Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Chicago Bulls
Çikaqo Bullz — İllinoys ştatının Çikaqo şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda yer alır. Bu klubun əsası 1966-cı ildə qoyulub. Lakin şəhərdə ona qədər də komandalar da mövcud idi. Hal-hazırda Vaşinqton Uizards olan Pekers və 1946-cı ildən 50-ci ilə qədər mövcud olan Steqs, Çikaqonun şanlı tarixi 90-cı illərə təsadüf edir. Maykl Cordanın hegemonluğu dönəmində Çikaqo 6 dəfə NBA çempionu olub. 1996-cı il mövsümündə isə onlar 70 qələbə həddini aşan yeganə komanda kimi tarixə düşüblər. 1998-ci il finalında Yuta Cazla 6-cı final oyunu Liqa tarixində ən yüksək auiditoriya toplamaqla da yadda qalıb.
Chicago Tribune
Chicago Tribune - ABŞ "Tribune Company" şirkəti tərəfindən istehsal edilən və ABŞ ölkəsində 8 ən çox oxunan qəzetlərdən biridir. Çikaqoda İllinoys şəhərində buraxılır. Əsası Ceyms Kelli, Con E. Uiler ve Cozef K.C. Forrest tərəfindən qoyulmuş və ilk hazırlanma tarixi 10 iyun 1847-ci il tarixində gərçəkləşdirilmişdi.
Chiclana de la Frontera
Chiclana de la Frontera — İspaniyanın Andalusiya muxtar regionunun Kadis vilayətində yerləşən bələdiyyə və şəhər.Onun meri Ernesto Marindir və 2012-ci ildə, şəhərin əhalisi 82.565 olmuşdur. San Fernando, Medina-Sidonia, Conil de la Frontera, Puerto Real, və Vejer de la Frontera ilə həmsərhəddir.
Evidently Chickentown
Evidently Chickentown (azərb. Şübhəsiz ki, çolpa şəhəri‎) — Böyük Britaniya şairi Con Kuper Klark tərəfindən yazılmış poema. Poema faydasızlıq və qıcıqlandırma hissi yaratmaq üçün təkrarlanan təhqirlərdən istifadə edir. Klarkın 1980-ci ildə buraxılmış "Snap, Crackle & Bop" albomunun bir hissəsi olan poemanın sözlərində realizm, musiqisində isə qorxuducu və tündməcaz notalar mövcuddur. Poemanın sözləri Endrü Ceyms Freyzer Bler tərəfindən Kapitan Hemiş Bler təxəllüsü altında yazılmış "The Bloody Orkneys" əsəri ilə oxşarlığı var. Klark 2009-cu ildə bildirmişdir: "Mən onu bilə-bilə koplayamadım. Lakin mən yəqin ki, həmin peomanı illər əvvəl dinləmişəm. Bu, heyranedicidir". "Evidently Chickentown" Denni Boylun 2001-ci ildə çəkdiyi "Fahişə" və Jak Audiarın 2012-ci ildə çəkdiyi "Pas və sümük" filmində səsləndirilib. Klark Anton Korbeynin 2007-ci ildə çəkdiyi "Kontrol" filmində özünü canlandırır və bu peomanı səsləndirir.
Falco chicquera
Qızılı boyunlu qızılquş (lat. Falco chicquera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Kentucky Fried Chicken
KFC (Kentucky Fried Chicken — ing. Kentuki Qovrulmuş Toyuq) — 1930-cu ildə ABŞ-də yaradılan fəstfud şəbəkəsi. "Kentucky Fried Chicken" və ya qısaca KFC kimi tanınan fəstfud restoranları ilk dəfə Kentukki ştatının Luisvil şəhərində açılmış, 1952-ci ildə isə Ohayo ştatının Cənubi Solt Leyk şəhərciyində françayzinq əsasında ilk restoranı yaradılmışdır. KFC firmasının menyu sirləri 1930-cu illərdə benzin doldurma məntəqəsini işlədən Harland Sandersin müştərilərinə satdığı toyuqlardan qaynaqlanır. O, 1936-cı ildə müharibə zamanı əsgərə getməməsinə baxmayaraq, uğurlarına görə əyalətindən medal belə alıb. Bu sahədəki uğurlarını davam etdirən Sanders bir restoran zənciri qurmağa başlayır. Amma şirkətin ən böyük uğurlarından biri 11 şəfalı ot və özəl sousları olur. Bu menyunun sirrini isə Koka-Kola firmasında olduğu kimi sadəcə 2 idarəedici bilir. KFC-nin baş ofisində sirr saxlanılır. Baş ofisdə üstdəki mühafizə şefinin açıqlamasına görə, sirrin qorunduğu məkanın 2 metr qalınlığında divarları var.
