Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Point Blank
Point Blank — Cənubi Koreyanın oyun şirkəti Zepetto tərfindən yaradılan onlayn birinci şəxs atıcı oyundur. Oyun 2008-ci ildə yayımlanmışdır. Oyun CT-Force və Free Rebels arasındakı müharibə haqqındadır. Oyunda rütbə sistemi vardır. "Hərbi şagird" rütbəsi ilə başlanır və ən yüksək rütbə "Baş General"dır. Oyun keçirdikcə təcrübə xalı və oyun xalı qazanılır. Oyunda bəzi özəl əşyaları və silahları da almaq üçün əsl pul ilə ala biləcəyimiz oyun pulu da istifadə olunur. Oyunda 7 fərqli format və bir çox xəritə var. CT Force polis qrupu Free Rebels üsyançılarına qarşı ölkəni müdafiə edirlər. Qrupda 3 qadın, 2 kişi obraz var.
DJ Mic Check
Sagopa Kajmer (türk: [sagopɑ kaʒmɛɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyəli reper, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceylik fəaliyyətinə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda "Silahsız Kuvvet" adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan "Yeraltı Operasyonu" albomunda yer aldı. Əvvəl "Silahsız Kuvvet" təxəllüsünü istifadə edən sənətçi daha sonra "Sagopa Kajmer" adından istifadə etməyə başladı və "Sagopa Kajmer" adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə "On Kurşun", 2004-cü ildə "Bir Pesimistin Gözyaşları" albomunu yayımladı."G.O.R.A."filminin musiqilərini bəstələdi. 2005-ci ildə "Romantizma" albomunu buraxdı.
Hat Point yarımadası
Hat Point yarımadası (ing. Hut Point Peninsula) — Eni 4,8 km, uzunluğu 24 km təşkil edir. Cənub-qərbi sıldırımlıdır, Erebus vulkanı və Ross adası onun yaxınlığında yerləşir. Robert Skott 1901-1904-ci illərdə (Diskaveri) əraziyə ilk ekspedisiya təşkil edir. Hat Pointdə xüsusi düşərgə yaradılır. Ernest Seklton əraziyə təşkil etdiyi ekspedisiya zamanı düşərgədən yararlanır (Nimrod). Növbəti dəfə təşkil edilən ekspedisiya zamanı düşərgədən istifadə edilir (Terra Nova 1907-1909). 1914-1917-ci illərdə əraziyə "İmperator transantarktik ekspedisiya" təşkil edilir. Yarımadada MakMedro (ABŞ) və Skott Beys (Yeni Zellandiya) elmi stansiya fəaliyyət göstərir. Antarktida haqqında konvensiyaya görə "Diskoveri" düşərgəsi xüsusi qorunan ərazilərdən biridir.
Network Access Point
Network Access Point – İnternet xidməti provayderlərin, yaxud başqa şəbəkələrin İnternetə çıxışını təmin etmək üçün baş yola (BACKBONE) qoşulduğu yer. Daha aşağı səviyyəli şəbəkələr, adətən, POP nöqtələri vasitəsilə birləşdirilir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Pointe
Puant, Pointe (от fr. la pointe — ucluq, bəzən; paya və ya dəbilqə) — baletdə rəqqasələrin ayaq geyimi. Paunt iki məna daşıyır: Puant ayaq barmağın uc hissəsinə deyilir. Puantla rəqs etmək — pəncə deyil məhz baş barmaqlar - puantlar üzərində rəqs etmək deməkdir. Bu rəqs sistemi baletdə XIX əsrin əvvəllərində tətbiqini taparaq onun vacib elementinə çevrilmişdir. Puanlar üzərində rəqsi ancaq qadın balet sənətçiləri ifa edirlər. Puantlar balerinaların rəqs edərkən geymiş olduqları xüsusi balet çəkmələrinin adıdır.
