayonu) — XX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) 21 mart (24 may) 1919-cu ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur. Aşıq Valehin nəslindəndir (kötükcəsidir). İbtidai təhsilini Abdal, orta təhsilini isə Gülablı kəndində almışdır. 1939-cu ildə hərbi xidmətə yollanmış, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra bir müddət kənd məktəbində hərbi rəhbər işləmiş, 1962-ci ildən ömrünün sonunadək Gülablı kənd mədəniyyət evinin rəhbəri olmuşdur. 3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat etmişdir. == Yaradıcılığı == Aşıqlığa gənc yaşlarından başlamışdır. İfaçılığı ilk dəfə əmisi aşıq Mustafadan və əmisi oğlu Yunusdan öyrənmişdir. Uzun illər yazıb yaratmış, çalıb-çağırmış, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olmuşdur.
Aşıq Xaspolad Gülablı
Aşıq Xaspolad Gülablı (Coşqun) (21 mart 1919, Ağdam, Gəncə quberniyası – 3 iyul 2000, Xındırıstan, Ağdam rayonu) — XX əsr Azərbaycan aşığı. == Həyatı == Aşıq Xaspolad Salman oğlu Mirzəyev (Mirzalıyev) 21 mart (24 may) 1919-cu ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuşdur. Aşıq Valehin nəslindəndir (kötükcəsidir). İbtidai təhsilini Abdal, orta təhsilini isə Gülablı kəndində almışdır. 1939-cu ildə hərbi xidmətə yollanmış, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra bir müddət kənd məktəbində hərbi rəhbər işləmiş, 1962-ci ildən ömrünün sonunadək Gülablı kənd mədəniyyət evinin rəhbəri olmuşdur. 3 iyul, 2000-cı ildə Ağdam rayonunun Xındırıstan kəndində vəfat etmişdir. == Yaradıcılığı == Aşıqlığa gənc yaşlarından başlamışdır. İfaçılığı ilk dəfə əmisi aşıq Mustafadan və əmisi oğlu Yunusdan öyrənmişdir. Uzun illər yazıb yaratmış, çalıb-çağırmış, el-oba içində öz gözəl sənəti ilə hörmət-izzət sahibi olmuşdur.
Xaspolad bəy Hacıyev
Xaspolad bəy İsmayıl bəy oğlu (21.1.1900, Şuşa — ?) – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1917-ci ildə İrəvan kişi gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən institutuna daxil olmuş, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Fransaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır. == Mənbə == Ənvər Çingizoğlu, Hacıyevlər: Hacı Allahverdi bəyin törəmələri, "Soy" elmi-kütləvi dərgi, 2011, №4, səh.8–11.