Salvia chicamochae
Salvia chicamochae (lat. Salvia chicamochae) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Senecio chicharrensis
Senecio chicharrensis (lat. Senecio chicharrensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
University of Chicago Press
University of Chicago Press (ing. Çikaqo Universiteti Nəşriyyatı) — ABŞ-nin ən qədimlərindən olan və ən böyük universitet nəşriyyatı.
Anthemis chia
Anthemis chia (lat. Anthemis chia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Chip Chrome & the Mono-Tones
Chip Chrome & the Mono-Tones — amerikan rok qrupu The Neighbourhood-un dördüncü studiya albomu. 25 sentyabr 2020-ci ildə Columbia Records tərəfindən buraxılıb.
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri
Gate: Jieitai Kano Chi nite, Kaku Tatakaeri (yaponca: ゲート 自衛隊 彼の地にて、斯く戦えり, azərb. Darvaza: Buna görə Yaponiya Özünümüdafiə Qüvvələri orada döyüşdü!‎) — Daysuke İzuka və Kurocişinin rəssamlığı ilə Takumi Yanay tərəfindən yazılan fentezi ranobe seriyası. AlphaPolis nəşriyyatı tərəfindən nəşr olunur. Satoru Saounun rəssamlığı ilə istehsal olunan manqa adaptasiyası 2011-ci ilin iyulunda nəşr olunmağa başlamışdır. Bundan əlavə 2015-ci ildən 3 spin-off manqası nəşr olunur. Ranobe əsasında A-1 Pictures tərəfindən anime serialı adaptasiyası çəkimişdir. Animenin birinci mövsümü 2015-ci ilin iyulundan sentyabrına qədər, ikinci mövsümü 2016-cı ilin yanvarından martına kimi yayımlanmışdır. Manqa adaptasiyası Sekai Project, anime serialı Sentai Filmworks, Madman Entertainment və MVM Films tərəfindən lisenziyalaşdırılmışdır. Bir gün Tokionun Ginza rayonunda müəmmalı darvaza açılır və darvazanın içindən çıxan legion əsgərləri və fentezi bədheybətləri şəhərə hücum edirlər. Daha yaxşı silahlanmış və taktiki cəhətdən daha üstün olan Yaponiya Özünümüdafiə Qüvvələri asanlıqla düşməni püskürdür və darvazanın nəzarətini ələ keçirir.
RHIC
Relativist (nisbi) Ağır İon Toqquşdurucu Gerçək zaman maşını ilə kainatın başlanğıcının tapılmasını təsəvvür edin. Relativist (nisbi) ağır ion toqquşdurucunun (en. RHIC – RAİT) çevrəsinin uzunluğu 2,5 mildir (~4.0 km) və 700 nəfər adam tərəfindən nəzarət edilir. RAİT-in inşası 600 milyon dollardan artıq qiymətə başa gəlib və illik saxlanılma xərci 150 milyon dollardan artıqdır. Əgər Nyu York, Uzun Adada yerləşən Relativist ağır ion toqquşdurucudakı qızıl ionları bir birinə çırpılsalar bu görüş 7,2 triliyon Faranheyt dərəcədən çox (~4 triliyon dərəcə Selsi) temperature əmələ gətirə bilər. Bu, zərrəcikləri əridəcək qədər yüksək temperaturdur, Zərrəciklər ayrıldıqca onların ibarət olduğu bloklar-kvarklar və qluonlar-maddənin yeni vəziyyətinə — kvark-qluon plazmaısına keçmək üçün birləşirlər. Çarpışma başa çatıb materiallar soyuduqda protonlar və neytronlar təsir kimi 4.000 subatomik zərrəcik əmələ gətirərək yenidən yaranır. Alimlər RAİT-i istifadə etdikcə ilk milyonuncu saniyəsi ərzində böyük partlamanın şərtlərini təkrarlamağa cəhd göstərirlər. Elm üçün istifadəsi RAİT-də fiziklər universal maddənin formalaşmasını daha çox anlamaqdan ötrü qızıl atomlarını elektronlarından arınaraq pozitiv yüklü ionlara çevirməsi üçün səylə sürətləndiricidən (akseleratordan) keçirirlər. Dairəvi borucuqlara buraxılmış həmin ionların sürəti çarpışmadan əvvəl işıq sürətinin 99,9%-nə qədər yüksəlir.
AHİK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Cahi
Cahi (zərdüştilik) — zərdüştilikdə "şəhvət" iblisi. Cahi (Qədim Misir) — Qədim Misirdə "Retcenu"nun cənub vilayəti üçün istifadə edilən ad.
Cahid
Cahid — Azərbaycanlı kişi adı. Cahid Hilaloğlu — rejissor. Sovet dövründə milli hərəkatçı, dissident. Cahid Sidqi Tarançı — Türkiyə şairi. Cahid Həsənov — Azərbaycanın tanınmış memarı.