Pont
Pontus (Yunanca: Πόντος, Pontos) antik Yunanca "dəniz" anlamına gəlməsinin bəzən Amasiyalı Strabon tərəfindən etibarən Qaradənizin cənub sahilində yerləşən Şimali Anadolu sahillərinin qədim adı. Qədim çağdan bu yana Qaradəniz bölgəsinde insan məskənləri izlərinə rast gəlinir. Ən əski Yunan dastanı olan Arqonavatlar səyahətlərinə Qaradəniz sahilləri üzərindən Kolxiya ölkəsinə (Lazika) başlamışlar. Bölgəyə Yunan kololonistlərinin M. Ə. VII yüzildə başladığı və Sinop, Samsun, Girəsun, Rizə kimi əhalisi çox saylı şəhərlərin Yunan kolonistlər tərəfindən qurulduğu bilinir. Yunan kolonistlər özlərini Kolx olaraq adlandırılan Qafqaz mənşəli topluluqlar ilə birləşərək bölgənin yerli xalqını meydana gətirmişlər. M. S. VI yüzildə xristianlıq yörəyə Trabzon üzərindən yayılmış, Mitra tapınaqları yıxılmış, incil təsiriylə yerli dillər unudularaq Yunan dili ön yerə çıxmışdır. Səlcuqilər və Osmanlı dönəmlərində yerli xalqın İslama keçməsi və Türkmənlərin oturmaqları ilə XIX yüzil sonlarında bəziləri xaricində bölgədəki topluluqlar böyük ölçüdə müsəlman əhalidən olmuşdur. 1923-cü il Türkiyə-Yunanistan əhali dəyişməsinə qədər bu bölgədə bir yunan əhalisi yaşayırdı. Orta və şərqi Qaradəniz bölgələrində qurulan bir çarlıq (Miladdan əvvəl 302-Miladdan əvvəl 64). Qurucusu I Mitridat Ctist Böyük İskəndər sonrakı dönəmdə Mysiyadaki (Mysiya Mərmərənin cənubundan başlayaraq Bergamanın olduğu sahə, təxmini olaraq Karesi bölgəsi) Qrek Cius qəsəbəsinin İran satrapı xanədanın soyundan gelir.
Body Paint
"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı. == Tanıtım == Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.
Microsoft Paint
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Saut-Poynt
Saut-Poynt — Avstraliya materikinin cənub qutaracağında yerləşən ən ucqar cənub nöqtəsi. Bass boğazının şimalında yerləşir. Üstəlik bu burun Vilsons Promontoqori yarımadasının ucqarında yerləşir. Burun 39°08′20″ c. e. 146°22′26″ ş. u. kordinatlarda yerləşir. İnzibati cəhətdən Viktoriya ştatı ərazisinə daxildir. Burun ərazisi Vilsons-Promontoqori (Wilsons Promontory National Park) milli parkı ərazisinə daxildir.
Pont-Aven
Pont-Aven (fr. Pont-Aven) — Fransanın şəhər kommunası. Pont-Aven şəhəri Fransanın şimal-qərbində, Bretan regionun Finister departamentində yerləşir. Aven çayının Atlantik okeanına birləşməsi ilə, Kornual tarixi ərazisində yerləşir. Kommuna sahəsi — 28,63 km². Əhalisi təxminən 3000 nəfərdir (2007-ci ilin məlumatları).
Pont-Evek
Pont-Evek (fr. Pont-Évêque) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38318. Kommunanın 2012-ci il üçün əhalisi 5106 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 165 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Pont (mifologiya)
Pont (yun. Πόντος - "dəniz") - qədim yunan mifologiyasında olimplərə qədərki (qapalı) dəniz tanrısı, Geya və Efirin oğlu. Hesiod teoqoniyasına görə Geya Pontu atasız, təkbaşına dünyaya gətirmişdir. Pont Geyadan olan Tevmant, Elektra, Forkiy, Kito, Evreviya, Nerey və Doridanın atasıdır. Bəzən yunanlar arasında onu daha hörmətlə andıqları dəniz titanı Okeanı ilə eyniləşdirirlər.
Pont acıçiçəyi
Pont dağları
Pont dağları və ya Pont Alpları (türk. Kuzey Anadolu Dağları) ― Türkiyədə, Anadolunun şimalında formalaşmış dağ silsiləsi. Dağlar yerli türk və pontik yunan dillərində Parhar dağları olaraq da tanınır. Parhar termini xet dilində "yüksək" və ya "zirvə" mənasını verir. Qədim yunan dilində dağlar Paryadres və ya Parihedri adlandırılırdı. Pont dağları Alp qırışıqlığı nəticəsində formalaşan Alp-Himalay qurşağının şimali Anadolu hissəsidir. Mezozoy dövründə Tetis okeanının dibi olan Anadolunun şimal və cəbunda akkumlyativ süxurlar toplanmışdır. Mezozoyun sonunda bu süxurlar yüksələrək su üzünə çıxmışdır. Oliqosenin sonunda Alp qırışıqlığı ən şiddətli halına gəlmiş, Anadolunun şimal və cənubundakı ərazilər şiddətlə qalxmağa başlamışdır. Qalxma əvvəlcə Qaradəniz dağlarında başlamış, sonra isə Tavr dağlarında davam etmişdir.
