Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Garcinia cornea
Garcinia celebica (lat. Garcinia celebica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Oxycarpus celebica (L.) Poir.
Borneo
Kalimantan (ind. Kalimantan), bəzən Borneo (malay Borneo) — Adaların dünyada sahəsinə görə sıralamasında üçüncüdür. Adada üç dövlət yerləşir: İndoneziya, Bruney və Malayziya. Onun sahəsi 743,330 km² təşkil edir. Ada Malay arxipelaqının daxilində, cənub-şərqi Asiyada yerləşir. Ada avropalılar tərəfindən 1521-ci ildə Magellanın ekspedisiyası zamanı kəşf edilir. == Etimalogiyası == Ada bir çox adlarla məşhurdur. Ada ümumxalq dilində Borneo adlanır. Bu ad Bruney sultanlığının adı ilə bağlıdır. Magellanın ekspedisiyası adanın bu hissəsinə lövbər atırlar.
Cornus
Zoğal (lat. Cornus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki – Zaqatala, Quba – Qusar zonalarında, eləcə də Kür – Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11 % üzvi turşular (limon, alma, kəhraba və s.) 8-8 % aşı maddəsi, karotin və C, B vitaminləri, boyayıcı və pektin maddələri və s. vardır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.
Corone
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Correa
Correa (lat. Correa) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Correa aemula (Lindl.) F.Muell. Correa alba Andrews Correa backhouseana Hook. Correa bauerlenii F.Muell. Correa calycina J.M.Black Correa decumbens F.Muell. Correa eburnea Paul G.Wilson Correa glabra Lindl. Correa × harrisii Paxton Correa lawrenciana Hook. Correa pulchella J.B.Mackay ex Sweet Correa reflexa (Labill.) Vent. Correa × rubra Sm.
Hornet
Hiller YH-32 Hornet — Hiller Aircraft aviasiya şirkəti tərəfindən 1950-ci illərin əvvəllərində istehsal olunan aviavasitədir. McDonnell Douglas F/A-18 Hornet — McDonnell Douglas ve Northrop Corporation şirkətləri tərəfindən istehsal olunan döyüş təyyarəsi M93 HORNET minası — ABŞ tərəfindən təkmilləşdirilmiş tank əleyhinə mina.
Kornet
Kornet — Çar və ADR ordusunda hərbi rütbə. Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi.
Corel
Corel Korporasiyası (/kəˈrɛl/, kə-REL; "Cowpland Research Laboratory" abbreviaturasından) - Qrafika üzrə ixtisaslaşmış Ottava, Ontario mərkəzli Kanada proqram təminatı şirkəti. O, CorelDRAW kimi proqram başlıqlarının istehsalı və AfterShot Pro, PaintShop Pro, Painter, Video Studio və WordPerfect-in sahibi kimi məşhurdur. Corel Chess - Don Deyli və Larri Kaufman tərəfindən hazırlanmış şahmat mühərriki Corel Designer - Əvvəlki adı Micrografx Designer, peşəkar texniki illüstrasiya proqramı. Corel Digital Studio - dörd proqram dəsti: PaintShop Photo Express (Paint Shop Pro-nun yüngül versiyası), VideoStudio Express (video redaktə proqramı), DVD Factory (DVD yazmaq və konvertasiya üçün proqram), WinDVD (DVD pleyer proqramı). CorelDRAW - Vektor qrafikası redaktoru. Corel Graphics Suite - CorelDRAW, PhotoPaint və Capture proqramlarının birləşməsi. Corel Home Office – Ability Office 5-ə əsaslanan və həmçinin Corel-in WinZip proqram təminatına əsaslanan ofis dəsti. O, Corel-in öz WordPerfect fayl formatlarını dəstəkləmir. Corel KnockOut - Professional şəkil maskalama plaqini. Corel Paint It!