Caiz
Mübah (ərəb. مباح‎) və ya caiz — İslam dininə görə axirət savabının yazılması haqqında heç bir dəlil olmayan bəyənilən əməldir. Caiz [جائص ] – icra edilməsində dini hökmlərə əks olmayan, günah olmayan şeylər. Hər hansı bir şeyin, yaxud hərəkətin caiz olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz sözü azərbaycan dilində daha çox islam fəlsəfəsi mətnlərində işlədilir. Kəlmənin kökündə olan cəzə [جاص ] felindən azərbaycan dilində geniş yayılan icazə sözü də əmələ gəlmişdir. Ərəb dilində icazə sözünün feli IV babda əcəzə felidir. İcazə sözü onun məsdəridir. Ərəbcədə müənnəs qadın cinsini bildirən -ətun şəkilçisi azərbaycan dilinə qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az.
Cehiz
Cehiz — ailə quran qızın özü ilə birgə ər evinə gətirdiyi əşyalara deyilir. Bir çox ölkələrdə qız uşağı hələ yetkinlik yaşına çatmamışdan onun üçün cehiz toplanır. Cehiz adətən, müxtəlif növ mebellərdən, texnikadan, xalça və yataq dəstlərindən, məişət əşyalarından və s. ibarət olur. Cehizin Avropa, Cənubi Asiya, Afrika və dünyanın digər hissələrində uzun tarixi var. Onun əsas funkisyaları: ərin yeni bir ev qurması üçün ona dəstək olmaq; əri vəfat etdikdə həyat yoldaşını təmin etmək. Avropada cehiz böyük ailələrin güc və sərvət qurmağa imkan verirdi və nikah vasitəsilə ittifaq siyasətində böyük rol oynamışdır. Orta və ya çox varlı ailələrin cehiz ilə nikah erkən yaşda (14-16 yaş), Orta əsrlərdə isə demək olar ki, dərhal qız doğum sonra toplaması başladı. O vəfat etsə (uşaq ölümü halları yüksək olduğundan) cehiz digər qıza keçirdi. Cehiz əsasən yorğan, yastıq, ədyal, pərdələr, müxtəlif qab dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s ibarətdir.
Chen
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ceci Chuh
Ceci Schmitz-Chuh (1991, Almaniya Federativ Respublikası) — Alman aktrisa. Ulduzu The Unpolished ilə parlayan aktrisa, 2007-ci ildə istehsal etdiyi Die Unerzogenen filmində Alman aktyor Birol Ünel ilə gənc yaşda güclü bir aktyor idi. 2007: Die Unerzogenen 2008: Hilfe, meine Schwester kommt! 2009: Wenn die Welt uns gehört 2010: Verre Vrienden/Ferne Freunde 2011: Der Heiland 2012: Escape 2013: Der allerletzte Gast 2013: Wer glaubt denn noch an Märchen 2013: Love, Yesterday 2014: Sommerfreundin 2014: Sin & Illy still alive 2014: Umsonst 2014: Von Mädchen und Pferden 2015: Tod eines Rappers 2015: Boy 7 2015: Allein unter Irren 2015: Bube Stur 2015: Die Illuminaten 2016: Letzte Spur Berlin Ceci Chuh — IMDb sayfası.
Cucumis chito
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Plegadis chihi
Plegadis chihi (lat. Plegadis chihi) — plegadis cinsinə aid quş növü.
Smilax china
Çin mərəvcəsi (lat. Smilax china) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
İbrahim Cahin
Əbül Fəth Sultan İbrahim Mirzə Səfəvi və ya Sultan İbrahim Mirzə (aprel 1540 – 23 fevral 1577, Qəzvin) — Səfəvi sülaləsinin bir üzvü və Səfəvi sülaləsindən ikinci şah olan Şah I Təhmasibin sevimlisi. Eyni zamanda I Təhmasib onun qayınatası olmuşdur. İbrahim Mirzə hal-hazırda incəsənətin, xüsusilə Səfəvi miniatürünün hamisi hesab edilir. Onun kitabxanasının və incəsənət kolleksiyasının öldürülməsindən sonra arvadı tərəfindən dağıdılmasına baxmayaraq, onun qoruduğu əsərlərindən biri olan Caminin Həft övrəng əsəri xilas olmuşdur. Bu əsər hal-hazırda Vaşinqtonda Freer İncəsənət Qalereyasında saxlanamqdadır. O, birinci Səfəvi şahı I İsmayılın nəvəsi, Bəhram Mirzə Səfəvinin oğludur. 1540-cı ilin aprel ayında Bəhram Mirzə Səfəvi ilə Şirvanşahlar nəslindən Zeynəbsultan xanımın ailəsində dünyaya gəlmişdi. Atası Xorasanın (1529-1532), Gilanın (1536-1537), Həmədanın (1546-1549) və əlyazmalar rəhbəri kimi çalışmışdır. Əmilərindən ikisinin və qardaşlarından ikisinin I Təhmasibə qarşı üsyan qaldırmasına baxmayaraq, sarayda böyümüş İbrahim uzun müddət şahın sevimlisi olmuş və 16 yaşında ikən Məşhədə vali təyin edilmişdir. 1556-cı ilin martında Məşhədə vali təyin edilnə İbrahimin bu qədər erkən yaşda vali təyin edilməsi qədim türk ənənsindən gəlməklə birlikdə, nominal xarakter daşımaqda idi.