Pont yunanları
Pont yunanları və yaxud sadəcə pontlular (yunanca: Πόντιοι) — yunanların subetnik qrupu. Tarixi vətənləri bugünkü Türkiyənin şimal-şərq (Qaradəniz və ya Pont) bölgəsidir. Özlərini həmçinin "romei" ("romalılar"; Bizansın özünü Roma imperiyasının varisi saydığına görə) adlandırırlar. Orta əsrlərdə Pont yunanları Osmanlı imperiyasıyla həmsərhəd məsihi ölkələrə köçürdülər. Yunanıstandan savayı Rusiya imperiyasında Qara dənizin sahillərində, əsasən indiki Ukraynada və Qafqazda pənah tapırdılar. 1940-cı illərdə Qafqazda yaşayan bəzi Pont yunan ailələri (çeçenlər, inquşlar, Axısqa türkləri və s. ilə yanaşı), o cümlədən Bakının demək olar ki bütün pontlu əhalisi Orta Asiyaya sürgün edilmişdir. 1990-cı illərdən başlayaraq keçmiş Sovet respublikalarında yaşayan pontlular Yunanıstana repatriasiya proqramı əsasında mühacirət etməkdədirlər. Ənənəvi olaraq pontlular Pont yunan dilində danışırlar. Bu dil qədim yunan dilinin müstəqil surətdə inkişaf etmiş bir qolu olaraq müasir yunan dilindən olduqca fərqlənir.
Pont çarlığı
Pont çarlığı və ya Pont padşahlığı (q.yun. Βασιλεία τοῦ Πόντου, translit. Basileya tou Pontou) — e.ə. 281–62-ci illərdə Kiçik Asiyada mövcud olmuş ellinist dövləti. Əsasını Əhəmənilər nəslindən olan I Mirtidat qoymuşdur. Paytaxtı Amasiya şəhəri idi. Pont çarlığı tədricən tərkibinə Evksin Pontu (indiki Qara dəniz) sahilinin Trapezunda qədərki şəhərləri və şərq sərhədində yaşayan bir sıra tayfaların məskunlaşdığı ərazilər daxil olmuşdur. E.ə. II əsrin əvvəlində Pont çarlığı fəal xarici siyasət yeridirdi. I Farnak (hak.
Pont üsyanı
Pont üsyanı Türkiyə İstiqlaliyyət müharibəsi sırasında Şimali Anadoluda müstəqil Pontus Yunan Dövləti qurmaq məqsədilə başladılan qiyamdır (1920-1923). 1904-cü ildə qurulan Pontus Yunan Cəmiyyəti ilə Müqəddəs Anadolu Yunan Cəmiyyəti, Birinci Dünya Mühaibəsinin sonunda Batumidən İneboluya qədər uzanan Kastamonu, Çanqırı, Yozğad, Sivas, Tokat, Amasya, Çorum, Gümüşxanə, Ərzincanın bir qisim torpaqları üzərində Yunan dövləti qurmaq üçün fəaliyyətə başladılar. Pontusçular Birinci Dünya Mühaibəsi dövründə Şərqi Anadoluya girən və daha sonra geri çəkilən Rus ordularının buraxdığı silahlarla təchizatlanıb ingilislərdən və yunanlardan silah yardımı gördülər. Yunanıstandan gələn könüllülərində qatılmasından sonra Pontus dəstələrinin sayı 25.000-ə çatdı. Topal Osman və silah yoldaşlarının üsyançılarla toqquşmalarında 2500 tüfəng və 1.200.000 mərmi ələ keçirildi. Dəstənin 11.188 üzvü öldürüldü. 1923-cü ildə bölgədəki yunanlar Anadoludan çıxarılaraq, Pontus Dövləti qurmaq hazırlıqlarına davam etmələrinin qarşısı alındı. Beləliklə 1920-ci ilin dekabr ayında başlanan qiyamlar ,qəti qələbənin qazanılmasndan sonra 1923-cü ildə yatırıldı.
