BAĞIRMAQ

f.
1. Bərk qışqırmaq, çığırmaq.
Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq.
[Səriyyə xala] bağırmaq, ağlamaq istəyir, bacarmırdı. M.İbrahimov.
Xaspolad bir də ucadan bağırdı. M.Hüseyn.

□ Bar-bar bağırmaq – şiddətlə, var gücü ilə çığırmaq.
[Kərim baba:] – Bu şələni hara töküm? – deyə bar-bar bağırdı. A.Şaiq.

2. Böyürmək, nərə çəkmək.
Bir az daha irəliləmişdim ki, birdən-birə pələng yerindən sıçrayıb bağıra-bağıra (z.) üstümə gəldi. A.Şaiq.

3. Ağlamaq, haray salmaq, fəryad etmək. Bağırmaqdan uşağın az qala ürəyi partlamışdı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAĞIRMAQ bağırmaq bax 1. çığırmaq; 2. böyürmək
  • BAĞIRMAQ qışqırmaq — çığırmaq — böyürmək
  • BAĞIRMAQ ağlamaq — haraylamaq

Antonimlər (əks mənalı sözlər)

  • BAĞIRMAQ BAĞIRMAQ – SUSMAQ Səriyyə xala bağırmaq, ağlamaq istəyir, bacarmırdı (M.İbrahimov); Bu hay-küydə susmağı lazım bildi

Etimologiya

  • BAĞIRMAQ Nə qədər qəribə olsa, bu söz bağır kəlməsi ilə eyni kökə malikdir.Adam hirslənəndə ağ bağırda bərk qızışma baş verir və insan qışqırmaq yolu ilə sanki
BAĞIRMA
BAĞIRSAQ

Digər lüğətlərdə

абсу́рд вправле́ние выгора́ть захва́тничество икри́стый ле́кторский присуда́ривать пронырну́ть фронто́нный возрожда́ться ланце́тник марафе́т пра́во руля пресс-бюро́ хля́сканье ковора порить proestrus rebutter Rogalls Sikh speluncar unresting werwolf выносливый