Sevdiğime Hiç Pişman Olmadım
Sevdiğime Hiç Pişman Olmadım — Yıldız Tilbənin 2004-cü ildə çıxardığı 9-cu albomu. 1. Sevdiğime Hiç Pişman Olmadım 2. Değerini Bilmek Gerekir Aşkın 3. Ne Var Ne Yoksun 4. Sevdiğime Hiç Pişman Olmadım 5. Değerini Bilmek Gerekir Aşkın 6.
CNBC
«CNBC» (tələffüzü: si-en-bi-si) — kabel və peyk vasitəsilə yayımlanan ABŞ biznes xəbərləri telekanalı. Telekanal «Comcast» şirkətinin sahibi olduğu «NBCUniversal» şirkətinin bir mülküdür və baş qərargahı ABŞ-nin Nyu-Cersi ştatındakı Enqlvud Klifs borosunda yerləşir. Telekanal əsasən ABŞ və beynəlxalq iqtisadiyyatlarını əhatə edirdi, ancaq artıq daha çox biznes-mövzulu sənədli filmlər və realiti şoular yayımlayır. Telekanal 17 aprel 1989-cu ildə «NBC» ilə «Cablevision» şirkətlərinin birgə müəssisəsi olaraq «Consumer News and Business Channel» adı altında təsis edilmişdir. 1991-ci ildə telekanal əsas rəqibini — «Financial News Network» şirkətini satın almış, öz distribusiyasını və işçi gücünü artırmışdır. Daha sonra «Cablevision» telekanalda sahibi olduğu səhmləri «NBC» şirkətinə satmışdır. 2015-ci ilin fevral ayında telekanalın 93.623.000 abunəçisi (ABŞ-dəki ümumi televiziya sahiblərinin 80.4%-i) var idi. Dəyəri 4.000.000.000 ABŞ dolları olan telekanal 2007-ci ildə ABŞ-dəki ən dəyərli 19-cu kabel ilə yayımlanan telekanal olmuşdur. Əsas telekanal ABŞ-də yayımlansa da, «CNBC» telekanalının müxtəlif regionlara və ölkələrə xidmət göstərən lokal variantları da fəaliyyət göstərir. Bu variantların çoxunun sahibi və ya səhmlərinin sahiblərinsən biri – «NBCUniversal».
Corc
Corc — Dünyada çox işlədilən ad və soyad.
Henri Corc
Henri Corc (ing. Henry George; 2 sentyabr 1839[…], Filadelfiya, Pensilvaniya – 29 oktyabr 1897[…], Nyu-York, Nyu-York ştatı) — Burjua radikalizmi və ya sol libertarizm kimi təsnif edilən Amerikalı siyasi iqtisadçı, publisist və siyasətçi. Corcizmin banisi. Henri Corc Filadelfiya şəhərində ən kasıb orta sinif ailəsində anadan olub. Ailənin 10 uşağının ikincisi idi. 14 yaşındaykən Corc üçün məktəb dayanmış və 15 yaşında, 1855-ci ilin aprelində, "Hindoo" gəmisində kabin oğlanı olaraq Melburn və Kalkuttaya üzərək dənizə getmişdi. 14 aylıq səyahətdən sonra Filadelfiyaya qayıtdı və burada şagird çilingəri kimi işə başladı. Bir müddət sonra qızıl mədənlərində pul qazanmaq fikri ilə Kaliforniyaya köçdü, lakin uğursuz oldu və çap işinə qayıtmaq məcburiyyətində qaldı. Bir çapçı kimi çalışdıqdan sonra Henri Corc tezliklə özünü jurnalistikada sınamağa qərar verdi. Günlərinin sonuna qədər bu ərazidə qaldı, redaktor və qəzet sahibi kimi ömrünü başa vurdu.
Honda Civic
Honda Civic — Honda şirkəti tərəfindən istehsal olunan mühərriki köndələninə yerləşdirilən kompakt avtomobil. İlk dəfə 1972-ci ildə təqdim olunub. Bu model sayəsində Honda nəhəng avtomobil istehsalçıları sırasına daxil ola bilib. Honda Civic-in ilk nəsli 1972-ci ildə buraxılıb. Ön təkərləri aparıcı olan bu model avtomobil Honda şirkətinin əvvəlki avtomobillərindən fərqli olaraq Avropa istehsalı olan avtomobillərlə rəqabətə girə bildi. Maşın zaman-zaman gücü 54–75 a.g. (işçi həcmi 1169–1488 sm³) olan müxtəlif dördsilindirli mühərriklərlə təchiz olunmuşdur.