Pont quşsüdü
Pont quşsüdü (lat. Ornithogalum ponticum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1 ab (iii) +2ab(iii). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Soğanağı çox və az dərəcədə iri, yumurtavari, 1,5-3 sm enində, xaricdə çox vaxt ağ zarlı, şəffaf və ya qonur, ölmüş qınlarla örtülmüşdür. Gövdə]si düz, dəyirmi içi boş, 30-65 sm hündürlükdədir. Yarpaqları ensiz-xətvari, novşəkilli, 4-6 mm enində, gövdədən qısadır. Çiçək qrupu çox çiçəklidir. Çiçəkləri uzun çiçək saplağında, aşağı çiçək saplağı yuxaıdakılardan qısadır; çiçəkləmədən sonra çiçək saplağı çiçək qrupunun oxuna sıxılmışdır.
Chuck (serial)
"Chuck" — Joş Sxvartz və Kris Fedakın ekranlaşdırdığı döyüş komediya, casus dram janrında televiziya serial. == Serialın xülasəsi == Chuck Bartowski (Zachary Levi) iyirmi yaşının ortalarındadır və Buy More, Burbank, Kaliforniya, istehlakçı-elektronik mağazalar şəbəkəsində işləyir. O, ağıllı, lakin həvəssiz, kompüter xidməti üzrə mütəxəssisdir və ən yaxşı dostu Morgan Grimes (Coşua Qomez) ilə birlikdə işləyir. O, Stenford Universitetindən dərslərinin birində aldatdığına dair saxta ittihamlarla qovulmuşdu və bu, çox güman ki, sürücülüyünə və mənəviyyatına xələl gətirmişdi. O, bacısı Elli (Sarah Lancaster) və onun sevgilisi Devon "Kapitan Awesome" Vudkombla (Ryan McPartlin) birlikdə yaşayır, onlar daim Çakın peşəkar və romantik həyatında irəliləyiş əldə etməyə təşviq edən həkimlərdir. Çakın Stenford Universitetində keçmiş otaq yoldaşı və hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olan Bryce Larkin (Metyu Bomer) CIA və Milli Təhlükəsizlik Agentliyinin (NSA) birləşmiş bütün verilənlər bazası olan Intersect-i oğurlayır və onu saxlayan kompüteri məhv edir. Sağ qalan yeganə nüsxə Bryce-dən e-poçtu açanda kodlaşdırılmış şəkillər vasitəsilə Chuck-ın beyninə subliminal şəkildə daxil olur. NSA-nın mayoru Con Keysi (Adam Bolduin) və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Sara Uoker (Yvonne Strahovski) araşdırma aparmaq üçün göndərilir. Çak, indi malik olduğu biliklərdən sui-qəsdçilərin və beynəlxalq terrorçuların qarşısını almaq üçün istifadə edərək, onun əvvəllər adi həyatını yaxşılaşdırmaq üçün işə götürülür. The Intersect Çakın verilənlər bazasından məlumatların qeyri-ixtiyari "yanıb-sönməsi"ni almasına səbəb olur, bu, üzlər, səslər, obyektlər və açar sözlər kimi tətiklər tərəfindən aktivləşdirilir.
Chuck Yeager
Çarlz Elvud Yeqer (ing. Charles Elwood Yeager; 13 fevral 1923, Mira[d], Qərbi Virciniya – 7 dekabr 2020, Los-Anceles, Kaliforniya) — amerikalı pilot. == Həyatı == 1923-cü ildə Amerika Birləşmiş Ştatlarının Virciniya bölgəsində dünyaya gəlmişdir. İkinci dünya müharibəsi dövründə ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Müharibə başa çatdıqdan sonra Hərbi hava qüvvələrindən ayrılmamış və test pilotu olmuşdur. 14 oktyabr 1947-ci ildə raketlərlə təchiz edilmiş Bell X-1 təyyarəsini test edərkən səs sürətini keçmiş ilk insan olmuşdur. Daha sonralar hərbi karyerasında general-mayor rütbəsinə qədər yüksəlmişdir. 1941–1975-ci illər ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət etmişdir. Vyetnam müharibəsi və İkinci dünya müharibəsində iştirak etmişdir.
