PAINT

paint1

n boya, boyaq. rəng; white / black / yellow / red / green ~ ağ / qara / sarı / qırmızı / yaşıl boya / rəng

paint2

v 1. rəng / boya vurmaq, rəngləmək; to ~ a door / wall / house qapı / divar / ev rəngləmək; Paint the ceiling white Tavanı ağ rənglə / rəngləyin; 2. boya ilə şəkil çəkmək; to ~ a portrait in oils yağlı boya ilə portret / şəkil çəkmək; 3. təsvir etmək; to ~ in bright colours əlvan rənglərlə təsvir etmək; 4. qrimlənmək; 5. d.d. əyyaşlıq etmək; 6. tib. sürtmək; to ~ with iodine yod sürtmək;

◊ to ~ the lily faydasız işlə məşğul olmaq

PAINSTAKINGLY
PAINTBOX
OBASTAN VİKİ
Body Paint
"Body Paint" — İngilis rok qrupu Arctic Monkeys-in yeddinci studiya albomu The Car-da ifa olunan mahnı. == Tanıtım == Qrup mahnını ilk dəfə 22 sentyabr 2022-ci ildə ABŞ-nin Bruklin şəhərindəki Kings Theatre-da baş tutan konserti zamanı nümayiş edib. Konsertdə telefon çəkilişinin qadağan olunmasına baxmayaraq, bəzi tamaşaçılar səsyazma istifadə edərək mahnını sosial şəbəkələrdə yayımladılar. Bir həftə sonra 29 sentyabr 2022-ci ildə Body Paint musiqi videosu ilə birlikdə sinql kimi buraxıldı, həmin gün qrup Cimmi Fallonun The Tonight Show televiziya şousunda mahnını canlı ifa etdi.
Microsoft Paint
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.