III Corc
III Georq (alm. Georg III‎, ing. George William Frederick, George III; 24 may (4 iyun) 1738[…] – 29 yanvar 1820[…], Vindzor sarayı, Vindzor[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı) — Hannoverlər sülaləsindən olan Böyük Britaniya kralı (1760–1820), II Georqun oğlu. III Georqun uzun hakimiyyəti (59 il — II Elizabet və Viktoriyanın hakimiyyətindən sonrakı üçüncü ən uzun müddət) dünyada inqilabi hadisələrlə əlamətdar oldu: Amerika koloniyalarının Britaniya tacından ayrılması və ABŞ-nin yaranması, Fransa İnqilabı və Napoleon müharibələri. Georq, eyni zamanda 1811-ci ildən bəri onun regentliyi zamanı ağır bir ruhi xəstəliyin qurbanı olaraq tarixə düşdü. 1801-ci ildə İrlandiya Krallığı ləğv edildi və vahid ölkə Böyük Britaniya Krallığının deyil, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının (İngilis Birləşmiş Krallıq) kralı kimi tanındı; eyni ildə, III Georq, Amyen sülhünün şərtlərinə əsasən, III Eduard dövründən bütün İngilis və sonra isə Britaniya kralları tərəfindən istifadə edilən formal "Fransa kralı" rəsmi adından imtina etdi. 1814-cü ildə (Georq artıq son dərəcə xəstə idi və nizamın qüvvəyə minməsi halında) Hanover statusu seçicidən krallığa qaldırıldı, müvafiq olaraq III Georq həmin il Hannoverin ilk kralı oldu. II Georqun nəvəsi, 1751-ci ildə atası həyatda olarkən vəfat edən Uels şahzadəsi Frederik Lyuisin böyük oğludur. Bundan sonra, 12 yaşlı şahzadə Georqun özü Uels Şahzadəsi oldu və 1760-cı ildə babasının ölümündən sonra taxta çıxdı. Hannover sülaləsinin Böyük Britaniyada anadan olmuş ilk monarxı olmuşdur; Atası, babası və böyük babasından fərqli olaraq ingilis ana dili idi.
Kim Ciha
Kim Jiha(Kor.:김지하; 4 fevral 1941, Mokpxo – 8 may 2022, Vonju[d], Kanvondo[d]) — məşhur Koreya şairi və dramaturqu. Kim Ciha(əsl adı Young İl Kim) 4 fevral 1941-ci ildə Koreyanın Colla-Namdo əyalətinin Mokpo şəhərində kinomexanik ailəsində doğulub. İlk təhsilini Vonçu məktəbində almış, sonra Seula gedərək əvvəlcə liseyi, daha sonra isə Seul Milli Universitetinin estetika bölümünü bitirmişdir. Universitetdə oxuyarkən 1961-ci ildə baş verən hərbi çevrilişə biganə qalmamış və tələbə hərəkatına qoşulmuşdur. Koreya-Yapon Konfransına (1964) qarşı çıxdığı üçün dörd ay həbs olunmuşdur. 1966-cı ildə universiteti bitirdikdən sonra uzun müddət hakimiyyətdə olan Jeonq-hee Parkın siyasi iqdidarına qarşı çıxaraq mitinqlərdə iştirak etmişdir. 1970-ci ildə Beynəlxalq Demokratik Gənclər Federasiyasının təşkil etdiyi hadisələrdə yer aldığı üçün təkrar həbs edilmiş və haqqında edam qərarı çıxarılmışdır. Onun həbsi dünya ədəbi, ictimai-siyasi arenasında böyük rezonans doğurmuşdur. Kandzaburo Oe, Li Xeson (Yaponiya) Jan Pol Sartr, Simone de Belavur (Fransa), Noam Xomski (Amerika) kimi böyük yazıçı və mütəfəkkirlər onu müdafiəyə qalxmışlar. Bütün bunlar öz təsirini göstərmiş, Kim Jihanın ölüm hökmü həbs cəzası ilə əvəz edilmişdir.
Konstaninensku Corc
Konstaninensku Corc ( bəzən Konstaninsko, rum. George (Gogu) Constantinescu; 4 oktyabr 1881, Krayova – 11 dekabr 1965) — Rumıniyalı alim, mühəndis və ixtiraçıdır. O, 130-dan çox rəsmi qeydiyyatdan keçmiş ixtira sahibidir. Davamlı mexanikanın bir hissəsi olan "Səs dalğalarının nəzəriyyəsi" (ing. theory of sonics) yaradıcısıdır və nəticədə titrəmələr vasitəsilə mexaniki enerjinin ötürülməsini təsvir edə bilmişdi. Rumıniya Akademiyasının fəxri üzvü. Corc Konstaninensku Krayovʼda Mihai Bravu bağına yaxın ərazidə "Həkim evi"də doğulmuşdur. Uşaqlıq dövründə atasının, həmçinin Corc (1844-cü il təvəllüdlü), riyaziyyat və texnika elmləri professoru olub və Sorbonne Universitetində riyaziyyat sahəsində ixtisaslaşmış bir şəxs olaraq, ona təsiri böyük olmuşdur. 1912-ci ildə kiçik Konstaninensku İngiltərəyə köçdü. O , 1965-ci il dekabr ayının 11-dən 12-ə keçən gecə Koniston yaxınlığında Oxen House’da öz evində dünyasını dəyişdi.