Irelande Douze Pointe
"Irelande Douze Pointe" — İrlandiyalı qrup Hind Dustin tərəfindən səsləndirilən mahnı. Mahnı 2008 Eurovision Mahnı Müsabiqəsi üçün İrlandiyanın nümayəndəsi və mahnısını təyin edəcək olan Milli Finalda yarışmağa haqq qazanmışdır. 2008-ci ilin May ayında mahnı Serbiyanın paytaxtı Belgrad şəhərində keçirilmiş 2008 Eurovision Mahnı Yarışmasında İrlandiyanı təmsil etmişdir və yarışmada yarıfinalda 22 balla On beşinci olaraq finala yüksələ bilməmişdir.
Keyp-Poynt burnu
Keyp-Poynt burnu (həmcinin Kappyunt(afrik. Kaappunt, ing. Cape Point) — CAR sahillərində yerləşən burun. Ümid burnu kimi Kap yarımadasının cənub qutaracağını təşkil edir. Burun Ümid burnundan şərqdə, Keyptaundan isə cəınubda yerləşir. İnzibati cəhətdən CAR Qərbi Kap vilayəti ərazisinə daxildir. Burun ilk dəfə 1488-ci ildə portuqaliyalı dənizçi Bartolomeu Diaş tərəfindən kəşf edilmişdir Burunun sahil xətti kəskin şəkildə şərqə yönəlir və yalançı körfəz əmələ gətirir. Bu hissəsdə Prinql-Bey qəsəbəsi yerləşir. Burada 1857-ci ildə inşa edilmiş mayak vardır.
Poynt-Roberts (Vaşinqton)
Poynt Roberts (ing. Point Roberts) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 1314 nəfər olmuşdur. "Point Rob" və ya "The Point" adı ilə də tanınır. E.ə. 500-cü illərdə burada yaşamış hindular buranı Tiltenem adlandırmışdılar. Poynt Roberts yerli Hindi qəbilələri (Kouviçan, Lummi, Saaniç və Semiaymu) üçün uzun müddət balıq ovu yeri olmuşdur. Hindilər hər yay burda kamp quraraq balıq ovlayırdılar. Buranı ilk dəfə kəşf edən avropalılar 1791-ci ildə ispan səyyahı Fransisko de Elizanın (1759-1825) rəhbərlik etdiyi ekspedisiya üzvləri olmuşdu. O səhvən kəşf edilən ərazini ada hesab etmiş və "Isla de Zepeda" adını vermişdi.
Stip-Poynt burnu
Stip-Poynt burnu (ing. Steep Point) — Avstraliya materikinin ucqar qərb nöqtəsi Stip-Poynt burnu İdel-Lend yarımadasında yerləşir. Burunda Ümumdünya irsi olan Şark-Bey yerləşir. İnzibati cəhətdən Avstraliyanın Qərbi Avstraliya ərazisində yerləşir. Pert şəhərindən 1000 km şimal-qərbdə yerləşir. Ən yaxın yaşayış məntəqəsi 50 cənub-qərbə yerləşən Denemdir. Denem Peron yarımadasında yerləşir. Burundan simalda Derk-Harton adası yerləşir. Burunun sahillərini Hind okeanının suları yuyur. Sahilləri sıldırımlıdır.