Cornu
Cornu (lat. Cornu) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Digitalis carnea
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Dornod vilayəti
1941-ci ildə yaradılan Dornod vilayətinin ərazisi 123 597 Km2-dır. Dornod vilayətinə 14 rayon (sum) daxilidir. 2017-ci ilə olan məlumatlara əsasən Dornod vilayətinin əhalisi 76 507 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Horner sindromu
Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom. Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır. Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır: ptoz - yuxarı göz qapağının simpatik innervasiyanın çatışmamazlığından lat. musculus tarsalis superior – Müller ya torzal əzələnin iflici nəticəsində sallanması Mioz - göz bəbəyinin daralması Enoftalm- göz almasının çuxura düşməsi Dishidroz(anhidroz) – üzün zədələnmiş hissəsinin dərisinin tər ifraz etmə funksiyasının pozulması(azalması) Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da, bəzən bu sindrom boyun və ya döş qəfəsində mövcud ciddi patoloji proseslərdən (Pankost — ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər. Horner sindromu simpatik innervasiyanın çatışmazlığından irəli gəlir. Birinci neyronun zədələnməsi (aparıcı yolun hipotalamus və boyun siliospinal mərkəz sahəsi) – hipotalamospinal yol da daxil mərkəzi zədələnmə İkinci neyronun ya preqanqlionar liflərin zədələnməsi (aparici yolun siliospinal mərkəzdən boyunun yuxarı düyününə qədər olan sahə): simpatik yolun ağciyər sirvəsinin şiş toxuması tərəfindən sıxılması Üçüncü neyronun – postqanqlionar liflərin zədələnməsi (boyunun yuxarı düyünü ilə əzələ arasındakı sahə), midriaz – göz bəbəyinin genəlməsi məhz bu sahənin – postqanqlionar liflərin daxili yuxu arteriyası səviyyəsində zədələnməsində (məsələn, kavernoz cibin şişi) meydana çıxmış olur.
Ipomoea carnea
Ipomoea carnea (lat. Ipomoea carnea) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü. Chand, Navin. "Impact toughness ofIpomoea carnea particulate-polyester composite". Journal of Materials Science Letters. Netherlands: Springer Netherlands. 6 (6). June 20, 2005: 695–697. ISSN (Print) 1573-4811 (Online) 0261-8028 (Print) 1573-4811 (Online) .
Katya Dorner
Katya Dörner (18 fevral 1976, Ziqen, Şimali Reyn-Vestfaliya) – alman siyasətçi. Bonn şəhərində 27 sentyabr 2020 tarixində bələdiyyə sədri vəzifəsinə seçilib. Dorner Altenkirxen bölgəsindəki Şteynbaxda böyüyüb. 1995-ci ildə özəl Marienştat gimnaziyasını bitirdikdən sonra o, Bonn, York və Edinburqda siyasi elmlər, ictimai hüquq və ədəbiyyat üzrə təhsil alıb, 2000-ci ildə Magistra Artium ilə bitirib. 2001-ci ildən Dorner Şimali Reyn-Vestfaliyadakı yaşıl parlament qrupunun lideri Silviya Löhrmanın şəxsi müşaviri olub. 2010-cu ilin iyun ayından 2014-cü ilin iyul ayına qədər Katya Dorner Müasir Həmrəylik İnstitutunun idarə heyətinin üzvü olub. 2013-cü ilin dekabrında Deutsches Kinderhilfswerk -in direktorlar şurasına seçilib. Evlidir, bir oğlu var və ailəsiylə birlikdə Bonnun Auerberq rayonunda yaşayır.
Kornel Universiteti
Kornell Universiteti (ing. Cornell University) — ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin nüfuzlu və ən böyük ali məktəblərindən biridir. Kornell Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi Endryu Vaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində Kornell və Vayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə cavab verə biləcək bir ali təhsil müəssisəsi yaratmaq fikrinə düşürlər. E. Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki mesenat – Kornell və Vayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət edir, lakin onların planlarının həyata keçməsinə həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane olur. Kornell və Vayt 1862-ci ildə Nyu-York ştatında senat üzvü olarkən tanış olurlar və hər ikisi xüsusi səylə yeni universitet yaratmaq layihəsi üzərində işləyir. Onlar milliyyətindən, cinsindən, təbəqəsindən və dinindən asılı olmayaraq, hər kəsin istənilən ixtisas üzrə təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs istədiyi fənni öyrənə bilsin" ifadəsindən sonralar universitetin devizi yaranır: "İstənilən şəxs – istənilən elm".
Korner (iqtisadi)
Korney Çukovski
Nikolay Vasilyeviç Korneyçukov (rus. Корне́й Ива́нович Чуко́вский) — rus yazıçısı. Korney Çukovski bədii tərcümənin (poetik tərcümə bədii tərcümənin ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. Сказки К. И. Чуковского Отдав искусству жизнь без сдачи — сайт К. И. и Л. К. Чуковских Сообщество в Живом Журнале, посвященное семье Чуковских Корней Чуковский стихи в Антологии русской поэзии Чукоккала — Самое полное издание знаменитого альманаха Е. Чуковская «Тень будущего» И. Шевелев «Корней с тараканищем» М. Петровский «Крокодил в Петрограде» Рецензия на книгу Е. Ивановой «Чуковский и Жаботинский. История взаимоотношений в текстах и комментариях» рецензия на книгу И. Лукьяновой «Корней Чуковский». Корней (Николай) Иванович (Васильевич) Чуковский (Корнейчуков) Михаил Золотоносов.