Leroy Corc
Leroy Corc (nid. Leroy George; d. 21.04.1987, Paramaribo, Surinam) — Surinam əsilli hollandiyalı futbolçu. Göztəpə klubunun şərəfini qoruyur. Leroy 2006-2010-cu illərdə "Utrext" klubunda çıxış edib və 73 oyunda 8 qol vurub. 2010-cu ildə Niymegenə keçən forvard bu komandada 81 oyuna 11 dəfə fərqlənib. Leroy Corc Hollandiyanın U-20 və U-21 yığmalarında oynayıb.
Melissa Corc
Melissa Süzan Corc (ing. Melissa Suzanne George; 6 avqust 1976, Pert) — Avstraliya-ABŞ aktrisası.
Paul Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Pol Corc
Pol Corc (2 may 1990, Palmdeyl, Kaliforniya) — Amerikalı peşəkar basketbolçu. Hal hazırda Los-Anceles Klippers komandasında çıxış edir. O, 9 dəfə NBA All-Star komandasına 5 dəfə isə All-NBA və 2 dəfə NBA All-Defensive komandasına seçilib. PG13 ləqəbi ilə də tanınır. Corc əvvəlcə ali məktəbin Knight High School komandasında sonra isə Fresno State kollec komandasında çıxış edib. 2010 NBA seçmələrində İndiana Pacers tərəfindən 10-cu sıradan seçilib. 2013-cü ildə "'Ən çox inkişaf etmiş"' (Most Improved Player) seçilib. 2014-cü ildə ABŞ milli basketbol yığmasına çağırılıb və milli komanda ilə hazırlıq oyunlarının birində ayağını qırır. Zədə səbəbindən 2014–15 sezonun çoxunu buraxmalı olur, amma 2016-cı ildə yenidən All-Star komandasına seçildi. İndiana Peysers komandası üçün oynadığı 7 sezonda 7 dəfə (2011, 2012, 2013, 2014, 2015, 2016, 2017) pleyoffa 2 dəfə (2013, 2014) isə konferans finalına çıxdı.
Uinston Corc
Vinston Corc (19 may 1987-ci ildə Qayananın Corctaun şəhərində anadan olub) — Qayanalı yüngül atlet. Corc ölkəsini 2012 Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış yarışlarında təmsil etmişdir. O, 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimində Qayananın bayraqdarı olmuşdur. Vinston Corc 2011 və 2013-cü illərdə Qayana Atletika Assosiasiyası tərəfindən Qayanada İlin kişi atleti seçilmişdir.
Vilhelm Corc
I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[…], Kopenhagen – 18 mart 1913[…], Saloniki) — Yunanıstan kralı. I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib. I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi. 1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi.
Ahıl
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Alıc
Alıc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Amsar bələdiyyəsinin tərkibindədir. Kənd Qaraçayın sahilində yerləşir. Qədim türk dillərində alıs/alış/alıç sözü çoxmənalı olub, "çayın ağzı, mənsəbi; axar suyun hövzəyə tökülən yeri", "soyuq", "uzaq, uzaqda olan"; "düz olmayan, kələ-kötür", "dəyişdirilmiş", "iynəyarpaqlı ağac", "vəhşi heyvan, quş" və s. mənaları ifadə edir. Oykonim "uzaqda olan, ucqar kənd" deməkdir. 1933-cü ildə Quba rayonunun Digah kəndinin adı da Alıc Digah şəklində qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 382 nəfər əhali yaşayır. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Cahın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Cəhim
Cəhim — İslam dinində Cəhənnəmin 4-cü təbəqəsinə verilən ad.
Çəkic
Çəkic (və ya toxmaq) — mismar vurmaq, metal döymək və başqa bu kimi işlərdə istifadə olunan taxta və ya metal dəstəkli müxtəlif formalı metal alət. Çəkic — insan tərəfindən istifadə edilən ən qədim alətlərdən biridir. Çəkic yığcam kütləyə malikdir. Adətən iki hissədən ibarətdir: zərbə başlığı; dəstək hissəsi — çəkicin dəstəyi müxtəlif materiallardan — metaldan, ağacdan və ya plastmasdan hazırlana bilər. Çilingər çəkici müxtəlif zərbə başlığına malikdir: bərabər ölçülü, daralan. Dülgər çəkici iki hissəyə ayrılmışdır ki, əlavə hissə mismarların çıxarılması üçün istifadə edilir. Bəzən, detala zərər vurmamaq üçün zərbə hissəsi yumşaq materialdan (rezin, mis, qurğuşun) istehsal edilmiş, çəkiclərdən istifadə olunur.