Pont-Aven məktəbi
Pont-Aven məktəbi (fr. École de Pont-Aven) — XIX əsrin ikinci yarısında Bretan regionun Pont-Aven şəhərində istifadə olunan rəssamların işinə istinad etmək üçün istifadə olunan kollektiv müddədir. Müddəti məktəbdən çıxmağından çox vaxt keçdi və 1850-ci illərdən bu yana Pont-Avendə olan bədii koloniyaya və 1880-ci illərin sonlarında və 1890-cı ilin əvvəllərində Pont-Avendə işləyən Pol Qoqen ətraf mühit rəssamlarına istinad edir. Rəssamlar 1850-ci illərdən etibarən Pont-Avenin ətrafında rəsm çəkməyə başladılar; Şəhər yay tətili üçün məşhur olmuşdur. 1880-ci illərdən bəri yalnız Fransızlar deyil, xarici sənətkarlar, xüsusilə də amerikalılar, İngilislər və Polşa, burada qalırdılar. Pont-Avendə sənət qalereyaları yaradılmış və rəsm düzəldilmişdir. Bələdiyyə səlahiyyətliləri, sənətçilərin axını təşviq etdi və xüsusilə 22 saat qədər içki satışına icazə verdi. Pol Qogen, 1886, 1888, 1889–1890 və 1894 Moris Deni Emil Bernar, 1888 və 1891–1893 Şarl Laval, 1888 Emil Şuffenekker Meyer de Xan Vladislav Slevinskiy Pol Serüzye, 1888, 1889–1890 Şarl Filije Arman Seqin Maksim Mofra Yan Verkade Moqens Ballin Anri More Qüstav Luazo Emil Jurdan Yens Ferdinand Villumsen Roderik O’Konor Küno Amye Ejen Kadel Cariou, André: Les Peintres de Pont-Aven, Éditions Ouest-France, Rennes 1994 ISBN 2-7373-1499-2 Jaworska, Wladyslawa: Gauguin et l'Ecole de Pont-Aven, Ides et Calendes, Neuchâtel 1971 (no ISBN); English edition: Gauguin and the Pont-Aven School, Thames and Hudson, London 1972 ISBN 0-500-23169-9; American edition: New York Graphic Society, Greenwich Connecticut 1972 ISBN 0-8212-0438-6 Bevan, Robert. Robert Bevan 1865–1925. A memoir by his son, Studio Vista, London 1965.
Flint
Çaxmaqdaşı - silisium oksidinin kristallik və amorf növlərinin aqreqatıdır. Xalsedon-kvars, kvars, xalsedon və opal-xalsedon çaxmaq daşları ayrılır. Çox vaxt karbonat qatışığı olur. Sınması qabıqvari. Rəngi sarımtıl-bozdan qarayadək. Sərtliyi 7. Çaxmaqdaşı süxurlarda, adətən, əhəngdaşlarında jelvak və konkresiyalar, bəzən linza və təbəqəciklər əmələ gətirir. == Çaxmaqdaşı konkresiyaları == Çaxmaqdaşı konkresiyaları hər hansı bir silisium oksidi mineralının (adətən, kvars və ya xalsedon) əmələ gətirdiyi və içərisində ətraf süxurların, habelə üzvi maddələrin, dəmir oksidləri, kalsit, dolomit və başqa möhtəviləri olan konkresiya və konkresion linzalarıdır. Çox vaxt erkən diagenezdə, bəzən diagenezin son mərhələsində, nadir hallarda sedimentasion mərhələdə əmələ gəlirlər. Adətən, müəyyən stratiqrafik horizonta uyğun gəlir və korrelyativ əlamət kimi istifadə edilir.
Prins
Prins Rocers Nelson (ing. Prince Rogers Nelson; 7 iyun 1958 – 21 aprel 2016) — ABŞ müğənnisi və mahnı yazarıdır. Daha çox eklektik sənət nümunələri və geniş vokal imkanları ilə məşhur olmuşdur. 21 aprel 2016-cı ilə Minnestodakı evində ölü tapılıb. Onun ölümünə səbəb zökəm tutulması idi. Xanımı isə onun narkotik maddələrdən öldüyünü güman edir. Prince, "Rolling Stone" jurnalının təşkil etdiyi Bütün Zamanların Ən Yaxşı 100 Sənətçisi siyahısında iyirmi yeddinci sırada yer almışdır.
Ptinx
İlanboyun (lat. Anhinga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin i̇lanboyunlar fəsiləsinə aid heyvan cinsi.
Pşent
Pşent (düzgün pa-sxemit q.misir sḫm.tỉ "iki güclü" q.yun. ψχεντ "psxent") Qədim Misir fironlarına məxsus iki tacın : Aşağı Misir hökmdarlarına məxsus qırmızı "deşret"in və Yuxarı Misir hökmdarlarına məxsus ağ "hecet" ilə birləşməsindən yaranmışdır.
Qlint
Qlint (rus. глинт, ing. glint) (dan. klint –uçurum, sıldırım) — struktur plato boyu denudasiya nəticəsində yaranmış uçurum. Mis: Baltik-Ladoqa əhəngdaşı qlinti. Baltika dənizinin sahilindən Ladoqa gölünün cənub sahilinə qədər uzanır. Şimali Amerikada Kanada kristallik sipərini haşiyələyən qlint.