Lenqdon Vorner
Lenqdon Vorner (ing. Langdon Warner; 1881, Kembric, Massaçusets – 9 iyun 1955, Kembric, Massaçusets) – ABŞ arxeoloqu, incəsənət tarixçisi və Şərqi Asiya incəsənətinin mütəxəssisi. O, Harvard Universitetinin Foqq muzeyində Şərq kolleksiyasının kuratoru olmuşdur. İkinci dünya müharibəsi zamanı Yaponiyanın Nara və Kioto şəhərlərini ABŞ-nin atom bombardımanından xilas edən şəxs kimi göstərilsə də, o, bunu inkar etmişdir. İndiana Cons personajının prototiplərindən biri hesab olunur. Lenqdon Vorner 1903-cü ildə Harvard Universitetindən məzun olmuş və 1906-cı ildə universitet prezidenti Çarlz Eliot tərəfindən Asiya incəsənəti üzrə muzeyşünaslıq öyrənmək üçün seçilmişdir. O, bir neçə il Yaponiya sənətşünası Okakuro Kakuzonun şagirdi olmuş və Yaponiya incəsənət xadimləri ilə dost olmuşdur. Nara şəhərinin Horyu məbədinin restervasiyası ilə məşğul olan heykəltaraş Niiro Çunosuke onu qədim yapon heykəltaraşlığı ilə tanış etmişdir. Vorner 1912-ci ildə Şərq incəsənətinin kolleksiyaçısı Çarlz Frir tərəfindən seçilərək Pekin şəhərində yerləşən Amerika Arxeologiya Məktəbinin direktoru olmuşdur. O, Çinə aid qədim əşyaların tədqiqatı və saxlanılması üçün çinli, eləcə də, amerikalı mütəxəssislər yetişdirmişdir.
Maksvel Kornet
Maksvel Kornet (27 sentyabr 1996-cı ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubunda hücumçu kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. Kornet Metz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 2-də debütünü 2 avqust 2013-cü ildə Stad Laval klubuna qarşı oyunda etmişdir. O, 79-cu dəqiqədə Yeni Nqbakotonu əvəz etmiş və komandası 1-0 hesabı ilə qalib gəlmişdir. 16 yanvar 2015-ci ildə Kornet Liqa 1 təmsilçilərindən olan Olimpik Lion klubu ilə müqavilə imzalamışdır. O, Liqa 1-də debütünü 25 yanvar 2015-ci ildə keçmiş klubu olan Metz klubuna qarşı oyunda etmişdir. O, 34-cü dəqiqədə Aleksander Lyakazeti əvəz etmiş və komandası 2-0 hesabı ilə qələbə qazanmışdır. O, Lyon klubu ilə ilk qolunu 23 oktyabr 2015-ci ildə Tuluza klubuna qarşı oyunda 89-cu dəqiqədə vurmuşdur. Liqa 1 görüşündə Lyon rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. Kornet Kot-d'İvuarda aandan olmuşdur.
Metaseiulus cornus
Metaseiulus cornus (lat. Metaseiulus cornus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Neoseiulella coreen
Neoseiulella coreen (lat. Neoseiulella coreen) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulella cinsinə aid heyvan növü.
Rhynchocyon cirnei
Xallı xortumlu itciyəz (lat. Rhynchocyon cirnei) — xortumlu itciyəc cinsinə aid heyvan növü.
Sen-Sornen
Sen-Sornen (fr. Saint-Sornin) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03260. 2008-ci ildə əhalinin sayı 220 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 137 nəfər arasında (15-64 yaş) 101 nəfər iqtisadi cəhətdən fəal, 36 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 73.7%, 1999-cu ildə bu 69.4%). Fəal olan 101 nəfərdən 89 nəfər (53 kişi və 36 qadın) işləyir, 12 nəfər işsizdir (5 kişi və 7 qadın). 36 hərəkətsiz 11 nəfər arasında şagird və ya şagird, 13 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Svante Kornel
Svante Kornel — Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat direktoru. Avrasiya, xüsusilə də Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya siyasəti və təhlükəsizliyi sahəsində ixtisaslaşmış İsveç alimi Svante Cornell 1975-ci ildə anadan olmuşdur. O, Stokholmda yerləşən Təhlükəsizlik və İnkişaf Siyasəti üzrə İnstitutun direktoru və həmtəsisçisi və adı çəkilən institut və Johns Hopkins Universitetinin birgə mərkəzi olan Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmalar Proqramının tədiqatlar üzrə direktorudur. O, Yaxın Şərq Texniki Universitetində (Ankara, Türkiyə) Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb və Uppsala Universitetində isə Sülh və Münaqişə tədqiqatları üzrə PhD etmişdir. 2003-2007-ci illərdə Uppsala Universitetində mühazirələr oxumuşdur. Hazırda TİSİ və MAQİ-dakı vəzifələrindən başqa, Johns Hopkins Universitetində mühazirələr oxumaqla yanaşı, Uppsala Universitetində yarımştat çalışır. Cornell həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru adını almışdır.