Mexaniki çəkic
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Stemford Bric
Stemford Bric (ing. Stamford Bridge) — İngiltərənin paytaxtı London şəhərinin Fulhem borosunda yerləşən futbol stadionu. Stadiondan Çelsi FK-u ev stadionu kimi istifadə edir. Stadionun tutumu 41.798 nəfərdir. İngiltərənin ən böyük 9-cu stadionudur. Stadion Çelsi azarkeşlərinin qurduğu "Çelsi Stadion Sahibləri" (ing. Chelsea Pitch Owners) şirkətinə aiddir. Stemford Bric İngiltərənin ən qədim stadionlarından biridir. Tikintisinə 1876-cı ildə başlanmış, açılışı isə 1877-ci ilin 28 aprelində başvermişdir. 1905-ci ildən burada "Çelsi" FK ev oyunlarını keçirir.
Çəkic sümükcüyü
Çəkic sümüyü (lat. Malleus) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Başcıq, boğazcıq və dəstək hissələrə bölünür. Uzunluğu 7,6-9,1 mm arasında, dəstək hissəsinin uzunluğu 4,3-5,7 mm arasında (8–9 mm), kütləsi isə 25 mq-dır. Çəkic sümüyünün başı-lat. caput mallei (capitulum mallei-BNA), boynu-lat. collum mallei, dəstəsi-lat. manubrium mallei, uzun ınçıxıntısı-lat. processus anterior (Folil) və qısa bayır çıxıntısı-lat. processus lateralis vardır.
Əl-Cahiz
Cahiz, əl-Cahiz Əbu Osman Əmr ibn Bəhr (təxm: 767, Bəsrə — 868, Bəsrə) — Şərqi Afrika əsilli bərbər yazıçısı və alimi. İslamda rasional cərəyan olan Mötəzilik və ədəbiyyatın ədəb cərəyanının nümayəndəsi. Abbasilərin sarayında xidmət edib. Öz dövrünün ən savadlı insanlarından biri kimi məşhurdur. 100 çox traktatın və antologiyanın müəllifidir: yumoristik novellalar toplusu Xəsislər barədə kitab; natiqlik və stilistika üzrə Dəlillər haqqında kitab; tarixi-siyasi Ərəblər və məvalilər haqda kitab və Ərəblər və farslar haqqında kitab ; Kitab əl-Hayavan ("Heyvanlar kitabı") 350-den çox heyvan növünü şeir, lətifə və atalar sözləri ilə təsvir edən ensiklopedik əsər, kitabda təbii mühitin heyvanlar üzərindəki təsirindən danışır və bir təkamül haqqında nəzəriyə yaratmışdı. Mühitin bir heyvanın yaşaması üçün təsirlərini incələmişdir. Bu kitabda Cahiz tarixdə ilk dəfə qida zəncirini təsvir etmişdir. Ətraf mühitin determinizmi tərəfdarı olan Cahiz, ətraf mühitin toplumun irqi və etnik xüsusiyətlərinin formalaşmasına təsiri barədə də danışmışdı. Fəzail ül Ətrak(Türklərin fəzilətləri). Türklərin İran dünyasının şimal şərqinə erkən gəlişinin tərəfdarları bu prosesin sübutu kimi Cahizin yazdığı həmin bu Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə adlı türklərin fəzilətləri haqqında traktatını misal gətirirlər.
Kill chain
Öldürmə zənciri (ing. Kill chain) termini hücumun strukturunu müəyyən edən hərbi anlayışdır. O, ibarətdir: hədəfin müəyyənləşdirilməsi (Detect) qüvvələrin hədəfə göndərilməsi (Deliver) hədəfə hücumun başlaması (Decide) hədəfin məhv edilməsi (Kill) Rəqibin öldürmə zəncirini "qırmaq" ideyası müdafiə və ya qabaqlayıcı hərəkət üsuludur. Bir hərbi "öldürmə zənciri" modeli aşağıdakı mərhələləri özündə cəmləşdirən "F2T2EA"dır: Tapın: hədəfi müəyyənləşdirir. Müşahidə və ya kəşfiyyat məlumatları daxilində və ya kəşfiyyat vasitələri ilə hədəfi tapır. Düzəlt: Hədəfin yerini düzəldin. Mövcud məlumatlardan və ya əlavə məlumat toplamaqla hədəf üçün xüsusi koordinatlar əldə edin. Track: Hədəfin hərəkətinə nəzarət edin. Hədəflə əlaqə qurmamaq barədə qərar qəbul edilənə və ya hədəf uğurla nişanlanana qədər hədəfi izləyin. Hədəf: İstədiyiniz effektləri yaratmaq üçün hədəfdə istifadə etmək üçün uyğun silah və ya aktiv seçin.