Slint
Slint - Brian McMahan (gitara və vokal) David Pajo (gitara) Britt Walford (baraban və vokal) Todd Brashear (Slint albomunda bass gitara) ibarət Amerikalı rok qrupudur.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Boinq
Boeing (ing. The Boeing Company) — dünyanın aparıcı aerokosmik şirkətlərindən biri. Eyni zamanda reaktiv kommersiya və hərbi təyyarələrin ən böyük istehsalçılarından biridir. Ayrıca, Boeing rotorlu təyyarə, elektron və müdafiə sistemləri, raketlər, peyklər, raket atıcı qurğular və inkişaf etmiş informasiya və kommunikasiya sistemləri dizayn və istehsal edir. NASA-nın əsas xidməti təminatçısı kimi, Boeing Aerokosmik Gəmi və Beynəlxalq Aerokosmik Stansiyanı (The Space Shuttle and International Space Station) idarə edir. Şirkət həmçinin çoxsaylı hərbi və kommersiya hava dəstək xidmətləri təşkil edir. Boeing-in dünyanın 90-dan çox ölkəsində müştəriləri var və satış həcminə görə ABŞ-in ən böyük ixracatçılarından biridir. == Müdafiə, aerokosmik və təhlükəsizlik xidmətləri == 14 iyul 2010-cu ildə Boeing dörd gün dayanmadan uça bilən və hidrogenlə işləyən kəşfiyyat təyyarə prototipini təqdim etdi. "Phantom Eye" adlanan təyyarə 20 min metr yüksəklikdən uça bilir. 96 saat havada qala bilən təyyarə hər biri 150 at gücünə sahib 2,3 litrlik dörd silindirli iki motorla təchiz olunmuşdur.
OSINT
Açıq mənbə kəşfiyyatı (ing. Open-source intelligence, OSINT) — açıq mənbələrdən toplanmış məlumatların (gizli mənbələr və ictimaiyyət üçün açıq olan məlumat) toplanması və təhlili, hərəkətə keçə bilən kəşfiyyat məlumatlarının hazırlanması. OSINT ilk növbədə milli təhlükəsizlik, hüquq-mühafizə və biznes kəşfiyyatı funksiyalarında istifadə olunur və əvvəlki kəşfiyyat fənləri üzrə məxfi, təsnifləşdirilməmiş və ya xüsusi kəşfiyyat tələblərinə cavab vermək üçün qeyri-həssas kəşfiyyatdan istifadə edən analitiklər üçün dəyərlidir. Politoloq Cefri T. Riçelsonun fikrincə, "açıq mənbələrdən məlumat əldə etmək qanuni yolla əldə edilə bilən şifahi, yazılı və ya elektron şəkildə ötürülən materialların alınmasını nəzərdə tutur. İnternet vasitəsilə əldə edilən və ya insan mənbəyi tərəfindən təqdim edilən sənədlər və videolardan əlavə, digərləri ABŞ və ya müttəfiq qüvvələrin əvvəllər xarici hökumət və ya terror qruplaşması tərəfindən idarə olunan obyekt və ya sayta nəzarəti ələ keçirdikdən sonra əldə edilir". ABŞ-dəki OSINT öz mənşəyini 1941-ci ildə xarici yayımların monitorinqinə cavabdeh olan Xarici Yayımların Monitorinqi Xidmətinin (FBMS) yaradılması ilə bağlayır. Onların işinə misal olaraq Parisdə portağalların qiymətindəki dəyişikliklərin İkinci Dünya Müharibəsi zamanı dəmir yolu körpülərinin uğurlu bombalanması ilə əlaqəsi göstərilirdi. Aspin-Brown Komissiyası 1996-cı ildə ABŞ-nin açıq mənbələrə çıxışının "ciddi çatışmazlıq" olduğunu və bunun həm maliyyələşdirmə, həm də DCI diqqəti üçün "əsas prioritet" olması lazım olduğunu bildirdi. 2004-cü ilin iyulunda, 11 sentyabr hücumlarından sonra, 11 Sentyabr Komissiyası açıq mənbəli kəşfiyyat agentliyinin yaradılmasını tövsiyə etdi. 2005-ci ilin mart ayında İraq Kəşfiyyat Komissiyası CIA-da açıq mənbəli bir idarənin yaradılmasını tövsiyə etdi.