Kornədi
Kornədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 234 nəfərdir. Kəndin adı yerli əhalinin dilində Kornədi kimi tələffüz edilir. Tədqiqatçılara görə, oykonim talış dilindəki kornə (iş-güc) və di (kənd) komponentlərindən düzəlib, "iş-güclü kənd, fəaliyyətdə olan kənd" mənasındadır. Vizəzəmin inzibati ərazi vahidində yerləşən Körnədi kəndi Gəncəvü çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır.
Çörək
Çörək ― xəmirin bişirilməsi ilə əldə olunan un məmulatı. Bu xəmirə çox vaxt duz, birləşdirici maddələr, qıcqırdıcı və bəzi çörək növlərinə isə günəbaxan, xaşxaş və başqa bitki tumları da əlavə edilir. Tumlar çörəyin üzərində bəzək kimi də istifadə edilə bilər. Çörək ayrıca da yeyilir. Çox vaxt onu yağla, mürəbbə, bal və ya pendirlə yeyirlər. Avropa arasında müxtəlif ət deli hazırlanmış yeməklər olan çörəyə tez-tez rast gəlinir. Bu buterbrod adlanır. Çörəkdən sendviç üçün də istifadə edilir. Çörəyi ayrıca yemək olar, kərə yağı, fıstıq və ya günəbaxan yağı, mürəbbə, marqarin, marmelad, mürəbbə, jele, bal ilə də istehlak edilir ki, bu da mahiyyətcə sendviç adlanan yeməkdir. Çörək sendviç bazası kimi də istifadə olunur.
Örnek
Örnek (krım tatar dilində "naxış" deməkdir) — krım-tatar milli ornamenti, krım tatarları xalqının mədəniyyətinin ən qədim nailiyyətlərindən biridir. Ornament birləşdirilmiş kiçik elementlərdən ibarətdir, elementlər əsasən bitki və həndəsi fiqurları formasındadılar və simmetrik və asimmetrik quruluşa malikdilər. Əsas simovllar çəhrayı, yaşıl, sarı və mavi çalarlarda olan çiçəklər və ağacların təsvirindən ibarətdilər. Ornament milli geyimlər, ayaqqabılar, papaqların bəzək elementi kimi istifadə olunur, bundan başqa zərgərlik zinətləri, keramika və metal qabları, ağac məhsulları, məişət texnikası, mebel işləmələri və xalçaların bəzədilməsində istifadə olunur. 2018-ci ilin fevral ayında Ukraynanın Qeyri-Maddi Mədəni İrs Elementlərinin Milli Siyahısına daxil edildi.
Ferdinand Şörner
Ferdinand Şörner (alm. Ferdinand Schörner‎; 12 iyun 1892, Münxen – 2 iyul 1973, Münxen) — Üçüncü Reyxin sonuncu general-feldmarşalı və sıravi bir əsgər kimi xidmətə başlayaraq alman ordusunda bu ən yüksək hərbi rütbəyə yüksələn yeganə şəxs.
George Çerney
Hörner sxemi
Hörner sxemi (və ya Hörner üsulu) qismət çoxhədlisinin tapılması alqoritmi. Qalıqlı bölmənin tərifinə görə n dərəcəli P ( x ) = a n x n + a n − 1 x n − 1 + . . . + a 1 + a 0 {\displaystyle P(x)={a_{n}}{x^{n}}+a_{n-1}x^{n-1}+...+{a_{1}}+{a_{0}}} çoxhədlisini, x-α ikihədlisinə böldükdə qismət çoxhədlisi n-1 dərəcəli çoxhədli qalıq isə ədəd olur. Q ( x ) = b n − 1 x n − 1 + b n − 2 x n − 2 + . . . + b 1 + b 0 {\displaystyle Q(x)=b_{n-1}x^{n-1}+b_{n-2}x^{n-2}+...+{b_{1}}+{b_{0}}} qismət çoxhədlisinin əmsallarını və qalığı Hörner sxemi adlanan xüsusi üsulun köməyi ilə asan tapmaq olur. Tərifə görə a n x n + a n − 1 x n − 1 + .