Əziz Behiç
Əziz Eraltay Behiç (ing. Aziz Behich; 16 dekabr 1990) — sol cinah müdafiəçisi kimi çıxış edən Avstraliya futbolçusu. O, Şotlandiyanın "Dandi Yunayted" klubu və Avstraliya millisində çıxış edir.
Behiç Ərkin
Mehmet Behiç Ərkin (1876, Konstantinopol, Osmanlı imperiyası – 1961, İstanbul) — türk əsgəri, siyasətçisi və diplomatı. Çanaqqala döyüşü bitdikdən sonra Alman dövlətinin ən önəmli mükafatlarından olan Dəmir Xaç medalının ən yüksək rütbəsi I dərəcəli Dəmir xaç ordeni ilə almanlar tərəfindən təltif edilən iki komandirdən biri olmuşdur. Digəri isə Mustafa Kamal Atatürk olub. İstər Çanaqqala döyüşünün müdafiə səfərbərlik planını hazırlayaraq, istərsə də Ordu Dairə başçısı olduğu dövrdən hazırladığı müdafiə səfərbərlik planını müvəffəqiyyətlə həyata keçirərək, müharibənin zəfərindəki mükəmməlliyətçi idarəçiliyinə görə, Osmanlılar tərəfindən iki medal, eləcə də almanlar tərəfindən də iki medalla təltif olunaraq qəhrəman elan edilmiş komandirdir. Eləcə də Türkiyə İstiqlaliyyət müharibəsində Mustafa Kamal tərəfindən “Siz daşımalarda müvəffəqiyyətli olun ki, mən də cəbhələrdə uğur qazanım” deyərək bütün daşınma işlərini güvənərək həvalə etdiyi və Mustafa Kamalın yaxın dostu kimi tanınan komandir olub. O, İstiqlaliyyət müharibəsidən sonra həm İstiqlal medalı ilə təltif olunub, həm də Türkiyə Böyük Millət Məclisinin xüsusi təqdirnaməsi ilə Qurtuluş Savaşı Qəhrəmanı adına layiq görülüb. Türkiyə Respublikası Dövlət Dəmir Yollarının (1920-1926) qurucusu və ilk baş direktoru olan Ərkin “Dəmir yollarının atası” kimi də tanınır. Türkiyə Böyük Millət Məclisinin II və III dövr çağırışlarında (22 noyabr 1928-ci ildə istefa verdi) İstanbul, VII çağırışında, 1926-1928-ci illərdə Çanqırı naibi və ictimai işlər naibi (indiki ictimai işlər naziri) vəzifələrində çalışmışdır. Nazirlikdə olduğu müddətdə İcra Deputatları Şurasının üzvü kimi “Milli Təhlükəsizlik Xidmətləri Təşkilatı” (Milli Kəşfiyyat Təşkilatı) imzalarından birinin sahibi, həm ideya atası, həm də təsisçi olub. 1926-cı ildə respublikanın ilk pensiya fondu olan “İmalat-ı Hərbiyyə Teavün və Sığorta Fondu”nu təsis edib.
Chief Keef
Chief Keef (əsl adı: Kit Farrel Kozart; 15 avqust 1995, Çikaqo) — amerikalı repçi, müğənni, mahnı yazarı və musiqi prodüseri. Çikaqonun South Side bölgəsindən olan o, musiqi karyerasına yeniyetmə yaşlarında başlayıb və 2010-cu illərin əvvəllərində buraxdığı miksteyplərı sayəsində tez bir zamanda məşhurluq qazanıb. Repçi 2012-ci ilin martında “I Don't Like” (Lil Reese-in iştirakı ilə) mahnısını buraxıb. Bu mahnı uğur qazanmış və ölkənin ən məşhur hit-paradı olan Billboard Hot 100-ə daxil olmuşdur. Mahnının populyarlaşmasından sonra sənətçinin həmyerlisi olan məşhur repçi Kanye Vest bu mahnının remiks versiyasını da yaratmışdır. Chief Keef-ə müqavilə imzalatmaq üçün bir çox nüfuzlu musiqi şirkətləri gərgin rəqabətlər aparıblar. Sonda, çoxsaylı təkliflər və söz-söhbətlərdən sonra, Interscope Records sənətçi ilə müqaviləni uğurla təmin edərək qalib gələn iddiaçı olur. O, "Love Sosa" adlı sinqlını 2012-ci ildə buraxır. Bu mahnı, eyni ilin dekabrında çıxan "Finally Rich" adlı debüt studiya albomu ilə oxşar uğur qazanır. Chief Keef hip-hop alt janrı olan drillin populyarlaşdırılmasında mühüm rol oynamışdır.